Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#1710
1   ...   20   21   22   23   24   25   26   27   28
Firəngiz HÜSEYNBƏYLİ

Kukla teatrı qastrol səfərindədir

D

ağlar  yerin  dayaq  nöq-

tələridir. O dayaqları isə

Yer  üzünə  Tanrı  vurub.  Elə,

bəlkə də, ona görə Tanrını yük-

səkliklərdə,  çox  yüksəkliklərdə

axtarıb  insan.  Halbuki  bütün

dinlərdə  O,  hər  yerdədir  deyil-

mişdi.  İbadət  edən  insanlara

fikir vermisinizmi? Dinlərin ək-

səriyyətində ibadət edən insan-

ların əlləri göylərə qalxır və nə-

zərləri harasa lap yuxarıya, na-

məlum bir nöqtəyə dikilir. Tür-

kün Göy Tanrı inancı belə, Tan-

rını göydə axtarıb. Folklorşünas

alim Məhsəti İsmayıl “Naxçıvan

əfsanələri”  kitabında  yazır  ki,

türklərin Altay yaradılış dasta-

nına  görə,  Tanrı  Ülgen  Altun

dağda oturur.

    “Nə qədər qəribə olsa da, Allah

hər yerdədir, bizə şah damarımızdan

da yaxındır”, – deyən peyğəmbər-

lərin hər biri də Tanrı ilə əlaqəni

məhz  dağlarda  qurublar.  İbrahim

peyğəmbər  oğlu  İsmayılı  qurban

kəssin deyə, Mina dağına qalxıb,

Musaya  vəhy  Turi-Sina  dağında

gəlib, Məhəmməd peyğəmbərə isə

ilk vəhy Hira dağında. Nuhun gə-

misi Gəmiqayaya toxunanda qarşı

tərəfə boylanaraq Böyük Əyri da-

ğını – Ağrı dağı görüb. Amma ma-

raqlıdır ki, “Nuh tufanı” əfsanəsi

ilə  bağlı  Haçadağ  –  İlandağ  mü-

qəddəs görülüb. 

    Naxçıvanın  ən  məşhur  rəmzlə-

rindən  biri  olan  Haçadağ,  yəqin,

İbrahimin “Mina”sı, Musanın “Turi-

Sina”sı, Məhəmmədin “Hira”sından

əvvəl Nuhun “İlanlı”sı imiş. Bəlkə

də,  onu  müqəddəsləşdirən,  rəmz -

ləşdirən təkcə Nuhun gəmisinin Ağ-

rıdağdan sonra Haçadağa (İlandağ)

dəyməsi deyil. 

    İndi quruluşuna görə “Haçadağ”

adlandırdığımız  dağın  “İlandağ”

adlandırılmasının səbəbi də, bəlkə,

Nuha Tanrıdan vəhy gələrkən onu

ilanların qorumasıdır. Təqiblərdən

Sivr  mağarasına  sığınmaqla  xilas

olmuş Məhəmmədi Allahın hökmü

ilə mağaranın girəcəyini hörən  hö-

rümçəklər  müdafiə  etdiyi  kimi,

Nuhu da elə burda Nuha əcr verən-

lərdən (Nuhəcir – Nəhəcir) ilanlar

qorumuşdu. 

    Culfa rayonu ərazisində yerləşən

2415 metr hündürlüklü bu dağ elə

Nuhun  öz  qövmünə  xitabət  dağı

olmuş, sonradan isə bu inam o dağı

Elandağa çevirmişdi. İlandağın zir-

vəsində iki haça arasında qalın gil

təbəqəsi, ocaq yeri və orta əsrlərə

aid  saxsı  qab  qalıqları  aşkar  edən

tədqiqatçılar qeyd edirlər ki,  İlandağ

qədim  müşahidə  məntəqəsi  kimi

istifadə edilmiş, yaxınlaşan təhlükə

haqqında burada yandırılmış ocaq

vasitəsilə Əlincə qalaya, oradan isə

Çalxanqala və Şapurqalaya məlumat

verilmişdir. 

    Dağın yaxınlığındakı orta əsrlərə

aid xalq arasında “Nəbi qalası” adı

ilə məşhur olan yaşayış yerinin ol-

ması da bu dağın özündə peyğəm-

bərlərdən – nəbilərdən birinin ya-

digarlarını saxladığını deməyə imkan

verir. 


    Məğrur, amma həsrətli baxışlarla

Ağrı dağlarına baxan Haçadağ özün-

də mifoloji düşüncədə bir sədaqət

hekayəsini yaşadır. Deyirlər ki, keç-

mişlərdə  Ağrı  dağı  ilə  Haçadağ

yaxın  qonşu  olublar.  Həmişə  bir-

birini gözlər, mehriban dolanıb ömür

sürərmişlər.  Bir  gün  bu  dağların

arasında bərk mübahisə düşür. İş o

yerə  çatır  ki,  onlar  düşmən  kimi

dalaşmağa başlayırlar. Haçadağ özü-

nü  haqlı  bilib  qəzəbindən  bir  dəli

nərə  çəkir.  Əl  atıb  Ağrıya  güclü

zərbə vurur. 

    Ağrı qonşusunun bu hərəkətinə

dözə bilmir. Özünü toplayıb o da

Haçadağa  özünün  zərbəsini  gös-

tərir. Haçadağın fəryadı yeri-yurdu

götürür.  Ağrının  zərbindən  onun

başı  aralanır.  Deyirlər  ki,  o  vaxt

başı  aralandığından  adı  da  “Ha-

çadağ” qalmışdır (“Əsatirlər, əfsanə

və rəvayətlər” Bakı, “Şərq-Qərb”,

2005).


                           

Ən  maraqlısı  odur  ki,  70  illik

sovet dönəmində Ağrı dağı ilə Ha-

çadağ iki türk elinin həsrətini ifadə

etmişdir. Azərbaycandan Anadoluya,

Anadoludan  Azərbaycana  sevgi

ötürmüşdür bu dağlar.

Ö


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin