1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin


Layihə nizamnaməsinin(təkilfi) xarkterik xüsusiyyətlərini izah edin



Yüklə 112,31 Kb.
səhifə8/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
Layihe menecmenti son

8. Layihə nizamnaməsinin(təkilfi) xarkterik xüsusiyyətlərini izah edin.

Layihə nizamnaməsi(təkilfi) hazırlanmasına fərqli yanaşmalar:


Aktiv mövqe

  • Fəaliyyət sahələrini müəyyənləşdirib, məqsəd və mövzularını qətiləşdirdikdən sonra bu məqsədlərin reallaşmasına maliyyə ayıran donorların axtarışı.

  • Əgər məqsədlər bir donorun məqsədləri ilə uzlaşmazsa, başqa bir donora müraciət.

Passiv mövqe

  • əsas diqqəti donorların ehtiyac və prioritetlərinə verir və tamamilə onların məqsəd və mövzularına köklənir.

  • Nəticədə bütün strategiya donorun tələblərinə uyğunlaşdırılır və sadəcə olaraq donor istəklərinin icraçısına çevrilmək.

Layihə təklifinin hazırlanması prosesi

  • Təklifiniz üçün qrant kateqoriyasını müəyyənləşdirin.

  • Layihə təklifinizə hansı komponentləri daxil edəcəyinizə dair ipucu axtarın.

  • Ərizə formasının hər bir komponenti üzrə donorun sizdən hansı məlumatı istədiyinə xüsusi diqqət yetirin ki, təklifinizə onları daxil edəsiniz.

  • Layihə təklifinizin neçə nüsxədə olacağına dair qeydlər aparın(neçəsi gondərilməli, neçəsi birbaşa təqdim edilməli və s.).

  • Layihə təkliflərinin təqdim edilməsi üçün son tarixi qeyd edin.



9. Layihə nizamnaməsinin(təkilfi) xarakterik xüsusiyyətlərini- ona üstünlük qazandıran amilləri və problemin təhlili izah edin
Layihə təkilifinizə üstünlük qazadıran amillər

  • siz mövcud sahədə daha çox təcrübəyə maliksiniz;

  • siz layihənin işə düşməsinə təkan verəcək qədər maliyyə istəyirsiniz,

  • daha sonra layihəniz əlavə maliyyə vəsaitinə ehtiyac olmadan təkamül edəcək;

  • sizin təşkilatınızda işlərin əksəriyyəti könüllülər tərəfindən icra edilir

  • sizin layihəniz müxtəlif ölkələrdən, regionlardan, etnik və sosial qruplardan olan iştirakçıları cəlb edir;

  • siz artıq bəzi tədarüklər etmisiniz(daxili pay, üçüncü tərəfin yardımı və s.) və sizin istədiyiniz yalnız bir az qrant əldə etməklə lazım olan məbləği tamamlamaqdır.

Problemin təsviri. Təklifin bu hissəsində siz donoru qrant sayəsində həll etmək istədiyiniz ehtiyacalara dair dəlillərlə təmin etməlisiniz. Bu bölmə sizin təklifinizi oxumaqda olan donor nümayəndəsini inandırmalıdır. Təsvir etdiyiniz problem sizə aydın olsa da, təklifinizi oxuyan adama bir çox şeylər qaranlıq qala bilər. Təbiidir ki, o, problemlə bağlı sizin qədər məlumatlı deyil. Problemin təsviri bölməsinə donoru maarifləndirmə və inandırma fürsəti kimi baxmaq lazımdır. Bu hissə həm də layihə təkilfinin
əsaslandırılmasıdır. Bu zaman aşağıda qeyd olunan məqamlara diqqət etmək tövsiyyə olunur:

    • problem

  • layihənin həll edəcəyi problemi izah etmək;

  • layihənin “məna”sı;

  • nə üçün sizin təqdim etdiyiniz problem hədəf əhali və cəmiyyət üçün də problemdir və onlar tərəfindəndə qəbul edilir;

  • problem nədər əhaliyə necə təsir edir.

Əsas ehtiyaclar
✓ problemlə birbaşa əlaqədar olan çətinliklər/ehtiyaclar (problemin təsiri və nəticəsi);
✓ ehtiyaclar kim tərəfində prioritetləşdirilib/kim müəyyənləşdirib;
✓ hansı meyarlar/göstərişlər/tələblər əsasinda müəyyənləşdirilib;

✓ c) Problemin həlli yolları
✓ strategiya və yanaşma;
✓ hədəf əhalinin vəziyyəti necə yaxşılacaq;
✓ problemin aradan qaldırılması üçün əhalinin öz fikirləri;
✓ əgər əhalinin fikirləri sizinki ilə eyni deyilsə, ciddi fərqlər varsa və yaxud tamamilə fərqlənirsə, siz öz yanaşma və strategiyanızı onlara necə “satacaqsınız”.
✓ d) İcraçı təşkilat
✓ problemlə bağlı təşkilatınızın və tərəfdaşlarınızın bacarığı və təcrübəsi (oxşar və yaxud eyni problemlə bağlı əvvəlki layihələr);
✓ nə üçün məhz sizin təşkilat və tərəfdaşlar bu problemlə məşğul olmalıdır;
✓ hədəf ərazi və insanlarla əlaqələriniz, münasibətiniz, davranışınız, və s.
✓ təşkilatinizda və tərəfdaşlarınızda problemə uyğun mütəxəssislər və digər imkanlar.



Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin