2 ulduz (**) Qaz və neft fontanlarında yanğınların söndürülməsi


(**).4.Radiasiya təhlükəsizliyi



Yüklə 24,28 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü24,28 Kb.
#40635
1   2   3   4   5   6   7   8
2 ULDUZ

(**).4.Radiasiya təhlükəsizliyi

Radiasiya təhlükəsizliyi – insanın bütövlükdə populyasi­yanın, ətraf mühitin obyektlərinin ionlaşdırıcı şualanmanın zərərli təsirlərindən qorunmasını təmin edən elmi əsaslanmış tədbirlər kompleksidir. Bu tədbirlər insan fəaliyyətinin müxtəlif sferalarında ionlaşdırıcı şualanma mənbələrinin və atom enerjisinin təhlükəsiz şəraitdə istifadəsinin yaradılmasına istiqamətlənib.

Radiasiya təhlükəsizliyinin əsas vəzifələrindən biri ionlaşdırıcı şualanmanın müxtəlif formalarının təhlükəsizli­yinin qiymətləndirilməsi kriteroyalarının işlənib hazırlanmasıdır. Bu radiobioloji eksperimentlərin nəticələrinin analizi yolu ilə həll edilir və burada məqsəd ionlaşdırıcı şualanmanın müxtəlif formalarının canlı orqanizmə, ayrı-ayrı sistemlərə təsirini öyrənmək və eyni zamanda radiasiya qəzaları zamanı və ya ionlaşdırıcı şualan­manın təsiri altında işləyən sağlam insanın vəziyyəti haqqında məlumat almaqdır. Burada daha çox əhəmiyyətli olan məsələ, ionlaşdırıcı şualanmandan şərtlənən effekt və şualan­manın səviyyəsi arasında kəmiyyət əlaqələrinin qurulmasıdır.


Yüklə 24,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin