1-Mülki müdafiə xidmətləri, qüvvələri,onların yaradılması və təyinatı



Yüklə 134,9 Kb.
səhifə65/65
tarix02.01.2022
ölçüsü134,9 Kb.
#50959
1   ...   57   58   59   60   61   62   63   64   65
Mülki İMtahan

Bakterioloji (bioloji) silah.

Bakterioloji silah (BS) kütləvi qırğın silahlarının bir növüdür. Bakterioloji silahın (BS) əsasını xəstəlik törədən mikroblar və onlardan alınan zəhər-toksinlər təşkil edir. Bakterioloji vasitələrin insanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Onların hətta çox kiçik dozaları belə, yolxucu xəstəlik törədir, yaxud insanları və heyvanları zəhərləyə bilir. Bir çox xəstəliklər xəstə adamdan sağlam adama keçir, insanlar və heyvanlar arasında tez yayılır. Düşmən bakterioloji vasitələri təyyarə bombaları, top güllələri, raketlər, habelə içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı (reseptur) doldurulmuş xüsusi konteyner və cihazlarda ata bilər. Xəstəliyin yayılmasının ən sadə və təsirli üsullarından biri havanın yoluxmasıdır. İçərisində bakterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstüşəkilli aerozol buludu yaradır. Onun zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən, ərazinin relyefindəən meteroloji şəraitindən və s. aslıdır. İnsanlar və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan ayrılmış aerozol hissəciklərinin öz zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçə saat, gün, həftə, hətta ay müddətində də zədələnə bilər. Ona görə üzərinə həmin hissəciklər düşmüş əşyalara toxunduqda və ya yoluxmuş yeyinti məhsullarından, yaxud sudan istifadə edildikdə zədələnmək olar. Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər. Bunun qarşısını almaq üçün observasiya və karantin təyin edilir. Observasiya epidemiya ocağında yolxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə-məhdudlaşdırma və müalicə profilaktika tədbirləri sistemi deyilir. Həkimin və ya başqa tibb işçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarları, ayaqqabını, yorğan-döşəyi, mebeli və s. dezinfeksiya etmək lazımdır. Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun. Bakterioloji hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafı iri qəlpələr yayılaraq, torpaq və bitki üzərində damcılar və tozşəkilli maddələr çökür.



Radioaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri radiasiyasının səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib elan olunur. Zəhərlənmiş sahələrdə qalmağa məcbur olan hallarda adamlar hökmən fərdi mühafizə vasitələrini işlətməli, 2 saylı radiasiyadan mühafizə dərmanını (Aİ-2 apteçkasından) içməlidirlər. Təhlükəsizlik vasitələrini çıxarmaq, açıq əllə ətrafdakı əşyalara toxunmaq, yerdə oturmaq və ya uzanmmaq, hərəkət və iş vaxtı toz qaldırmaq, açıq yerlərdə yemək yemək, su içmək, paltarı, ayaqqabları çöldə təmizləmədən yaşayış binalarına girmək, ehtiyac olmadan binalardan kənara çıxmaq olmaz.

Kimyəvi zəhərlənmə ocağında davranış qaydaları belədir. Mülki Müdafiə qərargahının xüsusi göstərişi olmadan sığınacaqdan çıxmaq, sığınacağın kipliyi pozulan hallarda fərdi aptekçədən antidot dərman qəbul edəndən sonra əleyhqaz taxmaq, dərini qoruyan paltar geymək və ancaq mülki müdafiə işçilərinin göstərişi üzrə mühafizə qurğusunu tərk etmək, açıq yerlərdə (qurğudan kənarda) qalan hallarda dərhal əleyhqaz taxmaq, xüsusi qoruyucu paltarlar geymək və zəhərlənmə ocağından çıxmaq, xüsusi qoruyucu paltarlar olmadıqda dərhal köynəyin və pencəyin ətəklələrinin şalvarın içinə salmaq, şalvarın balaqlarını topuqda, köynəyin qollarını biləkdə qaytanla bağlayıb kipləşdirmək, üstdən sintetik və ya rezinli parçadan plaş geyinmək, zəhərli sahələrdən çıxandan sonra tibbi müayinədən və tam sanitariya təmizlənməsindən keçmək lazımdır.
Yüklə 134,9 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin