16.Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri



Yüklə 236,94 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix06.12.2022
ölçüsü236,94 Kb.
#72583
1   2   3   4   5   6   7   8   9   ...   13
16-29

•Müvazinət duyğusu. Bu cür duyğular bədənin fəzadakı vəziyyətini 
əks etdirir. O, bədənin hərəkət istiqamətini, hərəkətlərin 
əlaqələndirilməsini təmin edir. Məsələn, paraşütlə tullanarkən, suda 
üzərkən, təyyarədə uçarkən, bu duyğular mühüm rol oynayır. 
Müvazinət duyğusu bədənin digər üzvləri ilə sıx əlaqədardır. Kəskin 
qıcıqlandırıcılar nəticəsində müvazinətin pozulması baş verir. Lakin 
sistemli məşq nəticəsində bədən üzvləri bu vəziyyətə alışır. 
•Hərəkət duyğuları. Bu cür duyğular bədənin vəziyyətini və ya 
hərəkətini əks etdirir. Hərəkət duyğularının reseptorları əzələlərdə, 
oynaqlarda, vətərlərdə yerləşir. Hərəkət duyğuları ətraf üzvlərin 
vəziyyətini, hərəkətini, əzələlərin gərilmə dərəcəsini əks etdirir.
21.Duyğunun əsas qanunauyğunluqları 
Duyğular üçün ümumi olan xüsusiyyətlər vardır. Həmin xüsusiyyətlər 
aşağıdakılardan ibarətdir: 
1.Keyfiyyət- mövcud duyğunu başqa duyğu növündən fərqləndirən 
xüsusiyyətdir. 2.İntensivlik- duyğuların kəmiyyət xarakteristikası 
olub, təsir edən qıcıqlandırıcıların qüvvəsi və reseptorun vəziyyəti ilə 
müəyyən olunur. 
3.Davamlılıq- duyğuların zaman xarakteristikası olub, hiss üzvlərinin 
vəziyyəti ilə müəyyən edilir. 
4.Məkan lokallığı- qıcıqlandırıcıların məkandakı yeri haqqında 
məlumat verir.
Qıcıqlayıcının ən zəif duyğu əmələ gətirə bilən ən kiçik kəmiyyəti 
duyğunun aşağı mütləq həddi adlanır. Ən zəif qıcıqlayıcını duyma 
qabiliyyəti mütləq həssaslıq adlanır. Deməli, eyni cinsli 
qıcıqlandırıcıların qüvvələri arasındakı fərqə fərqləndirmə həddi 
deyilir. Eyni Cinsli qıcıqlar arasındakı fərqi duyma qabiliyyətinə 
fərqləndirmə həssaslığı deyilir.
22.Qavrayışın ümumi səciyyəsi 


Qavrayış (persepsiya)- hazırda hiss üzvlərinə bilavasitə təsir edən 

Yüklə 236,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin