1. Təhsili idarəetmənin ümumi əsaslari


Təhsili idarəetmənin təşkilati strukturu



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə11/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
tehsilin-idare-olunmasl

Təhsili idarəetmənin təşkilati strukturu. Azərbaycan Respublikası təhsil
sisteminin inkişafı idarətiçilik problemlərinin həlli ilə, onun təşkilati strukturu ilə
sıx bağlıdır.
İdarəetmənin təşkilati strukturu dedikdə, bir – birilə tabeçilik (iyerarxik)
aslılıqda olan idarəetmə ünsürlərinin, onlar arasındakı qarşılıqlı əlaqə və
münasibətlərin nizama salınmış məcmusu başa düşülür.
İdarəetmənin təşkilati strukturu üç ünsürdən (elementdən) ibarətdir:
idarəetmə həlqələri; idarəetmə səviyyələri; onlar arasındakı qarşılıqlı
münasibətlər. Bunları qısaca nəzərdən keçirək.
1. İdarəetmə strukturunun bir ünsür kimi təhsil sestemində idarəetmə
həlqələrinə bunlar daxildir: Təhsil Nazirliyi, onun idarə, şöbə və sektorları
(bölmələri); yerli təhsil şöbələri; təhsil müəssisəlri. İdarəetmənin bu həlqələri onun
müvafiq səviyyələrini təşkil edir. 
2. İdarəetmənin digər struktur ünsürünü idarəetmə səviyyələri təşkil edir.
İdarərtmə səviyyələri dedikdə, idarərtmə sistemində müəyyən pillə tutan idarərtmə
həlqələrinin məcmusu – səlahiyyətlər baxımından subordinasiyası başa düşülür.
3. İdarəetmənin strukturunun başlıca ünsürünü idarəetmə həlqələri və
səviyyələri arasındakı qarşılıqlı əlaqə və münasibətlər təşkil edir.
Təhsil orqanlarında idarəetmə həlqələri və səviyyələri arasında qarşılıqlı
münasibətlərin üç növü təşəkkül tarır: şaquli, üfiqi və dioqanal idarəçilik
münasibətləri.
1) Şaquli idarəçilik münasibətləri idarəetmə səviyyələri (rəhbərlər və
onların) arasındakı tabelilik münasibətlərini eks etdirir. Bu iki formada özünü
göstərir: xətti və funksional münasibətlər.
Şaquli xətti münasibətlər – təşkilati strukturun xətti həlqələri arasındakı
tabelilik (subordinasiya) münasibətləridir. Bu halda idarəçilik səviyyələri üzrə
bütün aşağı idarəetmə həlqələri daha yuxarı idarəetmə səviyyəsində yerləşən
rəhbərin (vəzifəli şəxsin) tabeliyində olur.
Şaquli funksional münasibətlər – eyni funksiyaların icrası ilə bağlı idarəçilik
həlqələri arasındakı tabelilik (subordinasiya) münasibətlərdir. Bu halda aşağı


idarəçilik həlqələri yuxarı idarəçilik həlqəsinin funksional (peşə fəaliyyəti növü
üzrə) tabeliyində olur.

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin