Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 232.96 Kb.
Pdf просмотр
səhifə1/3
tarix17.12.2016
ölçüsü232.96 Kb.
  1   2   3

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 62 (20.716)

9 aprel 2013-cü il,  çərşənbə axşamı 

    “Akademik Zərifə Əliyeva qay-

ğıkeş ana, sahib olduğu dəyərlərlə

ali milli ideallara sadiq olan Azər-

baycan qadını və Azərbaycan el-

mini dünyada şöhrətləndirən gör-

kəmli  alimdir.  Onun  elmi  tədqi-

qatları  tibb  elmi  tarixində  o  sə-

bəbdən fövqəladə əhəmiyyət kəsb

edir ki, bu tədqiqatlar praktik əhə-

miyyəti  ilə  minlərlə  insanın  sağ-

lamlığının  qorunmasına  xidmət

edib”.  Bu  fikirlər  dünən  AMEA

Naxçıvan Bölməsinin Bioresurslar

İnstitutunda  keçirilən  elmi  kon-

fransda səsləndirilib. 

    Konfransı  giriş  sözü  ilə  açan

bölmənin sədri, akademik İsmayıl

Hacıyev qeyd edib ki, Azərbaycan

Respublikasının  Prezidenti  cənab

İlham Əliyevin “Akademik Zərifə

Əliyevanın 90 illik yubileyinin ke-

çirilməsi haqqında” Sərəncamı res-

publikamızda tibb elminin inkişafına

mühüm  töhfələr  verərək  oftalmo-

logiyanın aktual problemlərinə dair

sanballı tədqiqatları ilə böyük şöhrət

qazanmış  akademik  Zərifə  xanım

Əliyevanın xalqımız və dünya elmi

qarşısında mühüm xidmətlərinin nə

qədər  böyük  olduğunu  göstərir.

Vurğulanıb ki, onun elmi-pedaqoji

və ictimai fəaliy-

yəti  həkimlərin

yeni  nəslinin  ye-

tişməsinə və Azər-

baycanda oftalmo-

logiya elminin in-

kişafına güclü təsir

göstərib. 

Konfransda

AMEA Naxçıvan

Bölməsinin  Bio-

resurslar  İnstitu-

tunun şöbə müdiri, biologiya elmləri

doktoru, professor Əliyar İbrahimov

“Akademik Zərifə Əliyevanın həyat

yolu”,  həmin  institutun  direktoru,

AMEA-nın müxbir üzvü, Əməkdar

elm xadimi  Tariyel Talıbov “Aka-

demik Zərifə Əliyevanın elmi fəa-

liyyəti”, aparıcı elmi işçisi, biologiya

üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə

Salayeva “Qayğıkeş ana və sədaqətli

ömür-gün  yoldaşı”,  şöbə  müdiri,

kənd  təsərrüfatı  elmləri  doktoru

Varis  Quliyev  “Akademik  Zərifə

Əliyeva xatirələrdə”  mövzularında

məruzələr ediblər. 

    Məruzələrdə  qeyd  olunub  ki,

1923-cü  il  aprelin  28-də  Şahtaxtı

kəndində dövrünün görkəmli dövlət

və ictimai-siyasi xadimi, elm fədaisi

Əziz  Əliyevin  ailəsində  anadan

olan Zərifə Əliyeva gələcək taleyini

tibb  elminə  həsr  etməyi  qarşısına

məqsəd  qoyub,  1942-ci  ildə  orta

məktəbi  bitirdikdən  sonra  Azər-

baycan  Dövlət  Tibb  İnstitutunun

Müalicə-profilaktika  fakültəsinə

daxil olub. O, 1947-ci ildə institutu

əla qiymətlərlə bitirib. Həmin dövr-

də Azərbaycanda  gözü  zədələyən

və ağır nəticəyə, hətta tam korluğa

səbəb olan traxoma infeksion xəstə -

liyi geniş yayılmışdı. Belə bir dövr-

də Zərifə xanım traxoma xəstəliyinə

qarşı aparılan müalicəvi və profi-

laktik tədbirlərin təşkilində və ke-

çirilməsində fəal iştirak edir, Azər-

baycanda traxoma xəstəliyinin daha

geniş yayıldığı rayonlara gedir, hə-

kim-oftalmoloqlara məruzələr oxu-

yur, əhali arasında çoxlu söhbətlər

aparırdı.

    Bu xəstəliyin müalicəsi yollarını

aşkara çıxarmaq arzusu onu Moskva

şəhərinə  aparır  və  Zərifə  xanım

Ümumittifaq  Mərkəzi  Həkimləri

Təkmilləşdirmə İnstitutunda ikiillik

ixtisaslaşdırma kursunda həkim-of-

talmoloq ixtisasına yiyələnir. O, ix-

tisaslaşdırma kursunu müvəffəqiy-

yətlə bitirdikdən sonra Vətənə qa-

yıdır,  1949-cu  ildən  başlayaraq

Azərbaycan  Elmi-Tədqiqat  Göz

Xəstəlikləri  İnstitutunda  elmi  işçi

kimi  fəaliyyətə  başlayır,  1950-ci

ildə  isə  aspiranturaya  daxil  olur,

praktik  əməli  həkim  fəaliyyəti  ilə

yanaşı, elmi axtarışlarını da davam

etdirir. Müxtəlif göz xəstəliklərinin

müalicəsi və profilaktika tədbirlə-

rinin işlənib hazırlanması ilə məşğul

olan Zərifə xanım elmi fəaliyyətinin

ilk  mərhələsini  traxoma  infeksion

xəstəliyinin müalicəsinə həsr edir.

Beləliklə, Zərifə xanımın ilk elmi

araşdırmalarının mövzusunu həyat

özü müəyyənləşdirir.

    Zərifə xanım təkcə elm xadimi

kimi deyil, Azərbaycana rəhbərlik

etmiş  dünya  şöhrətli  siyasətçi,

ümummilli  lider  Heydər  Əliyevin

həyat yoldaşı kimi fəal ictimai möv-

qeyi ilə seçilib.

    Konfransa  akademik  İsmayıl

Hacıyev yekun vurub.

Azərbaycan elminə şöhrət gətirən görkəmli oftalmoloq alim

    Naxçıvan  Dəmir  Yolu  Nəqliy-

yatında  Polis  Şöbəsində  “Heydər

Əliyev və Azərbaycanın daxili işlər

orqanları”  mövzusunda  tədbir  ke-

çirilmişdir.  Tədbiri  şöbənin  rəisi,

polis  polkovnik-leytenantı  Səbuhi

Hüseynov  açmışdır.  Bildirmişdir

ki,  ümummilli  liderimiz  Heydər

Əliyev həyatımızın bütün sahələri

kimi, hüquq-mühafizə orqanlarının,

o cümlədən daxili işlər qurumlarının

fəaliyyətinə qayğı ilə yanaşır, onların

problemlərinin yerindəcə həll olun-

masına diqqət göstərirdi. 

    Tədbirdə Naxçıvan Muxtar Res-

publikası Daxili İşlər Nazirliyinin

Kadrlar  şöbəsinin  baş  inspektoru,

polis  mayoru  Pərviz  Qəribov

“Ümummilli lider müasir Azərbay-

can dövlətinin banisi və qurucusu-

dur”,  nazirliyin  Sıravi  Kiçik  Rəis

Heyəti  Hazırlayan  Məktəbin  baş

müəllimi,  polis  leytenantı  Xəqani

Nəsirov “Heydər Əliyev və Azər-

baycanın daxili işlər orqanları” möv-

zularında məruzələr etmişlər.

    Məruzələrdə qeyd olunmuşdur

ki, görkəmli dövlət xadimi Heydər

Əliyev 1969-cu ildə Azərbaycana

rəhbər seçilənə qədər respublikanın

digər sahələrində olduğu kimi, hü-

quq-mühafizə orqanları sistemində

də  bir  durğunluq  hökm  sürürdü.

Dahi rəhbər hakimiyyətə başladığı

ilk  günlərdə  bu  sahənin  inkişaf

etdirilməsi  üçün  təxirəsalınmaz

tədbirlərin həyata keçirilməsini tə-

min  etmişdir.  1973-cü  ildə  şəxsi

prinsipiallığı və əzmkarlığı hesa-

bına Bakıda Cəmşid Naxçıvanski

adına Hərbi Liseyin yaradılmasına

nail olmuşdur. Bakı Milis Məktəbi

kimi  təsis  edilən,  1957-ci  ildən

Bakı  Xüsusi  Orta  Milis  Məktəbi

kimi  fəaliyyətini  davam  etdirən

bu təhsil müəssisəsinin bazasında

Azərbaycan  Polis  Akademiyası

yaradılmışdır. 

    Qeyd olunmuşdur ki, ulu öndər

Heydər Əliyev daxili işlər orqanla-

rının fəaliyyətində əsaslı islahatlar

aparılmasını diqqət mərkəzində  sax-

layırdı. Dahi rəhbərin bu istiqamətdə

həyata keçirdiyi tədbirlər hesabına

ölkədə baş verən cinayətlərin sayı

minimuma endirilmişdir. “Polis haq-

qında” Qanunun qəbulu, 2 iyul ta-

rixinin “Azərbaycan Polisi Günü”

elan edilməsi dahi şəxsiyyətin daxili

işlər orqanlarına böyük qayğısının

ifadəsidir.

    Məruzələr ətrafında şöbə əmək-

daşlarının çıxışları olmuşdur. 



Heydər Əliyev və Azərbaycanın daxili işlər orqanları

    Naxçıvan  Muxtar  Respublikası

Ədliyyə  Nazirliyi  Ordubad  rayo-

nunda  “Qeydiyyat  və  notariat  sa-

həsində aparılan əməliyyatlarda qa-

nunvericiliyin tələbləri” mövzusunda

seminar-müşavirə keçirib.

    Ordubad  Rayon  İcra  Hakimiy-

yətinin akt zalında  keçirilən semi-

nar-müşavirəni giriş sözü ilə rayon

İcra Hakimiyyəti başçısının müavini

Etibar İsmayılov açıb, Ədliyyə Na-

zirliyinin əməkdaşlarından Səyyub

Kərimovun,  Ayaz  Məhərrəmovun

çıxışları olub. Çıxışlarda qeyd edilib

ki, notariat hərəkətlərinə görə qəbul

edilmiş dövlət rüsumu iki bank günü

ərzində büdcəyə köçürülməli, dövlət

notariusu və əməliyyat aparan icra

nümayəndəsi  qanunvericiliyin  tə-

ləblərinə əməl etməlidirlər. Müraciət

etmiş şəxslərin şəxsiyyəti müəyyən

edilməli,  əməliyyat  rəsmiləşdirilən

zaman  vətəndaşların  şəxsi  iştirakı

təmin olunmalıdır.

    Çıxışlardan  sonra  tədbir  işti-

rakçılarını  maraqlandıran  suallar

cavablandırılıb.



Xəbərlər şöbəsi

Ədliyyə Nazirliyi Ordubadda 

seminar-müşavirə keçirib

    Heydər  Əliyev  Muzeyində  ümummilli  liderimizin  90  illik  yubileyi

münasibətilə keçilən açıq dərslər və ekskursiyalar davam edir.

    Dünən Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri Heydər

Əliyev Muzeyində olub, açıq dərsdə iştirak ediblər.

     Dərsdə məktəbin tarix

müəllimi Vüsalə Aslanova

ulu  öndərimizin  ictimai-

 siyasi fəaliyyəti haqqında

danışıb. O bildirib ki, Azər-

baycan  iqtisadiyyatında

transmilli  şirkətlərin  işti-

rakına  ümummilli  lider

Heydər Əliyevin siyasi ira-

dəsi  ilə  1994-cü  ilin  20

sentyabrında 8 ölkənin 11

şirkəti ilə birlikdə Xəzər dənizinin ölkəmizə aid hissəsində bir sıra kar-

bohidrogen yataqlarının işlənməsini nəzərdə tutan tarixi sazişin – Əsrin

müqaviləsinin imzalanması ilə start verilib. Azərbaycan neftinin dünya

bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu

ildə  isə  Bakı-Supsa  ixrac  neft  kəmərlərinin  istismara  verilməsinə  və

Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  neft  kəmərinin  inşası  ilə  bağlı  sazişin

imzalanmasına nail olunub.

    Qeyd edilib ki, Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının

istismarı ildən-ilə genişlənir və bunun nəticəsində Azərbaycan özünün

enerji təhlükəsizliyini tam şəkildə təmin edib. Dünyanın enerji təminatında

da ölkənin xüsusi çəkisi və strateji əhəmiyyəti yüksəlir. Eyni zamanda

“Şahdəniz” yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azər-

baycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq

növünü  beynəlxalq  bazarlara  ixrac  etmək  imkanını  əldə  edib.  Qaz

nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru

kəmərinin fəaliyyəti sayəsində Azərbaycan Qərbin mühüm qaz ixracatçısına

və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Neft

strategiyasının  həyata  keçirilməsinin  ilk  illərində,  ilk  növbədə,  Bakı-

Novorossiysk  və  Bakı-Supsa  boru  kəmərləri  yenidən  qurulub,  sonra

neftin  və  qazın  etibarlı  və  irimiqyaslı  ixracını  təmin  etmək  məqsədilə

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum

qaz  boru  kəmərləri  tikilərək  istismara  verilib.  Bakı-Tbilisi-Ceyhan  və

Bakı-Tbilisi-Ərzurum  boru  kəmərlərinin  fəaliyyət  göstərməsi  və  bu

kəmərlər ilə neftin və qazın nəqlinin ildən-ilə genişlənməsi neft strategi-

yasının mühüm qələbəsi kimi qəbul edilir. 

    Vüsalə Aslanova deyib ki, ulu öndərimizin əsasını qoyduğu layihələrin

uğurla reallaşması, hər bir sahəyə olduğu kimi, təhsilə də müsbət təsir

göstərir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda yeni-yeni məktəb

binaları tikilir, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir.

Şagirdlər daha yaxşı şəraitdə təhsil alır, gələcəyə böyük ümidlə baxır,

nailiyyətlər  əldə  edirlər.  Bütün  bunlar  ulu  öndər  Heydər  Əliyevin

uzaqgörən siyasətinin bəhrələridir.

    Açıq dərsdən sonra məktəbin şagirdləri dahi rəhbərin  həyat yolunu,

çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar. 



Heydər Əliyev Muzeyində növbəti açıq dərs

Aprelin  8-də  Bakıda  “Cənubi  Qafqazın  və  Mərkəzi  Asiyanın  gələcəyi  ilə  bağlı  strateji  dialoq”

mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılışında

iştirak etmişlər.

Dünyanın  diqqəti  növbəti  dəfə  Azərbaycana  yönəlmişdir.  Son  illərdə  beynəlxalq  tədbirlərə  yüksək

səviyyədə  ev  sahibliyi  edən  Bakı  Dünya  İqtisadi  Forumunun  iştirakçılarını  qəbul  etmişdir.  Dünyanın

iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bir

araya gələrək, bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmək üçün mərkəz kimi məhz

Bakını  seçmişlər.  Dünya  İqtisadi  Forumunun  Bakıda  keçirilməsi  barədə  ümumi  razılıq  yanvarın  23-də

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Davosda  Dünya  İqtisadi  Forumunun  təsisçisi  və

icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdir.

*   *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Albaniya Respublikasının Baş naziri

Sali Berişanı qəbul etmişdir.

*   *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçiusu qəbul etmişdir.

*   *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də “Statoil” şirkətinin baş icraçı direktoru Helge Lundu qəbul etmişdir.

Rəsmi xronika


2

    

Azərbaycan  Respublikası  Səhiyyə

Nazirliyinin  M.A.Topçubaşov  adına

Elmi-Cərrahiyyə  Mərkəzinin  Uşaq

ürək  mərkəzində  fəaliyyət  göstərən

uşaq kardioloqu, tibb üzrə fəlsəfə dok-

toru  Elnur  İmanov  ötən  ilin  mart

ayından  etibarən  mütəmadi  olaraq

muxtar respublikamıza dəvət edilərək

yerli həkimlərlə bərabər anadangəlmə

ürək  qüsurlu  uşaqların  müayinə  və

müalicəsini aparır.

    Təcrübəli mütəxəssis tərəfindən Nax-

çıvan Diaqnostika-Müalicə Mərkəzində

indiyədək  muxtar  respublikanın  şəhər

və rayonlarından gətirilmiş  onlarla mü-

rəkkəb ürək qüsurlu xəstə müayinə və

müalicə edilmişdir. Bu müddətdə xəstələr

üzərində exokardioqrafiya müayinələri,

invaziv  üsulla  anadangəlmə  ürək  qü-

surlarının müalicəsi, ağciyər arteriyası

və aorta stenozunun əməliyyatsız yollarla

açılması,  Botal  axacağın,  qulaqcıq  və

mədəciklərarası çəpər qüsurlarının  əmə-

liyyatsız yollarla bağlanması, Fetal exo-

kardioqrafiya  və  digər  tibbi  proseslər

həyata keçirilmişdir.

    Ötən həftənin şənbə və bazar günləri

isə  Diaqnostika-Müalicə  Mərkəzində

6 xəstənin EXO və elektrokardioqrafiya

müayinəsi və invaziv yolla müalicəsi

aparılmışdır. Xəstələrdən Şəlalə Meh-

diyevanın və İnci Baxşısoyun pulmonar

balon-valvuloplastika  əməliyyatı  ilə

tam sağalmasına nail olunmuşdur. Mər-

kəzin  kardioloq-həkimi  Nail  Mehba-

lıyevin də yaxından iştirak etdiyi əmə-

liyyatların birində yaş və çəki cəhətdən

çox kiçik – ağciyər arteriyasının qapaq

səviyyəsində darlığı olan bir xəstənin

döş qəfəsi yarılmadan müalicəsi həyata

keçirilmişdir. Əməliyyatlar uğurlu alın-

mış və xəstələr 24 saatlıq müşahidədən

sonra evlərinə göndərilmişlər.

    Elnur  İmanov  növbəti  aylarda  da

Naxçıvanda xəstə qəbulu və müalicəsini

davam etdirəcəkdir.



Naxçıvanda anadangəlmə ürək qüsurlu uşaqların

müayinə və müalicəsində uğurlu addımlar atılır

    İnsan  dünyaya  bir  dəfə  gəlir.

Gəlir ki, şərəfli və dəyərli bir ömür

yaşasın. Vətənə, torpağa məhəbbəti,

təmiz mənəviyyatı, xalqa sədaqətli

xidməti ilə yaddaşlarda qalsın. Be-

lələrinin yaşadıqları bitib-tükənmir,

əməlləri,  xeyirxah  işləri  daim  xa-

tırlanır.  Tarixdə  bu  cür  insanların

həyat yolu gələcək nəsillərə örnək,

nümunə  olur.  Görkəmli  oftalmo-

loq-alim, akademik Zərifə Əliyeva

da məhz belə bir ömür yaşamışdır.

Zərifə xanımın fitri istedada malik

novator alim, pak və nadir bir insan

kimi yaşadığı ömür, keçdiyi şərəfli

həyat yolu hər bir Azərbaycan və-

təndaşı, hər bir alim və həkim üçün

həyat və mənəviyyat dərsi, kamillik

və müdriklik məktəbidir. Onun zən-

gin elmi irsi, oftalmologiyanın müx-

təlif sahələri üzrə apardığı tədqiqatlar,

qazandığı nailiyyətlər, yaratdığı fun-

damental  əsərlər  Azərbaycan  tibb

elminin parlaq səhifəsidir.

    Filosofların fikrinə görə, şəxsiy-

yətin yetişməsində başlıca amillərdən

biri də onun formalaşdığı mühitdir.

1923-cü il aprelin 28-də qədim Nax-

çıvan  diyarının  Şahtaxtı  kəndində

görkəmli dövlət və elm xadimi, tibb

elmləri doktoru Əziz Əliyevin ailə-

sində dünyaya göz açan Zərifə xa-

nımın cəmiyyət üçün layiqli insan

kimi yetişməsində boya-başa çatdığı

ziyalı mühitinin böyük təsiri olmuş-

dur.  Zəngin  və  davamlı  maarifçi

ənənələri olan ziyalı ailəsinin özü-

nəməxsus tərbiyə üsulları onu hələ

uşaq yaşlarından, məktəb illərindən

etibarən elmə, işıqlı ideallara doğru

istiqamətləndirmişdir.

    İstedad, zəhmət və ağılla qaza-

nılan uğur illər keçdikcə zənginləşir

və ondan bütün cəmiyyət yararlanır.

Zərifə  xanım  da  həyat  uğurlarına

məhz  bu  keyfiyyətləri  sayəsində

nail olmuşdu.  O, 1942-ci ildə Ba-

kıda  orta  məktəbi  əla  qiymətlərlə

bitirmiş və elə həmin il Azərbaycan

Dövlət Tibb İnstitutunun Müalicə-

profilaktika  fakültəsinə  daxil  ol-

muşdur. Ali təhsil illərində özünə-

məxsus fitri istedadı, dərin zəkası,

geniş dünyagörüşü, iti məntiqi tə-

fəkkürü, təvazökarlığı, sadəliyi və

insanpərvərliyi ilə tələbələr arasında

dərin hörmət qazanmış, professor-

müəllim  heyətinin  diqqətini  cəlb

etmişdir. Fundamental tibbi biliklərə

dərindən  yiyələnən  Zərifə  xanım

Əliyevanın qəlbində insanların göz-

lərinə  nur  bəxş  etmək  amalı  baş

qaldırmışdı  və  O,  öz  gələcək  fəa-

liyyətini  tibbin  oftalmologiya  sa-

həsinə həsr etməyi qarşısına məqsəd

qoymuşdur.  Görünür,  son  dərəcə

zəriflik  və  incəlik,  həssaslıq  və

nəciblik  tələb  edən  göz  həkimliyi

Zərifə  xanımın  təbiətindəki  nadir

xüsusiyyətlərə daha yaxın idi.

    O, ötən əsrin 50-ci illərində öz

xeyirxah  sənəti  ilə  əsl  vətəndaş

mövqeyində dayanaraq xalqımızın

bəlasına  çevrilmiş  traxoma  xəstə-

liyinin  qarşısını  almaq  üçün  ciddi

və məqsədyönlü müalicə-profilak-

tika tədbirlərinin həyata keçirilməsi

istiqamətində  mübarizəyə  başla-

mışdır. İnsanları korluq əzabından

qurtarmaq  zərurətindən  doğan  bu

şəfqətli tədbirin həyata keçirilməsi

ağır  zəhmət  və  uzun  zaman  tələb

edirdi. Onun mövcud müalicə üsul-

ları ilə yanaşı, o dövrün güclü anti-

biotiki hesab edilən sintomisindən

istifadə etməklə müalicə üsullarını

həyata keçirməsi bu ağır xəstəliyin

qarşısının  alınmasında  başlıca  rol

oynamışdır. Zərifə xanım Əliyeva

1959-cu ildə “Traxomanın digər te-

rapiya üsulları ilə birlikdə sintomi-

sinlə  müalicəsi”  mövzusunda  na-

mizədlik dissertasiyasını müvəffə-

qiyyətlə müdafiə etmiş və tibb elm-

ləri  namizədi  alimlik  dərəcəsi  al-

mışdır. Onun qələmə aldığı “Tera-

pevtik  oftalmologiya”,  “Oftalmo-

logiyanın  aktual  məsələləri”,  “İri-

dodiaqnostikanın əsasları” kitabları

bu gün də oftalmoloqların ən çox

müraciət  etdikləri,  oxuyub  fayda-

landıqları əsərlərdəndir.

    Zərifə xanım Əliyeva ciddi elmi-

tədqiqat işləri, mürəkkəb cərrahiyyə

əməliyyatları ilə yanaşı, elmi-peda-

qoji  fəaliyyətini  də  uğurla  davam

etdirmişdir. Görkəmli alim 1967-ci

ildə Əziz Əliyev adına Azərbaycan

Dövlət  Həkimləri  Təkmilləşdirmə

İnstitutunun Göz xəstəlikləri kafed-

rasına  dəvət  olunmuş,  həmin  ka-

fedranın müdiri vəzifəsində çalışan

Zərifə xanım bu institutda dosent-

likdən elmin ən yüksək zirvəsi hesab

edilən akademikliyə qədər yüksəl-

mişdir. 1977-ci ildə Bakıda Zərifə

Əliyevanın  təşəbbüsü  ilə  Ümum -

ittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə

Heyətinin  plenumu  keçirilmişdir.

Bu plenum alimin daha bir keyfiy-

yətini qabarıq şəkildə üzə çıxarmış,

Zərifə xanımın təşkilatçılıq bacarığı

nəticəsində tədbir gözlənildiyindən

də yüksək səviyyədə keçirilmişdir.

Bakıda ilk dəfə olaraq belə bir ittifaq

miqyaslı plenumun keçirilməsi Azər-

baycanda  oftalmologiya  elminin

yeni inkişaf mərhələsinə qədəm qoy-

masına güclü təkan vermişdir. Zərifə

xanım oftalmologiya elminin inkişafı

yolunda  əldə  etdiyi  nailiyyətlərə,

görmə orqanının peşə patologiyası

sahəsində apardığı uğurlu elmi-təd-

qiqat işlərinə görə 1981-ci ildə SSRİ

Tibb Elmləri Akademiyasının aka-

demik M.Averbax adına mükafatına

layiq görülmüşdür.

    Akademik Zərifə Əliyeva 160-dan

çox elmi əsərin, 10 monoqrafiyanın,

12 səmərələşdirici təklifin, dərs və-

saitlərinin  müəllifidir.  Görkəmli

alim gənc nəslin təlim-tərbiyəsində,

yüksək  səviyyəli  həkim-oftalmo-

loqların, professional elmi kadrların

yetişdirilməsində də böyük xidmətlər

göstərmiş, onlarla elmlər doktorunun

və elmlər namizədinin rəhbəri olmuş

və  böyük  bir  elmi  məktəb  yarat-

mışdır. Akademik oftalmologiya el-

mində əldə etdiyi nailiyyətlərə, xal-

qımızın  sağlamlığı  keşiyində  da-

yanan çoxsaylı həkim-oftalmoloq-

ların yetişdirilməsində əvəzsiz xid-

mətlərə görə “Azərbaycanın əmək-

dar elm xadimi” fəxri adına layiq

görülmüşdür. Zərifə xanımın elmi

fəaliyyətini yüksək qiymətləndirən

ulu  öndərimiz  Heydər  Əliyev  de-

yirdi: “Zərifə  xanımın  tibb  elmi



sahəsində  xidmətlərindən  biri  də

göz müalicəsi, tədqiqatı idi. Mənə

belə gəlir ki, onun iki dəyərli irsi

vardır. Birincisi, Azərbaycanda ilk

dəfə  deontologiyanı  bir  elm  kimi

meydana  atıbdır.  İkincisi,  Zərifə

xanım çalışıb ki, bizim gələcək nə-

silləri irsi xəstəlikdən xilas etsin,

sağlamlaşdırsın”.

    Görkəmli alimin maraqlı müha-

zirələri, məruzələri, çıxışları həmişə

yeniliyi  və  orijinallığı  ilə  diqqəti

cəlb  etmişdir.  O,  səhiyyədə  kadr

hazırlığına və həkimlərin ixtisasının

təkmilləşdirilməsinə  böyük  əmək

sərf etmiş, tələbələrinə zəngin həyat

təcrübəsini öyrətmiş, onlara böyük

həvəslə  elmi  biliklər  aşılamışdır.

Zərifə Əliyevanın əldə etdiyi elmi

və praktik nailiyyətləri bu gün çox

həvəslə muxtar respublikanın səhiyyə

sistemində  tətbiq  olunur.  Belə  ki,

ilk dəfə olaraq traxoma xəstəliyinin

müxtəlif  mərhələlərdə  sintomisin

emulsiyası ilə müalicə metodu, gö-

zün herpetik xəstəlikləri, virus kon-

yuktivitləri, göz yaşı yolları xəstə-

likləri, şəkər retinopatiyası, qlaukoma

və  başqa  xəstəliklərdə  akademik

Zərifə  Əliyevanın  təklif  etdiyi  iri-

dodiaqnostika  müayinəsi,  yeni  te-

rapevtik və cərrahi müalicə üsulları

geniş tətbiq edilərək yüzlərlə insanın

gözünə nur qaytarmışdır. Azərbaycan

oftalmologiyasının bir hissəsi olan

Naxçıvan oftalmologiyası ilk dövrdə

mərkəzdən gələn kadrlar tərəfindən

təşkil və idarə olunsa da, XX əsrin

ikinci yarısında bu sahədə çoxlu və

bacarıqlı yerli kadrlar ordusu yetiş-

miş  və  Naxçıvan  oftalmologiyası

lazımi səviyyəyə qaldırılmışdır. Bu

nailiyyətlərin əldə edilməsində isə

akademik Zərifə xanım Əliyevanın

xidmətləri əvəz olunmazdır.

    Zərifə  xanım  əsl  mənəvi  saflıq

nümunəsi idi. O, xəstələri klinikadan

kənarda da qəbul edir, məsləhətlər

verir, heç kəsi ümidsiz yola salmırdı.

Zərifə Əliyevanın 1983-cü ildə çap-

dan çıxmış “Həkimlərin mənəvi tər-

biyəsi, deontologiya, tibbi etika və

əxlaq məsələləri” əsəri hər bir tibb

işçisi  üçün  stolüstü  kitabdır.  Hə-

kim-xəstə münasibətinə xüsusi diqqət

yetirən Zərifə xanım məqalələrinin

birində yazırdı: “Əsl həkim yalnız

o  şəxsdir  ki,  xəstənin  əzablarını

bilir  və  onun  üçün  sağalıb  evinə

qayıtmış insanın təbəssümü ən yük-

sək mükafatdır. Vicdan əsas haki-

mimizdir.  Ən  çətin  məqamda  və

ən xoş saatımızda o, bizimlə üzbəüz

dayanıb soruşacaq: sənin ağ xalat

geyinməyə haqqın varmı?”.

     Ailə cəmiyyətin özülüdür. Ailənin

ən etibarlı dayağı – ocağın qoruyucusu

isə Zərifə xanım kimi həyat yoldaşı,

Ana  və  məhəbbət  simvoludur.  O,

ulu öndər Heydər Əliyevin təkcə hə-

yat  yoldaşı  yox,  həm  də  silahdaşı

idi. Bu ailə böyük məhəbbət bünövrəsi

üstündə  qurulmuşdu.  Etiraf  etmək

lazımdır  ki,  ümummilli  liderimiz

kimi böyük şəxsiyyətin məhəbbətinə

layiq olmaq təkcə böyük xoşbəxtlik

yox, həm də böyük məsuliyyət idi.

Yalnız seçilmiş insan belə məhəbbətə

layiq ola bilərdi. Ümummilli liderimiz

bu barədə deyirdi: “Ömür yoldaşım



kimi həyatımda keçdiyim yolda mənə

həmişə dayaq, arxa olduğuna görə,

ailə  həyatımı  çox  xoşbəxt  etdiyinə

görə Zərifə xanım mənim üçün çox

əzizdir.  O,  çox  istedadlı,  çox  sadə

insan idi. Onun xatirəsi bizim qəl-

bimizdə, bizim ailənin bütün gələcək

davamçılarının  qəlbində  əbədi

yaşayacaqdır”.

: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Rÿsmè dþvlÿt qÿzetè ¹ 127 (7271) ×ßRØßNBß axøAMÛ, 14 èéóí 2016-cû IL
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə