1. Pedaqoji fəaliyyətin psixoloji səciyyəsi Pedaqoji fəaliyyətin funksiyaları. Pedaqoji fəaliyyətin strukturu



Yüklə 58,76 Kb.
səhifə1/8
tarix11.04.2022
ölçüsü58,76 Kb.
#55186
növüMühazirə
  1   2   3   4   5   6   7   8
Psixo. 10


Mühazirə 15.Pedaqoji fəaliyyət və müəllim şəxsiyyətinin psixologiyası
1.Pedaqoji fəaliyyətin psixoloji səciyyəsi

2.Pedaqoji fəaliyyətin funksiyaları.

3.Pedaqoji fəaliyyətin strukturu

4.Pedaqoji mövqelər

5.Pedaqoji fəaliyyətin motivləri.

6.Pedaqoji fəaliyyətin üslubları.

7.Pedaqoqun peşəkarlığı anlayışı.

8.Pedaqoqun peşəkar kompotentliyi.
1.Pedaqoji fəaliyyətin psixoloji səciyyəsi. Pedaqoji fəaliyyət – yaşlı nəsil tərəfindən gənclərin cəmiyyətdə müəyyən sosial rolları icra etmələrinə hazırlığı şəxsi inkişaf şərtlərini ödəmək üçün ya­ra­dılmış sosial-mədəni və təcrübənin nisbətən gənc nəslə ötürülməsinə yönəlmiş sosial fəaliyyətdir.

Pedaqoji fəaliyyətin obyektini pedaqoji prosesin fəal üzvü və iştirakçısı olan, habelə öz məqsədləri, motivləri, özünəməxsus davranış xüsusiyyətləri olan insanların (şagirdlərin) psixoloji xüsusiyyətləri təşkil edir.

Pedaqoji fəaliyyətin mərkəzi elementi müəllimdir. Peda­qo­qun və ya müəllimin məqsəd və vəzifəsi çoxcəhətlidir. O, cəmiyyətin sifariş etdiyi qlobal məqsədlərdən çıxış edir ki, bu fəaliyyət də onu digərlərindən fərqləndirir. Pedaqoji fəaliyyətdə özünü göstərən pedaqoji vəzifələr həmişə qeyri-standart olur və pedaqoqdan bu fəaliyyətə yaradıcı yanaşma tələb edir. Pedaqoqun əmək şəraitində təzahür edən fəaliyyət üsulları etik normalar sistemi ilə tənzim olunan yüksək normativ davranı­şa çevrilir.

Pedaqoq və ya müəllim əməyinin əsas nəticəsi iştirak­çıla­rın psixikasında pozitiv (əqli və şəxsi) keyfiyyət dəyişilmələ­ri­nə səbəb olmasıdır.

Bilik, bacarıq və vərdişlərə yiyələnmədə cəmiyyət tərəfin­dən qəbul olunmuş təhsil standartlarına müvafiqliyi, təhsil subyekt­lərin­də şəxsiyyət keyfiyyətlərinin formalaşdırılmasında cəmiyyətdə fəal həyat mövqeyinin yaradılması və yaşa uyğun dəyişilmələrin doğurduğu məsələlərin həll olunması pedaqoji fəaliyyətdə əsas məqsədlərindən birini təşkil edir.


Yüklə 58,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin