2. Pedaqogikada diferensasiya və inteqrassiya prosesləri Ali məktəb pedaqogikası ümumi pedaqogikanın sahısi kimi



Yüklə 248,55 Kb.
səhifə3/9
tarix30.11.2022
ölçüsü248,55 Kb.
#71529
1   2   3   4   5   6   7   8   9
1MÜHAZİRƏ (1)

* Əmək islah pedaqogikası əmək-islah düşərgələrinda təlim-tərbiyə işinin təşkilindən bəhs edir.
* Peşə pedaqogikası insanın konkret peşə-ixtisas fəaliyyətinə hazırlığının, nəzəri əsaslarını, qanunauyğunluqlarımı prinsip və texnologiyalarını işləyib hazırlayır. Professional fəaliyyətdən asılı olaraq peşə pedaqogikasının aşağıdaki sahələri mövcuddur:
* İstehsalat pedaqogikası
* Hərbi pedaqogika
* Tibbi pedaqogika
* Mühəndislik pedaqogikası
Sosialpedaqogika insanların bütün yaş qruplarının və xüsusi sosial kateqoriyalarına məxsus təşkilatlarda sosial tərbiyə məsələlərini öyrənir.
Əlahiddə pedaqogika (Defektologiya) - fıziki və əqli inkişafında ciddi çatışmazlıqları olan insanların (uşaq və böyüklərin) təhsili və tərbiyəsinin nəzəri əsaslarını, prinsip, forma və vasitələrini öyrənir. Defektologiyanın sahələri aşağıdakılardır:
* Surdopedaqogika (latınca «surdos»-kar deməkdir)- lal-kar və kar adamların təhsili və tərbiyəsi məsələlərini öyrənir.
* Tiflopedaqogika (yunanca «tiflos»-kor deməkdir) kor və zəif görən adamların təhsili və tərbiyəsi problemlərinin tədqiqi ilə məşğul olur.
* Oliqofrenopedaqogika («oliqofren» yunan sözü olub, oliqo-kəm, frin-əql sözlərinin birləşməsindən əmələ gəlib) - ağıldankəm adamların təhsili və tərbiyəsi sahəsində tədqiqatlarlaməşğuldur.
Loqopediya (yunanca «loqos» - söz, «paideia»-tərbiyə sözlərinin birləşməsindən əmələ gəlib) - uşaq və böyüklərdə nitq qüsurİarımn islahı ilə məşğul olur. Pedaqoji elmlər sistemini sxematik olaraq aşağıdakı göstərmək olar:
Elmin öz problemlərini müvəffəqiyyətlə həll etməsi onun digər elmlərlə inteqrasiyasindan, qarşılıqlı əlaqələrindən çox asılıdır. Hazırda qapalı elm sahəsi yoxdur. Pedaqogik elmi də belədir. Pedaqogika öz problemlərini həll edərkə insan haqqında olan bir sıra elmlərin nailiyyətlərindəıı istifadə edir.
Pedaqogika elminin inteqrasiyası bir neçə istiqamətdə reallaşdırılır:
* pedaqogika digər elmlərin kateqoriyalarından, terminlərindən, baza anlayışlarından istifadə edir;
* pedaqogika başqa elmlərin əsas ideyalarından, nəzəri müddəalarından, ümumiləşdirilmiş nəticələrindən, qanunauyğunluqlarından, prinsipial müddəalarından və məlumatlarından istifadə edir;
* pedaqogika başqa elmlərin tədqiqat metodlarından istifadə edir;
* pedaqogika digər elmlərin apardığı tədqiqatların konkret nəticələrindən istifadə edir;
* pedaqogika - psixologiya, sosiologiya, mərkəzi sinir sistemi fıziologiyası və insan bioloji varlıq kimi öyrənən digər elmlərlə birlikdə kompleks tədqiqatlarda iştirak edir.
Başqa elmlərdə olduğu kimi, pedaqogikanın da özünəməxsus sistemi vardır.
Pedaqogikanın daha sıx əlaqədə olduğu elm psixologiyadır. Bu, ondan irəli gəlir ki, hər iki elmin tədqiqat obyekti insandır. Psixologiya insan psixikasının inkişaf qanunauyğunuqlarını, pedaqogika isə şəxsiyyətin inkişaf prosesinin idarə olunınası qanunauyğunluqlarını tədqiq edir. Biri-birilə üzvi vəhdətdə həyata keçirilən tərbiyə, təhsil və təlim insan psixikasının məqsədəuyğun inkişafını təmin edir və ya əksinə.
Pedaqogika pedaqoji faktları aşkarlamaq, təsvir etmək, izahını vermək, sistemləşdirınək, ümumiləşdirınək və pedaqoji prosesin nəticələrini öyrənmək məqsədilə psixoloji biliklərdən, psixoloji diaqnostikalardan (məsələn, testləşdirnıə, anketləşdirmə, reytinq və s.) geniş istifadə edir.
Pedaqogika fiziologiya elmi (xüsusən də insan fıziologiyası, yaş fıziologiyası, ali sinir sistemi fıziologiyası) ilə sıx vəhdətdədir. Təhsil alanların fıziki və psixi inkişafını, insan orqanizminin funksional sistemini, ali sinir sisteminin fəaliyyət qanunauyğunluqlarım bilmədən, onları məqsədəuyğun şəkildə istiqamətləndirmək, yaxud inkişafetdirici təlim texnologiyalarını hazırlamaq, şəxsiyyətin optimal inkişafını təmin etmək mümkün deyil.

Yüklə 248,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin