1. İnformasiya təhlükəsizliyi anlayışı və əsasları



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə16/63
tarix29.12.2021
ölçüsü0,89 Mb.
#48602
1   ...   12   13   14   15   16   17   18   19   ...   63
muhazire.-informasiya-tehlukesizliyinin-esaslari

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


8.İnformasiya mühafizəsi aparat vasitələri 

Qorumanın  aparat  vasitələrinin  məqsədi  fəaliyyət  sahəsində  istifadə  olunan  texniki 

vasitələrlə  məxfi  informasiyanın  yayılması və sızması,  eləcə də ona  icazəsiz girişin  əldə 

olunması təhlükələrindən qorunmasıdır. 

Aparat  vasitələri  –  verilənlərin  emalı  üçün  istifadə  olunan  texniki  vasitələrdir.  Buraya 

daxildir:  fərdi  kompyuterlər,  hesablama  və  informasiya  məsələlərinin  həlli  zamanı 

informasiyanın avtomatik emalı üçün nəzərdə tutulmuş texniki vasitələr kompleksi

 



periferiya qurğuları  EHM-nin xarici qurğular kompleksi; 

 



fiziki maşın informasiya daşıyıcıları; 

Aparat  mühafizəsi  vasitələrinə  müxtəlif  elektron,  elektro-mexaniki,  elektron-optik 

qurğular aiddirlər. İndiyədək kifayət qədər müxtəlif təyinatlı aparat vasitələri işlənib hazır-

lanmışdır. Buna baxmayaraq, onlardan aşağıdakılar daha geniş yayılmaqdadır:  

 

mühafizə  rekvizitlərini  (kodları,  şirfləri  və  ya  gizlilik  (məxfilik)  səviyyəsini 



identifikasiya edən) saxlamaq üçün xüsusi registrlər

 



qurğunun identifikasiya kodunu avtomatik generasiya edən kod generatorları;  

 



insanın  identifikasiyası  üçün  onun  fərdi  xarakteristikalarını  (səs,  barmaq  izləri) 

ölçən qurğular; 

 

yaddaş  qurğusunda  saxlanan  qiymətləri  informasiyanın  məxfiliyi  səviyyəsini 



təyin edən xüsusi məxfilik bitləri; 

 



verilənlərin  ötürmə  (verilmə)  ünvanlarını  periodik  olaraq  yoxlamaq  məqsədilə 

əlaqə xətlərində informasiya ötürülməsinin qırılma sxemləri. Aparat mühafizəsi vasitələr-

indən xüsusi yeri olan və geniş tətbiq sahəsi verilmiş informasiyanı şifrələmək üçün olan 

qurğularıdır (kriptoqrafik üsullara əsaslanan). 

Hazırda informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə praktikada çoxlu sayda 

aparat vasitələrindən istifadə olunur.  

Funksional təyinatına görə aparat vasitələrini aşağıdakı kimi təsnif etmək olar: 

aşkarlama və müəyyənetmə vasitələri



axtarış və dəqiq ölçmə vasitələri

fəal və passiv müqavimət vasitələri. 



Texniki imkanlarına görə isə informasiyanın qorunmasının aparat vasitələrini iki qrupa 

bölmək olar: 

1.  ümumi  təyinatlı  vasitələr  -  ilkin  qiymətləndirmə  məq-sədilə  qeyri-peşəkarlar 

tərəfindən istifadə üçün nəzər-də tutulmuş vasitələrdir.  



2.  peşəkar  komplekslər  -  sənaye  casusluğu  vasitələrinin  mükəmməl  axtarışını, 

aşkarlanmasını  və  onların  bütün  xarakteristikalarının  çox  dəqiq  ölçülməsini  həyata 

keçirməyə imkan verən aparat vasitələridir.  


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin