2 Film Fiction



Yüklə 5,69 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix31.01.2017
ölçüsü5,69 Mb.
#6966
1   2   3   4

Qeyd:  Yazıda  İstanbul  Film  Festivalı`nın  rəsmi  internet  səhifəsi 

 

film.iksv.org`dan istifadə olunmuşdur.   

 

 

 



 

 

 



 

 

 



 

21 


 

Film Fiction | Aprel, №13 

Müsahibə: 

Алекса́ндр Соку́ров 

#BERGMAN və ANTONİONİ 

 

 



 

Əsrin sonu... İnqmar Berqman və Mikelancelo Antonioni eyni gündə dünyadan köçmüşlər... 

İnqmar Berqman və Mikelancelo Antonioni eyni gündə dünyadan köçmüşlər. Bu təsadüfdə nəinki taleyin qismətini və 

hekayələrin  məntiqi davamını, eyni zamanda nöqtəni yerində qoymağı bacaran kəslərin jestini görmək mümkündür. Elə 

şəxslər var ki, onların nekroloqa ehtiyacı yoxdur. Onlar barədə yazılmış sözlərdən qat-qat yüksəkdə dayanan sənətkarlar var. 

Berqman və Antonioninin filmləri onların dünyadan köçməsi kimi heç bir izaha ehtiyac olmadan özü-özlüyündə danışır. Eyni 

zamanda onların filmlərində daima can atdığı nitq vasitələri  kinematoqrafın sənət, sənətkar kimi mövcudluğunu əbədilik 

sübut edir, bəzən sözlərlə ifadə olunmadan həyatın özündən belə real görünür. 

 

 



 

22 


 

Film Fiction | Aprel, №13 

Antonioni barədə daima həmmüəllif olduğu dostu 

Tonino Querra, Berqman barədə isə onun teatr məktəbini 

keçmiş aktrisa Mariya Bonnevi danışır. Müasir klassik 

Aleksandr Sokurov və yeni nəsil müəllif kinosunun 

nümayəndəsi Andrey Zvyaqinsev dahi rejissorlar barədə 

düşüncələrini paylaşır. 

“Böyük miqyaslı insanlar üçün hazırki dövr çox cılızdır. 

O, heç bir maraq kəsb etmir. Hər şey – insanın həyatı, onun 

reallığa yanaşması sadələşir, adiləşir… Antonioni və 

Berqmandan sonrakı dövrdə belə rejissorlara get-gedə daha 

az təsadüf olunacaq”. 

Aleksandr Sokurov  Yevqeni Qusyatinskiyə: 

“Mən Berqman və Antonioninin rəsmlərini gördükdə 

tamamilə fərqli, avropa biçimli insanlar görürdüm. Mənim 

ətrafımda belə simalar yox idi.” 

Aleksandr Nikolayeviç, sizin üçün Berqman və 

Antonioninin dünyadan köçməsi nə deməkdir? 

Onlar heç yerə getməmişlər. Onlar sağdır. Gedən bizlərik... 

Antonioni və Berqmanın ağır xəstə olduqlarını çoxdan 

bilirdim. Bir neçə dəfə onlarla görüş təyin etsəm də, 

vəziyyətləri ağırlaşdığından bu görüş baş tutmamışdı. 

Antonionini mən yaşlı bir insan kimi təsəvür edirdim. İlk 

dəfə onun rəsmini gördükdə o, yaşlı kişiyə bənzəyirdi. 

Əlbəttə Berqman kimi o da mənim üçün Sovet İttifaqından 

tamamilə fərqli bir mədəniyyətin nümayəndəsi idi. Mən bəzi 

rejissorların Antonioni və Berqman barədə necə açıq qibtə 

ilə danışdıqlarını görürdüm. Berqman və Antonioninin eyni 

zamanda professional sovet mühitindən ayrılması mühüm 

əhəmiyyət kəsb edirdi. Hətta Fellini belə bəziləri üçün 

nisbətən yaxın, əlçatan idi. Berqman və Antonioni isə çox 

uzaqlarda mövcud idi. Bu ayrılma, uzaqlaşma onların 

rejissorluq sahəsindəki yenilikləri nəticəsində baş vermişdi. 

Berqman birdən-birə Berqman olmamışdı. Bu sözləri 

Antonioniyə də aid etmək olar. Dərin düşüncəli filmlər 

çəkməzdən əvvəl o, bir sıra adi filmlər üzərində işləmişdi. 

Tədricən sürət toplamış və bundan sonra onu bir daha itirməmişdir. 



Sizin üçün onlar müəyyən mənada  mifoloji varlıqlardır? Siz onları bir insan kimi necə təsəvvür edirsiniz? 

Düzünü desəm,heç vaxt bu barədə düşünməmişəm. Yalnız onların rəsminə baxmaqla onların fərqli, avropa biçimli insanlar 

olduğunu dərhal başa düşdüm. Mənim ətrafımda belə insanlar yox idi. Bəlkə də Sovet İttifaqında belə insanlara Landau və 

Kapisu kimi fizika, riyaziyyat institutlarında təsadüf etmək olar… Lakin kinoda belələri yox idi. Mənim üçün onlar Avropa 

sivilizasiyası inkişafının kənarlaşdırılmış nümayəndələri, simvolları idi. 

Bəs indi necə,belə simvollar varmı?  

Bəlkə də mən az izləyirəm, amma avropalılardan heç kimin adını çəkə bilmərəm. Mənim fikrimcə möhtəşəm rejissor 

Kira Muratovadır. Mənim üçün müasir kinoda o, nömrə birdir. Onunla heç kim rəqabət apara bilməz. O, Berqman miqyaslı bir 

rejissordur. Bir zamanlar Lars Von Trieri çox ciddi qəbul edirdim, sonralar fikrimi dəyişdim. 

Berqman və Antonioninin  kinematoqrafiyaya təxminən eyni zamanda-qırxıncı illərin ortalarında gəlməsi və bir neçə 

saat fərqi ilə dünyadan köçmələri, eyni zamanda,lakin müxtəlif səbələrdən öz peşələrindən əl çəkməsi simvolik xarakter 

daşıyır. Hər ikisi əvvəlki kimi gərgin olmasa da, işləməyə davam edirdilər. Səksəninci illərin əvvəllərində ”kinonun sonu”, onun 

incəsənətin bir növü kimi tükəndiyi barədə söhbətlər  yayıldığı zaman artıq onlar elə də çox filmlər çəkmirdilər. 

Bəlkə də, Berqman ilk növbədə ruhən, qəlbən tələbat duymadığı üçün işləmirdi. Kino sahəsində iş göründüyü kimi 

ürəkaçan deyil. Berqman teatra, ədəbiyyata qatılır. Məncə, o, haqlı idi. Antonioninin pis xəstəliyə tutulması onun kinodan 

getməsinin əsas səbəbi olsa da, mənə elə gəlir ki, onun yaradıcılığı tükənmişdi. Onun sonuncu filmlərindən biri barədə 

deyirdilər ki, bu işıq eksperimentidir, lakin bu  məqsədyönlü bir eksperimentdir. İdeyalar tükənirdi, bundan pis nə ola bilərdi 

ki… Zəmanə dəyişirdi, belə ki, Antonioni Avropada – tamamilə ucqar, ”adaya bənzər”, təcrid edilmiş İsveçə nisbətən daha fəal 


 

23 


 

Film Fiction | Aprel, №13 

 

ölkə olan İtaliyada yaşayırdı. İtaliya dünya mədəniyyətinə 



böyük töhfələr vermiş qədim incəsənət ənənələrinə malik 

bir ölkədir. Bu mənada o, İsveç ilə müqayisəyə gəlməzdir. 

Strindberq, Berqman və Volvo avtomobillərindən başqa 

İsveçdə heç nə yoxdur. Mənə belə gəlir ki, Berqmanın 

kinodan sakitcə uzaqlaşmasının səbəbi  ona olan tələbatın 

azalması idi. 

Mən dəfələrlə İsveçdə olmuş və orada Berqmanı 

necə qəbul etdikləri ilə maraqlanmışam. Onun barədə 

söhbət edən zaman onsuz da təcrid edilmiş xalq hesab 

edilən isveçlər darıxmış, bezmiş görünürdülər. O, özü öz 

karyerasına nöqtə qoymuşdu, yaxşı bilirdi ki, heç kim ona 

yaxınlaşıb əlindən tutub “qal”, deyə yalvarmayacaq. 

Berqman tədricən öz aktyorları, kinematoqrafiya zirvəsinə 

addımladığı şəxslərlə birlikdə bir kateqoriyadan digərinə 

keçirdi. Bura  çatdıqda o,çox sakit, əl-qol açmadan, yeni 

əlaqələr yaratmadan mövcud olurdu. Berqman tədricən 

kino sənətində mümkün olmayan daxili tarazlıq əldə edir. 

Bu iki anlayış bir-birinə ziddir. Kinematoqrafiya çox əsəbi, 

güclü enerji, emosiya tələb edən bir sahədir. Mən özümü 

heç kimlə müqayisə etmirəm, amma deyə bilərəm ki, ədəbi 

yaradıcılıqla məşğul olmaq üçün mənə bir, kino sənəti üçün 

başqa bir əhval-ruhiyyə lazımdır. Özünü başqa bir daxili 

aləmdə hiss etməlisən. Hələ nəsə alınacağı belə məlum 

deyil. Bəzən “nəyə lazımdı bütün bunlar?”deyə düşünürsən. 

Nə üçün bu işlə məşğulam? Yüz kərə götür-qoy edirsən. 

Berqman bütün bu kinematoqrafiya çaxnaşması və 

formasına tələbat olmadığı bir dövrdə Kabusla, həyatla 

ünsiyyətin başqa bir mərhələsinə qədəm qoymuşdur. 

Antonioniyə gəldikdə isə, yaradıcılığına əsasən 

demək olar ki, o, təbiətən fərqli bir insan idi. Onun üçün  

 

ətrafda baş verən hadisələr mühüm əhəmiyyət kəsb edirdi. 



Onu əhatə edən aləmdə fədakarlıq, mərdliklə izah edilən 

paradokslar tükəndikdə o, dərin məzmunlu, gözqamaşdırıcı 

əsərlərdən məhrum oldu, cəmiyyətin ictimai meyllərə 

marağı azaldıqda isə o,artıq  nə barədə film çəkəcəyini 

bilmirdi. Antonioni müasir dünya və müasir insan, onların 

ardınca boşluq gələn acı məhrumiyyətlərinə dirənirdi. 

Həqiqətən də, belə bir boşluq yarandı. Böyük miqyaslı 

insanlar üçün bugünkü dünya cılız və maraqsızdır. Hər şey-

insan həyatı, onun reallığa yanaşması belə adiləşir, 

sadələşir... Siyasi və sosial faktorların mənası o qədər 

mühüm əhəmiyyət kəsb edir ki, mürəkkəb varlıqlar 

kənarlaşdırılır. Antonioni kimi böyük miqyaslı insan üçün 

bu dünyada görüləsi heç bir iş qalmamışdı. Ya başqa 

zamana dönməli, ya da “müasir insan” mövzusuna 

toxunmadan başqa bir işlə məşğul olmaq lazım idi. 

Antonioni isə həmişə müasir dövrdə yaşamışdı. O, heç vaxt 

müasir dövrdən uzaqlaşmamış, tarixə, ədəbiyyata üz 

çevirməmiş, məşhur yazıçılarla əlaqə qurmamış, onun 

dövrünə qədər yaşananları böyük intellektual səylə 

ekranlaşdırmağa çalışmamışdı. Mücərrəd zaman-antik 



 

24 


 

Film Fiction | Aprel, №13 

dövrə baş vuran Fellini tərzi ona yad idi. Məncə, Antonioni yalnız 

müasir dünyada yaşamağı bacarırdı. Sözsüz ki, yaş və ağır xəstəlik 

də öz sözünü deyirdi. Artıq məlum idi ki, müasirliyə bağlı insan 

onun labirintlərində azmaq təhlükəsi ilə üzləşə bilər. Mən belə 

düşünürəm. Bəlkə də yanılıram. 



“Deyərdim ki, – O, köhnə şərablar içirdi”... 

Bəs qoca yaşlarında könüllü  tərki-dünya olan Berqmanı 

müasirlik narahat edirdimi? 

Məncə, Berqman daxilən on doqquzuncu və iyirminci 

əsrlər arasında qalmışdı. Onun qəhrəmanları on doqquzuncu əsrə 

aid olsa da, onlar Freyd, Yunqa nəzəriyyələrini dərindən oxumuş, 

psixoanalizlə tanış insanlar idi. Belə bir qəribə qarışıqlıq. Məsələ 

nə Berqman filmlərinin tərcümeyi-hal xarakteri daşımasında, nə 

onun necə bir uşaqlıq dövrü keçirdiyini, hansı ailədə böyüdüyünü 

əks etdirməsində deyil. Bu amillər mövcud olsa da, o, onlardan 

tamamilə asılı deyildi. Onun belə bir müasir içki qədəhinə ehtiyacı 

yox idi. Deyərdim ki, o, köhnə şərablar içirdi. Müasirlikdən 

uzaqlaşmaq onun üçün daha asan idi. Bəlkə də burada Berqmanın 

milli və “dini” xarakteri müəyyən rol oynayırdı. Bu isveçə həyatda 

çox az şey lazım idi, o, kaprizli, ərköyün deyildi, tərki-dünyalıq, 

özündən razılıq, dözümlülük və istənilən hadisəyə hazır olmaq 

onun qanında idi. Digər tərəfdən Berqman çox aktiv həyat tərzi 

sürürdü, daim çalışırdı. Beş xanım, doqquz uşaq-bu qayğılar bütün 

ömrü boyu ona bəs idi. Bununla yanaşı o, əsl humanist idi. Hətta 

amerikalıların ona olan nifrətinə belə tab gətirə bilmişdi. Mən 

Ştatlarda onunla bağlı çap olunmuş yazıları yaxşı xatırlayıram. Biz Tarkovski ilə onu böyük həyəcanla oxuyurduq, çünki, 

Amerika mətbuatında onun filmlərinə, personajlarına verilən qiymət şəxsi təhqir daşıyırdı. Amerikalılar təsəvvür edə və dözə 

bilmirdilər ki, belə bir dini baxışlara malik insan ümumiyyətlə cəmiyyət içində yaşaya bilər. O, amerikalıların ona olan 

münasibətindən xəbərdar idi, amma heç vaxt bu hücumlara cavab vermirdi. Berqman humanist keyfiyyətlərə malik bir insan 

idi. Bu, kinematoqraflar üçün nadir xüsusiyyətdir. Əksər rejissorlar özünə sədaqət, öz işində ardıcıllıq və daxili tarazlıq kimi 

keyfiyyətlər tələb olunan belə gərginliyə tamamilə tab gətirmirdi. Bu xüsusiyyətlər həm rejissor, həm də cəmiyyət üçün bir 

sınaqdır. Onlar insanların həssaslıq, fərasət, bəzən onların özündə belə olmayan bacarıq və qabiliyyətləri qəbul edib 

qiymətləndirmək bacarığını sınayır. 

Heç Amerikanı demirəm, hətta Avropanın Kinematoqrafiya İttifaqı belə bu sınağa tab gətirmirdi. Avropa öz intellektual 

mövqeyindən əl çəkirdi. 



Sizcə, Berqman və Antonioni filmlərindəki problematikanın formalaşmasına səbəb nədir? 

Berqman məsələsinə gəlincə bu, çox intim bir mövzudur. Deyərdim ki, Berqmanda bu-bütün psixi, mənəvi, fizioloji 

nüuanslarla birlikdə qadını qəbul etmək və ona münasibət problemi və bütün bunların kişilərə təsiridir. Berqman qadın 

xarakterinə, qadın psixologiyasına sırf kişi mövqeyindən yanaşırdı. 



Bəs inam, onun filmlərinin dini aspekti? 

 

Ola bilər. Mən kinoda dini baxışları anlamıram. Kinematoqraflara din xadimi demək düzgün olmaz. Kinematoqraf nə 

kilsə, nə də məbəddir. Kino dinə müraciət etmək üçün həddən artıq gözəl, cəlbedici, tərtibatlarla zəngindir. Berqman dini 

mövzulara çox tez-tez, bəzən də aqressiv şəkildə toxunurdu. Bəzən də istəmədən belə o, Yaradanla bir səviyyəyə qalxırdı. O, 

fikirləri formalaşdırdığı üçün böyük məsuliyyət daşıyırdı. Mənim üçün Berqmana xas bu xüsusiyyət bir o qədər də önəmli 

deyil. İncəsənətdə, xüsusilə də kinematoqrafiyada bu cür mövzularla qətiyyən maraqlanmıram. Bəlkə də, yalnız Mikelancelo, 

Rafael, Leonardo da Vinçi, Rembrandt kimi rəssamlar buna nail olmuşlar. Kinematoqraflardan fərqli olaraq rəssamlar zamanın 

axarına münasibətdə təklif gözləmir. Bu çox incə işdir. Rəssamlar sanki Allaha nəsə təklif edir, kinematoqraflar isə ona zorla 

qəbul etdirir. Kinorejissorlar inamdan danışdıqda, onların  əsərləri və düşüncələri dini mahiyyət kəsb etdikdə, onlar sanki 

həmişə Yaradana öz ayələrini  zorla qəbul etdirməyə çalışır. Mentalitetcə Antonioni katolik idi. Mənim üçün o, katolik etika və 

estetikasına malik qot üslüblu bir rəssamdır. Mənim üçün Antonioni belə demək olarsa, Avropanın Dovjenkosudur, Aleksandr 

Dovjenko tərzinə çox yaxındır. Berqmanı kiminləsə müqayisə etmək çox çətindir, ehtimal ki, onun yaradıcılığında Tolstoy 

mövqeyi var. 

 

 

 

 


 

25 


 

Film Fiction | Aprel, №13 

 

Berqman və Antonioni sizin yaradıcılığınıza təsir 

edibmi? 

Heç vaxt. Berqman filmlərinə xas olan yaxın insanlar 

arasındakı belə qəddar, kəskin konfliktlər məni heç vaxt 

maraqlandırmamışdır. Mən onları böyük həyəcanla izləyir, 

eyni zamanda rejissorun sənətkarlığına heyran olurdum. 

Lakin mənəvi nöqteyi-nəzərdən mən heç vaxt yaxın 

qohumlar arasında belə dəhşətli uçurum, iztirablı, 

dözülməz əlaqələr olan və əsl meydana çevrilən bu cür 

filmlər çəkməzdm. Bu mənə yaddır. Antonioni həmişə 

mənim üçün maraqlı bir insan olmuş, mən onun filmlərinin 

gözəlliyinə, xüsusilə orada inkişaf edən estetikaya heyran 

olmuşam. Lakin bütün bunları mən artıq fundamental və 

fantasmoqorik rejissor Dovjenko yaradıcılığında müşahidə 

etmışəm. Güman edirəm ki, Tarkovski nəzmi və Antonioni 

üslubu Dovjenko yaradıcılığından bəhrələnmişdir. 

“Berqman və Antonioni sadəcə dahi rejissorlardır. 

Onlar getdikcə daha çox zövqsüzlük, mənasızlıq, maliyyə 

təcavüzü  şəraitində yaşamağa məcbur idilər.” 

Berqman və Antonioni dünya kinosuna nə 

dərəcədə təsir etmişlər? 

Düşünmürəm ki, onlar kinematoqraf şəxsiyyətinə və 

gələcəyinə xüsusi təsir etmişlər. Onlar güc toplayıb zirvələri 

fəth edən zaman kinonun incəsənətin bir sahəsi kimi  

humanitar inkişafı, özünü təkmilləşdirmə  prosesi 

dayanmışdı. Cəmiyyətdə ona olan maraq azalmışdı. Bu da 

mədəniyyətin tamamilə maliyyələşməsi və sənayeləşməsi 

prosesinin nəticəsi idi. İndi incəsənətdə kinematoqraf 

obrazının formalaşması dehumanizm, xaos şəraitində baş 

verir. Hesab edirəm ki, Rembrandt və El Qreko incəsənəti 

mahiyyətcə dəyişə bilmədikləri kimi, Berqman və 

Antonioni də sadəcə dahi rejissor olaraq qalmışlar. Onlar 

getdikcə daha çox zövqsüzlük, mənasızlıq, maliyyə 

təcavüzü şəraitində yaşamağa məcbur idilər. Zaman 

keçdikcə onların filmlərini daha az insan yalnız DVD—də 

izləyəcək, onlar sakit və qaranlıq bir mövqe tutacaq, 

televizorda isə bu filmlər nümayiş olunmayacaq. Bir neçə 

ildən sonra bu  filmlərə baxmayacaqlar, onlar haqqında heç 

nə bilməyəcəklər. 

Lakin bu filmlər sizin haqqında danışdığınız 

dağıdıcı proseslərə sinə gərmək bacarığını təcəssüm 

etdirmişlər... 

Şübhəsiz ki.  O zaman indiki kimi maliyyə 

amansızlığı olmadığından onlara müəyyən mənada  asan 

idi. İndi daha çətindir. Antonioni və Berqmandan sonrakı 

dövrdə belə rejissorlara getdikcə az təsadüf olunur. 

Humanitar incəsənət ilk növbədə cəmiyyətə, xalqa lazım 

olmadığı üçün arzuolunmazdır. Mən hələ kinonu görüntülü 

məhsula, mala çevirib mənfəət güdənlərdən danışmıram. 

Bu, siyasətin dehumanizasiyası kimi çox ciddi məsələdir. 

Sizə elə gəlmirmi ki,onlar sözün yaxşı mənasında 

təqlidə layiq nümunələrdir? 

Onların mədəniyyət nümunələri olması üçün ilk 

növbədə  sənəti tərtibatdan, sənəti görüntülü məhsul 

olmaqdan ayıran, onlar arasındakı fərqi izah edən güclü və 

ciddi təhsil sistemi lazımdır. İndi bütün kriteriyalar ləğv 

edilib. Hazırda əksər kino məktəblərində bəlkə də, qeyri-

ixtiyari olaraq əsl kino kimi  təqdim olunan dizayn dərsləri 

keçilir.Bunlar tamamilə fərqli məfhumlardır. 



Antonioni və Berqman filmlərini birləşdirən 

konkret priyomlar, oxşar təcrübələr varmı? Axı onlar 

hər ikisi kinematoqrafiya modernizminin klassikləridir. 

Berqman soyuqqanlı insanların ehtiraslarını 

nümayiş etdirir. O, aktyor sənətinin bütün incəliklərini 

nümayiş etdirir, qapalı, möhürlü Skandinaviya xarakterini 

alt-üst edir. İtaliyalılarla belə fənn işlətmək, onları necə 

deyərlər, cilovlamaq çox asandır. Lakin soyuqqanlı 

Skandinaviya xarakterini isitmək üçün böyük hünər, 

cəsarət lazım idi. Berqman buna həm kinoda, həm teatrda 

nail olmuş, milli obrazı tamailə dəyişmiş, pozmuş, ondan əsl 

psixofiziki, psixiatrik təsəvvürlər yaratmışdı. Antonioni isə 

əksinə ”italyan ehtirasını”tamamilə soyudaraq onu sanki 

məhv edir. Bu mənada Berqman və Antonioni bir-birinə 

şərti olaraq ziddir. Berqman istiqanlı, cənublu Antonioniyə 

meyl edir. Antonioni isə “hisslərin böhranı”nı, 

qəhrəmanların yadlaşmasını ifadə edən soyuqqanlılığa, 

dəqiqliyə meyl edir. Əksər rejissorlar, bir qayda olaraq, hər 

bir obrazın daxili aləminə nüfuz etməyə çalışır. İnsan bütöv 

varlıqdır, onu öldürmədən hissələrə parçalamaq qeyri-

mümkündür. Amerikalılar bu sehirli yumurtanın qabığını 

sındıraraq onun daxilinə can atır, bu zaman rüşeymin 

məhvini müşahidə edərək vicdan əzabı belə çəkmirdilər. 

Berqman isə qabığı sındırmadan, qırmadan, ona ziyan 

vurmadan daxilə nüfuz etməyə can atırdı. Antonioni isə 

tamamilə qansız, vicdansız hərəkət edirdi-bu yumurtanı 

müşahidə edir, onun ətrafında gəzib dolaşırdı. 


 

26 


 

Film Fiction | Aprel, №13 

Müasir 

kinematoqrafiyada 

“astagəl” film estetikası 

 

Estetika 

Son illərdə əksər sənət ölkələri tərəfindən (buraya keçid 

dövrü kinematoqrafiyasında olan ölkələr də daxildir) 

çəkilən filmlərdə art-house və ya astagəl filmlərlə 

meynstrim filmləri aradında yaranan dixotomik fərqlər 

özünü açıq-aydın göstərir. Fərq ilk növbədə, sürət və 

montajda nəzərə çarpır. Biz montaj və sürətə görə filmləri 

astagəl və sürətli deyə iki kateqoriyaya bölə bilərik. 



A.Serra “Cəngavərin şərəfi” filmindən kadr (2006) 

 

Əsas da Şərq meynstrimində əmələ gələn astagəllik və ya 



bir növ ənənəvi kinoya müxaliflik tez bir zamanda xeyli 

kinematoqrafçının yaranmasına səbəb oldu. Biz buraya son 

20 ildəki amerikan dalğasını da əlavə edə bilərik. Bir çox 

festivallarda “astagəl filmlər” (və ya cinema of slowness, bu 

bölgünü ilk dəfə 2003-cü ildə Mişel Siment aparıb.) artıq 

incəsənətdə fərdə münasibəti dəyişdi, forma və zamanın 

emosional duyğulara xidmət etməli olduğunu ortaya qoydu. 

Tempin zəifləməsi isə impuls və enerji qarışıqlığının 

məntiqə şərait yaratmasını şərtləndirdi. Bu stilə biz 

(xronoloji ardıcıllığı nəzərə almasaq): Filipp Qarelli, Şantal 

Akermanı, Teo Anqelopulosu, Abbas Kiarostamini, Bella 

Tarrı, Aleksandr Sokurovu, Xou Syasousyanı, Tsay Min Lanı, 

Şarunas Bartası, Pedro Koştanı, Zya Jankeni, Aniçaptonq 

Virasekatulu, Lisandro Alonsonu, Ursula Antonikı, Karlos 

Reyqadası, Qas Van Sant, Albert Serranı misal göstərə 

bilərik. 

Bu rejissorların iş prinsipini belə xarakterizə etmək olar: 

uzun planlarda çəkim (bəzən ektremal uzunluq) əks-

mərkəzləşdirmə (və ya desentralizasiya) metodu vasitəsilə 

planı ləngitmək və təsviri şaxələndirmək. Bəzi 

mütəxəssislərin fikrincə, bu metod adlandıran zaman 

əslində “astagəl film modeli”deyil, “astagəl estetika” 

ifadəsini işlətmək daha məqsədəuyğun olardı. Bu filmləri 

izlənməsi bizi mədəniyyət və cəmiyyət sürətindən 

uzaqlaşdırır, bizi narrativ kinematoqraf və fiziki ritm halına 

salır. Bəzən peyda olan qeyri-müəyyən kadrlar, dialoqsuz 

təsvrilər əslində ilk baxışda filmdən kənar hesab edilə bilər, 

amma bunlar hər zaman ümumi bütövlük üçün edilir. 

(buna panoram təsvir deyilir) Panoram təsvir: kadrların 

daxilinə uzun yolçuluq, müşahidə edilən detalların hərdən 

gizli qalması, hekayənin uzunmasını özündə birləşdirir. 

“Astagəl film” dramatikliyi özündə psixoloji motivasiya, 

nəzər nöqtəsinin zillənməsi, ritm, hərəkət, planı birləşdirir.      

Sürətlilik/Astagəllik 

 

Təbii ki, “astagəl” film konsepsiyası nisbi bölgüdü, biz 

yalnız filmlərdə templərin, hərəkət və stillərin gərgin və 

uzlaşma məsələsindən danışa bilərik. Rejissorlarla, 

meynstrimdən kənara çıxaraq çalışan insanlarla 

müsahibələrdən aydın olur ki, “astagəllik” əslində seçim və 

özünüifadə baxımından əlverişlidir. Qas Van Sant belə kino 

haqqında: “biz yalnız kəsik-küsük mətnə sahibik, onları 

təsvirlə birləşdirmək lazımdı” Bela Tarr isə “bizim məntiq 

tam çatmır, çatmır, çatmır” demişdi.  

Dəyişən kadrların artan zamanında meynstrimdən kənara 

çıxmaq müasir astagəl estetikanın əsasını təşkil edir. Bu 

anlamda montajı biz hərdən kəsik-kəsik və qeyri-inteqrativ 

şəkildə müşahidə edirik. Uzun planlarda kameranın 

hərkəti, üz cizgilərində ifadə, panorama, keçidlər, süstlük 

süjetin məntiqi qurluşunu yaradır. Uzun kadrlar əslində 

montaj zamanı dialoqlara ifadə vermək üçün montajçılara 

xeyli yardımçı olur.     

Amerikan kinosunda son illərdə çəkim zamanı kadrların 

dinamikasının artması müşahidə edilir. Con Bordvell qeyd 

edir ki, əgər 70-ci illər üçün saniyədə 5-dən 9-a qədər idis, 

90-cı illərdə bu 2-8 arası dəyişib. “Bornun ultimatumu” 

filmində (rejissor Pol Qrinrass, 2007) bu göstərici 2-ə 

bərabərdir. “Astagəl” filmlərdə isə vəziyyət fərqlidir. 

Məsələn, Reygadasın “Tutqun işığ”ında 35, Serranın 

“Cəngavərin şərəfi”ndə 36, Van Santın “Cerri”sində 65, 

Syaosyanın “Lumyer kafesi”ndə 67, Tarrın 

“Satantanqo”sunda 151, Kiarostaminin “Beş”ində 885 

Burda uzun kadr minimalizmlə birləşərək obrazın daxilinə 

səssiz enməyə imkan yaradır. 

 

Xou Syasousyan “Kafe Lümyer” filmindən kadr (2003) 


 

27 


Yüklə 5,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin