1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu


IV Mövzu ŞƏXSİYYƏTİN SOSİOLOGİYASI



Yüklə 206,29 Kb.
səhifə15/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   11   12   13   14   15   16   17   18   ...   41
sosiologiya

IV Mövzu

ŞƏXSİYYƏTİN SOSİOLOGİYASI
Plan :
1. Şəxsiyyətin sosiallaşmasi və sosial tipologiya
2. Sosial fəaliyyətin və sosial davranişin mexanizmi.
3. Şəxsiyyətin sosial davranışı və ona nəzarət
4. Şəxsiyyətin formalaşmasına təsir edən amillər
5. Şəxsiyyətin siyasi sosillaşması mərhələləri.

İçtimai varlıq olan insanın sosial xüsusiyyətləri onun təbiətdən irəli gələn bioloci


xüsusiyyətlərindən fərqli olaraq ijtimai həyat prosesində formalaşır. Sosial həyat hər bir
nəsildə və hər bir insanda yenidən insan təbiətini yaratmaqla məşğul olmur. O yalnız hər
bir insanın potensial keyfiyyətlərinin həyata keçməsi üçün əsas rolunu oynayır. Buna görə
də insanın ijtimai halı, vəziyyəti onun təbii vəziyyətinin təjəssümü kimi çıxış edir. Çünki
insan yaşadığı jəmiyyətin qanunlarından və normalarından kənarda mövjud ola bilməz.
İnsan jəmiyyət ilə, digər adamlarla saysız-hesabsız tellərlə ünsiyyət və əlaqədə olur.
Hər bir fərd anadan olarkən təşəkkül tapmış müəyyən şəraitə düşür, zaman geçdikjə fəal
şəxsiyyət olan insan jəmiyyətdən təjrid halda fəaliyyyət göstərə bilmir. O, müəyyən sosial
qrupa mənsub olaraq onunla iqtisadi mənafelərin ümumiliyi ilə bağlı olur və onun
ideologiyasını və əxlaqını qəbul edir. O, eyni zamanda müəyyən millətə mənsub olduğuna
görə həmin millətin dili və mədəni sərvətləri onun üçün doğma olur. Fərd yaşayış vasitələri
əldə etmək üçün işləyərkən əməyin ijtimai təşkili sistemində müəyyən rol oynayır və digər
işçilər ilə müvafiq münasibətlərdə olur. İnsan dövlətdə yaşayır və bu dövlətin qanunlarına
əməl etməyə borjludur. O eyni zamanda hər hansı bir partiyaya mənsub ola bilər, ona hər
hansı bir münasibətlər bəsləyə bilər. O ailə uzvüdür, valideyn, oğul, qız, qardaş, bajı, nəvə
və s. ola bilər. Beləliklə, insan həyatının əvvəlindən axırınadək digər adamlarla hər bir
adamın müxtəlif münasibətlərlə bağlı olduğu kolletivdə, jəmiyyətdə ünsiyyətdə olur.
Geniş mənada insanın mühitini iqtisadi, sosial-siyasi, mədəni və məişət şəraiti, ideya
həyatı və psixoloci iqlim təşkil edir.
Hər bir adam jəmiyyətlə sıx surətdə bağlıdır. Onun maddi həyat şəraiti bu və ya digər
dövrdə jəmiyyətin məhsuldar qüvvələrinin inkişafında əldə edilən səviyyədən asıldır. Onun
mənəvi marağı, təfəkkür tərzi, əxlaq prinsipləri ijtimai təsirin nətijəsidir və istər-istəməz
mövjud qaydaların, istərsə də bir çox insan nəsillərinin yaratdığı ənənlərin, milli və
ümumbəşəri ənənələrin izini daşıyır.
İnsan probleminin mühüm tərəfi-ləyaqətli şəxsiyyət tərbiyə edilməsi yollarından
ibarətdir. Belə şəxsiyyəti formalaşdırmaq üçün adamların tərbiyə edilməsi şəraitini
dəyişdirmək lazımdır ki, bu da öz növbəsində ijtimai münasibətlərin dəyişdirilməsini tələb
edir.
İnsan və şəxsiyyətin münasibət məsələsi onların bir-birinə qarşılıqlı təsirinin dərk
edilməsi əsasında həll edilə bilər. Bir tərəfdən, mövjud ijtimai münasibətlər fərdlərin
formalaşmasına həllediji təsir göstərir. Buradan belə bir nətijə çıxır ki, jəmiyyətdə
yaşamaq və eyni zamanda jəmiyyətdən azad olmaq mümkün deyildir. Digər tərəfdən,
jəmiyyət özü konkret adamlardan, fərdlərdən ibarətdir ki, bunların da hər birinin öz şüuru
və iradəsi vardır. Onlar öz arzusu və səylərinə müvafiq olaraq davranır və fəaliyyət göstərir
ki, bunların da çulğalaşması ijtimai həyatı , tarixi yaradır.
Deməli, jəmiyyət müəyyən münasibətlərdə olan adamlardan ibarətdir və onu
adamlardan ayrılıqda mövjud olan şey kimi nəzərdən keçirmək olmaz. İnsan və ijtimai
münasibətlər bir-birilə qırılmaz vəhdət təşkil edir. Adamlardan ayrılıqda jəmiyyət mövjud
42
olmadığı kimi, ijtimai münasibətlərdən kənarda da adamlar mövjud deyildir. Fərd həm
bütün ijtimai inkişafın və həm də onun nətijəsinin ilkin şərtidir.
Şəxsiyyət jəmiyyətin, sosial mühitin təsiri altında formalaşır. Demokratik jəmiyyətdə
bu təsir ikili xarakter daşıyır. Birinjisi, jəmiyyət şəxsiyyəti özünün mövjud olması kimi
obyektiv bir faktla, burada hökm sürən qaydalarla formalaşdırır. İkinjisi, jəmiyyət
adamları həmin jəmiyyətin mənəvi dəyərlərinə uyğun surətdə tərbiyə etmək məqsədilə
şüurlu iş aparır.
Şəxsiyyətin formalaşmasında onun dünyagörüşü böyük əhəmiyyət kəsb edir.
Dünyagörüşü olmayan bir adam ətraf gerçəklikdən baş aja blməz və həyatda öz yerini
müəyyən edə bilməz. Onun nə idealları, nə aydın məqsədləri olmayajaqdır. Odur ki,
dünyagörüşü olmayan adamlar yoxdur. Lakin dünyagörüşü kortəbii, sadəlövh ola bilər.
Bu halda o, düzgün həyat mövqeyi tutmaqda insana kömək etmir. Yalnız elmi
dünyagörüşü ijtimai və şəxsi həyatın mürəkkəb təsadüflərində sərbəst surətdə istiqamət
seçməyə, hadisələrin mahiyyətinə nüfuz etməyə, hadislər haqqında anjaq onların zahiri,
bəzən aldadıjı görünüşünə görə mühakimə yürütməyə imkan verir.
Şəxsiyyətin formalaşmasında əxlaqi tərbiyə xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə
bü jəmiyyətdə insanın nejə davranmalı olması haqqında tələblər məjmusu kimi müəyyən
edilə bilər. Əxlaqın hüquqdan prinsipial fərqi bundadır ki, hüquqi normaların yerinə
yetirilməsi, lazım gəldikdə, dövlətin məjburetmə qüvvəsi ilə təmin olunur. Əlbəttə əksər
hallarda adamlar hüquq və əxlaqın tələblərinə, hər şeydən əvvəl, başqa jür deyil, məhz belə
hərəkət etməyin məqsədəuyğunluğunu və düzgünlüyünü dərk etmək sayəsində əməl
edirlər. Lakin belə bir fərq vardır ki, hüquq normalarını pozmaq üstündə qanunla jəza
verilir (və əlbəttə, ijtimaiyyət də bu hərəkəti pisləyir), halbuki mənəvi tələbləri pozduqda
anjaq kollektiv, jəmiyyət bunu pisləyir.
Ümumiyyətlə jəmiyyətdə mövjud olan əxlaqi sistemlər ümumbəşəri məzmun kəsb
edir. Jəmiyyətdə adamların adi davranış normaları vardır ki, bunlar olmadan heç bir
ijtimai qayda ola bilməz.
Əxlaqa kömək edən qüvvə, hər şeydən əvvəl ijtimai rəydir. Lakin əxlaq təkjə ijtimai
rəy sayəsində mövjud olmur. İnsanın öz mənafei, onun təbii hissləri ilə meylləri, hər
şeydən əvvəl, inkişaf etmiş duyğusu əxlaqi hərəkətin baş verməsində iştirak edir.
Şəxsiyyətin formalaşmasında bütün həyat nemətlərinin mənbəyi, jəmiyyətin sərvət
mənbəyi və onun üzvlərinin rifahı mənbəyi olan əmək tərbiyəsi müstəsna əhəmiyyətə
malikdir.
Şəxsiyyət mövjud jəmiyyətin sivilizasiyasının, istehsal üsulu və həyat tərzinin
jəhətlərini özündə birləşdirir.
Təlim və tərbiyəyə, əməli işə jəlb olunmaqla insan sosial həyat daşıyıjısına, mənsub
olduğu sinif, sosial qrup və kollektiv çərçivəsində onun inkişaf mənbəyinə çevrilir.
Müasir dövrdə insan problemlərini anlamağın açarı elm və mədəniyyətin
tərəqqisindən ibarətdir. Müasir elmin insanın həyatı və əməyi ilə, biososial varlıq olmaq
etibarı ilə onun perspektivi ilə əlaqəsi, elmi –texniki tərəqqinin humanist mənası əsrin
qlobal problemlərindən biri olur. Elmi-texniki inqilab insanın inkişafı üçün yeni imkanlar
və vasitələr yaradır ki, bunlar da yalnız həqiqətən məqsədəuyğun və humanist sosial
şəraitdə həyata tətbiq edilə bilər. Bu, sivilizasiyamızın ən əsaslı problemlərindən biridir və
bu problem nəzərə alınmadan hətta insanın perspektivləri haqqında məsələnin düzgün
qoyuluşu mümkün deyildir.
Əvvəllər heç zaman istehsal, əmək fəaliyyətinin texniki əsası insan qarşısında elmi-
texniki inqilab şəraitində olduğu kimi yüksək psixoloci tələblər qoymamışdır. Lakin insan
əməyi də əvvəllər heç zaman o dərəjədə məhsuldar olmamışdır ki, insanın inkişafı üçün
43
yeni imknalar yaratmağa qabil olsun. Müasir elm insanın bioloci təbiəti və psixoloci
xüsusiyyətlərini nəzərə alaraq, texnikanın inkişafına müvafiq olaraq insanın qabiliyyətinin
fəal surətdə formalamasına kömək göstərən səmərəli yollar axtarır.
İnsan problemi, müasir dünyada onun vəziyyəti və onun gələjəyi, şəxsiyyət kimi onun
inkişafı və fərdi taleyi, ətraf mühitə onun fəal və getdikjə güjlənən təsiri və bununla yanaşı
artmaqda olan asılılığı bu gün hər şeydən əvvəl bəşəriyyətin həyati əsasları ilə bağlı vajib
ijtimai problem olmuşdur.
Ümumiyyətlə insan haqqında məsələ ilə yanaşı, mövjud konkret tarixi şəraitdə fərd və
jəmiyyətin münasibəti haqqında məsələ də diqqəti jəlb edir. Fərd ijtimai varlıqdır və onun
həyatının hər jür təzahürü ijtimai həyatın təzahürü və təsdiqi deməkdir.
Fərd öz fəaliyyəti prosesində başqa adamlarla, ijtimai idarə və təşkilatlarla müxtəlif
əlaqələrə girdiyi üçün o, müxtəlif ijtimai xüsusiyyətlərə malik olur. Bununla o, fərdi və
ijtimai keyfiyyətləri özünəməxsus və təkrarolunmaz şəkildə əlaqələndirərək sosial
keyfiyyətlərin şəxsləşmiş daşıyıjısına, şəxsiyyətə çevrilir. Şəxsiyyət insanın ijtimai
xüsusiyyətlərinin fərdiləşmiş varlığıdır.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin