Qısamüddətli diaqnostik qiymətləndirmə, adətən, tədris vahidlərinin əvvəlində, bir dərsin müəyyən hissəsində aparılır; Qısamüddətli diaqnostik qiymətləndirmədə müəllim şagirdin hər hansı bir bəhs və bölmə üzrə bilik və bacarıqlarını yoxladığına görə tapşırıqvermə, müsahibə, layihə kimi qiymətləndirmə üsullarından və müvafiq olaraq çalışma, şifahi sual-cavab, təqdimat vasitələrindən istifadə edir.
Diaqnostik qiymətləndirmənin keçirilmə vaxtı: •Dərs ilinin, tədris vahidlərinin əvvəlində;
•Yeri gəldikcə- bəhs və bölmələrin əvvəlində;
•Zəruri vəziyyət yarandıqda (şagird başqa məktəbdən gələndə, sinfi dəyişəndə və s.)
16.Riyaziyyat məsələlərinin əhəmiyyəti(təlim, tərbiyə, inkişaf etdirici)
Hər bir konkret tədris riyaziyyat məsələsi çox vaxt bir deyil, bir neçə pedoqoji, didaktik, tədris məqsədlərin əldə edilməsi üçün nəzərdə tutulur. Bu məqsədlər həm məsələnin məzmunu, həm də müəllimin məsələyə verdiyi vəzifələrlə xarakterizə olunur. Bu və ya digər məsələnin qarşısına müəllimin qoyduğu didaktik məqsədlər riyaziyyat təlimində məsələlərin əhəmiyyətini təyin edir.
1)Riyaziyyat məsələləri təlim əhəmiyyətinişagirdlərdə bilik, bacarıq və vərdişlər sistemi formalaşdırdıqda yerinə yetirilir. Təhsil əhəmiyyətinə görə bir neçə məsələ növləri ayırmaq olar.
Riyazi anlayışların mənimsənilməsi üçün məsələlər. Məlumdur ki, anlayışlar, onların tərifləri və xassələri üzərində ciddi və məhsuldar iş apardıqda riyazi anlayışların formalaşması normal keçir.Anlayışa yiyələnmək üçün onun tərifini əzbərləmək kifayət deyildir, tərifdəki hər bir sözün mahiyyətini aydınlaşdırmaq, öyrənilən anlayışın xassələrini dəqiq bilmək zəruridir. Belə biliyə hər şeydən öncə məsələ həllində və çalışmaların yerinə yetirilməsində nail oluna bilər.
Məktəb riyaziyyat kursunda məsələlərin növləri. Məktəb riyazi təhsilində nəzəriyyənin öyrənilməsi ilə yanaşı məsələ və çalışmalar həllinin də özünəməxsus yeri vardır. Məsələ həllinin məqsədi yalnız öyrənilmiş nəzəriyyənin istehsalatda və praktikada tətbiqlərini şagirdlərə göstərmək deyil, həm də öyrənilmiş nəzəriyyənin daha dərindən dərk edilməsinə, təfəkkürün inkişafına imkan yaratmaqdır. Məsələ və çalışmaların həlli prosesində şagirdlər nəzəri materialın öyrənilməsindən daha çox müstəqillik, təşəbbüskarlıq göstərmək imkanı əldə edirlər. Bununla əlaqədar, təbiidir ki, riyaziyyatın tədrisi metodikasında da məsələ həllinin təlimi böyük yer tutur.
Məktəb riyaziyyat kursunda məsələləri aşağıdakı növlərə ayırılır: