1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti


Mövzu:5 Bolşevik istilası və onun nəticələri



Yüklə 87,73 Kb.
səhifə8/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

Mövzu:5 Bolşevik istilası və onun nəticələri

Plan:

  1. Bolşevik istilası və Azərbaycan SSR-in təşkili

  2. Sovet hakimiyyətinin Azərbaycanda həyata keçirdiyi ilkin tədbirlər

  3. Azərbaycan SSR-in bolşeviklər tərəfindən işğalının nəticələri



  1. 1919-cu ilin sonu-1920-ci ilin əvvəllərində Azərbaycanda siyasi-iqtisadi vəziyyət çox gərginləşmişdi.

Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, digər tərəfdən ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, Azərbaycanın inkişaf yollarına dair fikirlərin, mövqelərin müxtəlifliyi, eyni zamanda iqtisadi böhranların baş verməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini daha da gərginləşdirdi. Parlamentdə və hökumətdə parçalanma baş verdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəlmişdi.

1920-ci ilin yanvarında Paris sülh konfransında Antanta ölkələri tərəfindən Azərbaycanın istiqlaliyyətinin tanınması da baş verəcək təhlükəni sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi. Sovet Rusiyası Azərbaycanın müstəqil dövlət olması reallığını qəbul etmir və onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq istəmirdi.

1920-ci ilin yanvar-fevral aylarından Rusiya Azərbaycanı işğal etmək planı hazırlayırdı. Rusiya öz məkrli niyyətini həyata keçirmək məqsədilə ermənilərin Qarabağda hücumlarını təşkil etdi. Eyni zamanda bununla kifayətlənmiyib Azərbaycan hökuməti daxilində də özünə dayaq yaratmaq istəyirdi ki, buna da müəyyən dərəcədə nail olmuşdu.

1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunları Azərbaycana şimaldan hücum etdilər. Xaçmazı, Yalamanı tutdular və Bakının girəcəyində dayanaraq Azərbaycan hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərdilər. Aprelin 27-də ultimatumu müzakirə etmək üçün parlamentin iclası keçirildi. İclasda xeyli davam edən müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən şərtlər daxilində təslim olmağa qərar verildi. Aprelin 27-də kommunistlər Azərbaycan milli hökumətini devirib hakimiyyəti ələ keçirdilər. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq istiqlaliyyətinə son qoyuldu. AXC az yaşamasına baxmayaraq Azərbaycan xalqının həyatında mühüm tarixi mərhələ olmuş və gələcək suverenliyinin təməlini qoymuşdur.

Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsi tariximizdə özünəməxsus yer tutan yeni bir dövrün başlanması demək idi. Bu dövr yeni respublikanın adı ilə Azərbaycan SSR və ya sadəcə sovet dövrü də adlandırılır.

Aprelin 28-də AK(b)P ( Azərbaycan Kommunist (bolşeviklər) Partiyası) Azərbaycan Müvəqqəti İnqilab Komitəsini Azərbaycanın ali siyasi hakimiyyət orqanı elan etdi. İnqilab komitəsi yeni hökumətin-Azərbaycan SSR Xalq Komissarlar Sovetinin (XKS) tərkibini təsdiq etdi. N.Nərimanov XKS-nin sədri təyin edilmişdi. Hökumətin tərkibi azərbaycanlılardan ibarət idi. Lakin Azərbaycan SSR-də real hakimiyyət həmin hökumətin deyil, AK(b)P Mərkəzi Komitəsinin əlində idi. Bu partiyanın rəhbərliyi isə rus, erməni, yəhudi və gürcülərdən ibarət idi. AK(b)P-nin qəbul etdiyi qərarlar bütün yerli partiyalar, həmçinin qanunverici və icraedici orqanlar tərəfindən məcburi şəkildə icra olunmalı idi. Partiyanın yerli təşkilatı olan Bakı Komitəsinə xüsusilə böyük səlahiyyətlər verilmişdi. Komitəyə A.Mikoyan başçılıq edirdi. Bakı Komitəsi hətta N.Nərimanovun verdiyi qərarları belə ləğv bilirdi. Bütün bunlar Azərbaycan SSR-in müstəqilliyinin tamamilə formal xarakter daşıdığını göstərirdi.



  1. 1920-ci il may-iyun aylarında Azərbaycan İnqilab Komitəsi hakimiyyətini möhkəmləndirmək üçün dövlət quruculuğu sahəsində Rusiya nümunəsini rəhbər tutaraq aşağıdakı “sosialist” tədbirlərini həyata keçirdilər:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin