II bölmədə
ümumtəhsil məktəbinin strukturu nəzərdən keçirilir: məktəbdə
ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər), tam orta (X-XI siniflər) təhsil
səviyyələri müəyyən edilir. 5 yaşlı uşaqlar üçün məktəbdə
hazırlıq sinifləri açıla
bilər. 6 yaşlı
uşaqlar I sinfə qəbul olunur. Siniflərdə
şagirdlərin sayı 20 nəfər
olmaqla müəyyən edilir.
III bölmədə
ümumtəhsil məktəbinin fəaliyyətinin əsasları öz əksini
tapmışdır. Burada ümumtəhsil
məktəbinin ümumi vəzifəsi ilə yanaşı, onun ayrı –
ayrı səviyyələrinin (ibtidai, ümumi orta və tam orta təsilin)
vəzifələri də müəyyən
edilmişdir. məktəbdə bir qayda olaraq,
əyani təhsil forması həyata keçirilir. Zəruri
hallarda digər
təhsilalma formaları da həyata keçirilir (fərdi təhsil, sərbəst
(eksternat) təhsil, evdə təhsil və s.).
IV bölmə
ümumtəhsil məktəbində təlim - tərbiyə prosesinin təşkili
məsələlərini əhatə edir. Dərs ili
iki yarımilə bölünür, il ərzində
üç tətil müəyyən
edilir, I sinifdə əlavə 6 günlük tətil verilir. Dərslər hazırlıq siniflərdə 35 dəq., digər
siniflərdə 45 dəq. Keçirilir. İbtidai təlimdə şagirdlərin
təkrar sinifdə saxlanmasına
yol vermir (uzun müddət xəstəlik, yaxud məktəbdən yayınma hallarından başqa).
V bölmə ümumtəhsil məktəbinin idarə olunmaasına həsr edilir. Məktəbdə ali
idarəetmə orqanı olan pedaqoji şuradan əlavə digər özünüidarə orqanları (ümumi
yığıncaq, elmi – metodik, şagird və valideyn şuraları) yaradıla bilər. Məktəbə
Təhsil Nazirliyi tərəfindən təyin edilmiş direktor rəhbərlik edir.
Direktorun və
digər rəhbər, pedaqoji və texniki işçilərin hüquq və vəzifələri məktəbin öz
nizamnaməsi ilə müəyyən olunur.
VI – IX bölmələrdə ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin
iştirakçıları, təhsilalanların, təhsilverənlərin və valideynlərin hüquq və vəzifələri öz
əksini tapmışdır.
Nizamnamədə habelə umumtehsil məktəbinin maliyyə - təsərrüfat fəaliyyəti,
maddi – texniki bazası (X bölmə), umumtəhsil məktəbinə aid sənədlər (XI bölmə),
ümumtəhsil məktəbinin beynəlxalq əlaqələri (XII bölmə) müəyyən edilmişdir.