16.Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri


cisim və hadisələrin bütün xassələrinin bütövlükdə beyində



Yüklə 236,94 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix06.12.2022
ölçüsü236,94 Kb.
#72583
1   2   3   4   5   6   7   8   9   10   ...   13
16-29

cisim və hadisələrin bütün xassələrinin bütövlükdə beyində 
inikasıdır. Qavrayış daha mürəkkəb idrak prosesidir. Onun tərkibinə 
duyğularla yanaşı insanın keçmiş təcrübəsi də daxildir. Qavrayış və 
duyğu üçün ümumi cəhət odur ki, cisim və hadisə bilavasitə hiss 
üzvlərinə təsir edir. Qavrayışın duyğudan fərqi ondadır ki, duyğuda bir 
analizator, qavrayışda isə ən azı iki analizator iştirak edir. 
-Müasir dövrdə qavrayış prosesi ilə bağlı iki bir-birinə zidd nəzəriyyə 
mövcuddur. Məlum olduğu kimi, onlardan biri geştalt (surətlər) 
nəzəriyyəsidir. Bu nəzəriyyənin tərəfdarları hesab edirdilər ki, insan 
və heyvanların sinir sistemi xarici təsirləri ayrı-ayrılıqda deyil, 
kompleks şəkildə qavrayırlar. Məsələn, əşyanın forması, rəngi və 
hərəkəti ayrı-ayrılıqda deyil, bütöv bir tam kimi qavranılır. Bu 
nəzəriyyənin əksinə olaraq bihevioristlər sübut edirdilər ki, yalnız 
sadə sensor (hissi) funksiya mövcuddur və təhlil qabiliyyəti ancaq baş 
beyinə xasdır. Müasir psixologiya elmi bu iki bir-birinə zidd 
nəzəriyyəni birləşdirməyə çalışır. Hesab edilir ki, başlanğıcda qavrayış 
kifayət qədər kompleks xarakter daşıyır, amma surətlərin tamlığı baş 
beyin qabığının təhliledici fəaliyyətinin məhsuludur. 
 
23.Qavrayışın xüsusiyyətləri 
Qavrayışın bir sıra xüsusiyyətləri vardır: 
1.Qavrayışın tamlığı. Bu halda qavrayış sadəcə olaraq duyğuların 
mexaniki məcmusu kimi çıxış etmir, predmeti bütövlükdə, tam halda 
əks etdirir. Buna səbəb cismin bütün xassələrinin bir kompleks qıcıq 
kimi, eyni zamanda bir və ya bir neçə analizatora təsir göstərməsidir. 
Məsələn, məxmər parçaya baxdıqda onun ancaq qara olduğunu deyil
həm də yumşaq olduğunu qavrayırıq. Halbuki gözlə yumşaqlığı 
duymaq olmaz, yaxud, stolun üstündəki kitabı qavrayarkən, yalnız 
onun rəngini deyil, həm də həcmini, ölçüsünü, formasını əks etdirir.


ə 
Qavrayışın tamlığı obyektiv gerçəklikdə olan cisimlərin özl rinin 
tamlıq xüsusiyyət ilə təyin edilir. Odur ki, hətta qavrama şəraiti 
dəyişilsə də qavrayış surəti özünün tamlığını itirmir. 

Yüklə 236,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin