2. Pedaqogikada diferensasiya və inteqrassiya prosesləri Ali məktəb pedaqogikası ümumi pedaqogikanın sahısi kimi


ALİ MƏKTƏB PEDAQOGİKASININ TƏŞƏKKÜLÜ



Yüklə 248,55 Kb.
səhifə7/9
tarix30.11.2022
ölçüsü248,55 Kb.
#71529
1   2   3   4   5   6   7   8   9
1MÜHAZİRƏ (1)

ALİ MƏKTƏB PEDAQOGİKASININ TƏŞƏKKÜLÜ
Elmlərin hələ az diferensiasiya etdiyi dövrdə təhsil xarakter və məzmununa görə ümumi səciyyə daşıyırdı. Təhsilin məzmunu fəlsəfə, teologiya (yunanca theologia; theos - Allah deməkdir) və yeddi sərbəst sənətdə ifadə olunduğundan dinləyicilər həmin sahələr üzrə eyni hazırlıq mərhələləri keçirdi. Orta əsrlərdə yaranan ilk universitetlər ümumi təhsil- ensiklopedik biliklər vermək məqsədilə yaradılırdı (studium generale).
Zaman keçdikcə elm inkişaf edir, təkmilləşir, genişlənir, dərinləşir, müxtəlif istiqamətlərə şaxələnir və diferensiasiya prosesləri baş verirdi. Beləliklə, bir nəfərin bütün elm sahələrinə yiyələnməsi qeyri-mümkün işə çevrilirdi.
Digər tərəfdən, orta əsrlərdə şəhərlərin böyüməsi, mədəniyyətin inkişafı yeni sosial tələbatlar doğurdu. Kilsənin öz dini məqsədlərini uğurla həyata keçirməsi üçün yüksək təhsil görmüş keşişlərə ehtiyacı artdı. Kilsənin hakim dairələrdə mübahisəli məsələləri həll etməyə qabil olan hüquqşünaslara, siyasətçilərə tələbatı meydana gəldi. Əhali içərisində yayılmış müxtəlif xəstəliklərin müalicəsi üçün həkim hazırlığına ehtiyac yarandı.
Bu tələbat nəticəsində orta əsrlərdə universitet təhsili üç xas istiqamət üzrə müəyyənləşdirildi: ilahiyyat, tibb və hüquq fakültəsi bir çox hallarda kanonik, yəni «kilsə hüququ» fakültəsi adlanır)- Bu ali təhsildə ixtisaslaşmanın başlanması demək idi. Ali təhsil sahəsində sonra ixtisaslaşma cəmiyyətin əsasında elmin inkişafı ilə vəhdətdə baş verdi.
Ali təhsilin inkişaf dinamikası bu gün də həmin istiqamət üzrə davam etməkdədir. Elmin və texnikanın tərəqqisinə rəğmən ixtisasların da sayı artır, yeni tipli ali təhsil müəssisələri yaranır. Universitetlər isə, həmişə olduğu kimi, indi də «elm məbədi» rolunu oynayır, elmin yeni sahələrinin yaranmasına təkan verir, bununla əlaqədar olaraq yeni ixtisaslar və ixtisas­laşma istiqamətləri müəyyənləşir, hətta ali təhsilin yeni sahələri təşəkkül tapır. Fakültativlər, tələbələrin seçiminə əsaslanan alternativ kurslar tədris edilir. Bir sözlə, universitetlər elmi-təd­qiqat, tədris, ixtisas hazırlığı mərkəzinə çevrilərək, ölkənin ictimai­siyasi, iqtisadi-mədəni həyatına qüvvətli təsir edir.
Təbii ki, ali təhsilin inkişafı ali məktəb pedaqogikasına ehtiyac doğurdu. Çünki dəqiq elmi-nəzəri əsaslar olmadan ali təhsilin sonrakı inkişafına nail olmaq mümkün deyildi.
Ümumi pedaqogikanın sahələrindən biri olan tələbə şəxsiyyətinin inkişafı və ali təhsil müəssisəsində peşə-ixtisas hazırlığı problemlərini öyrənməklə məşğul olan ali məktəb pe­daqogikası məqsədyönlü inkişaf yolu keçmişdir. M.F.Kvintiliandan başlayaraq qədim dünyanın klassik pedaqoqları öz əsərlərində ali məktəbdə təlimin təşkili formaları kimi mü­hazirə və disputlardan geniş istifadə etmişlər. Bu cəhətdən XI- XII əsrlərdə Avropada fəaliyyətə başlayan Bolonya, Okstort, Paris, Praqa və başqa universitetlərin təcrübəsi diqqətəlayiqdir. Zaman keçdikcə ali məktəblərin fəaliyyət parametrlərini müəyyən edən əsasnamə və nizamnamələri yazılmış, həmin sənədlərdə ali təhsilin bir sıra nəzəri və praktik məsələləri ümumiləşdirilmişdir.
Rusiyada ali məktəb pedaqogikasının inkişafı
Rusiyada ali məktəb pedaqogikasının inkişafı M.V.Lo­monosov, N.İ.Lobaçevski, N.A.Dobrolyubov və N.İ.PiroqoV K.D.Uşinski və digərlərinin Moskva, Kazan, Peterburq, Derpt, Vilnus universitetlərində yaratdıqları ənənələrlə bağlı olmuşdur. Derpt universitetində yaradılmış «Professorlar institutu»nun bu sahədə rolu xüsusilə böyük olmuşdur.
M.V.Ostroqradskini, D.İ.Mendeleyevi daha çox özünə cəhd etmişdir. Maraqlıdır ki, L.N.Tolstoy, D.İ.Pisarev və başqaları da öz əsərlərində irəli sürdüyü ideyaları ilə ali təhsil sistemində mövcud olan çətinliklərin aradan qaldırılmasına çalışmışlar.
L.I.Petrajiski «Universitet və elm» (1907) adlı əsər yaz­maqla Rusiyada ilk ali məktəb pedaqogikası dərsliyinin əsa­sını qoymuşdur.
Rusiyada XX əsrin 20-ci illərindən bir sıra elmi məktəb­lərin yaradıcıları ali məktəb pedaqogikasının inkişafı ilə bağlı xeyli işlər gördülər. Bu sahədə A.P.Pinkeviç və Y.N.Medinskinin rolunu xüsusilə qeyd etmək olar.
XX yüzilliyin 60-cı illərindən başlayaraq ali məktəb pedaqogikası kompleks şəkildə öyrənilməyə başlandı. Tələbə gənclərin təhsili və tərbiyəsinin özünəməxsus xüsusiyyətləri, ali təhsil müəssisəsində pedaqoji və elmi fəaliyyətin vəhdəti, ali məktəbin təşkili, idarə olunması və ona rəhbərlik məsələləri elmi tədqiqatların əsas istiqamətlərindən oldu.
Ali məktəb pedaqogikasında ümumi psixologiyanın və məktəb pedaqogikasının nailiyyətlərindən geniş istifadə olun­mağa başlandı. A.S.Makarenko, V.A.Suxomlinski, L.S.Vıqotski, B.Q.Ananyev irsindən bəhrələnən ali məktəb peda­qogikası öz hüdudlarını genişləndirməyə başladı və bununla bağlı ümumiləşdirici əsərlər yarandı.
RSFSR PEA tərəfindən V.A.Samarinin «Очерки психо­логии ума» (1962) əsəri nəşr olundu. Bununla da tələbə-gənc- brin əqli fəaliyyətinin tədqiqinin nəzəri əsasları haqqında təlim formalaşmağa başladı. Tələbəlik dövrünün psixoloji xüsusiy­yətlərinin öyrənilməsinə maraq artdı.
1966-cı ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi yanında ali məktəb pedaqogikası üzrə elmi-metodik şura yaradıldı. 1969-cu ildə Voronej Dövlət Universiteti «Педагогика вЬ1сшей школы» kitabını nəşr etdirdi. Həcmcə o qədər də böyük olmayan bu kitabda ali məktəbdə təlim və tərbiyə prosesinın təkmilləşdirilməsinin əsas istiqamətləri, ali məktəbdə təlim prosesinin psixoloji əsasları, ali təhsildə mühazirələrin rolu, ali məktəb müəllimi təlimdənkənar prosesdə tərbiyəçi kimi, ali məktəbdə tələbə-müəllim münasibətlərinin etik xüsusiyyətləri, təlimin təşkili, texniki vasitələrin təlim prosesinə tətbiqi və digər problemlər qismən də olsa işıqlandırıldı. Bu vəsait ali məktəb pedaqogikasının formalaşmasına müəyyən qədər öz töhfəsini verdi.
1969-cu ildə Lvov Dövlət Universiteti «Современные средства в техническом вузе» adlı dərslik nəşr etdirdi. Kitab bütövlükdə ali məktəb problemlərinə deyil, texniki institut­ların tədris prosesində təlimin müasir texniki vasitələrindən istifadə probleminə həsr olunmuşdu.
1972-ci ildə Leninqrad Dövlət Universitetinin əmək­daşları «Основы вузовской педагогики» adlı dərslik hazırladı. N.V. Kuzminanın redaktorluğu ilə bir qrup pedaqoqun hazırlamış olduğu bu kitabda ali məktəbdə təhsil-tərbiyənin bir neçə istiqaməti - gəncliyin ikinci dövrü - tələbəlik, ali məktəb kollektivinin xüsusiyyətləri, ali məktəbdə komsomol təşkilatının fəaliyyətinin məzmunu və vəzifələri; tələbələrin pedaqoji praktikasının təşkili məsələləri öz əksini tapmışdı.
70-ci illərin əvvəllərində Y.K.Babanskinin redaktorluğu ilə «Педагогика высшей школы» (1972), İ.D.Nikandrovun redaktorluğu ilə «Педагогика высшей школы» (1974) və S.İ.Zinovyevin «Учебный процесс в советской высшей школе» (1975) adlı kitabları nəşr olundu.
Bu kitablar ali təhsil sistemində ali məktəb pedaqogi­kasının nəzəri əsaslarını özündə ehtiva etməklə onun inkişafına qüvvətli təkan verdi.
1977-ci ildə S.Y.Batışev və S.A.Şaporinskayanm redaktəsi ilə «Основы профессиональной педагогики» kitabı işıq üzü gördü. Kitabın ən böyük məziyyəti ondadır ki, burada texniki peşə təlimi problemi geniş işıqlandırılmışdır.
Ali məktəb pedaqogikasının inkişafında müəyyən durğunluqdan sonra XX əsrin sonları və XXI əsrin əvvəllərində bu sahədə yenidən dirçəliş hiss olunmağa başlandı. Rus müəlliflərinin biri-birinin ardınca əsərləri işıq üzü gördü. Ali məktəb pedaqogikası ilə bağlı sanballı dərsliklər yarandı.
2001-ci ildə V.A.Popkov və A.V.Korjuyevin birlikdə yazdıqları «Дидактика высшей школы» adlı vəsait mütə­xəssislərin ixtiyarına verildi. Kitabda didaktik kateqoriyalar,qaydalar və qanunauyğunluqlar, ali məktəb müəlliminin ha­zırlığı və yaşlıların təhsili problemləri özünün dərin şərhini tapdı-
2002-ci ildə «Педагогика и психология высшей школы» adlı kitab nəşr olundu. Dərslikdə ali təhsilin məzmunu, təlim texnologiyaları, professional təfəkkürün sistemli formalaşdırılma metodları, geniş profilli mütəxəssis hazırlığı, kreativ (ingiliscə creativity yaradıcılıq .istedadı, yaradıcı qabiliyyət sə­viyyəsi deməkdir. Şəxsiyyətin nisbətən davamlı xarakteristika­sına daxildir), humanist, ahəngdar şəxsiyyət tərbiyəsi kimi son dərəcə önəmli problemlər ümumiləşdirildi.
Kitabın birinci hissəsi ali təhsil sistemində pedaqoji problemlərin şərhinə həsr olunub. Burada Rusiyada və xaricdə təhsilin müasir inkişaf istiqamətləri, ali məktəb didaktikasının əsasları, pedaqoji fəaliyyətin strukturu, ali məktəbdə təlim prosesinin təşkili formaları və metodları, pedaqoji layihələşdirmə, pedaqoji texnologiyalar, pedaqoqun kommunikativ mədə­niyyəti və pedaqoji kommunikasiya problemlərinin izahı ve­rilib. Əvvəlki dərsliklərdən fərqli olaraq burada ali məktəb müəlliminin pedaqoji mədəniyyəti, qabiliyyətləri və ustalığı məsələlərinə daha geniş yer verilib. Dərslikdə pedaqoji pro- yektləşdirmənin mərhələləri və formaları, tədris fənninin məz­mununun modul quruluşu (tədris materialının məntiqi surətdə tamamlanmış və tələbələr tərəfindən mənimsənilməsinə nəzarət olunan hissəsi) və reytinq nəzarəti, təlimin intensifikasiyası (geniş tədris informasiyasının verilməsi) və problemli təlim, aktiv təlim, işgüzar oyunlar, təlimin evristik distant və informa­siya (məlumatverici) təlim texnologiyalardan geniş bəhs olunur.
Dərsliyin ikinci bölməsi «Ali məktəb psixologiyası» adla­nır. Burada tələbə şəxsiyyətinin inkişaf xüsusiyyətləri, tələbə Və müəllim şəxsiyyətinin tipologiyası, tələbə şəxsiyyətinin psi­xoloji və pedaqoji xarakteristikasının öyrənilməsi, peşə istiqa­mətinin psixoloji əsasları, peşənin kompromis seçimi zamanı Psixoloji korreksiya işi, tələbə şəxsiyyətinin mütəxəssis kimi formalaşması və professional təfəkkürün təşəkkül prosesinin Psixoloji əsasları kimi məsələlərinə həsr olunmuşdur.
Kitabda məzmunun dərk edilməsinə kömək edən maraqlı sxemlər, qrafiklər, diaqramlar, müqayisələr, əlavələri və s. təqdim edilmişdir.
Son dövrün uğurlu dərsliklərindən biri də D.V.Çerni-i levskinin «Дидактические технологии в высшей школе»! (М.2002) adlı dərsliyidir. Onun üstün cəhəti tətbiqi istiqamət! daşımasıdır. Burada peşə-ixtisasla bağlı sistematik bilik və bacarıqların qazanılması, təhsil-tərbiyənin məqsədinə uyğun olaraq şəxsi keyfiyyətlərin formalaşmasım təmin edən didaktik proseslər, əməliyyatlar sistemindən ibarət kompleks didaktik! texnologiyalardan çox müfəssəl şəkildə bəhs olunur. Didaktik oyunlar, problemli təlim, təlim nəticələrinin keyfiyyətinin diaqnostikası kimi innovasiya texnologiyalarının geniş şərhi verilir.
D.V.Çernilevski öz dərsliyini belə bir məntiq üzərində qurur: təlimin proqnostik məqsədlərinin (nə məqsədlə öyrət­mək) müəyyənləşdirilməsi, məzmunun seçilməsi və layihələşdirilməsi (nəyi öyrətmək?), təlim prosesinin təşkili (necəl öyrətmək?), təlimin vasitə və metodlarının seçilməsi (hansı vasitələrlə öyrətmək?), müəllimin ixtisas səviyyəsi (kim öyrədir?), təlimin nəticələrinin diaqnostikası (nə alındı?).
Müəllif pedaqogikanın üç əsas konseptual müddəasına - «kimi öyrətmək?», «nə öyrətmək?» və «necə öyrətmək?» sual­larına cavab verməyə çalışır. Dərslikdə pedaqoji innovasiyalara geniş yer verən D.V.Çernilevski texnologiya kateqoriyasını - psixopedaqoji durumların, forma, metod, qayda və tərz komponentlərinin məcmusu kimi təqdim edir. Onun fikrincə, ali məktəbdə təlim texnologiyaları sivil cəmiyyətin ali ixtisas təhsilinə verdiyi tələblərə uyğun olmalıdır.
Psixopedaqoji proseduraların, forma, metod, qayda,! priyom (tərz) və şərtlərin (amillərin) sistemli kompleksindən ibarət olan ali təhsil texnologiyaları öyrənənlərin tələblərinə! davranış formalarına və fəaliyyətlərinə uyğun olmalı və beləliklə, ali məktəbdə təhsil-tərbiyə prosesinin şah damarı rolunu oynamalı, pedaqogikanın dəqiq elmlərlə qovuşmasını təmin etməli, pedaqoji praktikanı və müəllimin intellektualyaradıcılığını idarə və tənzim olunan və pozitiv nəticələri qabaqcadan müəyyənləşdirilə bilən prosesə çevirməlidir. Müəllifin fikrincə, pedaqoji texnologiya təlim-tərbiyə prose­din canlı və dinamik komponetidir, dərindən düşünülmüş, yaradıcı, məhsuldar, səmərəli işdir, pedaqoji prosesin effektivliyini təmin edən bir çox faktorların ahəngdarlığının təmin edilməsidir. Buradan müəllif belə qənaətə gəlir ki, təlim texnologiyası tam, bütöv didaktik sistemdir və o təhsil- tərbiyənin konkret məqsədlərinin reallaşdırılmasına şərait yaradır.
AZƏRBAYCANDA ALİ MƏKTƏB PEQAQOGİKASININ İNKİŞAFI
Azərbaycanda ali məktəb pedaqogikasının yaradılması təşəbbüsləri XX əsrin 70-ci illərinə təsadüf edir. Əgər 70-ci 'Hərdə ali məktəbdə pedaqoji prosesin tənzimlənməsi və idarə °lunması, ali məktəbdə təlim prosesinin mahiyyəti və vəzifələri, ali məktəbdə təlimin təşkili formaları, tələbə elmi tədqiqat işləri, aü məktbədə pedaqoji təcrübə, ali məktəbin müəllim və tələ­bələrinin fəaliyyətinin məzmunu ilə bağlı metodiki xarakterli əsərlər yazılırdısa, 80-cı illərdə problemlə bağlı sisteıtl tədqiqatlar aparılmağa başlandı. Ali pedaqoji təhsil sistemində tələbələrin tədris, elmi və ictimai fəaliyyətlərinin qarşılıqlı əla, qəsi, tələbə kollektivində şəxsiyyətin tərbiyəsinin pedaqoji əsas, lari, pedaqoji fakültə tələbələrində yaradıcı təxəyyülün tərbiyəsi problemləri namizədlik dissertasiyası (T.Məmmədov, A.l ləsa, nov, G.Axıındova, M.Dadaşova) səviyyəsində tədqiq edildi N.Əhmədov, S.Axundov, S.Paşayev və B.Bəşirovun ali məktəb pedaqogikasının mühüm problemi ilə bağlı araşdırmaları meydana gəldi.
M.Ə.Muradxanov müəllimlər üçün «Ali məktəhä1 mühazirə» (1976) adlı metodik vəsait hazırladı. Burada ali mək­təbdə mühazirəyə verilən pedaqoji tələblər, mühazirə zamanı əyani və texniki vasitələrdən istifadə edilməsi məsələləri işıqlan­dırıldı. Mühazirəyə hazırlaşmağın yolları ilə bağlı tövsiyələr verildi.
80-ci illərdən tələbə gənclərin ictimai fəallığının məzmun və mahiyyəti, kriteriyaları, səviyyələri, motivləri, formalaşması amilləri, demoqrafik məsələləri ilə bağlı ilkin araşdırmalar (F.Məmmədov) meydana gəldi.
Ali məktəb müəlliminə verilən etik tələblər, tələbə-gənclə­rin öz müəllimlərini qiymətləndirərkən əsaslandığı mənəvi dəyər­lər, müəllim-tələbə münasibətlərinin inkişaf dinamikası, ali mək­təbdə pedaqoji ünsiyyəti şərtləndirən amillər, ali məktəb müəlli­minin elmi-pedaqoji ustalığının, ictimai fəaliyyətinin tələbə şəx­siyyətinin formalaşmasına təsiri, ali məktəb müəlliminin əxlaq1 siması, tələbə gənclərin əxlaqi-psixoloji xüsusiyyətləri və inkişa­fını şərtləndirən etnopsixoloji faktorların müəyyənləşdirilməsi ilə bağlı A.Həziyevin silsilə məqaləjələri nəşr olundu.
Ali məktəbdə seminar məşğələlərin əhəmiyyəti, mahiyyətli mərhələləri, növləri, seminar məşğələləri ilə mühazirə arasında qarşılıqlı əlaqə, seminar məşğələlərinə hazırlıq və keçirilməsi, se­minarda müəllimin rəhbər rolu, seminar məşğələlərində tələbələrin müstəqil işi və ali məktəbdə təlimin seminar formasının təşkili ilə bağlı digər vacib məsələlər Ə.S.Tağıyevin «Ali məktəbi seminar məşğələlərinin aparılmasına aid metodik göstərişlər (1984) öz ifadəsini tapdı.
1989-cu ildə A.Qurbanovun «Kurator və tələbə» adlı kitabı nəşr olundu. Kitabda ali məktəbdə kuratorun fəaliyyəti ilə bağlı, demək olar ki, bütün məsələlər (kurator işinin mahiyyəti, təşkili, hüquq və vəzifələri, kuratorun şəxsiyyəti tərbiyə amili kimi və s.) əhatə olundu və beləliklə, ali məktəb kuratorları üçün kompas rolunu oynadı.
90-cı illərdə Azərbaycan AAK-nın qərarı ilə bütün ixtisaslar üzrə aspirant və dissertantların ali məktəb pedaqogi­kasından minimum imtahanı verməsi, universitet və institutların magistraturasında ali məktəb pedaqogikasının tədrisi ali məktəb pedaqogikası ilə bağlı tədqiqatların daha geniş vüsət almasına şərait yaratdı. B.Bəşirovun «Ali məktəb pedaqogikası» (APU, 1992) və «Ali məktəb didaktikası» (1992) kitabları nəşr olundu.
1999-cu ildə N. Kazımov «Ali məktəb pedaqogikası» adlı dərslik hazırladı. Dərslikdə pedaqogikanın nəzəri-metodoloji məsələləri, pedaqogika elminin sahələri, digər elmlərlə əlaqəsi, tədqiqat üsulları və pedaqoji cərəyanlar, pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdəti, pedaqoji prosesdə ziddiyyət, qanunauyğunluq və qanun anlayışları, pedaqoji prosesin ümumi prinsipləri, əsas mərhələləri, üsulları, təşkili formaları kimi iimumpedaqoji məsələlər şərh olundu. Bununla yanaşı, magistratura pilləsində pedaqoji təcrübə, ali məktəbdə elmi-tədqiqat işi, ali məktəbdə yüksək ixtisaslı elmi- pedaqoji kadrların hazırlanması, ali məktəbdə rəhbərlik və pedaqoji nəzarət kimi sırf ali məktəb pedaqogikasının problem­ləri də özünün ətraflı şərhini tapdı.
Hazırda ADPU-nun (H.Əhmədov, F.Rüstəmov, M.Həsə­nov, H.Bayramov, İ.İsayev, M.İlyasov, K.Quliyeva, H.Cəfərov, BDU-nun (N.Muxtarova, H.Əlizadə, T.Dadaşova, A.Həziyev, b.Məmmədov, R.Mahmudova, S.Allahverdiyeva, N.İmamver- diyeva), Dillər Universitetinin (N.Kazımov, F.Sadıqov), Azər­baycan Müəllimlər İnstitutunun pedaqogika kafedralarında (R.Hüseynzadə, A.Həşimova), Təhsil Problemləri İnstitutunun müvafiq şöbələrində (A.Mehrabov, A.Abbasov, Ə.Ağayev, V.Xəlilov, R.Əliyev) ali məktəb pedaqogikasının bu və ya digər Problemləri ilə bağlı araşdırmalar aparılır, proqramlar tərtib olunur, dərslik və dərs vəsaitləri hazırlanır.

Yüklə 248,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin