1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin


Layihələri növlərinə görə - investisiya, innovasiya və tədqiqat layihələrini xarakterizə edin



Yüklə 112,31 Kb.
səhifə4/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   2   3   4   5   6   7   8   9   ...   41
Layihe menecmenti son

4.Layihələri növlərinə görə - investisiya, innovasiya və tədqiqat layihələrini xarakterizə edin
Layihələr öz təbiətinə görə müxtəlif olurlar. Onlar predment sahəsinə, miqyasına, iştirakçıların sayına, mürəkkəblik dərəcəsinə və digər göstəricilərinə görə bir-birindən fərqlənirlər. Layihənin yerinə yetirildiyi mühit və onun əsas fəaliyyət sahəsi layihənin növünu müəyyənləşdirir. Məsələn: texniki layihə, taşkilati layihə, iqtisadi layihə, sosial layihə, qarışıq layihə və s. Layihənin predmet sahəsi, strukturu və tərkib hissələri layihənin sinfini müəyyənləşdirir. Layihələr üç sinfə bölünürlər: monolayihə, multilayihə, meqalayihə.
Monolayihə özünəməxsus növə, miqyası və struktura malik olan ayrıca bir layihədir. Multilayihə bir neçə monolayihədən təşkil olunmuş layihələr kompleksidir. Meqalayihə özündə mono və multi layihələr birləşdirən məqsədli proqram və ya inkişaf proqramlarıdır. İştirakçılarm sayına, ətraf mühitə təsirinə və ölçülərinə görə layihənin miqyası müəyyənləşdirilir. Miqyasına görə layihələr şərti olaraq dörd sinfə bölünürlər: kiçik layihələr, orta layihələr, böyük layihələr, nəhəng layihələr. Miqyasına görə layihələr aşağıdakı sinflərə bölünürlər: dövlətlərarası layihə, beynəlxalq layihə, milli və ya ümumi dövlət layihəsi, regional və ya regionlararası layihə, sahəlararasi və sahələr üzrə layihə, korporativ layihələr, müəssisələrarası və müəssisə daxili layihələr. Layihənin yerinə yetirilməsi üçün sərf olunan vaxta layihənin müddəti deyilir. Müddətə görə layihə üç sinfə bölünür: azmüddətli layihə - 3 ilə qədər, ortamüddətli - 3 ildən 5 ilə qədər, uzunmüddətli – 5 ildən çox.Mürəkkəblik dərəcəsinə görə layihələr üç qrupa bölünürlər: sadə layihələr, mürəkkəb layihələr, çox mürəkkəb layihələr. Bu anlayışlar layihənin mürəkkəblik dərəcəsinin göstəricisidir.
Qeyd cidildiyi kimi layihənin predmet sahəsinin xarakteri layihənin növünü müəyyənləşdirir. Məsələn: investisiya layihəsi, elmi-tədqiqat layihəsi, informasiya texnologiyası layihasi, iqtisadi layihə, sosial layihə, təhsil problemləri layihəsi və.s layihənin növlərini hansı parametrlərlə xarakterizə olunduqlarını nəzərdən keçirək. Kapital qoyuluşu tələb edən və əsas fondun yaradılması məqsədi nəticəsində fəaliyyət göstərən layihələr investisiya layihəsi adlanır. Binaların, körpülərin və digər tikinti obyektlarinin inşası, müəssisələrin yenidənqurulması layihasini yerinə yetirmək üçün layihənin məqsədi, başlanğıc və son vaxtları və xərclər smetası müəyyənləşdirilməlidir. Ehtiyatların və layihənin faktiki dəyəri onun işlərinin qrafikə uyğun vaxtında yerinə yetirilməsindən asılıdır. Yeni sistemlərin və texnologiyaların yaradılması, nou-xau və digər kəşflər, yeniliklər əldə etmək məqsədi daşıyan layihələrə innovasiya layihələri deyilir.Yeni proqram kompleksinin yaradılması, yeni məhsulun yaradılması, elmi araşdırmalar ilə bağlı layihələr tədqiqat layihəsi adlanır. Tədqiqat layihələri aşağıdakı parametrlərlə xarakterizə olunur:
Layihənin ümumi məqsədinin əsasını təşkil edən lokal məqsədlərin müəyyənləşdirilməsi;
Layihədəki işlərin yerinə yetirilmə vaxtları redaktə oluna bilər. Buna baxmayaraq yaxşı olardı ki, layihədə nəzərdə tutulan hər bir işin başlanma va tamamlanma vaxtlarına ciddi riayət edilsin;
Layihə xərclərinin planlaşdırılması ona ayrılmış məbləğdən çox, onun məqsədi və uğurundan isə az asılıdır.
Müəssisələrin​yenidən​qurulması,​yeni​idarəetmə​sisteminin konsepsiyası , yeni təşkilatın yaradılması və beynəlxalq forumların



Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin