1-Mülki müdafiə xidmətləri, qüvvələri,onların yaradılması və təyinatı


- Respublikamızda sülh mənşəli Fövqəladə Hallarda fəaliyyət göstərən Dövlət sistemi



Yüklə 134,9 Kb.
səhifə2/65
tarix02.01.2022
ölçüsü134,9 Kb.
#50959
1   2   3   4   5   6   7   8   9   ...   65
Mülki İMtahan

2- Respublikamızda sülh mənşəli Fövqəladə Hallarda fəaliyyət göstərən Dövlət sistemi.

Fövqəladə hallarda əhalinin təhlükəsizliyini təmin etmək, maddi zərəri azaltmaq və belə halların nəticələrinin aradan qaldırılması işlərinin təşkili məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992- ci il 30 aprel tarixli 239 nömrəli qərarı ilə “ Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi” yaradılmış, onun tərkibini, vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir.

Bu sistem ərazi üzrə respublikanın bütün şəhər, rayon və digər yaşayış məntəqələrini; təsərrüfat sahələri üzrə isə bütün nazirlikləri, dövlət komitələrini, baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir

Azərbaycan Respublikasının FHN MM üzrə əsas vəzifələri:

-əhalinin fövqəladə hallarda mühafizəyə və düzgün fəaliyyətə hazırlanmasını təşkil etmək və ona nəzarət etmək;

-təhkükə barədə əhali üçün xəbərdarlıq sisteminin daimi hazırlığını təmin etmək və onlara davranəş qaydaları haqqında göstəriş və məlumatları vaxtında çatdırmaq;

-fövqəladə hallarda fəaliyyət üçün nəzərdə tutulan qüvvələrin hazırlanmasına nəzarət etmək, onların işini planlaşdırmaq, xilasetmə işləri zamanı idarə olunmasını təşkil etmək;


  • fövqəladə hallarda əhalinin həyat fəaliyyətini təşkil etmək və s. həvalə olunmuşdur.

Yaranan vəziyyətdən asılı olaraq, bütünlüklə Dövlət fövqəladə fəaliyyət sistemi müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında üç müxtəlif

rejimdə işləyə bilər:

Birinci rejim – gündəlik fəaliyyət respublikanınərazisində, o cümlədən dərayonda (obyektdə) sənaye – istehsalat fəaliyyəti, radiasiya – kimyəvi şərait, həmçinin seysmik, hidrometroloji, sanitar – epidemik vəziyyət normal olan halda işləyə bilər. Bu zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə, potensiallı obyektlərdə daimi müşahidə aparılır, ehtimal edilə bilən fövqəladə halların qarşısını almaq, təsirini azaltmaq, nəticələrini aradan qaldırmaq məqsədiləəvvəlcədən planlı tədbirlər hazırlanır və yerinə yetirilir. Qüvvə və vasitələrinehtiyatları yaradılır, əhaliyə müvafiq proqramlar əsasında mühafizə, davranış, fəaliyyət qaydaları öyrədilir və müvafiq təsərrüfat planları əsasında digər hazırlıq

işləri görülür.



İkinci rejim– yüksək hazırlıq rejimidir. Bu rejiməfövqəladəhallar başverəcəyi barədə proqnoz alınarkən, normal istehsal fəaliyyəti, radiasiya, kimyəvi şərait, epidemik və s. pisləşərkən keçilir. Belə hallarda müvafiq fövqəladə hallarkomissiyaları aşağıdakı işləri görürlər:

-vəziyyətin pisləşməsi səbəbini aşkar etmək üçün operativ qruplar yaradır; -növbətçi – dispetçer xidmətlərinin fəaliyyətini gücləndirir;

-müşahidə və nəzarəti artırır;

-fəaliyyət göstərəcək qüvvə və vasitələri hazır vəziyyətə gətirir və onların vəzifələrini konkretləşdirir, əhalinin mühafizəsi üzrə tədbirləri dəqiqləşdirirlər.




Yüklə 134,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin