1. Fəlsəfənin predmeti və funksiyaları


Fəlsəfədə idrak nəzəriyyəsi



Yüklə 69,24 Kb.
səhifə32/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   25   26   27   28   29   30   31   32   33
Fəlsəfə 1-25

29.Fəlsəfədə idrak nəzəriyyəsi
İnsanın ətraf aləmdə düzgün oriyentasiya götürməsi gerçəkliyin şüurda yenidən hasil edilməsini, cisim və hadisələrin beyində adekvat in’ikasını tələb edir. Öz mahiyyəti e’tibarilə dünyagörüşü problemi olan və fəlsəfənin əsas məsələsinin ikinci tərəfini təşkil edən bu problem idrak nəzəriyyəsi və ya qnoseologiya adlanır.
İdrak nəzəriyyəsi fəlsəfə ilə birlikdə meydana gəlmiş və hər bir fəlsəfi sistemin ayrılmaz tərkib hissəsi olmuşdur. Qədim yunan fəlsəfəsində idrakı və onun təbiətini təhlil etməyin əsasını Demokrit, Platon, Aristotel, Epikür, skeptiklər və stoiklər qoymuşlar. Yeni dövrdə Avropada idrak nəzəriyyəsi F.Bekon, R.Dekart, C.Lokk, B.Spinoza, Q.Leybnits, İ.Kant, D.Didro, G.Hegel, L.Feyerbax tərəfindən inkişaf etdirilmişdir. Müsəlman Şərq ölkələrində isə bir sıra mütəfəkkirlər, o cümlədən Ə.Bəhmənyar, Ə.Sührəvərdi, E. Miyanəci, Ş. Sührəvərdi, S. Urməvi, N.Tusi, M.F.Axundov və başqaları idrak nəzəriyyəsinin zənginləşməsinə öz töhfələrini vermişlər. İdrak problemi müasir fəlsəfədə də mərkəzi yerlərdən birini tutur.
İdrak nəzəriyyəsi idrakın mənşəyi və mahiyyəti, biliyin strukturu və inkişaf qanunları, onun əsası və me’yarı, idrakın pillələri və əsas formaları, elmi tədqiqatın prinsipləri, metod və üsulları haqqında bütöv bir fəlsəfi tə’limdir. Bu tə’lim iki hissədən – in’ikas nəzəriyyəsindən və elmi tədqiqatın metodologiyasından ibarətdir.
İdrak nəzəriyyəsi fəlsəfənin əsas məsələsinə, xüsusən onun ikinci tərəfinə verilən cavabla əlaqədardır. Mə’lum olduğu kimi, fəlsəfənin əsas məsələsinin həmin tərəfi insan şüurunun xarici aləmi dərk etmək qabiliyyətinə malik olub-olmaması məsələsindən ibarətdir. Dünyanın prinsip e’tibarilə dərk edilib-edilməməsi məsələsi insan fikrini əsrlər boyu özünə cəlb edən ən vacib fəlsəfi məsələlərdən olmuşdur.
Fəlsəfə tarixində bu suala cavab vermək cəhdi üç əsas istiqamətin yaranması ilə nəticələnmişdir: fəlsəfi optimizm, skeptisizm və aqnostisizm. Optimistlər dünyanın prinsipcə dərk edilənliyini təsdiq edir, aqnostiklər əksinə, onu qəti inkar edirdilər. Skeptiklər isə prinsip e’tibarilə dünyanın dərk olunanlığını inkar etməsələr də, biliklərin səhihliyinə, həqiqiliyinə şübhə ilə yanaşırlar.
Skeptisizm öz mənşəyini qədim yunan fəlsəfəsindən almışdır. Bu istiqamətə mənsub olan qədim yunan və Roma filosofları belə güman edirdilər ki, predmet haqqında söylənilən ixtiyari mühakimə ona əks qoyulan başqa mühakimə ilə əvəz edilə bilər. Məsələn, fizioloji cəhətdən sağlam adam balın şirin, sarılıq xəstəliyinə tutulmuş adam isə onun acı olduğunu söyləyir. Belə misallara isnad etmək əsasında skeptiklərin çıxardıqları nəticə çox sadə idi: şeylər haqqında biri digərini istisna edən fikir söyləmək mümkün olduğundan həqiqi fılosof şeylərin mahiyyətini dərk etməyə cəhd etməməli və bununla da öz ruhunun rahatlığını pozmamalıdır.
İdrak hər şeydən əvvəl subyektlə obyektin qarşılıqlı tə’siri prosesi olduğundan onun praktiki təbiətini və dialektik xarakterini açmazdan əvvəl “idrak obyekti” və “idrak subyekti” anlayışlarının izahını verək. Bu həm də ona görə vacibdir ki, təfəkkürün varlığa, ruhun təbiətə münasibətindən ibarət olan əsas fəlsəfi məsələ idrak nəzəriyyəsində məhz subyekt və obyektin qarşılıqlı münasibəti kimi təzahür edir. Qeyd edək ki, köhnə materializmin idrakda praktikanın rolu məsələsinə düzgün yanaşa bilməməsinin başlıca səbəbi subyektin mahiyyətinin, onun obyektlə qarşılıqlı tə’sirinin xarakterini düzgün başa düşməməsi idi. Bu materializm insanın sosial mahiyyətini, onun dünyanı dəyişdirməyə qadir olan sosial fəallığını, yaradıcı qabiliyyətini nəzərə almırdı.
Sözün geniş mə’nasında idrakın subyekti konkret cəmiyyət, onun obyekti isə cəmiyyətin və insanın mövcudluğunun və inkişafının zəruri şərti olan təbiətdir.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin