1 Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri



Yüklə 82,01 Kb.
səhifə3/46
tarix02.01.2022
ölçüsü82,01 Kb.
#43956
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   46
tarix kol

Arxeologiya (yunanca “arxoyos” – qədim, “loqos” elm) qədim dövr haqqında elm deməkdir. Bəşər tarixi arxeoloji qazıntılar zamanı tapılan maddi mənbələr (bina qalıqları, qab-qacaq qırıqları, əşyalar, insan və heyvan sümükləri və sairə) əsasında öyrənilir; •

Antropologiya (yunanca “artropos”- insan, “loqos” elm) insan haqqında elm deməkdir. Ən qədim insan skeletləri əsasında insanların fiziki quruluşunu, onların qadın və ya kişi olduğunu və yaxud hansı irqə, etnosa mənsub olduğunu öyrənir; •Etnoqrafiya (yunanca “etnos” – xalq, “qrafo”- yazmaq) müxtəlif xalqların həyatını və mənşəyini öyrənən elmdir; •

Poleoqrafiya (yunanca “paleo” – qədim, “qrafo” yazıram) qədim yazıları öyrənən elmdir; 19 •



Linqvistika (latınca “lingua”- dil deməkdir) qədim insanların dil problemini öyrənən elmdir; •

Fizika və kimya elmləri. Fiziki aşınmalar və kimyəvi reaksiyalar vasitəsilə qədim dövrə aid tapıntıların yaşı təyin edilir; •

Xronologiya (yunanca “xronos” – zaman, “loqos”- elm) zaman haqqında elmdir, tarixdə baş vermiş hadisələri zaman ardıcıllığı ilə öyrənir.

2 Azərbaycan ərazisində ibtidai icma quruluşu və qədim insan məskənləri


İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. İbtidai icma cəmiyyəti üçün istehsal vasitələri üzərində ümumi mülkiyyətin mövcudluğu, məhsuldar qüvvələrin zəif inkişafı şəraitində kollektiv istehsal və birgə məhsul bölgüsü səciyyəvidir. İbtidai icma quruluşu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun sürmüşdür. Çünki bu dövrdə əmək alətləri sadə, istehsal texnikası aşağı səviyyədə olub, cəmiyyətin təsərrüfat fəaliyyəti təbii mühitdən birbaşa asılı olmuşdur.

İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insanın yarandığı vaxtdan (təxminən 1,5 milyon il bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının yaranmasınadək (eramızdan əvvəl III — I minilliklər) olan bir dövrü əhatə edir.

İbtidai icma cəmiyyətinin arxeoloji baxımdan dövrləşməsi aşağıdakı kimidir: Daş dövrü, Tunc dövrü, Dəmir dövrü.

Daş dövrü bölünür:



  • Paleolit (Qədim daş dövrü) — təxminən 1,5 milyon il bundan əvvəl başlamış və e. ə. XII minilliyə qədər davam etmişdir.

  • Mezolit (Orta daş dövrü) — e. ə. XII — VIII minillildər.

  • Neolit (Yeni daş dövrü) — e. ə. VII — VI minilliklər.

  • Eneolit (Mis — daş dövrü) — e. ə. VI — IV minilliyin ortaları.

  • Tunc dövrü — e. ə. IV minilliyin sonlarından II minilliyin sonlarınadək davam etmişdir.

  • Dəmir dövrü — e. ə. II minilliyin sonları — I minillikləri əhatə edir.

İbtidai icma cəmiyyəti öz inkişafında üç mərhələdən keçmişdir:

  1. ibtidai insan dəstəsi və ya ulu icma;

  2. qəbilə icması;

  3. ibtidai icma quruluşunun dağılması və erkən dövlətlərin yaranması İbtidai insan dəstəsi və ya ulu icma alt və orta paleolitdə (1,5 milyon ildən — 40 min il bundan əvvələ kimi) mövcud olmuşdur. İnsanlar qida əldə etmək və heyvanlardan qorunmaq zərurəti qarşısında 20 — 30 nəfərdən çox olmayan bir dəstə halında birləşirdilər və belə ilkin insan dəstələri Qarabağda (Azıx və Tağlar mağaraları) və Qazax bölgəsində (Damcılı və Daşsalahlı mağaraları) məskən salmışlar. İbtidai insan yem əldə etmək üçün yığıcılıq və ovçuluqla məşğul olurdu və bu, istehlak təsərrüfatı adlanırdı.

Azərbaycanda ilk insan sürüləri (dəstələri) 1,5 milyon il bundan əvvəl meydana gəlmişdir. Azərbaycan ərazisində Daş dövrünün ilk insan məskənləri aşağıdakı abidələr əsasında öyrənilmişdir:

• Qarabağda – Azıx və Tağlar mağaraları

• Kəlbəcərdə - Zar mağarası

• Naxçıvanda – Qazma mağarası

• Qazaxda – Daşsalahlı və Damcılı mağaraları

•Lerikdə - Buzeyir mağarası




Yüklə 82,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin