1 Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri


Bəzz qalasının tutulması. Xürrəmilər hərəkatının süqutu



Yüklə 82,01 Kb.
səhifə39/46
tarix02.01.2022
ölçüsü82,01 Kb.
#43956
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   46
tarix kol

Bəzz qalasının tutulması. Xürrəmilər hərəkatının süqutu
837-ci ildə xəlifə Afşinin köməyinə iki böyük ordu və 30 milyon dirhəm pul göndərdi. Hazırlıq işləri başa çatdıqdan sonra Afşinin qoşunu həmin ilin yayında Bəzz qalasına yaxınlaşaraq qalanı mühasirəyə aldı. Afşin nahaq yerə qan tökülməsini istəmədiyinə görə, döyüşə başlamazdan əvvəl Babəkə sülh təklif etdi. Afşin Babəki inandırmağa çalışırdı ki, bağışlanması haqqında xəlifədən fərman alacaqdır. Afşinin fikrincə, belə sülhə nail olunsa, xəlifə Babək kimi nüfuzlu sərkərdəni öz tərəfinə çəkər və onun

qüvvəsindən Bizansa qarşı müharibədə istifadə edərdi. Lakin Babək əqidəsindən dönmədi. Tərəflər arasında son döyüş daha yaxşı silahlanmış və təchiz olunmuş düşmən üçün əlverişli bir vaxtda, 837-ci il avqustun 26-da Bəzz qalası yaxınlığında başladı:




  • Bəzz qalasının müdafiəsinə Babəkin sərkərdəsi Adin, ərəblərə isə Afşin başçılıq edirdi




  • Düşməndən dəfələrlə az olmalarına baxmayaraq döyüşdə xürrəmilərin igidliyi ərəbləri heyrətləndirdi




  • Ərəblər Bəzz qalasının divarlarını dağıtmaq üçün neftlə isladılmış oxlardan istifadə etdilər




  • Ərəblər Bəzz qalasını çətinliklə tutaraq, Afşinin göstərişi ilə üç gün yandırdılar və 8 min əsir götürdülər




  • Ərəblərdən 100 min, xürrəmilərdən 80 min nəfər həlak oldu




  • Babəkin müttəfiqi Bizans imperatorunun arxadan ərəblərə qarşı hücum cəhdi Bəzz qalası müdafiəçilərinin taleyinə təsir

göstərə bilmədi


Bəzz döyüşü Orta əsrlərin çoxsaylı müharibələri tarixində ən çox insan qırğınına səbəb olan savaşlardan biridir.


Yüklə 82,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin