2 Film Fiction


Film Fiction | Aprel, №13



Yüklə 5,69 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix31.01.2017
ölçüsü5,69 Mb.
#6966
1   2   3   4

 

Film Fiction | Aprel, №13 

 

Philip Seymour 



HOFFMAN 

 

Filip Seymur Hofman 23 iyul 1967-ci ildə Nyu-York ştatının 



Feirport şəhərində dünyaya gəlmişdir. Feirport kosmopolit həyat 

tərzindən uzaq, kəndsayağı bir şəhər idi. Lakin Hofmanların 

maliyyə vəziyyəti digərləri ilə müqayisədə nisbətən yaxşı idi. 

Bundan əlavə, onlar mədəni tədbirlərə də yaxından maraq 

göstərirdilər. Filipin atası Qordon S. Hofman protestant idi və 

“Xerox” şirkətində satıcı işləyirdi. Katolik olan anası Merlin isə ev 

xanımı olsa da, əsas məşğuliyyəti dörd övladı – Cill, Qordon, Filip 

və Emilini hərtərəfli şəkildə savadlı böyümələrini təmin etmək idi. 

Qeyd etmək lazımdır ki, bu vəzifəsini Merlin yüksək səviyyədə 

həyata keçirmişdir. Filip 9 yaşında olanda onun valideynləri 

boşandılar. Övladları ataları ilə çox yaxşı münasibətlərdə olsalar 

da, məhz Merlin onları daima teatr və kinoteatrlara apararaq 

övladlarında incəsənətə sevgi tərbiyə etmişdir. Sonradan Merlin 

hüquq üzrə təhsil almağa başlamış və özü kimi həyatda öz sözünü 

deməyi bacarmış və hər biri də boşanmış olan iş qadınları ilə siyasi 

mövzular üzrə yığıncaqlar təşkil edirdi. Nəhayət, 2000-ci ildə o, 

hakim vəzifəsinə seçilir.   

Əsl idmançı olan Filip təbii ki, səhnə həyatı haqqında ümumiyyətlə 

düşünmürdü. Merlin onu bir çox tamaşalara aparırdı və 12 yaşı 

olanda Filip Artur Millerin “Mənim oğullarım” adlı tamaşasından 

çox təsirlənmişdi. Özünün də sonralar xatırladığı kimi həmin 

vaxtlarda izlədiyi Maykl Mannın “Ceriko Mayl” tamaşasından aldığı 

təəssürat çox güclü idi. Lakin həmin təəssüratdan ilhamlanan Filip 

öz istedadını hələ də idmana yönəldirdi. Onun yerli incəsən 

səhnəsinə verdiyi yeganə töhfə bacısı Emili ilə qonşuluqda qoyulan 

tamaşalara təxribat hazırlamaq idi.  

Lakin, güləş zamanı aldığı boyun zədəsindən sonra hər şey 

dəyişəcəkdi. Filip artıq idman yarışlarında iştirak edə bilmirdi, 

buna görə də özünə başqa məşğuliyyət tapmalı idi. Basketbol 

sınaqlarına gedən zaman o yolda özündən yaşca böyük olan bir 

qızla rastlaşır. İlk baxışda qızı o qədər bəyənir ki, birbaşa qızın 

arxasınca gedir. Həmin qız məktəbdə hazırlanan tamaşa seçimlərə gedirdi və ilk baxışdan aşiq olmuş Filip də onu izləyərək 

seçimlərə qatılır. Beləliklə, ona eyni adlı Tamaşada Tom Soyerin dostlarından biri, Ceff Tetçerin rolunu verirlər. Hofman 

idmanda olduğu kimi, burada da parlaq istedada malik olduğunu göstərəcəkdi.  

Orta təhsilini Feyrportda almışdır.  Nyu York İncəsənət Akademiyası yanında yay incəsənət düşərgələrində də iştirak etmişdir. 

1989-cu ildə Nyu York Universitetinin İncəsənət Kollecini bitirmişdir.  

Həmin vaxtdan etibarən müxtəlif teatr truppaları ilə birgə çalışmışdır. 90-cı illərin sonundan başlayaraq Brodvey 

tamaşalarında iştirak edir. Off-Brodveydə  özü bir neçə tamaşanın rejissorluğunu etmişdir.  

 


 

13 


 

Film Fiction | Aprel, №13 

 

Teatrdakı aktyor işinə görə Hoffman 2000-ci ildə “Toni” mükafatına irəli sürülmüşdür. 2001-ci ildən etibarən Hoffman Nyu 



Yorkdakı “Labirint” teatrının bədii rəhbərdir.   

1991-ci ildən kino və televiziya layihələrində iştirak edir. Hofman kino aləmində 1991-ci ildə çəkildiyi “Dələduz” filmi ilə, 

televiziya ekranlarında isə “Qayda-qanun” serialı ilə debüt etmişdir.  

1992-2003-cü illər ərzində Filip Seymur Hofman qızğın şəkildə film çəkilişlərində iştirak etmiş, lakin əsasən, ikinci plan 

rollarında çəkilmişdir. Aktyor  rejissor Pol Tomas Andersonun beş filmində rol almışdır, bunlara: “Nəhs səkkizlik” (1996), 

“Bugi tərzində gecələr” (1997), “Maqnoliya” (1999) və s. aiddir. Hoffmanın kino aləmində ilk birinci plan rolu “Mübtəlalılıq” 

(2003) filmindəki Den rolu olmuşdur. 

Məhşurluğu ona Patrisiya Xaysmitin “İstedadlı cənab Ripli” romanı əsasında çəkilmiş eyniadlı filmdə oynadığı Freddi Maylz 

gətirmidir (1999-cı il, rejissor Entoni Mingel).  

2005-ci ildə Filip Seymur Hofmanın özünün prodüserlik etdiyi “Kapote” biografik dramında canlandırdığı Trumen Kapote rolu 

mükəmməl aktyor oyunu kimi qiymətləndirilmişdir. Trumen Kapote rolunun ifasına görə aktyor “Oskar”, “Qızıl qlobus”, 

Britaniya Kinoakademiyası Mükafatına layiq görülmüşdür. Həmçinin onlarla kino tənqidçi, kinoşünas və aktyor Gildiya və 

Assosiyasiyaları Hofmanı bu ifasına görə mükafatlarla təltif etmişdir. Televiziya layihələrindəki iştirakına görə “Emmi” 

mükafatı ilə təltif olunmuş, dəfələrlə “Oskar” və “Qızıl qlobus” mükafatlarına nominasiya almışdır. 

Hofman Koen qardaşları, Entoni Minqella, Robert Börton, Devid Malamet və s. kimi rejissorlarla birgə çalışmışdır. 

Müsahibə. Film karyerasına ikinci plan aktyoru kimi başlamış Filip Seymur Hofman 10 ilə yaxın bir müddətdə yalnız ikinci 

plan rolların ifaçısı olsa da, onun yaratdığı obrazlar unikal, çox güclü şəxsiyyətə, dürüstlüyə və cəsarətə malik qəhrəmanlar 

kimi yadda qalıblar.  

Bununla belə, Hofman 2001-ci ildən etibarən  “Labirint” teatrının bədii rəhbəri kimi çalışır. “Labirint” Nyu Yorkun ən uğurlu 

teatrlarından biridir. Hofmanın rəhbəri olduğu “İsa “A” klass qatara atladı” adll yesi nəinki Nyu Yorkda, həmçinin Londonda 

böyük uğur qazanmış və Oliver Mükafatına layiq görülmüşdür. Bununla da Hofman özünü son dərəcədə istedadlı teatr rəhbəri 

kimi təqdim etmiş oldu. Hal-hazırda Hofman həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərir. Hofman Of-Brodveydə 


 

14 


 

Film Fiction | Aprel, №13 

səhnələşdirdiyi  pyes əsasında “Cek qayıqla səyahətə çıxır” 

filmi ilə kinoda rejissorluğa başlamışdır. Eyni zamanda iki 

müxtəlif işi yerinə yetirməyin nə kimi bir təcrübə olduğu 

barədə Hofman özü “The A.V. Club”-a müsahibədə bizlərə 

danıçacaqdır. 



 

AVC: Necə oldu ki, siz  “Cek qayıqla səyahətə çıxır” 

pyesini ekranlaşdırmaq qərarına gəldiniz? 

FSH: Düzü, mən bu barədə heç düşünməmişdim.  Pyesin 

məşqləri aparılan zaman biz onun kinematografik 

xüsusiyyətləri barədə müzakirələr aparmışdıq, lakin yalnız 

texniki baxımdan. Belə ki, tamaşada hovuz, metro qatarı, 

göl və qarda yer alan səhnələr var. Bütün bu yerlər 

tamaşada yer aldığından biz Nyu Yorkda həmin yerlərə 

uyğun ərazilər barədə düşünürdük. Hekayənin bpyük bir 

hissəsi Cekin xəyalında cərəyan edir. Lakin mən yalnış 

tamaşa haqqında düşünürdüm. Film çəkmək heç ağlıma da 

gəlmirdi. Tamaşa üzərində işlədiyimiz vaxt ərzində 

ssenarist Bob Qlaudini film üçün ssenarinin qaralamasını 

hazırlamışdı. Lakin mən onu heç oxumamışdım, çünki 

tamaşa üzərində işləyirdim və kənar şeylərin diqqətimi 

yayındırmasını istəmirdim. Tamaşa hazır olduqdan sonra 

“Big Beach”  film şirkətinin rəhbəri Piter Saraf onu izlədi. 

“Overture”-dən də bu tamaşadan yaxşı film olacağı barədə 

təkliflər gəldi. Daha sonra mənim istehsal şirkətim 

“Cooper’s Town”, “Big Beach”-dən Bob və Con Oritz 

görüşdük. Onlar film çəkmək istəyirdilər və Con mənə 

rejissor olmağı təklif etdi. O mənim artıq illərdir ki, 

tamaşalara rəhbərlik etdiyimi dedi. Mən də bir az 

düşündükdən sonra razılaşdım. Beləcə oldu. Yəni, mən heç 

də oturub rejissorluq etmək üçün film axtarmırdım. Daha 

çox həmin anda “Bəlkə də bu filmi elə mən çəkməliyəm” 

deyə bir düşüncə idi. 

AVC: Film rejissoru olmaqla tamaşa rejissoru olmaq 

arasında müəyyən fərqliliklər vardır. Belə ki, 

tamaşadan fərqli olaraq filmdə izləyicilərin ekranda 

görəcəyi anı siz müəyyən edirsiniz. Bu amil sizi narahat 

edirdimi? 

FSH: Məncə, bir rejissor kimi səhnədə nə baş verdiyinə 

görə məsuliyyət film çəkilişlərindən daha çox tamaşa 

qoyuluşunda özünü büruzə verir. Çünki film istehsalında  

 

epizodların çəkilməsi və işıqlandırılmasına görə cavabdeh 



olan tərtibatçı-rəssam vardır. Rejissor ilə tərtibatçı-rəssam 

birgə çalışırlar. Düzdür, rejissor müəyyən təsir qüvvəsinə 

malik olur, lakin məhz tərtibatçı-rəssam burada daha 

aparıcı rola malik olur. Bundan əlavə, süjet xəttinin necə 

olacağına təsir edən daha bir şəxs-montaj rejissoru da 

vardır. Teatrda isə hər şeyin başında sən durursan. Film 

çəkilişlərində bəzən işləri öz axarına buraxmaq lazımdır. 

Filmin montajı zamanı bir ara qırağa çəkilməyin faydası 

vardır. Çünki zamanla rejissor öz  mövqeyində çox 

subyektivləşir və bu anda bir qırağa çəkilib onlara öz 

işlərini görmək üçün imkan vermək lazımdır. Əslində mən 

teatrda daha uğurlu rejissor olduğumu düşünürəm. Teatr 

dünyasında mən detallar üzərində daha səylə işləyirdəm. 

Düşünürəm, beləsi daha yaxşıdır. 



AVC: Layihələriniz arasında hansının xatırlanması sizi 

daha çox sevindirir? 

FSH: Ən çox sevdiyim anlardan biri bəzən heç gözləmədiyin 

bir kəsdən sənin hər hansısa filmini sevdiyini eşitməkdir.  



 

15 


 

Film Fiction | Aprel, №13 

 

 



Çox xoşagələn andır. Təsəvvür edin ki, “Çətin tapşırıq 3” 

tipdə bir film haqqında danışacağını güman etdiyiniz biri, 

gözlənilmədən “Mübtəlalılıq” haqqında danışmağa başlayır. 

Bu müəyyən qədər məmnunluq hissi yaradır. Çünki, qürur 

duya biləcəyiniz  elə layihələr olur ki, onların heç də hər kəs 

tərəfindən izlənildiyini düşünmürsüz. Yaxud, müəyyən 

insanların həmin filmləri izlədiyinə inanmağınız gəlmir. 

Lakin sonra məlum olur ki, bu belə deyil. Bu insana təsir 

edir və həmin təsir qalıcı olur. Belə anlarda həmin 

layihələrin zülmət qaranlığa qərq olmayacağına dair inam 

yaranır içimdə. 

AVC: Sizin rollarınız müxtəlif parametrlərə sahib 

olsalar da, “Mübtəlalılıq”, “Nyu York, Nyu York”, yaxud 

“Cek qayıqla səyahətə çıxır”  və s. bir çox filmlərinizdə 

ifa etdiyiniz obrazların hər biri həyatda öz yollarını 

tapmağa çalışan qəmli, narahat, qəribə insanlardır. Hər 

dəfə eyni tip obrazları oynamaq, daha doğrusu, tipik 

rolların ifaçısına çevrilməkdən qorxmursunuz? 

 

FSH: “İblisin oyunu”, “Qüsursuz”, və bir çox başqa filmlər 

vardır ki, orada mənim ifa etdiyim obrazlar heç də sizin 

dediyiniz xüsusiyyətlərə malik deyillər. Məncə, insanlar 

özlərini qəmli insanlara daha yaxın hiss edirlər. Bunun 

doğrudan da belə olduğuna inanıram. Heç kəs “İblis oyunu” 

–dakı qəhrəmana bənzəmək istəməz. Fikrimcə, mənim 

əksər rollarım o tip qəhrəmanlar olmayıb. Sizin qeyd 

etdiyiniz tip obrazlar insanın ürəyinə yatan olur. Onlar, 

insanı düşündürür, bu isə məncə çox vacibdir. “Çətin 

tapşırıq 3” filmindəki qəhrəman isə tam əksinə. Mən o tipdə 

biri olmaq istəməzdim. Həmin obraz düşündürücü obraz 

deyil. Belə obrazların insana verə biləcəyi başqa şeylər 

vardır. 

AVC: Trumen Kapotenin rolunu ifa etdiyiniz zaman 

qeyd etmişdiniz ki, həftələr boyu davam edən çəkilişlər 

ərzində mümkün qədər daha çox həmin obrazda 

qalmağa çalışdığınızı, bir dəfə obrazdan çıxdıqdan 

sonra ona yenidən qayıtmağın sizin üçün çətin 

olduğunu qeyd etmişdiniz. Başqa rollarla da belə bir 

şey baş vermişdirmi? 

FSH: “Qüsursuz” filminin qəhrəmanı da belə idi. Məhz bu 

iki qəhrəman daha qabarıq önə çıxır. Çünki onların hər ikisi 

həm fiziki, həm də danışıq tərzi baxımdan məndən son 

dərəcədə çox fərqlənirdilər. Bu metodiki və ya psixoloji bir 

şey deyildi. Sadəcə, mən bu obrazlardan fiziki baxımdan 

fərqli idim. Əvvəlcə onlar kimi davranmanmağa 

başlayırsan, daha sonra lazım olan bütün emosional və fikri  

tutumu əlavə edirsən ki obraz bütöv alınsın. Ona görə də, 

obrazdan çıxdıqdan sonra yenidən ona qayıtmaq çox çətin 

idi. Gəlin idmandan bir misal gətirim. Təsəvvür edin ki, siz 

qaçışçısınız və bir saat ərzində qaçışla məşğul olmağı 

planlaşdırmısınız. Birdən, artıq yarım saatlıq qaçışdan 

sonra gözlənilmədən ayaq yoluna getmək ehtiyacı yarandı. 

Amma əgər qaçışı yarımçıq qoyub indi getsəniz, sonra 

bütün məşqi yenidən başlamaq lazım gələcəyini bilirsiniz. 

Yalnız günün sonunda, obrazdan çıxdığım an hər şey bitirdi. 

Səhərədək artıq həmin obrazı daha düşünmək istəmirdim. 

AVC: Rejissorluq və aktyorluq arasında keçid edən 

zaman da belə bir problem yaranırdımı? 

FSH:  Bəli, yaranırdı. Çünki bu obraz fərqli bir obrazdır. O, 

kövrək, qərarsız, və şübhələrlə dolu biridir. Rejissor olaraq 

isə mən tamamilə fərqli biriyəm. Odur ki, bu çətin idi.  Edə 

biləcəyim yeganə bir şey var idi o da fikrimi cəmləyib işimi 

görmək. 

 

 



 

 


 

16 


 

Film Fiction | Aprel, №13 

 

 

 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

       "Art film company", "Kinomansan"ın birgə layihəsi olan "Ölməzdən 

öncə izləməli olduğunuz 111 film" kitabı aşağıdakı ünvanlarda satışda: 

1. Prezident İşləri Kitabxanası (Mc.donaldasın yanı) 

2. "Akademiya" kitab mağazası (Nizami muzeyinə bitişik) 

3. Yeraltından kitablar mağazası (Mado restoranı ilə üzbə-üz) 

4. İçərişəhər kitab evi (Elman dayının kitab mağazası) 

5. Bakı Kitab Klubu 

 

17 


 

Film Fiction | Aprel, №13 

Charlize  

THERON 

 

 Hollivudun ən gənc ulduzlarından Charlize 



Theron 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni 

şəhərində dünyaya göz açmışdır. Aktrisa kasıb ailədə 

böyümüşdür. Atası yol şirkətində fəhlə kimi çalışırdı. Theron uşaqlığının böyük bir hissəsini ailəsinin yaşadığı fermada keçirib. 

Orada yaşadığı vaxtlar ərzində o, bir neçə yerli dildə danışmağı öyrənir. 



 

18 


 

Film Fiction | Aprel, №13 

6 yaşı olarkən ailəsinin və yaşadığı fermanın 

sahiblərinin də maddi köməyi ilə balet öyrənməyə başlayır. 

Qısa bir müddətdən sonra balet təhsilini 

professionallaşdırmaq üçün Yohannesburq şəhərinə dəvət 

alır. Orada oxumağa başlayan aktrisa artıq 13 yaşı olarkən 

bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən 

münaqişə nəticəsində anası atasını qətlə yetirir. Əvvəlki 

həyatına qayıtmağa risk etməyən aktrisa anasını yalnız 

qoyaraq İtalyaya gedir və orada model olaraq işləməyə 

başlayır. Milanda bir agentliklə müqavilə imzaladıqdan 

sonra bir çox məşhur jurnalların üz qabığında rəsmləri çap 

olunur. 

Bir il sonra 1992-ci ildə Nyu-York şəhərinə köçür. Bir daha 

heç vaxt modellik etməyəcəyinə söz verir və aktrisa olmağı 

qarşısına məqsəd qoyur. Nyu-Yorkda "Joffrey" adlı 

məktəbdə rəqs dərsləri alır. Bir çox balet tamaşalarında 

oynayır. Həmin illərdə onunçün bədbəxt hadisə baş verir. 

Dizindən ağır zədələnir. Bu zədə onun professinal rəqqas 

olma xəyallarının üstündən xətt çəkir.  

Daha sonra Hollivuda gedən aktrisa müxtəlif işlərdə 

çalışmağa başlayır. Theron istedadının kəşf edilməsini 

1994-cü ilə qədər gözləməli olur. John Hurt və Renee Russo 

kimi aktyorların menecerliyini edən John Crosby aktrisanın 

istedadını üzə çıxarır. "Vadidə 2 gün" (2 Days in the Valley) 

filmindəki rolu aktrisa kimi ilk ciddi sınağı olur. Aktrisaya 

şöhrət gətirən film isə Keane Reeves və Al Pacino kimi 

aktyorların baş rollarında oynadığı 1997-ci il istehsalı 

"Şeytanın Vəkili" (The Devil’s Advocate) filmindəki rolu 

olur. Filmdə Reavees`in həyat yoldaşını oynayan Theron 

filmin ən çox danışılan simalarından birinə çevrilir. 

1998-ci ildə Woody Allen rejissorluğunu etdiyi 

"Məşhurluq" (Celebrity) filmində aktrisaya kiçik bir rolu 

həvalə edir. Bundan sonra Theron Bill Paxton ilə birlikdə "Qüdrətli Coy Yanq" (Mighty Joe Young) adlı filmdə baş rolları 

paylaşırlar. Hollivudun pillələrində hər gün zirvəyə bir az da qalxan aktrisa 1999-cı ildə "Astronavtın Arvadı" adlı trillerdə 

Johnny Depp ilə birlikdə çəkilir. 

Aktrisanın növbəti filmi "Şərabişinin Qanunları" (The Cider House Rules) olur. Filmdə gənc aktyor Tobey Maguire ilə 

birlikdə çəkilir. 2000-ci ildə artıq Charlize Theron Hollivudun ən tanınmış aktrisalarından birinə çevrilir. Həmin il o, bir neçə 

filmdə rol alır.  Ben Affleck`lə birlikdə "Azart oyunları" (Reindeer Games),  Mark Wahlberg və Joaquin Phoenix kimi aktyorlarla 

"Bağçalar" (The Yards), Rober De Niro ilə birlikdə "Şərəfli Adam" (Men of Honor) və Will Smith, Matt Damon kimi aktyorlarla 

"Baqqer Vansın Əfsanəsi" (Legend of Bagger Vance) filmində öz aktrisalıq qabiliyyətini sərgiləyir. 

2001-ci ildə aktrisa 3 filmə çəkilir - "Əqrəbin Lənəti" (The Curse of the Jade Scorpion), "15 dəqiqə" (15 Minutes) və 

Şirin Noyabr (Sweet November). Danılmaz faktdır ki, Charlize Theron ona Oskarı qazandıran "Monster" filmindəki rolundan 

daha çox, "Şirin Noyabr" filmində canlandırdığı Sara Deever obrazı ilə tanınır. Film mükafat cəhətdən kasad olsa da, ən 

uğursuz filmlərə verilən "Razzie" mükafatına nominatlar arasında yer alsa da insanlar tərəfindən çox sevilir. 

2003-cü il aktrisaya Oskarı qazandıran il oldu.  Real hadisə əsasında ekranlaşdırılmış “Monster” filmində canlandırdığı 

fahişə qatil obrazı ona böyük uğur qazandırdı. Həmin il ən yaxşı aktrisa nominasiyasında o, Oskara layiq görüldü.  

“Monster” filmindən sonra da Charlize Theron bir çox filmlərdə rol aldı. Xüsusilə “Yol” (The Road), “Prometheus”,  

“Hancock” filmlərindəki rolları daha çox yadda qalan oldu. 

Maraqlı faktlar. Afrikanın bir neçə yerli dilində danışmağı bacarır. 

“People” jurnalının 2000-ci ildə açıqladığı dünyanın “ən gözəl 50 qadını” siyahısında onun da adı vardı. 

İnternet istifadəçiləri arasında keçirilən  dünyanın ən gözəl qadını  adlı sorğuda birinci oldu.  

Tom Hanks uşaqlıq sevgisi idi. Tom Hanks`in rejissorluğunu etdiyi “Etdiyin Şey” (That Thing You Do) filmində Tom 

Hanks  tərəfindən filmdə oynamaq üçün dəvət aldı. 

 


 

19 


 

Film Fiction | Aprel, №13 

Beynəlxalq İstanbul 

Film Festivalı 

Beynəlxalq İstanbul Film Festivalı ilk dəfə 1982-ci ildə, Beynəlxalq İstanbul 

Festivalı çərçivəsində “Sənətlər və Kino” mövzulu altı filmin göstərildiyi “film 

həftəsi” olaraq həyata keçirildi. Növbəti il “Beynəlxalq İstanbul Kino Günləri” 

adı altında İstnabul Festivalı daxilində bir ay boyunca 36 xarici film təqdim 

olundu.  1985-ci ildə Şakir Eczacıbaşı`nın səyi nəticəsində proqrama milli və 

beynəlxalq müsabiqə bölümləri daxil edildi və ilk dəfə verilən Qızıl Lalə 

mükafatını  “1984” filmi ilə Michael Redford qazandı.  

Dörd il sonra  FİAPF (Kino Produsserləri  Assosasiyalarının Beynəlxalq 

Federasiyası) 

 

tərəfindən 



“xüsusi 

mövzulu 


müsabiqə 

festivalı” 

kateqoriyasında  tanınaraq  “Beynəlxalq  İstanbul  Film  Festivalı”  adını  aldı.  25 

yaşını  qeyd  etdiyi  2006-cı  ildə  Festival  Türk  kinoşünasları  ilə  Avropalı 

həmkarlarını  bir  yerə  gətirən,  layihələrin  müzakirə  olunduğu  seminarlar, 

dərslər təşkil edən  “Köprüde Buluşmalar” platformunu başlatdı.  

 “Kinoda  İnsan  Haqları”  mövzusundakı  bölümündə  Avropa  Şurası  və 

Eurimages tərəfindən  FACE  -Avropa Şurası Kino Mükafatı- verilir.  Xüsusi və 

tematik  bölümlərin  yanında,  dünya  klassikləri,  retrospektivlər,  canlı  musiqi 

müşayiətilə  səssiz  filmlər  və  sənədli  filmlərə  də  yer  verilən  festivalda  hər  il 

200-dən  çox film göstərilir. Bu  xüsusiyyətinə görə Türkiyədəki  ən  geniş film 

festivalı sayılır.   

Rəsmi hissəmiz bu qədər...  

Bu il 30 Mart – 14 aprel tarixləri arasında 32-si təşkil olunan Festivalın 

son  həftəsində  iştirak  etmək    mənə  də  nəsib  oldu.    Sinopsislərindən  mənə 

fərqli  gələn  filmləri  izlədim,  münsif  heyətinin  bu  ilki  rəhbəri,Dead  Poets  Society,  The  Truman  Show,  Gallipoli  filmləri  ilə 

tanıdığımız  Peter  Weir`in,  Post  Tenebras  Luxilə  Cannes’da  Ən  Yaxşı  Rejissor  Mükafatına  layiq    görülənCarlos 

Reygadas`ındərslərinəvəNo  Man`s  Land  filmi  ilə  Xarici  DildəƏn  Yaxşı  Film  Oskarınıəldə  etmiş  Danis  Tanovic`in  “Bütcəsiz 

Film Çəkmək Mümkündürmü?” başlıqlı seminarına qatıldım, bir-iki savadlı, zarafatcıl qızla tanış oldum və s.  

Beynəlxalq  Müsabiqədə  Qızıl  Lalə  Mükafatını  bu  il,  Lenny 

Abrahamson`un  What  Richard  Did  filmi  əldə  etdi.  Kevin  Power´ın 

romanı  əsasında  çəkinlən  film  olduğu  ilə  zənn  etdiyi    arasında  qalan, 

özünə güvəni  sıfır bir gəncin Bergmanvari  kədərli hekayəsini ehtiva edir.  

Rejissorun  sözləri  ilə  desək,  "Müvəffəqiyyətsizliyə  alışmamış  Richard 

kimi  tiplər  üçün  xəyal  qırıqlığı  yaradan  hər  hadisə  bir  fəlakət  təsiri 

oyadır.  Mən  də  xəyal  edərək  əvvəlki  vəziyyətinə  qayıtmağa  çalışan  bir 

obraz yaratdıb"  

Milli  Müsabiqədəisə  Ən  Yaxşı  Film  Qızıl  Lalə  Mükafatına  Onur 

Ünlü`nün  Sen  Aydınlatırsın  Geceyi filmi  layiq  görüldü.  Elə  bu  filmi 

izlədiyim zaman festivalın  reklam çarxında  deyilən  “Fena mı olur, ilerde 

anlatırsın böyle böyle bir gece yaşamıştım” fikri ağlıma gəldi.  Bilet almaq 

üçün bir saatdan çox gözlədikdən sonra filmin rejissoru ilə yanaşı “ağzına 



 

20 


 

Film Fiction | Aprel, №13 

kimi  dolu”  salonun  pilləkənlərində  oturub 

gülərək  düşünməyin  dadını  anlatmağa  söz 

ehtiyatım kifayət eləmir.  

Yəqin 

eşitmisiz, 



mən 

ədəbiyyatda, 

incəsənətdə 

absurt, 


qara 

komediya 

tərəfdarıyam.  Buna  görə  də  bu  tərzdə  film 

mükafat  alanda  daha  da  həvəslənirəm, 

üstəlik  mükafatı  alan  mənim  üçün  xüsusi 

yeri  olan,  tanış  olma  fürsəti  də  tapdığım 

Onur  abi  olduğu  üçün  özüm  almış  kimi 

sevindim... 

  Film iki günəşi, üç ayı olan qəsəbədə 

yaşayan  bir  sıra  fövqəl  güclü  insanlardan 

söhbət  açır.  Divarların  arxasını  görə  bilən 

Camal yan hakimlik edir,əşyaları barmağı ilə 

oynada  bilən  Yasəmən  yumurta  fabrikində  işləyir,  zamanı  dayandıra  bilən  Dəfnə  kitab  satır,  içindəki  yaralardan  axan  qan 

gözlərindən damlayan İrfan Həkim xəstələriylə məşğuldur. Amma bütün bu xüsusiyyətlərə sahib insanları bluetooth`la çalışan 

qulaqcıq təəccübləndirir.  Çünki film fantastik deyil,  məsələ obrazların süper qəhrəman olması deyil, sadəcə dünya belə olsa 

da insanın insan olmasından qaynaqlanan dərtləri, sıxıntıları, narahatlıqlarının dəyişməyəcəyəni göstərməyə çalışır.  Və qibtə 

etdiyim bir final səhnəsi ilə film yenidən başlayır.  Euripides`in də dediyi kimi, “İnsan əndişədən yaradılmışdır”.   

Film,  həmçinin  Ən  Yaxşı  Ssenari,  Ən  Yaxşı  Montaj  və  Beynəlxalq 

MüsabiqədəCamille  Claudel    1915  filminin  aldığı  FİPRESCİ  mükafatları  ilə 

də təltif olundu.   

Ən  Yaxşı  Rejissor  Mükafatı  Hayatboyu  filmi  iləAslı  Özge`yə,  Jüri 

Mükafatı  Derviş  Zaim`in  Devir  filminə,  Ən  Yaxşı  Aktrisa  Mükafatı  Özür 



Dilerim  filmindəki  roluna  görəSema  Poyraz`a,  Ən  Yaxşı  Aktyor  isə  Nuri 

Bilge  Ceylan`ın  filmləri  ilə  yaxından  tanıdığımız,  Yozgat  Blues  filmindəki 

roluna görəErcan Kesal`a verildi. Seyfi Teomanın xatirəsinə görə verilən Ən 

Yaxşı İlk Film Mükafatı isə CMYLMZ Fikirsanat sponsorluğu ilə Cem Yılmaz 

tərəfindən Köksüz filminə təqdim olundu.  

Festivalda  izlədiyim,  xüsusi  olaraq  qeyd  etmək  istədiyim  film  isə



Tipi  filmidir.  Müxtəlif  yollarla  qarşısı  alınmağa  çalışılan  film  F  tipli 

həbsxanalardakı  vəziyyəti  əks  etdirir.  On  fərqli  rejissorun  doqquz  qısa 

metraj  filmində  fərqli  aktyorlar  iştirak  edir,  bütün  filmlər  bir-birinə 

müəyyən  şəkildə  birləşir  və  bu  ayrı  filmlər  eyni  həbsxananın  müxtəlif 

yerlərində  keçən  hekayələrə  dönür.    F  tipli  həbsxanadan  yenicə  çıxmış 

tamaşaçının  filmdən  sonra  rejissora  təşəkkürünü,  yəqin  ki,  heç  vaxt 

unutmayacam.  


Yüklə 5,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin