1 Hesablama maşınları, hesablama sistemləri və arxitektura anlayışı?


Keş yaddaş qurğusu və səviyyələri Keş yaddaş



Yüklə 1,26 Mb.
səhifə17/44
tarix10.01.2022
ölçüsü1,26 Mb.
#51161
1   ...   13   14   15   16   17   18   19   20   ...   44
Komputer Arxitekturası-Cavablar

21. Keş yaddaş qurğusu və səviyyələri Keş yaddaş

Operativ yaddaşa müraciəti sürətləndirmək üçün kompüterlərdə xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Keş yaddaş ı mikroprosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Ondan kompüterin məhsuldarlığını artırmaq üçün istifadə edilir. Kompüterin yaddaşına müraciət zamanı verilənlər keş yaddaşda axtarılır. Buna əsas səbəb odur ki, keş yaddaşına verilənləri axtarmaq üçün edilən müraciət vaxtı operativ yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Kompüterlərdə keş yaddaşın iki növündən istifadə edilir: daxili və xarici. Xarici keş yaddaşı müxtəlif mikrosxemlər üzərində yığılır və operativ yaddaşın işini sürətləndirməyə xidmət edir. Daxili keş yaddaş isə mikroprosessorun daxilində yerləşərək mikroprosessorun daxilindəki reqistrlərin işini sürətləndirir. Belə keş yaddaşlardan ilk dəfə 80486 mikprosessorlarında istifadə edildi. Onların tutumu 8 Mbayt-a bərabər idi. Əslində 3 növ kes yaddaşdan istifadə olunur. Bəzi ixtisaslaşmış meynfreymlərdə və superkompüterlərdə 4cü səviyyəli kes yaddaşdan istifadə olunur. Əsas olan 1ci,2ci,3cü səviyyəli kes yaddaşdır. 1ci səviyə 100kb qədər olan tutumlu yaddaşdır. (L1) Adətən 2ci səviyyəli kes yaddaş prossorun daxilində yerləşir. Kiçik ölçülü olmasına baxmayaraq ən sürətli kes yaddaş hesab olunur. 2ci səviyyəli kes yaddaş tutumu mblarla ölçülür. Adətən mikrosxem halında prosessorla əməli yaddaşın arasında yerləşdirilir. Ana plata üzərinə bərkidilir. 3cü səviyyəli kes yaddaş həcmi çox böyük olur. Kifayət qədər böyük yaddaşa malik olmasına baxmayaraq ən yavaş kes yaddaş növüdür

22) Fləş və virtual yaddaş qurğusu.

Bir neçə illər əvvəl İntel firması təkrar programlaşdırılan yaddaşa EPROM oxşar, xüsusi Fləş yaddaş (flash memory) hazırlamışdır. Bu növ yaddaş DRAM və SRAM-la müqayisədə daha yavaş işləyirsə də,bəzi hallarda onlar sərt diskdə yaddaşı əvəz edə bilirlər. Sərt disk elə bir qurğudur ki, onun mexaniki hissəsi yeyintilərə məruz qala bilər və ya iş zamanı nasazlıqlara yol verə bilər. Fləş yaddaş isə təmiz elektron qurğudur. Flaş yaddaşın çatışmayan cəhəti plataya quraşdırıla biləcək Flaş yaddaş tutumunun məhdud olmasıdır. Müasir kompüterlərin əksəriyyətində Fləş yaddaş BİOS mikrosxemlərində istifadə edilir.

Virtual yaddaşın yaradılma üsulu,sərt diskin bir hissəsinin əməli yaddaş kimi istifadə etməkdən ibarətdir.Virtual yaddaşı yaratmaq üçün əsas şərt, əməliyyat sisteminin virtual disklə iş rejimini təmin etməsidir.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin