1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə12/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
sosiologiya

Münaqişələrin sosiologiyası. Amerika sosioloqları L.Kozer və K.Mills, alman
sosioloqu R.Darendorf jəmiyyətdə münaqişə probleminə xüsusi diqqət yetirirlər.
Münaqişələrə təsir göstərmək, onu nizamlamaq mümkündür. Sosial münaqişənin əsas
funksiyaları isə aşağıdakılardır:
 Sosial strukturun inteqrasiyası;
 Qruplar daxilində həmrəyliyin qorunub saxlanması;
 İnsanlararası münasibətlərin möhkəmlənməsi;
 Sosial dəyişikliklərin idarə olunması.
14
Son 10-15 ildə münaqişələrin sosiologiysına maraq xeyli artmışdır. Dünyanın müxtəlif
ölkələrində və regionlarında baş verən müxtəlif tipli münaqişələr məsələyə elmi yanaşma
tələb edir.
Fenomenoloci sosiologiya nəzəriyyəsinin nümayəndələri P.Berger, A.Şyuts, T.Lukmann
belə hesab edirlər ki, dünyanın dərk edilməsi, konkret faktların qəbul edilməsi insanın bu
və ya digər hadisələrə nejə qiymət verməsindən asılıdır. Şəraitə, hadisələrə qiymətvermə isə
onun həyat təjrübəsi ilə müəyyən olunur. Avstriya sosioloqu A.Şyutsun fikrinjə, sərvətlər
və mənalar arasındakı fərqlər sosiallaşmanın spesifikası ilə şərtlənir və fərdin hansı
mədəniyyətə, sosial təbəqəyə, peşə qrupuna aid olmasından asılıdır.
Simvolik interaksionizm müasir Qərb sosiologiyasında ən çox diqqəti jəlb edən
jərəyanlardan biridir. Onun banisi, amerikan psixoloqu və sosioloqu J.Mid (1863-1931)
Darvinin ardınja insanın təkamülü nəzəriyyəsini yaratmağa jəhd göstərir. Midin fikrinjə,
insan fəaliyyətinin səjiyyəvi jəhəti simvollardan istifadə olunmasıdır. O, sosial hərəkatın
iki formasını və ya pilləsini göstərir: cestlər vasitəsi ilə ünsiyyət və simvolların vasitəsi ilə
ünsiyyət. Sonunjunu o, funksional və antropoloci baxımlardan izah edir. Funksional izah
etibarlı instinktlərə malik olmadıqları üçün insanların davranışını uzlaşdırmaq zərurəti ilə
bağlıdır. Antropoloci izah isə, insanların ünsiyyəti asanlaşdırmaq üçün simvollar yaradarıq
onlardan istifadə etmələrini nəzərdə tutur.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin