1. Klinik psixologiyanın predmeti


Psixi zərbə amili haqqında



Yüklə 167,82 Kb.
səhifə23/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
klinik ümumi cavablar

. Psixi zərbə amili haqqında
Psixi zərbə amili haradan meydana çıxır?Bu sualı qısa da olsa aydınlaşdıraq.
Bədii adəbiyyatın insan azəməti və ləyaqəti haqqında yaratdığı ən böyük psixoloji himn məhəbbət himnidir. Məhəbbət əsil insan xoşbəxtliyinin meyarıdır. Lakin bununla belə, heç nigahların hamısının eyni dərəcədə məhəbbət əsasında yarandığını, bütün hallarda məhəbbətin qarşılıqlı xarakter daşıdığını söyləmək olmaz.Müəyyən mülahizə ilə bağlanan nigahlara da az təsadüf edilmir. Bir çox ailələr isə sadəcə olaraq təsadüfi tanışlıq əsasında yaranır. Boşanma hallarının artmasının əsas səbəblərindən birini, görünür, məhz burada axtarmaq lazımdır.
İndi «psixi zərbə amili»anlayışına qayıdaq. Söhbət ailə çərçivəçində insan münasibətlərinin formalaşmasından, iki «Mən»in «Biz»ə çevrilməsindən gedir. Ailə kiçik qrupdur. Qrup isə adətən, paritet olmur, yəni onun üzvləri arasında şəxsiyyətlərarası münasibətlər bərabərlik əsasında rəhbərlik və tabelik elementləri olmadan qurulmur. Bu prosesin özünəməxsus qanunauyğunluqları vardır. Onu hətta ümumi şəkildə təsvir etsək belə, hər halda bir cəhəti qeyd etməliyik. Bu, ailə başçısı məsələsidir. Ailə başçısı, ümumiyyətlə, lider öz-özünə əmələ gəlmir.Başçı (lider) «birinci», «ən güclü» deməkdir və bunun özünəməxsus psixoloji mənası vardır: o, birinin başqasına açıq və ya gizli surətdə həlledici (güclü) təsir göstərməsi, onun işə bu təsiri qəbul etməsi, liderin təsirinə tabe olması deməkdir. Ər və ya arvad o zaman ailə başçısına çevrilir ki, onun mənəvi nüfuzu həyat yoldaşı tərəfindən qəbul edilir. Bu proses, adətən, müxtəlif konfliktlərlə müşayiət olunur.Bəzi müəlliflər onu nigah adaptasiyası, bəziləri isə hətta obrazlı şəkildə «ailə hakimiyyəti uğrunda mübarizə» kimi xarakterizə edirlər. «Psixi zərbə amili» də, adətən, bu zaman özünü göstərir. Ailənin formalaşdığı ilk mərhələdə açıq və gizli münaqişələrin tez-tez təzahür etməsi də bununla bağlıdır.
28.Hipnoz haqqında
Hipnoz - psixologiya elminə görə, təlqinə əsaslanan süni yuxu və ya yuxu-oyanıqlıq arası prosesdir[1]. Hipnoz (yunan tanrısı Hipnosun adından götürülüb) Hipnozçunun sözlə təlqini nəticəsində insanlarda yuxuyabənzər vəziyyətin xüsusi növüdür.
Termini ilk dəfə istifadə edən, Yunan mifologiyasındakı yuxu ilahəsinin adından (Χυπνος) ilhamlanan həkim S.James Braiddir(1795-1860).
Hipnoz halı iki yolla təmin edilir: Maqnetizma yoluyla (maqnetik yuxu) və hipnoz texnikalarıyla (hipnotik yuxu). Maqnetizma üsullarını süjelər üzərində bilinən mənada ilk tətbiq edən və bu təsirə "heyvani maqnetizma" adını verən adam, canlılar üzərindəki maqnetizmanın kaşifi sayılan, Franz Anton Mesmerdir (1734-1815). Maqnetik hipnoz, hipnotik hipnoza müqayisədə həm daha dərin və təbii bir degajman halıdır, həm də ruhi araşdırmalar üçün, daha faydalı və bol imkanlar təqdim edir. Maqnetik hipnozda ayrıca hipnotik hipnozda görülən zərər və təhlükə ehtimalları çox azdır. Maqnetik hipnoz halı təlqinlə meydana gəlməz və təlqinlə ortadan qalxmaz. Hipnoz altındakı adam yalan söyləyə bilməz. Hipnoz altındakı adama vicdanına ya da vicdanı iradəsinə uyğun hərəkətlər etdirməz. Metapsişikçilər kifayət qədər məlumat, baxış və təcrübəyə sahib olunmadan hipnoz təcrübələrinə cəhd edilməməsini, əks halda təhlükəli və zərərli nəticələrlə qarşılaşmanın çox olabiləcək olduğunu ifadə etməkdədirlər.


Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin