1. Pedaqoji fəaliyyətin psixoloji səciyyəsi Pedaqoji fəaliyyətin funksiyaları. Pedaqoji fəaliyyətin strukturu



Yüklə 58,76 Kb.
səhifə7/8
tarix11.04.2022
ölçüsü58,76 Kb.
#55186
növüMühazirə
1   2   3   4   5   6   7   8
Psixo. 10

7.Pedaqoqun peşəkarlığı anlayışı. Pedaqoqun peşəkarlığı–müəllim şəxsiyyətinin peşəkar fəaliyyət bacar­ıq­lar­ın­ın, təlim və tərbiyə prosesində yaranan vəzifələrin öhdəsindən gəlməyə xidmət edən peşə baxımından vacib olan psixoloji keyfiyyətlərin olmasını nəzərdə tutur.

Pedaqoqun peşəkarlığı bir sıra meyarlara cavab verməlidir. Onlar aşağıdakılardır:



  • Obyektiv meyarlar: pedaqoji fəaliyyətin effektivliyi (onun əsas növlərinin öyrədici, inkişafetdirici, tərbiyəedici, habelə pedaqoqun fəaliyyətinə kömək edən – diaqnostik , korreksion, konsultasion, təşkilati-idarəedici, özünütəhsil və s. );

  • Subyektiv meyarlar: davamlı pedaqoji istiqamətlənmə (peşədə qalmaq istəyi), dəyərlər, özünə peşəkar kimi müsbət münasibət, əməkdən məmnunluq;

  • Prosessual meyarlar: pedaqoq tərəfindən sosiallığa uyğun, humanistik yönümlü üsullar, fəaliyyətində istifadə etdiyi texnologiyalar.

  • Nəticəvi meyarlar: pedaqoji əməkdə cəmiyyət tərəfindən sifariş olunan (iştirakçıların şəxsiyyətin formalaşdırılması, sürətli dəyişkən cəmiyyətdə həyata hazırlığın təmin olunması) nəticələrə nail olmaq.

Pedaqoqun peşəkarlığının səviyyələri. Pedaqoqun peşə­kar­lı­ğı­nın səviyyələri müəyyən iyerarxiya şəklində olub pedaqoji əməyin daha yüksək göstəricilərinə çatmağa doğru gedir. Onun aşağıdakı səviyyələrini fərqləndirirlər:

  1. Peşəyə yiyələnmə səviyyəsi - ona adaptasiya, müəllim tərəfindən normaların, lazımi üsulların, texnologiyaların ilkin mənimsənilməsi;

  2. Pedaqoji ustalıq səviyyəsi - peşədə yığılmış mövcud təcrübənin ən yaxşınümunələrinin ötürülməsinin səviyyəsi, iştirakçılara təcrübədə mövcud olan yollarla fərdi yanaşmağın öyrədilməsi, bilikləri ötürmək metodlarına yiyələnmə, şəxsiyyətə yönəlmiş təlimin həyata keçirilməsi və s. ;

  3. Pedaqoqun peşədə özünüaktuallaşdırma səviyyəsi - pedaqoji peşənin öz şəxsiyyətinin imkişafına xidmət edən imkanlarının dərk olunması, peşənin üsulları ilə özünüinkişaf etdirmək, öz pozitiv keyfiyyətlərinin uğurlu gücləndirilməsi, neqativlərin gizlədilməsi, fərdi üslubun möhkəmləndirilməsi;

  4. Pedaqoji yaradıcılıq səviyyəsi - şəxsi yaradıcı töhfəsi ilə pedaqoqun təcrübədə peşəsini zənginləşdirməsi, ayrı-ayrı tapşırıq­lara, priyomlara, üsul və metodlara, təlim prosesinin təşkili formala­rına aid olmasından asılı olmayaraq öz müəllifi olduğu cümlələri, ideyaları təlim prosesinə daxil etməsi, habelə təlim və tərbiyədə yeni pedaqoji sistemlərin yaradılması.

Pedaqoqun peşəkarlığı özündə üç komponenti ehtiva edir:

  1. pedaqoji fəaliyyətin ayrı-ayrı növlərinin effektiv nəticəyə yönəlmiş icrası (öyrədici, inkişafetdirici, tərbiyəedici, diaqnostik, korreksion, özünütəhsil və s. );

  2. tam humanistik yönümlü pedaqoji ünsiyyət. Pedaqoji prosesin digər iştirakçıları ilə əməkdaşlığı təmin etməyə istiqa­mət­lənmiş səviyyə (iştirakçılarla, əməkdaşlarla, pedaqoqlar­la, inzibati işçilərlə);

  3. pedaqoqun şəxsiyyətinin yetkinliyi - yüksək nəticə­yönüm­lü pedaqoji fəaliyyətdə humanistik yönümlüklə və pedaqoji ünsiyyətlə vəhdət təşkil edir.

Pedaqoqun peşəkarlığının qeyd olunan üç cəhəti onun peşəkarlığın əsasını təşkil edir.

Pedaqoqun peşəkar kompotentliyi onun müəyyən qrup peşəkar tapşırıqları həll etmə qabiliyyətləridir.

A.A.Derkaç göstərir ki, pedaqoqun pedaqoji fəaliyyətinin növlərinin subyekti kimi formalaşması-bir neçə kompotentliyin əsasını təşkil edir. Bunlara predmetlilik, metodikilik, diaqnostiklik, yenilikçilik, tədqiqatçılıq və s. daxildir;

Pedaqoqun pedaqoji ünsiyyətin subyekti kimi formalaşması onun kommunikativ, perseptiv, idarəetmə kompotentliyini özündə ehtiva edir;

Qeyd etmək lazımdır ki, pedaqoqun şəxsiyyətinin yetkinliyi onun fərdi – psixoloji kompotentliyini qiymətləndirir və bu əsasda nəzərdən keçirilir.


Yüklə 58,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin