1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


“Yalançı fəal” vahidlərin müəyyənləşdirilməsi



Yüklə 2.59 Mb.
səhifə22/23
tarix05.05.2017
ölçüsü2.59 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23

5. “Yalançı fəal” vahidlərin müəyyənləşdirilməsi
Statistik müşahidə obyektlərinin baş məcmusunda fəal hesab edilən, lakin faktiki olaraq “yatmış” (fəaliyyətsiz) olan vahidlərin – “yalançı fəal” vahidlərin müəyyənləşdirilməsi üzrə metodoloji tövsiyələr “2003-2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” Dövlət Proqramına uyğun olaraq işlənib hazırlanmışdır.

“Yalançı fəal” vahidlərin müəyyənləşdirilməsində əsas məqsəd statistik registrdə olan səhvlərin düzəldilməsi, qısamüddətli iqtisadi dəyişikliklər haqqında məlumatların operativ əldə edilməsi, onların iqtisadi fəallığının monitorinqi və proqnozlaşdırılmasından ibarətdir.

“Yalançı fəal” vahidlərin müəyyənləşdirilməsi əsasən statistik müayinələr zamanı həyata keçirilir, lakin tələb olunarsa, bu məqsədlə xüsusi statistik müayinələr də təşkil edilə bilər.

“Yalançı fəal” vahidlərin müəyyənləşdirilməsi ilə bağlı müayinələrin nəticələri statistik registrdə bu vahidlərlə əlaqədar olan səhvlərin düzəlişinə və həmin registr əsasında həyata keçirilən müxtəlif statistik müayinələrin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır.



Müşahidə vahidləri
Müşahidə obyektləri statistik müşahidə obyektlərinin baş məcmusunda fəal hesab edilən bütün vahidlərdir.

Bu vahidlər üzrə müayinələr həyata keçirdikləri fəaliyyət növlərinə görə iqtisadiyyatın ayrı-ayrı bölmələrində aparıla bilər.


5.1. Seçmə müayinənin təşkili və aparılması üzrə işlərin mərhələləri


  1. Vahidlərin baş məcmusunun (seçmə əsasının) formalaşdırılması;

  2. Vahidlərin seçmə məcmusunun formalaşdırılması;

  3. Vahidlərdən ilkin məlumatların toplanması, onun kompüterə daxil edilməsi, nəzarət, düzəlişlərin aparılması və saxlanması;

  4. Seçmə müayinə zamanı alınmış məlumatların baş məcmuya şamil edilməsi və alınmış nəticələrin dəqiqlik xarakteristikalarının hesablanması;

  5. Müayinənin nəticələrinin ölkə, ərazi, iqtisadiyyatın bölmələri və mülkiyyət növləri üzrə formalaşdırılması.

Seçmə müayinə texniki-proqram vasitələrindən istifadə edilməklə həyata keçirilməlidir.
Seçmə əsasının formalaşdırılması
Statistik vahidlərin baş məcmusunun (seçmə əsasının) formalaşdırılması üçün statistik müşahidə obyektlərinin baş məcmusunun ilin əvvəlinə olan vəziyyətindən müəyyən edilmiş aşağıdakı parametrlər üzrə müşahidə obyektləri seçilir:

Uçot Obyektlərinin Təsnifatı üzrə identifikasiya, İnzibati-Ərazi Bölgüsü Təsnifatının, İqtisadi Fəaliyyət Növləri Təsnifatının, Mülkiyyət Növləri Təsnifatının kodları, uçot obyektinin qısaldılmış adı (olmadıqda tam adı);


Seçmənin planı. Seçmə məcmusunun formalaşdırılması
Seçmə məcmu, təbəqədə hər vahidə düşən orta qiymət göstəricisinin sadə hesablanması yolu ilə çoxölçülü təbəqələşdirilmiş təsadüfi seçmə əsasında yaradılır.

Seçmə məcmu baş məcmuda sadə təsadüfi seçmə aparılmaqla yaradılır.

Seçmə məcmunun formalaşdırılmasının birinci mərhələsi təbəqələşdirmədir (stratifikasiya, qruplaşdırma).
Müşahidə vahidlərinin təbəqələşdirilməsi 4 əlamətə görə həyata keçirilir:

İƏBT - (ərazi üzrə);

İFNT - (iqtisadi fəaliyyət növləri üzrə);

MNT - (mülkiyyət növləri üzrə);

GƏLİR.

Təbəqədən seçilən müşahidə vahidlərinin sayı Neyman üsulu ilə «Gəlir» əlamətinə görə optimal yerləşdirməyə uyğun olaraq, yəni təbəqədə olan müşahidə vahidlərinin sayının təbəqədə olan əlamətin dispersiyasının kvadrat kökünə hasilinə mütənasib olaraq müəyyən edilir.

Sabit n ümumi seçmə həcmli təbəqələşdirilmiş təsadüfi seçmə zamanı əlamətin yekun qiymətinin hesablanmasının dispersiyası minimaldır, əgər:
,
burada nh - h təbəqəsindən seçilən müşahidə vahidlərinin sayı;

h – təbəqənin nömrəsi;

Nh – h təbəqəsinin həcmi;

- h təbəqəsinin dispersiyası:
;
H – təbəqələrin sayı;

Yhi h təbəqəsinin i müşahidə vahidinin əlamətinin (gəlirin) baza qiyməti;

- h təbəqəsi üzrə əlamətin orta qiymətidir.


Müşahidə vahidlərinin tam cavabsızlığının işlənməsi
Respondentlərin tam cavabsızlıqlarının (cavab alınmadığı halların) işlənməsi üçün cavab verməyən vahidlərin məcmusu aşağıdakı üç qrupa bölünür ki, bu qrupların da hər birində məlumatın düzəlişi və bərpası üçün müxtəlif üsullar tətbiq edilir:

- Birinci qrup, məlumatları bərpa edilməyən vahidlərdir. Bunlara müəyyən səbəblər üzündən fəaliyyəti müvəqqəti və ya tamamilə dayandırılmış müəssisələr aiddir.

İkinci qrupa hesabat vermədiyinə baxmayaraq, iqtisadi fəallığı və maliyyə-təsərrüfat fəaliyyəti aparması tam aydın olan vahidlər aiddir. İkinci qrupun müəssisələri haqqında məlumatların bərpası üçün təbəqə üzrə orta qiymətin yazılması üsulu tətbiq edilir. Cavab verməyən müəssisəyə bu təbəqədə cavab vermiş müəssisələrin orta qiyməti yazılır. Təbəqədə orta qiymət üzrə göstəricilərin qiymətlərini bərpa etmək mümkün olmadıqda (məsələn, təbəqədə heç bir müəssisə cavab verməzsə), göstəricilərin qiymətlərinin yerinə iqtisadiyyatın həmin bölməsinin fəal müəssisələri üzrə hesablanmış orta qiymətlər yazılır;

Üçüncü qrupa işləyib-işləmədikləri haqqında obyektiv məlumat olmayan vahidlər aiddir. Üçüncü qrup üzrə məlumatın bərpası əvəzetmə siniflərində təsadüfi seçmə yolu ilə yazılma üsulu tətbiq edilir (random hot deck within classes). Bunun üçün statistik vahidlərin seçmə məcmusu (həm fəal olan və hesabat təqdim etmiş, həm də ləğv edilmiş) iqtisadiyyatın bölmələri üzrə siniflərə bölünür. Cavab verməyən müəssisəyə uyğun sinifdən təsadüfi yolla seçilmiş donor-müəssisənin əlamətinin qiyməti yazılır.



5.2.Öyrənilmə sahələri üçün göstəricilərin hesablanması.

Hesablama xətaları
Statistik vahidlərin cavablarına görə faktiki fəaliyyət növü paylanma (stratifikasiya) zamanı nəzərə alınan fəaliyyət növündən ciddi surətdə fərqlənə bildiyindən, öyrənilmə sahələri üzrə göstəricilərin qiymətlərinin alınması üçün altstratifikasiya, yəni müəssisələrin seçmə müayinənin nəticələrinə görə alınmış faktiki fəaliyyət növləri üzrə paylanması gərəkdir.

Aşağıda göstərilən y əlamətin cari qiymətidir.

Sonrakı işarələr öyrənilən j sahəsinin h təbəqəsinin vahidlərinə aiddir.

Vahidlərin sayı: Nhj ; .


Seçməyə düşən vahidlərin sayı: nhj ; .
yhij vahidi üçün müayinənin nəticəsi:

j öyrənilmə sahəsi üçün seçmənin orta qiyməti:




j öyrənilmə sahəsi üçün orta qiymət:



j öyrənilmə sahəsinin bütün təbəqələri üçün yekun və orta qiymət:

;
,
burada, .
Bu halda nhjnh təsadüfi dəyişənlər olduğu üçün, j sahəsi üçün əlamətin (göstəricinin) yekun qiymətinin hesablanması aşağıdakı kimi olar:

.
Dispersiyanın qiymətləndirilməsi:
,
burada fh - h təbəqəsindən seçmə payıdır:
fh=nh / Nh .
j sahəsinin müşahidə vahidlərinin sayının seçmə qiymətinin hesablanması:

.
j sahəsi üzrə əlamətin orta qiymətinin hesablanması:

.

Əlamətin yekun qiymətinin hesablanmasının variasiya əmsalının qiymətləndirilməsi:



.

Əlamətin yekun qiyməti üçün etibarlılıq intervalının sərhədləri:



,

burada tpp etibarlılıq ehtimalına uyğun olan (p=0.95, tp=1.96 olur), standart normal bölüşdürmənin və ya Styüdent bölüşdürməsinin kvantilidir.


Müayinənin nəticələrinin formalaşdırılması
Göstəricilər üzrə alınmış seçmə məlumatları həm baş məcmunun öyrənilən sahələrinə, həm də ümumən baş məcmuya sadə qiymətləndirmə (vahidə düşən orta qiymət) düsturu ilə şamil edilir.

6. Yerli vahidlərin uçotunun təşkili

üzrə metodoloji tövsiyələr
Bu metodologiyada obyektlərin baş məcmudan daha mürəkkəb meyarlar əsasında obyektlər altməcmusunun formalaşdırılması və milli hesablar sistemində statistik hesablamaların aparılması üçün məlumatların əldə edilməsi məqsədilə tələb və təkliflər nəzərə alınmışdır.

Xüsusiləşdirilimiş ərazi struktur vahidləri əsasında statistik müşahidələrə keçidin təşkili təsərrüfat subyektlərinin kodlaşdırılmasına yanaşmanın dəyişdirilməsini, məlumatların tərkibinə yenidən baxılmasını və baş məcmunun məlumat bazasının müvafiq strukturunun təşkilini nəzərdə tutur.


6.1.Baş məcmuda yerli vahidlərin uçotunun məqsəd və vəzifələri
Baş məcmuda yerli vahidlərin uçotunun əsas məqsədi aşağıdakılardır:


  • Müəssisələr statistikasında struktur müayinələrin və regional statistika cərçivəsində müayinələrin təşkili üçün aparılan dıgər işlərin həyata keçirilməsinin əsasının formalaşdırılması;

  • Ölkə üzrə həyata keçirilən statistik müşahidələrdə ərazi və iqtisadiyyatın bölmələri, eyni zamanda qruplar üzrə məlumatların obyektivliyinin təmin edilməsi;

  • Milli hesablar sistemində statistik hesablamalar (qiymətləndirmə) üçün müşahidə obyektlərinin tam əhatəsi üzrə məlumatların istifadəsi.

Bu məqsədlərə nail olduqdan sonra aşağıdakılar təmin edilə bilər:




  • Ölkə iqtisadiyyatının və sosial sahənin tam reallığa uyğun təsvir edilməsi;

  • İqtisadi-statistik məlumatların beynəlxalq və milli səviyyələrdə müqayisəsi;

  • Ümumilikdə, Azərbaycan Respublikasının və onun regionlarının iqtisadiyyatında baş verən sosial-iqtisadi proseslərin öyrənilməsi məqsədilə statistik müşahidələrin təşkilində əsas kimi Statistik vahidlərin Dövlət registrinin və baş məcmunun potensiallarından maksimum istifadə edilməsi.

Qarşıya qoyulmuş məqsədlərin təmin edilməsi üçün aşağıdakı məsələlər həll edilməlidir:




  • Məlumatların toplanması, müəssisə və təşkilatların xüsusiləşdirilmiş ərazi struktur vahidlərinin eyniləşdirilməsi məsələlərini əhatə edən metodoloji-təlimat sənədlərinin işlənib hazırlanması;

  • Yerli vahidlər haqqında ən səmərəli və düzgün məlumat mənbələrinin müəyyənləşdirilməsi;

  • Baş məcmuda yerli vahidlərin kodlaşdırılması prinsiplərinin müəyyənləşdirilməsi;

  • Birinci mərhələdə statistika orqanları tərəfindən həyata keçirilən ayrı-ayrı sahələrin struktur müayinələri çərçivəsində baş məcmuda yerli vahidlər haqqında məlumatların yığılmasının, işlənməsinin və aktuallaşdırılmasının təşkil edilməsi;

  • Müəssisələrin struktur vahidlərinin və xüsusiləşdirilmiş bölmələrinin – yerli vahidlərinin uçotu əsasında baş məcmunun strukturunun və məlumatlarının tərkibinin müəyyənləşdirilməsi.

Statistikanın müxtəlif sahələrində yerli vahidin müəyyənləşdirilməsinə vahid yanaşmanın hazırlanması məqsədilə metodologiyada “yerli vahid” anlayışı, yerli vahidlərin müəyyənləşdirilməsinin ümumi meyarları və onların təxmini xarakteristikaları, statistik registrdə struktur vahidlərin uçotunun xüsusiyyətləri verilmişdir.

Bu metodologiya struktur vahidlərin uçotunun və onların məlumatlarının aktuallaşdırılması prinsiplərini, məlumat mənbələrini və baş məcmuda yerli vahidlərin eyniləşdirilməsinə əsas yanaşmanı təyin edir, yerli vahidlərin uçotu əsasında baş məcmunun strukturunu və məlumatların tərkibini müəyyənləşdirir, əsas obyektin onun yerli vahidləri ilə qarşılıqlı əlaqəsini əks etdirir.

Bu metodologiya dəqiqləşdirilmiş statistik müşahidə obyektləri əsasında dövlət statistika müşahidələrinin həyata keçirilməsi zamanı baş məcmudan istifadəyə əsas yaradır.

Bu metodologiyada regionlarda yerli vahidlərin müəyyənləşdirilməsi və baş məcmunun müvafiq ərazi bölmələrinə daxil edilməsi üzrə Dövlət Statistika Komitəsi ilə onun yerli orqanları arasında qarşılıqlı əlaqə sxemi göstərilmişdir.

Bu metodologiya baş məcmuda yerli vahidlərin uçotu əsasında gələcəkdə struktur müayinələrin və regional statistikanın məqsədləri üçün statistik müşahidələrin təşkil edilməsinə imkan verəcəkdir.

6.2.“Yerli vahid” anlayışı, yerli vahidin müəyyənləşdirilməsinin və

xüsusiyyətlərinin meyarları
“Yerli vahid” anlayışının əsasını Avrostatın registrlər üzrə tövsiyələrində və beynəlxalq statistik təcrübədə göstərilən müddəalar təşkil edir.

Yerli vahid coğrafi cəhətdən yeri dəqiq müəyyənlişdirilmiş müəssisə və ya müəssisənin ərazi üzrə xüsusiləşdirilmiş struktur bölməsidir (filialı, sexi, emalatxanası və s.). Yerli vahid müstəqil surətdə və ya əsas müəssisənin tapşırığı ilə təsərrüfat fəaliyyəti həyata keçirməli və bu fəaliyyətlə daimi və ya uzun müddət bir, yaxud bir neçə işçi məşğul olmalıdır.

Xüsusiləşdirilmiş vahidlərin mövcudluğu müəssisənin yerləşdiyi yerdən kənarda yaradılmış stasionar iş yerlərinin sayından və bu iş yerlərinin yaradılmasının təsis və digər təşkilati sənədlərdə əks etdirilməsindən, həmçinin bu iş yerlərində çalışan insanlara müəssisə tərəfindən verilən səlahiyyətlərdən asılı olmayaraq qəbul edilir.

Müəssisənin yerləşdiyi yerdən kənarda 30 gündən çox müddətə yaradılmış istənilən daimi fəaliyyət yeri, bu yerdə yaradılmış stasionar iş yerlərində məşğul fiziki şəxslərin həyata keçirdikləri işin hansı əsaslarla aparılmasından və bu iş yerlərində çalışan insanlara müəssisə tərəfindən verilən səlahiyyətlərdən, həmçinin belə stasionar iş yerlərinin həmin müəssisə tərəfindən təşkil edilməsi və ya başqa şəxsdən istifadə üçün götürülməsindən asılı olmayaraq, bu müəssisənin xüsusiləşdirilmiş bölməsinə aid edilir.

Yerli vahid yalnız bir müəssisəyə məxsus ola bilər.

Statistik vahidlərin Dövlət registrində və statistik müşahidə obyektlərinin baş məcmusunda nəzərdə tutulmuş təsərrüfat subyektlərinin tərkibinə uyğun olaraq, yerli vahidlərin aşağıdakı növlərini müəyyən etmək olar:



  • Əsas etibarilə tərkibində xüsusiləşdirilmiş ərazi bölmələri – “yerli vahidlər” olan müəssisənin rəhbərliyini özündə birləşdirən baş (əsas) yerli vahid. Əgər təşkilatın başqa yerdə bölmələri mövcud deyilsə, onda baş (əsas) yerli vahid müəssisənin özünə uyğun hesab edilir;

  • Hüquqi şəxslərin filial və nümayəndəlik statusuna malik olan xüsusiləşdirilmiş struktur bölmələri;

  • Hüquqi şəxslərin filial və nümayəndəlik statusuna malik olmayan xüsusiləşdirilmiş struktur bölmələri;

  • Azərbaycan Respublikasının hakimiyyət orqanlarının müvafiq struktur bölmələrinin balansında olan təhsil, səhiyyə və mədəniyyət idarələri;

  • Hüquqi şəxslərin balansında olan məktəbəqədər, təhsil, mənzil-kommunal idarələri və yardımçı təsərrüfatlar.

Filial və ya nümayəndəliklərin hüquqi şəxslərin xüsusiləşdirilmiş struktur bölmələri olması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilir. Filial hüquqi şəxsin onun yerləşdiyi yerdən fərqli yerdə yerləşən və onun funksiyalarını tam və ya bir hissəsini, həmçinin nümayəndəlik funksiyalarını yerinə yetirən xüsusiləşdirilmiş struktur bölməsidir. Nümayəndəlik hüquqi şəxsin onun yerləşdiyi yerdən fərqli yerdə yerləşən, onun maraqlarını təmsil edən və qoruyan xüsusiləşdirilmiş struktur bölməsidir.

Filial və nümayəndəliklər onları yaradan hüquqi şəxs tərəfindən təsdiq edilən əsasnamə əsasında fəaliyyət göstərir.

Filial və ya nümayəndəlik statusuna malik olmayan struktur bölmələr hüquqi şəxslərin özləri tərəfindən yaradılır və bir qayda olaraq təsis sənədlərində göstərilmir.

Filial və ya nümayəndəlik statusuna malik olmayan struktur bölmələrinə Azərbaycan Respublikasının hökumət orqanlarının, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin tərkibində bu orqanların müvafiq normativ-hüquqi aktları ilə yaradılan və hüquqi şəxs statusu verilməyən komitə, idarə, şöbə və s. aid etmək olar. Bununla yanaşı, belə struktur vahidləri yerli vahidi müəyyənləşdirən bir neçə meyara cavab verdikləri halda, həmçinin onların coğrafi yerləşməsi hüquqi şəxsin yerləşdiyi yerlə üst-üstə düşdükdə, lakin bu bölmənin müstəqil fəaliyyətinə hüquq verən hüquqi sənədlər mövcud olduğu halda (məsələn, rayon və şəhər təhsil, səhiyyə və mədəniyyət şöbələrinin mərkəzləşdirilmiş mühasibatlıqları), yerli vahid hesab edilə bilər.

Yerli icra hakimiyyəti və özünü idarəetmə orqanlarının, hüquqi şəxslərin balansında olan sosial sahə idarələrini: təhsil, səhiyyə və mədəniyyət, mənzil-kommunal təsərrüfatı idarələrini yerli vahidlərin xüsusi növünə aid etmək olar. Bu idarələrin fəaliyyəti əsasən tabeçiliyində olduqları hüquqi şəxsin statistik hesabatlarında öz əksini tapır. Yerli vahidlərin uçotunun təşkili belə idarələrin də statistik müşahidə obyektləri kimi səciyyələndirilməsinə şərait yaradar.

Təsərrüfat subyektinin hüquqi şəxsin xüsusiləşdirilmiş ərazi struktur vahidi kimi qəbul edilməsinin əsas meyarı onun daxil olduğu hüquqi şəxsin yerindən fərqli xüsusi coğrafi yerə malik olmasıdır. Bu yer faktiki ünvan hesab edilməlidir.

Əgər hüquqi şəxsin bir neçə yerli vahidi varsa, onda yerli vahidin xüsusi coğrafi yeri əsas təşkilatın ünvanından fərqli olan onun yerləşdiyi faktiki ünvandır. Əgər hüquqi şəxs özü yerli vahid kimi baxılırsa, onda yerli vahidin xüsusi coğrafi yeri əsas təşkilatın ünvanı hesab edilir.

Yerli vahidin xüsusi coğrafi yerləşməsi çox dəqiq müəyyənləşdirilməlidir:



  • Müəssisənin eyni ünvanda yerləşən bölmələri həyata keçirdikləri fəaliyyət növlərinin müxtəlifliyindən asılı olmayaraq bir yerli vahid kimi qəbul edilir;

  • Hüquqi şəxsin müxtəlif unvanlarda, lakin bir bələdiyyənin ərazisində yerləşən bölmələri bir (baş) müəssisənin strukturuna daxil olarsa (maliyyə baxımından bir müəssisəyə tabedirlərsə) və texnoloji baxımdan əlaqəlidirsə (məsələn, eyni bir istehsalın ayrı-ayrı sahələri), bir yerli vahid kimi qəbul edilə bilər;

  • Hüquqi şəxsin müxtəlif unvanlarda, lakin bir bələdiyyənin ərazisində yerləşən bölmələri bir (baş) müəssisənin strukturuna daxil olarsa (maliyyə baxımından bir müəssisəyə tabedirlərsə), lakin onların fəaliyyəti texnoloji baxımdan əlaqəli deyildirsə (məsələn, məhsul istehsalı ilə məşğul olan sahə, nəqliyyat xidməti, hazır məhsul anbarı və s.), müxtəlif yerli vahidlər kimi qəbul edilməlidir;

  • Bununla yanaşı, eyni bir ünvanda müxtəlif müəssisələrin yerli vahidləri yerləşə bilər. Məsələn, bir inzibati binada bir neçə müəssisə və təşkilatların nümayəndəlikləri və ya ofisləri yerləşə bilər;

  • Əgər bir yerli vahid bir neçə inzibati-ərazi vahidliyinin sərhəddində yerləşərsə, bu halda vahidin yeri kimi şərti olaraq poçt ünvanı qəbul edilir;

  • Müəssisənin əsas (baş) bölməsinin ünvanı onun qalan bölmələrinin (hissələrinin) ünvanları ilə eyni olarsa, bu halda onun özü bir yerli vahid kimi qəbul edilir;

  • Müəssisənin və onun bölmələrinin faktiki ünvanlarından fərqli rəsmi hüquqi ünvanları da, bu ünvanlarda heç bir iqtisadi fəaliyyət həyata keçirilməsə və bir işçi də işləməsə belə, yerli vahidlər kimi qəbul edilə bilər.

Obyektlərin yerli vahidlərin məcmusuna aid edilməsinin digər meyarları aşağıdakılardır:

  • Yerli vahidin növü (müəssisənin bölməsi (hissəsi) və ya əsas təşkilatın balansında olan və hüquqi şəxs statusuna malik olamayan idarələr ola bilər);

  • Bəzi hallarda yerli vahidin iqtisadi fəaliyyətinin spesifik xüsusiyyətlərinin olması;

Yerli vahidlərin əsas xüsusiyyətləri aşağıdakılardır:



  • Əsas (baş) təşkilata aidiyyatı;

  • Yerli vahidin növü;

  • Coğrafi yerləşmə;

  • Yerli vahidin ölçüsü; işçilərinin sayı, təsərrüfat fəaliyyətinin nəticəsi;

  • Fəallıq vəziyyəti (fəal, yatmış, “yalançı fəal”, ləğv edilmiş).

Əsas (baş) təşkilata aidiyyat yerli vahidlərin təsisçi kodlarında göstərilmişdir.

İqtisadiyyatın bölmələrinə aidiyyatına görə yerli vahidləri bir neçə növə ayırmaq olar: xüsusiləşdirilmiş bölmələr (filial, nümayəndəlik), struktur bölmələri (sex, şöbə, emalatxana və s.), icra hakimiyyəti orqanlarının və özünü idarəetmə orqanlarının balansında olan idarələr (məktəb, xəstəxana, poliklinika, klub, stadion və s.) və s. Yerli vahidlərin spesifik növləri isə iqtisadiyyatın praktiki olaraq bütün bölmələrində (sənayedə, tikintidə, nəqliyyatda, ticarətdə və s.) mövcud ola bilər. Yerli vahidlərin növləri xüsusi siyahı əsasında təsnifləşdirilməlidir.

Vahidin coğrafi yerləşməsi onu faktiki ünvanının müvafiq inzibati-ərazi bölgüsü obyektinə münasibəti ilə müəyyənləşdirilir.

Yerli vahidlərin uçotu zamanı onların iqtisadi fəaliyyətlərinin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Məsələn, elə yerlər mövcuddur ki, müəssisə çox da uzun olamayan müddətdə orada öz fəaliyyətini həyata keçirir: evdə satış, həkimlərin evlərə getməsi, yaramarkalarda ticarət, tikinti və s. Bu halda belə obyektlər onların əsas (baş) təşkilatlarının yerləşdikləri yer və ya müəssisənin ofisi üzrə yerli vahidlər kimi qəbul edilə bilər.

Yerli vahid yerləşdiyi yerdə bir və ya bir neçə fəaliyyət növü ilə məşğul ola bilər.

Bir neçə fəaliyyət növü ilə məşğul olan yerli vahidin əsas fəaliyyət növü İqtisadi Fəaliyyət Növləri Təsnifatı üzrə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq təlimatlarına uyğun müəyyənləşdirilir.

Yerli vahidin ölçüsü aşağıdakı məlumatlar əsasında müəyyənləşdirilir:


  • İşçilərinin sayı;

  • Hesabat dövründə yerli vahidin təsərrüfat fəaliyyətinin nəticəsi.

Yerli vahiddə çalışan işçilərin sayı daimi işləyənlərin, uzun müddətli müqavilələr əsasında işləyənlərin sayını və işçi qüvvəsinin digər xüsusiyyətlərini əks etdirməlidir. Yerli vahidin işçilərinin orta siyahı sayı göstəricisi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq metodologiyasına uyğun hesablanır.

Yerli vahidi səciyyələndirən təsərrüfat fəaliyyətinin nəticəsi göstəricisi ümumi müəssisə üçün qəbul edilmiş əsas fəaliyyət növündən fərqlənən fəaliyyət növü üzrə müəyyənləşdirilə bilər. Bu göstərici üçün iqtisadiyyatın bütün bölmələri üzrə ümumiləşdirilmiş göstəricilərindən istifadə edilə bilər: öz istehsalı olan göndərilmiş malların həcmi, öz gücü ilə görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmi, göndərilmiş təkrar satış üçün alınmış malların həcmi. Hazırda yerli vahidlər üçün görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmi, istehsal edilmiş malların və xidmətlərin həcmi, dövriyyə göstəricilərindən istifadə edilir.

Yerli vahidin fəallıq vəziyyəti hesabat dövründə onun fəaliyyət göstərıb göstərməməsi haqqında məlumatlar əsasında müəyyənləşdirilir. Yerli vahidin mümkün vəziyyətləri bunlardır:


  • yeni yaradılmışdır;

  • hesabat dövrü ərzində fəaliyyət göstərmişdir;

  • fəaliyyətini dayandırmış, lakin ləğv edilməmişdir;

  • yeni yaradılmış, lakin fəaliyyətə başlamamışdır;

  • ləğv edilmişdir;

  • “yalançı fəal”dır.

Bununla yanaşı, hesabat dövründə birləşmə və bölünmə ilə əlaqədar təkrar təşkil edilmiş yerli vahidlər baş məcmuda uçotu anında təkrar təşkil olunmadan sonra fəaliyyətdə olduğu müddətdən asılı olmayaraq, onların yeni vəziyyətlərinə uyğun olaraq nəzərə alınmalıdır.




Поделитесь с Вашими друзьями:
1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə