1. V1, V2, V3 aparmalarında Mİ əlamətləri hansı lokalizasiyaya uyğundur?


Mitral stenoz üçün hansı hemodinamik göstəriçi əsas deyil



Yüklə 266,2 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix01.01.2017
ölçüsü266,2 Kb.
#4075
1   2   3   4   5

154. Mitral stenoz üçün hansı hemodinamik göstəriçi əsas deyil:

A) Sağ qulaqcığın hipertrofiyası və dilatasiyası

B) Sağ mədəciyin hipertrofiyası və dilatasiyası

C) Sol mədəciyin hipertrofiyası və dilatasiyası

D) Ağciyərin hipertenziyası

E) Fiksə olunan vurğu həcmi



155. Xəstəyə xronik bronxit diaqnozu aşağıdakı əlamətlərdən hansı ilə qoyula bilər:

A) 1 ildə 3 ay müddətində bəlğəmli öskürək

B) son 2 ildə kəskin bronxitin üç dəfə meydana çıxması

C) bir ildə 4 ay ərzində bəlğəmli öskürək

D) keçirilmiş pnevmoniyadan sonra 3 ay müddətində bəlğəmli öskürək

E) son 2 ildə 3 aydan az olmayaraq bəlğəmli öskürək



156. Keçirilmiş kəskin qlomerulonefrit zamanı xəstə dispanser nəzarətində olmalıdır:

A) 6 ay


B) 1 ay

C) 5 il


D) 10 il

E) 2 il

157. Xəstənin 56 yaşı var, sinə arxası ağrı tutmalarından 1 saat sonra EKQ-də V3-V6

aparmalarında dərin mənfi T dişciyi aşkar edildi. Ağrı tutmaları əvvəlki dövrlərə

nisbətən daha güclü və uzunmüddətli olmuşdur.

A) Q dişciksiz miokard infaktı

B) Revmokardit

C) Q-dişcikli miokard infarktı

D) Kəskin perikardit

E) Eroziv ezofaqit



158. Mitral stenozdan əziyyət çəkən 40 yaşlı qadın artan təngnəfəslikdən və

yorğunluqdan əziyyət çəkir. Hal-hazırda yüngül ev işlərini yerinə yetirə bilmir.

Xəstəyə təyinat:

A) Diqitalis preparatları

B) Bisillinlə profilaktika

C) Antikoaqulyant

D) Süni qapaq implantasiyası

E) Mitral komissurotomiya



159. Qlomerulonefritin etioloji müalicəsini başlamaq lazımdır:

A) antihistamin preparatları

B) penisilin qrupu antibiotikləri

C) qeyri-steroid iltihab əleyhinə preparatlar

D) qlukokortikoidlər

E) aminoxolin preparatları



160. Xəstəyə xora xəstəliyinin kəskinləşməsi üçün xarakterik simptomlar ortaya

çıxdıqda profilaktika məqsədilə aşağıdakılardan təyin olunmalıdır:

A) Omeprazol

B) Klaritromisin

C) Metronidazol

D) Denol

E) Moksasillin



161. İnfeksion endokarditdə aşkarlanmır

A) hiper- -qlobulemiya

B) anemiya


C) IgM və IgG azalması

D) proteinuriya

E) mikrohematuriya

162. Mitral qapaq çatışmazlığı bunun nəticəsində yarana bilər.

A) Miokard infarktı

B) Döş qəfəsinin travması

C) Miokardit

D) Revmatizm

E) Stenokardiya



163. Miokard infarktının kəskin stadiyası üçün xarakterikdir, birindən başqa:

A) C reaktiv zülalın olması

B) AST-nin artması

C) Mioqlobin artır

D) KFK-nin MB fraksiyası artır

E) Qələvi fosfatazanın aktivliyi artır



164. Revmatik qızdırmanın mualicəsində hansi preparat vacib deyil?

A) Prednizolon

B) Dellagil

C) Riboksin

D) Penisillin

E) AÇF


165. Təxmini ürəyin mitral qüsuru diaqnozu qoyulan 19 yaşlı xəstə müayinəyə

göndərildi. Müayinə zamanı ürək zirvəsində sistolik küy aşkarlandı. Hansı müayinə

metodu ürək qüsuru diaqnozunun qoyulmasında və ya inkar edilməsində daha çox

informativdir?

A) Exokardioqrafiya

B) Döş qəfəsinin rentgenoloji müayinəsi

C) EKQ


D) Antistreptokok anticismin qanda müayinəsi

E) Veloerqometriya



166. Uzun sürən septik endokarditdə aşağıdakı biokimyavi göstəricidəki dəyişiklik

xarakter deyil:

A) Revmatoid faktor



B) Formal sınağın müsbət olması

C) Disproteinemiya  -qlobulinlərin artması, albuminlərin azalması

D) Hiperxolesterinemiya

E) Transaminazaların yüksəlməsi



167. Hansı xəstəlikdə baş giçəllənməsi, huşun itməsinə meyillik, kiçik və zəif nəbz

muşahidə olunur?

A) Aortal stenoz

B) Mitral stenoz

C) Mitral çatışmazlıq

D) Aortal çatışmazlıq

E) Üçtaylı qapaq stenozu



168. Miokardın ağrısız işemiyasının aşkarlanması üsulu:

A) EXO-kardioqrafiya

B) EKQ sutkalıq monitorinqi

C) EKQ sakitlikdə

D) Yük sınaqları

E) Fonokardioqrafiya



169. 18 yaşlı xəstə hərbi komissarlığa müayinəyə göndərilir. İnkişafı normaldır.

Ürəyin müayinəsi zamanı döşün sağ kənarında II qabırğaarası nahiyyənin

mərkəzində kobud sistolik küy təyin edildi. Həmin küy yuxu arteriyasına keçir, aorta

üzərində II ton zəifləyib. Nəbz 1 dəqiqədə 64 vurğu, bazu arteriyasında A/T-95/75

mm.c.süt, bud arteriyasında A/T-110/90 mm.c.sütunu. Sizin diaqnoz?

A) Aorta dəliyinin stenozu

B) Aortanın koarktasiyası

C) Açıq arterial axın

D) Müştərək ürək qüsuru

E) Mədəcikarası çəpərin catışmazlığı



170. Xroniki kolitin xarakterik əlamətini seçin:

A) İshal


B) Qəbizlik

C) İştahanın itirilməsi

D) Arıqlama

E) Polifekaliya



171. Aorta başlanğıcının qabarıq stenozunda mil arteriyasının üzərində hansı nəbz

daha xarakterikdir?

A) Yavaş, böyük, aşağı

B) Tez-tez, böyük, hündür

C) Dəyişilməz

D) Yavaş, az, arabir

E) Tez-tez, az, aşağı



172. AT-nin yüksəlməsindəhansı faktorun rolu yoxdur?

A) renin aktivliyinin artması

B) ürək yığılmalarının artması

C) venoz təzyiqin artması

D) katexolaminlərin artması

E) qan damarlarında xolesterin piləklərinin sayının artması



173. Aortal çatışmazlıqda A/T necə dəyişir?

A) Yalnız sistolik artır

B) sistolik A/T artır və diastolik enir

C) Dəyişmir

D) Sistolik A/T enir və diastolik artır

E) Yalnız diastolik artır



174. ÜST-nın təsnifatına əsasən hipertoniya xəstəliyinin 1-ci mərhələsinə xas olan

meyarlar hansılardır?

A) AT≥140-159/90-99 mm.c.st

B) sol mədəciyin hipertoniyası

C) goz dibində arterioloskleroz

D) müxtəlif orqanlarda arterioloskleroz (beyin, ürək, böyrək)

E) göz dibində arteriolospazm



175. Aortal çatışmazlıq üçün hansı əlamət xarakter deyil?

A) Nəbz təzyiqinin enməsi

B) Tezləşmiş və hündür nəbz

C) Bəbəyin pulsasiyası

D) Yüksək sistolik A/T


E) Yüksək ürək atımı

176

. Xroniki qastritin diaqnostikasında həlledici nədir?

A

) mədə şirəsinin müayinəsi



B

) klinik əlamətlər

C

) biopsiya ilə fibroendoqastroduedenoskopiya



D

) Qarın boşluğu orqanlarının ultrasəs müayinəsi

E

) fibroendoqastroduedenoskopiya



177. H2-histamin reseptor blokatorudur:

A) Atropin

B) Qastrosepin

C) Omeprazol

D) Metronidazol

E) Ranitidin



178. Biri istisna olmaqla sol mədəcik çatışmazlığı zamanı aşağıdakılar xarakterdir:

A) “Çarpma” ritmi

B) Təngnəfəslik

C) Ağciyər əsasında krepitasiya

D) Ürək astması

E) Boyun venalarının şişməsi



179. Bu əlamətlərdən biri infeksion endokarditin yüksək aktiv fazası üçün xarakter

deyil:

A) üşütmə

B) bədənin hərarəti 39-40 C

C) anemiya

D) EÇS-10 mm/s

E) dalağın infarktı



180. Xora xəstəliyinin cərrahi müalicəsi zamanı aşağıdakılardan hansı mütləq

göstəriş deyil:

A) Dekompensasiya mərhələsində stenozlaşma

B) Profuz mədə-bağırsaq qanaxması

C) Maliqnizasiya

D) Perforasiya

E) Təkrarlanan residivlər



181. Zimnitskiy sınağı nadir?

A) kanalcıq reabsorbsiyasının səviyyəsini qiymətləndirmək üçün

B) hematuriya və silindiruyanı qiymətləndirmək üçün

C) sidiyin xüsusi çəkisini təyin etmək üçün

D) yumaqcıq filtrasiyasının miqdarının qiymətləndirilməsi

E) proteinuriyanın səviyyəsini təyin etmək üçün



182. Xronik ürək çatışmazlığı üçün az xarakterik olan simptom.

A) Ürək döyünməsi

B) Akrosianoz

C) Ödem


D) Təngnəfəslik

E) Ətraflarda ağrılar



183. Hansı xəstəlik sol mədəcik çatışmazlığına gətirib çıxarmır?

A) Aortal çatışmazlıq

B) Ürəyin işemik xəstəliyi

C) Hipertaniya xəstəliyi

D) Ağciyər arteriyasının tromboemboliyası

E) Miokardit



184. Hipertonik kriz zamanı ölüm səbəbi hansı deyil?

A) kəskin böyrək çatışmazliğı

B) kəskin qan dövranının durğunluqla bağlı çatışmazlığı

C) insult

D) fibrinoid nekroz nəticəsində bağırsaq infarktı

E) kəskin miokard infarktı



185. Orta yaşlı kişilərdə epiqastral nahiyədə və döş arxasında kəskin ağrı tutmaları

vardırsa, hansı müayinədən başlamaq lazımdır?

A) Sidikdə uropepsinin müayinəsi

B) Qastroduodenoskopiya

C) EKQ


D) Mədə bağırsaq traktının rentgenoskopiyası

E) Mədənin zondla müayinəsi



186. Hansı simptom sağ mədəcik çatışmazlığı üçün xarakter deyil?

A) Ödem

B) Boğulma

C) Boyun venalarının şişməsi

D) Qaraciyərin böyüməsi

E) Sianoz

187. Yoğun bağırsağın funksional və iltihabi xəstəlikləri üçün aşağıdakı ağrı

sindromu xarakterikdir.

A) kəmərləyici ağrı

B) Sağ qabırğaaltında ağrı

C) Defekasiyadan sonra azalan qarnın aşağı nahiyyəsində küt və tutma şəkilli ağrılar

D) epiqastral nahiyyədə orta xəttdən solda ağrı

E) Sağ qalça nahiyyyəsində daimi ağrı



188. Hansı preparat ürək qlikozidlərinə aid deyil:

A) Korqlükon

B) Selanid

C) Diqoksin

D) Strofantin

E) Qlükaqon



189. Kripitasiya - fizikal simptom, daha çox patoqnomikdir:

A) İnterstisial pnevmoniya

B) Bronxopnevmoniya

C) Krupoz pnevmoniya

D) İstənilən növ pnevmoniya üçün

E) Hipostatik pnevmoniya



190. Xroniki ürək çatışmazlığı üçün bütün əlamətlər xarakterikdir. Bir əlamətdən

başqa:

A) Səyrici aritmiya

B) Ürək atımının azalması

C) Ürəyin ölçülərinin böyüməsi

D) Ürək tonlarının karlaşması

E) Bildircini ritmi



191. Kəskin qlomerulonefrit zamanı hipertoniyanın patogenezində əsas rol oyunayır:

A) natrium və suyun ləngiməsi

B) hiperqlikemiya

C) böyrək arteriyalarının daralması (vazo-renal mexanizm)

D) qanda kortizolun miqdarının artması

E) dövrədən qanın miqdarının və ürəyin vurma həcminin artması

192. Aşağıdakılardan hansı krupoz pnevmoniyanın ağırlaşmasına aid deyil?

A) Ağciyərin qanqrenası

B) Plevranın empiyeması

C) Ağciyərlərin absesi

D) Eksudativ plevrit

E) Kəskin nəfəs çatışmazlığı



193. Krupoz pnevmoniyanı daha çox törədir:

A) Pnevmokoklar

B) Fridel pnevmobasilləri

C) Yaşıl irin çöpləri

D) Streptokoklar

E) Stafilokoklar



194. Xronik bronxitdə iri və orta bronxların zədələnməsi zamanı hansı xarakterikdir :

A) nəfəsvermədə quru fitverici xırıltılar

B) ağciyərlərin bazal şöbələri üzərindəki proyeksiyada zəif kiçik qabarcıqlı xırıltılar

C) nəfəsalmada quru fitverici xırıltılar

D) vezikulyar tənəffüs

E) nəfəsalmada quru uğultulu xırıltılar



195. Kəskin pnevmoniya üçün daha az xarakter olan törədici:

A) Pnevmokoklar

B) Stafilokoklar

C) Brusella çöpləri

D) Qrip virusu

E) Mikoplazmalar



196. İnfeksion endokarditin cərrahi müalicəsinə mütləq göstəriş:

A) Ritm pozğunluğu

B) 1 həftəlik antibakterial müalicəyə davamlılıq


C) Kardialgiya

D) Arterial tromboemboliya

E) 1 dərəcəli ürək çatışmazlığı

197. Xəstədə: döş qəfəsi normal formada, dıvar aralığının yerdəyişməsi yoxdur,

perkussiyada küt perkutor səs, yaş xırıltılar və dəqiq krepitasiya eşidilir. Sizin

diaqnoz?

A) Emfizema

B) Pnevmotoraks

C) Bronxoektaz

D) Pay pnevmoniya

E) Ağciyərin fibrozu



198. Kəskin qlomerulonefrit zamanı daha çox rast gəlinən simptom:

A) proteinuriya

B) leykosituriya

C) bel nahiyyəsində ağrılar

D) arterial hipotenziya

E) taxikardiya



199. Krupoz pnevmoniyanın klassik gedişində hansı qızdırma xarakterikdir?

A) 40-41


0

C

B) 37-38



0

C

C) 39-40



0

C

D) 36-37



0

C

E) 38-39



0

C

200. İnterstisial pnevmoniyanı daha çox nə törədir?

A) Qram-müsbət koklar

B) Pnevmokoklar

C) Ağızda və əsnəkdə aerob və anaerob mikrofloranın assosiyasiyası

D) Stafilokoklar

E) Mikoplazmalar, xlamidyalar

201. Krupoz pnevmoniyanın əsas rentgenoloji əlaməti hansıdır :

A) zolaqlı ağciyər şəkli



B) ocaqlı kölgələr

C) şəffaflığın diffuz azalması

D) müvafiq pay yaxud seqmentdə homogen kölgəliyin əmələ gəlməsi

E) atelektaz



202. Qeyri-stabil stenokardiyanın konservativ müalicəsində seçim preparatı

A) Fibrinolitik preparatlar, narkotik analgetiklər, asetilsalisil turşusu

B) Nitrat preparatları, β-blokatorlar, heparin, asetilsalisil turşusu

C) Qeyri-narkotik analgetiklər. AÇF ingibitorları, Ca blokatorları

D) Nitratlar, ürək qlikozidləri, diuretiklər

E) Ürək qlikozidləri, kalium preparatları, sidik qovucular



203. Mendelson Sindromu– budur:

A) nazokomial (klinikadaxili) pnevmoniya

B) hipostatik pnevmoniya

C) aspirasion pnevmoniya

D) infarkt-pnevmoniya

E) septik pnevmoniya



204. Pnevmoniyanın kompleks müalicəsinə antibakterial terapiya ilə yanaşı hansı

aparılmalıdırβ?

A) AÇF inhibitorları

B) Dezintoksikasion terapiya

C) Şişəleyhinə preparatlar

D) β–blokatorlar

E) Qan transfuziyası



205. Bu əlamətlərdən biri krupoz pnevmoniya üçün xarakter deyil :

A) Paslı bəlğəm

B) Təngnəfəslik

C) Sinədə ağrılar

D) Titrətmə

E) Qan qusma



206. Hansı xəstəlik üçün EKQ-də V1,V2 aparmalarında hündür P dişi xarakterikdir ?

A) Xronik pnevmoniya

B) Kəskin bronxit

C) Hipertoniya xəstəliyi

D) Miokardit


E) Perikardit

207. Aşağıdakilardan hansı revmatik qızdırmanın diaqnostikası üçün vacıbdir?

A) EKQ-də keçiriciliyin pozğunluğu

B) Leykositoz

C) hərarət manı

D) dərialtı revmatik düyünlər

E) artralqiya



208. Kəskin qlomerulonefrit zamanı penisilin qrupu olan antibiotiklərin qəbuluna

olan göstəriş:

A) vaksinasiyadan sonra xəstəliyin inkişafı

B) transplantasiyadan sonra xəstəliyin inkişafı

C) R-terapiyadan sonra xəstəliyin inkişafı

D) xəstəliyin toksik etiologiyası

E) streptokokk infeksiyasından sonra xəstəliyin inkişafı



209. Kəskin pnevmoniyanın terapiyasının əsasını hansı təşkil edir?

A) Antikoaqulyantlar

B) Antibakterial preparatlar

C) İltihab əleyhinə qeyri-steroid preparatlar

D) Bəlğəmgətiricilər (mukolitiklər)

E) Diuretiklər



210. Kəskin pnevmoniyanın etiotrop müalicəsində komponentlərdən biri düzgün

deyil:

A) Oksasillin

B) Tetrasiklin

C) Benzilpenisillin

D) Mukaltin

E) Levomisetin



211. Stenokardiyaya uyğun olan ağrılar

A) Deşici

B) Döşarxası, sıxıcı

C) Basıcı

D) Döş arxası, yayılmış

E) Zirvədə lokalizə olunmuş



212. Geniş təsir spektrli antibiotiklər qəbul etməyən yüngül nozokomial

pnevmoniyalı pasientə hansı antibiotiki təyin etməli:

A) imidazollar

B) III nəsil sefalosporinlər

C) aminoqlikozidlər

D) respirator ftorxinolonlar

E) anti göy-yaşıl irin çöpləri penisillinlər



213. T dişciyi V

1

-V

4

 aparmalarında mənfidirsə, infarkt hansi lokalizasiyaya

uyğundur?

A) zirvə-yan

B) ön arakəsmə, yaxud zirvəüstü ön divar

C) zirvəüstü, yaxud arxa divar

D) arxa arakəsmə, yaxud arxa-yan divar

E) arakəsmə, yaxud ön-arxa



214. Pnevmoniya zamanı təyin edilmiş antibiotiklərin davametmə müddəti:

A) temperatur normallaşana kimi;

B) ağciyərdə infiltrat tam sorulana kimi;

C) EÇS normallaşana kimi;

D) öskürək yox olan ana kimi.

E) bədən temperaturu normallaşandan 4-5 gün sonra;



215. Xroniki hepatitin aktivlik dərəcəsi aşağıdakılardan birinə görə təyin olunur:

A) Hemoqlobinin azalma səviyyəsi

B) Qanda transaminazaların səviyyəsi

C) Qanda bilirubinin yüksəlmə səviyyəsi

D) Qanda albuminin azalma səviyyəsi

E) EÇS-nin artma səviyyəsi



216. Kəskin pnevmoniyanın diaqnostikasında hansı vacibdir?

A) Rentgenoskopiya

B) Spiroqrafiya

C) EXO-KQ

D) Bronxoqrafiya

E) EKQ


217. Krupoz pnevmoniya üçün xarakter olmayan simptomu göstərin.

A) Güclənmiş bronxofoniya



B) Münasib payda kütləşmə

C) Tənəffüs aktı zamanı döş qəfəsinin bir hissəsinin geri qalması

D) Xırda qabarcıqlı yaş xırıltılar

E) Kütləşmiş nahiyyədə bronxial tənəffüs



218. Pnevmoniyanın diaqnostikasında əsas instrumental metod hansıdır:

A) döş qəfəsi orqanlarının KT-si

B) Spiroqrafiya

C) döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi

D) torakoskopiya

E) bronxoskopiya



219. Pnevmoniyanın rentgenoloji şəklinin meydana çıxmasının orta zaman müddəti:

A) 10 sutka

B) 21 sutka

C) 7 sutka

D) 3 ay

E) 4 sutka



220. Miokardda nekrotik dəyişikliklərin aşkar olunmasının ən informativ üsulu

A) Qanda laktatdehidrogenaza

B) Qanda transaminazaların miqdarı

C) EÇS və leykositlərin miqdarı

D) Qanda KFK

E) Qanda troponinlərin miqdarı



221. Xronik bronxit zamanı xarakterik olmayan auskultativ göstərici:

A) Zirvədə sistolik küy

B) Ağciyər arteriyası üzərində II tonun aksenti

C) Sərt tənəffüs

D) Quru və fitverici xırıltılar

E) Yayılmış quru və yaş xırıltılar



222. Xronik bronxit– budur:

A) bronxial ağacın selikli qişa və digər qatlarının geri dönməyən diffuz iltihabı

B) bronxial ağacın selikli qişa və digər qatlarının geri dönməyən lokal iltihabı

C) bronxların selikli qişasının geri dönən diffuz iltihabı

D) bronxların selikli qişasının geri dönən lokal iltihabı

E) ağciyərin intestisial toxumasının diffuz iltihabı



223. «Birincili» bronxit termini altında başa düşülür :

A) Uremik bronxit

B) Durğun bronxit

C) Peşə zərərləri nəticəsində yaranan bronxit

D) Bronxların şişləri

E) Xronik pnevmoniya nəticəsində yaranan bronxit



224. Hansi əlamətə hipertoniya xəstəliyinin yalniz 2-ci mərhələsində rast gəlmək

olar?

A) ürək kameralarının dilatasiyası

B) sol mədəciyin hipertoniyası

C) AT-in sistolo-diastolik hipertenziya formasinda stabilizasiyası

D) stenokardiya tutmasının başlanması (ÜST)

E) hipertonik kriz



225. Burunun polipozu və bronxial astması olan, hipertoniyalı 190/110 mm c.s.

xəstəyə aşağıda göstərilən preparatlardan hansını təyin etmək olmaz?

A) Enolapril

B) Hipotiazid

C) klofelin

D) Atenalol

E) Amlodipin



226. Xronik bronxitin başlanğıc stadiyası üşün bəlğəm xarakterikdir:

A) axşam


B) gündüz

C) gecə


D) gün ərzində

E) səhər


227. Xronik bronxit zamanı xarakterikdir:

A) ekspirator təngnəfəslik

B) inspirator boğulma tutmaları

C) ekspirator boğulma tutmaları

D) qarışıq təngnəfəslik

E) inspirator təngnəfəslik



228. Kəskin qlomerulonefrit zamanı qlukokortikoidlərin təyinatı üçün göstəriş:

A) arterial hipertoniya

B) makrohematuriya

C) hiperkaliemiya

D) hipertoniya və hematuriyasız nefrotik sindrom

E) ödem

229. Xronik bronxitdə nadir hallarda qeyd olunan auskultativ əlamət:

A) Fitverici xırıltılar

B) Yaş xırıltılar

C) Distansion xırıltılar

D) Sərt tənəffüs

E) Nəfəsalma zamanı yaxşı eşidilən quru xırıltılar



230. Miokard infarktının ən kəskin mərhələsi hansıdır?

A) 10-dəq 2 saatadək

B) 10 gündən 4 həftəyədək

C) 2-6 ay

D) 10 günə qədər

E) 2 ay


231. 38 yaşlı xəstə öskürək və son 2 ildə zamanla selikli-irinli bəlğəmin olması

şikayəti ilə həkimə müraciət edir. 15 ildir ki,siqaret çəkir. Son 3 ayda qaçarkən və 3-

cü mərtəbəyə qalxarkən ekspirator təngnəfəslik meydana çıxıb. Auskultasiyada: sərt

tənəffüs, quru xırıltılar.Hansı ilkin diaqnoz daha inandırıcıdır:

A) Xronik bronxit

B) ağciyərlərin sarkoidozu

C) bronxial astma

D) kisəvari plevrit

E) kəskin bronxopnevmoniya



232

. 23 yaşlı xəstəni qida qəbulundan sonra epiqastral nahiyədə ağırlıq və siyrilmə

hissi, yanğı, turş gəyirmə və ürəkbulanma narahat edir. Xəstə çoxlu siqaret çəkir.

Qəhvədən sui-istifadə edir. Bəzən baş ağrıları ilə əlaqədar diklofenak qəbul edir.

Dörd ildir ki xəstədir. Müayinə və müalicə olunmayıb. Endoskopik müayinənin

nəticəsi: mədənin selikli qişası hiperemiləşib, acqarına çoxlu şəffaf maye var,

büküşlər qalınlaşıb, mədə peristaltikası artıb. Antral şöbədəhamar eroziyalar var.

Selikli qişa biopatının histoloji müayinəsində eroziyaların səthində və dərinliyində

çoxlu Helikobakter pilori aşkarlanıb. Bu xəstədə xəstəliyin inkişafına səbəb olan

Yüklə 266,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin