1 Hesablama maşınları, hesablama sistemləri və arxitektura anlayışı?


Verilənlərin emal sistemləri Proqram təminatı



Yüklə 1,26 Mb.
səhifə23/44
tarix10.01.2022
ölçüsü1,26 Mb.
#51161
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
Komputer Arxitekturası-Cavablar

30.Verilənlərin emal sistemləri Proqram təminatı

Proqramlar 3 sinfə bölünür:



  1. Sistem proqramları;

  2. Tətbiqi proqramlar;

  3. İnstrumental proqramlar (Alqoritmik dillər).

Sistem proqramları kompüteri və ona qoşulan qurguları idarə etmək üçündür. Sistem proqramlarına daxildir:

  1. Əməliyyatlar sistemi;

  2. Örtük proqramları;

  3. Arxiv proqramları;

  4. Antivirus proqramları;

  5. Drayverlər (xarici qurğuları birləşdirən);

  6. Utilitlər s.

Əməliyyat sistemlərinə MS-DOS, Windows 95/98/NT/XP/2000/2003, 7,8, OS/2, Linux, Unix və s. misal göstərmək olar.

Örtük proqramları əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün yaradılan proqramlardır: Misal üçün: NC, Windows 3.1, Widows özü həm əməliyyat sistemidir həm də örtük proqramı.

Arxivator proqramları diskdəki faylların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi ilə onları xüsusi arxiv qovluqlarına yığa bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit proqramlardır. Onların genişlənməsi

.zip, arj, rar - dır.

Antivirus proqramları kompüterdəki virusları təsbit edə bilən, passivləşdirən və silə bilən, eyni zamanda virusların kompüterə daxil olmasının qarşısını alan xüsusi təyinatlı utilit proqramlardır. Misal üçün: Norton Antivirus, Kaspersky, AVP və s. Kompüter virusu özü kiçik həcmli ziyanverici proqram məhsuludur. Virus proqramları Antivirus proqramlarından bir addım qabaqda gedir.

Utilitlər latınca utilitas “fayda” sözündən götürülmüş və ikinci dərəcəli sistem proqramlarını təşkil edən proqramlardır. Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə imkanlarını həyata keçirir və ya özünə məxsus funksiyaları həyata keçirir. Utilitlər aşağıdakı qruplara bölünür:



  1. Kontrol, test və diaqnostika proqramları.

  2. Drayver proqramları.

  3. Arxivator proqramları.

  4. Antivirus proqramları.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin