1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri


Azərbaycan xalq rəssamı Tokay Məmmədovun həyat və yaradıcılığı



Yüklə 165,89 Kb.
səhifə31/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   ...   27   28   29   30   31   32   33   34   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

55. Azərbaycan xalq rəssamı Tokay Məmmədovun həyat və yaradıcılığı

Məmmədov 1927-ci il iyul ayının 17-də Bakı şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra o, 1942-1945-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, 1945-1951-ci illərdə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda ali təhsil almışdır.Tokay Məmmədov 1952-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətində məsul vəzifələr tutmuş, 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. O, 1975-ci ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olmuşdur.Azərbaycan təsviri sənətini zənginləşdirən qiymətli əsərləri ilə Tokay Məmmədov milli mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmişdir. O, müxtəlif janrlarda yaratdığı əsərləri ilə ölkəmizin heykəltəraşlıq tarixinə parlaq səhifələr yazmışdır. Sənətkar Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını monumental abidələrə çevirərək mədəniyyət xəzinəmizi daha da zənginləşdirmişdir. T.Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. O, 1953-cü ildə ilk dəfə ağacdan Azərbaycanın klassik şairi Nizami Gəncəvinin təsvirini yonub. Hələ rəssamlıq məktəbində təhsil aldığı dövrdən başlayaraq Nizami Gəncəvinin obrazını canlandırmaq istəyirdi. Ona müəllimi heykəltəraş F.Əbdürrəhmanovun yaratdığı “Nizami” heykəlinin təsiri olub.Heykəltəraşın yaratdığı “Nizami Gəncəvi” portreti 1955-ci ildə Varşavada Gənclərin Beynəlxaq Ümumdünya sərgisində uğurla nümayiş etdirilib. Əsər şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanıraq nümayiş olunur.Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə olaraq Tokay Məmmədov istifadə edib. Ağacın növlərini və onların keyfiyyətlərini dəqiqliklə öyrənən gənc sənətkar bu material əsasında bir çox insan simalarını canlandırır. Tokayın yaratdığı ağac portretlərində yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqət çəkir. Sənətkar müxtəlif illərdə ağac materialdan bir çox şairlərin, dövlət xadimlərinin və sadə əmək adamlarının portretlərini yaradır. Bu qəbilədən onun “Səməd Vurğun”, “Xalq rəssamı Qəzənfər Xalıqov”, dövlət xadimi, həkim və yazıçı “Nəriman Nərimanov”, uzunömürlü azərbaycanlı “Şirəli Müslümov” və başqa portretlərini qeyd etmək olar.Tokay Məmmədovun yaradıcılığının məhsulu olan, Bakının küçə və meydanlarını bəzəyən əsərlər paytaxtımızın görkəminin ayrılmaz hissəsini təşkil edir.Tokay Məmmədov 2018-ci il mayın 2-də, 90 yaşında vəfat etmişdir.II Fəxri Xiyabanda dəfn olunmuşdur




Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin