1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmasının



Yüklə 2,59 Mb.
səhifə20/23
tarix05.05.2017
ölçüsü2,59 Mb.
#16751
1   ...   15   16   17   18   19   20   21   22   23

4. Fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmasının

keçirilməsi üzrə proqram və metodologiya
Bazar iqtisadiyyatına keçid və dövlət əmlakının özəlləşdirilməsi obyektlərin mülkiyyət növlərinin və təşkilati-hüquqi formalarının dəyişməsi ilə nəticələnmişdir. Bu dəyişikliklərlə əlaqədar bütün iqtisadi vahidlərdən statistik hesabat formalarının yığılması mürəkkəbləşmiş və ölkənin ekoloji, iqtisadi və sosial-demoqrafik vəziyyətini qiymətləndirmək üçün müasir seçmə statistik müşahidə metodlarının tətbiqinə tələbat artmışdır. Bu səbəbdən fərdi sahibkarların və hüquqi şəxslərin demoqrafiyasını, fəaliyyət növlərini, iqtisadi-maliyyə vəziyyətini öyrənmək üçün siyahıyaalmadan istifadə edilir.

Qeyd edilməlidir ki, əhali və kənd təsərrüfatı siyahıyaalınmasından fərqli olaraq fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmasında əsasən iqtisadi göstəricilərin toplanmasına üstünlük verilir.

Siyahıyaalma işlərini uğurla başa çatdırmaq üçün hazırlıq işləri görülməli, siyahıyaalma proqramı tərtib edilməli, metodoloji məsələlər həll edilməli və təşkilat planı hazırlanmalıdır. Təşkilat planı siyahıyaalmada çalışan işçilər üçün nəzərdə tutulur və metodoloji vəsait kimi istifadə edilir. Siyahıyaalmanın metodoloji materialları müvafiq nazirliklər və məlumatların digər istifadəçiləri ilə razılaşdırılmalı, mütəxəssislərlə müzakirə edilməlidir.

Fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınması mühüm əhəmiyyət kəsb edən aşağıdakı məsələlərin həlli üçün informasiya təminatını ödəməlidir:



  • regionlarda sosial-iqtisadi vəziyyətin statistik tədqiqi;

  • fərdi sahibkarların və hüquqi şəxslərin fəaliyyətinin gəlirliliyi;

  • ixrac yönümlü məhsulların istehsalının artırılması imkanları;

  • qeyri-neft sektorunun inkişafının statistik tədqiqi;

  • investisiya fəaliyyəti;

  • əhalinin məşğulluğu;

  • ətraf mühitin vəziyyəti və s.


4.1. Siyahıyaalma proqramının əsas müddəaları

Fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmasını apararkən Statistik vahidlərin dövlət registri əsas məlumat bazası hesab olunur. Statistik vahidlərin dövlət registrinə ümumi iqtisadi göstəricilər daxil edilmiş və hər il bu göstəricilər aktuallaşdırılır. Qeyd edilməlidir ki, aktuallaşdırma məhdud sayda statistik göstəriciləri əhatə edir. Fərdi sahibkarların və hüquqi şəxslərin demoqrafiyasına, fəaliyyətinə dair əsas məlumatların hər il toplanması böyük vəsait tələb edir. Hətta bəzən bu və ya digər səbəbdən mümkün olmur.

Dünya təcrübəsi göstərir ki, mövcud statistik hesabat sistemi “Senz” metoduna əsaslanan seçmə statistik müşahidələrlə əvəz edilir. Ona görə də siyahıyaalma proqramının tərtibi zamanı cari, illik müşahidələrin göstəricilərinin nəzərə alınması zəruridir. Belə ki, siyahıyaalma məlumatlarından istifadə etməklə müxtəlif təyinatlı registrlər tərtib edilir və bu registrlər cari, illik və birdəfəlik seçmə müşahidələrin aparılması üçün istifadə edilir. Seçmə müşahidələri aparmaq üçün seçmə şəbəkəsi və seçmə vahidləri seçmə əlamətlərinə uyğun seçilir. Kənd təsərrüfatı siyahıyaalınması üzrə mövcud təcrübə göstərir ki, registr müxtəlif göstəricilərə (əkin sahəsi, mal-qaranın baş sayı, texnika, işləyənlərin sayı və s.) görə yaradıla bilər. Əsasən istehsal faktorları (əkin sahəsi və s.) üzrə hazırlanmış registrlər tematik seçmə müşahidələrin aparılması üçün istifadə edilir. Belə registrin yaradılması zamanı seçmə əlaməti, seçmə vahidi əsas götürülür. Qeyd edilməlidir ki, siyahıyaalma zamanı toplanmış bütün göstəricilərin registrdə yerləşdirilməsi də məqsədəuyğun deyil və belə registrin aparılması, ona xidmət çətinləşir və əlavə vəsait tələb olunur. Odur ki, registrin aparılması zamanı lazım olan göstəricilərin optimal miqdarı və tərkibi müəyyən edilməli, həmin göstəricilərin siyahıyaalma zamanı toplanmasına xüsusi fikir verilməlidir.

Fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmasında iqtisadi fəaliyyətlə məşğul olan bütün vahidlərdən başdan-başa qaydada məlumatların toplanması nəzərdə tutulur. Lakin maliyyə vəsaitindən asılı olaraq bəzi sahələrin göstəriciləri seçmə qaydada toplanıla bilər. Bu halda, siyahıyaalma iki mərhələdə yerinə yetirilir. Birinci mərhələdə əsas məlumatlar, ikinci mərhələdə seçmə qaydada sahə üçün xarakterik məlumatlar toplanılır.

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə müvafiq olaraq bütün hüquqi və fiziki şəxslər siyahıyaalma formalarına daxil edilmiş suallar üzrə tələb olunan məlumatları verməyə borcludur. Siyahıyaalınma formasındakı qeydlər yalnız icmal məlumatların alınması və statistik məqsədlər üçün istifadə edilir. Siyahıyaalma işçilərinə cavabların məzmunu haqqında, kimliyindən asılı olmayaraq, məlumatın hər hansı bir şəxsə verilməsi qadağandır.

Siyahıyaalmaya hazırlıq zamanı aşağıdakılar yerinə yetirilməlidir:


  • fərdi sahibkarların və hüquqi şəxslərin düzgün siyahısı müəyyən edilməli;

  • registr məlumatları aktuallaşdırmalı;

  • seçmə vahidləri və seçmə əlamətləri müəyyənləşdirilməli;

  • siyahıyaalma göstəriciləri müəyyənləşdirilməli;

  • siyahıyaalma formalarının layihəsi işlənib hazırlanmalı;

  • siyahıyaalma göstəriciləri ilə cari və illik müşahidə (hesabat) göstəriciləri uyğunlaşdırılmalı və s.

Siyahıyaalma xərclərini azaltmaq məqsədilə birinci mərhələdə əsas (ümumi) göstəricilər, sonra isə müəssisənin əsas fəaliyyət növündən (kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, tikinti və s.) asılı olaraq xarakterik göstəricilər üzrə məlumatlar toplanır. Əsas məlumatlar digər siyahıyaalma materiallarından (kənd təsərrüfatı), Statistik vahidlərin dövlət registrindən də götürülə bilər.

Aparılmış təhlil göstərir ki, fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınması proqramı aşağıdakı tipik məsələlərin həllini tələb edir:

- siyahıyaalmanın dövrünün və aparılma tarixinin dəqiqləşdirilməsi;

- siyahıyaalma üzrə əsas göstəricilərin müəyyən edilməsi;

- siyahıyaalma üçün istifadə ediləcək təsnifatların hazırlanması;

- siyahıyaalma üçün istifadə olunan sorğu vərəqlərinin hazırlanması;

- sınaq siyahıyaalınmasının keçirilməsi;

- qeyri-respondentlərin müəyyənləşdirilməsi;

- siyahıyaalma proqramına son düzəlişlərin edilməsi;

- təşkilat planının hazırlanması;

- məlumatların toplanması qaydalarının hazırlanması;

- məlumatların işlənməsi qaydalarının hazırlanması;

- çıxış cədvəllərinin hazırlanması;

- məlumatların yekunlaşdırılması qaydasının işlənməsi;

- yekun göstəricilərinin hazırlanması alqoritmi və s.



Siyahıyaalma prosesi üç əsas mərhələdən ibarətdir:

  • hazırlıq,

  • məlumatların toplanması,

  • məlumatların işlənməsi.

Siyahıyaalmaya hazırlıq mərhələsinə aşağıdakılar daxildir:

  • müşahidə olunan ərazilərin müəyyən edilməsi. Bu zaman fərdi sahibkarların və hüquqi şəxslərin ünvanları dəqiqləşdirilir;

  • fərdi sahibkarların və hüquqi şəxslərin siyahısının dəqiqləşdirilməsi. Sayıcı ərazidə yerləşən fərdi sahibkarların və hüquqi şəxslərin siyahısını tərtib edir və ya ona təqdim edilmiş siyahını yoxlayır. Bu siyahıda müəssisənin əsas göstəriciləri (əsas fəaliyyət növü, işləyənlərin sayı, dövriyyəsi, kapitalın dəyəri və s.) qeyd edilir;

  • sorğu planının hazırlanması. Sayıcı gündəlik müşahidə olunacaq müəssisələrin sayını, marşrutu və qeydiyyat ardıcıllığını planlaşdırır. Bu, sayıcının vaxta qənaət etməsini və ərazi üzrə müəssisələrin tam əhatə edilməsini təmin edir;

  • respondentlərlə görüşün təşkili. Sayıcı respondentlərə siyahıyaalmanın məqsəd və mahiyyətini açıqlayaraq konkret olaraq sorğu vaxtını və suallarını izah edir.

Sorğu məlumatlarının toplanması (qeydiyyatı) mərhələsi:

  • toplanılan (qeyd olunan) məlumatların keyfiyyətinin təmin edilməsi üçün sayıcılar müxtəlif fərdi sahibkarlarla və hüquqi şəxslərlə sorğu aparır və yerinə yetirdikləri işlərin müzakirəsini həyata keçirirlər. Müzakirələrdə xüsusi nəzarətçilər iştirak edərək buraxılmış xətaları sayıcıların nəzərinə çatdırırlar.

Məlumatların toplanması və qeydiyyatı mərhələsini sayıcılar yerinə yetirir. Sorğu üsulu ilə toplanmış məlumatlar siyahıyaalma formalarında qeyd edilir. Qeydiyyat zamanı sayıcı təlimatdan istifadə edir.

Məlumatların hesabi və məntiqi yoxlanılması uyğun olaraq nəzarətçi-təlimatçı tərəfindən yerinə yetirilir.

Statistik qiymətləndirmədən məlumatların keyfiyyətinin müəyyən edilməsi zamanı istifadə edilir. Bu zaman, qeyri-respondentlərin sayı və başqa göstəricilərdən istifadə edilir. Bu mərhələdə statistik məlumatların keyfiyyət göstəriciləri hesablanır.

Siyahıyaalma məlumatlarının işlənməsi mərhələsinə yekun məlumatların hazırlanması, təhlili və çıxış cədvəllərinin tərtib edilməsi işləri daxildir.



Yekun məlumatların hazırlanması mərhələsində toplanmış məlumatlara makro səviyyədə nəzarət edilir və nəzərdə tutulmuş çıxış cədvəlləri alınır. Makro nəzarət zamanı siyahıyaalma planının yerinə yetirilməsi yoxlanılır.

Yekun məlumatların təhlili dövri statistikaya əsasən aparılır. Yəni, siyahıyaalma məlumatları dövri statistik məlumatlarla müqayisə edilir. Müqayisə zamanı aşkar edilmiş kənarlaşmalar aydınlaşdırılır.

Məlumatların nəşri və yayılması mərhələsi siyahıyaalmanın nəticəsinin nəşrini və istehlakçılara çatdırılmasını nəzərdə tutur. Məlumatlar bu və ya digər formada (elektron daşıyıcılarda, internet resurslarından istifadə etməklə, məlumat bazası və s.) istehlakçılara çatdırılır.

Siyahıyaalmanın vaxtında keçirilməsini təmin etmək üçün, hər bir rayonda (şəhərdə) siyahıyaalmaya yardım komissiyası təşkil edilir və bu komissiyaya uçot sahəsində çalışan mütəxəssislər cəlb edilir. Eyni zamanda hər bir rayonda (şəhərdə) siyahıyaalma şöbəsi, təlimatçı-nəzarətçi və sayıcı məntəqələri yaradılır.

Siyahıyaalmaya hazırlıq çərçivəsində sınaq siyahıyaalmasının proqramı, təşkilat planı, metodoloji tövsiyələr, məlumatların işlənməsi texnologiyası layihələndirilir, kadrların öyrədilməsi və s. tədbirlər yerinə yetirilir.

Siyahıyaalınma xüsusi hazırlıq keçmiş sayıcılar tərəfindən aparılır. Sayıcı ona təhkim edilmiş ərazidə siyahıyaalmanı vaxtında və keyfiyyətlə keçirməyə borcludur. Bunun üçün o, təhkim olunduğu ərazidə yerləşən bütün hüquqi və fiziki şəxslərlə sorğu keçirərək aldığı cavablar əsasında təsdiq edilmiş siyahıyaalma blankını doldurur. Doldurulmuş blankda qeyd edilmiş məlumatların yazılışı və düzgünlüyü yoxlanılıb əsas sənəd kimi qəbul edilir və kompüterdə işlənilmək üçün verilir.



Təşkilat planının əsas bölmələri aşağıdakılardan ibarətdir:

  • siyahıyaalmaya cəlb ediləcək müvəqqəti işçilərin sayının müəyyənləşdirilməsi;

  • işə cəlb olunan müvəqqəti işçilərin qəbulu və onların öyrədilməsi;

  • kütləvi izahat işlərinin aparılmasına dair tədbirlər planının hazırlanması;

  • siyahıyaalmadan sonra sayıcılar tərəfindən nəzarət yoxlamasının keçirilməsi.

Siyahıyaalma materiallarının yoxlanıb qəbul edilməsi. Sayıcı məntəqələri üzrə siyahıyaalma başa çatdıqdan sonra təlimatçı-nəzarətçi tərəfindən siyahıyaalma sənədləri (çanta, blanklar və s.) sayıcıdan qəbul edilir. Sənədlərin tam və düzgün doldurulması, qeydiyyat kitabçası və birikdirmə cədvəlləri ilə yoxlanılır. Sənədlərin düzgün və keyfiyyətlə doldurulmasına məsuliyyəti sayıcı daşıyır. Siyahıyaalma sənədlərindəki məlumatlar, bütün səviyyələrdə sayıcı-təlimatçı, təlimatçı-nəzarətçi tərəfindən yoxlanılmalıdır.

Siyahıyaalma şöbəsinin müavini çantaları təlimatçı-nəzarətçilərdən qəbul edərək, onlara təhkim edilmiş ərazidə yerləşən bütün təsərrüfat subyektləri üzrə sənədlərin olub-olmamasını və bu sənədlərin keyfiyyətini yoxladıqdan sonra, çanta ilə birlikdə siyahıyaalma sənədlərini siyahı üzrə rayon (şəhər) statistika idarəsinə təhvil verir.

Rayon (şəhər) statistika idarələri, siyahıyaalma şöbəsinin müavininin iştirakı ilə siyahıyaalma şöbəsindən çantaları siyahı üzrə qəbul edir və seçmə qaydada siyahıyaalma sənədlərinin keyfiyyətini və düzgünlüyünü yoxlayır və sonra nəzərdə tutulmuş müddətdə bütün sənədləri Dövlət Statistika Komitəsinə təhvil verir.
4.2. Siyahıyaalmanın metodoloji əsasları

Siyahıyaalma proqramını hazırlayarkən ilk növbədə toplanılacaq göstəricilər sistemi (siyahısı), onların hazırlanması metodologiyası, bu göstəricilərin beynəlxalq standartlara uyğunluğu, hesablanması alqoritmi, çıxış göstəriciləri sistemi, informasiya təminatı və başqa metodoloji məsələlər həll edilməlidir. Çıxış məlumatları üçün əsas mənbə ilkin göstəricilər olduğu üçün onların düzgün seçilməsi və toplanması siyahıyaalma prosesisinin son nəticəsinə bu və ya digər dərəcədə təsir edir. Statistik müqayisənin saxlanması üçün ilkin və çıxış göstəricilər sistemini (siyahısını) müəyyənləşdirmək üçün mövcud statistik müşahidə təcrübəsindən istifadə edilməlidir. Göstəricilərin tərtibi metodologiyasının və ya hesablanması alqoritminin mövcud informasiya sisteminin imkanlarına uyğun olması mühüm şərtlərdən hesab edilir.



Mövcud statistik müşahidə formalarının təhlili göstərir ki, fərdi sahibkarlar və hüquqi şəxslər haqqında aşağıdakı əsas məlumatları toplamaq mümkündür:

- fərdi sahibkarlar və hüquqi şəxslər haqqında ümumi məlumat;

- fərdi sahibkarlarda və hüquqi şəxslərdə baş vermiş dəyişikliklər;

- təsisçilər (səhmdarlar) arasında nizamnamə kapitalının bölüşdürülməsi;

- əməkdaş (tərəfdaş) ölkələr üzrə xarici fiziki və hüquqi şəxslərin nizamnamə kapitalına (fonduna) üzvlük haqları (qoyuluşları);

- məhsul istehsalı və yüklənməsi;

- məhsul istehsalına və satışına çəkilən xərclər:

- iqtisadi fəaliyyət növləri üzrə əsas göstəricilər;

- investisiya fəaliyyəti;

- baş müəssisə və onun yerli vahidləri haqqında məlumatlar;

- fərdi sahibkarların və hüquqi şəxslərin topdan və pərakəndə ticarət dövriyyəsi;

- tikinti və layihə-axtarış fəaliyyəti.

Bu məlumatlar aşağıdakı göstəriciləri əhatə edir:



Fərdi sahibkarlar və hüquqi şəxslər haqqında ümumi məlumat:

- hüquqi şəxslərin hüquqi və faktiki ünvanları, fərdi sahibkarların yerləşdiyi ünvanlar;

- hüquqi şəxslərin təşkilati-hüquqi forması;

- hüquqi şəxslərin mülkiyyət forması;

- fəaliyyətin ahəngliyi (daimi, mövsümi);

- idarəetmə mərkəzinin, filialın, mühasibatlığın ünvanı;

- fərdi sahibkarların və hüquqi şəxslərin yaranma tarixi;

- fərdi sahibkarların və hüquqi şəxslərin qeydiyyata alınma tarixi;

- fəaliyyətə başladığı tarix;

- özəlləşdirmə tarixi (əgər əvvəllər dövlət mülkiyyətində olmuşsa);



Hüquqi şəxslərin yaranma qaydası:

  • ilk dəfə (yeni) yaranmışdır;

  • hüquqi şəxslərin birləşməsi nəticəsində yaranmışdır;

  • hüquqi şəxslərin bölünməsi nəticəsində yaranmışdır;

  • digər müəssisələrdən ayrılmışdır.

Sorğu zamanı fərdi sahibkarlarda və hüquqi şəxslərdə aşağıdakı dəyişikliklər aşkar oluna bilər:

  • bu hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrılmışdır;

  • bu hüquqi və ya fərdi sahibkarın istehsal güclərinin bir hissəsi başqa fərdi sahibkara və ya hüquqi şəxsə verilmişdir (satılmışdır);

  • bu hüquqi şəxs başqa hüquqi şəxs ilə birləşdirilmişdir;

  • bu hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən başqa hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal güclərinin bir hissəsi alınmışdır;

  • digər dəyişikliklər olmuşdur;

  • hüquqi şəxsin tərkibində dəyişiklik baş verməmişdir.

Təsisçilər (səhmdarlar) arasında nizamnamə kapitalının bölüşdürülməsi:

  • mərkəzi icra hakimiyyəti orqanları ilə;

  • yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları ilə;

  • kommersiya təşkilatları (maliyyə-kredit müəssisələrindən başqa) ilə;

      • o cümlədən kiçik sahibkarlıq subyektləri ilə;

  • maliyyə-kredit müəssisələri ilə;

  • qeyri-kommersiya təşkilatları ilə;

  • fiziki şəxslərlə;

      • o cümlədən həmin fərdi sahibkarın və ya hüquqi şəxsin işçiləri ilə;

  • digərləri ilə;

  • nizamnamə fondunda xarici kapitalın mövcudluğu.

Əməkdaş (tərəfdaş) ölkələr üzrə xarici hüquqi və fiziki şəxslərin nizamnamə kapitalına (fonduna) üzvlük haqları (qoyuluşları):

- nizamnamə kapitalının (fondunun) ümumi məbləğindən xarici hüquqi və fiziki şəxslərə;



  • o cümlədən əməkdaş (tərəfdaş) ölkələr üzrə;

Hüquqi şəxsin təşkilati quruluşu:

  • ərazi cəhətdən ayrı olan bölmələrin sayı;

      • o cümlədən filial statusu olanlar;

      • ondan ölkədən kənarda yerləşənlər;

  • asılı və törəmə müəssisələrin sayı.

Məhsulun istehsalı və yüklənməsi:

  • fərdi sahibkarın və ya hüquqi şəxsin öz istehsalı olan mallar (əmtəələr) yüklənmişdir, öz gücləri ilə işlər və xidmətlər yerinə yetirilmişdir (ƏDV və aksiz rüsumları daxil olmaqla);

  • fərdi sahibkarın və ya hüquqi şəxsin öz istehsalı olan mallar (əmtəələr) yüklənmişdir, öz gücləri ilə işlər və xidmətlər yerinə yetirilmişdir (ƏDV və aksiz rüsumları daxil olmadan);

  • fərdi sahibkarın və ya hüquqi şəxsin özünün istehsal etdiyi məhsullardan hesabat dövründə öz əsas vəsaitlərinə daxil edilmişdir;

  • təsərrüfat üsulu ilə yerinə yetirilmiş tikinti-quraşdırma işləri;

  • kənardan alınmış mallar yüklənmişdir (ƏDV və aksiz rüsumları daxil olmaqla);

  • kənardan alınmış mallar yüklənmişdir (ƏDV və aksiz rüsumları daxil olmadan);

  • fərdi sahibkarın və ya hüquqi şəxsin öz istehsalı olan və özünün qeyri-sənaye bölmələrinə verilmiş sənaye malları;

  • fərdi sahibkarın və ya hüquqi şəxsin öz istehsalı olan və özünün qeyri-kənd təsərrüfatı bölmələrinə verilmiş kənd təsərrüfatı məhsulları;

  • fərdi sahibkarın və ya hüquqi şəxsin pərakəndə ticarət dövriyyəsi;

  • fərdi sahibkarın və ya hüquqi şəxsin ictimai iaşə dövriyyəsi;

  • hesabat ilində fərdi sahibkarın və ya hüquqi şəxsin fəaliyyət göstərdiyi ayların sayı;

  • hesabat verən fərdi sahibkara və ya hüquqi şəxsə məxsus ticarət bölmələrinin sayı və onların ticarət sahəsi;

  • ticarət bölmələrinə məxsus anbarların sayı və onların sahəsi.

  • istehsal olunmuş mallardan satışın həcmi;

  • öz istehsalı olan məhsulun qalıqları (ilin əvvəlinə və ilin sonuna).

Məhsul istehsalına və satışına çəkilən xərclər:

  • alınıb satılmaq üçün malların alınmasına məsrəflər;

  • alınıb satılmaq üçün malların qalıqları (ilin əvvəli və sonuna);

  • il ərzində alınıb satılmaq üçün alınmış malların təbii itkisi;

  • məhsulun (mal, iş və xidmətlərin) istehsalı və satışı üçün xammalın, materialın, yanacağın, enerjinin, yarımfabrikatların və komplektləşdirici məmulatların alınmasına çəkilən məsrəflər;

o cümlədən:

  • yanacağa;

  • enerjiyə;

  • məhsul istehsalı üçün nəzərdə tutulmuş, anbarda olan xammalın, materialın, yanacağın, yarımfabrikatların və komplektləşdirici məmulatların qalıqları (ilin əvvəlinə və sonuna);

  • məhsul istehsalı üçün alınmış, lakin emal olunmadan kənara satılmış xammalın, materialların, komplektləşdirici məmulatların alış dəyəri;

  • təbii xammaldan istifadəyə görə ödənişlər (mineral-xammal bazasının təkrar istehsalına ayırmalar, torpağın rekultivasiyasına ayırmalar, su təsərrüfatı sistemindən təşkilatın götürdüyü suya görə haqq);

  • kənar təşkilatların yerinə yetirdiyi işlər və xidmətlər;

  • əmək (xidmətinə) haqqına çəkilən xərclər;

  • əsas vəsaitlərin amortizasiyası;

  • sosial ehtiyaclara ayırmalar;

  • icarə haqqı;

  • nümayəndəlik xərcləri;

  • məhsulun istehsalı ilə bağlı digər məsrəflər;

  • sifarişçinin emal olunmuş xammal və materiallarının dəyəri;

  • hesabat dövründə başqa hüquqi şəxslərə emal üçün verilmiş xammal və

  • materialların dəyəri;

  • öz istehsalı olan hazır məhsulun qalıqları (ilin əvvəlinə və sonuna);

  • bitməmiş istehsal qalıqları (ilin əvvəlinə və sonuna);

  • valyuta alış və satışı ilə əlaqəli xərclər;

  • reklam xərcləri;

  • bank xidmətlərinə xərclər;

  • faiz xərcləri.

Hesabat ilində iqtisadi fəaliyyət növləri üzrə:

  • işçilərin orta sayı;

  • hesablanmış əmək haqqı fondu;

  • kənara satılmaq üçün nəzərdə tutulmuş malların və xidmətlərin buraxılışı;

  • əsas kapitala investisiyalar.

İnvestisiya fəaliyyəti:

  • əsas kapitala investisiya (yeni əsas vəsaitlər);

      • o cümlədən lizinq üzrə (icarə);

      • ondan ƏDV;

  • digər təşkilatlarda istismarda olmuş əsas vəsaitlər alınmışdır;

  • əsas vəsaitlər satılmışdır;

  • qeyri-maliyyə aktivlərinə investisiyalar;

      • o cümlədən kompüter üçün proqram təminatı;

  • ilin axırına başa çatmamış tikinti.

Baş müəssisə və onun yerli vahidləri haqqında məlumatlar:

  • baş müəssisənin adı;

  • müəssisənin identifikasiya (statistik) kodu;

  • yerləşdiyi ərazi (faktiki, poçt ünvanı);

  • inzibati ərazi bölgüsü təsnifatı üzrə kodu;

  • yerli vahidin N-si (əgər varsa);

  • əsas fəaliyyət növünün İFNT üzrə kodu;

  • işçilərin orta sayı;

  • muzdlu işçilərin sayı (istehsalda, idarə etmədə);

  • əmək haqqı almadan çalışanların sayı (sahibkar, təsisçi, ailə üzvləri);

  • texniki işçilərin sayı (ali və orta təhsilli);

  • xidmətedici işçilərin sayı;

  • işlənmiş iş saatlarının miqdarı;

  • hesablanmış əmək haqqı fondu;

  • kənara satılmaq üçün nəzərdə tutulmuş malların və xidmətlərin buraxılışı;

Fərdi sahibkar və ya hüquqi şəxs tərəfindən məhsul istehsalı və yüklənməsi (məhsul növü üzrə):

  • məhsulun adı;

  • məhsulun kodu;

  • ölçü vahidi;

  • ölçü vahidinin kodu;

  • istehsal edilmişdir;

      • o cümlədən daxili ehtiyaclara sərf edilmişdir;

  • hesabat ilində kənara yüklənmişdir;

  • cəmi natura ifadəsində;

      • o cümlədən sifarişçinin xammalından hazırlanmış məhsul istisna olmaqla;

  • natura ifadəsində;

  • dəyər ifadəsində;

  • malların qalıqları (ilin sonuna və əvvəlinə).

Fərdi sahibkarın və ya hüquqi şəxsin topdan və pərakəndə satışı (məhsul növü üzrə):

  • malların adı;

  • ölçü vahidi;

  • malın kodu;

  • ölçü vahidinin kodu;

  • hesabat ilində yüklənmişdir, natura və dəyər ifadəsində;

  • malların qalığı (ilin əvvəlinə və sonuna);

  • mühafizə və təmir gəlirləri;

  • elan və reklam gəlirləri;

  • komisyon gəlirlər;

  • məhsul, mal və xidmət satışı üzrə ƏDV;

  • kirayə gəlirləri;

  • faiz gəlirləri;

  • sərmayə gəlirləri;

  • xammal, material, tara, yanacaq qalıqlarının dəyəri (ƏDV daxil olmaqla);

  • üzərində dəyişiklik aparılmadan satılmaq üçün alınan malların qalığı (ƏDV daxil olmaqla);

  • sosial vergilər;

  • əlavə dəyər vergisi;

  • mənfəət vergisi;

  • əmlak vergisi;

  • digər.

Tikinti və layihə-axtarış fəaliyyəti:

  • tikinti podratı müqavilələri üzrə öz gücləri ilə yerinə yetirilmiş işlər, cəmi;

      • o cümlədən yeni tikinti, yenidən quraşdırma, genişləndirmə, texniki cəhətdən yenidən silahlanma;

  • əsaslı təmir-cəmi;

      • o cümlədən bina və qurğuların;

      • onlardan, yaşayış binalarının;

  • cari təmir-cəmi;

      • o cümlədən bina və qurğuların;

  • əhalinin sifarişi ilə evlərin (mənzillərin), sair tikililərin təmiri və tikintisi;

      • o cümlədən təmir işləri;

  • tikinti üzrə layihələşdirmə, mühəndis-axtarış işləri üzrə öz gücləri ilə yerinə yetirilmiş işlər;

  • sifarişçinin mədaxil olunmamış materiallarının dəyəri.


Əlavə

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin