1. V1, V2, V3 aparmalarında Mİ əlamətləri hansı lokalizasiyaya uyğundur?



Yüklə 266,2 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix01.01.2017
ölçüsü266,2 Kb.
#4075
  1   2   3   4   5

1. V1, V2, V3 aparmalarında Mİ əlamətləri hansı lokalizasiyaya uyğundur?

A) yan


B) ön-yayılmış

C) ön arakəsmə

D) zirvə

E) ön-yan



2. Xora xəstəliyinin müalicəsində hansı istifadə olunmur?

A) Simpatikomimetiklər

B) H2 –histamin blokatorları

C) Bismut tərkibli preparatlar

D) Xolinolitiklər

E) Yarımsintetik pensillinlər



3. Stendkardiya üçün patoqnomonik simptom.

A) Fiziki yükdən sonra mədəcik ekstrasistolyası

B) Fiziki yükdən sonra ürək nahiyyəsində deşici ağrılar.

C) III və AvF aparmalarında Q dişciynin əmələ gəlməsi

D) V 2-5 aparmalarında mənfi T dişciyi

E) Fiziki yük zamanı döş sümüyü arxası ağrıların və ST-seqmentinin depresiyasının əmələ

gəlməsi

4. 31 yaşlı kişi kəskin xəstələndi. 5 gün əvvəl sağ qabırğaaltı və epiqastral

nahiyələrdə göynədici ağrılar və havalı gəyirmə başlamışdır. Alkoqol qəbul edib.

Müayinə zamanı bədən kütləsində azalma, əllərdə tremor, subikterik sklera,

teleanngioektaziyalar təyin olunur. Qaraciyər 3 sm böyüyüb, kənarları sərtdir.

Mümkün diaqnoz:

A) Kəskin virus hepatiti

B) Daşlı xolesistit

C) Medikamentoz hepatit

D) Qaraciyərin xərçəngi

E) Kəskin alkoqol hepatiti



5. Xronik bronxitin kəskinləşməsi zamanı hansı preparatdan istifadə olunmur?

A) Kodein-fosfat

B) Mukaltin

C) Lazolvan

D) Bromheksin


E) Tripsin

6. Hansı qrup preparatlar xroniki ürək çatışmazlığı üçün əsas deyil?

A) Antibiotiklər

B) Anaboliklər

C) K-preparatları

D) Sidikqovucular

E) Ürək qlikozidləri



7. II-ci FS stenokardiya üçün xarakterikdir:

A) nitroqliserin ağrıları götürmür

B) Ağrıların 30 dəqiqədən artıq sürməsi

C) Ağrılar adətən sakitlikdə, sol tərəfi üstə uzandıqda meydana çıxır və bədənin vəziyyətini

dəyişdikdə ağrılar dayanır.

D) Düz yerdə 500 m-dən çox məsafə qət etdikdə ağrıların başlanması.

E) tutmalar son günlər daha az fiziki işdən sonra meydana çıxır.

8. Bronxial astma zamanı bəlğəmin analizi üçün xarakterik olmayan nədir?

A) Kurşman kristalları

B) Eozinofillər

C) Epitel hüceyrələri

D) Göbələk cisimcikləri

E) Şarko-Leyden kristalları



9. Qeyri-stabil (spontan) stenokardiya budur:

A) Sakitlikdə və gecələr ağrı tutmalarının meydana çıxması

B) Son 2 ayda stenokardiya tutmalarının sayının, müddətinin, intensivliyinin artması

C) Nitroqliserin ağrıları götürmür

D) Yüksək fiziki işdən sonra ağrıların meydana çıxması

E) İlkin əmələ gələn stenokardiya



10

. Hansı amil 12-barmaqbağırsaqda xora xəstəliyinin yaranmasına səbəb olan əsas

amillərə aid deyil?

A

) HCl-un hipersekresiyası



B

) duodenit

C

) siqaretçəkmə



D

) Helikobakter infeksiyası

E

) öd kisəsi xəstəliyi



11. Steatoreya nədir?

A) Nəcisdə əzələ lifləri

B) Nəcisdə nişasta

C) Nəcisdə həzm olunmamış selluloza

D) Nəcisdə neytral yağ

E) Nəcisd qan



12. Ürək çatışmazlığının müalicəsində istifadə olunan əsas preparat:

A) Veroşpiron

B) Retabolil

C) Voltaren

D) Diqoksin

E) Prednizolon



13. İlkin əmələ gələn stenokardiya diaqnozuna uyğundur.

A) Ağrıların son 1 ildə meydana çıxması

B) Ağrıların son 1 ayda meydana çıxması

C) Ağrıların son 6 ayda meydana çıxması

D) Ağrıların son 1,5 ayda meydana çıxması

E) Ağrıların son 2-3 ayda meydana çıxması



14. Legionellalar səbəbindən yaranan pnevmoniyalarda istifadə olunur:

A) kefzol

B) klaritromicin

C) penisillin

D) tetrasiklin

E) gentamicin



15. 40 yaşlı xəstə sol mədəciyin arxa divarının infarktı diaqnozu ilə xəstəxanaya

daxil olub. 3-cü sutkada qəflətən təngnəfəslik artıb, sağ qabırğaaltı nahiyədə ağrılar

və aşağı ətraflarda ödem əmələ gəlib. Xəstənin vəziyyəti ağırdır, akrosianoz qeyd

olunur,dəri örtüyü solğundur,ağciyərlər üzərində xırıltı yoxdur. Tənəffus sayi

24/dəq-dir. Ürək tonları kardır, ritmikdir. Auskultasiya zamanı parasternal xətt üzrə

pansistolik küy eşidilir,sistolik titrəmə qeyd olunur. Nəbz 96/dəq. AT-100/60 mm.c.st.

Qaraciyər 6 mm böyüyüb.Təxmini diaqnoz:

A) mədəciklərarası çəpərin cırılması

B) ürəyin revmatik qüsuru


C) ağciyər ödemi

D) ağciyər arteriyasında trombemboliya

E) mitral qapağın prolapsı

16. Qeyri-stabil stenokardiya bu xüsusiyyətlərinə görə proqnostik olaraq daha

ağırdır.

A) Beyin damarlarının tromboemboliyası

B) Fatal sonluqlu aritmiyalar

C) Ağ ciyər arteriyasının hipertenziyası

D) Venoz çatmamazlığın meydana çıxması

E) Miokard infarktının əmələ gəlməsi



17. Hansı preparat təzyiq salıcı deyil?

A) Verapamil

B) Atenolol

C) Raunatin

D) Riboksin

E) Kaptopril



18. Bu əlamətlərdən biri infeksion endokardit ücün xarakter deyil:

A) ateroventrikulyar blokada

B) dalağın boyuməsi

C) dəridə petexiyalar

D) tromboembotik ağırlaşma

E) hipoxrom anemiya



19

. Hansı xəstəlikdə mədənin sekretor-turşuyaratma funksiyası azalır?

A

) Xroniki hipertrofik qastrit



B

) xroniki antrum-qastrit

C

) Zollinger – Ellison sindromu



D

) Xroniki atrofik gastrit

E

) Bütün sadalanmış formalarda



20. ÜİX-nin diaqnozu üçün qızıl standart:

A) Dozalaşmış fiziki yük

B) Koronaroangioqrafiya

C) EKQ


D) ExoKQ

E) Miokardın perfuzion stinsiqrafiyası

21. Xroniki hepatitin səbəbi deyil?

A) Virus


B) Sinir-psixi gərginlik

C) Ağır metal duzları

D) Vərəməleyhinə preparatlar

E) Alkoqol



22. Hansı rentgenoloji əlamət mitral stenoz üçün xarakter deyil?

A) Ağciyər arteriyasının genişlənməsi

B) Ağciyər köklərində durğunluq

C) Sol mədəciyin hipertrofiyası

D) Sağ mədəciyin hipertrofiyası

E) Ürək belinin hamarlaşması



23. Ürək çatışmazlığında sianozun əsas səbəbi:

A) Eritrositoz

B) Qanda reduksiya olunmuş hemoqlobinin artması

C) Sirkulə edən qanın həcminin artması

D) Oksihemoqlobin

E) Hiperkapniya



24. Şübhəli vaxtlar ÜİX üçün daha vacib müayinə metodu hansıdır?

A) Yük sınağı

B) ExoKQ

C) EKQ


D) Dördqütblü reoqrafiya

E) Fonokardioqrafiya



25. Qlomerulonefritin hansı xroniki morfoloji formasında kortikosteroidlər

göstərişdir?

A) mezangiokapilyar

B) fibroplastik

C) yumaqcıqların minimal dəyişiklikləri

D) fokal seqmentar qlomeruloskleroz

E) membranoz



26. Hansı veloerqometriya və tredmil sınağı üçün əks-göstəriş deyil ?

A) Kəskin miokard infarktı

B) Kəskin tromboflebit

C) Tənəffüs çatmamazlığı II-III dərəcə

D) Ürək çatmamazlığı I mərhələ

E) Qeyri-stabil stenokardiya



27. 38 yaşlı kişi uzun müddət 12 b.b xorasından əziyyət çəkir (HP-yə test müsbətdir),

kəskinləşmə hər il olur, xora əleyhinə müalicə daimi müalicə olunmayıb. Son 1 ildə

xəstəni qida qəbulu zamanı qusma və lax yumurta iyli gəyirmə narahat edir. Qarın

palpasiyası zamanı sağ qabırğaaltı nahiyədə “şırıtı küyü” eşidilir. Bu xəstədə hansı

patologiyanı düşünmək olar:

A) Maliqnizasiya

B) Qanaxma

C) Stenoz

D) Perforasiya

E) Penetrasiya



28. Xronik bronxitin tez-tez rast gəlinən ağırlaşması:

A) Spontan pnevmotoraks

B) Ağciyərlərin emfizeması

C) Ağciyərlərin tuberkulyozu(vərəmi)

D) Ekssudativ plevrit

E) Ağciyərlərin kalsifikasiyası



29. İnfeksion endokarditdə ən çox zədələnir:

A) Mitral qapaqlar

B) Ağciyər arteriyası qapaqları

C) Aortal qapaqlar

D) Üctaylı qapaqlar

E) Bir neçə qapaq eyni zamanda



30. 57 yaşlı xəstə son 1 ildə ayda 1-2 dəfə səhərə yaxın döş sümüyü arxası cıxıcı

ağrılardan şikayət edir. Ağrılar sol kürək altına yayılır. Nitroqliserin qəbulundan 30

dəq  sonra  keçir.  Tutma  zamanı  Xolter  monitoru  zamanı  ST  seqmenti  V5-V6

aparmalarında 8mm yüksəlir. Növbəti gün ST izoxətt üzərinə düşür. Bu xəstədə

hansı patologiya vardır?

A) Miokard infarktı

B) Variant stenokardiya


C) Stabil stenokardiya IV FS

D) Mioakardın işemik distrofiyası

E) Proqressivləşən stenokardiyası

31. Hepatitin ən çox rast gəlinən ağırlaşmaları:

A) Xolesistit

B) Krioqlobulinemiya

C) Fulminant hepatit

D) Qlomerulonefrit

E) Qaraciyər sirrozu



32. Mitral stenoz üçün hansı rentgenoloji əlamət xarakter deyil?

A) Sağ qulaqcığın hipertrofiyası

B) ürək belinin üzə çıxması

C) Sol qulaqcığın hipertrofiyası

D) Hamar ürək beli

E) Sol mədəciyin hipertrofiyası



33. Antianginal preparatdır.

A) Nitronq

B) Riboksin

C) Kaptopril

D) Norvask

E) Kokarboksilaza



34. Pnevmoniya nə vaxt xəstəxana daxili sayılır?

A) Pasient hospitalizasiyadan 48 saat əvvəl

B) Hospitalizasiyadan 48 saat sonra

C) Əvvəl müalicə almayan insanda

D) Əvvəl ev şəraitində başqa xəstəlikdən müalicə alan xəstədə

E) Hamilə qadında hamiləlikdən 20 həftə sonra



35. Xəstəxanadaxili pnevmoniyada emiprik antimikrob terapiya zamanı

aşağıdakılardan hansı nəzərə alınmır:

A) Son 3 ay ərzində əvvəlki antimikrob terapiya

B) Pasientin individual profil riski(allergiya, qaraciyər və böyrəklərin funksional statusu )

C) Antibakterial preparatın təsir mexanizmi (bakterisid yaxud bakteriostatik)

D) «Atipik» patogenlərə qarşı antibakterial preparatların aktivliyi


E) Pnevmokoklara qarşı antibakterial preparatların aktivliyi

36. Miokard infarktı nəticəsində ağciyər ödemi olduqda hansı preparatın təyin

olunması mübahisəlidir?

A) qanqlioblakator

B) ürək qlikozidləri

C) qlükokortikoid

D) sidikqovucu

E) bronxolitik



37. Nitroqliserinin stenokardiyada əsas müalicə effekti

A) Periferik arteriyaların genişlənməsi

B) Ürək ritminin artması nəticəsində koronar qan dövranının yaxşılaşması

C) Ürəkdöyüntülərinin azalması ilə əlaqədar miokardın oksigenə olan təlabatı azalır.

D) Koronar arteriyaların genişlənməsi

E) Periferik venaların genişlənməsi



38. Bundan başqa hamısı sol mədəcik hipertrfiyası simptomunun əlamətləridir?

A) Ürəyin elektrik oxunun sol yerdəyişməsi

B) Sağ döş aparmalarında dərin S dişləri

C) Sağ döş aparmalarında R dişinin yüksək olması

D) Sol döş aparmalarında R dişləri amplitudunun böyüməsi

E) Keçid zonasının sağa yerdəyişməsi



39. Miokard infarktının səbəbi deyil:

A) Adenovirus infeksiyası

B) Tac arteriyaların spazmı

C) Embol


D) Tac arteriyaların aterosklerozu

E) Hemotoloji göstəricilərin pisləşməsi



40. Aşağıdakilardan hansı infeksion endokarditin risk faktoru sayılmır?

A) sistoskopiya

B) venaların katetrizasiyası

C) uşaqlıq boşluğunun qaşınması

D) mədəciklər arası arakəsmənin qüsuru

E) agciyer hipertenziyası



41. Arterial hipertoniya zamanı nə vacibdir?

A) kininlərin qanda miqdarı

B) antidiuretik hormonun miqdarı

C) ürək yığılmalarının gücü və vurğu həcmi

D) periferik damar müqaviməti

E) arteriyaların elastikliyi

42. Hansı əlamət variant stenokardiyasına uyğun deyil?

A) Koronaroqrafiyada 10 % halda az dəyişmiş və ya zədələnməmiş koronar arteriyalar

müşahidə edilir.

B) Ca-antaqonistləri daha effeklidir

C) EKQ-də ST seqmenti qalxır

D) Ağrılar ən çox gecələr olur

E) Fiziki yükü pis qəbul edir .

43. Miokard infartının kəskin fazasında qanın ümumi analizində olan dəyişikliklər

hansılardır?

A) limfositlər artır, EÇS azalır

B) leykositlər artır, EÇS norma

C) neytrofillər artır, limfositlər norma

D) EÇS artır, eozinofinlər azalır

E) hemoqlobin artır, leykositlər azalır



44. Gecikdirilmiş miokard infarktının diaqnozunda hansı ferment daha boyük rol

oynayır (2 gündən artıq)

A) AsT


B) Al T

C) Qələvi fosfataza

D) LDH -1

E) LDH -5



45. Bu əlamətlərdən hansı onikibarmaq bağırsaq xorasının kəskinləşməsinə

xarakterik deyil?

A) Yeməkdən 2,5 saat sonrakı ağrılar

B) Epiqastriyada sağda ağrılar

C) Acqarına ağrılar

D) Qıcqırma, turş gəyirmə

E) Yeməkdən 30 dəq sonra ağrılar



46. Xroniki kolit üçün aşağıdakılardan ağrı sindromundan hansı xarakterikdir

A) Stuldan sonar göbək nahiyyəsində azalmayan ağrı

B) Qarnın aşağı nahiyyəsində küt və tutma şəkilli ağrı

C) Orta xəttdən solda epiqastral nahiyyədə ağrı

D) Sağ qalça nahiyyədə daimi ağrı

E) Yağlı qroniki enterokolitidadan sonra sağ qabırğaaltı nahiyədə ağrı

47. İriocaqlı miokard infarktının ən xarakterik EKQ əlaməti:

A) ST seqmenti gümbəzi şəklində və asimmetrik T dişciyi

B) ST seqmenti qalxır

C) QS kompleksi

D) Dərin Q dişciyi

E) ST seqmentinin horizontal depresiyası



48. Yukstamedulyar aparatın hüceyrələri ifraz edir:

A) renin


B) prostaqlandin

C) angiotenzin

D) aldosteron

E) serotonin



49. Aşağıda sadalanan hansı xroniki infeksiya ocağı infeksion endokarditin

inkişafinda daha cox əhəmiyyətə malikdir:

A) xroniki bronxit

B) dişdə qranulemlər

C) xroniki xolesistit

D) xroniki sistit

E) xroniki tonzillit



50. EKQ-dəki hansi dəyişikliklər miokard infarktina xas dəyişiklikləri maskalayır və

diaqnozu təsdiqlənmək üçün rezorbtiv-nekrotik sindromu aşkarlamaq lazımdır?

A) hiss dəstəsinin sol ayaqcığının blokadasi

B) hiss dəstəsinin sağ ayaqcığının blokadası

C) atrioventrikulyar blokada 2-ci dərəcə 1-ci tip

D) qulaqcıqların fibrilyasiyası

E) atrioventrikulyar blokada 1-ci dərəcə



51. Paydaxili pnevmoniyanın rentgenoloji əlaməti hansıdır:

A) Qeyri-düzgün konturlu kiçik, çoxfokuslu, bilateral(ikitərəfli) kölgəliklər



B) Qeyri-homogen formada zədələnməyə məruz qalmış ocaqlı kölgəliklər

C) Ağciyər şəffaflığının artması

D) Peribronxial qalınlaşma

E) Kerli xətləri



52. Xəstənin 46 yaşı var, gecə sinəsində ağrı tutmaları meydana çıxmış və EKQ-də

ST seqmenti yuxarıya yerini dəyişmişdir. Ehtimal olunan diaqnoz?

A) İnfarktdansonrakı anevrizmanın meydana çıxması

B) Ağ ciyər arteriyasının tromboembolyası

C) Təkrari miokard infarktı

D) Prinsmetal stenokardiyası

E) Tutmaların əsas xəstəliyə aidiyyatı yoxdur



53. Miokard infarktında hansı fermentin rolu azdır.

A) Troponin T

B) Kreatinfosfokinaza

C) Aspartataminotransferaza

D) Laktatdehidrogenaza

E) Qələvi fosfataza



54. 45 yaşında xəstədə ağır fiziki gərginlikdən sonra döş sümüyü arxasında kəskin

sıxıcı ağrılar başlamışdır. Ağrılar sol kürəyə ötürülür və venadaxili morfin

inyeksiyası ilə götürülmüşdür. Daxil olarkən dəri ortüyü solğun, nəm, dodaqları

sianotikdir. Xəstə süstdür.Tənəffüs sayı dəqiqədə 24. Ağciyərdə sərt tənəffüs

eşidilir. Xırıltılar yoxdur. Ürək tonları karlaşıb. AT 95/105 mm.c.st,ürək tonları

kardır,nəbz 115/dəq. Ödem yoxdur. EKQ-də ST-nin qalxması I-ci, AVL,V

5

-V

6

aparmalarında, ST-nin enməsi III-cü,V

1-

V

2

 aparmalarında müşahidə olunur. Təxmini

diaqnoz?

A) ön yayılmüş miokard infarktı

B) ön-yan divarda miokard infarktı

C) ön-arakəsmə miokard infarktı

D) ağciyər arteriyasının trombemboliyası

E) arxa-diafraqmal miokard infarktı



55. Kardiogen şok üçün xarakter deyil?

A) taxikardiya

B) akrosianoz

C) AT-in 90/50 mm.c.st-dan aşağı olması



D) oliqouriya

E) ümumi damar müqavimətinin azalması



56. V5, V6, I, AVL aparmalarında Mİ əlamətləri hansı lokalizasiya üçün xarakterikdir?

A) zirvə


B) ön arakəsmə

C) ön yayılmış

D) arakəsməğ

E) yan


57. 45 yaşlı xəstədə 6 aydır ki, AT daimi şəkildə 220/120mm.c.st-na kimi yüksəlməsi

qeyd olunur. Enalapril, hidroxlortiazid və amlodipinlə aparılan kompleks terapiyaya

rezistentdir. Son ayda aşağı ətraflarda qıcolmalar, gecə poliuriyaları, əzələ zəiflikləri

qeyd olunur. Müayinə nəticəsində aşkarlanır:

A) hiperkalsemiya

B) metanefrinlərin sidiklə ekskresiyasının artması

C) plazmada reninin aktivliyinin artması

D) sidiyin turş mühiti

E) plazmada aldosteronun artması



58. Hansı xəstəlik üçün gərgin puls xarakterikdir?

A) neyrosirkulyator distoniya

B) hipotoniya

C) miokardit

D) hipertoniya xəstəliyi

E) hipotireoz



59. I-ci FS stenokardiyaya uyğun deyil:

A) Sakitlik vaxtı EKQ-də dəyişiklik olmur

B) 1 mərtəbəyə qədər qalxdıqda tutmaların olması

C) Ağrıların sol qola yayılması

D) veloerqometriya sınağından sonra ST seqmentinin depresiyası

E) Ağrıların sıxıcı xarakterli olması



60. Miokard infarktının kəskin mərhələsində aşağıdakı ağırlaşmalardan hansı daha

çox rast gəlinir?

A) ritm pozğunluğu



B) kardiogen şok

C) reflektor şok

D) perikardit

E) miokardın cırılması



61. ÜİX-nin stenokardiya diaqnozu daha çox ehtimal olunur?

A) Tipik anginoz tutma müşahidə edilir

B) Ritm pozulması müşahidə edilir

C) Qan dövranı çatışmamazlışı müşahidə edilir

D) ÜİX-nin risk faktoru vardır

E) Kardiomeqaliya aşkar edilir.



62

. Menetriye xəstəliyi nədir:

A

) radiasion qastrit



B

) Eozinofil qastrit

C

) nəhəng hüceyrəli hipertrofik qastrit



D

) granulematoz qastrit

E

) kimyəvi ( reaktiv ) qastrit



63. 55 yaşlı xəstə qida qəbulundan dərhal sonra yaranan epiqastral ağrılardan, hava

gəyirməsindən, 4-5 kq arıqlamadan şikayətlənir.3 ildir xəstədir.İldə 2-3 dəfə

kəskinləşmə olur (EQDS ilə təsdiqlənib, amma mədə selikli qişasının biopsiyası

aparılmayıb). Yerli xəstəxanada xora əleyhinə müalicə qəbul edib. Son 2 ayda ağrılar

güclənib. Xəstədə hansı patologiya ola bilər:

A) “A tip” xroniki qastrit

B) Mədə çıxacağının stenozu

C) Mədə xorası

D) Onikibarmaq bağırsağın xorası

E) Qastroezofaqeal reflüks



64. 52 yaşlı xəstədə kəskin ön divar infarktı diaqnozu ilə boğulma tutması baş

vermişdir. Baxış zamanı diffuz sianoz, ağciyərdə çoxlu miqdarda müxtəlif kalibrli

yaş xırıltılar, nəbz-100/dəq, AT-120/100 mm.c.st. Bu hansı ağırlaşma ola bilər?

A) mədəciklərarası çəpərin cırılması

B) ağciyər arteriyası trombemboliyası

C) kardiogen şok

D) ağciyər ödemi


E) heç biri

65. Qlomerulonefritin patogenezində aşağıdakı faktorlar iştirak edir:

A) kapilyar mikrotrombların əmələ gəlməsi

B) filtrasiya edici yumaqcıqların səthində ‘‘antigen-antitel‘‘ komplekslərin yığılması

C) böyrəklərdə venoz və limfatik axının pozulması

D) bazal membranın immun iltihabı

E) plazmada zülal fraksiyalarının və anomal zülalların yığılması ilə gedən disproteinemiya



66

. Aşağıdakı dərmanlardan hansını artmış sekretor funksiyalı xroniki qastritdə

xəstəyə təyin etmək lazımdır?

A

) panzinorm



B

) famotidin

C

) prednizalon



D

) təbii mədə şirəsi

E

) betasid



67. Mikoard infarktı zamanı hansı ritm pozğunluğu mədəciklərin fibrilyasiyasına

səbəb olur?

A) ventrikulər paroksizmal taxikardiyası

B) qulaqcıqların fibrilyasiyası

C) sinus taxikardiyası

D) tam atrioventrikulyar blokada

E) supraventrikulyar paroksizmal taxikardiya



68. Xronik bronxitin meydana çıxmasında vacib risk faktoru hansıdır:

A) siqaret çəkmək

B) piylənmə

C) hipodinamiya

D) alkoqolizm

E) narkomaniya



69

. Preparatlardan hansi mukolitik deyil?

A

) Mukaltin



B

) Eufillin

C

) Bromheksin



D

) Ambroksol



E

) ASS


70. Revmatizmin aktiv fazasının etiotrop terapiyasında aşağıdakı preparatlardan

hansı təyin olunur?

A) indometasin

B) antiaritmik preparatlar

C) dellagil

D) penisillin

E) prednizolon



71. Ağciyər ödemi zamanı aşağıdakı tələblərdən hansı icra olunur?

A) oksigen terapiya

B) morfin yeridilməsi

C) antikoaqulyantlar

D) furosemid yeridilməsi

E) infuzyon müalicə



72. İnfeksion endokardit zamanı immunopataloji reaksiyanın gücləndiyi vaxt hansı

preparatdan istifadə olunur:

A) gentamisin

B) diklofenak

C) flukonazol

D) seftriakson

E) prednizolon



Yüklə 266,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin