Qiymətləndirmənin istiqamətləri, növləri və formaları. Qiymətləndirmənin istiqamətləri dedikdə, ayrı-ayrı forma, məzmun və məqsədə malik olan qiymətləndirmələr nəzərdə tutulur.
Ölkəmizdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır:
• Beynəlxalq qiymətləndirmə;
• Milli qiymətləndirmə;
• Məktəbdaxili qiymətləndirmə.
Beynəlxalq qiymətləndirmə: • Beynəlxalq standartlara əsaslanır.
• Cəmiyyətdə inteqrasiya proseslərinin nəticəsidir.
• Hər bir ölkənin vətəndaşına digər ölkələrdə təhsil almaq imkanı yaradır.
• Beynəlxalq və milli ekspertlər tərəfindən keçirilir.
Milli qiymətləndirmə:
• Milli qurumlar tərəfindən keçirilir.
• Bütün pillələr və səviyyələr üzrə təlim nəticələrinin səviyyəsini müəyyən etmək məqsədilə aparılır.
Məktəbdaxili qiymətləndirmənin növləri: • Diaqnostik qiymətləndirmə (ilkin səviyyənin qiymətləndirilməsi);
• Formativ qiymətləndirmə (inkişafın izlənməsi);
Summativ qiymətləndirmə
Formativ qiymətləndimə
Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir. Formativ qiymətləndirmə şagirdin təlim fəaliyyətinin daim izlənilməsi və təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş məzmun standartlarından irəli gələn bilik və bacarıqlara yiyələnməsi səviyyəsinin qiymətləndirilməsidir. Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Bu prosesdə şagirdlər qiymətləndirmə meyarları ilə əvvəlcədən tanış olurlar. Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Formativ qiymətləndirmə sinifdə hər bir şagirdin inkişafının sistemli şəkildə izlənilməsini təmin edir. Müəllim bu qiymətləndirmə vaitəsilə tədris prosesini tənzimləyir, uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə kömək göstərir. Formativ qiymətləndirmə şagirdlərin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə müvəffəqiyyət qazanmasına kömək məqsədilə aparılır.
Məqsədlər: • Şagirdin bilik və bacarığını formalaşdırmaqla onun təlim nəticələrinə nail olmaq;
• Şagirdlərin təlim ehtiyaclarını öyrənmək;
• Şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin etmək;
• Şagirdin uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək;
• Şagirdlərin hər bir fənn üzrə məzmun standartlarında gözlənilən əsas bilik və bacarıqlar əldə etməsini izləmək;
• Şagirdlərin özünüqiymətləndirmə bacarığını inkişaf etdirmək;
• Tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini təmin etmək.