1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri



Yüklə 388,38 Kb.
səhifə16/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   ...   12   13   14   15   16   17   18   19   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

İllik planlaşdırılmanın  yaradılması müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün müəllimlərin fəaliyyət istiqamətidir. İllik planlaşdırmada tədris vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər fəslə ayrılacaq vaxt göstərilir
Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimidir:
1.Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək.
2.Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək ( Tədris vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, məzmunun ardıcıllığı ( asandan çətinə doğru), xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ardıcıllıq ( əvvəlcə o anlayışlar öyrədilir ki, onlar növbəti anlayışların açılmasında əhəmiyyət daşıyır.) nəzərdə tutulur.)
3.Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq. ( Tədris vahidləri üçün vaxt bölgüsünü müəyyənləşdirərərkən fənn üzrə illik dərs saatlarının ümumi sayı nəzərə alınır. Hər tədris vahidinə onun əhəmiyyətliliyi və mürəkkəbliyi baxımından vaxt ayrılır.)
4.Hər bir halda şagird maraqlarını nəzərə almaq.
İllik planlaşdırma apararkən müəllim aşağıdakı sənədlərə istinad etməlidir:
* Məzmun standarları
* Qiymətləndirmə standartları
* Tədris planı
* Dərslik
* Müəllim üçün vəsait
Təqvim planı tərtib edilərkən dərs ilinin həftələri, tədris ilində baş verəcək mühüm hadisələr (tarixi günlər), tədris vahidlərinin və onlara daxil olan mövzuların adları müəyyən edilir.Hər tədris vahidi və mövzu vasitəsilə reallaşdırılacaq məzmun standartları (alt-standartlar) seçilir, istifadə olunacaq mənbələr (resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur.
20.Təlimin təşkilində istifadə olunan forma və üsullar. Standartlar nəticəyönümıü və şagirdyönümlü olduğundan onların reallaşdırılmasında fəat təlim metodlarından istifadə edilməsi məqsədə uyğun hesab edilir. Fəal təlim şagirdlərin idrak fəalliyyətinə əsaslanan bə təhsil prosesinin digər iştirakçıları iıə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur. Şagirdlərin parta arxasında duraraq kitab oxuması, iş vərəqlərinin doldurulması onun əsas əlamətlərindən hesab edilir. Fəal təlim müasir şəraitdə pedaqoji prosesin qurulmasına yeni yanaşmadır.Fəal təlimin xarakterik xususiyyətləri:

  1. Diqqət ilk növbədə şagird şəxsiyyətinin formalaşdırılmasına yönəlir

  2. Müəllim şagirdlərin məsləhətçisi və köməkçisi kimi çıxış edir

  3. Problemin həll prosesində şagirdlər fəal tətqiqatçı olur

  4. Bilik və bacarıqlar şagirdlər tərəfindən müstəqil əldə edilir

  5. Dərslərin inteqrativ təşkilinə üstünlük verilir.

Fəal dərsin formaları:
I mərhələ: Motivasiya, problemin qoyulması. Hər bir tətqiqat problemi müəyyənləşdirməklə başlayır. Bu mərhələdə şagirdləri düşünməyə, idrak fəallığa aövq etdiyindən həm də motivasiya adlanır. Bu prosesdə şagirdlər “zənnimcə” “mənə belə gəlirki” sözlərindən istifadə edir. Motivasıyanın uğurlu olması üçün aşağıdakı şərtlərə əməl olunmalıdır: Seçilən material maraqlı olmalıdır, yaradıcılıq üçün imkan yaradılmal, onları həvəsləndirməlidir.

Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin