1. İnformasiya təhlükəsizliyi anlayışı və əsasları



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə13/63
tarix29.12.2021
ölçüsü0,89 Mb.
#48602
1   ...   9   10   11   12   13   14   15   16   ...   63
muhazire.-informasiya-tehlukesizliyinin-esaslari

 

 

 

 

 


6. Kompüter sistemlərində təhlükələrin əsas növləri və əlamətləri 

 

Təhlükə  dedikdə  sistemə  dağılma,  verilənlərin  üstünün  açılması  və  ya 

dəyişdirilməsi,  xidmətdən  imtina  formasında  ziyan  vurulmasına  səbəb  ola  bilən  istənilən 

hal, şərait, proses və hadisələr nəzərdə tutulur 



Təhlükələrin əsas növləri aşağıdakılardır: 

1. HS-in resurslarından icazəsiz istifadə edilmə: 

- verilənlərdən istifadə edilmə (surət çıxarma, dəyişdirmə, silmə, çap etmə və s.); 

- proqramların surətlərinin çıxarılması və dəyişdirilməsi; 

- sistemə həmlə etmə məqsədilə proqramların araşdırılması. 

2. HS-in rezuslarından düzgün istifadə edilməməsi: 

-  tətbiqi  proqramların  əsas  yaddaşın  onlara  aid  olmayan  bölmələrinə  təsadüfən 

müraciət etmələri; 

- disk yaddaşının sistem bölmələrinə təsadüfi müraciətlər; 

- verilənlər bazasmda səhvən dəyişiliklər edilməsi (səhv verilənlərin daxil edilməsi, 

verilənlərin istinad tamlığının pozulması); 

- istifadəçilərin və xidmətçi heyətin səhv hərəkətləri. 

3. Proqram və aparat vasitələrində səhvlərin aşkar edilməsi. 

4. Rabitə xətlərində və ötürmə sistemlərində verilənlərin ələ keçirilməsi. 

5. Elektromaqnit şüalanmaların icazəsiz qeydə alınması. 

6.  Hesablama  sisteminin  qurğularının,  informasiya  daşıyıcılarının  və  sənədlərin 

oğurlanması. 

7.  Hesablama  sisteminin  komponentlərinin,  informasiyanın  ötürülmə  vasitələrinin 

tərkiblərinin icazəsiz dəyişdirilməsi və ya sıradan çıxarılması. 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin