1. Fəlsəfənin predmeti və funksiyaları



Yüklə 69,24 Kb.
səhifə26/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
Fəlsəfə 1-25

23.Fəlsəfədə şuur problemi
Fəlsəfə tarixinin öyrənilməsi bir daha sübut edir ki, şüur prob¬lemi ən çətin və ən müəmmalıdır. İnsanın gözləri qarşısında dünya durur, çoxsaylı predmetlər, onların xassələri, hadisələr və proseslər bu qəbildəndir. Adamlar dünyanın sirlərini öyrənmək, gözəlliklə, bəzən də eybəcərliklərlə rastlaşdıqda öz həyəcanlarının səbəblərini izah etmək, öz fikirlərinin mənbəyini axtarmaq və s. İlə məşğul olmağa çalışırlar. Lakin bütün bunlar – əhval–ruhiyyə, hiss və fikirlər şüur adlanan nə varsa onun vasitəsilə bizə gəlib çatır. Şüur dünyanın mənimsənilməsində insanın yol yoldaşıdır.
Şüur – yalnız insana xas olan xüsusi vəziyyətdir ki, onunla dün¬ya və eyni zamanda insanın özü başa düşüləndir. Şüur – ani olaraq insanın gördüyünü, eşitdiyini, hiss etdiyini, düşündüyünü və yaşa¬dığını əlaqələndirir. Bir çox filosoflar şüuru dünyanın möcüzə¬lər möcüzəsi kimi, insana bəlli edilən ən böyük və ilahi hədiyyə kimi müəyyənləşdirirlər. Yalnız şüur vasitəsilə öz–özünə «mən» kimi təq¬dim olunur. «Mən» isə mənəvi varlığın ən yüksək zirvəsinə yük¬sə¬ləndir. Burada iztirab və məhəbbət, dostluq, sevinc və s. Hissləri mühüm yer tutur. Şüur– dünyanın təkcə möcüzəsi deyil, həmçinin əzab və işgəncəsidir.
Fəlsəfi fikirlər tarixində şüur problemi özünün həllinin iki səviyyəsinə malikdir. Birincisi, hansı şeylərin şüura verilməsi və orada mövcudluğu üsullarının təsviri ilə əlaqədardır. Fəlsəfi dildə bu şüur fenomenin təsviridir. İkincisi, bu məqsəd daşıyır ki, şüurun özünün mümkünlüyü, daha dəqiq desək, fenomeninin özünün izahıdır. Antik və yeni dövr fəlsəfəsində göstərilən səviyyələr fərqləndirilmirdi, ona görə də belə hesab edilir¬di ki, şeylərin şüurda mövcudluğunun üsulları təsvir olunubsa, de¬məli şüurun təbiəti məsələsi həll olunmuşdur.
Materialist Konsepsiya hesab etmişdir ki, şüur materiyanın uzun sürən təkamülünün nəticəsidir. Materiya, təbiət həmişə mövcud olmuş, insan isə daha sonralar meydana çıxmışdır. Şüur isə materiyanın yüksək inkişaf etmiş təzahürünün, insan beyninin xassəsi, məhsuludur.
Qədim fəlsəfənin materialist filosofları: Demokrit, Epikür, Lukretsi Kar və b. İddia etmişlər ki, şüur insan bədənindən asılıdır. 0, “ruh, şüur” insanın anadan olması ilə meydana gəlir. Əgər uşaqda duymaq, hiss etmək zəifdirsə, fikirlər isə yoxdursa, bunlar hamısı bədənin, cismin təkmilləşməsi və inkişafı ilə əlaqədar tədricən yaranır və inkişaf edir ki, təfəkkür meydana gəlir. Bədən zəifdirsə, məhv olub getdikcə şüur zəifləyir, yox olur. Demokrit və Epikürə görə, bədənin səthinin altında incə atomlar təbəqəsi vardır, onlar xarici siqnalı alır, şüura çevirir. Şüurun (ruhun) daşıyıcıları həmin maddi “obrazlardır”, “bədənsiz ruh boş sözdür, əbəsdir”.
Platondan Hegelə qədər, Fixte, Şellinq, Berkli və başqaları real gerçəkliyin şüurdan asılı olduğunu müxtəlif formalarda əsaslandırmağa çalışmışlar.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin