Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#1710
1   ...   11   12   13   14   15   16   17   18   ...   28
Cəfər ƏLİYEV

Şərurun yaz bərəkəti

    Əsasən, kənd təsərrüfatı rayonu

olan Kəngərli bölgəsində də sahib-

karlıqla  məşğul  olanlar  az  deyil.

İstər  əkinçilik,  istərsə  də  heyvan-

darlıqla məşğul olan fermerlər gös-

tərilən dövlət qayğısından yetərincə

bəhrələnərək öz uğurlarını daha da

artırır, muxtar respublikamızın iqti-

sadi  inkişafına  müəyyən  töhfələr

verirlər. Son illər rayonda balıq ye-

tişdirilməsinə  də  maraq  artıb.  Qa-

rabağlar kəndində “Asnı” qızıl xallı

ala balıq yetişdirmə təsərrüfatı ya-

ratmış  İnşallah  Abbasov  öz  işgü-

zarlığı  ilə  daha  çox  seçilir.  O,  Sa-

hibkarlığa Kömək Fondundan aldığı

217  min  manat  kredit  hesabına

2008-ci ilin iyul ayında geniş təsər-

rüfat yaratmışdır. 

    Kəndin əlverişli coğrafi mövqeyi,

xüsusən də burada çağlayan saf və

bol sulu Asnı çayının imkanları sa-

hibkara  bu  arzusunu  gerçəkləşdir-

məyə  imkan  vermişdir.  İnşallah

Abbasov  Asnı  çayının  hövzəsinə

yaxın  – suyun  mənbəyindən  təx-

minən  150  metr  aşağıda  münasib

yer müəyyənləşdirmişdir. Asnı ça-

yının  hövzəsinə  yaxın  ərazidə  əv-

vəlcə müxtəlif tutuma malik 18 ho-

vuz tikilmişdir. Çayın suyu borularla

davamlı  olaraq  hovuzlara  axıdılır.

Su hovuzlarda lazımi səviyyəni al-

dıqdan sonra öz axarı ilə hovuzların

aşağı  tərəfində  qoyulmuş  çıxıntı-

lardan birbaşa arxa tökülür. Beləliklə,

hovuzlarda  suyun  səviyyəsi  daim

sabit qalır. Digər tərəfdən, hovuz-

lardakı su davamlı olaraq təzələnir

ki,  bu  da  balıqların  bəslənilməsi

üçün zəruri amillərdən biridir. Ho-

vuzları qidalandıran çayın suyu da

itkiyə məruz qalmır, çayın bol su-

yundan Qarabağlarda on hektarlarla

əkin sahələrinin suvarılmasında is-

tifadə olunur.

    Hovuzlardan 9-nun uzunluğu 6,

eni 1 metr, dərinliyi 60 santimetrdir.

Onların paralelində yerləşən 5 ho-

vuzun isə hər birinin uzunluğu 20,

eni 3 metr, dərinliyi 1 metr 10 san-

timetrdir. Sonrakı 4 hovuz daha bö-

yükdür.  Bu  hovuzların  hər  birinin

uzunluğu  50,  eni  3  metr,  dərinliyi

isə  1  metr  20  santimetrdir.  İlkin

olaraq  bu  hovuzlara  60  min  balıq

ötürülmüşdür.

    Təsərrüfatdan əldə olunan qazanc

sahibkarı  daha  da  ruhlandırmışdır.

O, kreditin 57 min manatını qaytar-

mış və hovuzların sayını 50-yə çat-

dırmışdır.  Forel  balığının  dünyada

300 növü var. Sahibkarın təsərrüfa-

tında isə onların on növü yetişdirilir.

Hazırda  burada  2  kiloqram  çəkiyə

qədər 1 milyondan çox balıq bəslə-

nilir. İlkin olaraq satışa 10 ton, keçən

il isə 15 ton balıq çıxarılmışdır. Bu

il həmin rəqəmin 18-20 ton olacağı

gözlənilir.

    İndi balıqçılıq təsərrüfatı 10 min

kvadratmetr ərazini əhatə edir. Tə-

sərrüfatın perspektiv inkişafı burada

əlavə olaraq 8 min kvadratmetr əra-

zidə yeni hovuz və yardımçı binaların

tikilməsini  şərtləndirir.  İnşallah

Abbasov öz fəaliyyətində bütün bun-

ları planlı şəkildə həyata keçirməyi

qarşısına məqsəd qoymuşdur.

    Sahibkar işçilərin məişət şəraitinin

yaxşılaşdırılması qayğısına da qal-

mışdır. İstirahət otağında televizor,

soyuducu  qoyulmuş,  kondisioner

quraşdırılmışdır. Sahibkar Qarabağlar

kəndindən 2 kilometr aralıda yerləşən

balıqçılıq təsərrüfatına təbii qaz və

elektrik xətti çəkdirmişdir. 

    Burada  müasir  tələblərə  cavab

verən laboratoriya da fəaliyyət gös-

tərir. Hər cür texniki avadanlıqlarla

təchiz olunmuş laboratoriyada balıq

kürüləri  üzərində  süni  mayalanma

prosesi aparılır. Süni mayalanmadan

21 gün sonra nəticə bəlli olur. La-

boratoriya şəraitində kiçik balıqlar

15 gün bəslənilir. Daha sonra onlar

müvafiq  hovuzlara  buraxılır.  Belə

ki, həmin balıqlara 4 ay müddətində

hər  gün  8  dəfə  yem  verilir.  Daha

sonra  yemləmə  hər  gün  3  dəfəyə

keçirilir. Balıqlar qarğıdalı, buğda,

arpa kəpəyi, balıq unu, sümük tozu

və balıq yağı qarışığı ilə qidalanırlar.

Yemlər qonşu İran İslam Respubli-

kasından və Türkiyədən alınır. Ba-

lıqlar üçün lazım olan yemin yaxın

gələcəkdə təsərrüfatın özündə istehsal

olunması nəzərdə tutulmuşdur.

    Təsərrüfatın balıq kürüsünə olan

tələbatının artıq daxili imkanlar he-

sabına  ödənilməsinə  başlanmışdır.

Bu il ən azı yarım milyon kürü is-

tehsal  olunması,  250  min  kürünün

isə Türkiyə Respublikasından satın

alınması  planlaşdırılmışdır.  Bu  isə

təsərrüfatı  əlavə  xərclərdən  qurtar-

maqla yanaşı, yeni perspektivlər də

açır. Təsərrüfatın nəzdində balıq kon-

servi istehsal edən müəssisənin ya-

radılması da bunun nəticəsidir. Müəs-

sisə 2010-cu ilin aprel ayından məh-

sul  istehsalına  başlamışdır.  Burada

müşahidə  etdiyimiz  təmizlik,  səli-

qə-sahman ilk baxışdan diqqətimizi

çəkdi. Gördüyümüz mənzərə müəs-

sisədə  sanitar-gigiyenik  normalara

tamamilə əməl olunmasından xəbər

verirdi.  Burada  Rusiya  və  Türkiyə

istehsalı olan müasir texnoloji ava-

danlıqlar quraşdırılmışdır. Müəssisə

ilə  tanış  olarkən  istehsal  prosesini

də  izlədik.  Qeyd  edək  ki,  əvvəlcə

təsərrüfatdakı hovuzlardan istehsala

yararlı  balıqlar  tutularaq  müvafiq

qaydada təmizlənib yuyulur. Sonra

həmin balıqlar standart ölçüdə doğ-

ranaraq  dezinfeksiya  edilmiş  boş

konserv qutularına yerləşdirilir. Bu

zaman  balıq  konservi  üçün  müəy-

yənləşdirilmiş  tərkib  də  qutulara

əlavə olunur. Konserv məhsulunun

dadlı-tamlı  və  eyni  zamanda  key-

fiyyətli olmasında bu tərkib xüsusi

əhəmiyyət daşıyır. Odur ki, konserv

qutularına əlavə olunan tərkibin nor-

maya uyğun olmasına ciddi fikir ve-

rilir.  Bu  proseslər  başa  çatdıqdan

sonra  konserv  qutuları  avtomatik

avadanlıq vasitəsilə bir-bir nömrələnir

və  onların  ağızları  bağlanır.  Daha

sonra  isə  konserv  qutuları  bişirmə

qazanına  yerləşdirilir.  Bişirmə  qa-

zanının işə düşməsi nəticəsində lazım

olan istilik dərəcəsi alınır və buxar

konservləri bişirir. Bişirmə başa çat-

dıqda burada quraşdırılmış cihazlar

avtomatik olaraq siqnal verir. Bişirmə

qazanından çıxarılan konservlər bir

müddət adi temperaturda saxlandıq-

dan sonra etiketlənərək müəssisədəki

soyuducuya yerləşdirilir.




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin