Bəxtiyar Tuncay



Yüklə 1,77 Mb.
tarix02.01.2022
ölçüsü1,77 Mb.
#1051

Bəxtiyar Tuncay




AĞA MƏHƏMMƏD ŞAH QACAR VƏ YA TALEYİN QARA ULDUZU


KİNOSSENARİ
(Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” və Jan Gevrin “Xacə şah” romanlarının motivləri əsasında)

Bakı-2007

1-CI SERIYA

ÖLÜM HÖKMÜ

Üfüqdə ilk qızartılar.Dan yeri yenicə sökülməyə başlayır.Ara-bir xoruz

səsləri eşidilir.Ətrafa ala-toranlıq hakimdir.Xoruz səslərini açılan dəmir darvazala-

rın boğuq səs-küyü əvəz edir.

Şuşanın yenicə açılmış darvaza qapıları.Hər iki tərəfdə əli nizəli keşikçi-lər durublar.İç tərəfdən darvazaya 15-20 silahlı nökərin müşayiət etdiyi, üstlərində kacəvələr olan iki dəvə yaxınlaşır.Yanaşı gedən dəvələrin ipləri nökərlərin atlarına

bağlanmışdır.Süvarilərdən başqa yüyənli-yəhərli,fəqət süvarisiz daha iki at diqqəti

çəkir. Onlar keşikçilərin bərabərinə çatdıqda, nökərlər və keşikçilər bir - birilərini səssiz, əllərini ürəklərinin üstünə qoymaqla salamlayırlar.Bu səssizliyi sağdakı kə-cavənin pərdələrini aralayaraq boylanan Şahnisə xanım pozur:

-Sabahınız xeyir, uşaqlar!

Keşikçilər yer-yerdən “Aqibətiniz xeyir!”, ”Neçə belə xeyirli sabahlara

çıxasınız!”-deyə cavab verirlər.

O biri kəcavədən boylanan Kiçikbəyim xanım:

-Bayramınız mübarək!

Keşikçilər eyni qayda üzrə “Çox sağ olun, Kiçikbəyim xanım!”, “Sizin də bayramınız mübarək!”, “Allah sizdən razı olsun!”, “Neçə - neçə bayramlar görəsiniz!”-deyirlər. Dəvələr və atlılar darvazadan çıxdıqdan sonra biri gənc , digəri yaşlı

iki keşikçi qapıları bağlayaraq cəftəni çəkirlər. Gənc keşikçi yaşlıdan soruşur:

-Bu xanımlar kim idi?

Yaşlı keşikçi:

-Biri İbrahimxəlil xanın zövcələrindən Şahnisə xanım, o birisi isə qızı Kiçikbəyim xanımdır.

Mahmud adlı gənc keşikçi:

-Aman, Allahım! Siz qarabağlılar nə qədər də mehriban və gözəl insan-

larsınız! Baba, harada görünüb ki, xanın zövcəsi və qızı nökər - qaraya bu cür xoş

rəftar etsin, bu qədər isti münasibət göstərsin?

Gəncin bu sözləri digər keşikçilərin gülüşünə səbəb olur.

Mahmud:


-Baba,bunda gülməli bir şey yoxdur.Təbrizdə, Tehranda, İsfahanda, Məşhəddə belə şey görə bilməzsən. Rəiyyətlə elə davranırlar ki , sanki , qarşısındakı insan yox, heyvandır.Yalnız elatlar istisnadır. Onlarda xan-bəylə adi çoban bir süfrədə çörək yeyir , heç kim heç kimə baş əymir . Hamı bərabərdir . Qadınları da başlarını örtmürlər, onlar da kişilərlə bərabər at çapır, güllə atır, ova və hərbə gedirlər.

Səraslan adlı yaşlı keşikçi:

-Bizim elatlar da elədir. Amma şəhərlərdə vəziyyət başqa cürdür.

***


Şuşa şəhərinin kənarları. Hava artıq bir qədər işıqlanmışdır. Şəhəri tərk etmiş yolçular yollarına davam edirlər. Kiçikbəyim öz kəcavəsindən anasının kəcavəsinə tərəf boylanaraq:

-Anacan, olar mən kəcavədən enib ata minim?

Şahnisə xanım:

-Daha neyləyək, bu gün bayramdır deyə, xahişinə əməl etməyə məcburuq.

Minə bilərsən.

Qədimi cəld boş gedən atlardan birinin yüyənini açaraq onu dəvənin yanına gətirir və qiza kəcavədən enib ata minməyə kömək edir və deyir:

-Hə, ay qara qız, deyəsən, yorulmusan.Yorğunluğun bənizinin rənginin qaçmasından hiss olunur. Axşam sənə demədimmi, az oyna, az atıl-düş? Sənsə sö-

zümə heç bir məhəl qoymadın.

Kiçikbəyim xanım:

-Qədimi əmi, Şuşanın indicə çıxdığımız darvazası nə üçün “ Gəncə qapısı” adlanır?

Qədimi:

-Çünkü həmin darvazanın səmti Gəncə istiqamətindədir. Şuşadan Gəncə-yə uzanan karvan yolu o qapılardan başlayır. Gəncədən gələn karvanlar da şəhəri -mizə oradan daxil olurlar.

Qız şəhadət barmağını Topxana tərəfə uzadaraq soruşur:

-Bəs, buranın adı niyə Topxanadır?

Qədimi:

-Bax, xanım, təqribən 20 il əvvəl Fətəli xan Əfşar o döşdən tutmuş Şuşa

dərələrinə qədər hər tərəfi qoşunla doldurmuşdu. Ağzı yuxarı qalaya tərəf daraşmışdılar. Rəhmətlik Pənahəli xan toplara od qoydurdu, bütün yer - göy lərzəyə gəldi. Gəncə qapıları açıldı , şəhərdən çıxıb hücuma keçdik. Fətəli xan Əfşar bu yerləri o tərk edən oldu... O vaxtdan da bu yerin adı “Topxana” qalıb.

Şahnisə xanım sualları ilə qocanı yoran qızını məzəmmət edir:

-Bəs deyilmi, qızım? Axı ,suallarınla onu yorursan.

Kiçikbəyim:

-Ay ana, bayram ildə bir dəfə olur. İndi də deyib-danışmasam, bəs, nə vaxt danışacağam?

Qədimi:


-Qurbanın olum, ay xanım,onun indi deyib-danışan, gülən-əylənən vaxtı-dır. Bilmək, öyrənmək istəyir.

***


Molla Pənah Vaqifin evi. Vaqif xırda rəngli şüşələrdən şəbəkə formasın-da quraşdırılmış pəncərələri taybatay açaraq uzaqda görünən başı qarlı-dumanlı Murov dağını seyr edir . Kadr arxasından açılan qələmkar pərdələrin səsi eşidilir.

Vaqif səsə geri boylanır. İçəri girənin oğlu Qasım olduğunu görür. Qasım atasına yaxınlaşaraq onun əlini öpür və deyir:

-Bayramın mübarək!

-Səninlə birlikdə, oğlum , neçə belə bayramlara çıxasan! Böyük oğlan olasan, xoşbəxt olasan!

Qasım:

-Ata, dostlarımla Cıdır düzünə getmək istəyirik. Gəldim icazə alam.



Vaqif:

-Əlbəttə ki, get. Bayram günü də getməyib, nə zaman gedəcəksən?

Qasım “Çox sağ ol!” deyib otaqdan çıxır. O, çıxar-çıxmaz, Qızxanım da-

xil olur. Bir qədər kök və qabarıq sinəli olan Qızxanım kəlağayıya bürünmüşdür. Kəlağayısının altından eşiyə çıxan qara zülfləri, əyninə geydiyi məxməri tuman-köynək, sinəsinə taxdığı qızıl sinəbənd onu daha da gözəlləşdirməkdədir.

Qızxanım:

-Qasım yenə də məndən qabağa düşdü. Səni məndən daha tez təbrik etdi.

Vaqif:

-Demək ki, oğlum məni arvadımın sevdiyindən daha çox sevir. Uşağa bayram xərcliyi verməyi də unutdum.



Qızxanım:

-Fikir etmə, mən verdim.

Vaqif:

-Deməli,sənə nəzərdə tutduğumun iki misli qədər verməliyəm. Nə isə,



Qızxanım xanım, bayramın mübarək!

Qızxanım:

-Vay, başıma xeyir, sən də məni qabaqladın.

Vaqif:


-Demək, mən səni daha çox sevirəm.

Qızxanım bir qədər incik, bir qədər də istehzalı şəkildə deyir:

-Sən bunu hər gecə artıqlaması ilə sübut edirsən.

Vaqif gülümsəyərək:

-Axı, sənə neçə dəfə deyim, mən dövlət məmuruyam, bu boyda xanlığın

vəziriyəm, işim çox olur. Bunu başa düşmək o qədərmi çətindir?

Qızxanım:

-Həmişə başım söhbətə qarışır , əsas məsələ yadmdan çıxır. Neçə belə bayramlara çıxasan! Allah səni üstümüzdən əksik etməsin.

Vaqif sol əli ilə Qızxanımın sağ əlini özünə tərəf çəkir, sağ əlini cibinə salıb qalın bir qızıl qolbaq çıxardır, zövcəsinin qoluna taxır:

-Hə, necədir, xoşuna gəldimi?

Qızxanım:

-Çox sağ ol, çox gözəldir.

O, pəncərəyə yaxınlaşaraq qolunu günəşə tərəf tutur . Qolbaq günəşin

şüaları altında bərq vuraraq par-par parıldamağa başlayır.Qızxanım sevinclə:

-Bax,gör necə parıldayır.

Vaqif :


-Sən bundan daha yaxşısına layiqsən.

***


Şahnisə və Kiçikbəyim onları müşayiət edən silahlı nökərlərlə birlikdə

meşəarası yolla yollarına davam edirlər. Şahnisə xanım əvvəlki kimi kəcavədə, Ki-

çikbəyim xanım isə at belindədir.

Şahnisə xanım Qədimiyə müraciətlə:

-Ay Qədimi, deyirsən ki, Şuşanın Gəncə qapısı açıldı və siz də aslanlar kimi hücuma keçib Fətəli xan Əfşarı bu yerlərdən qovdunuz, bəs, necə oldu ki, gedəndə İbrahimxəlil xanı da özü ilə girov aparmışdı?

Qədimi:


-Vallah, xanım, Fətəli xan Əfşar qasid yollayaraq, şirin dil tökdü, dedi ki, qızımı Pənahəli xanın oğlu İbrahimxəlil xana vermək istəyirəm. Biz də inandıq, İbrahim xana qoşulub Xocalı düzünə barışığa getdik. Qoyunlar kəsildi, qazanlar asıldı, aşıqlar deyib, oxudu. Məclisin ən şirin yerində sözündən döndü,İbrahimxəlil xanı da, bizi də girov götürüb özü ilə apardı.

Kiçikbəyim qəh-qəhə çəkərək:

-Demək ki, bayaq öz qəhrəmanlıqların barədə dediklərin gop imiş.

Şahnisə xanım da qızına qoşulub gülür. Nökərlər də qəh-qəhə çəkirlər.

Yaranmış vəziyyətdən pərt olan və pərtliyini gizlədə bilməyən Qədimi

öskürməyə başlayır.

Şahnisə xanım Qədimini düşdüyü xoşagəlməz vəziyyətdən çıxarmaq üçün deyir:

-Öskürməyindən belə görünür ki, çoxdandır, çubuğunu çəkməmisən.

utanma, doldur çək.

Bu təklif Qədiminin ürəyincə olsa da, tərəddüd edir:

-Yox, xanım, sizə hörmətsizlik olar. Məni xəcalətli etməyin.

Bu yerdə söhbətə müdaxilə edən Kiçikbəyim deyir:

-Hörmətsizlik filan olmaz, heç bir xəcaləti də yoxdur.

Qədimi “Allah sizdən razı olsun”-deyərək, atının sürətini yavaşıdıb ar-

xaya qalır və çubuğuna od vurur.

Kiçikbəyim atını anasının kəcavəsinə yaxınlaşdırarq soruşur:

-Anacan, atam və Qədimi əmi girov götürüldükdən sonra nə baş verdi?

Şahnisə:


-Atanın girov götürülməsi xəbəri babana çatan kimi qoşunu ilə birlikdə Fətəli xan Əfşarın dalınca düşdü, yolda Kərim xan Zəndlə rastlaşdı. Bu həmin Kərim xan idi ki, bu gün Şirazda özünü şah , hökmü altında olan torpaqları da İran dövləti elan edib.Babanın qoşunu ilə Kərim xan Zəndin qoşunu birləşir və onlar birlikdə Fətəli xan Əfşara çataraq ona qalib gəlirlər.Beləcə,Pənah xan oğlu İbra-himxəlili xilas edir.

Kiçikbəyim:

-Doğrudur ki,Urmiyə xanı Fətəli xan Əfşar Azərbaycanı birləşdirmək is-

təyirdi,babamdan və Şəki xanından başqa bütün o biri xanlar ona tabe olmuşdular?

Şahnisə:

-Nə bilim,qızım,belə deyirlər.Deyilənlərə görə,qubalı Fətəli xan da Azər-

baycanın bütün xanlıqlqrını birləşdirməyə səy edirdi.Ona qarşı da yalnız Şəki və Qarabağ xanları çıxış edirdilər.

Kiçikbəyim:

-Babam nə üçün belə edirdi?Məgər o,Azərbaycanın birliyini istəmirdi?

Şahnisə:


-İstəməyinə istəyirdi,amma başqa xanlara tabe olmaq istəmirdi.O,Çin-

giz xanın nəslindən olduğu üçün fikirləşirdi ki,xanlar xanı,yəni padşah olmaq onun

haqqıdır.

***


Molla Pənah Vaqifin evi.Vaqif yenə də açıq pəncərədən Murov dağına tamaşa edir və öz-özünə deyir:

-Vətənimizin əzəmət rəmzi Murov,sən əvvəlki kimi əzəmətlisən,amma Azərbaycanın əvvəlki qüdrətindən əsər-əlamət qalmayb.Nadir şahın ölümü ilə Və-

tənin əski əzəməti də qeyb oldu.

Qələmkar pərdənin səsi onu fikrindən ayırır o,səs gələn istiqamətə dö-nür və içəri boylanan qoca nökərin keçəl başını görür.

Nökər:

-Ağa, Mirzə Əliməmməd ağa təşrif gətirib.



Vaqif:

-Buyursun,buyursun.

Nökərin başı pərdənin arxasnda itir.Vaqif pərdəli qapıya yaxınlaşır. O, pəncərənin yanından qapıya doğru addımladıqca ekranda evin interyerinin bəzi detalları-divarda xalça üzərindən asılmış saz,səliqəli kitab rəfləri və s.,eləcə də, evin bir küncündə sərilmiş, üstündə səməni və bayram şiriniyyatları olan süfrə gö-zə dəyir.Molla Pənahın qapıya çatması ilə nökərin kadr arxasından səslənən “Bu-yurun” sözlərinin eşidilməsi və Əliməmmədin içəri girməsi bir olur.Uca boylu, saqqalına dən düşmüş adam olan bu qonaq əlini qoynuna qoyaraq:

-Əssəlamu əleyküm.

Vaqif:

-Və əleykəssəlam.Xoş gəldin!



Mirzə Əliməmməd:

-Bayramın mübarək!

Vaqif:

-Səninlə belə.Buyur süfrə başına!



Molla Pənah qonağı ilə birlikdə süfrənin ətrafında üz-üzə bardaş qurur-lar.

Mirzə Əliməmməd:

-Sənə də əziyyət verdim.

Vaqif:


-Əstəfrullah,o nə demək?Peyğəmbər övladlarına hörmət və ehtiram bor-cumuzdur.Xəfiyyəbaşına ehtiram isə ikiqat borcunuzdur. Buyur,ağzını şirin elə.

Mirzə Əliməmməd süfrədəkiləri,indi görürmüş kimi qəribə bir mimika edərək:

-Bəh-bəh-bəh!Allah süfrənizi həmişə bol və açıq eləsin.Dövlət məmuru olasan,süfrə olsun,özün bilirsən də...Harada aş,orada başıq.

Mənə çox maraqlıdır, sən mahalımızın ən tanınan və sevilən şairisən.Bu gün Azərbaycanda və türklərin yaşadıqları digər məmləkətlərdə Molla Pənah Vaqi-fin adını eşitməyən yoxdur.Sənin üçün vəzir məqamı daha əhəmiyyətlidir,yoxsa şa-irlik?

Bu sözlərdən sonra Mirzə Əliməmməd süfrədən bir şəkərbura götürərək dişləyir və gözlərini həmsöhbətinin gözlərinə dikir.Vaqif isə bir anlığa fikrə gedir, sanki,bu sualı gözləmirdi.Bir qədər düşündükdən sonra deyir:

-Vallah,bu barədə heç vaxt düşünməmişəm,ona görə də cavab verməyə

çətinlik çəkirəm.Amma bu da var ki,xan məni özünə vəzir etməmişdən öncə artıq şair idim.Söz-saz sənətinə sevgim uşaqlıq dövründə yaranmışdı,onda yatıb yuxum-da da görə biməzdim ki, bir vaxt İbrahimxəlil xanın vəziri olacağam.Nə isə...Sazın öz yeri,öz ləzzəti var,dövlət məqamının da öz yeri,öz hikməti var.

Bu məqamda içəri girən nökər süfrəyə iki fincan qəhvə qoyur.Vaqif qəh-vəninin ətrini burnuna çəkərək:

-Yəmən qəhvəsidir.Xüsusi olaraq Təbrizdən gətirtmişəm.Çox keyfiyyətli maldır.

Mirzə Əliməmməd:

-Bəh-bəh-bəh!

Nökər:


-Ağa,Mirzə Əliməmməd ağanın qardaşı Xanməmməd ağa təşrif gətirib.

Bu xəbəri eşidən Mirzə Əliməmmədin başına elə bil, qaynar su tökür-lər,öncəki xoş ovqatından əsər-əlamət qalmır.Bu hal şairin gözündən qaçmır.O,qo-

nağını mənalı-mənalı süzərək nökərə:

-Buyursun gəlsin!(Kadr arxasında zurna və nağara sədaları eşidilməyə

başlayır.) Başladı.

Nökər otağı tərk edir.

***

Şuşanın Gəncə qapıları taybatay açıqdir.Darvazanın hər iki tərəfində ke-şikçilərlə yanaşı zurnaçılar və nağaraçılar düzülərək şən rəqs havası ifa edirlər. Əl-əlvan libaslara bürünmüş şəhər əhalisi,kimi at belində,kimi arabalarda,kimi də-vələrə yüklənmiş kəcavələrdə,kimi də piyada darvazadan şəhər dışına axışırlar.



Mahmud Səraslandan soruşur:

-Səraslan dayı, bu qədər adam hara gedir?

Səraslan:

-Cıdır düzünə.Ətraf kəndlərin camaatı da ora gələcək,xalq elliklə Nov-

ruzu bayram edəcək.

Mahmud:


-Xoruz döyüşü də olacaqmı?

Səraslan özünü gülməkdən güçlə saxlayaraq:

-Xoruz döyüşü də olacaq,qoç döyüşü də,buğa döyüşü də,hələ üstəlik dəvə döyüşü də.

Mahmud:


-Bizdə,Təbrizdə də olur.

Səraslan:

-Mahmud,sən nə gülməli adamsan.Belə də olmalıdır da.Elə danışırsan ki, sanki,siz azərbaycanlısız,biz yox və ya biz türkük,siz yox.Bir millətin bir adəti olar da...

Mahmud:


-Ay dayı,baş ağrısı olmasın,bir sualım da var.Təbrizdə söz-söhbət var ki,

İbrahimxəlil xan Çingiz xanın nəvəsi Hülakü xanın nəslindəndir.Bu doğrudur?

Səraslan:

-Bəli,tamamilə doğrudur.Xanımız türklərin ən şərəfli soylarından birinə

mənsubdur.Rəşidəddinin və Əbülqazinin yazdıqlarına görə Çingiz xan Oğuz xanın,

Oğuz xan isə Nuh əleyhissəlamın oğlu Olcayın,yəni Yafəsin soyundan idi.Bax,be-

lə,xanımızın şəcərəsi Həzrət Nuh peyğəmbərə qədər uzanır.

***


Nökərlərinin müşayiəti ilə yollarına davam edən Şahnisə xanım və Ki-çikbəyim 5-6 evdən ibarət olan və kiçik bir kəndi xatırladan məkana yaxınlaşırlar.

Artıq Şahnisə xanım da kəcavəni tərk etmiş və at belindədir.Çubuğunu çəkib biti-

rən Qədimi də onlarla yanaşı gedir.Digər nökərlərin bir qismi 3-4 metr irəlidə,o bi-

ri qismi isə 3-4 metr arxada hərəkət edirlər.

Kiçikbəyim:

-Nə pis kənddir,evləri də lap tövləyə oxşayır.

Qədimi:

-Düz söylədin,bunlar ev deyil,keçmişdə bura yerli bəylərdən birinin töv-ləsi olub.Burada mal-qara saxlayıblar.İndi isə Ağrı,Van tərəflərdən nökərçilik edib bir-iki quruş para qazanmaq və acından ölən ailələrinə göndərmək üçün Qarabağa gəlmiş ermənilər yaşayırlar.Hamsı da Osmanlı təəbəsidirlər.

Kiçikbəyim:

-Fu!Heç adam da belə yerdə yaşayar?

Qədimi:

-Adam yaşamaz,amma erməni yaşayar.Vallah,xanım,heyvan kimi şeydir-lər.

Kiçikbəyim:

-Mən burada yaşayanları görmək istəyirəm.

Qədimi Şahnisə xanima baxır,o da başınin işarəsi ilə nökərin gözləri ilə verdiyi suala müsbət cavab verir.

Qədimi öndə gedən nökərlərə səslənərək “ Durun”-deyə qışqırır.Hər kəs yerində durur.O,üzünü tövlə-evlərə tərəf tutur və ucadan:

-Ayə,Aşot bura gəl!

Tövlələrdən birinin qapısının cırıltısı eşidilir,ardınca əynində çirkli və yamaqlı çuxa olan Aşot gözə dəyir.O,qaça-qaça gəlib Qədiminin ayaqlarına düşür:

-Xoş gəlmisən,ağa!

Kiçikbəyim qəh-qəhə çəkir:

-Bu nə axmaq adamdır.Qədimiyə baş əyib “ağa”deyir.

Qədimi:


-Mənə yox!Xanıma təzim et!O,İbrahim xanın qızıdır.

Aşot yerdən qalxaraq Kiçikbəyimin atına yaxinlaşır və atın qarşısında diz çökərək alnını yerə qoyur:


-İbrahim xanın özünə də,qızına da,atına da,atının təzəyinə də qurban olum.

Bu sözlər hər tərəfdən qəh-qəhələrin qopmasına səbəb olur.Şahnisə xa-nım qəzəbli halda :

-Bu əbləh təlxəyi rədd edin !

Nökərlərdən ikisi erməniyə yaxınlaşıb,atdan enmədən əyilərək onun qollarından yapışırlar və sürüyərək yolun qırağına atırlar.Qorxudan dili-ağzı quru-yan Aşot cınqırığını belə çıxara bilmir.

-Xanım,onun dərrakəsi bu qədərdir.Onların hamısı belədir.

Kiçikbəyim:

-Amma Ohan keşiş belə deyil.

Qədimi:


-Ohan keşişgil artıq 30-35 ildir ki,Qarabağda yaşayırlar,bizim təəbəliy-imizi də,qanun-qaydalarımızı da,adət-ənənələrimizi də qəbul ediblər.Təzə-təzə gə-ləndə onlar da eynən bunlar kimi idilər.

***


Vaqifin evi. Vaqif və Mirzə Əliməmməd süfrə arxasında əyləşiblər. Bunlardan birincisinin əhvalı yüksək səviyyədədir.İkincisi isə qardaşının gəlməsi

xəbərindən bərk dilxor olmuşdur.Şair soruşur:

-Şəhərdə nə təzə xəbər var.

Əliməmməd qəhvədən bir qurtum içərək:

-Deyilənə görə, dünən Xəzinə qayasından qaydan İbrahimxəlil xanın yo-lu Qurdlar məhəlləsindən keçibmiş.Kələntər Ağası bəy də yanındaymış.Uzun sö-zün qısası , sövdəgər Hacı Kərimin evinin yanından keçəndə gözü onun çəpərin ar-xasında palaz çırpan qızına sataşıb.Xanın qıza gözü düşüb və indi onu almaq istə-yir.Deyirlər,14-15 yaşlarında ay parçası kimi bir qızdır.

Vaqif:


-Belə de...Demək bu yaxınlarda xanın toyunda süzəcəyik.

Sözün bu yerində pərdə çəkilir və Xanməmməd içəri girir:

-Əssəlamu əleyküm.

Molla Pənah:

-Və əleykəssəlam.Xoş gəldin!

Xanməmməd yaxınlaşaraq Vaqifin əllərini sıxır:

-Şair-vəzirin bayramı mübarək!Neçə-neçə belə bayramlara çıxasınız!

Molla Pənah:

-Sənlə birlikdə!Buyur əyləş.(Xanməmməd oturur.) Eşitmisən, deyirlər, xan təzə arvad almağa hazırlaşır?

Xanməmməd:

-İndi bütn Şuşa əhli bu barədə danışır,heç ola bilərmi ki,mənim xəbərim

olmasın? Qızın atası Hacı Kərimlə salam-sağolumuz var.Cox gəvəzə adamdır,xa-nın qaynatası olandan sonra qılıncının sağı da,solu da kəsəcək.Görəsən,Şahnisə xanımın bundan xəbəri varmı?

Mirzə Əliməmməd:

-Xəbəri olsa,etirazmı edəcək?!

***

Şahnisə xanım atlı nökərləri ilə birlikdə dolanbac aşırım yollarla üzü-aşağı enməkdədir.Ən arxada üstü kacəvəli dəvəiər gedir.Kiçikbəyim və Qədimi gözə dəymirlər.Kamera arxasından çay şırıltısinin səsi gəlir.Yolçular yollarına da-


vam etdikcə,şırıltı səsi get-gedə güclənir.Atlılar dolanbacın son dilimini keçər-keçməz,aşağıda Qoturcay görünür.Çayın məcrası çox geniş olsa da,özünün eni bə-

zi yerlərdə bir,bəzi yerlərdə isə iki metrə çatır.Qədimi və Kiçikbəyim atdan enib

çay qırağında durmuşlar.Yanlarında İbrahim xanın 15 yaşlı qardaşı oğlu Məmməd

bəy də var. Hər üçünün atı çay qırağında otlayır.

Şahnisəgil çaya yaxınlaşırlar.Kiçikbəyim üzünü anasına tutub:

-Anacan,bax,əmim oğlu da gəlib çıxıb.

Məmməd bəy:

-Bayramınız mübarək!

Şahnisə:

-Sənin də bayramın mübarək,ay Məmməd!Neçə belə bayramlar görəsən,

böyük oğlan olasan,xoşbəxt olasan!

Məmməd bəy:

-Çox sağ olun,Allah sizdən razı olsun!(üzünü nökərlərə tutaraq)Sizin də

bayramınız mübarək!

Nökərlər yer-yerdən:

-Sizinlə birlikdə!

Şahnisə:

-Məmməd,bala,haradaydın? Dedim bu uşaq daha gəlməz. Bir az da nara-hat idim.

Məmməd bəy:

-Kəsmə yolla gəldim,xanım.

Atlılar atlarından endilər.Hamı çaya yaxınlaşdı.

Məmməd bəy nökərlərə:

-Çadırlar ağacın altındadır,başlayın qurmağa.Bütün şəhər bura axışır.Bir azdan burada iynə atsan,düşməyə yer olmayacaq.

Şahnisə Qədəmiyə müraciətlə:

-Uşaqlara söylə,çır-çırpı toplayıb ocaq qalasınlar,qəhvə bişirək.Vəzir Təbrizdən Yəmən qəhvəsi gətizdirib,yaman tərifləyir.

Kiçikbəyim çayın üstündən iki dəfə o yan-bu yana tullanır və hər iki hal-da “ Ağırlığım-uğurluğum tökülsün!”-deyir və üzünü əmisi oğluna tutaraq:

-Hə,igid,növbə sənindir.

***


Cıdır düzünün quş uçuşu məsafəsindən açilan panoramı.Hər tərəfdə ala-bəzək çadırlar qurulub,dörd bir tərəfdə ocaqlar qalanıb.Yuxarıdan insanlar qarışqa kimi görünür.Adamların sayı- hesabı yoxdur.

Uzaq panoramı yaxın görüntülər əvəz edir.Ekranda öncə ocaq ətrafında

əl-ələ tutaraq yallı gedən tərəkəmə oğlan və qızlar canlanır.Onların tərəkəmə ol-duqları geyimlərindən,qızların başlarının açıq olmasından və oğlanlarla qızların əl-ələ tutmaqdan çəkinməmələrindən görünür.Başqa tərəfdə uşaqlar xoruz döyüşdü-rürlər.Digər tərəfdə qız-gəlin od üstündən hoppanırlar.Başqa bir qrup isə kəndir-bazların çıxışına tamaşa edir.Yaşlı kişilər bir qıraqda dövrə vuraraq,dastan söylə-yən aşığı dinləyirlər.Kameranın obyektivi onların üzərinə tuşlanır.

Aşıq:


-Ağcaqız icazə alıb sərv ağacının altına gəldi,gördü ki,Qərib elə yatıb-dır,heç özündə deyildir.Ağcaqız siyah saçlarından üç tel çəkib sinəyə saz elədi,gö-

rək, Qəribi necə oyatdı:

“Eyvandan enib yürüdü,

Oyan ,ovçu,ovun gəldi!

Şövqü aləmi bürüdü,

Oyan,ovçu,ovun gəldi!”

Ağcaqız gördü ki,Qərib oyanmır,alıb ikinci yarpağını,görək,necə dedi:

“Siyah zülfün tökmüş üzə,

Sürmə çəkmiç qaşa-gözə,

Eyvanından endi düzə,

Oyan,ovçu,ovun gəldi!”...

***


Ekranda növbə ilə qoyun cəmdəyi soyan qəssablar,böyük qazanları qa-rışdıran aşbazlar,manqallara şiş düzən kababçılar, yumurta döyüşdürən uşaqlar gə-lir.Kameranın obyektivinə bu dəfə dövrə vurub tar və kamançanın müşayiəti ilə dəf vuraraq muğamat oxuyan xanəndəni dinləyən qrup tuş gəlir.

Xanəndə oxuyur:


-Cənnəti vəslindir ol məqsəd ki,iman əhlinə

Qılsa Həqq ruzi cəhənnəm atəşi,oldur səbəb.

Qaliba məqsəd vüsalındır ki,dün gün durmayıb

Çərx sərgərdan gəzər,bilməz nədir rəncü təəb.

Bəsteyi-zənciri-zülfündür nəsimi-tərmizac,

Təşneyi-cami-neməti-vəslin Füzulidən dirig,

Yoxdur özgə məqsədi,səndən səni eylər tələb...
***

Vaqifin evi.Molla Pənah,Əliməmməd və Xanməmməd süfrə başında

oturub qəhvə içə-içə paxlava yeyirlər.

Vaqif:


-Xanməmməd dadaş,sənin dostun Qaçaq Səfərdən nə xəbər var?

Xanməmməd:

-O,mənim yox,Şeytanın dostudur.Köpək oğluna xərac vermədən nə şə-hərdən bir karvan çıxa bilir,nə də şəhərə karvan gələ bilir.20-22yaşı var, amma ba-ğıranda adamın bağrı yarılır.

Vaqif:


-Axır ki,ondan qorxduğunu boynuna aldın...Bir şey soruşmaq istəyirəm, bayram günü şüşə qabın sınması yaxşı əlamətdir,yoxsa pis?Səhər sübh tezdən ehti-yatsızlıq edib şüşə mürəkkəbqabımı sındırmışam.İndi nə qədər edirəm,pis fikirləri başımdan qova bilmirəm.

Mizə Əliməmməd:

-Xeyrdir,inşallah.Sən nə deyirsən,qardaş?

Xanməmməd:

-Məncə də xeyrdir.

Mirzə Əliməmməd:

-Başimiz söhbətə qarışdı.Xanın görüşünə gecikməyək.

Molla Pənah cibindən saatını çıxarıb baxır:

-Hə,artıq tərpənmək vaxtıdır.(Nökəri çağırır) Lələ,ay lələ.(Nökər gəldik-də) De, atları hazırlasınlar.(Üzünü qadaşlara tutub)Amma siz nə deyirsiniz- deyin, mənim ürəyim çox narahatdır.Şüşənin sınması nəyəsə işarədir.İl ərzində nə isə xo-şagəlməz bir şey olacaq. Hissiyatım məni heç vaxt aldatmır.

Nökər pərdə arxasından boylanaraq:

-Ağa,atlar hazırdır.

Vaqif və qonaqları ayağa qalxırlar...

Qapıya çathaçatda Mirzə Əliməmməd ayaq saxlayaraq Vaqifə:

-Xəbər gəlib,Ağa Məhəmməd şah Qacar Tehranın üzərinə yürüşə çı-

xıb.

***


Ağa Məhəmməd şah Qacarın ordusu çayı keçir.Əsgərlər içi silah-

-sursat,yürüş çadırları və qazanları ilə dolu qoşqu arabalarının qarşı tərəfə xətər-

siz keçə bilməsi və atların xəsarət almaması üçün zəruri tədbirlər görürlər. Də-

vəçilər bellərində zəmburək (kiçik top) və döyüş təbilləri olan dəvələri sudan ke-

çirirlər.

Şah bütün bunları yüksək təpədən seyr edır.O,qollu-budaqlı ağacın köl-

gəsində durub.Yanında Allahverdioğlu var.Hər ikisi at belindədir.Şahin üz cizgilə- ri həmişəki kimi sərt və donuqdur,gözlərində dərin bir kədər var. Onun diqətini öküzə qoşulmuş ağır topları çaydan keçirməyə çalışan əsgərlər cəlb edir. Bu halı seyr edən hökmdar xəyala dalır. Uşaqlıqda şahidi olduğu olay gözləri önündə canlanır...

***


Məhəmməd Həsən xan və Allahverdioğlu (gənc yaşında),hər ikisi at be-

lində çay sahili boyu hərəkət edə-edə söhbət edirlər.Kiçik Ağa Məhəmməd (3-4

yaşlarında) atası Məhəmməd Həsən xanın tərkində oturub.Arxa planda çadırlar, ocaq qalayıb asma qazanlarda aş bişirən qadınlar gözə dəyməkdədir.

Allahverdioğlu:

-Bu il çox yaxşı yonca gətirib,yağış yağmasa,məhsulun yarısı zay olacaq.

Məhəmməd Həsən xan:

-Yağmasa, vergini toplamaqda çətinlik çəkəcəyik.Yenə də Nadir şahın

vergiyığanları ilə üz-göz olacağıq.

Allahverdioğlu:

-Allah böyükdür,Ondan ümüd kəsilməz.

Məhəmməd Həsən xan:

-Amin,şübhəsiz ki,belədir.

Allahverdioğlu:

-Məni narahat bu çayın suyudur.Belə getsə,tamam quruyacaq.Sanki, hər il

məcrasından çıxan bu çay deyilmiş.Kəndlilər indilik bir təhər işlərini ötüşdürürlər.

Söhbətin bu yerində kiçik Ağa Məhəmməd şəhadət barmağını çaya tə-

rəf uzadaraq deyir:

-Atacan, ora bax...

Məhəmməd Həsən xan və Allahverdioğlu uşağın işarə etdiyi tərəfə baxır-

lar...


Orada, çayın tam ortasında qoca bir kişi tək öküzə qoşulmuş kotan sürür.

Kadrın arxasından Ağa Məhəmmədin səsi gəlir:

-Sabutay əmi çayı niyə şumlayır?

Ekranda yenidən Məhəmməd Həsən xan və Allahverdioğlu canlanır.On-lar uşağın sözlərinə gülüşürlər.Məhəmməd Həsən xan deyir:

-Bizim Aşağıbaş tayfasının camaatı inanır ki,belə etməklə Tanrının diq-qət və mərhəmətini qazanmış olurlar.Bu,çox qədim bir inancdır. Sabutay əmi düşü-

nür ki,buna görə Allah bol yağış yağdıracaq.

Bu sözlərdən sonra xan oğlunu atdan endirərək deyir:

-Get ananın yanına.

***

Məhəmməd Həsən xanın arvadı Ceyran qız-gəlinin əhatəsində cay qıra- ğındadır.O,əlindəki ipə kecirilmiş ortası dəlinmiş daşları suya salıb yağış ovsunu



oxuyur:

-Suda daşım,

Quda daşım,

Baba daşım,

Gələr,getməz

Yağışım.


Digər qadınlar da əllərindəki ipə keçirilmiş daşları suya salıb oxuyurlar:

Daş başım,

Yaş başım.

Yaş oldu


Üst-başım.

Tam bu yerdə Ağa Məhəmməd anası Ceyrana yaxınlaşır.Ceyran oğlunu

bağrına basıb öpür.Qadınlar yenə də xorla oxuyurlar:

Daş başım,

Yaş başım.

Yaş oldu


Üst-başım.

Ovsun bitər-bitmız,yağış yağmağa başlayır.Qadınların hamısı bir ağız-

dan Allaha şükür edərək”Şükür sənə,İlahi”deyirlər.

***


Ağa Məhəmməd şah Qacar xəyallardan ayrılaraq üzünü Allahverdioğ-

luna tutub xırıltılı və qəhər dolu bir səslə ağır-ağır deyir:

-Get...Qoşun rəislərinə de ki,qarşı tərəfdə çadırları açsınlar...Ordugahı

soldakı təpədə qurun...Hər tərəfə gözətçilər qoyun,kəşfiyyat dəstələri göndərin...

Ətraf kəndlərdən ərzaq tədarük edin.Kəndlilərin mallarının pullarını artıqlaması

ilə verin,bizdən narazı qalan-filan olmasın...

Allahverdioğlu “Baş üstə” deyib, atını qoşun olan tərəfə döndərir və

təpənin aşağısında duran keşikçilərin yanından şığıyaraq,çaya tərəf istiqamət gö-

türür.

***


Şuşa qalasının Gəncə qapıları.Keşikçilər topa halında,tam heyətdə,bütün

silahları ilə birlikdə darvazanın önündə durub onları əvəz edəcək dəstəni gözləyir-lər.Yalnız bir nəfər keşikçi qüllədə durub.Kadr arxasından yeni dəstənin ayaq səs-ləri eşidilməyə başlayır.

Qüllədəki keşikçi “Gəlirlər!”-deyib aşağı enir.Tinin arxasından peyda olan dəstə keşikçilərə yaxınlaşır.Keşikçilər nizə və qalxanlarını yeni gələnlərə təh-

vil verib onların başında gəlmiş keşikçibaşına qoşularaq eyni yolla əks istiqamət-

də hərəkət edirlər və tinin arxasında gözdən itirlər.

***


Dəstə dar küçə ilə irəliləyir.Mahmud və Səraslan yanaşı gedirlər.Gənc

soruşur:


-Yaxşı olmazdımı ki,biz elə darvazanın yanındaca ayrılıb evlərimizə

gedəydik?!Meydana gedib orada ayrılmağın nə mənası var?!

Səraslan:

-Bu,təhlükəsizliyi təmin etmək üçün edilir və bizim də borcumuz ümu-mi nizama tabe olmaqdır.Xəzinədən maaşı bizə buna görə verirlər.

Küçənin qarşı tərəfində üç atlı peyda olur.Bunllar Vaqif,Mirzə Əliməm-məd və Xanməmməddirlər.Atlılar piyada hərəkət edən dəstə ilə tam üz-üzə gəldik-də keşikçilər divara sıxılaraq onlara keçməyə yol verirlər.

Molla Pənah:

-Bayramınız mübarək!

Keşikçibaşı:

-Sizlə birlikdə,Vəzir ağa!

Atlılar bir qədər aralandıqdan sonra Mahmud Səraslandan həyacanla so-ruşur:

-Bu Qarabağ xanının vəziri,məşhur şair Molla Pənah Vaqif idimi?

Səraslan başının işarəsi ilə təsdiq edir.

***

Mahmud və Səraslan artıq ümumi dəstədən ayrılmışlar və ikilikdə Kar-vansarayın yaxınlığındakı küçə ilə addımlayırlar.Yaşlı danışır,gənc dinləyir:



-Vəzir əslən Qazaxın Saatlı elindəndir.Deyilənə görə,Qıraq Salahlıda anadan olub.Atası əkinçiliklə,maldarlıqla məşğul imiş,ailəsini pis dolandırmırmış. Fəqət Osmanlı-Səfəvi müharibələri zamanı təsərrüfatları ziyan görür.

Bilmirəm məlumatın var ya yox,Qazax Şəmsəddinlə bərabər Gəncə xanlığının tərkibində idi,amma Gəncədə hökm sürən Ziyadxanoğulları mərkəzi hö-kumətə tabe olmaq istəmədikləri üçün Nadir şah Qazaxı Gəncədən ayırıb Tiflis bəylərbəyliyinə qatır.Elə həmin dövrdə Nadirin əmri ilə İrəvan xanlığı da Tiflis bəylərbəyliyinə qatılır...

Sözün bu yerində yoldaşlar bir qəhvəxananın qapsına yetişirlər.

Qapının üzərində ərəb əlifbası ilə yazılıb: “Səmədağa əminin qəhvəxanası”

Səraslan:

-Burada çox gözəl qəhvə bişirirlər.Tənbəkilərinə də ki söz ola bilməz. Deyirəm gəl adama bir fihcan qəhvə içək,söhbətimizi də qəlyan çəkə-çəkə,davam etdirək.Hə,Mahmud , nə deyirsən?

Gənc qapıdaki yazını oxuyur:

-“Səmədağa əminin qəhvəxanası”.Mən razı.

***

İbrahimxəlil xanın sarayınnın məşvərət otağı.Otağın pəncərə tərəfin-də,arxası pəncərəyə sarı olan,üstünə xalça-palaz,döşək və mütəkkələr döşənmiş taxt qurulmuşdur.Taxtın sağına və soluna qoyulmuş döşəkçələrdə Kələntər Ağası bəy,Şuşa şəhərinin qazisi əyləşmişlər. Onların arxası pəncərəyə, üzləri isə tədbirdə iştirak etmək üçün dəvət edilən, cərgələr halında diz üstə oturan əyan-əşrəf və əs-nafa tərəfdir.Hər kəs bayram libasındadır. Dəvətlilərin içərisində öz xarici görkəmi ilə hamıdan fərqlənən qara libaslı Ohan keşiş və beş erməni məliyi diqqəti daha çox çəkirlər.



Yalnız taxtın özü və ətrafındakı iki döşəkçə boşdur.Vaqif və Mirzə Əli-məmməd içəri girərək,əllərini sinələrinə qoyub işarə ilə toplaşanları salamlayırlar.

Hər kəs hörmət əlaməti olaraq,ayağa qalxır.Molla Pənah və Mirzə Əliməmməd taxtın sağ və sol tərəfində əyləşənlərlə əllə görüşürlər.Vaqif taxtdan solda,rəfiği isə

sağda yerlərini tuturlar.Onların ardınca otağa girən Xanməmməd Ohan keşişin ya-

nında oturur.

Xanməmməd yerini tam rahatlamamış,xan içəri girir və o da hamı kimi

hörmət əlaməti olaraq ayağa qalxmalı olur.İbrahimxəlil xan taxta oturan kimi hamı

əyləşir.

İbrahimxəlil xan:

-Bu gün sizi dəvət etməkdə məqsədim bir-neçə məsələni sizinlə müzaki-rə etməkdir.Birinci məsələ Nadir şahın vaxtilə Qarabağdan Xorasana köçürtmüş olduğu Cavanşir,Otuz iki və Bəhmənli elləri ilə bağlıdır.Bilirsiniz ki, onlar tədricən öz torpaqlarına qayıdırlar və biz də onlara ilk mərhələdə köməklik etmək üçün xə-

zinədən bir miqdar maliyyə ayırmışıq.Bu istiqamətdə işlər indiyə qədər pis getmir-di,amma dünən mənə məlumat verildi ki,bəzi çətinliklər yaranıb.İstəyirəm bu barə-də Kələntər Ağası bəy məlumat versin.

Kələntər Ağası bəy ayağa qalxır və üzünü İbrahimxəlil xana tutaraq de-

yir:


-Xan sağ olsun,bu günə qədər Xorasandan Qarabağa yeddi min dörd yüz

otuz üç ailə və ya başqa sözlə,düz qırx altı min əlli altı nəfər geri dönmüşdür.Sizin əmrinizə əsasən,üç ildən sonra qaytarılmaq şərti ilə hər ailəyə borc olaraq bir inək və hər adam başına borc olaraq bir qoyun verilmişdir.Beləcə,köçkünlərə üst-üstə düz yeddi min dörd yüz otuz üç baş qaramal,qırx altı min əlli altı baş qoyun pay-lanmışdır.Bütün bunlar xəzinədarın sərəncamı ilə hesabdarlar tərəfindən sənədləş-dirilmiş,borc alanlar tərəfindən imzalanmış və xəzinə dəftərxanasına təhvil veril-mişdir.

Bundan başqa,Sizin əmriniz əsasında hər bir köçkün ailəyə Beytül-Mal-dan iki kisə, üst - üstə on dörd min səkkiz yüz altımış altı kisə buğda təmənnasız olaraq paylanıb.

Xan əli ilə Ağası bəyə oturmasını işarə edir.Kələntər Ağası bəy əyləşir.

İbrahimxəlil xan deyir:

-Beytül-Maldan yardımın tam həcmdə edilə bilinməsi üçün üləma ilə məsləhətləşdikdən sonra Səfəvilər dövründən etibarən seyidlərə ayrılan xüms pa-

yının ləğvinə qərar vermişik.Bu qərar Qurani-Kərimin müvafiq ayəsi tam təfsiri ilə araşdırıldıqdan sonra verilmişdir.Dediklərimi qazi də,hörmətli seyidimiz Mirzə

Əliməmməd də indi təsdiq edərlər.

Xan qaziyə baxır.Qazi ayağa qalxaraq deyir:

-Tamamilə doğrudur.Qarabağ üləması uzun fikir mübadiləsindən sonra xəzinənin hərbi qənimətlər hesabina dolmadığını əldə əsas tutaraq,xüms payının ləğvinə yekdilliklə qərar vermişdir.

Xan:

-Təşəkkür edirəm,əyləşə bilərsən.Buyur,seyid.



Qazi əyləşir.Mirzə Əliməmməd ayğa qalxaraq deyir:

-Bütün söylənənlər tam doğrudur və gəlinən qərarın Allahın əmri ilə heç bir ziddiyyət təşkil etmədiyini və tam doğru olduğunu təsdiq edirəm.


***

Qəhvəxana. Şəhər əhalisi Cıdır düzündə olduğu üçün gənc və yaşlı iki dostdan başqa heç kim yoxdur.Qəhvəxanada hər birinin üstündə dörd nəfərin otura biləcəyi səkkiz taxt vardır. Hər birinin də üzərinə xalça və döşəkçələr döşənmiş-dir.Dostlar onlardan birinin üstündə oturmuşlar.Qarşılarında sulu qəlyan var.Səras-lan çöldə etdikləri söhbəti davam edərək deyir:

-Nadir şahın bütün yürüşlərində Tiflis bəylərbəyisi İrakli ilə birlikdə qa-zaxlılar da iştirak etmiş və böyük qəhrəmanlıq göstərmişlər.Amma bu qəhrəman-lıq,bu igidlik çox baha başa gəlirdi.Camaat qırılır,təsərrüfat dağılırdı.Osmanlıların hücumları da öz mənfi təsirini göstərirdi.Bu üzdən də camaat üzünü sabitliyin və əmin-amanlığın hökm sürdüyü Qarabağa tuturdu.Vaqif də Saatlı elindən Qarabağa pənah gətirən on yeddi ailə ilə birgə Şuşaya köçür.O,bura gələndə 29-30 yaşların-da idi...

Səraslan qəlyandan daha bir qüllab alır və öz müştüyünü çıxararaq qəl-yanın borusunu Mahmuda uzadır.Mahmud da öz növbəsində yeni müştük taxıb

qəlyanın borusunu ağzına alır. Dərin bir qüllab alıb tüstünü göyə püsgürdür.

Səraslan:

-...Hə,Mahmud,nə başını ağrıdım,başlayır Şuşada müəllimlik etməyə.

Saatlı məhəlləsində bir məktəb açır və dərs deməklə çörək pulusunu çıxarır.

Bir gün Vaqifin bütün həyatını dəyişəcək bir hadisə baş verir.Bir nəfər

avam tərəkəmə çoban itinə gözdəymə duası yazdırmaq üçün şəhərə gəlir.Bunun dinimiz baxımından caiz olmadığını bilməyən çoban özü ilə bir –iki qoyun da gə-

tiri ki,dua yazana peşkəş etsin.Şəhər lotuları onu bir-birinin üstünə göndərib ələ saldıqdan sonra bir nəfər ona Vaqifi nişan göstərir.Vaqif də dörd misralıq bir şeir

yazıb,asır itin boynuna və qoyunlarını alir.Şeir isə belə idi:

“Gözüm düşdü ətinə,

Dua yazdım itinə,

Bu sirri kim açsa,

Bu çobanın...”

Səraslan şeirin son kəlməsini əyilib Mahmudun qulağına pıçıldayır.

Mahmuddan tükürpədici bir qəh-qəhə qopur.

***

İbrahimxəlil xanın saraynda məşvərət davam edir.Xan üzünü Xanməm-



də sarı tutaraq:

-Bəs,sənin fikrin necədir,Xanməmməd?

Xanməmməd ona müraciət edilə bilinəcəyini ağlına belə gətirmədiyi üçün çaşır və tez də özünü ələ alıb ayağa qalxır:

-Tam doğru qərardır.Qərarın altında şəhərin bütün seyidləri kimi mənim də imzam var.

Xan:

-Deyirsən sənin də imzan var.Amma bu gün səhər sənin imzanı tamam



başqa bir qərarın altında gördüm.

Bu sözləri eşidən Xanməmmədin rəngi ağappaq olur,əl-qolu əsməyə

başlayır.Ətrafa dərin bir sükunət düşür.Hər kəsin nəzəri Xanməmmədə çevrilir.

Xan:


-Bu gün səhər xəfiyyələr Şuşanı gizli tərk etmək istəyən bir qasid ya-

xalayıblar,üstündən dostumuzun Kərim xan Zəndə ünvanladığı bir məktub çıxıb.

(Mirzə Əliməmmədə bir məktub uzadır)Oxu,görək, qardaşın nə yazıb.

Mirzə Əliməmməd qəzəbli-qəzəbli qardaşına baxaraq ayağa qalxır,mək-

tubu İbrahimxəlildən alır.Oxuyur:

-“Ey böyük İranın böyük şəhriyarı!Sizin Sasanilərin taxt-tacını yenidən dirçəldərək,İran dövlətini bərpa etməniz xəbəri Qarabağın bütün seyidləri kimi məni də ruhlandırmışdır.Biz seyidlər İslam Peyğəmbərinin şəhadət mərtəbəsinə yüksəlmiş məzlum və məsum nəvəsi imam Hüseyn əleyhissəlamla Sasani şahza-dəsi Şəhrəbanu xanımın nəslindənik.Damarlarımızda Peyğəmbərin qanı ilə yanaşı fars-Sasani şah nəslinin qanı da axır.Bu anı ata-babalarımız yüzillərlə,böyük həs-rətlə gözləmişlər.

Durmayın,özünüzü tez yetirin,bizi Qarabağın...”

Mirzə Əliməmməd üzünü Xanməmmədə tutaraq “Peyğəmbər də,imam

Hüseyn də sənə qənim olsun!”-deyir və xana müraciətlə:

-Xan,qurbanın olum,əmr et iki gözümü çıxartsınlar,amma bu məktubun arxasını oxumayım.

Xan əlini uzadıb məktubu geri alır və ardını özü oxuyur:

-“...Bizi Qarabağın qəddar və zalım xanı,qaniçən Çingiz xanın nəslin-

dən olan İbrahimxəlil xanın zülmündən qurtarın.O,Osmanlılarla əlbir olub,məzhə-bimizi aradan aparmaq istəyir.Bunun ən gözəl sübutu seyidləri xümsdən məhrum

etməsidir.Hörmətlə,ali hüzurunuza ərz edir:Seyid Xanməmməd Qarabaği.”

Yer-yerdən Xnməmədin ünvanına qarğışlar yağdırılır: “Cəddin sənə qə-nim olsun!”, “Allah bəlanı versin!”, “Xanın çörəyi gözünü tutsun,burnundan gəl-sin!”...

Xan əlini qaldırır və hamı susur.Sonra bir dəfə əl çalır,içəri keşikçilər daxil olur:

-Aparın atın onu zindana!

Xanməmməd:

-Qurban olum xan,bağışla məni balalarıma!Məni Ohan keşiş yoldan çı-xardı...

Keşikçilər Xanməmmədi aparırlar.

İbrahimxəlil xan üzünü, rəngi vərəq kimi ağaran və tir-tir əsən keşişə

tutur:


-Hə,keşiş,indi də növbə sənə gəldi.

Ohan keşiş:

-Xan,ayağının altında ölüm,vallah-billah yalan söyləyir.Günahını mənim üstümə yıxmaq istəyir.Biz ermənilər sənin sadiq qullqnırıq.Atan Pənahəli xanın bi-zi 36 il öncə necə xoş qarşıladığı və burada məsknlaşmağa icazə verdiyini heç vaxt unutmadıq və unutmayacağıq.Sənin bizə ibadət üçün alban kilsəsini bərpa et- məyə icazə verməyini də,tikintiyə maliyyə yardımı etdiyini də unutmamışıq.Xora-sandan öz evlərinə dönən yerlilərin evlərində müvəqqəti məskunlaşmış ermənilərə

Tuğda məskunlaşmağa icazə verdiyiniz də yaxşı yadımızdadır.

Xan:

- Yadınızdadır,deyirsən?!



Ohan keşiş:

-Bəli,başına dönüm!

İbrahimxəlil yaxasından daha bir məktub çıxarıb yuxarı qaldırır:

-Bəs,onda bu nədir?!

Məktubu görcək keşişin ürəyi gedir və o,tir-tap yerə sərilir.

***


Cıdır düzü.Xalq şənlənir.Hər tərəfdə musiqi sədaları eşidilir.Vəzirin xa-

nımı at belində, əyan- əşrəfin xanımlarının və nökərlərinin arasında Şahnisə xanımın çadırına tərəf hərəkət edir. Arxa planda gənclər çövqan oynayırlar.Atlılar

keçdikdən sonar kameranın obyektivi oyunçuların üzərində cəmləşir.

İri planda diqqəti cəlb edən Qasım boz atının belində çövqanı ilə topu iki rəqibin arasından keçirərək komanda yoldaşına ötürür.

***

Ekranda Şahnisə xanımın çadırı canlanır.O,çadırın önündə,xalça üstünə sərilmiş ipək üzlü döşəkçələrdən birinin üzərində əyləşərək,aralıda tonqal üstündən hoppanan Kiçikbəyim və Məmmədə tamaşa edir.Bu məqamda Qızxanım və onu



müşayiət edənlər çadıra yaxınlaşırlar.Nökərlər xanımların atlarının yüyənlərindən

tutaraq onlara enməyə yardım edirlər.Qızxanım ardınca da digər qadınlar xanın xanımına yaxınlaşırlar.Şahnisə hörmət əlaməti olaraq ayağa qalxır,növbə ilə ona

“bayramın mübarək!”deyən qadınlara “sizlə bahəm”deyərək öpüşür və onlara oturmağa yer təklif edir.Qadnlar döşəkçələrin üstünə əyləşirlər.Bunlar Vaqifin

xanımı Qızxanım,Kələntər Ağası bəyin xanımı Sara Xatun və Mirzə Əliməmmə-din zövcəsi Durnadırlar.

Şahnisə:

-Təzə nə xəbər var.

Qızxanım:

-Ən təzə xəbər budur ki,bu gün xan Ohan keşişi və Xanməmmədi zin-

dana atdırıb.İkisi də xana və dövlətə xəyanət ediblər.

Şahnisə:


-Vay,başıma xeyir,nə ediblər ki?

Durna:


-Mənim bədheybət qaynım xanı Kərim xan Zəndə şikayət etmək istəyib, amma İran şahına ünvanladığı məktub İbrahimxəlil xanın əlinə keçib.Ohan keşiş isə urus padşahına şikayət yazıb,onun da məktubu xana çatıb.

Şahnisə:


-Haram olsun xanın çörəyi onlara.(Üzünü Durnaya tutaraq ) Ay Durna

xanım, Mirzə Əliməmməd çoxmu kədərləndi?

Durna:

-Vallah,səhər evdən çıxdı,getdi xanla görüşə.Sonra onu görməmişəm.



Xəbəri isə bizə qazinin qızı yolda söylədi.Allah vurmuşdu Xanməmmədi ki,ona görə bir kədərlənəsən də!

Sara xatun:

Baxma,qardaş nə qədər pis olsa da, yenə qardaşdır!

Şahnisə:


-Doğrudur.Sara Xatun,İstanbuldakı oğlundan nə xəbər,dərslərində bir çətinliyi yoxdur ki?

Sara xatun:

-Allaha şükür,hər şey qaydasındadır.Ağası bəy istəyir xandan bir-iki aylığa icazə alıb İstanbula yollansın,oğlunun işləri ilə maraqlansın.Bəs,bizim Ki-çikbəyim balamız haradadır,gözə dəymir.

Şahnisə:


-O deeey,əmisi oğlu ilə ocaq üstündən hoppanırlar.

Sara Xatun:

-Mehralı bəyin oğlu Məhəmməd bəy də,maşallah,əməlli-başlı böyüyüb.

Elə bu anda gözlənilmədən peyda olan Kosa və Keçi xanımları söhbəti yarımçıq kəsməyə məcbur edirlər.

Keçi:

-A kos-kosa,gəlsənə,

Gəlib salam versənə,

Kosa bir azı neylər,

Ördəyi,qazı neylər,

Ay xal-xala,dursana,

Torbanı doldursana.

Keçi Şahnisənin qarşısında torbasının ağzını geniş açır.Şahnisə xanım ayağa qalxıb torbanı onun əlindən alır və çadıra keçir.

Kosa:

Ay uyruğu-uyruğu,



Saqqalı it quyruğu,

Kosam bir oyun eylər,

Quzunu qoyun eylər.

Yığar bayram xonçasın,

Hər yerdə düyün eylər.

Şahnisə xanım kosanın boş kisəsini ona dolu qaytarır.

***

İbrahimxəlil xanın sarayının məşvərət otağı.Xan taxtda əyləşib.Molla Pənah Vaqif,Kələntər Ağası bəy və Mirzə Əliməmməd onun qarşısında diz üstə



oturublar.

Xan:


-Daim məclislərimin başında oturtduğum adamların bu qədər nankorluq

etməsi,xəyanət yolunu tutması çox ağırdır.Mənə yaxşı bayram hədiyyəsi etdilər.Ən

çox da Xanməmmədin xəyanəti mənə yer etdi.Nəyi çatmırdı onun?!Şuşanın tam mərkəzində iki mərtəbəli,saray kimi ev-eşiyi,Malıbəylidə mülkləri,iki mindən artıq qoyun-quzusu,ikiyüzə yaxın arı ailəsi…(Mirzə Əliməmmədə üzünü tutaraq) Sən-dən göydən yerə qədər razıyam,Mirzə,məhz sənin sayıqlığının sayəsində o məktub-lar ələ keçdi.Dostlar, bilirsiniz ki,siz mənə ailə fərdlərimi hesaba almasaq,ən yaxın adamlarsız və mən sizə güvənirəm.Odur ki,bu gün həddən artıq hissiyata qapılmış olmağımı mənim üçün böyük qüsur hesab etməmənizi rica edirəm.

Bugünkü hadisə göstərdi ki,xanlığımızın ərazisində İran və Urusiyət üzə-rində siyasi hesablar qurmaq istəyənlər var,deməli, gələcəkdə də ola bilər.İndi də-qiqləşdirmək lazımdır ki,bütün bunlar Ohan keşişlə Xanməmmədin şəxsi təşəbbüs-

ləridir,yoxsa xaricdən qurulmuş oyundur.Onları daxildə dəstəkləyən var ya yox?

Onlar təkdirlər,yoxsa müəyyən bir qiyamçı dəstəni təmsil edirlər?

Əminəm ki,Xanməmmədə bir balaca işkəncə versək,dözməyib hər şeyi

ovcumuzun içinə qoyacaq.Amma mən bunu etmək istəmirəm.(Üzünü Mirzə Əli-məmmədə tutub)Odur ki,Mirzə,öncə özün bir onunla söhbət et.De ki,doğrusunu

söyləsən xan səni bağışlayar.Bəs,Ohan keşiş barədə məsləhətin nədir?

Mirzə Əliməmməd:

-Mənə üçcə gün vaxt ver,hər şeyi dəqiqliklə öyrənim.İndi isə dəmiri isti-isti döymək lazımdır.Xan mənə icazə ver, təcili gedib Ohanın evində və kilsədə ax-tarış aparım.Sonra gec ola bilər.

Xan:


-Hə,sən yubanma,işində ol.

Mirzə Əliməmməd “Əssəlmu əleyküm”-deyib dal-dala otağı tərk edir.

İçəridəkilər də “Və əleykəssəlam”-deyə cavab verirlər.

***


Mahmud və Səraslan qəhvəxananın qapısından çıxıb yollarına davam edirlər.

Mahmud:


-Həyatın qəribəliyinə bir bax,şeir yazib dua adına itin boynuna asasan,xan

bundan xəbər tuta,qəzəblənib səni cəzalandırmaq istəyər,sən də sinədən bir şeir deməklə,həm xanın qəzəbini soyudasan,həm xan qızını həmin şeirlə ovsunlayıb

özünə aşiq olmağa məcbur edəsən ,sonra da onunla evlənib xanın kürəkəni olasan,

bu azmış kimi,bir müddət sonra vəzir məqamına yüksələsən…

Səraslan dayı,Allah xətrinə o şeiri bir də söylə!

Səraslan gəncin xahişini yerə salmır və küçə ilə getmələrinə baxmayaraq

qəhvəxanada söyləmiş olduğu şeiri bir də dilə gətirir:

Yüz iyirmi dörd min peyğəmbər keçdi,

Dünyadan kim getdi dərdi-vərəmsiz?

Hanı Nuşirəvan,təxti-Süleyman?

Dövran belə keçdi,Cəmşidi,sənsiz…

***


İbrahimxəlil xanın sarayı. Xan taxtda oturub.Gözlərindən qəzəbli olduğu hiss edilir.Gənc Molla Pənah onun qarşısında ayaq üstə duraraq əlindəki sazı çalıb oxuyur.Xanın qızı Sənəm xanım bir qıraqda durub gah atasına,gah da Vaqifə baxır.

Onun gözlərindən sairə böyük rəğbət və məhəbbət hiss olunur. Vaqif oxuduqca xanın qəzəbinin soyuduğu gözlərindən sezilməyə başlayır.

Vaqif:

-....Çox güvənmə qızılım var,pulum var,



Puç dünyada ulusum var,elim var.

Heç demirsən,ayrılıq var,ölüm var.

Neçə min söhbətlər qılıblar sənsiz.
Mətlubum istərəm şahi-heydərdən,

Sahibi-zülfiqar,şahi-Qənbərdən,

Biçarə Vaqifi salma nəzərdən,

Qul xətasız olmaz,ağa kərəmsiz.


***

Mahmud:


-Doğurdan da Allahın qüdrəti qarşısşnda hər şey acizdir.Doğrudan da hər şey Allahın təqdirindən asılıdır.Bax,həmin an o şeir Vaqifin ağlına haradan gəldi?

Əlbəttə ki,Allah vəhy etdi.

Səraslan:

-Haqlısan!

***

Cıdır düzü.Camaat hər bayram şənliyinin sonunda olduğu kimi,cıdır yarışına tamaşa etmək üçün dağ döşünə yığışmışdır.Yarışda iştirak etmək istəyən gənclər at belində başlanğıc xətti tərəfə axışırlar.Axışanlar arasında Vaqifin oğlu Qasım da var. Onların ümumi sayı yüzdən artıqdır.Məmməd bəy də öz atı ilə sözü-



gedən tərəfə hərəkət edir.Onu ötürən və əlində su qabı tutan Kiçikbəyim “İndi nəyə qadir olduğunu görəcəyik.Sənə uğurlar olsun!”-deyib arxasınca su atır.

Artıq atlılar başlanğıc xəttinin arxasında hazır vəziyyətdə durmuşlar. Tamaşaçılar arasında yer alan qadın və qızların bəziləri,o cümlədən Kiçikbəyim atılması gözlənilən tapançanın səsindən diksinməmək üçün barmaqları ilə qulaq-larını tıxamışlar.Nəhayət,güllə səsi eşidilir və atlılar irəli şığıyırlar.

***

Ekranda yarış iştirakçılarına azarkeşlik edənlərin,o cümlədən Şahnisə, Qızxanım,Durna,Sara Xatun və Kiçikbəyimin həyacanlı simaları canlahır.



***

Atların qopartdığı toz-dumandan göz-gözü görmür.Fəqət irəlidə gedən beşnəfərlik qrupun içində Qasım və Məmməd bəyin də olduğu aydın sezilir. Qasım

üçüncü ,Məmməd bəy isə dördüncüdür.Bir qədər sonra Qasım birinci,Məmməd

bəy ikinci olur.Şahnisə Qızxanıma:

-Bax,sizin Qasım birincidir.

Kiçikbəyim:

-Görərsiniz,indi əmim oğlu vəzirin oğlunu kecəcək.

Doğrudan da elə olur.Məmməd bəylə Qasım yerlərini dəyişirlər.İndi on-lar rəqiblərini çox geridə qoymuşlar.Artıq qalibin onlardan biri olacağına heç bir şübhə yoxdur.

Kişikbəyim:

-Gördünüz,demədimmi ki,Məmməd Qasımı keçəcək?!Keçən il də onun atı birinci olmuşdu.İndi də belə olacaqdır.

Qızın sözü bu dəfə qismən doğru olur.Qasım və Məmmədin atları finiş xəttinə eyni anda çatırlar.

***


Bərpa edilərək erməni kilsəsi kimi fəaliyyət göstərən alban kilsəsinin xaricdən görünüşü .Mirzə Əlimməməd altı nəfər silahlı atlı ilə bərabər kilsəyə yaxınlaşaraq onun qapısı önündə atdan enirlər.Klsədən atlıların səsinə xidmətçi Mesrop çıxır:

-Xoş gəlmisən,ağa!

Mirzə Əliməmməd:

-Təksən?


Mesrop:

-Bəli,ağa.Ohan keşiş xan sarayına gedib,hələ qayıtmayıb.

Mirzə Əliməmməd və silahlılar içəri girirlər.Mesrop da onların arxasınca gedir.

*** ep-50

Kilsənin içi. Gözə ilk dəyən qırmızı bürüncəkli müqəddəs Georginin at üstündə və əjdahanı nizə ilə öldürən halda təsvir edilmiş ikonası olur. Mirzə Əli-məmməd və onu müşayiət edənlər kilsənin hər küncünə nəzər yetirirlər.Ekranda növbə ilə“Məryəm körpəsi ilə”, “ Çarmıxa çəkilmiş İsa”, “İsa və 12 həvvari”ikona-ları canlanır.

Mirzə Əliməmməd “Çarmıxa çəkilmiş İsa”ikonosına tamaşa edə-edə:

-Siz bu şəkillərəmi sitayiş edirsiniz?

Mesrop:


-Yox,ağa,biz Ata -Allaha,Oğul -Allaha və Müqəddəs Ruha sitayiş edirik.

Mirzə Əliməmməd “ İsa və 12 həvvari”ikonasının qarşısına gəlir və onu yuxarıdan aşağıya doğru süzür:

-Deməli,sizin üç tanrınız var?

Mesrop:


Yox,ağacan,biz də sizin kimi bir Allaha inanırıq. Allah təkdir.Ata,Oğul

və Müqəddəs Ruh onun təzahürləridir.

MirzəƏliməmməd:

-Belə de,deməli , Allah həm özü-özünün oğlu, həm də özünün atasıdır. Həzrət İsa da həm peyğəmbər, həm də Allahdır,yəni özü-özünün peyğəmbəridir,

eləmi? (Mesropdan səs çıxmır).Susursan…Düz də edirsən…Sən kiçik adamsan, belə incə məsələləri bilməzsən,bunları Ohan keşişdən soruşmaq lazımdır.(O,“Mər-yəm körpəsi ilə” ikonasının qarşısına keçir) Ay gədə,mənim qardaşımı tanıyırsan-mı?

Mesrop:


-Bəli,ağa!O,Ohan keşişlə dostdur və bura tez-tez gəlir,demək olar ki,hər

gün gəlir.Amma bu gün gəlməyib.

Mirzə Əliməmməd:

-Və birlikdə çaxır içirlər?

Mesrop:

-Burda yox,ağa,keşişin evində içirlər.

Mirzə Əliməmməd:

-Sonra nə edirlər,ay Mesrop?

Mesrop:

-Heç nə ,başına dönüm,Ohan keşiş Xanməmməd ağa üçün sütül-sütül,

gözəl-gözəl erməni qızları gətirir,o da onları bir-iki saatlığına özünə siğə edir.

Mirzə Əliməmməd:

-Erməni qızlarını daha kimlər özünə siğə edib?

Mesrop:


-Miryəhya ağa,bir də Mirhüseyn ağa,vəssalam.Mirhüseyn ağa beş gün bundan əvvəl mənim arvadımı da zorla özünə iki saatlığa siğə etdi.Dedim,ağa,Al-

lahdan,peyğəmbərdən qorx,özün də günaha batma,bizi də günaha batırma.Dedi ki,

bir dua oxuyacağam,sən də,arvadın da cənnətə gedəcəksiniz.Vallah,ağa,istədim xana şikayət edim,Ohan keşiş qoymadı.O da dedi ki,cənnətə gedəcəksiniz.

Mirzə Əliməmməd özünü saxlaya bilməyib qəh-qəhə çəkir,xəfiyyələr də

ona qoşulurlar.

Mesrop pərt olur,sonra o da gülməyə başlayır və deyir:

-Köpək qızının,-bizim arvadı deyirəm e,-siğə o qədər xoşuna gəlib ki,

mənə deyir,gəl gedək müsəlman mollasının yanına,məni siğə eləsin.

Mirzə Əliməmməd gözlənilmədən tam ciddi bir vəziyyət alır və yenə

gözlənilmədən çox sərt və qəzəbli halda ucadan soruşur:

-Ə Mesrop,it balası it,gizli otaq , gizli yol haradadır?

Bu hal və bu gözlənilməz sual təkcə Mesropun deyil,xəfiyyələrin də çaşmasına səbəb olur.Mesrop kəkələməyə başlayır:

-Hhhhhh…ddd…ua

Mirzə Əliməmməd cəld qılıncını qınından siyirib Mesropun boğazına dirəyir:

-And olsun Allaha, başını erməni qibləsinə kəsərəm,tez ol,söylə,küçük!

Mesropun dili-boğazı quruduğundan bir kəlmə belə danışa bilmir,yalnız titrəyən barmağını zorla müqəddəs Georginin təsvir edildiyi ikonaya tərəf uzada

bilir.Mirzə Əliməmməd ikonaya yaxınlaşaraq qılıncını ikona ilə divarın arasına soxub ikonanı divardan aralayaraq gözünü yaranan yarığa yaxınlaşdırır və dərhal deyir:

-İki nəfər kilsənin qapısında dursun,heç kəsi içəri buraxmasın.Bu it balasının əl-qolunu bağlayın.(üzünü yaxındakı yoldaşına tutur)Sənsə gəl mənə kömək elə.

Mirzə Əliməmmədlə yoldaşı köməkləşərək ehtiyatla ikonanı divardan çıxarıb səliqə ilə bir kənara qoyurlar.Xəfiyyə məmurlarından daha biri ən son anda onlara kömək edir.Digər iki məmur isə erməninin əl-qolunu bağlayıb qurtarırlar. Hamısı birlikdə ikonanın arxasından üzə çıxan qaranlıq dəhlizin girəcəyinə topla-nırlar.Mirzə Əliməmməd ermənidən soruşur:

-Şam,şamdan, çaxmaq varmı?

Dili hələ də açılmayan Mesrop bir neçə anlaşılmayan səs çıxarıb kilsə-nin əks küncünə istiqamətlənir.Məmurlardan biri onun ardınca gedir.İkonanı çı-xartmaqda xəfiyyəbaşina yardım etmiş məmur ondan soruşur:

-Ağa,burada gizli yol və otağın olduğunu nədən bildiniz?

Mirzə Əliməmməd:

-Bilmirdim.Ehtimal etdim,yoxladım,düz çıxdı.Mən hələ Pənahəli xanın

dövründən bu işlərlə uğraşıram.Bir xeyli təcrübə toplamışam.

Bu an Mesropla gedən məmur onunla birlikdə geri dönür. Onun bir əlin-də yanan şam,o biri əlində isə yanan çıraq var.O.çırağı Mİrzə Əliməmmədə uza-dır. Xəfiyyəbaşı çırağı dəhlizə tərəf çevirir:

-Qoy birinci o getsin.

Məmurlar Mesropu dəhlizin içinə doğru itələyirlər.Xəfiyyələr erməninin ardınca dəhliz boyu hərəkətə başlayırlar. 5-10 metr getdikdən sonra Mesrop durur və geri dönərək məmurlara deyir:

-Biriniz qılıncınızı irəli uzadın,burada tələ var.

Məmurlardan biri qılıncını irəli uzadır.Dərhal divarlardan birindən qalın bir nizə çıxıb böyük sürət və zərblə qarşı divara çırpılıb geri qayıdır.

Yolçular yollarına davam edirlər və 5-10 metrdən sonra böyük bir otağa yetişirlər. Onların gözünə deyən ilk şeylər qalaq-qalaq nizə,qalxan,qılınc,tüfəng,

tapança , 5-6 içi dolu kisə və bir böyük sandıq olur.

Mirzə Əliməmməd:

-Kisələrdəki barıtdır?

Mesrop:

-Bəli.


Mirzə Əliməmməd:

-Bəs sandıqdakı?

Mesrop:

-Güllədir,ağa.

***

Vaqifin evinin bağçası.Vaqif və Kələntər Ağası bəy çardaqda əyləşib



nərdtaxta oynayırlar.Ağası bəy zərləri atır və sevinc hissi ilə:

-Beş qoşa!(Damaları xanalar üzrə çəkərək)Bu biri,bu ikisi,bu üçü,bu da

dördü!Hə nə oldu?Demədimmi ki, mən nərdi icad edəni axtarıram ki, xoruzunu ve-rim qoltuğuna.

Vaqif:


-Tamam,dostum,mən təslim.

Bu sözlərdən sonra Molla Pənah nərdtaxtanı qatlayıb bir kənara qoyur

və nökərini səsləyir:

-Lələ,ay lələ!...İndi səni bir qəhvəyə qonaq edəcəyəm ki,dadı qiyamətə qədər ağzından getməyəcək.

Kələntər Ağası bəy:

-Bilirəm,bilirəm,Yəmən qəhvəsi...Təbrizdən məxsusi gətirtdirmisən.

Vaqif təəccüblə:

-Sən təsadüfən falçı-filan deyilsən ki?

Bu anda nökər gəlib çixir:

-Eşidirəm,ağa.

Vaqif:

-Bizə qəhvə bişir.



Nökər “Baş üstə”-deyib gedir.

Ağası bəy:

-Mən nə falçıyam,nə də filan.Sənin xəbərin yoxdur,bütün şəhər sənin

Təbrizdən gətirtdiyin Yəmən qəhvəsindən danışır.Dünən xanın xanımı da Cıdır düzündə bizim xanımı sənin qəhvənə qonaq edib.

Yenidən peyda olan nökər əlindəki məktubu Molla Pənaha uzadaraq:

-Ağa,indicə yamçı gəlmişdi,bu məktubu gətirdi.

Vaqif:

-Çox sağ ol.Gedə bilərsən.Qəhvə işini də tezləşdir.



Nökər “baş üstə”-deyib gedir.

Molla Pənah məktubu açir və sevinc içində deyir:

-Dostum Molla Vəli Vidadidəndir.

Kələntər Ağası bəy:

-Məşhur şair Vidadimi?

Vaqif “hə”-deyərək məktubu oxmağa başlayır.

Ağası bəy “Bəh-bəh” edib,Molla Vəli Vidadidən bir beyt şeir söyləyir:

Xəstə düşdüm,gələn yoxdur üstümə,

Qərib öldüm,bikəs öldüm,yad öldüm.

Xəbər olsun yaranıma,dostuma,

Qərib öldüm,bikəs öldüm,yad öldüm.

Vaqif “Yazır ki,bir aydan sonra Şuşaya gələcək.”-deyir və gözünü ka-

ğıza dikərək xəyala dalır...

***


Səfalı və gözəl təbiətə sahib bir məkan.10-15 nəfər gənc şair,o cümlə-dən gənc Vaqif bir bulağın başında Molla Vəli Vidadini əhatəyə alıb,onu dinləyir-lər.Vidadi öz şeirini oxuyur:

-Gecə-gündüz oda düşüb yanıram,

Siyah telli bir sonanın ucundan,

Nə dil deyə bilir,nə qələm yazır

Hər nə ki çəkmişəm onun ucundan.

Qəm ki gəlir mənə firqəbəfirqə,

Nə Məcnun cəkibdir,nə görüb Vərqə,

Neçə müridləri vermişəm qərqə

Çeşmindən tökülən qanın ucundan.

***


Həmsöhbətlərə yaxınlaşan və qarşılarına iki fincan qəhvə qoyan nökərin gəlişi Molla Pənahı xəyallarından və şirin xatirələrindən ayırır.Nökər getdikdən sonra Vaqif deyir:

-Deyəsən,bir az xəyala daldım.Üzr istəyirəm.

Ağası bəy “Əstəfrullah”-deyib qəhvədən bir qurtum alır və ondan qəhvə-sini tərifləməsini səbirsizliklə gözləyən həmsöhbətinə deyir:

-Bu qəhvə mən düşündüyümdən və gözlədiyimdən də ləzzətliymiş.İndi başa düşdüm ki,nədən Şuşada hər kəs sənin qəhvəndən danışırmış.

Vaqif:

-Quruculuq-abadlıq işləri necə `gedir?



Ağası bəy:

-Vallah, xəzinənin doldurulması tədbirləri barədə sənin verdiyin təklif-lərin xan tərəfindən qəbul edilməsindən sonra,xüsusən də xümsün və məscidlərə ianələrin ləğvi ilə xəzinənin çox sürətli artımı başlayıb.Elə bu səbəbdən də köçgün-lərin geri qaytarılmasında çətinliyimiz olmadı.Oturub hesablamalar aparmışam. Köçgünlər də güzəştli vergiyə cəlb edildikdən sonra xəzinənin gəlirləri 9-11, tam vergiyə cəlb edildikdən sonra isə 15-16 faiz arta bilər. Gəncə yolunun təmirini artıq başa çatdırmışıq.8 yeni körpü ,14 karvansaray, 3 sərhəd-gömrük məntəqəsi tikilib

qurtarıb. Sən deyəndə nə mən,nə də xan inanmamışdıq,amma artıq sən deyən kimi,

gömrüklərdən əldə etdiyimiz gəlirlər vergi gəlirlərini üstələməyə başlayıb.

Hə,bir də 21 mədrəsə və7 hamam da tikilir.

Vaqif:


-Bizim cocuqlarımız üçün mədrəsələr hər şeydən önəmlidir. Bəs,İrəvan istiqamətində bir irəliləyişə nail ola bilmisinizmi?

Ağası bəy:

-O istiqamətdə qaçaq Səfərin quldur dəstəsi bizə göz açmağa imkan

vermir.Sənin məsləhət verdiyin kimi,İrəvan xanlığından gələn və ora gedən bütün

karvanları gömrük rüsumundan azad etmişik ki,ticarət əlaqələrimiz qırılmasın.

Hələ də başa düşə bilmirəm ki,qaçaq Səfər güllə və barıtı necə və hara-dan təmin edir.İnanmıram ki,bu,İrakli xanın işi olmuş olsun.

Vaqif:

-Mən də inanmıram.Çünki,Tiflis bəylərbəyliyi bizimlə xoş və təhlükəsiz



ticarət əlaqələrində maraqlıdır.Tiflisin də gəlirlərinin önəmli bir hissəsi bizimlə ticarətdən gəlir.

***
Hər iki tərəfi meşələrlə örtülü dağlar olan çay vadisi.Axar çayın şırıltısı

dağlarda əks-səda yaradır.Çayın sahili boyunca yüklü dəvə ,eşşək və at arabaların-

dan ibarət karvan 10-15 atlının müşayiəti ilə hərəkət edir. Öndə gedən iki atlıdan

birincisi dağlara boylana – boylana o birinə deyir:

-Qəribədir,qaçaqlar indiyə qədər gərək artıq çoxdan peyda olmuş olaydılar.Biz də xəracımızı verib rahat-rahat yolumuza davam edərdik.

İkinci atlı:

-Bəlkə, Allahın köməkliyi ilə bu dəfə xəracsız-filansız ötüşdük.

Birinci atlı:

-Xam xəyallara düşmə,qardaş,sən bu qaçaq Səfəri tanımırsan,parasını almadan buradan quş da uçurmaz.Harada olsa,indi peyda olar.

Atlı sözünü bitirər-bitirməz təpələrin arxasından qaçaqlar peyda olurlar.

Onlardan biri atını onlara tərəf sürür.

Birinci atlı yqldaşına:

-Gördünmü?

İkinci atlı:

-Gördüm.


Saroş adlı qaçaq onlara yaxınlaşıb bir söz demədən qarşılarında durur.

Birinci atlı da eynən onun kimi susaraq və bir söz deməyərək əlindəki qızıl kisəsini ona atır.O da kisəni göydə tutur.Sonra,sanki,çəkisini müəyyənləşdir-mək istəyirmiş kimi bir-iki dəfə atıb-tutur və diqqətlə karvana göz gəzdirir,sonra da sakitcə geri dönüb gedir.Qaçaqlar gözdən itirlər.Karvan isə yenidən hərəkətə gələrək yoluna davam edir.

***

Qaçaqlar(20-25 nəfər) dolanbac meşəli dağ yolu ilə üzü yuxarı qalxırlar.



Biri də bir kəlmə söz demir,danışmır.Ən öndə Saroş gedir.Hamsının çiynindən tüfəng asılıb.

***


Qaçaq Səfər böyük bir mağaranın önündə təkdir.O,şişə çəkilmiş bütöv bir heyvan cəmdəyini odun üstündə aramla ora-bura fırladır.Atların ayaq səsləri eşidilir.Səfər başını səs gələn tərəfə çevirir.Ağacların arxasından bir-bir peyda olan

atlı yoldaşları ona yaxınlaşıb atlarından enirlər.Saroş əlindəki kisəni ona verir,özü isə onu əvəz edərək ,qızarmaqda olan cəmdəyi çevirməyə başlayır.Digərləri isə mağaraya girirlər.

Səfər:

-Güllə- barıtımız qurtarır,Xanməmməddən də bir səs çixmir ki,çıxmir! Deyirəm, bəlkə, başına bir iş-zad gəlib.Saroş, istəyirəm uşaqlardan birini şəhərə göndərəm,Xanməmməddən bir xəbər öyrənsin,nə deyirsən?



Saroş:

-Mən gedərəm.

Səfər:

-Sən yox,Sən ala itdən də məşhursan,səni tanımayan yoxdur.Bu gün so-



nuncu göyərçini yollayacağam.Sonra baxarıq.

Saroş:


-Səfər,izn ver mən gedim .Çoxdandır,segilimi görmürəm.Ondan bərk nigaranam..Həm Xanməmməddən bir xəbər bilərəm,həm də yarımla görüşərəm.

***


Başda xəfiyyəbaşı Mirzə Əliməmməd olmaqla bir dəstə silahlı xəfiyyə

(təqribən10-15 nəfər) meşə yolu ilə çapırlar.

***

Erməni Aşotun yaşadığı atılmış tövlələr. Çox sayda çapan at ayaqlarının səsi eşidilir.Səsə evlərdən(tövlələrdən) Aşot,daha iki erməni və dörd nəfər 14-15



yaşlarında qız uşağı çixir.Mirzə Əliməmməd və yoldaşları evləri mühasirəyə alır-lar. Mirzə Əliməmməd qorxudan rəngləri qaçmış və tir-tir əsən ermənilərin başının üstünü alaraq çığırır:

-Aşotdur,nə zibildir,bilmirəm,hansınızdır?

Aşot əsə-əsə və dili dolaşa –dolaşa:

-Mmmmənəm,ağa.

Xəfiyyəbaşı:

-Ə, it oğlu it,Osmanlıdan bura siğəlik erməni qəhbələrini sən gətirtdirir-sən?

Aşot Mirzə Əliməmmədin qarşısında diz çökərək:

-Ağa bu yolla bir-iki quruş qazanıb ailəmi dolandırıram.

Xəfiyyəbaşı:

-Qızları kimlərə satırsan.

Erməni:

-Ohan keşişin adamları gəlib alırlar.

Mirzə Əliməmməd:

-Başqa nə işlər görürsən?

Aşot:

-Heç bir şey,ağa.



Mirzə Əliməmməd “Yalan demə,küçük!”-deyib Aşotu qırmancla döymə-yə başlayır.Erməninin çığırtısı aləmi bürüyür.Qızlar da qorxudan ona qoşulub qış-qırmağa və ağlamağa başlayırlar.Xəfiyyəbaşı ermənini çırpa-çırpa soruşur:

-Barıtı,güllələri harada gizlətmisən?

Aşot yalvarır:

-Atının təzəyinə qurban olum,ağa, vurma,hər şeyi deyəcəyəm.

Mirzə Əliməmməd onu döyməkdən əl çəkərək:

-Tez ol,söylə,köpək oğlu köpək!

Aşot:

-Onlar mənim deyil,ağa,keşişindir,onun xidmətçisi Mesrop gətirib,mən



də basdırmışam.Bu dəqiqə göstərərəm.

Aşot evə girib əlində üç ədəd bellə qayıdır.Bellərin ikisini o biri ermə-nilərə verib birini özündə saxlayır və deyir :

-Gəlin...

***


Meşənin bir yeri.Ermənilər yeri qazıyırlar.Təqribən 1,5 metr dərinlikdən

içi barıt və güllələrlə dolu səkkiz böyük qutu çıxır.Mirzə Əliməmməd hələ də ya-ranmış çuxurun içində olan ermənilərin hərəsinin başina bir qırmanc vurur:

-Onlar bundan artıq bir şey bilmirlər,ona görə də daha lazım deyillər.

Xəfiyyəbaşı qorxudan titrəyən ermənilərə sonuncu dəfə baxıb çuxura tü-pürür və yoldaşlarına:

-Bunları güllələyin.Qızları isə aparın kilsəyə.

***


Şuşanın qala divarının keşikçi bürclərindən biri.Səraslan və Mahmud bürcdə keşikdə durmuşlar.Hər ikisi nizələrini də,qalxanlarını da divara söykəmiş-lər.Yenə də yaşlı keşikçi danışır,gənc isə dinləyir.

Səraslan:

-...Teymur padşah əmr edir ki,mollanın gətirdiyi badımcanları çırpın onun başını.Nökərlər Molla Nəsirəddini bir ağaca bağlayıb, başlayırlar badımcan-ları bir- bir mollanın başına vurmağa.Hər dəfə vurduqca molla Allaha şükr edir.Bu hala təəccüblənən Temur ondan bunun səbəbini soruşduqda,Molla Nəsirəddin deyir ki,şah sağ olsun,mən istəyirdim ,sənə nübarlıq bir kisə qarpız gətirim.Sonra fikrimi dəyişib badımcan gətirdim.İndi elə buna şükr edirəm.Şükr edirəm ki başima çırpılan qarpız yox,badımcandır.

Mahmudu gülmək tutur.

Səraslan davam edir:

-Bir gün molla çayxanada oturub çay içir.Çöldə də bərk yağış yağır. Molla Nəsirəddin bir də görür ki,axund islanmamaq üçün küçə ilə evinə tərəf qaçır. Molla üzünü ona tərəf tutaraq: “Axund,bəs,sən deyirdin ki,yağış Allahın nemətidir, adam da Allahın nemətindən qaçar?”

Axund da məcbur olub yavaş-yavaş gedir və sümüyünə qədər islanır.Sa-bahı gün isə,iş elə gətirir ki,bu dəfə axund çayxanada oturur, molla isə yağışda is-lanmamaq üçün qaçmalı olur.Bu dəfə axund ona qışqırır: “Molla,adam da Allahın nemətindən qaçar?”Molla özünü itirməyib cavab verir: “Qaçıram ki,Allahın nemə-tini tapdalamayım.”

Mahmud dözə bilməyib qəh-qəhə çəkir.Səraslan dərhal əli ilə onun ağzı-nı tutur:

Sakit!Eşidərlər,ikimizi də işdən atarlar.Allah qoysa,sabahdan etibarən xidmət yerimiz dəyişir. Artıq qalada yox,zindanda keşik çəkəcəyik,dustaqlara nə-zarət edəcəyik.Ora buradan yaxşıdır.İstədiyin qədər danışıb- gülə bilərsən.

Mahmud:


-Səraslan dayı,birini də danış.

Səraslan:

-Sabah...Özünü saxlaya bilmirsən.Bir azdan bizi dəyişməyə gələcəklər. Götür nizə-qalxanını əlinə.

Hər ikisi nizə-qalxanlarını əllərinə götürürlər.Və bu an Mahmud gözlə-nilmədən sağ əlindəki nizəsinin ucunu, nəyə isə işarə edirmiş kimi,qarşı tərəfə uza-daraq,qalxanını yüngülcə yoldaşına toxundurur və həyacanla deyir:

-Ora bax!Ora bax!Göyərçin!

Səraslan qeyri-ixtiyari gəncin işarə etdiyi tərəfə dönür.

***

Bir göyərçin qala divarının üstündən şəhər istiqamətində uçur.



***

Səraslan təəccüblə:

- Mahmud, sən nə qəribə adamsan,ömründə göyərçin görməmisən mə-gər?

Mahmud:


-Demək ki,bilmirsən.Sonra başa salaram.Mən şəhəri yaxşı tanımıram, diqqətlə bax,gör,göyərçin hara,kimin evinə qonacaq.

***


Göyərçin şəhərin üzərində dövrə vurmağa başlayır.Kadr arxasından Sər-aslanın səsi eşidilir:

-Yaxşı,“diqqətlə bax” deyirsən,baxım.Amma sən də bir başa sal görüm, nə olub,axı?

Göyərçin ikimərtəbəli evin damına qonur.

***


Mahmud:

-O,kimin evidir?

Səraslan:

-O ev şəhərin ən hörmətli və varlı adamlarından biri olan seyid Xanməm-məd ağanın evidir.Göyərçin onun evinin damına qondu,hə,nə olsun?

Mahmud:

-Sonra başa salaram.İndi isə keşikçibaşıya təcili xəbər vermək lazımdır.

Mahmud bu sözləri deyib pilləkanlarla tələsik aşağı enməyə başlayır.

***


Uzaqda Tehran şəhərinin qala divarları görünür.Yaxın perspektivdə üzü qalaya tərəf tuşlanmış topun sağ və sol tərəflərində durmuş iki topçu diqqəti çə-kir.Onların arxaları kameraya tərəfdir.Qalanın bürclərində sadəcə bir-neçə keşikçi gözə dəyir.Kamera sağa hərəkət edir. Topdan sağda üzü şəhərə,arxası kamraya tə-rəf olan, bir xətt üzrə, bir-birindən iki metr ara ilə düzülən on tüfəngli əsgər növbə

ilə obyektivə düşür.Sonra ekranda başqa bir top və iki topçu,ardınca yenə eyni qayda ilə düzülmüş on tüfəngli əsgər canlanır.Bu ardıcıllıq bir-neçə dəfə təkrarlanır və nəhayət,kameraya sağdan sola hərəkət edən çox sayda atlı girir və əvvəlki görüntüləri tam örtür.

***

Ağa Məhəmməd şah Qacarın çadırının qarşı tərəfdən görünüşü.Çadırın dörd-bir tərəfində əli nizə-qalxanlı keşikçilər durmuşlar.Çadırın önündən bellərin-də zəmburək(kiçik top) olan dörd dəvə və onları ardlarıyca çəkən əsgərlər keçir.



***

Çadırın içi.Ağa Məhəmməd şah Qacar taxtda oturb.Qarşısında Kamaləli bəy və Allahverdioğlu durmuşlar.Şah yerə dikilmiş yorğun və kədərli gözlərini as-ta-asta qaldırararaq deyir:

-Tehranın hakiminə deyin ki,Ağa Məhəmməd şah Qacar şəhərə və əhali-sinə xətər yetirmək istəmir.Təslim olmağı təklif edir.Təslim olacağınız təqdirdə

hər kəsin can və mal güvənliyi təmin ediləcək.Əhali bir il müddətinə hər cür vergi-

dən azad olacaq.Şəhər səltənətin taxt şəhəri olacaq.Əks təqdirə Tehranda bircə nəfər də başıpapaqlı qalmayacaq,malınız-mülkünüz talan və müsadirə ediləcəkdir.

Gedin!


Kamaləli bəy və Allahverdioğlu baş əyərək çadırdan çıxırlar.Tək qalan

Şah dərin fikrə gedir gözləri önündə keçmişin xəyalları canlanır.

***

Məhəmməd Həsən xanın evi.Hər tərəf xalça-palazla bəzədilmişdir. Divarlardan asılmış qılınc,qalxan,tüfəng,tapança və şamdanlar pəncərədən dü-



şən işığı əks etdirərk par-par parıldayır.Qarşı tərəfdə kitab rəfləri gözə dəyir.Xan,

Ceyran və balaca Ağa Məhəmməd (12-13 yaşında) yerdə bardaş qurarq süfrə ar-

xasında oturmuşlar. Süfrədə cürəbəcür kabablar, bol meyvə-tərəvəz və digər ye-

məklər düzülüb.Ceyran qədəhlərə şərbət süzüb üzünü oğluna tutur:

-Oğlum, sən artıq böyüyüb yekə kişi olmusan.Atanla qərara aldıq ki,

səninlə ciddi söhbət edək...

Ağa Məhəmməd öncə anasına,sonra atasına baxır,daha sonra gözlərini anasının gözlərinə dikir.

Ceyran:


-...İndiyə qədər sənin təlim-tərbiyənlə mən məşğul idim.Bildiyim və

bacardığım hər şeyi öyrətdim.Yazıb-oxumağı bacarırsan,Qurani - Kərimi xətm

etmisən,təfsir,kəlam,hədis,cəbr,həndəsə,nücum,hikmət,nəbatət elmlərindən az-

-çox xəbərdarsan...

Məhəmməd Həsən xan qədəhini əlinə alıb bir qurtum içir.Ağa Məhəm-

məd də ,sanki,bayaqdan bunu gözləyirmiş kimi qədəhi götürüb başına çəkir. Söh-

bətin nədən gedəcəyini hiss etdiyi üçün çox həyacanlıdır.

-...At çapmağı, qılınc vurmağı,ox, güllə atmağı da öyrənmisən. Təsərrü-

fat işlərindən də, Allaha çox şükürlər olsun, yaxşı baş çıxarırsan.Artıq atana qoşu-

lub ova çıxmaq, döyüşlərdə iştirak etmək vaxtın çatıb...

Ağa Məhəmməd sevincini gizlədə bilmir, gözləri od tutub yanır. Atası ona baxıb gülümsəyir.Anası da gülümsəyərək davam edir:

-...Sən bizim böyük oğlumuzsan,evimizin-elimizin,Aşağıbaş tayfasının

ümidi və dirəyisən.

Məhəmməd Həsən xan:

-Vaxt gələcək,bütün mirasıma sahib olacaq, tayfamıza başçılıq edəcək-

sən...


Ata sözə başlar - başlamaz, oğul vəziyyətini dəyişərək diz üstə oturub başını aşağı əyir.

-...Sən doğulan gün göydə quyruqlu bir ulduz peyda olmuşdu.Lələn Al-

lahverdioğlunun rəhmətlik atası dedi ki, gəncliyində onu bir dəfə də görübmüş və onda sel hər tərəfi yuyub aparıbmış,çox sayda adam,mal - qara tələf olubmuş. O, qorxurdu ki , hər şey yenidən təkrar olsun və elə də oldu. Həmin gün sel çadırları- mızı, əkin sahələrimizi , sürülərimizi tələf etdi. Tayafamız üçün fəlakətli günlər başladı,illik vergini vermək iqtidarinda deyildik.

Nadir şahın Astarabaddaki valisi Səbzəli bəyin bizlə ədavəti vardı.O,bi-

zə şahla görüşüb olanları anlatmağa imkan vermədi,əksinə hər şeyi ona təhrifedil-

miş şəkildə çatdırarq qəzəbini üstümüzə çəkdi.Odur ki, yurd-yuvamızı tərk edib

türkmənlərə sığınası olduq.Onlardan borc alıb bir-iki ilə vəziyyətimizi düzəltdik.

Nadirin ölümündən sonra ata-baba torpaqlarımıza döndük.

İndi Aşağıbaş tayfasında hər kəs sən doğulan gün peyda olan o ulduzun

gələcəkdən xəbər verən böyük bir əlamət olduğuna,yəni sənin böyük adam olaca-

ğına,təkcə bizim tayfanın deyil,bütün Qacar elinin şöhrətini dünyaya yayacağina

inanır.Mən də,anan da buna bütün varlığımızla inanırıq.

Ceyran:

-Şah İsmayıl Səfəvi düşmənlərini əzəndə sən yaşda idi. Bir il sonra isə

Azərbaycan səltənətinin taxt-tacına sahib oldu.Şirvanı,Gilanı, Farsı, Mazandaranı,

Hər iki İraqı,Əfqanıstanı,Kürdüstanı və Gürcüstanı hökmü altına aldı.

Məhəmməd Həsən xan :

-Sabahdan hara getsəm,mənimlə gedəcəksən.

Ağa Məhəmməd :

-Baş üstə,itaət boynumun borcudur.

Bu sözlərdən sonra o,öncə atasının, sonra isə anasın əlini öpür.

Ata “bismillah”deyib süfrədən bir şiş kabab götürür. Ana və oğul da

“bismillah” edirlər.

***


Gecədir.Hər tərəfə qaranlığım zülməti çöküb.Ayın işığında Şuşanın qala divarının silueti görünür.Divarla asta-asta bir kölgə sürünməkdədir.Cox çəkmir , kölgənin sahibi kameranın obyektivinin əhatə dairəsinə daxil olur.Bu,Saroşdur. O,

əlindəki ucuna uzun kəndir bağlanmış üçdişli qarmağı başı üzərində firladaraq divarın başına tərəf atır.

***

Qala divarının dişləri.Saroşun atdığı qarmaq dişlərə ilişir.Qarmağın ucu-na bərkidilmiş kəndir boş vəziyyətdən tarım vəziyyətə keçir və o,iki dişin arasına pərçimlənir.



***

Saroş kəndir vasitəsi ilə yuxarı qalxır.Belindəki xəncər ay işığında bərq vurur.

***

Divarın iç tərəfdən görünüşü.Ay divar dişlərinin arasından görünür.Diva-rın arxasından öncə Saroşun əli,sonra başı,ardınca gövdəsi,ən sonda isə ayaqları peyda olur.İşıq mənbəyi arxada olduğu üçün bütün bu görüntülər siluet şəklindədir.



Saroşun siluetinin hərəkətləri onun qarmağı dişlərin bir tərəfindən ayıraraq digər tərəfinə pərçimlədiyindən xəbər verir.Bu hərəkətlərə parallel olaraq daşa sürtünən dəmir səsi gəlir.Həmin hərəkətlərdən Saroşun kəndiri divarın bir tərəfindən yığa-raq,o biri tərəfinə salladığı anlaşılır.Sonra isə siluetin öncə ayaqları,sonra gövdəsi,

daha sonra başı və əlləri gözdən itir.2-3 saniyə sonra onun yerə dəyən ayaqlarının

səsi gəlir.

***


Xanməmmədin evinin həyəti.İki ağacın arasından daş hasar görünür.Ha-sarın arxasından onun üstünə dırmanan Saroş həyətə tullanır.Kameraya tərəf irəli-ləyərək ağacların arasında ayaq saxlayır və özü-özü ilə danışırmış kimi “Qəribədir,

Toplan gözə dəymir.”- deyir, sonra sola dönüb evin qapısına yaxınlaşır.Kamera onu təqib edir.Qapıya çatıb onu yavaşca tıqqıldadır və asta səslə Xanməmmədi səsləyir:

-Xanməmməd!Xanməmməd!

Elə bu an yuxarıdan Saroşun başına tor atılır.Gözlənilmədən müxtəlif istiqamətlərdən peyda olan şəxslər onu yerə yıxırlar.Qapı açılır və içəridən Mirzə Əliməmməd çıxır.Onun sağ əlində göyərçin var.O,sol əlinin baş barmağı ilə gö-yərçinin başını sığallayaraq deyir:

-Xanməmmədlə səni elə bu gecə görüşdürəcəyəm.

***


Tehran.Lütfəli xan Zəndin keçmiş sarayı və taxtı.Nökərlər taxtı yerindən qaldırıb aparırlar.Digərləri isə onun yerinə Ağa Məhəmməd şah Qacarın daha dəb-dəbəli taxtını qoyurlar.Üstünə xalça və döşəklər döşəyirlər.Şah,Kamaləli bəy vəAllahverdioğlu ilə birlikdə kənarda durub bunu seyr edirlər.Kamaləli bəy əlində Qacarın tacını, Allahverdioğlu isə qızıl toppuzu tutub.Ağa Məhəmməd şah əlini Allahverdioğlunun çiyninə qoyaraq deyir:

-Hə,Allahverdioğlu lələ,Lütfəli xan Zənd qardaşı Kərim xan Zəndə asi olub bütün qoşunu ilə onun üstünə gedir,Tehranı isə isə müdafiəsiz qoyur.İndi gör,

bu adamda,zərrə qədər də olsa, ağıl adlanan,siyasi təfəkkür deyilən bir şey var,ya yox.Elə buna görə də taxtını itrdi.Kərim xanla döyüşdə isə başını itirəcək.Əslinə

baxsan, belə başın itməsi daha yaxşıdır.Lütfəli xanın başı baş olsydı,biz bircə güllə belə atmadan Tehrana sahib ola biməzdik.

Nökərlər işlərini bitirib getdikdən sonra şah taxta əyləşir.Kamaləli bəy tacı onun başına qoymaq istəyir.

Ağa Məhəmməd şah:

-Lazım deyil,qoyun onları bir kənara.

Kamaləli bəy tacı,Allahverdioğlu da toppuzu taxtın üstünə,şahın yanına

qoyurlar.Qacar deyir:

-Tək qalmaq istəyirəm.Deyin, sazımı gətirsinlər.

Kamaləli bəylə Allahverdioğlu baş əyib gedirlər.4-5saniyə çəkmir ki,nö-kərlərdən biri içəri girib baş əyir,gətirdiyi sazı Qacara verir,təzim edib gedir.

Şah sazı sinəsinə basıb həzin bir hava çalır.Gözlərindən yaş axmağa baş-layır.Xəyalı onu keçmişə aparır.

***

Kərim xan Zəndin sarayı.Kərim xan əyan-əşrəfinin əhatəsidə taxtda əyləşib fars musiqisinin təranələri altında rəqs edən yarıçılpaq rəqqasələrə tamaşa edir.Eyni geyimdə olan xidmətçi qizlar tamaşa edənlərin durmadan boşalan qədəh-lərini doldurmaqla məşğuldurlar. Şah da,əyan-əşrəfi də ədəb-ərkan qaydalarını unudacaq səviyyədə sərxoşdurlar,bu üzdəndə də həm rəqqasələrə, həm də xidmət-çi qadınlara münasibətdə əxlaqsız hərəkətlərə yol verilir.Kimi bel qucaqlayır,kimi sinə öpür,kimi də tutduğunu dizləri üstünə oturtmağa çalışır.Fəqət qızlar ayaq üstə güclə duran,gözləri qızmış kişilərin əllərindən sıyrılmaqda çox da çətinlik çəkmir-lər.Yalnız Kərim xanın dizləri üstə oturturduğu,bədəninin müxtəlif yerlərini sı-ğallayaraq öpüşlərə qərq etdiyi toppuş buna cəsarət edə bilmir.Çünki,həm şahın qəzəblənəcəyindən qorxur,həm də hər öpüşdən sonra döşlərinin arasına qoyulan qızıl sikkələr bu arzunu heçə endirir.



Kef məclisinin bu yerində içəri girən eşikağası var gücü ilə bağırır:

-Şahım,muştuluq ! Böyük qələbə müjdəsi !

Bu hal hər kəsin yerində donub qalmasına səbəb olur.Araya bir neçə saniyə çəkən dərin bir sükut çökür.Sükutu ilk pozan hələ də şahın qucunda oturmaqda olan toppuş olur.Öncə o,ardınca da digər qadınlar məkanı tərk edirlər.

Yenidən eşikağasının gur səsi eşidilir:

- Müjdə, ey böyük hökmdar !

Hələ də nə baş verdiyini anlamayan Kərim xan Zənd:

-Nə müjdəsi? Nə olub?

Eşikağası:

-Səbzəli bəy, Ağa Məhəmməd xanı əl-qolu bağlı halda hüzurunuza gətirib.

Kərim xanın başına , sanki ,soyuq su tökürlər,sərxoşluğundan əsər-əlamət belə qalmır.Qulaqlarına inanmayaraq soruşur:

-Ağa Məhəmməd xan Qacarı? Astarabadlı Səbzəli bəymi?

Eşikağası:

-Şah sağ olsun,elədir ki,var.

Kərim xan Zənd taxtdan enərək eşikağasına yaxınlaşır , yaxasından tutaraq onu bərk-bərk silkələyir:

-Bir-neçə ay öncə kəsilmiş başını öz əllərimlə nizəyə taxdığım Məhəm-məd Həsən xanın oğlu Ağa Məhəmməd əsir düşüb ? O Ağa Məhəmməd xan ki, cürət edib Xorasanın bir illik xəracını daşıyan dövlət karvanını qarət etmişdi?

Şahın bu gözlənilməz hərəkətindən heyrətlənən və qorxuya düşən eşikağası kəkələyə-kəkələyə:

-Bbbbəli,Ağa Mmməhəmməd xan Qqqacar.

Kərim xan Zənd burnunu qorxudan tir- tir titrəyən eşikağasının burnu-na dirəyərək var gücü ilə bağırır:

-Nə durmusan?!Tez ol,Səbzəlini çağır gəlsin içəri!

Şahın sözü bitər-bitməz , Səbzəli, ardınca da iki keşikçinin itələyə - itələyə içəri saldıqları zəncirlənmiş Ağa Məhəmməd xan daxil olurlar . So-nuncunun əynində cırılıb parça-parça olmuş qanlı köynək var.Həddən artıq yorğun və halsızdır.Buna baxmayaraq,məğrur-məğrur durub gözlərini Kərim xanın gözlə-

rinin içinə dikir.Səbzəli bəysə içəri girər-girməz,şaha baş əyir və deyir:

-Ey böyük şəhriyar,qanlı düşməninizi və Mazndaran valisi Məhəmməd xan Savadkuhinin Sizə ünvanladığı məktubu hüzurlarınıza gətirmişəm.

Kərim xan onun söylədiklərinə heç bir əhəmiyyət verməyrək Ağa Mə-həmməd xana yaxınlaşır və onu yuxarıdan aşağıya süzür. Gözlər bir- birinə dikilir və ortaya uzun sürən bir sükut çökür.
***

Ekranda(iri planda) növbə ilə Kərim xanın və Ağa Məhəmməd xanın simaları canlanır...

Ağa Məhəmməd xanın gözlərindən yorğunluq qarışmış bir məğrurluq və cəsarət,Kərim xanınkindən isə çaşqınlıq və təəccüb oxunur.Çaşqınlıq və təəc-cüb ətrafdakıların da simalarına hakim kəsilmişdir.

Şah qarşısındakı yeniyetmınin baxışlarına tab gətirə bilməyərək öncə gözlərini döyməyə başlayır, sonra isə gözlərini Ağa Məhəmmədin gözlərindən

çəkir, fəqət baxışların döyüşündən məğlub ayrıldığını kimsənin anlaya bilmə-məsi üçün onun ətrafında bir neçə dəfə dövrə vurub üzünü Səbzəli bəyə tutur:

-Bunun ki bığ yeri təzəcə tərləyib. Bu ki hələ uşaqdır! Cəmi üç min nəfər türk ilə mənim fars, kürd, lor və bəxtiyarilərin say-seçmə oğullarından ibarət qırx minlik ordumu bu yeniyetməmi darmadağın etmişdir?!Bu qurd oğlu qurdmu bütün Xorasanın bir illik xəracını ələ keçirməyə cürət etmişdir?!

Səbzəli bəy:

-Qibleyi-aləm sağ olsun , Şah İsmayıl Səfəvi Azərbaycan səltənətinin taxt-tacına sahib olanda...

Kərim xan onun sözünü kəsərək kinayə ilə:

-Səfvilər!...Azərbaycan səltənəti!... Bu gün nə Səfəvilər var, nə də Azərbaycan səltənəti!!! Bu gün yalnız mən varam-Kərim xan Zənd!!!Nadir şahın ölümü ilə Azərbaycan səltənəti də, turanlıların fars elləri və İran üzərində yüzil-liklər boyu sürən hakimiyyətləri də artıq tarixə qarışmışdır.İndi mənim fars elləri-ni , kürd,lor,bəxtiyari tayfalarını birləşdirərək bərpa etdiyim böyük İran səltənəti var. Artıq ulu Zərdüştün, Sasani şahlarının, böyük Firdovsinin ruhları şad ola bi-lər.

Budur, bir vaxtlar turanlı Ərdəban böyük İran şahı Ərdəşirin qarşısında əli-qolu bağlı halda durduğu kimi,Məhəmməd Həsən xanın böyük oğlu da qarşım-dadır,istəsəm başını kəsər,istəsəm gözlərini çıxarar ya da dərisini soyduraram.

Bu sözlərdən sonra Kərim xan qəh-qəhə çəkib gülür,sonra isə üzünü Səbzəli bəyə tutaraq:

-Deyirsən,Məhəmməd xan Savadkuhidən məktub da gətirmisən.Ver baxim.

Səbzəli bəy yaxasındkı məktubu çıxarib İran şahına verir. Kərim xan Zənd məktubu oxuyur və deyir:

-Deməli, düşmənimin bu gün əsir qismində qarşımda durmuş olması sənin xidmətindir.Söylə,bunun əvəzində məndən nə istəyəcəksən?

Səbzəli bəy:

-Şah sağ olsun,məlumunuz olduğu kimi, mən Nadir şahın dövründə As-tarabadın hakimi idim , əgər müsaidəniz olarsa,həmin məqama yenidən bərpa ol-maq istərdim.

Kərim xan:

-Bu barədə düşünmək lazımdır.Qərarımı sənə üç günə bildirərəm.

Sonra o,üzünü Ağa Məhəmməd xana tutur:

-Bəs,səninlə nə edək?

Ağa Məhəmməd xan susur.

Iran şahı eşikağasına müraciətlə:

-Aparın hamama çimsin.Həkim yaralarına məlhəm qoysun.Ən ləziz ye- məklərdən verin,yesin.Sonra isə salın zindana, amma incitməyin. Düşünüb qərar

verəcəyəm.

Eşikağası “Baş üstə” deyib gözətçilərə işarə edir və onlar əsiri aparırlar.

Kərim xan Zənd eşikağasına bir kisə qızıl atır:

-Bu da verdiyin müjdəli xəbərin əvəzi.

O,kisəni göydə tutub deyir:

-Allah Sizdən razı olsun,soyunuzun şahlığını qiyamətə qədər sürdürsün!

***

İbrahimxəlil xanın sarayının baxçası.Hər tərəfdə qollu-budaqlı ağaclar gül kolları gözə dəyir.Saray xadimələrindən Gülpəri və Maral zivədən asılmış xalçaları çırpırlar.Bülbüllərin cəh-cəhi ilə xalçalara çırpılan çubuq səsləri bir-birinə qarışmışdır. Gülpərinin gözlərinə nə isə sataşır və o,gülümsəyərək yoldaşına:



-Ay qız,Maral,ora bax!

Maral Gülpərinin işarə etdiyi tərəfə baxır.

***

Xeyli aralıda Kiçikbəyim xanımla Məmməd bəy hovuzun kənarında əylə-



şib şətrənc (şahmat) oynayırlar.Kadr arxasından Gülpərinin səsi eşidilir:

-Gör bir-birilərinə necə də yaraşırlar.


***

Ekranda yenə də xalça çırpan qızlar peyda olurlar.Maral deyir:

-Gülpəri,sən də qəribə adamsan ey!Sanki,xan qızı Kiçikbəyim xanımla Mehralı bəyin oğlu Məmməd bəyi ilk dəfədir ki,bir yerdə görürsən.Elə səhər-ax-şam bir yerdədirlər də.Əmiuşağıdırlar da…Bir-birilərinə də yaraşmayıb,kimə yaraşacaqlar?Mənə yaraşmayacaqlar ki…

Gülpəri əlindəki çubuğu xalçaya çirpa-çırpa:

-Deyirəm,görəsən,xan, qızını qardaşı oğluna verərmi?

Maral:


-Niyə də verməsin?Ondan artığına verəcək?Boy onda,buxun onda,göz-

-qaş onda,elə bil ay parçasıdır.

Gülpəri:

-Bilirsən, niyə soruçuram?Axı,Pənahəli xanın ölümündən sonra İbrahim-xəlil xanla qardaşı Mehralı bəyin arasında hakimiyyət davası olmuşdu.Bizim xan qaynı Ümmə xanın köməyi ilə qardaşını vurub Şuşadan çıxardı, Qarabağ xanı oldu. Mehralı bəy də qaçıb Quba xanına sığındı.O vaxtdan Məmməd bəy əmisinin ya-nında bir növ girov kimidir.

Maral:

-Deyirəm,ay Gülpəri,boş-boş danışmağı sevirsən də!Neçə illərdir bu sa-rayda xadiməlik edirsən,bircə dəfə də olsun,xanın Məmməd bəyə girov gözü ilə baxdığını gördünmü?Kiçikbəyimlə ona fərq qoyduğunu hiss etdinmi?



Kadr arxasından Şahnisə xanımın səsi gəlir:

-Maral,ay qız,bura gəl, görüm!

Maral “Gəldim,xanım”-deyib cəld kadrdan çıxır.

***


Kiçikbəyimlə Məmməd bəy hovuzun kənarında şahmat lövhəsinin arxa-sında üz-üzə oturublar.Qız gülümsəyərək deyir:

-Hə, əmioğlu,bu sənin üçün at çapmaq,cıdırda birinci olmaq deyil,burada baş lazımdır ey,baş.O da ki kişi tayfasında olmaz.

-Kişilərdə olmayıb bəs kimdə olacaq?Sizdəmi?

-Əlbəttə ki,bizdə.Belə olmasaydı,belə tezlikdə vəzirsiz və topsuz qalmaz-dın.

-Cücəni payızda sayarlar.Arxı hoppanmamış “hop” demə.

Kiçikbəyim ağ filin yerini dəyişərək deyir:

-Vəssəlam,indi işin bitəcək.Deməli,qızların oğlanlardan daha üstün zəka

sahibləri olduğuna inanmırsan.Bəs,gəncəli şairə Məhsəti xanımın öz dövründə şət-

rənc oyununda hamıdan üstün olduğunu,bütün kişilərin xoruzlarını qoltuqlarına

verdiyini eşitməmisənmi?Gəncəli Məhsəti xamım barədə eşitmisən ya yox?

Məmməd bəy(qara piyadanı irəli çəkərək):

-Yox,ancaq sən eşitmisən.Sənə Azərbaycan ədəbiyyatından dərs deyən

müəllim mənə də deyib.

Kiçikbəyim:

-Onda söylə,görüm.bu şairə barədə nə bilirsən.

Məmməd şairənin bir neçə dübeytini əzbərdən söyləyir:

Arxanda suyun axmasa da bəndənlə,

İnsanlığı tərk eyləmərəm mən sənlə.

Sordum ki,nə etmişəm sənlə,aç söylə,

Artıq nə deyim neyləmədin sən mənlə.


Baxma yerə,torpaq,su görər,ey dilbər,

Baxma göyə gün salar nəzər,ey dilbər.

Görsə ölərəm,inan ki,qeyrətdən

Bir kəs səni röyada əgər,ey dilbər.


Kiçikbəyim:

-Afərin sənə!Qoy birini də mən deyim.

Dərdin o buluddur ki,tökər gözdən qan,

Dərdin o zəhərdir ki,ona yox dərman.

Hər ləhzədə min qəlbi yıxır dərd ilə,

Dərdin nə ürək qoyar,nə də sağlam can.


Hə,Məmməd bəy,Elə bilmə ki,sən bilirsən,mən yox.

Kadr arxasından İbrahimxəlil xanın səsi eşidilir.

-Mən də deyirəm,görəsən, balalarım haradadır?...

Uşaqlar xanın səsini eşidər-eşitməz,dərhal dik ayağa qalxırlar.

Xan kadra daxil olaraq:

-…Sən demə,onlar hovuz başında şətrənc oynayırlar.Kim udur,kim udu-zur?(Əyilib lövhəyə baxır.) Vay-vay-vay!Məmməd,deyəsən işlər xarabdır.

Bu dəm kadra nökər daxilolaraq deyir:

-Xan,başına dönüm,Mirzə Əliməmməd ağa gəlib.

Xan:

- Qoy gözləsin, indi gəlirəm.(Nökər gedir.) Bayaq qulağıma Məhsəti xa-nımın rübailəri eşidildi,çox böyük şairə olub,Ömər Xəyyamı belə kölgədə qoyub. (Xan Məhsətidən bir neçə beyt rübai söyləyir.)



Yaşlar axıdar qəmli üzümdən dərdin,

Zülm etmədə qalmazdır özündən dərdin,

Yansam da mən odlarda sənin dərdindən,

Qəmdən yanmaram,getsə gözümdən dərdin.

Nə isə siz oynayın.Mən də gedim bir az dövlət işləri ilə məşğul olum.

Xan gedir.


***

Şuşa zindanının uzun, yarıqaranlıq dəhlizi.Dəhlizlə keşikçibaşı,ardınca da Səraslanla Mahmud irəliləyirlər.Hər üçünün belindən xəncər asılıb.Onlar başqa bir dəhlizə dönurlər və bir qədər getdikdən sonra qəfəsi xatırladan qapıya çatırlar.

Qapıdan bir qədər aralı gəmi sükanı formasında bir qurğu var.Qurğuya uzun zəncir dolanmışdır. Zəncirin ucu divardakı dəliyə girir.Keşikçibaşı qurğuya yaxınlaşıb onu fırlatmağa başlayır.Mahmud ona kömək edir.Zəncirlər və yuxarı qalxan dəmir qəfəs qapı tükürpədən səs çixarır. Qapı yerdən adam boyunun üçdə ikisi qədər qal-

xır.Keşikçibaşı və onu təqlid edən Mahmud qurğudan əllərini çəkirlər. Araya sakitlik çökür.Qapının arxa tərəfində daha iki keşikçi görünür.Onların əllərində

nizə var.

Səraslan(Mahmuda):

-Gəl!

Hər ikisi əyilib o biri tərəfə keçirlər və obiri iki keşikçi ilə səssiz əl verib



görüşürlər,nizələri onlardan alırlar.O birilər əyilərək qapının altından keçirlər.Ye-nidən qapı və zəncirlərin tükürpədici səsi gəlir Qapı yerə enir.

Səraslan:

-Çoxdandır,yağlanmayıblar.Ona görə də belə dəhşətli səs çıxardırlar.

Yaşlı keşikçi gənc yoldaşına başı ilə işarə edir və onlar qapının arxasındakı

geniş və nisbətən işıqlı məkanın düz mərkəzinə gəlirlər.Hər iki tərəfdə dustaqların

saxlanılması üçün dörd,yəni birlikdə səkkiz qəfəs var.Qəfəsləri bir-birindən qalın

divarlar ayırır.Onların soldakı dördü və sağdakı biri boşdur.Digər qəfəslərin birin-də Ohan keşiş,ikincisində Xanməmməd,üçüncüsündə isə Saroş yerləşdirilib.Keşiş

və Xanməmməd cırıq döşəkçələri bir-birinin üstünə qoyaraq oturmuş,Saroş isə yan-yana düzərək,üstlərində yatmışdır.Onun üzü o biri tərəfə olduğu üçün görük-

mür.Xorultusu aləmi götürmüşdür.

Mahmud:


-Yaxşı ki,heç olmasa,burada qalxan yoxdur.Yükümüz bir az yüngülləşdi.

O,boş divara yaxınlaşıb,nizəsini ona söykəyir.Səraslan da onun kimi edir və keşik-

çilər üçün nəzərdə tutulmuş həsirin üstündəki iki döşəkçədən birinin üstünə çökür:

Səraslan:

-Görürsənmi, bura qaladan nə qədər yaxşıdır?Yağış,külək yoxdur.Gün ba-

şına döymür.Üstəlik oturmaq üçün döşəkçə də var.Gəl sən də otur.

Bu an onun gözü ikinci qəfəsdə oturmuş Xanməmmədə sataşır.Yaşlı keşik-çi yaşına uyğun olmayan bir cəldliklə yerindən dik atılaraq qəfəsə yaxınlaşır:

-Cəddinə qurban olum,Xanməmməd ağa,səni bura kim salıb?Sən burada nə edirsən?

Xanməmməd:

-Sən kimsən?Tanıya bilmədim.

Səraslan:

-Sən məni tanımazsan,amma mən səni yaxşı tanıyıram.Gözlərimə inana bilmirəm .Axı, sənin kimi hörmətli adamı bura kim salıb?

Xanməmməd:

-Nə axmaq-axmaq suallar verirsən,bilmirsən adamı kimin əmri ilə zindana atırlar?

Səraslan:

-Bilirəm,xanın…Amma bilmirəm niyə…

Xanməmməd:

-Qardaş,əl çək məndən,öz dərdim özümə bəsdir.

Səraslan:

-Sənin üçün nə isə edə bilərəmmi?

Xanməmməd bir qədər susduqdan sonra:

-Edə bilərsən.Get mənim əvəzimə o keçisaqqalın (barmağı ilə Ohan keşişin

olduğu qəfəs tərəfə işarə edir.) üzünə tüpür!Allah onun evini yixsın,evimi başıma uçurdu!

“Baş üstə!”-deyən Səraslan keşişin qəfəsinə yaxınlaşaraq onun düz üzünə

tüpürür :

-Kafir köpək oğlu!

Kadr arxasından Xanməmmədin səsi eşidilir:

-O yatan gənci də bir oyatsaydın…Xorultusundan baş-qulağımız getdi…

“O da baş üstə!”-deyən Səraslan keşişin qəfəsinin yanından ayrılır,Xan-

məmmədin qəfəsinin yanından ötərək üçüncü qəfəsə yaxınlaşır və üzünü Saroş tərəfə tutaraq:

-Oyan,ay bala!(Saroşdan səs çıxmır.Səraslan səsini yüksəldərək)Səninlə-yəm,ay bala,oyan,bəsdir xoruldadın.

Səsə oyanan Saroş başını qaldırır və yavaş-yavaş dönərək yuxulu gözlərini

keşikçiyə tərəf çevirir.Gəncin üzünü görən Səraslanın gözlənilmədən halı pisləşir,

ayaqları ləngər vurur. Özünü cəld yoldaşına yetirən Mahmud onu yıxılmağa qoy-mur, onu ehmalca yerə uzadır:

-Nə oldu sənə,Səraslan dayı?

Bu an Saroş həyacanla:

-Ata,atacan!

***


İbrahimxəlil xanın sarayının məşvərət otağı.Mirzə Əliməməd içəridə tək-

dir.O,yerdə oturub əlindəki bir qalaq kağızı qaydaya salır.Kadra xan girir.Xəfiyyə-başı ayağa qalxmaq istəyir,fəqət xan çiynindən basaraq onu qalxmağa qoymur və

deyir:

-Söylə,Mirzə.

Mirzə Əliməmməd:

-Böyük bir cəsus- təxribat şəbəkəsi ifşa olunmuşdur.Şəbəkənin bir ucu Qu-ba xanlığı üzərindən Urusiyətə,o biri ucu qaçaq Səfərə uzanır.Mərkəzdə isə Ohan keşiş dururdu.Urusiyətdən Quba xanının vasitəçiliyi və Mehralı bəyin iştirakı ilə uzun müddətdir ki,Qarabağa gizli silah-sursat göndərilirmiş.Silahrı qəbul edən ke-şiş öz ermənilərinin vasitəsilə onların bir qismini kilsədə,digər qismini meşədə giz-lətmişdi.Onların hamısını tapıb sənədləşdirdikdən sonra cəbbəxanaya təhvil ver-minşəm.Bu da sənədləri.

Xəfiyyəbaşı sənədi İbrahimxəlil xana verir.Xan onu oxuduqdan sonra

Mirzə Əliməmməd davam edir:

-Qaçaq Səfəri də silah-sursatla Ohan keşiş Xanməmmədin vasitəsilə təmin edirmiş.Kərim xan Zəndə məktubu Xanməmməd tək yazmayıb.Miryəhya ağa ilə Mirhüseyn ağa onunla birlikdə olublar.Sonda bu ikisi qorxaraq onu imzalamayıb-

lar.Bu işi görməyə isə onları Ohan keşiş təşviq etmişdir.

Xan:

-Mən başa düşə bimirəm, bir xaçpərəst keşiş Qarabağın bu hörmətli şəxs-



lərini necə ələ ala bilmişdir?

Xəfiyyəbaşı:

-Çox hiyləgərcəsinə düşünülmüş bir üsulla.O,Xanməmmədi və o birilərini

bir – neçə saatlıq və ya bir gecəlik siğə üçün erməni qızları ilə təmin edə -edə onla-

rı bu işə aludə etmişdir.Hətta Mirhüseyn ağa o qədər aludə olmuşdur ki, bir ermə-ninin arvadını zorla özünə siğə etməkdən də çəkinməyib,günaha batıb.Bu gün Qa-rabağda,demək olar, elə bir erməni yoxdur ki,qızını və ya bacısını hər gecə bir mü-səlmanla siğə adı ilə yatızdırıb pul qazanmasın.Bu yolla həm pul qazanırlar,həm müsəlmanlar arasında əxlaqsızlığı yayıb,imanımızı zədələyirlər,həm də sözü keçən kişiləri aludə edib ələ alırlar.(Əlindəki kağızları xana göstərir.) Bunlar Ohan keşi-şin öz dəsti-xətti ilə etdiyi qeydlərdir.Onların bəzilərini oxuyum,görün,nələr yazıb:

“Rəbbimiz İsanın adı ilə!

Əziz erməni qardaş və bacılarım!Sizin içərinizdə ana dilimizdə yazıb-oxumağı bacaranların çox az,türkcə yazıb-oxuyanların isə çox olması səbəbi ilə,

təəssüf ki,sizə bu müraciəti ata-babalarımızı kölə edənlərin dilində yazmaq məcbu-riyyətindəyəm.Bu,soyumuzun acı taleyinə qismət olmuş alın yazımızdır.Bu yazı barədə çox düşünüb-daşındıqdan sonra anladım ki,Ağrı və Van ətrafında yaşyan qardaş və bacılarımızın Osmanlı ərazisində bir erməni dövləti qurmaq arzuları şi-rin, fəqət boş xülyadan başqa bir şey deyildir.

Osmanlılar yüzillərdir ki,İsa ümməti ilə savaş içərisindədir və bu dövr ər-

zində qəlblərində və zehinlərində isəvilərə qarşı bir müqavimət gücü vücuda gəl-mişdir.Azərbaycan əhalisi isə Osmanlılar kimi türk olsalar da,Səfəvi xənədanının

daim Osmanlılara qarşı İsa ümməti ilə ittifaq etməsi səbəbi ilə bu müqavimət gü-

cündən məhrumdur.Bu səbəbdən də onların içində hərəkət etmək çox rahatdır.

Osmanlı dövləti əvvəlkinə nisbətən çox zəifləsə də hələ ayaq üstədir.Azər-

baycan səltənəti isə artıq mövcud deyildir.İndi bu səltənətin yerində bir-birinə qə-nim kəsilmiş kiçik və zəif xanlıqlar mövcuddur ki,onların da başları bir-birinə qa-rışıb.Öz dövlətimizi qura bilməmiz üçün ermənilərin kütləvi şəkildə parça-tikə olan Azərbaycanın iki parçasına-İrəvan və Qarabağa köç etməsi,həmin torpaqlar-da məskunlaşması və fürsət gözlləməsi vacibdir.

Düz 34 il öncə biz-13 ailə Vandan ayrılıb Qarabağa köçdük.Həmin il 22

ailə də İrəvan xanliğında məskunlaşdı.Bu gün artıq İrəvanda 201,Qarabağda isə106

ailə var.Qarabağda artıq 5 kənddə ermənilər məskundurlar və bu kəndlərin kəndxu-dası ermənidir ki,müsəlmanlar onları məlik adlandırır.”
Xan sağ olsun,daha bir yeri oxumaq istəyirəm.

Xan:


-Oxu!

Mirzə Əliməmməd oxuyr:

-“Osmanlılardan fərqli olaraq,yerli türklərin məzhəbi onlara müvəqqəti siğəyə icazə verir.Biz bundan mütləq faydalanmalı, yerli bəy-xanları erməni qızla-rına dadandırmalı,bu yolla özümüzdən asılı vəziyyətə salmalıyıq.Kişini ram etmək

üçün qadından böyük qüvvə yoxdur.”


Ortaya dərin bir sükut çökür.

***


Tehran bazarının mərkəzi küçələrindən biri.Küçənin hər iki tərəfində par-ça və qab-qacaq satan tacirlər mallarını dükanlarının önünə qoymuşlar.Küçə çox

izdihamlıdır. Mallarrını tərifləyən tacirlərin səsi bir-birinə qarışıb:

-Təbriz baftası,Təbriz parçaları!

-Herat və Səmərqənd ustalarının nəfis qabları!

-Cin malları məndə!Hind və moltanı malları!

-Urus çiti!

-Şamaxı və Gəncə ustalarınn əl işi.

-Ururmçi ipəyi məndə!

-Gözəl məxmər parçalarım var!...

Kadr arxasından təbil səsləri eşidilir.Ortaya bir anlıq süküt çökür və ardın-ca camaat səs gələn tərəfə axışmağa başlayır.

***

Tehran bazarının meyvə-tərəvəz satılan küçəsi.Təbil səsləri buradan da



açıq-aydın eşidilir və burada da insanlar səs gələn tərəfə hərəkət edir.Dükan sahibləri dükanlarını bağlayırlar.

***


Bazarın mərkəzi meydanı.Meydanın tam ortasında taxtadan estradaya bənzər bir şey qurulmuşdur.Onun üstündə təbilçi,carçı və əlində yaşıl,ağ qırmizı

zolaqlı bayraq tutmuş bir nəfər var.Bayrağın üzərində günəş fonunda,əlində qılınc

tutmuş aslan təsvir edilmişdir.Ətrafda nizə- qalxanlı əsgərlər durmuşlar.Bazar meydanında iynə atmağa yer yoxdur.Nəhayət,təbilçi təbilini döyməyə ara verir və

carçı çığıra-çığıra deyir:

-Şahlar şahı Ağa Məhəmməd şah Qacarın əmridir!Eşitdik-eşitmədik de-məyin! Bu gündən etibarən Tehran şəhəri Qacarlar səltənətinin taxt şəhəridir.

Bu xəbər kütlə tərəfindən sevinclə qarşılanır.Əllər yuxarı qalxır və sevinc nidaları eşidilir.Səs-küyə təbil son verir.Təbil üç dəfə vurulur və carçı yenə car çə-kir:

-Sahlar şahı Ağa Məhəmməd şah Qacarın əmridir!Eşitdik-eşitmədik de-

məyin! Bu gündən etibarən əhalidən suya görə pul alınmayacaq!

Bu xəbər daha böyük coşğu ilə qarşılanır.

Yenə üç dəfə təbil vurulur və carcı car çəkir:

-Şahlar şahı Ağa Məhəmməd şah Qacarın əmridir!Eşitdik-eşitmədik de-

məyin.Bu gündən etibarən sarayda və dövlət idarələrində türkcə danışmaq yasağı aradan qaldırılır!

Xalq bu xəbərə də eyni reaksiyanı verir.

Yenə təbil vurulur və carçı davam edir:

-Şahlar şahı Ağa Məhəmməd şah Qacarın əmridir!Eşitdik-eşitmədik de-məyin! Bu gündən etibarən Səlcuqlu Məlik şahın bu sancağı(əli ilə bayrağa işarə

edir) Qacarlar səltənətinin sancağı elan edilir və o,sarayın,bütün dövlət idarələrinin

ən yüksək yerlərinə vəQala divarlarına sancılacaqdır! Sancağa hörmətsizlik edən şəxs şaha və səltənətə hörmətsizlik etmiş hesab edilərək edam ediləcəkdir!

***


Tehranın qala bürcü.İki nəfər yeni bayrağı bürcə bərkidir.Onlardan biri

digərindən soruşur:

-Baba,bu şirlə günəş nəmənədir?

O birisi cavab verir:

-Deyilənə görə,Səlcuqlu Məlik şahın zövcələrindən biri gözəllikdə tayı-bərabəri olmayan bir gürcü qızı idi.Məlik şah onu o qədər çox sevirmiş ki, bir gün

istəyir kəsdirdiyi qızıl sikkələrə özünün və onun rəsmlərini həkk etdirsin.Vəzir- və-kili ilə məsləhət edir,ona deyirlər ki,belə şey caiz deyildir,amma əgər şah arzu edərsə,onun özünü aslan,xanımını isə günəş timsalında təsvir etmək olar.İndi bu şir

Məlik şahdır,günəş isə o gürcü qızıdır.

***


Ağa Məhəmməd şah Qacar at belində,mühafizə dəstəsinin əhatəsində şə-

hərərin uca bir yerindən bürcün üzərində dalğalanan bayrağa tamaşa edir.Gözləri

önündə yenidən keçmişin xatirələri canlanır.

***


Kərim xan Zəndin sarayı.Kərim xan taxtda əyləşib.Dərin fikrə gedib.

Hər iki tərəfində duran zənci qullar onu yelpikləyir.Eşikağası şahın qarşısında

əmrə müntəzir halda durub.

Kərim xan bir qədər sükutdan sonra başını ağır-ağır qaldıraraq eşikağasına buyurur:

-Ağa Məhəmməd xanı və Səbzəli bəyi hüzuruma gətir.

Eşikağası məkanı tərk edir.Şah taxtdan enib saryda var-gəl etməyə baş-layır,onu yelpikləməyə davam etmək üçün ardınca gəlmək istəyən qullara:

-İstəməz,yerlərinizdə qalın!

Bu dəm Səbzəli bəy içəri daxil olaraq hökmdara təzim edir.

Şah:

-Hə,Səbzəli,mən qərarımı artıq verdim və sən onu bir azdan eşidəcək-



sən.

Səbzəli bəy:

-Böyük şəhriyara itaət borcumuzdur.Siz canımı istəsəniz belə,bircə an

düşünmədən və tərəddüd etmədən onu yolunuzda fəda edərəm.

Şah:

-Gerçəkdənmi şahına bu qədər sədaqətlisən? Bəlkə,sözlərinin doğrulu- ğunu yoxlayaq?



Bunu eşidən Səbzəli bəyin dili-ağzı quruyur,rəngi- ruhu qaçır.Onun bu halına tamaşa edən Kərim xan Zənd şaqqanaq çəkərək gülür və deyir:

-Yaltaqlıqda və gopda tayın-bərabərin yoxdur.Sənin kimi türkə ömrüm- də rast gəlmədim.Mən türkləri sevmərəm,amma hər kəs kimi mən də etiraf edirəm ki,düzlükdə,kişilikdə,comərdlikdə,şücaətdə və sədaqətdə bu xalqa tay yoxdur.

Bu sözlərdən Səbzəli bərk pərt olur,canına vəlvələ düşür.Nə söyləyəcə-

yini bilmir.Onu bu vəziyyətdən eşikağasının ardınca əl- qolu bağlı Ağa Məhəm-

məd xanın və onu müşaiyət edən keşikçilərin içəri girməsi xilas edir.

Keşikçilər əsirin saçlarından dartaraq onu zorla təzim etdirməyə çalışır-

lar.

Kərim xan Zənd:



-Onu rahat buraxın!Əl-qolunu da açın.

Eşikağası etiraz etmək istəyir:

-Şahım...

Şah onun sözünü kəsir:

-Sən sus!

Keşikçilər Ağa Məhəmməd xanın əl-qolunu açırlar.

Kərim xan Zənd qarşısındakı Ağa Məhəmməd xana müraciətlə:

-Bir qiyamçı tutulanda onun ya başını kəsirlər,ya da gözlərini çıxardıb

dünya işığına həsrət qoyurlar.Amma mən belə etməyəcəyəm.

Anan Ceyran xatun mənə bir namə yollayıb,rica edir ki,sənə xətər yetir-məyim.Əvəzində qarət etdiyiniz pulları qaytaracağına,Qacar elinin Aşağıbaş tay-fasının bir də heç vaxt qiyam etməyəcəyinə,İran şahına tabe olacaqlarina söz verir. Mən də səni əfv etməyə qərar verdim.Üstəlik də qardaşın Hüseynqulu xanı Dam-ğan şəhərinin hakimi təyin edirəm.

Ağa Məhəmməd xan :

-Sizə bu lütfkarlığınıza görə son dərəcə minnətdaram.Siz gerçəkdən də

böyük hökmdarsınız.

O,bu sözlərdən sonra ilk dəfə şaha təzim edir.

-Demək sən də mənim şahlığımın məşruluğunu tanıdın.Ananın,qarda-

şının və tayfanızın sözlərındən dönməməsi üçün sən sarayda girov kimi yaşaya- caqsan.Gündə üç dəfə yeməklə,ayda bir dəfə yeni libaslarla və digər zəruri şeylər- lə təmin ediləcəksən.Saraydan və saray bağçasından kənara çıxa bilməyəcəksən.

Əgər özünü yaxşı aparsan,sənə bir miqdar maaş təyin edəcək,keşikçilərin nəzarə-tində dükan-bazara getmənə icazə verəcəyəm.

Ağa Məhəmməd xan:

-İtaət borcumdur.

Sonra Kərim xan Zənd üzünü Səbzəli bəyə tutub deyir :

-Sənin istəyinə gəlincə,bu,mümkün deyil.Əvvəla Astarabad hakimi Də-

vəlu Qacar uzun müddətdir ki,mənə sədaqətlə xidmət edir,vəzifəsini güsursuz ye-

rinə yetirir.İkincisi isə,sən öz tayfana xəyanət etmisən və sabah mənə də xəyanət

etməyəcəyinə heç bir zəmanət yoxdur.

Səbzəli bəy:

-Atam türk olsa da,anam fars qızı idi.Mən onun südü və laylası ilə bö-yümüş,onun tərbiyəsini almışam...

Kərim xan:

-Sözlərindən elə çıxır ki,xəyanətkarlıq qanına fars qızının südü, layla-

sı və tərbiyəsi ilə süzülmüşdür.Eləmi?!

-Məni düz anlamadınız.Dediyim budur ki,mən türklərə xəyanət yox,

farsların hökmdarına,xidmət etməyə çalışmışam.

Kərim xan:

-Mən səni düz anladım,sən məni düz başa düşmədin. ”Şahnamə”ni oxu-musanmı?

Səbzəli bəy:

-Uşaqlığımda anam tez-tez oxuyar,mən də dinləyərdim.

Kərim xan:

-Demək,Rüstəm və Söhrabın əhvalatından da xəbərin olmamış deyil.

İranın ən böyük qəhrəmanı Rüstəm tanımadığı oğlunu-Turan qəhrəmanı Söhrabı

hiylə və xəyanətkarlıqla öldürür...Səndə günah yoxdur.Məsələ əmdiyimiz süddə-dir. Nə isə...Keçək əsas məsələyə.Başqa istəyin varsa,söylə.

Səbzəli bəy:

-Şah sağ olsun,mənim Astarabadda gizli bir xəzinəm var.Ona yetişə

bilsəm,özümə də,nəvə-nəticəmə də artıqlaması ilə bəsdir.O şəhərin hakimi olma-

ğı da bu səbəbdən istəyirdim.Rica edirəm,imkan yaradın,xətərsiz-ətərsiz xəzinəmi

Şiraza gətirə bilim.

Kərim xan Zənd:

-Bu arzun yerinə yetiriləcək.

Səbzəli bəy:

-Sizə təklikdə daha bir sözüm var.

Kərim xan Zənd:

-Hər kəs buranı tərk etsin!

İçəridəkilər gedirlər,şah və Səbzəli tək qalırlar.

Səbzəli bəy:

-Ağa Məhəmməd xanı nədən öldürtmədiyinizi başa düşdüm,amma onun gələcəkdə İran taxt-tacı üçün təhlükəyə çevrilə biləcəyindən qorxuram.Siz onun nə qədər şücaətli,tədbirli və ağıllı olduğunu bilmirsiniz.

Kərim xan Zənd:

-Onu sənin qədər yaxından tanımasam da,təhlükəni mən də hiss edirəm. Odur ki,onu bir bəhanə ilə xədim etməyi düşünürəm.Xacədən nəinki şah,heç bəy də olmaz.
***
İbrahimxəlil xanın məşvərət otağı.Xanla Mirzə Əliməmməd üz-üzə otu-rublar.

Xan:


-Başqa nə demək istəyirsən?

Xəfiyyəbaşı:

-Qaçaq Səfərin adamlarından birini ələ keçirmişəm.Gecə gizlicə şəhərə giribmiş ki,Xanməmməddən niyə heç bir xəbər olmadığını öyrənsin.Qaçaq Səfər,

demə,şəhərlə göyərçinlər vasitəsi ilə əlaqə saxlayırmış.Bunu keşikçilərdən birinin sayıqlığı nəticəsində öyrəndim.Quşlardan birini tutduq.(Əlindəki kağız parçasını xana uzadır.).Bu da Səfərin Xanməmmədə göndərdiyi məktub...

Xan məktubu oxuyur:

-Deməli,Xanməmməd qaçaqları silah-sursat və barıtla təmin edirmiş.Mək-

tubdan belə anlaşılır ki,indi nə güllələri var,nə də barıtları.Üstlərinə əsgər göndərib

hamısını məhv etmək lazımdır.

Mirzə Əliməmməd:

-Məhv etmək üçün öncə yerlərini bilmək lazımdır.

Xan:

-İndiyə qədər öyrənə bilməmisən?



-Öyrənmək asandır,amma bizim əsgərlər dağ şəraitinə uyğunlaşmayıblar. hiylə işlədib qaçaq Səfəri bura gətirtmək,burada işini bitirmək lazımdır.

-Bunu necə etməyi düşünürsən?

Xəfiyyəbaşı:

-Bu,çox asan məsələdir.Sizin ona məktub yazaraq onu əfv etdiyinizi və

yüzbaşı təyin etmək istədiyinizi bildirməyiniz lazımdır.

İbrahimxəlil xan ayağa qalxaraq fikirli-fikirli otaqda var-gəl edir. (xəfiy-yəbaşı da ayağa durur.) Xan bir qədər susduqdan sonra deyir:


-Yaxşı-yaxşı düşünmək lazımdır.Keşiş və Xanməmməd barədə fikrin nədir?

Mirzə Əliməmməd:

-Keşişi ələ ala bilsəm,onu azad etmək lazım olacaq ki,urusların bütün sonrakı addımları barədə əvvəlcədən xəbər tuta bilək.

Xan yenə də var-gəl edir,dərin fikirlərə qərq olur və, nəhayət,deyir:

-Yaxşı...Bəs,Xanməmməd?

Mirzə Əliməmməd:

-Onun barədə hər nə qərar çıxartsanız qəbulumdur.

Xan:


-Onu da,Miryəhyanı da,Mirhüseyni də bazar meydanından asdıracağam ki,hamıya körk olsun.Bu, birinci qərarımdır.Bundan sonra Qarabağa heç bir kənar

erməni daxil ola bilməyəcək və xanlığın ərazisində məskunlaşa bilməyəcək.Bu,

ikinci qərarımdır.Bu gündən etibarən xanlıqda müvəqqəti siğələr ləğv edilir və

bunu edənlərin başı kəsilərək nizəyə taxılacaqdır.Bu da üçüncü qərarımdır.Sən

azadsan.

Xəfiyyəbaşı baş əyib otağı tərk edir.


***
Zindan.Səraslan Saroşun qəfəsinin qarşısında oğlu ilə üz-üzə durub.Saroş

barmaqlıqların o biri tərəfindədir.

Səraslan kövrək bir səslə:

-Bu nə iş idi,başımıza gətirdin?Sən yoxa çıxan gündən ananın gözlərinin yaşı bir an belə qurumadı, “Oğul,oğul”deməkdən dili qabar oldu.İndi mən ona necə

deyim ki,balamız zindandadır.Necə deyim ki,oğlumuz yol kəsən,karvan soyandır, quldurdur.Bu qoca vaxtımızda bizi və qardaş-bacıların kimin ümidünə qoyursan?...

Açılan çöl qapılarının və zəncirlərin səsi onun sözünü yarıda qoyur.

İçəri keşikçibaşı və iki əsgər girir.Əsgərlər nizə-qalxanlıdırlar.Keşikçibaşı

Xanməmmədin qəfəsinəyaxınlaşır, üzünü Mahmuda tərəf tutaraq deyir:

-Aç!

Mahmud divardan asılmış açarları götürüb ikinci qəfəsə yaxınlaşaraq onu açır.Ekrana Xanməmmədin ağappaq olmuş üzü gəlir.Əsgərlər içəri girib onun əl-qolunu bağlayırlar.O,müqavimət göstərmir.Xanməmmədi aparanda dönüb keşiş tərəfə tüpürür.Yenidən qapı və zəncirin tükürpədici səsi eşidilir.Əl-ayağı tir-tir əsən Ohan keşiş Mahmuda deyir:



Qurbanın olum,oğlum,mənə bir bardaq su ver.Mahmud ona su gətirir. Keşiş suyu içib deyir:

-Bala,mənim vur-tut bircə qızım var.Yəqin ki,məndən indi bərk narahat- dır. Xahiş edirəm,növbən bitəndən sonra bizə get,ona mənim sağ-salamat olduğu-mu çatdır və de ki,narahat olmasın.Bunu mənim üçün edərsənmi?

Mahmud:

-Hə,sən mənə ancaq evinin yerini söylə.


***
Axşam tərəfidir.Hava qaralmağa doğru gedir.Səraslan və Mahmud növbə-lərini başa vurub dar bir küçə ilə addımlayırlar.Yaşlı keşikçi kədərli-kədərli:

-Mən indi nə edim,başıma haranın külünü töküm?Uşaqların anasına nə deyim,necə deyim?

Mahmud:

-Allah böyükdür,Allahdan ümüd kəsilməz.

Səraslan:

-Doğru deyirsən.İndi mən gərək bol-bol dua edim.

İki yoldaş döngəni dönüb bazar meydanına çıxır. Meydanın tam ortasında üç nəfər asılmışdır.Adamlar müxtəlif tərəflərdə üç-üç,dörd-dörd yığışaraq cəsədlərə baxır,öz aralarınd nə isə söhbət edirlər.İki əsgər ora-bura gəzişərək me-

yidlərin keşiyini çəkirlər.

Səraslan və Mahmud meydanın mərkəzinə doğru irəliləyərək Xanməmmə-din asıldığı dar ağacına yaxınlaşırlar,bir –neçə saat öncə hələ sağ olan Xanməmmə-din cəsədinə baxırlar.Səraslan hönkür-hönkür ağlamağa başlayır.Əsgərlər Mahmu-da yaxınlaşıb təəccüblə soruşurlar:

-Ölən onun nəyidir?

Mahmud pıçıltı ilə cavab verir:

-Heç nəyi.Ola bisin ki,sabahda-birigündə onun da oğlunu assınlar.Ona gö-rə ağlayır.


***
Vaqif təkbaşına atla qəbristanlığa gəlir.Hava ala-qaranlıqdır.O,atdan

enib ipini ağaca bağlayır.Xurcundan bir dəstə bənövşə çıxarıb, kimsəsiz məzarla-rın arasından keçərək bir qəbrə yaxınlaşır.Qəbrin baş daşında ərəb hərfləri ilə “Sə-

nəm İbrahimxəlil qızı”yazılmışdır.

Molla Pənah əyilərək baş daşını öpür,sonra bənövşə dəstəsini sinə daşının üstünə qoyaraq deyir:

-Sənəmim mənim,ad günün mübarək.Sənə sevdiyin bənövşələrdən gə-tirmişəm.

Şair ayağa qalxıb dərin fikrə gedir.Gözləri önündə keçmiş günlərin xə-yalları canlanır.


***
Vaqifin əvvəlki kasıbyana evi.Gənc şair evin bağçasında susəpəndən gül-lərini sulayır.Həyət qapısından əlində xonça tutan bir oğlan uşağı girib soruşur:

-Molla Pənah Vaqifim evi buradır?

Vaqif:

-Hə,buradır.Necə məgər?



Uşaq gülərək:

-Vaqif sizsiz?

Vaqif:

-Hə, mənəm.



Uşaq:

-Bu xonçanı sizə xan qızı Sənəm xanım göndərdi.


***
Bu dəm söhbəti evin pəncərəsindən izləyən şairin qoca anasının heyrət

dolu səsi eşidilir:

-Vay ,başımıza xeyir!

Molla Pənah xonçanı uşaqdan alıb evə keçir


***
Evin içi.Yerə palaz döşənmişdir Palazın üstünə oturmaq üçün döşəklər

düzülüb.Sol küncdə yan-yana bir-birinə bitişik iki sandıq qoyulub.Sandıqların üs-tünə yorğan-döşək və yastıqlr düzülüb.Sağ tərəfdə taxçaya düzülmüş kitablar,qa-laq-qalaq kağız,mürəkkəbqabı və qələm diqqəti cəlb edir.

Vaqif yerə oturub xonçanı açır.Anası başının üstündə durub. Xonçanın

içindən qızıl nimçəyə qoyulmuş iki ədəd şaftalı çıxır.Şair gülümsəyərək anasına baxır.Qoca qarı deyir:

-Bala, Sənəm xanım sənə sovqat göndərib,nimçəni boş qaytarmaq ol-maz.Ora nə qoyaq ki,xan qızının yanında xəcalətli qalmayaq.Nə isə elə bir şey

qoymaq lazımdır ki,ona layiq olsun.

Vaqif:

-Ana,sən narahat olma.Mən nə qoymaq lazım olduğumunu yaxşı bili-



rəm.

Şair ayağa qalxıb taxçaya yaxınlaşır, oradan kağız,qələm və mürəkkəb-qabını götürür,yerinə qayıdıb qələmi mürəkkəbə batırır və yazmağa başlayır.


***
Sənəm saray baxçasında,hovuzun qırağinda oturub Vaqifin məktubunu oxuyur.Kadr arxasından şairin səsi eşidilir:

-Çox-çox əcəb qılıb Xosrovu şahım,

Bir cüt bizə ləbi-şirin göndərmiş.

Gözəllər bağında meyvə bəslənib,

Onun bizə xoş nübarın göndərmiş.

Məndən salam olsun,yetir Yəmənə,

Sinəsi büllurə sədr cəhanə,

Sanasan xoş gəldi nə qədər mənə,

Yer üzünün simu-zərin göndərmiş.

Ya Rəbb ola o canənə kim demiş:

Filanı xəstədir,meyvə diləmiş.

O ki,bizə yemiş ənam eyləmiş,

Vaqif ona peşkəş sərin göndərmiş.
***
Molla Pənah bir daha əyilərək sinə daşını öpür.Gözləri dolmuşdur:

-Bilsəydin sənsiz nə qədər yalqızam.Niyə məni belə tez tərk edib getdin, Sənəmim!

Şair yenə də şirin xəyallara dalaraq Sənəmli günlərini xatırlayır.Xatirə-lər gözləri önündən kino lenti kimi keçir.
***
Vaqiflə Sənəm at belində çay qırağı ilə yanaşı gedirlər...İki sevgili qı-zılgül kollarının arxasında çəməndə uzanıb qol-boyun olurlar.Şair qızı öpüşlərə qərq edir...

***


Hava ala qaranlıqdır.Mahmud ehmalca Ohan keşişin həyət darvazasının qapısını döyür.Qapı arxasından keşişin qızı Süsənin səsi eşidilir:

-Kimsən?


Mahmud:

-Mənə Süsən xanım lazımdır,atasından xəbər gətirmişəm.

Cəftə şaqqıltısı eşidilir və qapı açılır.Qapının arxasında Süsən görünür.

Onun başı açıqdır.Qara saçları sinəsinə tökülüb.Yaxasıaçıq donu sinəsini tam ört-mədiyindən ağ,dolu döşlərini bir-birindən ayıran yarıq aydın görünür.Bu gözlənil-məz görüntülərdən sarsılan Mahmud nə üçün gəldiyini bir anlığa unudur və dili-

ağzı quruyur.

Süsən:


-Süsən mənəm.Doğru dediyini necə isbat edə bilərsən?

Mahmud,sanki,yuxudan ayılan kimi olur.Cəld əlini cibinə salıb, qalın gü-müş zəncirə pərçimlənmiş gümüş xaçı qıza uzadır Və deyir:

-Mən zindanın keşikçilərindən biriyəm.Adım Mahmuddur.

Süsən zənciri və xaçı əlində ora-bura çevirir:

-Hə,atamın gümüş xaçıdır,yalan söyləmirsən.Gəl içəri.(Mahmudun tərəd-düd etdiyini görür.)Gəl,gəl,utanma.

Mahmud:


-Amma ,xanım...Bu yaxşı olmaz,axı...Mən...

Süsən onun əlindən tutub, içəri çəkərək qapını bağlayır:

-Darvaznın önündə,qonşuların,yol keçənlərin gözü qarşısında söhbət et-mək dahamı yaxşıdır?

Mahmud:


-Mən, sadəcə,bir-iki kəlmə deyib gedəcəkdim.

Süsən:


-Gəl,o bir-iki kəlməni evdə de.Evdə demək olmaz?

Mahmud:


-Amma mən sözümü deyib getməliyəm...

Qız onun əlindən tutaraq “ 10-15 dəqiqə yubansan,bir fincan qəhvəmizi içsən dünya qopmaz.” –deyir və onu həyətdən evin içinə dartıb salır.Süsən Mah-muda yerdə döşək üstündə yer göstərir.Mahmud naəlac qalıb oturur.Qız “Mən

indi gəlirəm”-deyib,o biri otağa keçir.Gənc müxtəlif tərəflərdə yanan şamların yax-şıca işıqlandırdığı otaqda tək qalır.O,hər tərəfə göz gəzdirir,Gözünə ağ suvaqla su-

vanmış çılpaq divarlardan,o biri otağın girişinin üst tərəfinə bərkidilmiş xaçdan,xa-

çın üzərindəki çarmıxa çəkilmiş İsa təsvirindən və girişdən asılmış güllü pərdədən

başqa bir şey dəymir.Elə bu an pərdənin arxasından çıxan Süsən yaxınlaşaraq əlindəki iki fincanı yerə qoyur və düz Mahmudun qarşısında oturur:

-Yəmən qəhvəsidir.Atam zindana salınmamışdan qabaq xanın vəziri ona pay vermişdi.Deyilənə görə,Təbrizdən gətiribmiş.

Mahmud qəhfədən bir qurtum içir:

-Çox ləzzətli qəhvədir.

Süsən:


-Hə,deyirdin atamdan xəbər gətirmisən,söylə,səni dinləyirəm.

Gənc daha bir qurtum içir:

-Ohan keşiş xahiş etdi ki,sənə onun sağ-salamat olduğunu çatdırım və de-yim ki,narahat olmayasan.Zəncirli xaçı da verdi ki,onun yanından gəldiyimə inana-san.İndi isə icazə ver,gedim,artıq gecdir.

Qız:


-Xahiş edirəm bir az mənimlə otur.Atam həbs ediləndən sonra evimizə heç kəs gəlib-getmir.Bəziləri hətta salam da vermirlər.İki-üç gün bundan əvvələ-dək atamın başına fır-fır fırlananlar,ona yaxın olmaq üçün mənə yaltaqlananlar bu gün özlərini elə aparırlar,guya məni heç tanımırlar.Çox yalqız və tənhayam.

Mahmud:


-Bəs,sənin anan,bacı- qardaşın yoxdur?

Süsən:


-Mən atamla anamın tək övladıyam.Əslində anam var.Amma o bizi

atıb,bir türk mehtərə qoşulub qaçıb.

Mahmud:

-Mən də bu şəhərdə tənha və yalqızam.Valideynlərim,bacı-qardaşlarım hamısı Təbrizdədir.

Süsən:

-Bəs,sən tək-tənha qərib bir şəhərdə nə edirsən?



Mahmud ayağa qalxaraq:

-Bu cox uzun söhbətdir,qalsın başqa vaxta.Artıq çox gecdir.Mən getmə-liyəm.

Süsən də ayağa durur və gəncin əllərindən tutur:

-Nə olar,getmə.Onsuz da gözləyənin yoxdur .Bilsən,tək necə darıxıram.

Gənc oğlan və qız bir-birinin gözlərinə baxıb susurlar və birdən Süsən başını Mah-mudun sinəsinə qoyur.Mahmud da qızı bərk-bərk qucaqlayıb özünə tərəf sıxır.

***


Vaqıfın evinin yataq otağı.Şamın zəif işığı yerə sərilmiş iki nəfərlik

yatağın və onun üstündə dizlərini qucaqlayaraq oturmuş və başını dizləri üstə qoy-muş Qızxanımın üstünə düşür.O,gecə köynəyindədir.Ətrafa qaranlıq və sükut ha-kimdir.Sükutu ilk xoruz banının səsi pozur.Ardınca at ayaqlarının səsi gəlir.Taxta pilləkanlarla qalxan adam ayaqlarının tappıltısını açılan qapının cırıltısı,onu isə qələmkar pərdələrin səsi əvəz edir.O biri otaqda yandırılan şamın işığı az da ol-sa,yataq otağına da düşür.Və yenicə yandırılmış şamın işığı get-gedə daha aydın hiss edilməyə başlayır.Nəhayət, əlində şam tutmuş Vaqif içəri girir:

-Yatmamısan?

Qızxanımdan səs çıxmır.

Şair:

-Bağışla,işim var idi.



Qızxanım başını qaldırır:

-Xan Məzarlığına getmişdin?

Vaqif:

-Hə.


***

Hava qaranlıqdır.Xoruz səsləri eşidilir.Ayın işığı Ohan keşişin evinin həyət darvazasını çöl tərəfdən işıqlandırır.Darvazanın qapısı ehmalca açılır. Mah-mud çölə çıxır.Qapının arxasında Süsən görünür.O,gecə paltarındadır.

Mahmud:

-Bu gecə yenə gələcəyəm.

Süsən:

-Gözləyəcəyəm.



***

Zindan.Mahmudla Ohan keşiş.- biri barmaqlıqların bu,digəri isə o biri tərəfində,-üz-üzə durmuşlar.Mahmud iki əli ilə barmaqliqlardan tutaraq:

-Qızını gördüm,dediklərini sözbəsöz çatdırdım.Narahat olma o,yaxşıdır.

Heç bir maddi çətinliyi yoxdur.Sənə salam söylədi,xahiş etdi,çatdırım ki,Mesrop yoxa çıxıb.Mirzə Yusifdən məktub gəlib.Səndən icazəsiz açıb oxumaq istəmədi-yindən məzmunundan xəbəri yoxdur.Dedi ki,hər nə sözün,istəyin olsa,mənimlə göndərə bilərsən.

Keşiş:

-Çox sağ ol.Bilmirəm sənin bu yaxşılığının əvəzindən çıxmaq mənə nə-sib olacaq,ya yox.Sən doğrudanmı bundan sonra da söyləyəcəklərimi qızıma çatdıra bilərsən?



Mahmud:

-Hə,əlbəttə.

Keşiş:

-Təşəkkür edirəm.Bilmirsən,Xanməmmədin axırı nə oldu?



Mahmud:

-Onu daha iki nəfərlə birlikdə bazar meydanında dar ağacına çəkiblər.

Hələ də orada sallanır.

Keşişin rəngi-ruhu qaçır.

***

Üçüncü qəfəsin önü.Səraslan oğlu ilə üzbəüz durub.O,cibindən bir şəkər-bura çıxarıb barmaqlıqların arasından Saroşa uzadır:



-Ye,oğlum,bunu bura gizlicə keçirmişəm.Anan bişirib.Şəkərburadır.

Saroş nə isə demək istəyir,fəqət açılmaqda olan qapının və zəncirlərin

səsi onun sözünü ağzında qoyur.O.cəld şəkərburanı atasına qaytarır.Səraslan da eyni cəldliklə onu cibində gizlədir.İçəri keşikçibaşı və Mirzə Əliməmməd daxil

olurlar.Keşikçibaşı Səraslana Saroşun qəfəsini göstərərək əmr edir:

-Aç bu qəfəsi!

Səraslan divardan açarları götürüb əli titrəyə-titrəyə qəfəsin qapısını açır.Saroş keşikçibaşının əl işarəsinə əməl edib qəfəsdən qırağa çıxır.

Səraslan:

-Ağa, onu hara aparacaqsız?

Keşikçibaşı:

-Qoca,sən kimsən ki,belə sual verirsən?

Səraslan:

-Başına dönüm,ağa ,o,mənim oğlumdur.

Keşikçibaşı:

-Oğlundur?

Bayaqdan baş verənləri diqqət və təəccüblə izləyən Mirzə Əliməmməd:

-Deməli,Saroş sənin oğlundur...Narahat olma.Görürsən ki,yanımızda əs-

gər-filan yoxdur,əl- qolunu da bağlamadıq.Sənin oğlunu elə bu gün sərbəst buraxa-

cağıma sənə söz verirəm.Ağlı olsa,bir həftəyə qayıdıb gələr evinizə.

Səraslan göz yaşlarında boğula-boğula:

-Ayaqlarının altında ölüm,ağa!Allah səndən razı olsun!

Mirzə Əliməmmədin əlinin işarəsi ilə keşikçibaşı və Saroş qapıya tərəf

yollanırlar.Xəfiyyəbaşı isə Ohan keşişin qəfəsinə yaxınlaşır:

-Hə Ohan,necəsən?Rəbbin İsaya səni buradan qurtarması barədə dua edir-sən ya yox?

Ohan keşiş:

-İsanın kəraməti olsaydı,elə özünü çarmıxdandan qurtarardı da!

Mirzə Əliməmməd şaqqanaq çəkərək gülür:

-Elə həmin lotu Ohansan ki,qarşımda durmusan.Yenə də zarafatından qal-mırsan.Zindan da səni dəyişə bilmədi.Sabah səninlə bir söhbətim olacaq.Gələcək taleyin bu söhbətdən asılı olacaq.

***


Mirzə Əliməmməd və Saroş at belində bazar meydanında qurulmuş dar ağaclarımdan asılmış cənazələr tərəfə yaxınlaşırlar.Meydanda 40-50adam var.On-lar meydana səpələnmiş vəziyyətdə,iki-iki,üç-üç yığışaraq baş vermiş hadisəni mü-zakirə edirlər.Atlılar Mirhüseynin cəsədinin yanına gəlirlər.Milçəklərin əlindən hərəkət etmək olmur.Saroş burnunu tutur.Xəfiyyəbaşı heç bir şey olmamış kimi deyir:

-Bu,sizin Səfərin qan düşməni Mirhüseyn ağadır.Onun üzündən Səfər qaçaq düşmüşdür.Artıq o,bu dünyada yoxdur,intiqama daha yer qalmır.Dostun xəncəri tiyəsinə qədər onun ürəyinə saplamışdı.Amma Mirhüseyn çox möhkəm

adam idi,ölümün pəncəsindən dönə bildi.Demək, alnına xanın əmri ilə dar ağacın-da ölmək yazılıbmış.Allahın qədərini kimsə dəyişə bilməz.Hərəyə bir əcəl biçil-mişdir.Gəl!...

Atlılar oradan uzaqlaşırlar.

***

Şuşanın qərb darvazasının çöl tərəfdən görünüşü.Darvazanın qapıları tay-batay açıqdır.Mirzə Əliməmməd və Saroş at belində darvazadan eşiyə çıxırlar.Bir qədər irəli gedib orada durmuş arabaya yaxınlaşırlar.Eşşəyə qoşulmuş arabada Mesrop və dörd erməni qızı oturmuşlar.Xəfiyyəbaşı arabadakılara işarə edərək:



-Bunlar isə sərhəddən o yana yola salmağı rica etdiyim ermənilərdir.

Saroş:


-Narahat olma!Hər şeyi dediyin kimi edəcəyəm.

Mirzə Əliməmməd qoynundan bir məktub çıxardıb gəncə verir:

-Bu da xanın Səfərə məktubu.Di,sənə yaxşı yol.

Saroş “Salamat qal”-deyib,həmsöhbətindən ayrılır,Mesropa arabanı onun ardınca sürməsini işarə edir.Araba hərəkətə gəlir.

***

Sahili qamışlıq olan göl.Gölün ortasında müxtəlif su quşları üzür.İbra-himxəlil xan və Kələntər Ağası bəy qayıqdadırlar.Ağası bəy avar çəkir. Xan ayaq üstə durub,əlindəki tüfəngi göyə tutub nişan alır.Qayıqda bir neçə vurulmuş quş var.



***

Göydə uçan quş.Atəş səsi eşidilir.Quş suya düşür.

***

Xan tüstülənən tüfəngini aşağı endirir:



-Bu günlük bəsdir.

***


Belə qədər suya girmiş nökər qamışların yanı ilə quşun düşdüyü yerə

tərəf irəliləyir və vurulmuş quşu götürür.

***

Qayıq sahilə yaxınlaşır.Sahildə durmuş atlı və tüfəngli ona yaxın əsgər qayığın sahilə yan almasına tamaşa edirlər.Onlardan sağda nökərlər ocaqda böyük bir şişə muncuq dənələri kimi, bütöv halda keçirilmiş quşları qızardırlar. Əsgərlər-dən ikisi qayığı quruya yaxınlaşmağa kömək edirlər.Xan və Ağası bəy qayıqdan enirlər.Xan yoldaşından soruşur:



-Yaxşı,Ağası bəy, indi bu quşlardan neçəsini mən,neçəsini sən vurmu-şuq?

Ağası bəy:

-Mən səkkizini vurmuşam.Dəqiq bilirəm,çünki vurduqca sayırdım.Qa-

lanları sizin payınıza düşür.

Xanla bəy sahil boyu addımlamağa başlayırlar.İbrahimxəlil xan soruşur:

-Necə bilirsən,İrəvan yolunda asayişi bərpa edib gömrük işini qaydaya sala bilsək, xəzinənin gəlirləri çoxmu artar?

Ağası bəy:

-Bir xeyli artar.Məncə,daimi ordunun sayını beş minə qaldırmaq imkanı

yarana bilər.Amma bu gün bütün bunlarla yetinmək olmaz.Zaman dəyişib.İndi bü-tün gücü sənətkarlığın inkişafına yönəltmək lazımdır.Əkinçilik,maldarlıqla uzağa

getmək mümkün deyil.Baxın,bu gün Şamaxıda,Bakıda,Təbrizdə qurlmuş böyük

toxuculuq karxanalarının hər birinin illik gəliri Qarabağ xanlığının bütün illik gəli-rinə bərabərdir.Artıq Gəncə xanı da Gəncədə bu cür karxanaların tikintisinə başla-yıb.Biz isə geri qalırıq.

Xan:


-Geriliyi aradan aparmaq üçün nə etməliyik?

Ağası bəy:

-Bu barədə vəzirin çox maraqlı düşüncələri var. Söhbəti onunla birlikdə davam etdirsək daha münasib olar...Adını çək,qulağını bur.Odur özü də gəlir...

Xan Kələntər Ağası bəyin baxdığı istiqamətə baxır.

***

Üfüqdə maddi nöqtəni xatırladan bir atlı toz-duman qoparaq çapır.Çapar



yaxınlaşdıqca, get-gedə maddi nöqtə olmaqdan çıxaraq daha çox çapar forması almağa başlayır.Atının nallarının səsi də daha aydın eşidilmətə başlayır.Kadr arxa-sından xanın səsi eşidilir:

-Vaqif olduğunu nədən bildin?

Ağası bəyin səsi:

-Ancaq Qarabağ xanının şair təbiətli vəziri bu cür çılğınlığa qadirdir.

Çox keçmir ki,Vaqif hadisə yerinə yetişib,cəld atdan düşür.

***


Molla Pənah xanla Kələntər Ağası bəyə yaxınlaşır:

-Sabahınız xeyir!

Xan:

-Sən hansı sabahdan danışırsan?Saata baxmısanmı?Artıq günortanı çoxdan keçib.



Vaqif cibindən saatını çıxarıb baxır və gülərək:

-Doğrudan da günortanı keçib.Heç fərqinə varmamışam.

Ağası bəy:

-Yəqin yuxudan təzə durub,ona görə də zənn edib ki,səhərdir.

Xan:

-Sən zarafat elə.Ağası bəy,nədən istəsən mərc gələrəm ki,bütün gecə ev-



də olmayıb və bütün gecəni də yatmayıb.Harada olmusan,ay xətakar?

Vaqif suala şeirlə cavab verir:

Şəhər-şəhər həsrət ilə gəzirdim,

Cüt qoşa nar gördüm iki sinədə.

Biri qız idi,birisi gəlin,

Can qurban eylərəm ikisinə də.


Gəlin bulaqda əl-üzünü yuyur,

Qız deyir:Gəl gedək həriflər duyur,

Belə dözəl sevən əldənmi qoyur,

Can qurban eylərəm ikisinə də.


Xan:

-Sən mühafizəsiz gəzməyi nə zaman tərgidəcəksən?

Vaqif gülümsəyərək:

-Vallah,nə deyim,nə qədər ki,Mirzə Əliməmməd sağdır,o qədər.Onun

sayəsində xanlıqda tam bir təhlükəsizlik hakimdir.Mühafizəçiyə-filana da bir o

qədər ehtiyac yoxdur.


***

Zindanın dustaqları dindirmə otağı.Otaq qayada ovulmuş süni mağaranı xatırladır.Qarşı divarda barmaqlıqlı nəfəslik var.Oradan düşən işıq otağın işıqlı

olmasına yetir.Mirzə Əliməmməd və Ohan keşiş həsirin üstünə qoyulmuş döşək-lərdə üz-üzə oturmuşlar.

Xəfiyyəbaşı:

-İndi məni diqqətlə dinlə, kilsədə də,atılmış tövlələrə yaxın yerdə,meşədə

gizlətdiyin silahları da, yazdığın qeydləri də tapmışam.Nə işlər gördüyün mənə məlumdur.Sən də uşaq deyilsən, səni nə gözlədiyini məndən pis bilmirsən.Amma

əgər mənimlə işləməyə,mənə kömək etməyə razılıq versən səni Xanməmmədin ya-nına getməkdən qurtara bilərəm.

Keşişin,sahki,gözlərinə işıq gəlir:

-Bunun üçün nə etməliyəm?

Mirzə Əliməmməd:

-Çox,sən təsəvvür etdiyndən də çox şeylər etmək lazımdır.Amma hələlik

iki sualıma doğru-dürüst cavab verməyin kifayət olacaq ki,qəfəsə qayıtmayıb mə-

nimlə birlikdə eşiyə çıxasan və eşikdə duran atına minib buradan düz Süsənin yanı-

na gedəsən,balanı bağrına basasan.

Keşişin əvvəlki halından əsər-əlamət qalmır.rəngi-ruhu özünə qayıdır:

-Soruş,başına dönüm,soruş!

Xəfiyyəbaşı:

-Birinci sualım Yusif Əminlə bağlıdır.Onun haqqında sənə məlum olan

hər bir şeyi bilmək istəyirəm. Danış,qulağım səndədir.

Keşiş:


-Yusif Əmin Həmədan şəhərində doğulub.Ata-anası vanlı idilər.Vana

ailəsi ilə birlikdə gəzməyə gələn bir həmədanlı bəy onun valideynləri ilə orada

tanış olub özünə xidmətə götürmüş, özü ilə bərabər Həmədana gətirmişdi.Həməda-na köçəndə anası artıq hamiləymiş və Yusif Əmini də orada doğur.Yusif uşaqlıq-dan bəyin övladları ilə birlikdə böyüyür.Bəyin uşaqları ilə birgə bu da yaxşı təhsil

alır.Sonra isə bəy onu da iki oğlu ilə birlikdə İngiltərəyə təhsil almağa göndərir.

İngiltərədə bu ölkənin xəfiyyələri ilə tanış olur.Bu tanışlıq sonradan əməkdaşlığa çevrilir.

Yusif Əmin bir xaçpərəst erməni olsa da, müsəlman türk ailəsində bö-yümüşdü və onların dilini,dinini,adət-ənələrini yaxşı bilirdi.Onu bir müsəlman türkdən ayırmaq çox müşkül məsələ idi.Bunu nəzərə alan ingilislər onu buralara

ezam edirlər ki,xaçpərəsyləri,yəni erməniləri müsəlmanlara qarşı təşkilatlandırsın.

O,Londondan Fitilbörkə,oradan Vana gəlir.Bir müddət çalışdıqdan sonra başa düşür ki,Osmanlı ərazisində nəinki erməni xanlığı,heç məlikliyi ,yəni bəyliyi də

qurmaq mümkün deyil.Onda beynində erməniləri Azərbaycana köçürmək və arzu-

sunu burada həyata keçirmək fikri doğur.Həmin il mənimlə tanış olur və məni inandırır ki,bu işə birlikdə başlayaq.Bu gün İrəvan xanlığında nə qədər erməni məskunlaşıbsa,hamısı onun səyi ilə məskunlaşıb.Ondan əvvəl isə İrəvan xanlığı

ərazisində bir nəfər də erməni olmayıb.İrəvan xanlığı hələ Tiflis bəylərbəyliyinin

tərkibində olanda o,İrakli xanla görüşmüşdü və həmin görüşə məni də aparmışdı.

Yusif Əmin həmin vaxt İrakli xana dedi ki,sən də bizim kimi xaçpərəstsən,gəl,

İrəvan xanlığından müsəlmanları qov,onların yurdlarına dinbir qardaşlarımızı,

yəni erməni ailələrini yerləşdirək.Onda İrakli xan bizi iti qovan kimi qovmuşdu.

Yadındadırsa,rəhmətlik Pənahəli xanın dövründə erməni məlikləri şəkili

Hacı Çələbi xana məktub göndərib ondan Qarabağ xanına qarşı mübarizə apara bil-mək üçün yardım istəmişdilər.Bax,onda onları bu işə məhz Yusif Əmin təhrik et-mişdi.Ondan sonra onunla əlaqəm kəsilmişdi.İndi isə ondan mənə məktub gəlib.

Mirzə Əliməmməd:

-Haradadır o məktub və onda nə yazılıb?

Keşiş:


-Məktub evdədir,amma nə yazdığını bilmirəm.Çünki o,mən zindandaykən

gəlib.


Mirzə Əliməmməd:

-Bəs,bu barədə necə xəbər tutdun?

Keşiş:

-Keşikçilərdən Mahmud adlı gəncdən xahiş etmişdim,qızıma sağ-salamat



olduğum barədə xəbər çatdırsın.O da qızımla görüşəndə qızım məktub barədə xə-bər yollamışdı.

Mirzə Əliməmməd:

-Qalx,səni evinə ötürüm.Həm yolda mənim ikinci sualıma cavab verərsən, həm də məktubu birlikdə oxuyarıq.

***


Tehran sarayının eyvanı.Ağa Məhəmməd şah Qacar və Kamaləli bəy

eyvandan şəhərin qala divarlarının arxasından görünən başı qarlı dağı seyr edir-

lər.Kamaləli bəy şaha bəzi gündəlik məsələlər barədə məlumat verir:

-Hesabdarlar Lütfəli xanın xəzinəsinin hesabını və sənədləşdirilməsini artıq yekunlaşdırmaq üzrədirlər.Orada ordunun ikiillik məsrəfini ödəməyə yetəcək qədər vəsait var.Hesabdarlar işini tam bitirdikdən sonra tam dəqiq məlumatı dərhal

çatdıracağam.Lütfəli xanın işdən uzaqlaşdırdığı bütün türklər öz yerlərinə qaytarı-lıblar və artıq vəzifələrinin icrası ilə məşğuldurlar.

İndi həll etməli olduğumuz ən əsas məsələ Lütfəli xan Zəndin hərəm-xanasının məsələsidir.Onun zövcələrini və kənizlərini nə edək?

Şah:

-Xanımların hamısı ilə bircə- bircə söhbət edin.Atası evinə və ya hər hansı bir qohumunun yanına getmək istəyənləri nəqliyyatla,cib xərcliyi ilə təmin edin, lazım olarsa, mühafizəçi də verin və hörmətlə yola salın.Getmək istəməyənləri də ərlərinin yeri tam məlum olandan sonra hörmət və izzətlə yola salarıq gedərlər.Hə-ləlik isə qonağımız olsunlar.



Get dərhal bu məsələ ilə maraqlan!

Kamaləli bəy “Baş üstə!”-deyib gedir.Ağa Məhəmməd şah Qacar dərin düşüncələrə qərq olur.Gözləri önündə keçmişin xatirələri canlanır.

***

Kərim xan Zəndin sarayının bağçası.Yeniyetmə Ağa Məhəmməd xan



ağacların,güllərin arası ilə oğrun-oğrun irəliləyir.Quşların cəh-cəhi aləmi götürüb.

O.can atdığı yerə çataraq qızılgül kollarının arasından qarşı tərəfə boylanır.Orada

Yeniyetmə qızlar iki dəstəyə ayrılaraq “Bənövşə” oyunu oynayırlar.Hər iki dəstə əl-ələ tutub səf bağlamış,müəyyən bir məsafədə üz-üzə durmuşlar.

Dəstələrdən biri xorla:

-Bənövşə,bənövşə, sizdən bizə kim düşə?

O biri dəstənin üzvləri:

-Adı gözəl,özü gözəl Südabə xanım!

Bu sözlər bitər-bitməz,adı çəkilən Südabə xanım öz dəstəsindən ayrı-

lır və qaçaraq özünü qarşı səfə çırpır,səddi yararaq o biri dəstədən bir qızın əlin- dən tutub onunla birgə geri dönür,öz dəstəsinə çathaçatda gözü Ağa Məhəmməd xana dəyir:

-Qızlar, mən indi qayıdacağam.

O,yeniyetmənin olduğu tərəfə gedir.

***


İki yeniyetmə sevgili gül kollarının arasında üz-üzə durublar.Həzin musiqi sədaları eşidilir.

Südabə:


-Bu neçə gündür,haradasan,niyə gəlmirdin?

Ağa Məhəmməd xan qızın əllərini ovuclarının içinı alaraq:

-Allah şahiddir ki,səni görə bilmək həsrətiylə,nə vaxtdır ki,içim od tutub yanır,bu neçə gündə özümə yer tapa bilmirdim.Amma nə edim ki,şahın keşikçiləri icazəsiz bir addım atmağa imkan vermirlər,hər addımımı izləyirlər.Kaş,səni nə qə-dər çox sevdiyimi biləydin.

Südabə xanım:

-Bilirəm,deməyinə ehtiyac yoxdur.Mən də səni çox sevirəm,səndən bir saniyə belə aralı qalmaq istəmirəm.

Sevgililər sarmaşıq kimi bir-birinə sarılırlar.Kamera yavaş-yavaş yu-xarı qalxır.Ekranda ağacların gövdələri,təpələri və buludlu göylər bir- birini əvəz edir.

***

Eyvana daxil olan Allahverdioğlunun ona müraciət etməsi şahı xəyal-



lardan ayırır:

-Şahım,indicə qasid xəbər gətirdi ki,Lütfəli xan Zənd Kərim xan Zənd üzərində qələbə çalaraq,Şirazı ələ keçirmişdir.Kərim xan İsfahana çəkilmişdir. Lütfəli xan İsfahana hərəkət etmək üçün hazırlıq görür.

Ağa Məhəmməd şah Qacar:

-Şükr sənə,İlahi! Qoy,zəndilər bir – birini qırıb zəiflətsinlər.Biz isə sözü-müzü ən sonda deyərik.

Şah yenidən dərin xəyallara qərq olur.Yenə də gözləri önündə keçmişdən səhnələr canlanır.

***
Kərim xanın sarayı.Ağa Məhəmməd xan üçün ayrılmış otaq.Ağa Mə-

həmməd xan otaqda təkdir. O,bardaş qurub kitab oxuyur.Küncdə qalaq-qalaq ki-tablar və saz gözə dəyir.Otağa gözlənilmədən Kərim xan daxil olur.Ağa Məhəm- məd xan dərhal ayağa qalxaraq şaha təzim edir:

-Xoş gəldiniz,zəhmət çəkdiniz,şərəf verdiniz...

Şah :

-Nə oxuyursan?



Ağa Məhəmməd xan:

-Əbu Osman Əmir bin Bəhr əl-Cahizinin kitabıdır.

Kərim xan kitabı alıb vərəqləyir:

-Sən ərəb dilini bilirsən?

Ağa Məhəmməd xan:

-Bəli.Fars dilinə də bələdəm.

Kərim xan:

-Belə de.Amma Şiraza gəldiyin gündən farsca bircə kəlmə də danışma-

dın.

Ağa Məhəmməd xan:



-Amma bu sarayda,Siz də daxil olmaqla,hər kəs türkcə danışır.

Kərim xan:

-Doğrudur.Qəznəlilərdən və Səlcuqlulardan etibarən saraylarda yalnız

türk dilində danışılır.Hülakülərdən etibarən isə rəsmi yazışmalarda da türk dili

fars dilinin rəqibinə çevrildi.Şah İsmayıl Səfəvidən sonra isə sizin dil bütün dövlət idarələrində hakimi-mütləqdir.Bütün fərman və rəsmi məktublar bu dildə yazılır. Bu gün Şirazın,İsfahanın,Bağdadın bazarlarında bu dildən başqa bir dildə danışıl-mır.Nə yaxşı ki,biz farsların Firdovsi,Sədi və Hafizimiz olub.Yoxsa,bizim dilimiz də kürd,lor,gilək dillərinin gününə düşərdi. Gərək əmr verim,sabahdan sarayda hər kəs fars dilində danışsın.Türkcə danışmaq yasaq edilsin.

Nə isə...Keçək əsas məsələyə. Qulağıma pis-pis xəbərlər çatıb. Bax, mən sənin bütün günahlarını,ananın xahişini və gəncliyini diqqətə alaraq, bağışla-

dim.Sənsə etimadımı doğrultmadın...

Ağa Məhəmməd xanın üzündə dəhşətlə təəccübün qarışığından yara- nan qəribə cizgilər peyda olur.Kərim xan isə qısa monoloquna ara verərək,kitab-lara yaxınlaşıb onları bir-bir əlinə alır və adlarını oxuyur:

-Mahmud Kaşğarlı...Divanül lüğət ət-Türk...Yusif Balasaqunlu...Qu-

taduqu-bilik...Oğuznamə....

Şah kitabları yerinə qoyub danışıq tonunu gözlənilmədən kəskin bir

şəkildə sərtləşdirir:

-Özünü yazıq etdin...

Ağa Məhəmməd xanın üzündəki əski cizgiləri qəzəb və nifrət hisslərini ifadə edən cizgilər əvəz edir.

Kərim xan eyni tonda davam edir:

-...Saray bağçasının hərəm hissəsinə keçmiyə və və hər gün Rəhim

xanın qızı ilə gizli-gizli görüşməyə necə cürət edə bildin?! Hansı cəsarətlə əsiri

və girovu olduğun zəndilər tayfasının namusuna ləkə sürtə bildin?!

Bu sözləri eşidən Ağa Məhəmməd xan əlləri ilə üzünü örtür və bo-

ğuq bir səslə:

-Ah!Tuzağa düşdüm!Bədbəxt Südabəm,mənim oduma sən də yan-

dın!


Kərim xan əl calır və içəri dərhal ona yaxin sərbaz,cəllad və eşikağası daxil olurlar.Sərbazlar içəri girər-girməz Ağa Məhəmməd xanı yerə yıxaraq əl-qolunu bağlamağa başlayırlar.O,var gücü ilə bağırır:

-Rəhim xan Zəndin qızı Südabə xanımın bu işdə heç bir günahı yox- dur!O,çiçək kimi təmiz,quzu kimi məsumdur.Günah məndə və məni tuzağa düşür- mək üçün fitnə qurub şərləyənlərdədir.

Sərbazlar işlrəni tamamlayıb, yeniyetməni ayağa qaldırıb şahın qarşısına gətirirlər.Şah onun gözlərinin içinə baxaraq:

-Sənin cəzanı mən yox,qardaşım Rəhim xan seçdi.Acı taleyinin səbəb-karı da mən yox,doğulduğun gün göydə peyda olmuş quyruqlu ulduzun sahibidir. Cəzansa ölümdən daha betər olacaq. Naməhrəmə yaxın düşməyin nə olduğunu bi-ləcəksən.İndi cəllad səni kişi üçün ən böyük nemətdən-qadin bədəninin ləzzətini hiss etmək duyğusundan və ata ola bilmək xoşbəxtliyindən məhrum edəcək.

Ağa Məhəmməd xan dəhşət içində çığırır:

-Yooooox!!!Şah,əmr et gözlərimi oysunlar,bədənimi tikə - tikə edib it-lərə yem etsinlər,amma ləyaqətimə toxunma.

Kərim xanın işarəsi ilə Ağa Məhəmməd xanı otaqdan çıxardırlar.

İçəridə şah və eşikağası tək qalırlar.

Şah:

-Beləcə İran taxt-tacına sonuncu ehtimali təhlükə də aradan qalxmış



oldu.

***


Ibrahimxəlil xan,Vaqif vəKələntər Ağası bəy göl qırağında ,böyük pa-lazın üstünə sərilmiş süfrə arxasında,yumşaq döşəklərin üstündə əyləşmişlər. Süf-rədə közdə qızardılmış quş əti,çörək,meyvə və ayran var.Vaqif danışır o biriləri qu-laq asırlar:

-Bax,Qarabağın aran hissəsində yaxşı pambıq yetişir.Mütləq böyük bir ip-lik karxanası qurmalıyıq ki,həm pambıq sahələrinin sahibləri öz məhsullarını qıra-ğa dəyər-dəyməzinə satmasın,öz pambığımız özümüzə qalsın,həm də gələcəkdə yerli xammal əsasında işləyəcək toxuculuq karxanaları qurub indikindən 5-6 qat çox gəlir əldə edə bilək. Bundan başqa gözəl tut ağaclarımız var.Şəkidən ustalar dəvət etmək və ya bizdən kimləri isə ora göndərmək lazımdır ki,ipəkçiliyi burada da inkişaf etdirək.

-Allah qoysa,bu-gün sabah Ağası bəyin oğlu təhsilini başa vurub mühən-dis kimi geri dönəcək.Atasının az- çox sərmayəsi var,inşallah ikisi birləşib yəqin ki, nələrsə yaradacaqlar.Amma bir güllə bahar olmaz.Biz İstanbulda,Avropada

təhsil almaq istəyənlərə imkan yaratmalıyıq.Valideynləri icazə verməyənlərin ata-anaları ilə danışmalıyıq,sərmayəsi olmayanlara bunun üçün maddi yardım etməli-yik.Mən öz keçmiş tələbələrimdən artıq bir-neçəsinin özü ilə də,ataları ilə də da-nışmışam,gələn il ən azı 6 nəfəri göndərə bilərik.

Xan,təhsil islahatına çox böyük ehtiyac var.Allaha şükr,bu gün mədrəsə-lərin sayı yavaş-yavaş artır.Amma bizə kəmiyyətlə yanaşı keyfiyyət də lazımdır. Mədrəsələrin çoxunda uşaqlara Qədiri-Xumdan və Kərbala müsibətindən başqa

heç nə öyrədilmir.Amma lazımdır ki,balalarımıza cəbr,həndəsə,hikmət,kimya,nü-cum öyrədilsin.

Xan:

-Elə günü bü gün fərman verib mədrəsələrdə bu elmlərin tədrisini məc-buri edərik.Vəzir sən fərmanın mətnini hazırlayarsan,başqa nə etmək lazımsa, fər-mana onları da əlavə edərsən,mən də imzalayaram,bu iş tamam olar.Təhsil üçün xaricə göndərmək istədiyin uşaqların məsrəfini də xəzinədən ödəyərik.



Vaqif:

-Xan,bir də,gələcəkdə bütün bu dediklərimizə nail olmaq üçün xanlığın ərazisində vergiləri,müxtəlif zümrələr arasında münasibətləri tənzimləyən və hər kəsin sözsüz əməl etməli olduğu dəqiq qanunlar olmalıdır.Mən Məhəmmədhəsən xanın Şəkidə tətbiq etdiyi “Dəstur ül əməl”adı altında toplanmış bütün qanunların bizdə də tətbiq edilməsini təklif edirəm.

Xan:

-Sən o dediyin qanunları da yaz,gətir müzakirə edək,məsləhətdirsə,bu ba-rədə də fərman verək.İndi isə keçək əsas məsələyə,yoxsa kabablar buza dönəcək.



Xan son cümləni deyib gülür.Vaqif Və Ağası bəy də ona qoşulurlar.

Gölün tam ortasında balıqçı qayığında üç nəfər balıqçı toru sudan çəkərək xorla deyirlər:

-Yahu,hu,hu...

Hu,hu,yahu...

Rəyyama girdi,yahu,

Sirrimi bildi,yadu.

Dəryalara tor atdım,

Üzümə güldü, yahu.

Yahu,hu,hu...

Hu,hu,yahu...

Yahu,hu.hu...

Hu,hu,yahu...

***

Xan,Vaqif və Ağası bəy kabab yeməklə məşğuldurlar.Bu dəm İbrahim-xəlilin gözünə üfüqdə sürətlə onlara tərəf çapmaqda olan atlı dəyir:



-Deyəsən,qonağımız var.

Vaqif və Ağası bəy xanın gözlərini dikdiyi tərəfə baxırlar.

***

Çapar uzaqdadır.Ardınca toz-dunan kütləsi uzanır.Onun kim olduğunu seçmək olmur.Kadr arxasında Ağası bəy deyir:



-Bura capmasından bizimkilərdən olduğu məlum olur.Vəzir kimi müha-fizəsiz olmasından belə aydın olur ki,gələn,deyəsən,Mirzə Əliməmməd ağadır.

Kadr arxasında xanın səsi:

-Hə,deyəsən odur.

Çapar bir qədər yaxınlaşdıqdan sonra onun doğrudan da xəfiyyəbaşı olduğu aydın sezilir.

***

Xan,Vaqif və Ağası bəy hələ də atlı gələn tarəfə baxırlar.Kadr arxa-sından artıq atın ayaq səsləri eşidilir,sonra isə kəsilir.Əvəzində atın kişnərtisi eşidilir.Vaqif xana tərəf dönərək:



-Deyəsən,nə isə çox mühüm xəbərlərlə gəlib.

Bu an xəfiyyəbaşı kadra daxil olaraq həyacanla deyir:

-İki mühüm xəbər var.

Xan :


-Öncə bir əyləş,nəfəsini dər, sonra de,bilək,nə baş verib.

Mirzə Əliməmməd süfrə arxasına əyləşir.Xan kadrdan kənarda olan nö-kərlərə səslənir:

-Mirzə Əliməmməd ağaya soyuq ayran gətirin.Cəld olun!(üzünü Xəfiy-yəbaşına tutaraq) Tələsmə,özünə gəl.

Kadra daxil olan nökər Mirzə Əliməmməd ağanın qarşısına bir bardaq ayran qoyur,boşalmış kabab qabını götürüb gözdən itir.Elə həmin andaca kadra ikinci nökər daxil olaraq əlindəki içi kababla dolu qabı ortaya qoyur və dərhal da kadrdan çıxır. Xəfiyyəbaşı ayranı birnəfəsə boşaldıb,bardağı yuxarı qaldırır və kadr arxasındakı nökərlərə tərəf boylanaraq “Birini də gətirin!”-deyir.


Xan:

-Vallah,sənə baxanda adama elə gəlir ki,sən atı yox,o,səni çapıb.

Süfrə arxasında oturanlar gülüşürlər.Mirzə Əliməmməd, nəhayət,deyir:

-Xan,indicə məlumat almışam ki,Lütfəli xan Zənd Tehrandan ayrılaraq, Şiraza,qrdaşının-İran şahının üstünə qoşun çəkib.Ağa Məhəmməd şah Qacar da fürsətdən istifadə edərək müdafiəsiz qalmış Tehranı tutub.İndi oranı öz səltənəti-nin paytaxtı elan edib.

Ortaya dərin bir sükut çökür. Kadra girən nökər Mizə Əliməmməd ağanın qarşısıdakı boş bardağı dolusu ilə əvəz edib gözdən itir.Bir qədər də davam edən sükutu xan pozur:
-Söylədiklərin gətirmiş olduğun xəbərlərin hər ikisi idi,yoxsa daha bir xəbərin var?

Xəfiyyəbaşı:

-Biri də var.Mənə məlum olub ki,araqızışdıran Yusif Əmin,demə,ingilis cəsusuymuş və bu erməni dığası bir həftə sonra Qarabağa gələcək.

Xan:


-Onu tutub başını bədənindən ayırmaq lazımdır ki,hamıya körk olsun. Onu mütləq tut,Mirzə.

Mirzə Əliməmməd :

-Quş olub göyə qalxsa da,siçan olub dərmədeşiyə girsə də,balıq olub, bax, bu gölün dərinliklərinə cumsa da,əlimdən heç yerə qaça bilməyəcək.Bütün

Azərbaycanda ,yəni İrəvan və Qarabağ xanlıqlarında üst-üstə iki min erməni yoxdur,bu köpək oğlu deyir,gəlin erməni xanlığı yaradaq.

***

Qaçaqların barındıqları mağaranın önü.Qaçaq Səfər,Saroş və daha üç qaçaq gənc dövrə vurub,daşların üstündə oturublar.Qaçaq Səfər xanın məktubunu əlində tutub.O,deyir:



-Məktubun məzmunundan xəbəri olmayan qalmadı.Hamının fikri belədir ki,biz beşlikdə nə qərara gəlsək,ona da əməl ediləcək.Saroşun fikri Məlumdur.O, Şuşaya qayıtmağın tərəfdarıdır.Hesab edir ki,xanın təkliflərini qəbul etməliyik.Siz nə deyirsiniz?

Birinci gənc:

-Təkliflər yaxşı təkliflərdir,amma,Səfər,sən oldun yüzbaşı,biz də olduq əsgərlərin,başladıq xəzinədən məvacib alıb xanlığın sərhədlərini qorumağa, qaçaq-malçıları tutmağa.Deməli,biz qaçaqmalçılıqla 5-10 quruş para qazanıb ailəsini do-landıran kasıb-kusubun çörəyinə qənim kəsiləcəyik?...

İkinci gənc onun sözünü yarımçıq kəsir:

-Ə,kimdir kasıb-kusub,qaçaqmalçılarmı?Bədbəxt,onların indi hərəsinin 5-6 yerdə evi-mülkü,sürülərlə qoyun-quzusu,ilxılarla atı var.Bəs,sənin nəyin var,ay yazıq?Bizim yaşda olanların indi hamısının evi-eşiyi,arvad-uşağı var.Biz isə günü-müzü soyğunçuluqla,talançılıqla keçiririk.Sabaha da heç bir ümid yoxdur.Əlimizə düşən bu gözəl imkandan istifadə etməliyik.

Üçüncü gənc:

-Doğrudur.Mən də Şuşaya qayıtmağın tərəfdarıyam.

Birinci gənc:

-Atalar sözü var,deyərlər,eşşəyə minmək bir ayıb,eşşəkdən düşmək

iki ayıb.Bəs,bizə deməzlərmi ki,ay pədəri-süxtə,nəyə getmişdin,nəyə qayıtdın?

İkinci gənc:

-Ona görə getmişdik ki,hər birimiz ayrı-ayrı vaxtlarda düşmənimizi vu-rub edam cəzasına məhkum olmuşduq,qaçmasaydıq edam ediləcəkdik.İndi isə və-ziyyət dəyişib.Xan bizi əfv edib,ona görə də qayıdırıq.Burada nə var ki?

Üçüncü gə

-Doğrudur.Dağlarda qalmağımızın heç bir mənası yoxdur.Səfər,məncə, qayıtmaq məsləhətdir.

Birinci gənc:

-Birdən bu, tələ oldu,onda nə?

Səfər:

-Tələ olsa,kişi kimi vuruşub,kişi kimi ölərik.


***
Məmməd bəylə Qasım çay qırağında qaya üstündə oturub tilovla balıq ovlayırlar.yanlarındakı səbətdə hələ də çırpınmaqda olan iki balaca balıq var.Aralı-

da ağaca iki at bağlanmışdır.

Məmməd bəy:

-Əmim qızından və səndən başqa ürəyimi boşaltmağa adam yoxdur. Sə-ninlə danışdıqlarımı Kiçikbəyimə danışa bilmirəm.Danışsam da yəqin ki,anlamaz.

Qasım:

-Mən də elə.Bir dəfə ürəyimi atama açdım,o da mənə bu mövzuda söhbət



etməyi qadağan etdi.Dedi ki,mənim də,özünün də başına iş açarsan.Sanki,Vətənin

dərdlərindən söz açmaq qəbahət imiş.Yəni doğrudanmı bu məmləkətdə xanlar,bəy-lər tərəfindən parça-tikə edilən Azərbaycanın dərdi yalnız sənlə məni düşündürür?

Əlbəttə ki,yox.Yəqin ki,belələri az deyil,amma xanların, bəylərin qorxusundan heç kim cürət edib bir söz deyə bilmir.

Məmməd bəy:

-Ürəyim qan ağlayır.Nadir şah Azərbaycan səltənətini bərpa edərək,sər-

hədlərini Hindistana qədər genişləndirdi.Xanları bir araya gətirdi və xanlar da Mu-ğanda toplanıb qədim türk adətincə şah seçdilər.Babam Pənahəli xan Şəki xanı Ha-

cı Çələbiyə qoşulub ona qarşı çıxdı,Azərbaycanda və bütün səltənətdə birlik və sa-bitliyin bərpasına əllərindən gəldikcə mane olmağa çalışdılar.Dedilər ki,şah,guya

mütləq Səfəvi xənadanından olmalıdır.Əslində bu, bir bəhanə idi.Özləri şah olmaq

istəyirdilər.Nə isə,Nadir şah belə getdi.Sonra Urmiyə xanı Fətəli Əfşar Azərbayca-nı birləşdirməyə çox yaxın idi.Əksər xanlar artıq ona tabe olmuşdular.Babam Pə-nahəli xan ona tabe olmadı,ona qarşı farsların xanı Kərim xan Zəndlə birləşdi.Fətə-li xan Əfşar da belə getdi. Sonra qubalı Fətəli xan bütün xanları toplayıb Azərbay-canı birləşdirmək istədi.Bu dəfə əmim İbrahimxəlil xan Vətən torpaqlarının birləş-məsinə imkan vermədi.Qubalı Fətəli xan da belə getdi.

Qasım:


-Bilmirəm,nə deyəcəksən,mənə elə gəlir ki,bütün ümidlər Ağa Məhəm-məd şah Qacaradır.Deyilənə görə,artıq Tehranı da alıb,özünə paytaxt edib.Belə da-

vam etsə,çox çəkməz ki,Kərim xan Zəndlə haqq-hesabı çürüdər və üzünü Azərbay-

cana tutar.

Məmməd bəy:

-İnşaallah!Mənim də ümüdüm bunadır.Əks təqdirdə Azərbaycan bir öl-kə kimi xəritədən silinəcəkdir.Urus əjdaha kimi ağzını açıb gözləyir.Kərim xan Zənd də Azərbaycanı və türkləri qurduğu İran dövlətinin köləsi etmək istəyir.

***


Qalın meşəlik.Mahmud və Süsən cığır ilə irəliləyirlər.Uzaqdan tökülən

şəlalə səsi gəlir.Süsən ağacdan bir yarpaq dərir:

-Yatıb yuxumda da görə bilməzdim ki,nə zamansa bir müsəlman türkə aşiq ola bilərəm.

Mahmud təəccüblə qızı süzərək:

-Nədir,müsəlmanın buynuzu olur,məgər?

Süsən ucadan gülür:

-Bəlkə də...Gəl,baxım,bəlkə elə sənin də buynuzun var,mənim xəbərim

yoxdur.(Barmaqları ilə Mahmudun saçlarını eşələyir.) Aha,tapdım,bu,biri,bu da ikincisi.

Mahmud:

-Qorxmursan ki, indi səni buynuzlarımla göyə qaldırıb,çırparam yerə?

Süsən gözlənimədən gəncin boynuna sarılıb onu öpür, “Yox,qorxmuram”

-deyib qaçır.Mahmud da onun dalınca qaçmağa baçlayır.

***

Şəlalə axır.Onun gur səsi aləmi başına alıb.İki aşiq gənc gülə-gülə, söhbət



edə-edə şəlaləyə yaxınlaşırlar.Üzlərindən xoşbəxtlik yağır.Şəlalənin səsindən onla-rın nə barədə danışdıqları eşidilmir.Hər ikisi su qırağına yaxınlaşıb soyunmağa başlayırlar.Soyunmaqları ilə suya atılmaları bir olur.

***


Şuşanın qərb darvazası.Qaçaq Səfər başının dəstəsi ilə birlikdə(təqribən 35-40 nəfər) darvazaya yaxınlaşır.Hamısı atlıdır.Çiyinlərində tüfəng var.Bürcdəki əli nizəli iki keşikçidən biri onlara səslənir:

-Durun!Kimsiniz və nə istəyirsiniz?

Qaçaq Səfər:

-Mən qaçaq Səfərəm.Bunlar da qaçaq yoldaşlarımdır.Xana təslim olmağa

gəlmişik.Bu barədə ya xana, ya da Mirzə Əliməmməd ağaya xəbər ver.Muştuluq tələb etməyi də unutma.

Qaçaq Səfərin son sözləri dəstə üzvlərinin gülüşünə səbəb olur.Keşikçi də gülə-gülə cavab verir:

-Unutmaram,amma inanmıram ki,sizə görə kimsə mənə bir qara quruş be-lə versin.Gözləyin!

Saroş gözdən itən keşikçinin ardınca:

-Sən bir yoxla,bəlkə,o qədər verərlər ki,keşikçiliyin daşını birdəfəlik atar-san,mal-mülk sahibi olarsan.(Bu sözlər də gülüşə səbəb olur.)

***


Çay qırağı.Məmməd bəylə Qasım şişə taxdıqları balıqları.ocaqda qızardır-lar.Məmməd bəy balığın bişib-bişmədiyini yoxlamaq üçün ondan bir çimdik qopa-rıb ağzına qoyur,çeynəməyə başlayır.çiy olduğunu hiss edib qızartmağa davam edir və deyir:

-Məndən fərqli olaraq,sən daha çox azadsan,daha çox adamla görüşə,söh-

bət edə bilirsən.gör,dost-tanışdan kimin ağzını yoxlamaq mümkündür,dostlar ara-sında bizim kimi düşünənlər var ya yox.Kimlərə etibar edə,kimlə rabitə qura bilə-

rik.Biz nə isə etməliyik.Göz görə-görə,Vətənin əldən getməsinə yol vermək olmaz.

Qasım balığı yayma çörəyin arasında tutaraq dartıb şişdən çixara-çıxara

deyir:


-Doğru söyləyirsən,vaxt itirmək olmaz.Atamın tələbələrindən ikisinə çox ümidim var.Ağzıbütöv,mərd uşaqlardır.Özləri də eimli,mərifətli,dünyaya açıq göz-lə baxan adamdırlar.İstəyirsən, onlarla bir söhbət edim.

Məmməd bəy də balığı çörəklə tutub şişdən çıxardır və artıq öz balığını iştahla yeməkdə olan olan Qasıma deyir:

-Mütləq söhbət et,amma çox ehtiyatlı ol.Bu gün Qarabağda hər üç nə-

fərdən biri Mirzə Əliməmməd ağanın eşidən qulağı,görən gözüdür.Xanlıqda elə

bir xəfiyyə şəbəkəsi yaradıb ki,hər evdə nə baş versə,ondan da xəbər tutur.Əslində bizə onun kimi bacarıqlı bir adam lazımdır.Çox məharətli təşkilatçıdır.

Artıq ikinci balığı şişə taxıb qızartmaqda olan Qasım gülə-gülə:

-Bəlkə,quracağımız təşkilata xanın özünü də vəziri ilə birlikdə cəlb

edək, nə deyirsən?Bəlkə elə Ohan keşişi də öz tərəfimizə çəkdik...

Məmməd bəy də Qasıma qoşulub gülməyə başlayır.

***


Mahmudla Süsən meşə cığirı ilə gedirlər.Hər ikisi ayaqqabılarını əllərin-də tutublar.İkisinin də ayaqları yalındır. Mahmudun şalvarı topuqdan 15-20 santi-metr yuxarıya qədər çırmalanıb.İkisinin də saçları yaşdır.Şəlalənin səsi zorla eşidi-lir.Əvəzində isə quşların cəh-cəhi aləmi götürüb.Uzaqdan külüng səsi eşidilməyə başlayır.Mahnud qulağını şəkləyərək deyir:

-Eşidirsən?

Süsən ona təəccüblə baxır:

-Nəyi?


Mahmud:

-Sanki, kimsə külüng vurur.Eşitmirsən?

Süsən:

-Hə,eşidirəm,nə olsun ki?



Mahmud cəld ayaqqabılarını geyərək:

-Tez ol,ayaqqabılarını tax ayağına!

Süsən də onun kimi edir və əvvəlkundən daha artıq təəccüblə soruşur:

-Nə olub,axı?Elə danışırsan,adamı lap vahimə bürüyür.

Mahnud qızın əlindən yapışaraq,onu cığırdan meşənin sıx tərəfinə çək-məyə başlayır:

-Gəl!


Süsən əlini gəncin əlindən çəkib çıxarmağa çalışir:

-Yox,mən qorxuram!məni hara çəkirsən?Axı,bir başa sal,görək,nə olub.

Mahmud:

-Qorxma,mən sənin yanındayam da. Nədən qorxursan?Gəl,gəl!

Qız tabe olur və gənclər cığırdan səs gələn tərəfə dönürlər.

***


Mahmud və Süsən budaqları aralaya-aralaya meşənin içi ilə gedirlər. Artıq külüngün səsi daha aydın eşidilir.Süsənin sifətində əvvəlki narahatlıqdan

əsər-əlamət belə yoxdur.Mahmudun gözlərindən isə sonsuz maraq oxunur.Sevgi-

lilər yamaca qalxmağa başlyırlarlar.Qalxdıqca külüng səsi daha da yaxınlaşır və

sanki,bir-neçə metrlikdən gəlir.Mahmud arxasınca gələn Süsənə tərəf dönüb,bar-

mağını dodağına yaxınlaşdırmaqla səs çıxarmamasını əmr edir.

***


Ağacların seyrək bir yerində kimsə böyük bir çala qazıyıb,içində külüng

çalır.Çalanın bir tərəfində qazılıb çıxarılmış torpağın yaratdığı süni təpə,digər tə-

rəfində isə yerə qoyulmuş bel gözə dəyir.Çalanın içindəki adam hər dəfə külüngü

vurmaq üçün yuxarı qaldırdıqda,külünglə birlikdə başının saçları və qulaqları da görünür.

***

Sıx kollarla örtülü təpə.Kolların arxasından Mahmudla Süsənin üzləri görünür.Hər ikisi dərin heyrət və maraq içindədirlər.Gözlərini hadisə yerindən



ayırmayan Mahmuddan fərqli olaraq Süsən ətrafa göz gəzdirir və onun nəzərini

nə isə cəlb edir,əli ilə Mahmudun çiynini ehmalca döyəcləyərək barmağı ilə nə-

yəsə işarə edir.Mahmud onun işarə etdiyi tərəfə baxır.

***


Kənarda ağaca iki eşşək bağlanmışdır.Üstlərində xurcunlar olan heyvan-ların ipinin uzun olması onlara başlarını əyib otlamağa imkan verir.

***


Şuşanın qərb qapısı.Qaçaq Səfər yoldaşları ilə bərabər darvazanın önündə

gözləyirlər.Nəhayət, bürcdən onlara səslənirlər:

-Silahlarınızı qapının yanına atın!

Atlılar əmrə tabe olaraq üç-üç,dörd-dörd yaxınlaşıb tüfənglərini,tapança-

larını və xəncərlərini qapının önünə atırlar.

Bürcdən növbəti əmr gəlir:

-Kənara çəkilib atlardan düşün və atlarınızın yüyənlərini bir-birinə bağla-yın!

Qaçaqlar bu əmrə də tabe olub,bir qədər kənara çəkilir və atlarından enir-lər.

***

Xan sarayının bağçası.İbrahimxəlil xan və qızı Kiçikbəyim hovuzun kə-



narında oturub şahmat oynayırlar.Xan lövhəyə baxaraq fikirləşir.Qələbənin çox yaxın olduğuna əmin olan qızcığaz özündən razı halda gülümsəyir:

-Ata,heç bir xeyri yoxdur,özünü yorma,yaxşısı budur ki,məğlubiyyətlə

barış.Uduzduğunu etiraf elə.

Xan:


-Yaxşı,mənim şeytan qızım,sən deyən olsun.Mən təslim!Bəs,əmin oğlun

haradadır?Nə isə heç gözə dəymir.

Kiçikbəyim:

-Eh,ata,sənə deyirəm,qocalmısan,inanmırsan.Bax,yaddaşın da korlanıb.

Dünən özün ona vəzirin oğlu ilə çaya gedib balıq tutmağa icazə vermədinmi? Məmməd Qasımla balıq tutmağa gedib.

Xan:


-Hə,deyəsən,doğrudan da qocalmışam.Deməli axşam balıq yeyirk?

Kiçikbəyimi gülmək tutur:

-Onun balıqçılığı da elə şətrənc oynaması kimi bir şeydir.Keçən dəfə də

getmişdi,iki dənə əl içi boyda baliq tutmuşdu.Verdim pişiyə,yedi,doymadı.

Bu sözdən sonra at-bala bir-birinə qoşulub gülməyə başlayırlar.

Kadra daxil olan Qədimi:

-Xan,müjdə!İndicə Mirzə Əliməmməd ağanın adamı xəbər gətirdi ki,qa-çaq Səfər başının dəstəsi ilə gəlib təslim olub.

İbrahimxəlil xan əllərini göyə qaldırır:

-İlahi,şükr sənə!

***


Meşənin içindəki seyrək yer.Naməlum adam çalanın içində külüng vur-

maqda davam edir.Nəhayət,o,işinə qısa ara verərək külüngü qırağa atır.Beli götür-mək üçün bir qədər yuxarı qalxır və onun üzü görünür,naməlum adamın Mesrop

olduğu məlum olur.

***


Kolun arxasından baş verənləri izləyən Süsən onu tanıyır və Mahmuda pıçıldayır:

-Mesrop əmi.

Mahmud eyni şəkildə soruşur:

-Sən onu tanıyırsan?

Süsən:

- Hə,o,atamın xidmətçisidir.Xeyli vaxt idi ki,yoxa çıxmışdı.



***

Mesrop beli götürüb qazımağa başlayır.Bu dəm çapan at ayaqlarının sə-

si gəlir.Mesrop cəld çaladan çıxır.Külüngü əlinə götürüb həyacanla səs gələn tərəfə

baxır.Səs isə get-gedə yaxınlaşır və səngiyir.Kolların arasından Ohan keşiş çıxır.

Mesrop təəccüb və qorxu hissi ilə:

-Ohan ağa,bu,sənsən?Bəs,səni asmadılar?!Yoxsa,sən ruhsan?!

O,bu sözləri deyib sərbəst əli ilə xaç çəkir.Sonra isə özünü qorumaq üçün

külüngü başı üzərinə qaldırır.Keşiş qorxub hürkmədən bir-iki addım irəli atır:

-Bilirdim ki,səni burada tapa bilərəm,satqın köpək!(Belindən tapança çı-

xarıb Mesropa sarı tuşlayır.)Söylə,məni Mirzə Əliməmmədə neçəyə satdın?

Mesrop diz üstə düşüb ağlamağa və yalvarmağa baılayır:

-Bağışla məni,ağa, bir qələtdir,eləmişəm

***

Mahmud və Süsən bütün bunları kolun dalından həyacanla izləyirlər.Kadr arxasından keşişin səsi eşidilir:



-Sən nə axmaq adamsan,Mesrop,yəni məni bu qədərmi axmaq hesab et-din? Qızıl küplərini çoxdan buradan çəxardıb evimin həyətində basdırmışam.Bü-

tün ömrü boyu həyatımı təhlükəyə soxaraq bir küp qızıl oğlum,bir küp də qızım

üçün toplamışam.Sən isə istəyirdin,onlara sahib olub balalarımı heç nəsiz qoyasan?

Mesrop kadr arxasından ağlayaraq yalvarmaqda davam edir:

-Qurbanın olum,Ohan ağa,məni balaların Akop və Süsənin başına çevir!

Keç güna...

Atəş səsi Mesropun sözünü yarımçıq kəsir.Gördüklərindən və eşitdiklər-indən dəhşətə gələn Süsən qışqırmaq istəyir.Mahmud cəld əli ilə onun ağzını sıxıb buna imkan vermir.Onlar aşağı sürüşüb kadrdan itirlər.
***

Keşiş tüstülənməkdə olan tapançasının lüləsinə üfürür.Mesrop qazıdığı çalanın yanında uzanıb.Güllə onun düz ürəyindən dəyib.Meyidə yaxınlaşan Ohan

keşiş tapançasını belinə keçirir,sonra isə Mesropun ayaqlarından dartaraq çalaya

itələyir.Keşiş beli götürüb çalanı doldurmağa başlayır.

***

Mirzə Əliməməd və Səfər at belində Şuşanın küçələrindən biri ilə yanaşı



gedirlər.Səfərin dəstəsi onları təqib edir.Hamısı at belindədir,fəqət silahları yoxdur.

Mirzə Əliməmməd:

-Xanın öz sözünə sadiq olduğunu indi görəcəksiniz.O,xanlığın ərazisində

sülh və əmin –amanlığın hakim olmasını istəyir.İstəyir ki,ədavətə son qoysun.Ha-

mının üzü gülsün.

***


Meşə içi cığır.Mahmudla Süsən cığırla irəliləyirlər.Sarsıntı halında olan

Süsən ağlayır.Mahmud onu ovundurmağa çalışır.Qızın çiyinlərini qucaqlayaraq

özünə tərəf sıxır və başını Süsənin başına dayayaraq deyir:

-Özünə gəl,hər şey artıq arxadadır.Sakit ol.Özünü ələ al!

Süsən ağlaya-ağlaya:

-Mənim atam qatildir.Kaş,onu asaydılar,bütün bunlar baş verməyəydi.

İndi mən necə yaşayacağam?O,qızıla görə adam öldürdü.Başqalarını isə Rəbbi-

miz İsa kimi mərhəmətli olmağa çağırır.Özü isə rəhm etmədən insanı elə öldü-

rür ki,qarşısındakı,sanki,insan yox,heyvandır.Ondan iyrənirəm.Onun qızı olmaq-dan utanıram.

Mahmud əyilib Süsənin üzündən öpür:

-Ağlama,olacağa çarə yoxdur.Sən möhkəm olmalısan.Bir də,axı,mən sə-

nin yanındayam və həmişə yanında olacağam.Heç vaxt səni atmayacağam.Mənə

həmişə arxalana bilərsən.Atanla yaşamaq istəmirsən,bir az döz,yeni bir mənzil

kirayələyim,gəl mənimlə yaşa.

Süsən:

-Hə,Mahmud,mən daha o iblislə bir yerdə yaşaya bilmərəm.Mən səninlə



yaşamaq istəyirəm.

Mahmud:


-Mən də səninlə.

Süsən:


-Doğru söylə,sən məni çox sevirsən?

Mahmud:


-Mən səni o qədər çox sevirəm ki,əgər sən məndən canımı istəsən,bircə

an da düşünmədən onu sənə verərəm Sən mənim həyatımsan.

Süsən:

-Sən də mənim həyatımsan.Atam uşaqlıqdan məni inandırmağa çalışır-



dı ki,türklər pis adamlardır.Deyirdi ki,onlar bizim düşmənimizdir.Mən isə həmişə

bunun əksini görmüşəm.Görmüşəm ki,siz dünyada ən doğruçu, ən qorxmaz,ən sə-mimi,ən sədaqətli insanlarsınız.Bilsən, səni nə qədər çox sevirəm.

Mahmud və Süsən elə yolun ortasındaca bir-birilərinə sarmaşıq kimi sarı-lırlar.

***


Çılpaq dağlarla əhatə olunmuş düzənlik sahə.Ağa Məhəmməd şah Qa-carın tüfəngçi və topçu alayları təlim-məşq toplantısı keçirirlər.Yan-yana,bir xətt üzərində, bir-birindən 4 metr aralı səkkiz top düzülmüşdür.Topçular(hər topun yanında iki nəfər olmaqla) öz toplarını silib yağlamaqla məşğuldurlar.Hər topun yanında bir yığın girdə mərmi və topu odlamaq üçün məşəl çubuğu var.

Kadr arxasından eyni vaxtda atılan onlarla güllə səsi və ardınca da ko-manda eşidilir:

-Birinci sıra çök!İkinci sıra qalx!Hədəfi nişan al!Atəş!

Yenə eyni vaxtda atılan onlarla güllə səsi və ardınca komanda :

-İkinci sıra çök! Birinci sıra qalx!Hədəfi nişan al!Atəş!

Yenə eyni vaxta atılan tüfəng güllələrinin səsi qulaq batırır.

***

Ekranda biri öndə, digəri isə arxada iki paralel düz xətt boyunca düzül-müş iki cərgə tüfəngçi canlanır.cərgələr arasında məsafə 2 metr,eyni xətlər üzrə dü-zülmüş əsgərlər ara-sında isə 1 metrdir.İkinci cərgənin əsgərləri sol dizləri üstdə çökmüş vəziyyətdədirlər. Onlar sol əllərində tüfənglərini qundağı yerdə,lüləsi isə yerə nisbətən perpendikulyar olaraq,göyə istiqamətlənmiş vəziyyətdə tutmuşlar. Birinci cərgə isə ayaq üstə duraraq,tüfənglərini irəli doğru tutmuşlar.Birinci cər-gənin əsgərlərinin tüfənglərindən tüstü çıxır.Hər cərgədə əlli tüfəngçi var.At üstün-də olan yüzbaşı komanda verir:



-Birinci sıra çök!...

Komandaya uyğun olaraq sol dizləri üstə çökən birinci sıranın əsgərləri

dərhal tüfənglərini barıt və güllə ilə doldumağa başlayırlar.

-…İkinci sıra qalx!...

İkinci sıranın əsgərləri ayağa qalxırlar.Tüfənglərini sol əlləri ilə sağ əllərinə ötürüb,lüləsi yuxarı vəziyyətdə döşlərinə sıxırlar.

-…Nişan al!...

Əsgərlər tüfənglərini qarşı tərəfdə quraşdırılmış 50 saman müqəvvaya tə-

rəf tuşlayırlar və “Atəş!”komandası səslənən kimi tətiyə basırlar və yenə göy-yer

lərzəyə gəlir.Tüfənglərdən və müqəvvalardan tüstü çıxır.

***


Ekranda tək və iri planda təsvir edilən yüzbaşı əmr verir:

-Tüfəngçilər azaddır!Topçular hazırlaşsın!

***

Ekranda yenə də toplar və topçular canlanır.Topların hər birinin yanında olan iki topçudan biri topdan solda, mərmilərin və barıt kisələrinin yanında,digəri isə sağda durmuşdur.Sağ tərəfdə duranların əllərində məşəllər var.Kadr arxasından



eşidilən “ Barıtı doldur!”komandasından sonra sol tərəf topçuları lüləyə barıt yeri-dirlər. Eyni topçular “Mərmini qoy !”əmrinə uyğun olaraq,lüləyə mərmi qoyurlar.

Daha sonra “Atəş!”əmri eşidilir.Bu dəfə sağ tərəf topçuları işə girişir Və əllərin-dəki məşəllərlə topu odlayırlar.Eyni vaxtda atılan səkkiz top göy gurultusuna bən-zər səs çıxarır.Səslə bərabər lülələrdən çıxan tüstü aləmi dumana bürüyür.Bir –iki

saniyə sonra isə topların tuşlandığı dağ yamacından səkkiz toz-torpaq buludu qal-xır.

Ağa Məhəmməd şah Qacar bir təpənin üstündən təlim-məşq prosesini iz-

ləyir. Ondan bir qədər aralıda və aşağıda Allahverdioğlu,Kamaləli bəy və mühafizə

dəstəsinin əsgərləri durmuşlar.Şah da,onlar da at belindədirlər.Kadr arxasından yüzbaşının səsi gəlir:

-Barıtı doldur!Mərmini qoy!Atəş!

Göy gurultusunu xatırladan atəş səsi aləmi bürüyür.Səsdən atlar hürkü-

şürlər,fəqət atlılar onları vaxtında cilovlaya bilirlər.

Şah dərin fikirlərə qərq olmuşdur.Keçmişin xatirələri ondan əl çəkmir.

***

Şirazın dar küçələri ilə iki atlı irəliləyir.Bunlar Kərim xan Zəndin eşika-ğası və gənc Ağa Məhəmməd xandır.Atlılar bir-biri ilə danışmırlar.Onlar evlərin qarşısından keçdikcə,qapılardan çıxan, pəncərələrdən boylanan qadınlar atlıların dalınca su atırlar.Eşikağası sükutu pozaraq:



-Bunca ildən sonra,axır ki,əsir və girov olmaqdan qurtulub azad olur-

san. Bura Şirazın qaşqay türkləri yaşayan məhəlləsidir.Onlar səni,arxanca su ata-raq, uğurlayırlar.Şəhərdə hər kəs başına gətirilən faciədən xəbərdardır və hər kəs də sənin dərdini öz dərdi kimi qəbul edir.

Ağa Məhəmməd xan:

-Bu tələni mənə kim qurdu?

Eşikağasi:

-Mən bilmirəm.

Ağa Məhəmməd xan:

-Elə”bilmirəm”deməklə də sualıma cavab vermiş oldun.Demək,güma-nımda yanılmamışam,baiskar Kərim xan Zənddir.

Eşikağası:

-Bunu sən söylədin,mən demədim.

***

Şirazın iç tərəfdən qala divarları və darvazası.Darvazanın önündə və qa- lanın keşik qüllələrində əli nizəli keşikçilər durmuşlar.



Eşikağası və Ağa Məhəmməd xan darvazaya yaxınlaşırlar.Eşikağası ke-şikçilərə:

-Darvazaları açın!

Keşikçilər əmrə tabe olaraq darvazaları açırlar.Eşikağası üzünü Ağa Məhəmməd xana tutur:

-Artıq quş kimi azadsan.İstədiyin tərəfə gedə bilərsən,amma hara get-sən,unutma ki,sənin üçün siyasətin və hakimiyyətin qapıları əbədi olaraq qapan-mışdır.Bu səbəbdən də sənə məsləhətim budur ki,bütün ömrünü ibadətə həsr edə-sən.

Ağa Məhəmməd xan:

-Ağlım kəsəndən, bircə gün də olsun,ibadətimdən qalmadım.

Eşikağası:

-Əksəb oğlu Artuqun başına gələnləri eşitmisənmi?

Ağa Məhəmməd xan:

-Bu adı ilk dəfə eşidirəm.

Eşikağası:

-Bu şəxs Səlcuqlu Məlik şahın əmirlərindən olub,Məkkəyə gedib,orada vəfat edib.O da sənin kimi gənc və yaraşiqli idi.Məlik şaha yaxınlığı ilə tanınrdı, böyük mal-dövlət sahibi idi.Şah onun bir sözünü iki etməzdi.Kimin işi Məlik şaha düşsəydi,ona xahiş-minnət edər,o da bu işə bir əncam çəkərdi...

Gedək,səni bir qədər də şəhərdən kənarda ötürüm,əhvalatın ardını da yolda danışım...

Eşikağası və Ağa Məhəmməd xan qala qapısından qirağa çıxırlar.

***

Şiraz şəhərinin qala divarlarının və darvazasının xaricdən görünüşü. Eşikağası və Ağa Məhəmməd xan şəhərdən uzaqlaşırlar.Eşikağası söhbətini davam etdirərk deyir:



-...Bir gün Artuq şahlıq sövdasına düşür və Məlik şaha qarşı üsyan qal-dırır və üsyan sırasında şahın bacısını da qaçırır.Üsyan tezliklə yatızdırılır, Artuq əl-qolu bağlı halda şahın hüzuruna gətirilir.Məlik şah üsyanı ona bağışlasa da,ba-cısına olan münasibəti bağışlamır və cəza olaraq onu xacə etdirir...

Bu sözləri eşidın Ağa Məhəmməd xan atını əyləyərək müsahibinə hirs-li-hirsli deyir:

-Bunları mənə söyləyərək yaramı təzələməkdə məqsədin nədir?

Eşikağası dönüb geriyə boylanır və:

-Heç bir xüsusi məqsədim yoxdur.Mən sadəcə,İran şahının buyuru-ğunu yerinə yetirdim.O,əmr etmişdi ki,bu əhvalatı danışim və səni Məkkəyə ge-dərək həmişəlik orada qalmağa təşviq edim.Bura qədər səninlə gəlməyimin isə

xüsusi məqsədi var.İndi məni diqqətlə dinlə.Söyləyəcəklərimi şəhərdə deyə bil-

məzdim,çünki orda daşın da qulaqları var.Yəni şəhər Kərim xanın xəfiyyələri ilə qaynayıb daşır.

Bax,mən də sənin kimi türkəm,qaşqay türklərindənəm,fəqət sarayda bunu heç kəs bilmir və hər kəs məni bəxtiyari hesab edir.Şəhərin qaşqaylar məhəl-ləsindən keçərkən sənə göstərilən xoş münasibətin özün şahidi oldun.Bunun səbə-bi qaşqayların Qacar elinə bəslədikləri böyük ümidlərlə bağlıdır.Belə hesab edilir ki,məhz Qacarlar, Nadir şahın ölümündən sonra bir-birinə düşmən kəsilmiş türk soy və boylarını, xüsusən də Azərbycan türklərini bir bayraq altında birləşdirmək iqtidarındadır.Qardaşın Hüseynqulu xana şox böyük ümidlər bəslənilir.Bil ki, Qaş-qay elləri Kərim xanın farspərəst və iranpərəst siyasətindən, xüsusən də türklərə və İslama olan münasibətindən bərk narahatdırlar.

Ağa Məhəmməd xan:

-İslama olan münasibəti necədir ki?

Eşikağası:

-Şah üzdə özünü müsəlman kimi göstərsə də, qəlbinin dərinliklərində zərdüştidir.Ülamə arasında söz-söhbət gəzir ki,İslamı aradan aparıb yerinə atəşpə-rəstliyi rəsmiləşdirmək üçün fürsət gözləyir.

Nə isə...Hüseynqulu xana mənim salamlarımı çatdır və de ki,Şiraz sara-yının eşikağası Abbasəli bəy onun sadiq quludur və saraydakı gözü və qulağı ola-caq.İndisə şübhə oyatmamq üçün şəhərə dönməyim lazımdır.Sənə yaxşı yol!

-Sənin simanda sədaqətli dost tapdığıma görə çox şadam.Salamat qal!

Bu sözlərdən sonra atlılar ayrılaraq əks istiqamətlərdə çapdılar.

***


Ağa Məhəmməd xan xəyallardan ayrılır.Onu tər basıbdır.Xatirələrinin ona heç də xoş olmayan həyacanlı anlar yaşatdığı üz-gözündən oxunur.Topçular

72

məşqlərini bitirdikləri üçün daha top səsləri eşidilmir.Əvəzində isə eyni vaxtda qaçan yüz əsgərin ayaq səsləri və yüzbaşının əmrləri eşidilir:



-Tez ol,tez ol!Geriyə qalmayın!

***


Düzənlik sahədə tüfəngli əsgərlər qaçırlar.Atlı yüzbaşı əmrlər verməkdə

davam edir:

-Cəld olun!Yaxşı!Afərin!...

***


Hava qaralıb.Mahmud Səraslanın evinin qapısını döyür.Qapının arxasın-

dan Saroşun “Kimsən?”-deyən səsi eşidilir.Mahmud səsi tanımır:

Mən Mahmudam.Səraslan əmi ilə işim var.Kadr arxasından qapı kilidinin səsi gəlir.Qapı açılır.Qapının arxasındangörünən Saroş:

-Sən bizə xoş gəlmisən,səfa gətirmisən!Gəl içəri!

Mahmud;

-Gözün aydın,ay Saroş!Həmişə evində,eşiyində!

Saroş:

-Çox sağ ol,aydınlıq içində olasan!Gəl,gəl,eşikdə durma!



Mahmud:

-Yox,ay Saroş,tək deyiləm.Səraslan əmini çağır,onunla sözüm var.

Saroş:

-Nə deyirəm ki.İndi çağıraram.Saroş qapını örtmədən gedir və 4-5 saniyə



sonra Səraslan peyda olur:

-Mahmud bala,xoş gəlmisən.İçəri niyə keçmirsən?

Mahmud:

-Gözün aydın,oğlun qayıdıb!Həmişə evində-eşiyində olsun.

Səraslan:

-Şox sağ ol!Amma içəri keçməməkdə heç yaxşı etmirsən.

Mahmud:

-Səraslan dayı,bir müşkül işim çıxıb,sənə pənah gətirmişəm.Köməyinə

ehtiyacım var.

Səraslan:

-O nə demək,oğul,xoş gəlmisən,səfa gətirmisən!Gir içəri,müşkülün nə-

dirsə,anlat,biz də bilək,bir çarəsinə baxaq.

Mahmud:

- Tək deyiləm.

Səraslan:

-Fərq etməz.Yanındakı hər kimsə,onu da götür gəl içəri.

Mahmud:

-Çox sağ ol!Bilirdim ki,məni darda qoymazsan.(Üzünü sol tərəfə tutub)

Süsən,ay Süsən,gəl.

Kadra sol tərəfdən Süsən daxil olur.Onun başı örtülü,gözləri yerə dikili-

dir.

Mahmud:


-Qız qaçırmışam…

Səraslan:

-Gəlin,mənim balalarım,xoş gəlmisiniz!Mənim evim sizin öz evinizdir.

Gənc sevgililər içəri girirlər.

***

Gecədir.Ətrafa düşən ay işığı daşlı-qayalı iki böyük təpənin arasıdan keçən yolu işıqlandırır.Ay işığında hər iki tərəfdə daşların və qayaların arxasında



pusqu qurmuş yaraqlı əsgərlərin kölgə və siluetləri gözə dəyir.Uzaqdan eşidilməyə başlayan at ayaqları səsi pusquda duranların bir-birilərinə əl işarələri edərək hazır vəziyyət almalarına səbəb olur.At ayaqlarının səsi get-gedə yaxınlaşır...Və nəhayət,

görüntü sahəsinə 20-25 atlı daxil olur... Güllə səsi eşidilir.Atlar səksənib fırnıxma-ğa və kişnəməyə başlayırlar.

***

Daşların arxasından qalxan Mirzə Əliməmməd atlılara qışqırır:



-Siz hər tərəfdən mühasirəyə alınmısınız.Atlardan enin,silahlarınızı yerə

at...


Növbəti güllə səsi eşidilir vəMirzə Əliməmməd qolunu tutaraq aşağı əyi-lir.Atışma başlayır.İlk güllələrdən sonra atlıların yarısı yerə sərilir. Fəqət onlar müqavimət göstərməkdə davam edirlər.Əsgərlərdən də güllə yarası alıb yıxılanlar olur.

***


Hava ala-qaranlıqdır.Üfüqdə doğmağa hazırlaşan günəşin ilk qızartıları

görünür.Xoruz səsləri eşidilir.

***

Vaqifin yataq otağı.Yarıqaranlıq otaqda Qızxanım təkdir.Gecə köynəyin-dədir.İki nəfərlik yatağın üstündə oturub hönkür-hönkür ağlayır:



-Bu nə vaxta qədər davam edəcək,İlahi? Axı,mən də insanam,mən də qa-dınam...Mənim də ehtiyaclarım var...Başqalarının kişiləri gündüz evdə olmasalar da,gecə mütləq arvadlarının qoyunlarında olurlar.Mənki isə nə gündüz tapılır,nə də

gecə...Yatağım artıq buz bağlayıb.Tənhalıqdan,biganəlikdən yorulmuşam.Bu nə yazıdır,taleyimə yazmısan,ay Allah?!Belə həyatdansa ölüm daha yaxşıdır.

***

Xanın məşvərət otağı.Xan,Kələntər ağası bəy və Vaqif dövrə vurub otur-muşlar.Taxt boşdur.Xan:



-Nə oldu,bu Mirzədən niyə xəbər çıxmadı?Görəsən,onları əldən qaçırma-yıb ki?

Bu an Qədimi içəri girərək deyir:

-Xan sağ olsun,Mirzə Əliməmməd ağa gəldi.

Xan:


-De,tez olsun,gəlsin,ürəyimiz üzüldü ki...

Qədimi “Baş üstə!”-deyib otaqdan çıxır.İki-üç saniyə keçmir ki,Mirzə Əliməmməd içəri girir.Qoluna bağlanmış qanlı sarıqdan yaralı oldğu anlaşılır.

Xan:

-Bu nə hal-əhvaldır,Mirzə,yoxsa yaralanmısan?!



Xəfiyyəbaşı:

-Boş şeydir.Yüngülcə güllə sıyırıb.25-30 nəfər idilər,hamısı da silahlı.Yu-sif Əmini diri ələ keçirmək mümkün olmadı.Döyüşdə başından güllə yarası alıb gəbərdi.Amma Məlik-Yeqanovu sağ-salamat tutub gətirdim.İt oğlu it,özünü ölülü-yə vurub meyidlərin arasında sağ-salamat uzanmışdı.Elə bilirdi yoxlamayacağıq.

Mühafizəçiləri avarlar idilər.Son damla qanlarına qədər kişi kimi vuruş-dular,kişi kimi də öldülər.Amma nəyə və kimə görə öldüklərini elə də bilmədilər. Müsəlmanın bədbəxtliyi də elə bundadır,bilmədən,öyrənmədən əhd bağlayırlar və əhdlərinə sona qədər sadiq qalırlar. Bizdən də altı nəfər öldü.

Xan :


-İndi haradadır o it südü əmmiş?

Mirzə Əliməmməd ağa:

-Atdım zindana.İndi bərk yorulmuşam.İcazə versəz evə gedib bir az din-cələrdim,sonra isə onu dindirmək lazım olacaq .

Xan:


-Hə,sən get dincəl.Biz də bütün gecəni yatmamışıq,biz də dincəlməliyik.

O,it balasının başını bədənindən ayıracağam.Buna bir bax,urus padşahı buna ermə-nilərin xanı rütbəsi veribmiş!Ay,sən öləsən,sənin padşahın ölsün!

Gedin hamınız dincəlin,bu gün işimiz cox olacaq.

***


Xan sarayının bağçası.Məmməd bəy və Qasım bağçada gəzə-gəzə yavaş-dan söhbət edirlər.Qasım deyir:

-Vaxt və fürsət tapıb atamın o dediyim iki tələbəsi ilə söhbət etdim.Ey-nən bizim kimi düşünürlər.Qərara gəldik ki,səninlə də birlikdə görüşüb söhbət edək və əhd bağlayaq.Artıq iki nəfər yox,dörd nəfərik.

Məmməd bəy:

-Dörd yox, altı nəfərik.

Qasım heyrət və maraqla Məmməd bəyə baxır.

Məmməd bəy:

-Hə,hə,altı nəfər!Dözməyib,ürəyimi əmim qızıma açdım.Sən demə,o da

çoxdan bu fikirdəymiş.Bu barədə xəlvətdə yalnız Qədimi ilə dərdləşərmiş.Qədimi də,o da qərara gəliblərmiş ki,bundan sonrakı həyatlarını Azərbaycanın birliyinə həsr etsinlər.Amma nə etməli olduqlarını bilmirlərmiş.Bir-iki dəfə istəyiblər,mə-nimlə söhbət etsinlər,amma ürək etməyiblər.

Qasım:

-Əhsən!Qızdakı və nökərdəki ürəyə bir bax!Onda gəl belə bir iş edək. Mən anamdan xahiş edim,o,bir vəsilə ilə Şahnisə xanımı bizə qonaq çağırsın. Ki-çikbəyim xanım da ona qoşulsun. Onlar hara getsələr,onsuz da Qədimi yanlarında olur.Sən də onlara qoşulub gələrsən,mən də o biri iki yoldaşımı dəvət edərəm, im-kan tapıb birlikdə görüşərik.



Məmməd bəy:

-Gözəl fikirdir.

***
Zindan.Mahmud və Səraslan iş başındadırlar.Səkkiz qəfəsdən yalnız bi-rində məhbus var.O,knyaz Məlik-Yeqanovdur.Yorğun və əzgin məhbus quru yerdə uzanıb yuxuya gedib.Gənc və yaşlı keşikçi söhbət edirlər.Səraslan fikirli-fikirli de-

yir:


-Vallah,qızın İslamı qəbul emək qərarına gəlməsi,çox yaxşı haldır.Bu onu

göstərir ki,səni doğrudan da çox sevir.Sevdiyi üçün də dinini dəyişməyi gözə al-mışdır.Amma yaxşı olar ki,İslamı sənə görə yox,onun öz fəzilətinə görə qəbul et-

sin. Ona görə də tələsmə,qoy bizim uşaqların anası bir həftə ona hər şeyi yerli-ye-

rində öyrətsin,başa salsın.Sonra kəlmeyi-şəhadət gətirib müsəlman olsun,biz də qazini dəvət edək,gəlib kəbininizi kəssin.O vaxta qədər sən də kirayə ev məsələni

həll edərsən.Edə bilməsən də məsələ deyil,bir müddət bizdə yaşayarsınız.Kaş, im-kanım olaydı,sizə toy da edərdim.

Mahmud:


-Çox sağ ol,Səraslan əmi,bilmirəm,etdiyin yaxşılığın əvəzini necə cıxaca-ğam.

Səraslan:

-Əvəzini səndən yox,Allahdan gözləyirəm.Əslində sən çox sağ ol ki,sənin sayəndə bu qoca vaxtımda savab sahibi oluram.Bir də,axı,mən sənin yaxşılığının əvəzini ödəyirəm.

Mahmud:


-Hansı yaxşılığımın?

Səraslan:

-Hə,yadımdan çıxmışdı sənə deyəm.Sən demə,oğlumun evə dönməsinə görə sənə minnətdar olmalıyammış.

Gənc təəccüblə qocanın üzünə baxaraq:

-Sən nə danışırsan?Vallah bir şey başa düşə bilmirəm.

Səraslan:

-Yadına gəlirmi,bir göyərçin görüb hay-küy etmişdin?

Mahmud:


-Hə,nə olsun ki?

Səraslan:

-O olsun ki,həmin göyərçinin ayağında qaçaq Səfərin rəhmətlik Xanməm-mədə məktub var idi.Məktubda isə Saroşun həmin gün Şuşaya gələcəyi bildirilirdi.

Bu məktubun sayəsində Saroşu tutmuşdular.Dalını isə özün bilirsən.

Mahmud:

-Belə de.Amma bu mənim xidmətim deyil ki...Allahın təqdiridir...

Açılan qapının və zəncirlərin səsi onları söhbəti yarımçıq kəsməyə məcbur edir.Səsə məhbus da yuxudan ayılır.İçəri keşikçibaşı,iki keşikçi və Mirzə Əliməm-

məd daxil olurlar.Keşikçibaşı üzünü Mahmuda tutaraq, “Aç!” deyir və Mahmud da

məhbusun olduğu qəfəsi açır.Mirzə Əliməmmədin uca,amiranə səsi eşidilir: “Çıx!”

Keşikçilər Məlik-Yeqanovun əllərini bağlamaq istəyirlər,fəqət xəfiyyəbaşının əli-nin işarəsi ilə bu fikirdən əl çəkirlər.Məhbus qəfəsdən çıxır.

Mirzə Əliməmməd:

-Aparın!


Hər kəs məkanı tərk edir.Səraslan,Mahmud vəMirzə Əliməmməd üçlükdə

qalırlar.Xəfiyyəbaşı Mahmuda yaxınlaşıb onu başdan-başa süzür və soruşur:

-Təbrizli Mahmud sənsən?

Mahmud “Bəli”-deyə cavab verir.Mirzə Əliməmməd gülümsəyərək,əli ilə

bir-neçə dəfə onun kürəyinə vurur,bir söz deməyib gedir.Mahmud və Səraslan bu jestdən bir şey başa düşməyərək təəccüblə bir-birilərinə baxırlar.

***


Kiçik təpələrlə əhatələnmiş düzənlik sahə. Ağa Məhəmməd şah Qacar tə-pələrin birinin üzərində durub düzənlikdə məşq edən əsgərlərin məharətini izləyir.

Təpədən aşağıda şahın mühafizəçiləri durmuşlar.

***

Bir qrup atlı əsgər iki dəstəyə bölünərək,kənarda at belində onları müşa-hidə edən yüzbaşının nəzarətində bir- biri ilə qılınclaşırlar.



***

Digər tərəfdə ağac dirəyə bərkidilmiş nişangaha çapa-çapa ox atan atlı əs-

gərlər gözə dəyirlər.Başqa bir yüzbaşının nəzarəti altında məşq edən bu əsgərlədən birinin də oxu hədəfdən yayınmır.

***


Şah yenə də xəyallara qapılmışdır.Üz-gözündən keçmişin xəyallarının onu

təqib etməkdə olduğu açıq-aydın sezilir.

***

Yaşıl otlarla örtülü təpədə bitən qollu-budaqlı çinar ağacı.Ağacın arxasın-da buludlar gözə dəyir. Üfüqdə arxa tərəfdən təpəyə qalxan gənc Ağa Məhəm-məd xanın növbə ilə başı,çiyinləri,atının başı,sinəsi görünməyə başlayır.Bir müd-dət sonra o,ağacın yanına çatır.Üz-gözündən uzun yolun yorğunluğu açıq-aydın se-zilir.At bir-iki addım atdıqdan sonra Ağa Məhəmməd xan başını ağır-ağır qaldıra-raq irəli baxır və birdən birə gözlərinə, sanki, işıq gəlir.O, dərhal yüyəni çəkərək atı əyləyir.



***

Ekranda Ağa Məhəmməd xanın gözünə sataşan məkan canlanir.Uzaqda

Damğan şəhərinin qala divarları görünür.

***


Gəncin dodaqları əsir,gözləri dolur.O,hıçqırarq ağlamağa başlayır.

***


Damğan şəhərinin darvaza qapıları və keşikçi bürcləri.Ağa Məhəmməd

xan at belində darvazaya yaxınlaşır.Keşikçi qülləsində keşik çəkən əsgərin səsi eşidilir:

-Dur!Kimsən,haradan gəlirsən?

Ağa Məhəmməd xan:

-Əsgər,get saraya,şəhərin hakimi Hüseynqulu xandan muştuluq istə,ona de ki,böyük qardaşın Ağa Məhəmməd xan gəlib.

***


Damğan hakiminin evinin bağçası.Arxa planda evin eyvanı,eyvanda var-

-gəl edərək qonaqlıq hazırlığı görən qadınlar,ön planda isə ocaq üstündə olan və

buğlanan iki böyük aş qazanını qarışdıran aşbazlar diqqəti cəlb edir.Onlardan bir qədər aralıda qəssablar ağacdan asılmış qoyun cəmdəklərini soymaqla məşğuldur-lar.

Hüseynqulu xan və Ağa Məhəmməd xan baxçanın ortasındakı hovuzun

yanında qurulan çardağa döşənmiş döşəklərin üstündə,mütəkkələrə dirsəklənərək əyləşmişlər.Hüseynqulu xan sulu qəlyan çəkə-çəkə:

-Əziz qardaşım,çox təəssüf ki,anamız bu xoş günü görə bilmədi.Ölən günə qədər hey sənin həsrətinlə qovrulub yandı,yaxıldı.Adın bir an da dilindən düşmədi.Mənim toyumda da, Xanbaba doğulanda da üzü gülmədi.Sənin başına gəlmiş faciənin xəbəri gələn gün yorğan-döşəyə düşdü,çox çəkmədi,canını tapşırdı.

Ağa Məhəmməd göz yaşlarını zorla boğaraq:

-Zavallı anam mənim...

Bu dəm Hüseynqulu xanın zövcəsi qardaşlara yaxınlaşaraq optaya süfrə sərir,süfrəyə böyük məcmeyidə doğranmış qovun-qarpız qoyur.

Ağa Məhəmməd xan:

-Gəlin bacı, bizəhmət, Xanbabanı gətir,əmi-qardaşoğlu bir az da oyna-yaq, əmisinə isinişsin.

-Vallah elə indicə yuxuya gedib,oyananda gətirərəm.

Xanım bu sözləri deyib uzaqlaşır.

Hüseynqulu xan:

-Oynamağa ,mehribanlıq etməyə,inşallah,vaxtınız çox olacaq.

Ağa Məhəmməd xan:

-İnşallah.İndi məni yalnız bir məsələ düşündürür-Kərim xan Zənddən

intiqamımzı almaq!

Hüseynqulu xan:

-Bunun üçün çox güclü olmalıyıq və Allaha şükürlər olsun ki, artıq əv-vəlkindən çox-çox güclüyük.Damğana hakim təyin edilər-edilməz,yuxarıbaş tayfa-sı ilə danışıqlara başladm.Sağ olsun yuxarıbaşlıların yeni rəisi Kamaləli bəy,səsi-mə səs verdi.Aşağıbaş tayfası ilə yuxarıbaş tayfası arasnda onillərlə davam etmiş

düşmənçiliyə son qoya bildik.İndi bütün Xorasanda,Türkmənsəhrada,Gilan və Ma-

zandaranda Qacar elinin qarşısına çıxa biləcək bir qüvvə yoxdur...

Hüseynqulu xan qəlyandan dərin bir qullab alır:

-...Əfşar elinin başda gələn böyüklərinin çoxu bizi dəstəkləyir.Dəstəklə-

məyənlər isə Nadir şah dövrünün ab-havası başlarından çıxmayan və dövrün nəbzi-ni tuta bilməyən kiçik bir dəstədir ki, gec-tez onlar da bizimlə bir olmaqdan başqa çarə olmadığını anlayacaqlar.Artıq Astarabad hakimi Dəvəlu xanın ordu əmrləri də Qacar eli ilə gizli-gizli həmrəylik nümayiş etdirirlər.Yəni bu gün hərəkətə keçsək ən qısa müddətdə təkcə Astarabada deyil, bütün Xorasana,eləcə də Gilan və Ma-zandarana hakim ola bilərik.Bu üç vilayətin bir illik vergisi yetər ki, böyük bir ordu yaradıb Kərim xanın taxt-tacını başına devirək.

Qardaşı danışdıqca ara-bir qovundan,qarpızdan yeyən,fəqət onu çox diq-qətlə dinləyən Ağa Məhəmməd xan :

-Məndə olan məlumata görə,Həm Şirazda,həm də əyalətlərdə Kərim xandan narazılıq artır.Yerli vali və hakimlərdən mərkəzi hakimiyyətə tabe olmaq

cəsarəti göstərənlərin sayı artır.Şahınsa onları cəzalandırmaq üçün qoşunu yetmir.

Hüseynqulu xan:

-Məlumatın doğrudur.Şaha asi olanlardan biri də Dəvəlu xandır.Vergi verməkdən imtina edir.

Ağa Məhəmməd xan:

-Yeri gəlmişkən, İran şahının eşikağası Abbasəli bəy xahiş etdi sənə

çatdırım ki,qulluğunda durmağa və saraydakı gözün və qulağın olmağa hazırdır.

Məncə,bunun özü çox şeydən xəbər verir.

Hüseynqulu xan:

-Sənin şərəfinə təşkil etdiyim ziyafətə Qacar elinin bütün öndə gələn şəxslərini dəvət etmişəm.Gərək bütün məsələləri yaxşi-yaxşı götür-qoy edək.Sə-nin əsirlikdən qurtulman əl-qolumu açdı.İndi iki qardaş əl-ələ verib çox böyük iş-

lər görəcəyik.

***


Kamaləli bəyin səsi Ağa Məhəmməd şahı xəyallardan ayrılmağa məc-bur edir:

-Şahım,müjdə!!!

Ağa Məhəmməd şah:

-Söylə,müjdənin əvəzi bir saniyə də gecikməz!

Kamaləli bəy:

-İndicə xoş bir məlumat aldıq.Lütfəli xan Şirazı alandan sonra Kərim xan Zənd beş yüz əsgəri ilə İsfshana sığınmaq istəyib,fəqət Nəcəf xan Zənd qapı-ları onun üzünə açmayıb.İndi o,yorğun-arğın Həmədan istiqamətində hərəkət edir. Əgər cəld hərəkət etsək, onun onun yolunu kəsib,işini bitirə bilərik.

Şah:

-Bu xoş müjdənə görə barəndə çoxdan düşündüyüm işə artıq qərarımı



verdim. Sən bu gündən Xorasan valisisən.Təcili hazırlıq görün! Səfərə çıxırıq!

Kamaləli bəy “ baş üstə”-deyib,atını çapır.Şah isə yenidən xəyallar alə-

minə qayıdır.

***


Hüseynqulu xanın sarayı.Xan taxtın yanında əyan-əşrəfinin əhatəsində

ayaq üstə durub.Sağ tərəfində gənc Ağa Məhəmməd xan,sol tərəfində isə Kamaləli bəy dayaniblar.Birincinin əlində bahalı daş-qaşlarla bəzədilmiş qızıl tac ,digərinin əlində isə hakimiyyət rəmzi olan qızıl toppuz var.

Hüseynqulu xan:

-Ağalar!Qardaşlarım!

Sizin hər birinizin səyi və şücaəti sayəsində bu gün Qacar elinin haki-miyyət dairəsi bütün Xorasn,Mazandaran və Gilanı əhatə etməkdədir və sahib olduğumuz donanma Xəzər dənizində Dərbənddən Qaraboğazqola qədər böyük

bir sahəni nəzarətdə saxlayır.Məsləhət-məşvərət edərək birlikdə gəldiyimz qərara

əsaslanaraq bəyan edirəm ki,bu gündən etibarən hökmümüz altında olan ərazilər

İran şahı Kərim xan Zəndə tabe deyildir və öz müstəqil şahına sahibdir.

Ağa Məhəmməd xan əlindəki tacı qardaşının başina qoyur və deyir:

-Bu gündən xanımız Hüseynqulu xan şahdır və o,səltənəti Cavansuz şah

adı ilə idarə edəcəkdir.

Kamaləli bəy qızıl toppuzu Hüseynqulu xana verir və ucadan deyir:

-Cavansuz şaha eşq olsun!

Hamı təkrar edir:

-Eşq olsun!

Ağa Məhəmməd xan:

-Hakimiyyəti bütün dünyaya yayılsın!

Hamı:


-Bütün dünyaya yayılsın!

Ağa Məhəmməd xan və Kamaləli bəy şahın qollarına girib onu taxta qə-

dər müşaiyət edir və taxta əyləşdirirlər.

Mərasim iştirakçıları bir nəfər kimi şaha təzim edirlər.

***

Zindanın məhbusları dindirmə otağı.Mirzə Əliməmməd və Məlik-Yeqa-nov üzbəüz otürmuşlar.Məlik-Yeqanov danışır,xəfiyyəbaşı diqqətlə qulaq asır:



-Bu işlərə nə Yusif Əmin,nə də mən başlamamışıq.Bizdən təxminən yüz il öncə,Hüseyn şah Səfəvinin hakimiyyəti dövründə Oriy adlı bir erməni başlala-mışdır.Biz, olsa-olsa, onun ardıcılları hesab oluna bilərik.Firdovsi öz“Şahnamə”-sində farslar üçün İran dövləti arzu və hədəfini yaratdığı kimi,Oriy də bizlərin qəl-

bində və şüurunda bir erməni dövləti arzusunu alovlandırmışdır.Onun arzusu Van

və Ağrı ətrafında kiçik bir Ermənistan yaratmaq idi.Bu məqsədini gerçəklişdirə bil-

mək üçün o,Firəngistandan Urusiyətə qədər bir çox ölkələri gəzməli olmuşdu.Ən

sonda o,Dəli Petronun diqqətini özünə və erməni məsələsinə cəlb edə bildi.Petronu

başa saldı ki,urusların Osmanlı vəAzərbaycan səltənətlərinə yönəlik hədəflərinin həyata keçirilməsində isəvi ermənilər onların ən yaxın köməkçisi ola bilər.

Mirzə Əliməmməd:

-Bunlar mənə məlumdur.Petronun Osmanlı və Azərbaycan padşahlarına

məktub yazaraq erməniləri himayə etdiyimdən də xəbərdaram.Sən sağ qalmaq istəyirsənsə,mənə bu gündən və öz fəaliyyətlərindən danış.

Həmsöhbətinin susduğunu görən Mirzə Əliməmməd yanındakı zınqrovu

əlinə götürüb silkələyir və deyir:

-Düşünmək üçün bir gün vaxtın var.Ya xoşluqla danışacaqsan,ya da zor-la danışdıracağam.Birinci halda,bəlkə,sağ qalmaq imkanın da oldu.

Sözün bu yerində keşikçilər içəri girirlər.

Xəfiyyəbaşı üzünü onlara tutur:

-Aparın ona falaqqaları və manqalları göstərin,sonra da öz qəfəsinə sa-lın,fikirləşsin. O təbrizli balasına da deyin,yanıma gəlsin.

***


İbrahimxəlil xanın məşvərət otağı.Xan taxtda əyləşib.Solunda Vaqif,sağ tərəfində isə isə Kələntər Ağası bəy oturmuşlar.

Qarşı tərəfdə,onlarla üzbəüz diz üstə oturan beş erməni məliyi yer almış-

dır.Məliklərin sifətindən həyacan və qorxu yağır.

İbrahimxəlil xan:

-Əldə olan məlumata görə,bəzi ermənilər əlbir olaraq,İrəvan və Qarabağ

xanlıqlarının ərazisində erməni xanlığı yaratmaq xülyasına düşüblər və bu məqsəd-lə urus padşahı ilə gizli sövdələşməyə də giriblər.Dünən geçə onlardan ikisi Qara- bağa gəlməliymiş...İngilis cəsusu Yusif Əmin və urus padşahının xüsusi nümayən-dəsi Məlik-Yeqanov...Məlik-Yeqanovu həbs etmişik və indi xanlığımızın xəfiyyə-başısı Mirzə Əliməmməd ağa onu dindirir.Yusif Əmin isə artıq it kimi gəbərib.Dü-şünürəm ki,bir müddət sonra biz indi bildiyimizdən daha çox şey biləcəyik.Ola bil-

sin ki,sizlərdən də kimlərinsə onlarla əlaqədə olduğunu təsbit etdik.Bu zaman sizi

nəyin gözlədiyihi bilirsiz.

Sizi saraya dəvət etməkdə məqsədim mən təsbit etməmişdən öncə hər birinizə məlum olanlar barədə məlumat almaqdır.Səmimi olanların,günahlarını eti-

raf edənlərin günahını bağışlayacağam,necə ki,Ohan keşişi bağışladım.İndi sizi dinləyirəm.Hətəm Məlik,səndən başlayaq.

Hətəm Məlik ayağa qalxaraq:

-Xan sağ olsun,məlumunuz olsun ki,mən Çiləbördün məliyi olsam da,əs-lim-köküm erməni deyil.Ata-babalarım da Qarabağa Şirvandan köçmüşlər.Onlar alban,daha dəqiq desəm,qıpçaq-qarqar soyundan idilər.Biz,qıpçaq-qarqarlar da si-zin kimi türk soyluyuq. Bizi ermənilərlə yalnız dinimiz birləşdirir. Çiləbördün ya-rıdan çoxu qıpçaq əsillidir.Gənclər unutsa da qocalar bu günə qədər qıpçaq dilin-

də danışırlar. And verirəm müsəlmanların və xaçpərəstlərin bir olan Tanrısına ki, mənim bütün bunlardan heç bir xəbərim yoxdur.

Xan:


Yaxşı otur.Usub Məlik,səni dinləyirəm.

Hətəm Məlik oturur,əvəzində isə Usub Məlik qalxır və deyir:

-Xan sağ olsun,mən də Hətəm Məlik kimi,Şirvandan Qarabağa köçən xaçpərəst qıpçaq-qarqarların nəslindənəm. “Kitabi-Dədə Qorqud”da haqqında söz

açılan Qıpçaq Məlik mənim ulu babam olub...

İbrahimxəlil xan onun sözünü kəsərək Vaqifdən soruşur:

-O nə kitabdır elə?

Molla Pənah:

-Azərbaycanın ən qədim sakinlərindən-oğuz və qıpçaq türklərinin həya-tından bəhs edən bir kitabdır.Həzrət Peyğəmbərimiz dövründə yaşamış Dədə Qor-qud adlı bir el ozanı qələmə almışdır.

Xan:

-Davam et!



Usub Məlik:

-Bizim Gülüstanda da Van və Ağrı tərəflərdən gəlmiş ermənilər çox az-

dır.Əksəriyyət qarqar qıpçaqlarının nəsilləridir.Doğrudur,bizdə də artıq gənc nəsil

qıpçaq dilində danışmır,amma bütün qədimi dini kitablarımız bu dildədir.Onları yalnız qocalarımız,bir də alban keşişləri oxuya bilir...

Xan yenə onun sözünü kəsərək Vaqifdən soruşur:

-Bu qıpçaq dili deyilən şey nədir,axı?

Molla pənah:

-Türk dilinin bizimkindən və cığatay ləhcəsindən fərqli bir ləhcəsidir.Qa-

zi-Qumuq xanlığının əhalisi bu ləhcədə danışır.Onları“Ağ Xəzər” də adlandırırlar.

Xan:


-Hə, indi başa düşdüm.(Üzünü Usub Məlikə tutaraq) Davam et!

Usub Məlik:

-Ermənilər bizə həm qarqar, həm də“Akxazur”,yəni“Ağ Xəzər”deyirlər. Rəbbimiz İsaya and olsun ki,mənim də bütün bunlardan xəbərim yox-dur.

Xan:


-Yaxşı,otur!(Usub Məlik oturur,xan isə üzünü Allahqulu Məliyə tutur) Allahqulu Məlik,sən nə deyəcəksən?

Allahqulu Məlik:

-Mən də erməni deyiləm.Albanam,amma qıpçaq-qarqar yox,udinlərdə-nəm...

Xan Vaqifdən soruşur:

-Udin nə deməkdir?

Molla Pənah:

-Qəbələ ətrafında yaşayan çox kiçik bir xalqdır.Öz ayrıca dilləri var,ləz-gi dilinə oxşayır...

***


Mirzə Əliməmməd və Mahmud dar bir küçə ilə söhbət edə-edə piyada gedirlər.Arxalarınca xəfiyyəbaşının atının yüyənini çəkən bir keşikçi gəlir.

Mirzə Əliməmməd:

Deməli,deyirsən ki,Təbrizdə uzun müddət göyərçin saxlamısan.

Mahmud:


-Bəli.

Mirzə Əliməməd:

-Gəlsənə,mənimlə işləyəsən.Məvacibin indikindən üç dəfə artıq olcaq,

səni xəzinə hesabına evlə təmin edərik.At da verərik,daha piyada gəzməzsən.Sən də mənə iki yüz-üç yüz göyərçin yetişdirərsən.Bir nəfər də köməkçi verərik.Hə,nə

deyirsən?

Mahmud:


-Allah sizdən razı olsun.Əlbəttə ki,razıyam.Olarmı ki,köməkçini özüm seçim?

Mirzə Əliməmməd:

-Hə, nə olar? Madam ki,belə istəyirsən,özün seç.

***


Ibrahimxəlil xanın sarayının bağçası.Kiçikbəyim,Məmməd bəy və Qə-dimi hovuzun kənarında oturmuşlar.Məmməd bəy danışır,o biriləri dinləyirlər.

Məmməd bəy:

-Dediyim kimi,artıq altı nəfərik.Qasımın dediyinə görə,təqribən iki həf-tə sonra vəzirin dostu,böyük şair Molla Vəli Vidadi Qarabağa gəlir.Vəzirin evində böyük qonaqlıq olacaq.Təbii ki,biz də orada olacağıq.O biri iki gənc də gələcək. İmkan tapıb birlikdə görüşərik,bundan sonra nə etməli olduğumuzu müzakirə edə-rik.

Qədimi:


-Razı olsaydız,bir-iki dost-tanışla da söhbət edərdim.Hər halda,mənim tanıdıqlarım sizinkindən qat-qat çoxdur.Təcrübə də onun kimi.

Kiçikbəyim:

-Əlbəttə ki,söhbət et.Tərəfdarımız nə qədər çox olsa,o qədər yaxşıdır. Amma ehtiyatlı ol.

Qədimi:


-Təbii ki,ehtiyatlı olacağam.Yəni deyirsən,ürəyimdən dar ağacı keçir.

Yox,mən hələ yaşamaq istəyirəm.

Bu sözlərdən sonra həmsöhbətlər bir-birinə qoşulub gülüşürlər.

***


İbrahimxəlil xanın məşvərət otağı.Məşvərət davam edir.Sıra Şahnəzər

Məliyə çatmışdır.O,ayaq üstə durub:

-Mən Göyçədən köçmüş albanlardanam,amma nə qarqar,nə də udinəm. Biz, Zəngəzur müsəlmanları və göyçəlilər kimi,türkmanıq.Ermənilər bizə tarkman deyirlər. Amma xaçpərəstik.Dilimiz sizinlə bir olduğu üçün gənclərimiz də öz dil-lərini bilirlər.Üstəlik erməni dilini də bilirlər.Din dərslərini erməni dilində alırlar.Erməni dili bütün albanlar üçün ortaq ibadət dilinə çevrilib.İbadətimizi bu dildə edirik. İncilə and olsun ki,mənim də xəbərim yoxdur.

Xan:


-Yaxşı,Şahnəzər Məlik,otur.(Üzünü Yeganə Məliyə tutaraq)Hə,Yeganə Məlik,sıra gəldi sənə.

Yeganə Məlik:

-Mən də hay,yəni əsil erməni deyiləm.Xaçpərəst türkmanların başçısı olmuş Həsən Cəlalyanın nəvəsiyəm.Əsil albanlar bizik.Vicdanıma and olsun ki, mənim də xəbərim yoxdur.Bizim beşimizə də məlik rütbəsini Nadir şah vermiş-dir.Uruslarla heç bir əlaqəmiz olmayıb və yoxdur.

Xan:


-Qəribədir.Bəs,nə üçün hamı sizi erməni kimi tanıyır?

Yeganə Məlik:

-Bu, hamımızın xaçpərəst olması səbəbindəndir.Bizim üçün din milli mənsubiyyətdən daha önəmlidir.Amma bununla bərabər xanımıza sədaqətliyik və

həmişə də sədaqətli olacağıq.Bizi ermənilərlə dinimiz bağlayır.

Xan:

-Deməli, belə.Sözlərimi unutmayın.Kimin araqarışdıranlarla əlaqəsi təs-bit edilsə,mütləq cəzalandırılacaqdır.



***

Böyük və geniş bir düzənliyin quş uçuşu məsafəsindən panoram gö-

rüntüsü. Başdan-başa adam və at cəsədləri ilə dolu olan düzənlik qərbdən dağ və təpələrlə,şərqdən isə uzun və geniş çayla əhatələnmişdir.Çay sahili boyunca qalib ordunun çadırları gözə dəyir.Qalib əsgərlərin bir qrupu çadırların yaxınlığında top-

laşmışlar,digər bir qrup isə uzun bir xətt boyunca düzülərək cəsədlərin arasında nə

isə axtarırlar.

***


Yaxın görünüş.Əsgərlər bir- bir meyidlərin üzlərinə baxırlar.Üzü üstə uzanmış olanları çevirmək lazım olur.

***


Çayqırağı.Ağa Məhəmməd şah Qacar çayın suyu ilə əl –üzünü yuyur.

Atı kənarda otlayır.O,xəyallara qapılır və gözləri önündə keçmişin bəzi səhnələri

canlanır.

***


Quş uşuşu hündürlüyündən açilan geniş panoram.Mərkəzdə göy sulu göl, ətrafda meşələrlə örtülmüş dağlar diqqət çəkir.Gölün sağ sahilindəki nisbi düzənlik sahədə çox sayda çadır gözə dəyir.Mərkəzdəki çadır daha böyük və təm-taraqldır.Bu Cavansuz şahın (Hüseynqulu xanın) çadırıdır.Kamera onun üzərində

fokuslanır.Məsafə get-gedə azalır.

***

Şah çadırının içi.Xalca-palazla bəzədilmiş,döşəkçə və mütəkkələr dö-



şənmiş çadırda Cavansuz şah,Ağa Məhəmməd xan və Allahverdi əyləşərək,ayaq üstə dayanıb dastan söyləyən aşığı dinləyirlər.

Aşıq:


-...Həmin məqamda Batman Qılınc da adam göndərmişdi ki,qonağım var,bir kamil aşıq gəlsin,məclis keçirsin.Batman Qılıncın göndərdiyi adam da kə-narda durub bu həngaməyə tamaşa edirdi.Aşıq Hüseyn sıçrayıb çuxadan çıxdı. Sa-zını düzəldib dedi:”Hanı şagirdin? De,meydanıma gəlsin.!”

Çoban Abbası göstərib dedi:”Bax,budu.”

Abbas sazını köynəyindən çıxartdı.Aşıq Hüseynin müqabilinə gəldi. Əv-vəl meydan suladılar.Sonra Abbas dedi:”Aşıq Hüseyn,söz sənindir.”

Aşıq Hüseyn dedi:”İlk söz uşağındı.”

Abbas dedi:” Uşaq olmağıma baxma, sözü sənə verirəm.”

Aşıq Hüseyn dedi:” nə özünə güvənirsən?Əvvəlki kəlmədə belini qırıb sazını əlindən alacağam.”

Abbas dedi:”Arxı tullan,sonra bərəkallah de!Bir oqədər laf eləmə! Sö-zünü de gəlsin.”

Aldı Aşıq Hüseyn:

“Mənnən salam olsun arif olana,

Peyğəmbər nə günü taci-sər oldu?

Kim qırxdı başını,muyin neylədi,

Nə sual eylədi,nə iqrar oldu?”

Abbas başını bulayıb güldü.Sazı sinəsinə sıxıb,təzənəyi simə bərk-

bərk çəkdi,dedi:

“Ol cümə günündə,sübh namazında,

Peyğəmbər o günü taci-sər oldu.

Ahu qırxdı başın,muyin götürdü,

Həqiqət,mərifət o iqrar oldu...”

Dastanın şaha və Allahverdioğluna ləzzət etdiyi üzlərinin mimika-

larından açıq- aydın sezilməkdədir.Ağa Məhəmməd xan isə dərin fikrə getmişdir.

-... Aşıq Hüseyn dedi:“Gerisinə qulaq as,gör sənin başına nə oyun gətirə-cəyəm.”

Aldı Aşıq Hüseyn:

“Nə günü qırxıldı Rəsulun başı?

Ona kim gətirdi ülgücü,daşı?

Neçə tarixində oxunur yaşı?

Neçə ay,neçə il ömrü xar oldu?”


Aldı Aşıq Abbas:

“Cümədə qırxıldı Rəsulun başı,

Cəbrayıl gətirdi ülgücü,daşı,

Altımış iki tarix oxunur yaşı,

Altımış üç tarixdə ömrü xar oldu.”...

***


Meşəyə yaxın yerdə 20-yə yaxın manqal közərir.Arxa planda çadırlar,

Dərin planda gölün göy suyu görünür.Kababçılar manqallara şişləri düzürlər.Kadr

arxasından aşığın səsi gəlir. Səs əvvəlkinə nisbətən yavaş eşidilir:

-Məndən salam olsun Aşıq Sənana,

Bil neçə gül bitib,övraği nədi?

Məscidi-Əqsaya kim qoydu bina,

Onun içi daşdı,qırağı nədi?

Bu arada manqalların önündən iki nizəli keşikci tərəfindən müşayiət

edilən türkmən geyimli bir nəfər keçir.

***


Şah çadırının qarşı tərəfi.Çadırın girəcəyində səkkiz əli nizəli keşik-

çi durub.Bir qədər aralıda keşikçibaşı itlə oynayır.Çadırın içindən aşığın səsi gə-

lir:

-Abbas o saat duydu ki,qarının hiyleyi-şərinə uyub.Ancaq özünü itir-mədi. Pərinin könlünü almaq üçün sazı sinəsinə basıb,aldı görək nə dedi:



“Nazlı yarın,qəmər hüsnü,

Ay,günü,tələti neylər?

Yarın ləbindən bal əmən

Şəkəri,şərbəti neylər?!

Ağladıban gülən olsa,

Eynim yaşın silən olsa,

Bir yar ki,dərd bilən olsa,

Qaş,göz,işarəti neylər?!”...


Bu sırada türkmən geyimli şəxs və onu müşayiət edən iki keşikçi ke-şikçibaşına yaxınlaşırlar.Yeni gələn keşikçilərdən biri:

-Ağa bu kişi iddia edir ki, guya,bizim adamlar onun qoyunlarını oğur-lamışlar. Şaha şikayət etmək istəyir.

Keşikçibaşı:

-Şah indi məşğuldur.Qoy gözləsin.Siz isə yerlərinizə qayıdın.

Gələn keşikçilər geri dönürlər.

***


Şahın çadırının içi. Cavansuz şah,Ağa Məhəmməd xan və Allahver-dioğlu aşığı dinləməkdə davam edirlər.Dastan artıq bitmək üzrədir.

Aşıq:


-Yoldaşı ilqarlı gəlin,

Ağ sinni qarlı gəlin,

Yenə ucu düymələnib,

Əttar sədri parlı gəlin.

Bir busə lütf eylə mənə,

Ay tazə nübarlı gəlin!

Məhəmməd bəy toydan sonra bir neçə gün qalıb,dəstəsi ilə geri qayıt dı.Aşıq Abbas Gülgəz Pəri ilə ölüncə Tifanqarda keflə, damaqla yaşayıb dövran keçirdilər.Siz də keflə-damaqla yaşayaraq dövran keçirəsiniz,muradınıza çatasınız.

Dastan eşq və məhəbbətdən,intim münasibıtlərdən danışdığı üçün xə-

dim olan Ağa Məhəmməd xan dastan bitər- bitməz çadırı tərk edir.Şah isə aşığı

öyərək deyir:

-Afərin,halaldır.Yaxın gəl!

Aşıq şaha yaxnlaşır.Şah cibindən sir-neçə qızıl sikkə çıxarıb aşığa

verir.Aşıq pulları alıb təzim edir.

Şah:


-Azadsan.

Aşıq çadırı tərk edir.O.çıxan kimi içəri keşikçibaşı girərək,şaha təzim edir və deyir:

-Qibleyi- aləm sağ olsun,bir nəfər türkmən şikayət etmək üçün Sizi görmək istəyir.Deyir ki,guya bizim adamlar onun qoyunlarını əlindən alıb, özünü də döyüblər.

Şah:


-De,gəlsin içəri.

Keşikçibaşı çölə çıxır.Cavansuz şahla Allahverdioğlu təəccüblə bir-birlərinə baxırlar.Kadr arxasından keşikçibaşının səsi gəlir:

-Gəl !
Keşikçibaşı türkmənlə birlikdə içəri firirlər.Türkmən əyilərək alnını ye-rə qoyur.

Şah:


-Söylə görüm nə qədər qoyununu aparıblar.

Türkmən:


-Ey yeri- göyü yaradanın yerdəki kölgəsi...

Bu sözlər şahın qəh-qəhə çəkib gülməsinə səbəb olur.Allahverdi ilə ke-şikçibaşı da özlərini saxlaya bilməyib şaha qoşulurlar.Türkmən,sanki,bunu gözlə-yirmiş kimi ,heç kəsin gözləmədiyi halda Cahansuz şahın üstünə atılır,xalatının qo-lunda gizlətdiyi xəncəri üç dəfə saplağna qədər onun sinəsinə soxub çixarır. Dör-düncü zərbəni endirmək istəyəndə özünü yetirən Allahverdioğlu onun əlini tutur,

keşikçibaşı ilə köməkləşib onu yerə yıxırlar.Səsə keşikçilər içəri girilər.

***


Türkmən ağaca bağlanmışdır.Üz-gözü qan içindədir.Ağa Məhəmməd xan onu qırmancla döyə -döyə:

-Söylə,səni kim göndərdi?!Kimin əmrini yerinə yetirdin?!

Türkmən sussa da,artıq dözə bimədiyi göz qabağındadır.

Ağa Məhəmməd xan yanındakılara:

-Mənə içi közlü manqal və şiş gətirin.

Türkmən qışqırır:

-Yox! Durun!

Ağa Məhəmməd xan vurmağa ara verərək:

-Daniş!

Türkmən:


-Söylədikdən sonra işkəncə verməyib dərhal öldürəcəyinə dair Qurani-

Kərimə and iç.

Ağa Məhəmməd xan:

-Necə ölmək istəyirsən?

Türkmən:

-Qollarımın və boynumun damarlarını kəsərsən.

Ağa Məhəmməd xan:

-And içirəm.

Türkmən:

-Mən Kərim xan Zəndin əmrini yerinə yetirdim,yetirməklə iki övladı-mın canını ölümdən qurtarmış oldum.İndi isə sən sözünə əməl et.

Ağa Məhəmməd xan ona yaxınlaşaraq növbə ilə qollarının və boynunun damarlarını kəsir.Fışqıran qan hər ikisini başdan-başa qırmızı rəngə boyayır.

***


Cavansuz şahın çadırının önü.Bura digər çadırların sakinləri,əsasən əyan-əşrıf yığışıb.Hər kəsin üzü çadıra ,arxası isə kameraya tərəfdir.Kamera onla-

rın arasından və çadırın girəcəyindən keçərək içəri daxil olur. İçəridə Cavansuz şah,Ağa Məhəmməd xan,Kamaləli bəy və Allahverdioğlu gözə dəyir.Yaralı şah

yorğan-döşəkdə uzanıb.Onun yaraları sarınmışdır.Şah ağır-ağır deyir:

-Qardaşımla tək qalmaq istəyirəm.Sizsə son əmrimi xalqa çatdırın,


deyin ki,taxt-tacımın varisi Ağa Məhəmməd xandır və bu gündən şah odur.

Ağa Məhəmməd xan etiraz etmək istəyir:

-Amma mən...

Şah:


-Sus!(üzünü Kamaləli bəyə və Allahverdioğluna tutaraq) Gedin və vəzi-

fənizi yerinə yetirin!

Kamaləli bəy və Allahverdioğlu çadırı tərk edirlər.Cavansuz şah sözünə

davam edir:

-Əslində böyük qardaş kimi şah olmaq səlahiyyəti daha öncə sənə aid idi.Lakin nəyin nə vaxt,harada və necə olacağına bizlər yox,Allah qərar verir. Tale-lərimizin hökmü onun əlindədir.Doğulduğun gün göydə peyda olaraq müjdələnən təqdiri-İlahinin qəzaya çevrildiyi gündür bu gün.Ulu Tanrı səni seçmişdir və bu gündən onun iradəsini yerinə yetirəcəksən.Kərim xan Zənddən intiqamımızı müt-ləq al, oğlum Xanbabaya saxlama.İran taxt-tacını onun başina çevir.Əsas hədəfi-mizin Azərbaycan xanlarını ram edib, Azərbaycanı səltənətimizin başı etmək ol-duğunu unutma. Səndən sonra soyumuzu və səltənətimizi davam etdirəcək olan Xanbabanı öz oğlun kimi böyüt.Onu sənə,səni isə Allaha əmanət edirəm...

Bu sözlərdən sonra şah canını tapşırır.Ağa Məhəmməd xan əyilib onun

alnından öpür,üzünü örtür,ayağa qalxaraq gözlərinin yaşını silir və çadırın girəcə-yinə tərəf üz tutur.

***


Şah çadırının önü.Ağa Məhəmməd xan çadırdan çıxır.Hər kəs həyacanla onun nə söyləyəcəyini gözləyir.Kamera bir-bir üzləri gəzir.Gözlərdən həm dərin

bir kədər,həm də həyacan və maraq oxunur.

Ağa Məhəmməd xan:

-Cavansuz şah canını Allaha tapşırdı.(Qurandan ərəbcə bir ayə deyir)İn-na lillahi və inna əleyhi raciun.

Toplaşanlar da bu ayəni təkrar edirlər:

-İnna lillahi və inna əleyhi raciun.

Kamaləli bəy Ağa Məhəmməd xana müraciətlə:

-İcazə ver,işimizi görək.

Ağa Məhəmməd xan:

-Görün!


Kamaiəli bəy,Allahverdioğlu,molla və daha dörd nəfər çadıra daxil olur-lar.Bir–neçə saniyə sonra Kamaləlibəy və Allahverdi çadirdan çıxırlar,onlardan bi-rincisinin əlində tac,digərininkində isə toppuz var.Hadisə yerinə ağ at gətirilir.

Kamaləli bəy tacı Ağa Məhəmməd xanın başına qoyur.Ağa Məhəmməd xan atın belinə qalxır,toppuzu Allahverdioğludan alır.

Kamaləli bəy:

-Bu andan etibarın şıhriyarımız və hökmdarımız Ağa Məhəmməd şah


Qacardır.Hamımız onun əmrindəyik və onun təəbəsiyik.

Kamaləli bəy və Allahverdioğlu başda olmaqla əyan -əşrəf bir-bir Ağa

Məhəmməd şah Qacara yaxınlaşarq onun əlini öpürlər.

***


At ayaqlarının və Allahverdioğlunun səsi şahı xəyallardan ayırır:

-Şahım,müjdə!Tapıldı!Gözün aydın,şah,tapıldı!

Ağa Məhəmməd şah səs gələn tərəfə baxır və Allahverdioğlunun, əlində nizəyə keçirilmiş baş,ona tərəf çapdığını görür.

Şah atına minər-minməz,Allahverdioğlu çaparaq özünü ona yetişdirir.

Şah ucuna Kərim xan Zəndin başı taxılmış nizəni çapardan alaraq deyir:

-Onu tapan əsgərə söz verdiyimiz bir kisə qızılı verdinizmi?

Allahverdioğlu:

-Bəli.


Şah:

-Bədənini də özünüzlə götürün.Onu sarayın pilləkənlərinə göməcəyəm,

hər kəs tapdalayaraq üstündən keçəcək. Get,qan düşmənimlə tək qalmaq istəyirəm.

Sən bu xoş müjdənə görə bu gündən etibarən Tehran valisisən.

Allahverdioğlu təzim edib, hadisə yerini tərk edir,Ağa Məhəmməd şah Qacar tək qalır.O,başın üzünü özünə tərəf çevirir:

-Hə,indi necəsən?Bir vaxt atam Məhəmməd Həsən xanın başını nizəyə

taxdırmışdın, indi öz kəllən nizəyə taxılıb.Doğru söyləyiblər,kiminin əvvəli, kimi-nin axırı.Bu da axırı...Məni xədim etdirdin,zavallı anam dərddən öldü,ömrünün so-

nuna qədər oğul həsrəti ilə yandı-yaxıldı.Qardaşım Hüseynquluya xaincəsinə sui-

qəsd təşkil etdirdin.Nəyə nail oldun?İstədiyin bu idimi?

Deyirdin ki,indi nə Səfəvilər var, nə də Nadir şah,indi mən varam-İran

şahı Kərim xan Zənd.İndi isə mən deyirəm:İran şahı Kərim xan Zənd artıq yoxdur,

mən varam-Türklərin böyük hökmdarı Ağa Məhəmməd şah Qacar!

Deyirdin ki,farsların ən böyük qəhrəmanı Rüstəm-Zal oğlunu-Turan

qəhrəmanı-Söhrabı hiylə və xəyanətlə öldürüb,sən də elə etdin,qardaşımı hiylə və

xəyanətlə öldürdün.Mən isə sənə əsil kişi kimi,türk kimi açıq meydan savaşında qalib gəldim.

***


Şuşa yaxınlığında mənzərəli bir yer.Vaqif,Qasım və Məmməd bəy 10-

15 nəfərlik atlı,tüfəngli mühafizə dəstəsinin müşaiyəti ilə çapırlar.

Atlılar alçaq bir təpənin üstünə qalxıb Vaqifin əl işarəsi ilə dururlar.

Vaqif “Gəlirlər!”deyib,qarşı tərəfə baxır.

Qarşıdan iki çaparın çaparaq irəlilədiyi görünür.Molla Pənah mühafizə-çilərə:

-Siz burada qalın!(Üzünü Qasma və Məmməd bəyə tutaraq)Siz ikiniz

isə mənimlə gəlin!

Bu sözlərdən sonra Vaqif,ardınca da Qasım və Məmməd bəy qarşıdan

gələn süvarilərə tərəf çapmağa başlayırlar.Bir neçə saniyə sonra süvarilər qarşılaşıb

atlarını əyləyirlər.Gələnlər Molla Vəli Vidadi və Turqut adlı bir gəncdir.Hər kəs at-dan enir.Turqut qoca Vidadiyə enməyə kömək edir.Vaqif cəld Vidadiyə yaxınlaşır.

Çoxdan bir –birini görməyən dostlar qucaqlaşırlar.

Vaqif:


-Qoca qartal Qarabağ torpağına xoş gəlib!

Vidadi:


-Vəzir olanda nə olar, dostları unutmaqmı lazımdır?

Vaqif:


-Allah eləməsin,o nə sözdür deyirsən?Hər şeyin təzəsi,dostun isə köh-

nəsi.


İki şair növbəti dəfə qucaqlaşırlar.

Vidadi:


-Bilsəydin sənin üçün necə darıxmışdım.Lap burnumun ucu göynəyirdi.

Amma sən vəfasız bu neçə ildə bircə məktub da yazmadın.Yaxşı məni öz yoldaşla-rınla tanış etməyəcəksənmi?

Vaqif Qasımı göstərərək:

-Bu,oğlum Qasımdır.

Qasım cəld irəli çıxıb qoca şairin əlindən öpür,şair də öz növbəsində onu

alnından öpüb deyir:

-Allah saxlasın,maşallah,əməlli başlı igiddir.Necəsən,oğlum?

Qasım:


-Allaha şükr!Duaçıyam.Siz necəsiniz?

Vidadi:


-Allahın kəramətinə min şükr!Allah deyə-deyə durmuşuq.

Vaqif Məmməd bəyə işarə edərək:

-Bu aslan parçası da İbrahimxəlil xanın qardaşı oğlu Məmməd bəydir.

Məmməd bəy Vidadinin əlindən,şair isə onu alnından öpür.Vidadi deyir:

-Maşallah,maşallah.(Öz yol yoldaşına işarə edərək).Əmim nəvəsi Turqut

bəydir.Bütün səfərlərimdə məni o,müşayiət edir.

Turqut cəld Vaqifə yaxınlaşaraq onun əlini,Vaqif də öz növbəsində gən-cin alnından öpürlər.Sonra gənclər bir-biri ilə əl tuturlar.

Vaqif:


-Bir daha xoş gəlmisiniz!Həmişə siz gələsiniz!Göümüz üstdə yeriniz var. İndiisə,haydı,yolçu yolda gərək.Bu sözlərdən sonra hər kəs atına minir.

***


Vaqif ,Vidadi,Qasım,Məmməd bəy,Turqut və onları müşayiət edən mü-hafizəçilər Şuşanın dar küçələrindən birindən keçərək bazar meydanına çıxırlar. Meydanın mərkəzində Məlik-Yeqanov dar ağacından asılmışdır.Atlılar dar ağacına

yaxınlaşıb atlarını əyləyirlər.

Vaqif cəsədi göstərərək Vidadidən soruşur:

-Tanıdınmı?

Vidadi dar ağacından asılmış,artıq çürümək üzrə olan və ətrafında qara buludu xatırladan milçək topasının uçuşduğu cəsədə baxır və heyrətlə deyir:

-Bu ki Məlik-Yeqanovdur...Allah ona lənət eləsin,necə ki edib də...

***

Mahmudun yeni evinin həyəti.Həyətdə yüzə qədər göyərçin var.Mahmud və Səraslan goyərçinlərin ortasında ayaq üstə durub onlara əllərindəki qablardan dən səpirlər.



Mahmud:

-Xidmətçisini qətlə yetirdiyi gün keşişin söylədiklərindən belə məlum ol-du ki,Süsən onun yeganə övladı deyilmiş,onun Akop adında bir oğlu da varmış.Sü-

sən də bunu eşidən andan özünə yer tapa bilmir.Fikri-zikri bu Akopun kim və hara-da olduğunu öyrənməkdir.

Səraslan:

-Bəs,bunu mənə çoxdan de də.Mən bu məsələni bilirəm.Ohan keşişin bi-

rinci arvadı Gəncə ermənilərindən idi..

Mahmud heyrətlə onun sözünü kəsir:

-Məgər,Gəncədə də erməni var?

Səraslan:

-Bax,oğlum,mən gənc olanda, “erməni”adı yalnız Van və Ağrı tərəflərdən

bu yerlərə köçənlərə deyilərdi.Onlar isə özlərini “hay”adlandırırdılar. İndi isə dilin-dən və soyundan asılı olmayaraq,bütün xaçpərəstləri “erməni”adlandırırlar.Yəni bu

ad bütün xaçpərəstlərin ümumi adına çevrilib.Gəncədə yaşayan xaçpərəstlər özləri-ni “alban”və ya da “qıpçaq-qarqar”adlandırırlar və Dağıstan türkləri ilə eyni dildə

danışırlar.Müsəlmanlar isə bütün yerli xaçpərəstlər kimi,omları da “erməni adlan-dırırlar.Şamaxı və Ağsu tərəflərdə bir-iki tat kəndi var.Əhalisi xaçpərəstdir,amma

tat dilində danışirlar.Müsəlmanlar onlara da “erməni”deyirlər.Qəbələ ətrafında udin adlanan kiçik bir xalq var,dilləri bir az ləzgi dilinə oxşayır.Onları da erməni sayırlar,amma bunların hərəsi başqa-başqa xalqlardır.

Nə isə...Ohanın birinci arvadı gəncəli idi və ondan bir oğlu olmuşdu.Adı-nı Akop qoymuşdular.Ohan onda hələ keşiş deyidi.Tuğ bəyinin mehtəri idi.Özü də

Qumar oynamağı sevərdi.Bir gün arvadını qumara qoyur və uduzur. Arvadı məsə-lədən agah olan kimi oğlunu da götürüb gecəynən Qarabağdan qaçır.

Bu an kadr arxasından Süsənin səsi eşidilir:

-Yemək hazırdır,gələ bilərsimiz.

Səraslan kadr axasına səslənir:

- Süsən,qızım,yanında soyuq ayran da olacaqmı?

Kadr arxasından səs:

-Əlbəttə!

Mahmud:

-Gəlirik.

***

Düzənlik bir yerdə kiçik bir qala.Qalanın girəcəyində bir neçə at bağla-nıb. Qalanın başında gözətçilər gözə dəyir.



***

Qalanın içi.Səfərlə Saroş qarşı-qarşıya oturb nərd oynayırlar.

Saroş zərləri atıb,damaların yerini dəyişir və deyir:

-Dağdan enəndən sonra başqaları kimi yaşayacağımızı düşünürdüm, am-ma elə olmadı.Yenə də insanlardan uzaq bir yerdə yaşamağa məhkumuq.Onda heç olmasa,özümüz özümüzün ağası idik.İndisə əmir quluna çevrilmişik.Kim bizi necə

istəyir,elə də minib çapır.

Bu sözlər Səfəri dərin düşüncələrə sürükləyir.Elə bu an kadr arxasından qışqırıq səsi gəlir:

-Qaçaqmalçılar!!!

Səfərlə Saroş yerlərindən cəld ayağa qalxıb çıxışa tərəf şütüyürlər.

*** Qalanın girişi.Səfər,Saroş və ardlarınca da 5-6 gənc bellərində tüfəng çölə çıxıb

atlarını açaraq bellərinə sıçrayırlar və dərhal da bir qırmanc vurub çapmağa baş-layırlar.

***

Belləri yüklü səkkiz eşşəyi müşayiət edən iki atlı görünür.Atlılardan biri birdən kadrdan kənara işarə edərək həyacanla deyir:



-Bizi gördülər.Aradan çıxmaq lazımdır.

O biri atlı yoldaşının işarə etdiyi tərəfə baxır.

Üfüqdə toz-duman qopararaq qaçaqmaiçılara tərəf çapan sərhəd gözət-

çiləri görünür.

İkinci atlı:

-Mallar əldən getdi.Yubansaq həyatımız da əldən gedə bilər.

Bu sözlərdən sonra qaçaqmalçılar atlarının başını döndərib sürətlə hadi-sə yerindən uzaqlaşırlar.

Bir neçə saniyə sonra eyni məkanda Səfər və dəstəsi peyda olurlar.On-lardan ikisi ayrılıb eşşəklərin yanına gəlirlər.Digərləri isə təqibi davam etdirirlər.


***

Vaqifin evinin bağçasında qurulmuş böyük çardaqda ziyafət verilir.Baş tərəfində Vidadi və Vaqifin əyləşdiyi süfrənin yuxarı hissəsində Mirzə Əliməm-məd və Ağası bəy oturmuşlar.Ümumilikdə əlliyə yaxın adam süfrə arxasında öz yerini tutmuşdur.Bunların içində Qasım,Məmməd bəy və Turqut bəy,eləcə də beş

erməni məliyi də gözə dəyir.Vaqiflə Vidadinin arasında xan üçün boş yer saxlanıl-mışdır.

Süfrənin üstündə müxtəlif cür meyvələr,kabablar,dolmalar,plov və ay-ran düzülmüşdür.

Vaqif:

-Bu gün həyatımın ən xoş günlırindən biridir.Əziz və mehriban dostum



Molla Vəli Vidadi bizim gözəl Qarabağa qonaq gəlmiş,öz gəlişi ilə bizlərə xoş ov-qat və sevinc bəxş etmişdir.Ona bir daha “Xoş gəldin!”deyirəm.Azərbaycanın bö-yük şairi ilə görüşə gələn qonaqlarımıza da “Xoş gəlmisiniz!”deyirəm.İcazənizlə sözü əziz qonağımıza verirəm.

Vidadi:


-Mənə bu qədər lütf etdiyinizə və hörmət göstərdiyinizə görə hər birni-zə səmimi-qəlbdən minnətdaram.Allah hamınızdan razı olsun!

Bir vaxtlar bütöv və qüdrətli olan Vətənimzin parça-parça,tikə-tikə ol-

duğu bir vaxtda , Azərbaycan səltənətinin ayrı - ayrı parçalarında farsların böyük İran, ermənilərin Ermənistan,kürdlərin Kürdüstan,pəştuların Əfqanıstan dövlətləri

yaratmağa çalışdığı,Tiflisin müstəqilliyə can atdığı bir vaxtda,urusların başımızın

üstünü kəsdirdiyi bir dövrdə təmtəraqlı sözlər danışmaq nə mənə,nə də heç birimi-zə yaraşmaz...

Bu sözlər hər kəsin başını aşağı dikməsinə səbəb olur.Qasımla Məm-məd bəy isə öncə bir- birilərinə,daha sonra isə böyük bir ümidlə şairə baxırlar.Mə-liklər isə böyük bir narahatlıq içində yerlərində qurcalanmağa başlayırlar.

Vidadi sözünə davam edir:

-Mən bir el ağsaqqalı kimi,bir xalq ozanı kimi bir-bir Azərbaycan xan-

lıqlarını gəzib xanlarla görüşməyə qərar vermişəm.Artıq Şəki,Naxçıvan və İrəvan

xanları ilə görüşüb söhbət etmişəm.Bu gün də Qarabağdayam və məqsədim İbra-himxəlil xanla görüşüb söhbət etmək,onunla səfərimin ilkin yekunlarını və gələcək

addımlarımı müzakirə etməkdir.

Artıq bütün umu-küslərə son verib,əl-ələ tutmaq,Vətənin dərdinə birlik-də çarə axtarmaq zamanıdır. Əks təqdirdə fəlakətdən heç kəs qurtula bilməyəcək-dir.

***

Vaqifin evinin eyvanı.Burada qadınlar üçün ayrıca ziyafət süfrəsi açıl-



mışdır.Bu süfrə də eyni zənginlikdədir,fəqət ziyafətdə iştirak edənlərin sayı kişilə-rinkindən təqribən iki dəfə azdır.Ən başda Şahnisə xanım və Qızxanım əyləşmiş-lər.Yuxarı başda oturanlar içərisində Durna,Sara Xatun və Kiçikbəyim xanımlar diqqəti cəlb edirlər.Buradakı şərait rəsmiyyətdən tam uzaqdır.

Durna:


-Çoxdandır ziyafətlərdə iştirak etmirdim. Sonuncu dəfə nə vaxt qonaq-lıqda olduğumu belə unutmuşam.

Sara Xatun:

-Allah Molla Vəliyə can sağlığı versin,onun sayəsində bu gün bir yerə

toplaşmaq və dərdləşmək imkanı tapdıq.

Şahnisə xanım üzünü Qızxanıma tutaraq:

-Ay Qızxanım,sən demə, Durna ilə Sara Xatunun ürəkləri doluymuş,

bizim xəbərimiz yox!Madam ki,belədir,gəlin hər həftə birimiz növbə ilə ziyafət təşkil edək,belə olsa həm tez-tez görüşə,həm də bol-bol dədərdləşə bilərik.Hə,nə deyirsiz?

Durna:


-Şəxsən mən razı.Və elə növbəti həftənin ziyafəti də məndən.(Üzünü

Sara Xatuna tutur.)Ay Sara Xatun,sən nə deyirsən?


Sara Xatun:

-Ondan sonrakı həftənin qonaqlığını da mən öz üzərimə götürürəm.

Şahnisə:

-Ondan sonra da növbə mənim.Danışdıq?

Durna:

-Danışdıq.

Sara Xatun:

Sözümüz sözdür.

***

Kişilərin məclisi.Molla Vəli Vidadi söhbətinə davam edir:



-Məncə,vəziyyətdən ən gözəl cıxış yolu İslamdan öncəki bəzi əski türk

adət və ənənələri bərpa etməkdir.Baxın,əvvəllər necə idi?Bəylər bir araya gəlib öz-

lərinə öz aralarından xan seçərdilər.Xanlar da qurultaya toplanıb xanlar xanını,yəni

padşahı seçərdilər.Bu gün Azərbaycana padşah lazımdır.Mən demirəm təzədən xan

seçgiləri olsun.Mən deyirəm ki,xanlar qurltay keçirsinlər və padşanımızı seçsinlər, hamımız da ona tabe olaq,onun bayrağı altında birləşək.Görüşüb söhbət etdiyim xanlar bu fikirlə razılaşıblar.İndi də İbrahimxəlil xanla söhbətləçmək,dərdləşmək

istəyirəm və çox ümidliyəm.Çünki bilirəm ki,Qarabağ xanı Oğuz xanın,Çingiz xa-

nın nəslindəndir və özünün şərəfli soyunun ənənələrinə sadiqdir.Oğuz xan da, Çin-giz xan da məhz qurultayda xanlar xanı seçilmişdilər...

Bu dəm kadr arxasından səs gəlir:

-İbrahimxəlil xan gəlir.

Bu xəbər ziyafət iştirakçılarının son nəfərinə qədər ayağa qalxmasına sə-

bəb olur.Vaqif,Kələntər Ağası bəy və Mirzə Əliməmməd xanın pişvazına tələsirlər.

***


Vaqifin evinin həyət qapısı.Vaqif, Ağası bəy və Mirzə Əliməmməd nö-kərlərlə birlikdə qapının ağzında durmuşlar.Kadr arxasından yaxınlaşmaqda olan at

ayaqlarının səsi gəlir və xan öz mühafizəçiləri ilə birlikdə qapıdan daxil olur.Nö-kərlərdən biri xanın atını tutur,İbrahimxəlili xan atdan enir və onu qarşılayanlara müraciətlə deyir:

-Əssəlamu əleyküm!

Qarşılayanlar qeyri-sinxron şəkildə cavab verirlər:

-Və Əleykəssəlam!

Vaqif əlavə edir:

-Xoş gəlmisiniz!

Xan:


-Xoş gününüz olsun!

***


Ziyafət iştirakçıları ayaq üstə xanın gəlməsini gözləyirlər.Xan,Vaqif,Kə-ləntər Ağası bəy və Mirzə Əliməmməd kadra daxil olurlar.İbrahimxəlil xan Vida-diyə yaxınlaşaraq onun əlindən öpür:

-El ağsaqqalı Vidadi Qarabağa xoş gəlib,səfa gətirib!Həmişə siz gələ-siz!Gözümüz üstdə yeriniz var!

Vidadi:

-Çox təşəkkür edirəm.Həmişə şadlıq içərisində olasınız!

Xan:

-Necəsiniz?



Vidadi:

-Allaha çox-çox şükürlər olsun!Siz necəsiniz?

Xan:

-Əlhəmdüllah!Buyurun əyləşin.



Vidadi,ardınca xan,daha sonra bütün məclis iştirakçıları otururlar.

***


Mahmudun evi.Mahmud,Səraslan və Süsən süfrə arxasında oturub to-yuq qızartması yeyirlər.Süfrədə toyuq qızartmasından başqa göy-göyərti,yayma çö-

rək və ayran var.

Süsən:

-Səraslan dayı,atamın birinci arvadının adı nə idi,kimin qızı idi,bu barə-də sizə bir şey məlumdurmu?



Səraslan:

-Adı, səhv etmirəmsə,Çiçək idi.Kimin qızı olduğunu bilmirəm.Bildiyim tək şey Gəncədən olmasıdır.

Süsən:

-Bu barədə kimdən bir məlumat öyrənə bilərəm.



Səraslan:

-Necə yəni kimdən?Əlbəttə ki,atandan.

Süsən:

-Mən onu görmək,adını belə eşitmək istəmirəm.



Səraslan:

-Nə deyim,qızım,deməyə bir söz tapmıram.

Bu sözlərdən sonra ortaya sükut çökür və müsahiblər yeməklərini ye-məyə davam edirlər.

***


Məmməd bəy,Qasım,Qədimi,Kiçikbəyim xanım,Molla Pənahın iki

tələbəsi-Camal vəCavid Vaqifin evinin bağçasında xəlvət bir yerə çəkilib söhbət edirlər.Kadr arxasından “ Qarabağ Şikəstəsi”eşidilir.

Qasım:

-Molla Vəli Vidadinin sözləri,məncə,hər kəsin ürəyincə oldu.Xanın üz cizgilərindən belə görünürdü ki,o da deyilənlərlə razıdır.



Məmməd bəy:

-Vallah,mən bütün xanların bu təklifi müsbət qarşılayacağına,hətta qu-rultaya toplaşa biləcəklərinə heç bir şübhə etmirəm,amma yekdil qərara gələ bi-ləcəklərinə inanmıram.(Əlini Camalın çiyninə qoyur.) Məncə,Camal bəy doğru söyləyir,Azərbaycanı bir bayraq altında birləşdirmək üçün güclü bir yumruğa ehti-yac var.Odur ki,əvvəlki fikrimdə qalıram.Bütün ümidlər yalnız Ağa Məhəmməd şah Qacaradır.

Kiçikbəyim:

-Camalı,Qasımı və Məmmədi dinlədik.(Üzünü Cavidə tutur.)Cavid

qardaş,bəs,sən nə düşünürsən?

Cavid:


-Mən də Camalın və Qasımın fikri ilə razıyam.Ən doğru yol Vidadinin təklif etdiyi yoldur.Məsələni güclə həll etmək barədə Məmməd bəyin fikri ilə razı deyiləm.Ağa Məhəmməd şah nə qədər güclü olsa , Nadir şahdan güclü olmayacaq ki !Ümumi razılıq olmasa,Ağa Məhəmməd şahın da aqibəti Nadir şahın aqibəti kimi olacaq.

Kiçikbəyim:

-Məgər Nadir şah Muğanda xanların böyük əksəriyyətinin ümumi ra-zılığı ilə şah seçilməmişdimi?Həm gücü vardı,həm də ümumi razılıq olmuşdu. Amma ətrafının hərisliyi,mənsəbpərəstliyi və şörətpərəstliyi ona başladığı böyük işi tamamlamağa imkan vermədi.Məsələn,mən inanmıram ki,atam özündən başqa

kiminsə şah olması ilə barışa bilər.O özünün Çingiz xan nəslindən olduğu ilə çox qürrələnir və ona elə gəlir ki,şah olmaq məhz onun haqqıdır.

Qədimi:

-Balalarım,bütün dərdlərimizin başında elə hər kəsin öz soyu ilə qürrə-

lənməsi durur.Vətəni ,milləti düşünənlər çox azdır.Sanki,Vətən və millət elə bu ka-

sıb-kusubdan ibarətdir.

Kiçikbəyim:

-Niyə “sanki”?!Elə həqiqətdə də Vətən və millət sənin kimilərdən,Vida-di kimilərdən ibarətdir.Azərbaycanın şahı olacaq adam sadə camaata arxalanacaq-sa,şahlığı da möhkəm olacaq,arxalanmayacaqsa heç...

Camal:

-Nə yaxşı ki,Molla Vəli ayrı-ayrı xanlıqları gəzib Azərbaycanın birləş-məsindən ,səltənətin bərpasından söz açdı.İndi qorxub çəkinmədən hər kəs bu ba-rədə danışa biləcək.Yoxsa birlikdən danışan kimi dövlət məmurları adama elə ba-



xırlar ki,sanki,xanın və xanlığın əleyhində danıçırsan.

Cavid:


-Pənahəli xanın dövründə birlikdən danışanlara əvvəllər Nadir şahin tə-

rəfdarı kimi baxırdılar.Nadirin ölümündən sonra bir müddət Fətəli xah Əfşarın,son-ralar isə qubalı Fətəli xanın cəsusu kimi baxmağa başladılar.İndi isə Ağa Məhəm-məd şah Qacarın cəsusu kimi baxırlar.

Qasım:

-Çox acınaqlı vəziyyətdir.Vətənin birliyindən danışmaq xanlar tərəfindən



az qala böyük suç hesab edilir.Hər kəs bu fikri öz xanlığına qarşı təhlükə hesab edir.Bir dəfə atamla bu barədə danışmaq istədim.Bu mövzuda danışmağı mənə qa-dağan etdi,dedi ki,başımıza iş açarsan.

***


Vidadinin gəlişi münasibəti ilə Vaqifin təşkil etdiyi ziyafət iştirakçıları,

o cümlədən xan üçlüyün ifasında Qarabağ şikəstəsini dinləyirlər.

İfa bitən kimi xan ayağa qalxaraq deyir:

-Hörmətli qonağımız uzun yol gəlib,istirahətə ehtiyacı var...

Hər kəs ayağa qalxır,xan davam edir:

-İnşallah,sabah el ağsaqqalını sarayımda gözləyirəm,məsələni müzakirə edək,bir qərara gələk.

***

Şuşa qalasının Gəncə qapıları.Səfərin dəstəsi tutduqları iki qaçaqmalçını



əl-qolları bağlı şəkildə,səkkiz yüklü eşşəklə birlikdə gətirərək şəhər darvazasına yaxınlaşırlar.Əsirlər öz atlarının belindədirlər. Onların atları gözətçilərin atlarına

bağlanmışdır.Bürcdəki keşikçi uzaqdan Səfəri tanıyıb yoldaşlarına səslənir:

-Qapıları açın,Səfərgil gəlir.Qaçaqmalçı tutublar.

Qapılar taybatay açılır.Səfərgil qapıdan keçirlər.Qapıdakı keşikçilərdən biri soruşur:

-Malları nədir?

Səfər:


-Barıt.

Keşikçi:


-Özləri kimlərdəndir?

Səfər:


-Mən xəfiyyə məmuru zadam məgər,belə sual verirsən.Mən nə bilim kim-lərdəndir.Təkcə onu deyə bilərəm ki,qarabağlı deyillər.

***


Meşəiçi bir yol.Məliklər at belində gedərək söhbət edirlər.

Hətəm Məlik:

-Gördünüzmü?Azərbaycan səltənətini bərpa etmək fikrinə düşüblər.Onlara mane olmasaq,Vandan Qarabağa qədər uzanan torpaqlarda xaçpərəst dövləti qur-maq arzumuz puça çıxa bilər.

Usub Məlik:

-Bu biri tərəfdən də Ağa Məhəmməd şah Qacar günü-gündən güclənir.Qa-

rabağda ona ümid və rəğbətlə baxanların sayı durmadan artır.

Şahnəzər Məlik:

-Mən xanların bir araya gəlib yekdil fikrə gələ biləcəklərinə inanmıram.Bu

sarıdan narahat deyiləm.Çünki onların hər biri şah olmaq istəyir və xoşluqla başqa-

sının hakimiyyətini qəbul etməzlər.Amma içlərindən biri güclənib o birilərini özü-nə zorla tabe edə bilər,necə ki Nadir şah tabe etmişdi.Əsas bundan qorxmaq lazım-dır.Belə birisi də var.O da Ağa Məhəmməd Şah Qacardır.Bu gün-sabah Lütfəli və Rəhim xanların işini bitirib,zəndilər tayfasının sonuna çıxacaq və ondan sonra üzü-nü döndərəcək Azərbaycana sarı.Bax,qorxulu olan budur.

Yeganə Məlik:

-Həmişəki kimi ümid yenə də uruslaradır.

***

İbrahimxəlil xanın sarayının məşvərət otağı.Xan taxtda oturmuşdur.Vi-dadini də yanında oturtmuşdur.Vaqif, Mİrzə Əliməmməd və Kələntər Ağası bəy onun qarşısında yarımdairəvi formada əyləşmişlər.



Xan:

-Çox maraqlı və lazımlı təşəbbüsdür.Fəqət dəqiq bir qərar vermədən ön-cə dərindən düşünmək lazımdır.Vəzir,sənin bu barədə fikrin nədir?

Vaqif:

-Urusların qapımıza dirəndiyi həqiqətdir və heç kəs onların təcavüzə keçməyəcəyinə heç bir zəmanət verə bilməz.O da həqiqətdir ki,heç bir xanlıq tək-likdə belə bir təcavüzə qarşı dura bilmək iqtidarında deyil.Odur ki,birliyə nail ol-mağımız qaçılmazdır.Azərbaycana mütləq bir şah lazımdır.Lakin burada ortaya həllini tapmalı olan bir neçə sual ortaya çıxır.Birincisi,“Azərbaycan dövləti”-de-dikdə,söhbətin nədən getməli olduğu dəqiqləşdirilməlidir.Əgər söhbət yalnız və yalnız Azərbaycanın tarixi-coğrafi ərazisində,yəni Həmədan və Qəzvindən Dər-bəndə və Bakıdan İrəvana qədər uzanan ərazilərdən və buradakı xanlıqlardan ge-dirsə, bu bir məsələdir.Söhbət Azərbaycan səltənətinin bərpasından gedirsə,yəni hədəf Səfəvilərin səltənətinin sərhədləri içərisində olan bütün xanlıqları birləşdir-məkdirsə,bu tamam başqa bir məsələdir.

Hörmətli ağsaqqalımız Molla Vəlinin söylədiklərindən belə aydın olur ki,o,səltənətin bərpasının tərəfdarıdır.Həqiqət isə budur ki,keçmiş səltənətin artıq böyük bir hissəsi Ağa Məhəmməd şahın əlindədir və o bu gün-sabah İsfahan və Şi-razı da ələ keçirib, üzünü Azərbaycan xanlıqlarına tərəf tutacaqdır.O da məqsədi-nin səltənəti bərpa etmək olduğunu bəyan edir və o qədər gücə shibdir ki,çağırmaq istədiyimiz qurultaya heç bir əhəmiyyət verməz.Lakin bizim də onun-bir xacənin

hakimiyyətinə boyun əyməmiz mümkün deyildir.Odur ki,biz səltənətin bərpası fikrimdən vaz keçməli və Azərbaycanın coğrafi sərhədləri içində birliyə nail olma-lıyıq.

Ortaya sükut çökür və hər kəs dərin düşüncələrə qapılır.

***
Erməni katalikosunun gizli məşvərət məkanı.Daxili dimetri 10-12 metr olan dairəvi bir qalanın içi.Kərpicdən hörülmüş və suvaqsız divarlara sahib bu məkanın sadəcə bir taxta qapısı var.tavan gümbəz formasındadır.Gümbəzin tam ortasında hava daxil olması və işıq düşməsi üçün kiçik bir deşik var.Dairəvi divar boyunca bir-birindən eyni məsafədə erməni katalikosu və 12 keşiş durmuşlar. Ke-şişlərin hamısı qara geyimdə və niqabdadır.Hamısının da boynundan gümüş zən-cirli gümüş xaç asılmışdır. Katalikos da qara geyimdədir.Onun boynundan asılmış xaç da,xaçın qalın zənciri də qızıldandır.Əlində qaş-daşlarla və qızıl suyu ilə bə-zənmiş əsa var. Əsanın başında hər iki tərəfində simmetrik formada yerləşdirilmiş iki əjdaha olan xaç var.

Divar boyu məşəllər yanır.

Katalikos:

-Övladlarım,bu gün Azərbaycan xanlarının bir-biri ilə vuruşmamasının,

Osmanlıların Qəsri-Şirin anlaşmasına sadiq qalaraq, bu tərəflərə hərbi yürüşlər təş-

kil etmməsinin səbəbi heç də o deyildir ki,türklər ağıllanmışlar.Səbəb başqadır. Onlar,sadəcə,yüzillərdir davam edən sonsuz savaşlardan yorulmuşlar və artıq qı-lınc qaldırmağa taqətləri yoxdur.Birlikdən bol-bol danışmalarının da səbəbi ağıl-

lanmaları deyil,başlarının üstünü almış isəvi ordularına qarşı müqavimət güclərinin

artıq tükənmək üzrə olmasıdır.

Bu isə o deməkdir ki,arzusunda və xəyalında olduğumuz gün uzaqda deyil.

Türklərin bol-bol birlikdən danışmaları sizi əndişələndirməsim.Nəinki sünni Osmanlılarla şiə qızılbaşların,hətta qızılbaş xanların belə bir-biri ilə birləş-məsi mümkün deyildir.Kin,ədavət,paxıllıq və şöhrətpərəstlik onların qanlarına iş-ləmişdir.

***


İbrhimxəlil xanın məşvərət otağı.Məşvərət davam edir.Kələntər Ağası bəy danışır:

-Vəzirin qeyd etdiyi ikinci məsələyə,yəni kimin padşahlığa daha layiq olması məsələsinə gəlincə,padşahlığa ən layiq adamın məhz İbrahimxəlil xan oldu-ğu şübhəsizdir.Əgər digər xanlar bunu qəbul edəcəklərsə,məsələ yoxdur.Qəbul et-

mək istəməyəcəklərsə,qurultay çağırmağın da heç bir mənası yoxdur.Bu gün nə Şəki Hacı Çələbi xanın dövründəki Şəkidir,nə də ki Quba Fətəli xanın dövründəki

Qubadır.Urmiyyə xanlığı da Fətəli xan Əfşar dövrünün xanlığı deyil.Bu gün ən güclü xanlıq Qarabağ xanlığıdır və artıq hər kəs bizim xanın qüdrəti ilə hesablaşır.

Ortaya yenə dərin sükut çökür.

***


Katalikosun gizli məşvərət məkanı.Katalikos sözünə davam edir:

-Artıq səylərimiz öz nəticələrini verməyə başlayır.Alban kilsələrinin ço-

xu qriqoryqan kilsəyə tabe olmuşdur.Yalnız Kişdəki vəNicdəki kilsələr müqavimət

göstərir. İndi əsas məsələ onların da müqavimətini qırmaq və alban kilsəsinin müs-

təqilliyinə son qoymaqdır.İkinci məsələ İrəvan və Qarabağ xanlıqlarındakı vəziy-yət ilə bağlıdır.İrəvan xanlıöındaki işlərimiz çox rəvan gedir.Qarabağda isə, nə qə-dər ki xəfiyyəbaşı Mirzə Əliməmməd ağa sağdır,ciddi bir irəliləyişə nail olmaq mümkün deyildir.Odur ki,onun barədə ölüm hökmü çıxarmışam.Digər ölüm hök-mü isə milli işimizə xəyanət etmiş Ohan keşiş barədədir.Hər iki hökm Rəbbimiz İsanın hökmüdür və icrası vacibdir.

Indi isə mərasimə başlaya bilərik.

Katalikos bu sözlərdən sonra əsasını üç dəfə yerə vurur .Dərhal qapı açı-

lır və içəri əlində təqribən bir yaşında lüt oğlan uşağı tutan üzü qara niqablı və qara

geyimli rahibə daxil olur.Katalikos qalanın döşəməsinin tam mərkəzini qöstərərək deyir:

-O türk küçüyünü ora qoy!

Rahibə əmri tam dəqiqliklə icra edərək məkanı tərk edir.Onun arxasınca

açıq saxladığı qapıdan qırmızı geyimli,qırmızı niqablı bir kişi daxil olaraq əlindəki

ağzı bağlı kisəni uşağın yanında yerə qoyur.Kisənin tərpənməsindən içində hansısa

canlı olduğu anlaşılır.

Katalikos:

-Qurbanımızı qəbul et,ey böyük Astavas!

Keşişlər də xorla eyni şeyi təkrar edir.Bundan sonra qırmızı geyimli şəxs-

dən başqa hər kəs mərasimin keçirildiyi məkanı tərk edir.Qırmızı geyimli şəxs ki-sənin ağzını açıb gedir və qapını ardınca bağlayır.

Kisədən böyük bir ilan çıxır.

***
2-CI SERIYA


ÇARMIXA ÇƏKİLMİŞ
ADAM
İbrahimxəlil xanın məşvərət otağı.Xan,Vidadi,Vaqif,Mirzə Əliməmməd və Kələntər Ağası bəyin iştirakı ilə məşvərət davam edir.Çıxış sırası Mirzə Əli-məmməd ağaya çatmışdır:

-Bildiyiniz kimi,mən Pənahəli xanın dövründən bu günədək Qarabağ xa-

nının xəfiyyəbaşısıyam və vəzifəmin icabına uyğun olaraq, məlumatım daha çox-dur.Təbii ki,indi söyləyəcəklərimi də sahibi olduğum məlumatlardan çıxış edərək

deyəcəyəm.İstər ərəb,istər fars,istərsə də rumların qədim kitablarının,eləcə də öz

qədim kitablarımızın yazdığına görə, Azərbaycan, tarixi bilinməyən ən qədim za-manlardan türklərlə məskun olan bir ölkədir.Yəni əzəli Türk Yurdudur.İslamdan

sonra,daha dəqiq desək,Səlcuqlu sülaləsinin hakimiyyəti zamanı Azərbaycan bö-yük bir səltənətin mərkəzi halına gəldi.Səlcuqlular da bizim kimi oğuz olsalar da, bu tərəflərə Xəzərin o biri tayından gəlmişdilər.Buna baxmayaraq, Azərbaycanı sevdikləri üçün onu qurduqlarıı böyük bir səltənətin mərkəzi etdlər.Səlcuqluları Hülakülər əvəz etdilər.Onlar da kənardan gəlmişdilər və türk idilər, fəqət oğuz deyildilər, xaqaniyyə türkcəsində danışırdılar, rəsmi yazışmalarını da bu dildə aparırdılar. Yerli türklər onları “Moğul” adlandırırdı, özləri isə özlərinə “Tatar” deyirdilər. Azərbaycanı kiçik bir dövlətdən böyük bir səltənətə onlar çevirdilər. Azərbaycan Çobanilər,Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövrlərində də çox sayda müstəmləkələrə sahib bir səltənət kimi yaşamını sürdürdü. Eyni şey Nadir şahın da dövründə davam etdi.

Nadirin ölümündən sonra isə səltənətdən artıq əsər-əlamət qalmayıb.Səltə-

nətin yerində saysız-hesabsız xanlıqlar yaranıb. Bu azmış kimi Azərbaycanın özü də kiçik xanlıqlara bölünüb. Bəzi xanlar şahlıq iddiasındadırlar. Məsələn, Nadirin qardaşı oğlu Şahrux xan Xorasanın şərqində hakimdir və özünü şah elan edib.Xo-

rasanın qərbi, Mazandaran, Gilan, Tehran və Azərbaycanın kiçik bir hissəsi, yəni Zəncan,Qəzvin və Kərəc Ağa Məhəmməd xan Qacarın əlindədir və o da özünü şah

elan edib,Azərbaycan qızılbaş səltənətini bərpa etmək iddiasındadır.Fars,Xuzistan, Lorestan və Bəlucistanın bir qismi Zənd xanlarının əlindədir və onlar da özlərini İran şahı,əllərində olan torpaqları da İran sayırlar. Belə bir vəziyyətdə səltənətin bərpasından danışmaq,məncə həqiqətlərə yox, arzulara əsaslanmaqdan başqa bir şey deyildir. Fəqət Azərbaycanın özünü hələ xilas etmək olar. İndi bunu etmə-sək,sabah artıq gec olacaq.

***

Nəcəf xan Zəndin Qum şəhərindəki iqamətgahı. Nəcəf xan əyan-əşrəfinin əhatəsində taxtda oturmuşdur. Hər kəsin üzündə dərin kədər hissi sezilir.Nəcəf xan deyir:



-Tayfamızın üstünə bədlik ardınca bədlik gəlir.Səbəb də həmişəki kimi

birdir.Özümüz - özümüzü məhv edirik. Lütfəli xan Zənd Kərim xan Zəndlə yola

getmədi.Rəhim xan Zənd Lütfəli xan Zəndə qarşı çıxdı.Cəfər xan Zənd Rəhim xan

Zəndə düşmən kəsildi.Kərim xan Zənd də məni aradan götürmək istədi. Nəticədə

Ağa Məhəmməd şah Qacar günü-gündən gücləndi.Kərim xanı məhv etdi.İndi nəin-ki Zəndilər tayfası,böyük zəhmətlər başına bərpa etdiyimiz İran dövləti təhlükə al-tındadır. Həqiqət budur ki, dövlət başsız qalmışdır. Nə Lütfəli xan,nə də Cəfər xan

şah olmağa layiq deyillər.Amma,hər ikisi özünü şah elan etmişdir.Halbuki,güc biz-dədir və İranın şahı olmaq mənim haqqımdır.İranı türk Ağa Məhəmməd şah Qacar-

dan müdafiə etməyə yalnız Qumun qəhrəman xalqı qadirdir. Sizləri burada topla-maqda məqsədim məni şah seçmənizi və mənə biət etmənizi təklif etməkdir.Bu ba-rədə fikrinizi bilmək istəyirəm.Siyamək bəy,səndən başlayaq.

Siyamək bəy deyilən olduqca piyli və kök əyan çətinliklə ayağa qalxır:

-Nəcəf xan, bütün fars,lor,kürd və bəxtiyari tayfalarının ümidləri sizədir. Mazandaran və Gilandakı soydaşlarımız da məhz sizin onları xacə türkün haki-miyyəti altında yaşamaq rəzalətindən qurtaracağınıza inanırlar.

Bəli,nə Cəfər xan,nə də Lütfəli xan şah olmağa layiq deyil.Mən şah kimi

sizi tanıyıram və sizə biət edirəm.Əminəm ki,burada olan hər kəs belə edəcəkdir.

***


Kamera bir-bir toplantıda iştirak edənlərin sifətlərində gəzir.Gözlər açıq və aydın bir şəkildə mövcud durumdan narazılıq ifadə etməkdədir.Mimikalar eyni zamanda qorxu və mütilik şəraitindən xəbər verir.

***


Siyamək bəy yaxınlaşıb Nəcəf xanın əlini öpür.

***


Yaşıl örtüyü olmayan çılpaq dağ aşırımı.Ağa Məhəmməd şah Qacarın or-dusu aşırım boyu üzü yoxuşa qalxır.Gün tam doruqdadır.Öncə ox - yay, qılınnc və qalxanla silahlanmış atlılar gözə dəyir.Ardınca bellərində zəmburəklər olan dəvələr

görünür. Dəvələri piyada tüfəngçilər,onları isə arxalarına top qoşulmuş yük araba-ları əvəz edir.

***

Ekranda mühafizə dəstəsinin əhatəsində ordunun hərəkətini müşhidə edən



Ağa Məhəmməd şah Qacar və yeniyetmə Xanbaba canlanırlar.Hər ikisi at belində-dirlər.Xanbaba soruşur:

-Əmi,hava bərk istidir.Əskərlər çətinliklə hərəkət edirlər.Yürüş üçün məhz bu vaxtı seçməkdə məqsəd nədir?Bir qədər səbr edib sərinlərin düşməsini nə-dən gözləmədik? Bunda nə isə bir hikmətmi var?

Ağa Məhəmməd şah qardaşı oğlunu diqqətlə süzərək:

-Bu cür şeylərə fikir verməyin məni cox sevindirir.Deməli,artıq böyümü-sən və səndən gözəl sərkərdə çıxa bilər.İndisə məni diqqətlə dinlə.

Yürüş üçün məhz bu vaxtı seçməyimizin həqiqətən də böyük hikməti var.

Təqribən 10-15 gündən sonra biçin başlamalıdır.Biz isə mənzil başına 3-4 günə ça-

tacağıq.Deməli,şəhəri mühasirəyə aldığımızda taxıl hələ biçilməmiş olacaq. Biçil-məmiş olduğu üçün də həm şəhər əhalisi, həm də rəqib ordunun əsgərləri artıq tü-kənmək üzrə olan keçənilki ehtiyatların ümidinə qalacaqlar.

Əkin sahələri də,un dəyirmanları da, bir qayda olaraq, şəhərdən kənarda

olur.İndi özün fikirləş, biz şəhərin çöl tərəfində, rəqib ordu isə içindədir. Bu halda

nə kimi üstünlüyümüz olacaq?

Xanbaba,sanki,böyük bir kəşf edirmiş kimi sevinclə deyir:

-Bizim bol ərzağımız olacaq.Rəqib tərəf isə gec- tez aclıqla üzləşəcək.

Şah:

-Ac adamın isə nəinki vuruşmaq həvəsi olmur,əksinə təslim olmağa daha çox meyl edir.Xüsusən də arvad-uşağının ac olduğunu görən mülki adamlar hər an üsyan etmək üçün fürsət axtarmağa başlayır.Bunlar bilməli olduğun hərbi biclik-lərdir. Çünki Tehrana qayıtdıqdan sonra səni özümün rəsmi varisim elan edəcə-



yəm və məndən sonra türklərin şahı sən olacaqsan və Qacarlar səltənətinə hökm edəcəksən?

Başqa sualın da varsa,soruş,utanma.

***

Ekranda ucu - bucağı görnməyən bir axar çayı xatırladan ordu canlanır. Kadr arxasından Xanbabanın səsi eşidilir:



-Əmi,dedin ki,3-4 günə mənzil başına çatacağıq.Məgər buradan Savəyə

bu qədər yoldur?

Ağa Məhəmməd şah Qacarın səsi:

-Afərin sənə...

***

Şahla qardaşı oğlu at belində yanaşı dayanmışlar.Ağa Məhəmməd şah sö-



zünə davam edir:

-...Bütün ağıllı hökmdarlar və şəhər,vilayət hakimləri böyük cəsus və xə-fiyyə ordusuna sahib olurlar və öz cəsuslarını rəqiblərinin saraylarına , ordularına yerləşdirməyə çalışırlar və bunun sayəsində düşmən tərəfin nə etmək istədiyi barə-də öncədən xəbər tutub tədbir alırlar.Cox güman ki,bizim saray və orduda da cə-suslar olmamış deyil.Odur ki.onları azdırmaq və yanlış məlumat ötürmələrini tə-min etmək lazımdır.Bunun üçünsə heç kəsə əsil məqsədini söyləməməlisən.Yalan məlumat yaymalısan.İndi bil,biz Savəyə getmirik və Savə yolundan da coxdan çıx-mışıq.

Xanbaba:

-Bəs,hara gedirik?

Ağa Məhəmməd şah Qacar:

-Bunu ən son ana qədər ən yaxınlarından belə gizləməlisən.

Xanbaba:

-Deməli,3-4 günlük yol barədə söylədiklərin də doğru olmaya bilər.

Ağa Məhəmməd şah Qacar:

-Təbii.Mən səninlə,sənin dərrakənlə fəxr edirəm.

***

Nəcəf xan Zəndin iqamətgahı.Nəcəf xan taxtda oturub.Artıq başında tac



və əlində hakimiyyətin rəmzi olan qızıl toppuz var.Əyan-əşrəfi də qarşısında ayaq

üstdə durmuşlar.

-Şahlıq taxtına əyləşməyim münasibətilə sabah böyük bir ziyafət olacaq və siz hamınız bu ziyafətə dəvətlisiniz.İndi isə sizə çox mühüm xəbər deyəcəyəm. Mənə gələn məlumata görə, düşmənimiz Ağa Məhəmməd şah Qacar Savə şəhəri-nin üzərinə hərəkət edir və təqribən sabah mənzil başına yetişməlidir.Savənin ən azı bir ay müqavimət göstərmək imkanı var və gücü yetdikcə müqavimət göstə-rəcəkdir.Biçinə təqribən 10 gün qalıb. 5 günə bütün taxıl biçilər.Bu edər 15 gün.

5 günə də buğda üyüdülər,bu da edər 20 gün.20 gün sonra həm şəhərin kifayət qə-

dər taxıl ehtiyatı olar, həm də ordumuzun ərzaq ehtiyatı Həmin gün Savəyə yola çıxsaq 5-6 günə ora yetişərik. Orada biz savəlilərlə birləşib xacənin işini bitirərik.

Elə sabahdan ordunun təliminə başlamaq lazımdır.İndi isə hər kəs azaddır.

***

İbrahimxəlil xanın məşvərət otağı.Əvvəlki kimi müşavirədə xan,Vidadi, Vaqif,Mirzə Əliməmməd və Kələntər Ağası bəy iştirak edirlər.Bu dəfə söz Molla Vəli Vidadidədir:



-Şübhəsiz ki,bütün söylənilən fikirlərdə həqiqət payı var.Amma səyləri birləşdirmək mümkün olsa,nəinki,Azərbaycanı birləşdirməyə,eləcə də Azərbaycan səltənətini bərpa etməyə nail olmaq mümkün olar. Bizə kiçik və zəif Azərbaycan yox,böyük və qüdrətli səltənət lazımdır.Azərbaycan ərazisindən Qərb-Şərq karvan

yollarının sadəcə biri keçir.Səltənəti bəpa edə bilsək,Çin və Hindistandan Osmanlı-ya uzanan bütün karvan yollarına nəzarət etmiş olacağıq. Bu isə çox böyük gəlir deməkdir.İndi dəniz ticarəti karvan ticarətindən daha sərfəlidir və bir neçə dəfə artıq gəlir gətirir.Bizim mütləq böyük dənizlərə çıxışımız olmalıdır. Ən azı Qara dənizə və Hind ümmanına... Qapalı hövzə olan Xəzər dənizi ilə uzağa getmək olmaz.Bir də ölkə nə qədər çox müstəmləkəyə sahib olsa,o qədər çox vergi verəni olacaq.

Mənim deyəcəklərim bu qədər.

İbrahimxəlil xan:

-Bəs, səltənəti bərpa etmək üçün gücü haradan alacağıq?Bizim belə bir gücümüz yoxdur.Bəlkə,hörmətli şair səltənətin bərpasından söz açarkən xacəni nə-

zərdə tutur və bizim könüllü surətdə ona tabe olacağımızı zənn edir? Vallah,xacəyə tabe olmaqdansa,uruslarla müttəfiq olmaq daha şərəflidir.Mən düşünməliyəm...

***

Nəcəf xanın hərəmxanası.Sütunlu geniş zal formasında olan hərəmxana-nın tam mərkəzində fəvvarəli hovuz var.Nəcəf xanın əl - əlvan geyimli zövcə və kənizləri(15-20 nəfər) hovuzun ətrafına yğışmışlar.Onlardan biri ud çalır,digərləri dinləyirlər.Keçəl,qulağı sırğalı hərəmağası qavalda ritm tutur.



Qadınlardan biri üzünü kameraya tərəf çevirir və kamera arxasında içəri girən Nəcəf xanı görüb dik atılır və sevinc hissi ilə ucadan deyir:

-Xan gəldi!

Dərhal bütün nəzərlər kameraya dikilir və hər kəs kameraya doğru yü-

rüməyə başlayır.

***

Nəcəf xan hərəmxananın qapısında durmuşdur.Üzündə sonsuz sevinc və özündən məmnunluq sezilir.O,“Xan gəlldi !”ifadəsinə cavab olarq ucadan deyir:



-Xan gəlmədi,İran şahənşahı Nəcəf şah Zənd gəldi!

Bu xəbər kameranın arxasında çıxıb sağdan və soldan kadra daxil olan

və Nəcəf xana tərəf tələsən qadınların heyrət və sevinc nidaları ilə müşayiət olunur. Qadınlar bir saniyənin içində onu dövrəyə alırlar.Nəcəf xan sağındakı və solundakı

qadınları qucaqlayaraq lovğa-lovğa sözünə davam edir:

-Siz də artıq xanın yox,şahın zövcə və kənizlərisiniz!

Bu sözlər eyni nidaların təkrarlanmasına səbəb olur. Fəqət bu sevinc çox çəkmir.Çünki sevinc nidalarının ardınca kadr arxasından həyacan və qorxu do-lu kişi səsi eşidilir:

-Şahım,şəhər mühasirəyə alınmışdır!!!

Bu sözlər qadınların ildırım sürəti ilə xandan arlanmalarına,xanın da eyni sürətlə geriyə dönməsinə səbəb olur.

***

Qum şəhərinin qala bürclərinə qalxan pilləkanlar. Xan əyan - əşrəfi ilə birlikdə,silahlı əsgərlərin əhatəsində tələsə-tələsə pilləkanlarla yuxarı qalxır.



***

Qum şəhərinin dar küçələrindən biri. Küçə ilə tüfəngli əsgərlər ora - bura qaçışır.Hər kəs narahat və başını itirmiş vəziyyətdədir. “Tez-tez!”,“Cəld olun!” ki-mi nidalar eşidilir.

***

Xan və ətrafındakılar həyacanla bürcdən çölə baxırlar.



***

Uzaqda bütün üfüq boyu çadır quran,ocaq yandıran əsgərlər,topları dö-yüş mövqelərinə çəkən topçular görünür.Kadr arxasından Nəcəf xanın titrəyən sə-

si eşidilir:

-Bunlar kimdir?!

***

Bürcdə dayanmış xan qarşısındakı xəfiyyəbaşının üstünə qışqırır:



-Səndən soruşuram,bunlar kimdir?

Xəfiyyəbaşı başını aşağı salaraq susur.

Nəcəf xan:

-Sən necə xəfiyyəbaşısan ki,düşmən ordusu yalnız qapımıza dayandıqda bu barədə xəbər tutursan və düşmənin kim olduğunu da bilmirsən?!(Üzünü yaxın-dakı əsgərlərə tutaraq)Bağlayın bu köpəyin əl-qolunu,özünü də atın zindana!!! Sa

bah onun boş kəlləsini bədənindən ayırmaq mənə borc olsun.

Əsgərlər xəfiyyəbaşının üstünü alıb,əl-qolunu bağlamağa başlayırlar.

***

Qarabağ xanlığının xəfiyyəbaşısı Mirzə Əliməmməd at belində tək Şuşa-



nın dar küçələrindən biri ilə irəliləyərək,Ohan keşişin evinin həyət qapısının ağzın-da atını əyləyərək yerə enir.Sol əli ilə atın yüyənini saxlayıb,sağ əli ilə qapını döy-məyə başlayır.Qapı arxasından keşişin səsi gəlir:

-Gəldim,gəldim!

Qapı kilidinin səsi eşidilir və qapı açılır.Qapıda görünən Ohan keşiş qor-xu və kədər ifadə edən titrək və kövrək bir səslə:

-Qədəmlərinə qurban olum,ay Mirzə Əliməmməd ağa,sən xoş gəlmisən. Bir az da gec gəlsəydin bağrım çatlayacaqdı.

Mirzə Əliməmməd ağa bir söz demədən içəri keçir.

***


Ohan keşişin evi.Keşişlə xəfiyyəbaşı üz-üzə əyləşib qəhvə içirlər.Ohanın

əlləri və dodaqları titrəyir.

-Qızımdan bir ildən çoxdur,heç bir xəbərin olmadığını bilirsən.Nə ölüsü məlumdur,nə dirisi.Bu dərd azmış kimi,indi də səhər evin həyətindən bir şey tap-mışam.

Mirzə Əliməmməd maraq dolu nəzərlərini “bir şey”-deyərkən rəngi-ruhu

qaçan keşişin dəhşət və qorxu ifadə edən üzünə dikir.Ohan ayğa qalxıb o biri otağa

girir və dərhal da geri dönür.Onun əlində ovuc içi boyda,üstündə qan ləkələri olan

kiçik bir boxça var.O,boxçanı yerə qoyub açmağa başlayır.Boxçadan kəsilmiş xo-

ruz başı çıxır.Bunu görən xəfiyyə başını gülmək tutur.Qəh-qəhədən boğula-boğula

deyir:

-Məni elə buna görə bura çağırmısan?! Budur sənin mühüm məsələn?!Bu



gün mən də öz evimin həyətindən kəsilmiş xoruz başı tapmışam.Görünür kimsə bizimlə zarafat etmək istəyir.

Keşiş:


-Yoooox!!!Sənin heç nədən xəbərin yoxdur!

Bu sözlər xəfiyyəbaşını gülüşə son verib ciddiləşməyə məcbur edir.Diq-qətlə müsahibini süzməyə və dinləməyə başlayır.Keşişin isə təlaşı bitmək bilmir:

-Bu o deməkdir ki,qara katalikos-“Müqəddəs Yəhya” təriqətinin başçısı

bizə ölüm hökmü çıxarıb.Sən bu təriqətin necə bir dəhşətli təriqət olduğunu təsəv-vür belə etmirsən.Onun qaniçən,qatil üzvləri hər yerdədirlər və adamı nə vaxt və harada vuracaqları heç vaxt məlum olmaz.Qurban olum,başına dönüm,Mirzə Əliməmməd ağa, mənə kömək elə,məni xilas et!

Bu an kadr arxasından döyülən həyət qapısının səsi gəlir.Ohan keşiş ağap-paq olub yerində donur.Xəfiyyəbaşı belindən tapançasını çıxarıb deyir:

-Qorxma, mən buradayam.Gedək,qapını aç!

Hər ikisi ayağa qalxırlar.

***


Evin həyət qapısı.Ohan keşiş qapıya yaxınlaşa-yaxınlaşa soruşur:

-Kimsən?


Əlində tapança tutmuş Mirzə Əliməmməd yaxındakı ağacın arxasında

mövqe tutur.Qapının arxasından keşişin sualına cavab verilir:

-Mənəm,ata,Akopam.

Ohan həyacanla “Səsinə qurban olum,oğlum!”-deyərək qapını açır:

-Qədəmlərinə qurban olum,bala!

Ata və oğul qucaqlaşırlar.Keşiş hönkür-hönkür ağlamağa başlayır.Bu an

Akopun gözü ağacın arxasından çıxan xəfiyyəbaşına sataşır.O,dərhal aralanaraq,

həyacanla soruşur:

-Bu kimdir?

Keşiş:


-Narahat olma,dostumdur.

Mirzə Əliməmməd irəli gəlir və onlar əl tutub görüşürlər,görüşərkən də bir-birilərini diqqət və şübhə ilə süzürlər.

***

Qum şəhərini mühasirəyə almış Ağa Məhəmməd şah Qacar at belində kənardan şəhərinin qala divarlarına baxır.Yanında Xanbaba və bir neçə mühafi-zəçi var. Mühafizəçilər bir qədər kənarda durmuşlar.Arxa tərəfdə uzun nərdivan-ları daşımaqda olan əsgərlər gözə dəyir.



Xanbaba:

-Əmi,bura haradır?

Ağa Məhəmməd şah Qacar:

-Qum şəhəridir.

Xanbaba:

-İmam Rzanın bacısı Məsumə xanımın uyuduğu Qum şəhərimi?

Şah:

-Məgər başqa Qum da var?



Xanbaba:

-Bu şəhərə hücum etməklə günaha batmarıq ki?!

Şah:

-Qurani –Kərimdə Məkkənin,Mədinənin və Qüdsün adı neçə dəfə çəki-lir?



Xanbaba:

-Dəqiq bilmirəm.Hər birinin adı bir neçə dəfə zikr olunur.

Şah:

-Bəs,Qumun adı neçə dəfə çəkilir.



Xanbaba:

-Heç neçə dəfə.

Şah:

-Quranda bu barədə söz açılmırsa,o zaman narahat olmağa dəyməz.Bir də ki,şəhər əhalisi özü bizə kömək edəcək,buna əmin ola bilərsən.Sən bilirsənmi,



indi şəhərdə nələr baş verir?Bilmirsən,amma mən bilirəm.

***


Qum şəhərinin bazarı.Ərzaq mallarının satıldığı çarşı.İnsan əlindən tər-pənməyə yer yoxdur.Adamlar evlərinə zənbil-zənbil,kisə-kisə ərzaq daşıyırlar.Bü-

tün dükanların qarşısında qalabalıqdır.Adamlar bir-birinin başı üzərindən dükan-lara daxil ola bilmək üçün var-gücləri ilə calışırlar.Səs-küydən,qışqırıq səslərindən ağız deyəni qulaq eşitmir.Ayaqlar altında qalan qadın və uşaqların fəryadı aləmi başına götürüb.Şəhərdə əməlli-başlı xaos başlayır.

***

Qum şəhərinin bazarının çörək dükanlarının yerləşdiyi çarşısı.Çörək tapa



bilməyən kütlə dükanları soymaq və onlara od vurmaqla məşğuldur. Şəhərdə tam bir xaos sürür.

Küçə başında tüfəngli əsgərlər görünür.Onlar iki sıra halında düzülürlər. Əsgərlərin başında duran atlı onbaşının əmri eşidilir:

-Birinci sıra hazırlaş!

Birinci sırada duran əsgərlər tüfənglərini kütləyə tərəf tuşlayır.Bu hal hər

kəsin yerində donmasına və susmasına səbəb olur.Ardınca onbaşının növbəti ko-mandası eşidilir:

-Atəş!


Əsgərlər atəş açırlar.Kütlə içərisindən bir neçə nəfər yerə sərilir.Hər kəs

dəhşət içində qaçmağa üz tutur.

***

Qum şəhərinin divarlarının uzaqdan görünüşü.Yaxın planda arxası kame-raya tərəf olan iki atlı durub.Bunlar Ağa Məhəmməd şah Qacar və Xanbabadır.Şə-hərin üzəri yanan tükanların tüstüsü ilə örtülüdür.Şəhərdən atəş səsləri eşidilir.



***

Ağa Məhəmməd şah Qacarın və Xanbabanın üzləri kameraya tərəfdir.Şah

üzünü qardaşı oğluna tərəf çevirir:

-Bu şəhəri ələ keçirmək üçün bircə güllə belə atmağa ehtiyac olmayacaq.

Xanbaba da üzünü heyrətlə şaha tərəf çevirir,fəqət bircə kəlmə də demir.

***


Səraslanın evi.Səraslan,Mahmud,Saroş və Səfər süfrə arxasında oturub qəhvə içirlər.Səraslan danışır və hər kəs onu dinləyir:

-Xanın lələsi Qədimi ilə uşaqlıqdan dostuq.Amma işi çox olduğundan son

zamanlar ancaq təsadüfdən-təsadüfə görüşürük. Saroş zindanda olanda getdim ki, xahiş-minnətlə xana müraciət edib oğlumun bağışlanmasına nail olum,onda da gö-rüşə bilmədim,Şuşada deyildi,Xankəndinə getmişdi.İki il olar ki,bütün əlaqələrimiz

kəsilmişdi,dünən yanıma adam göndərərək xahiş edib ki,tam etibar etdiyim,ağzıbü-töv dost-tanışdan bir neçə nəfəri yığım başıma, gəlib bəzi məsələlər barədə söhbət etmək istəyir.Vəzirin oğlu da onunla gələcəkmiş. Söhbət etmək istədiyi məsələ nə-dir,bilmirəm,amma,deyəsən,məxfi məsələdir.

Səraslan saatına baxıb üzünü Saroşa tutur:

-Saroş,oğlum artıq gələn vaxtlarıdır,sən Mahmudla çıxın eşiyə,onlara piş-

nəvazlıq edin.

Saroşla Mahmud ayağa qalxıb otaqdan çıxırlar.Səfərsə deyir:

-Ay Səraslan dayı,bu Molla Vəli Vidadi şəhərimizə gələndən sonra hara gedirsənsə,orada Azərbaycanın birliyindən danışırlar.Biri deyir, bizə Azərbaycan

dövləti qurmaq lazımdır,o biri deyir yox,mütləq Azərbaycan səltənətini bərpa et-məliyik.Hamının sözü - söhbəti bu barədədir. Bəzilərinə görə, padşah İbrahimxəlil xan olmalıdır,başqalarına görə isə Ağa Məhəmməd xan Qacar olmalıdır.

Səraslan:

-Eşitmişəm, ay bala, biri deyir, xacədən padşah olmaz, o biri deyir, bütün ümidlər onadır.Bəlkə də Qədimi də bizlə bu barədə söhbət etmək istəyir.

***

Nəcəf xanın qərargahı. Nəcəf xan, ordunun əmiri və Siyamək bəy yanaşı ayaq üsyə durmuşlar.Əmir xana məlumat verir:



-Şəhərin müdafiəsi artıq tam təşkil edilmişdir.Fəqət qarşı tərəf,sanki,hü-cuma keçməyə hazırlaşmır.Görünən budur ki,şəhərdə ərzağın tam bitməsini və gü-norta baş verən hərcmərcliyə bənzər bir halın baş verməsini gözləyəcəklər. Kimlik-lərini bildirmədikləri üçün şəhəri mühasirəyə alanlarım kim olduqlarını hələ də bil-mirik. Mən belə halla ilk dəfədir ki,rastlaşıram.Adətən mühasirə edənlər elə ilk gün

tələblərini irəli sürürlər,bunlar isə...

Nəcəf xan:

-Bu onu göstərir ki,Lütfəli xan deyil.Rəhim xan ola bilməz,Ağa Məhəm-məd şah Qacar ola bilər.Hər halda,sabahda-biri gündə hər şey məlum olar.Şəhərdə

vəziyyət necədir?

Əmir:


-İndi sakitlikdir,amma vəziyyət gərgindir.Bütün çörəkçilər dükanlarını qapamışlar.Unun olmadığını deyirlər.Dəyirmanlar da hamısı şəhərdən kənardadır.

Əl dəyirmanlarının ümidinə qalmışıq.Fəqət buğda tacirləri anbarlarda buğda olma-dığını iddia edirlər.

Siyamək bəy:

-Yalan deyirlər.Qiymətlərin kəllə-çarxa çıxmasını gözləyirlər.Əsgərlərə

əmr vermək lazımdır ki,bütün anbarlarda,tacirlərin evlərində,qohumlarının evində

axtarış aparsınlar.Əks təqdirdə xalq üsyan edəcək.

Xan üzünü əmirə tutaraq:

-Doğru söyləyir.Dərhal hərəkətə keçin.Buğdanı gizlədənlərdən bir-ikisi-nin başını kəsin ki,başqalarına dərs olsun.

Əmir “Baş üstə”- deyib gedir.

***


Ohan keşişin evi.Keşiş,Mirzə Əliməmməd və Akop evin otasında ayaq üstə durmuşlar.Mirzə Əliməmməd keşişə deyir:

-Nə isə,mən artıq gedirəm.Təqribən bir saata mühafizəçiləri göndərəcə-yəm.Narahat olma.

Akop:

-Ehtiyac yoxdur.Mən burdayam.



Ohan keşiş:

-Doğru söyləyir.Ehtiyac yoxdur.Oğlum yanımdadır.Artıq heç nədən və heç kəsdən qorxum yoxdur.

Xəfiyyəbaşı:

-Sən deyən olsun.Salamat qal!

Keşiş:

-Yaxşı yol!



Mirzə Əliməmməd və Akop otaqdan çıxırlar.Keşiş başını yuxarı qadırıb

“Şükr sənə İlahi!”-deyir və xaç çəkir.

İçəri daxil olan Akop:

-Bəs,ömrümdə üzünü görmədiyim bacım haradadır?

Keşiş bir söz deməyib ağlamağa başlayır.

***


Qum şəhəri.Mir Seyid Əlinin evi.Mir Seyid Əli və bir neçə nəfər ruhani

geyimli şəxs süfrə arxasında oturub qəhvə içə-içə söhbət edirlər.Mir Seyid Əli qəh-

vədən bir qurtum içib deyir:

-Bu hal uzun sürə bilməz.Bir azdan aclıq başlayacaq.Nəcəf xanı heç kəs

məşru şah qəbul etmir.Millət Zəndilərin özbaşnalığından cana doymuşdur.Hər kəs

şəhərin keçmiş türk hakimləri dövründəki xoş güzəran və ədalətdən böyük həsrətlə

söz açır.Şəhər əhalisinin böyük əksəriyyəti türkdür və əgər məlum olsa ki, şəhəri mühasirə edən Ağa Məhəmməd şah Qacardır, millətin qarşısını almaq mümkün ol-mayacaq.

İçəri girən nökər deyir:

-Ağa,mühasirəçilərin kimliyi bəlli oldu.Ağa Məhəmməd şah Qacardır...

Nökər bu sözləri deyib çıxır.Mir Seyid Əli:

-Vəssəlam.Nəcəf xanın fatihəsini oxumaq olar.Axşam namazında və-

ziyyəti camaata izah edin.Mən də şaha məktub yazıb göndərmək barədə lazımi təd-birləri alım.Çalışaq məsələni qan tökülmədən,Qum xalqının öz əli ilə həll edək.Ca-

maata mənim adımdan bildirin ki,üsyana hazır olsunlar.Deyin ki,Mir Seyid ağa da

sizinlədir.Qoy hər kəs mənim təlimatımı gözləsin.

***

Ohan keşişin evinin bağcası.Keşiş və oğlu nar ağaçının yanında durmuşlar.Keşiş:



-Süsən bu nar ağacını çox sevərdi.Ona xüsusi qulluq göstərərdi.

Ata və oğul tut ağacına yaxınlaşırlar:

-Bu ağacı isə ananla evləndiyim il öz əlimlə əkmişdim.

Akop:


-Ata,gəl evə keçək.Səninlə vacib sözüm var.

***


Keşişin evi.Ata-bala ayaq üstə ,üz-üzə durmuşlar.Akop atasının gözləri-

nin içinə baxaraq:

-Ata,milli mübarizəmizə nədən xəyanət etdin?Yusif Əmini və Məlik-Yeqanovu nə üçün satdın?!Aşotu niyə güdaza verdin?!

Keşiş gözlərini yerə dikib susur.

Akop sözünə davam edir:

-Cəzasızmı qalacağını sandın?

Bu sözlər Ohanı başını yuxarı qaldırıb oğlunun gözlərinin içinə yazıq-yazıq baxmağa məcbur edir:

-Məni öldürməyə sənimi göndərdilər?

Akop:

-Hə.


Keşişin səsi titrəyir:

-Oğul,axı,mən sənin atanam.

Akop belindəki xəncəri çıxarıb “Atam olduğuna görə utanıram.Səndən iyrənirəm!”-deyir və xəncəri keşişə saplamaq üçün yuxarı qaldırır.Bu an güllə və sınan pəncərə şüşələrinin səsi gəlir.Xəncər Akopun əlindən düşür.O,əlini tutaraq zarımağa başlayır.

Sınmış pəncərədən içəri sıçrayan Mirzə Əliməmməd gəncin üzırinə çöküb onun əl-qolunu bağlamağa başlayır.Keşiş isə hönkür-hönkür ağlayır.

***

Ağa Məhəmməd şahın çadırı.Şah taxtda oturub məktub oxuyur.Xanba-ba,Səfərəli bəy və Abbas bəy onunla üzbəüz durmuşlar.Şah məktubu oxuyub üzü-nü Səfərəli bəyə tutur:



-Səfərəli bəy,get ətraf kəndlərin camaatından bu Mir Seyid Əlinin kim

olduğunu,necə adam olduğunu yaxşı-yaxşı soruş.Mənə ətraflı məlumat gətir.

Səfərəli bəy“baş üstə” deyib cəld çadırdan çıxır.Şah məktubu Abbas bəyə uzadır:

Sənsə,Abbas bəy,Mir Seyid Əlinin xəttini tanıyan adamlar tap.Bu xəttin onun xətti olub-olmadığını araşdır.

Abbas bəy məktubu alır, “Baş üstə!”- deyərək gedir.Çadırda Ağa Mə-həmməd şahla Xanbaba tək qalırlar.Şah:

-Hə,qardaş oğlu,gəl otur,dərdləşək.

Xanbaba əmisi ilə üzbəüz əyləşərək:

-Əmican,nə yazıb o Mir Seyid Əli?

Ağa Məhəmməd şah Qacar:

-Yazıb ki,şəhər əhalisi Nəcəf xanın zülmündən cana doyub və guya bizi

öz xilaskarı qismində görür.Bizim şəhərə hücum edəcəyimiz təqdirdə guya onlar da içəridən hücuma keçəcəklərmiş.Daha sonra sabah günortadan dörd saat keçmiş

xəbərləşməyi təklif edir və hansı tərəfdə nə etmək lazım olduğu barədə fikirlərini yazır.

Xanbaba:

-Bəlkə, gerçəkdən də səmimidir?

Şah:

-Ola bilər.Yoxlamaq lazımdır.Çünki bu bir tələ də ola bilər.Elə buna görə də Səfərəli bəylə Abbas bəyə hər şeyi öyrənməyi tapşırdım.Bilirsən,Bir vaxt kufəli şiələr də İmam Hüseynə belə bir məktub yazmışdılar,sonra isə ona xəyanət etdilər.



Kərbalaya hərəkət etməmişdən öncə qardaşı Mühəmməd Hənəfiyə ona “Şiələrimi-

zin atamız Əliyə xəyanət etdikləri kimi sənə də xəyanət edəcəklərindən qorxuram” –demişdi və zaman onun sözlərinin həqiqət olduğunu sübut etdi.İndi özünü bizim tərəfdarımız kimi qələmə verən bu şəxsin yalan demədiyinə kim zəmanət verə bi-lər? Və ya da kim zəmanət verə bilər ki , məktubu o özü yazmışdır ? Gerçəkdən də camaat onu dəstəkləylir, dedikləri xam xəyallardan başqa bir şey deyil?

Xanbaba:

-Xəbərləşmə dedikdə nəyi nəzərdə tutur?

Ağa Məhəmməd şah Qacar:

-Təklifini qəbul edəcəyimiz təqdirdə sabah saat dörddə Rey qapısı istiqa-mətində işıq yandırmaqla ona xəbər göndərməliyik.O da yenə oxla məktub göndə-rib nə zaman nə etməli olduğumuzu bildirəcəkdir.

***

Şuşa şəhərinin kənarları.Vaqif,Qasım,Kələntər Ağası bəy və Məmməd bəy 20-25 mühafizəçinin müşayiəti ilə Molla Vəli Vidadini və Turqut bəyi yola sa-lırlar.Hamı at belindədir.Yolçular 100-150 metr irəlilədikdən sonra atlarından enirlər.Öncə Vaqiflə Vidadi qucaqlaşıb öpüşürlər.



Vaqif:

-Sənə yaxşı yol!Gəncə və Bakı xanlarının vəzirlərinə mənim məxsusi salamlarımı yetirməyi unutma.

Vidadi:

-Unutmaram,narahat olma.Salamat qal!

Vaqif bu dəfə Turqut bəylə,Vidadi isə Kələntər Ağası bəylə qucaqlaşır.

Ağası bəy:

-Sizə yaxşı yol!Gec də olsa,İbrahimxəlil xanı yola gətirə bildiz.İnşal-lah,O biri xanları da yola gətirərsiz.

Vidadi:


-İnşallah!Amma hər xanlıqda bu qədər vaxt itirməyək.Burada bir ilə yaxın vaxt itirdik.Salamat qal!

Ağası bəy Turqut bəylə,Məmməd bəysə Vidadi ilə,sonra isə Məmməd bəy Turqut bəylə,Qasım bəy Vidadi ilə vidalaşırlar.Ən sonda isə Qasımla Turqut bəy bir-birilərinə sarılırlar.Sonra hər kəs atına minir.Mühafizəçilərin yarısı Vidadi və Turqut bəylə yoluna davam edir.O biri yarısı isə Vaqif,Qasım,Ağası bəy və Məmməd bəylə birlikdə geri dönür.

***

Qum qalasının bürclərindən biri.Çiyinlərindən tüfəng asılmış və bir-bi-rindən təqribən iki metr aralıda durmuş iki keşikçi.Keşikçilərin arasından qaladan



kənarda qurulmuş iki hərbi çadır,hər çadırın yanında iki top,yaxın planda bir xətt

üzərində düzülmüş əsgərlər görünür.Keşikçilərin arxası,rəqib əsgərlərin isə üzləri

kameraya tərəfdir.

Birinci keşikçi üzünü yoldaşına tutaraq:

-Bu qədər top-tüfəngin qarşısında heç kəs dura bilməz.Nəcəf xan,deyə-

sən,milləti qırğına vermək istəyir.

İkinci keşikçi:

-Həzrət Abbas haqqı,imkanım olsa,elə bu saat aşağı enib darvazanı Ağa

Məhəmməd şah Qacarın üzünə açaram,xalq da zülmdən qurtular.

***


Yanaşı qurulmuş iki hərbi çadırın arxa tərəfdən görünüşü.Çadırların ara-sında arxası kameraya tərəf olan iki top gözə dəyir.Arxa planda Qum şəhərinin qa-la divarları görünür.Qalanın üstündə o yan-buyana var-gəl edən 4 tüfəngli əsgər görünür.Çadırın arxasında,yəni ən yaxın planda Səfərəli bəy və əllərində yanan məşəllər tutan iki əsgər durmuşlar.Səfərəli bəy Əlində tutduğd cib saatına baxaraq deyir:

-Vaxtdır,başlayın!

Əsgərlər dərhal çadırların arxasından ayrılaraq,onların və topların arasın-

dan keçib,qala divarları istiqamətində hərəkət edirlər.

***

Yanaşı qurulmuş,arlarında iki top olan qoşa çadırın öndən görünüşü.Əli



məşəlli iki əsgər topların arxasından keçib,kameraya yaxınlaşaraq,tam onun qarşı-sındı dururlar və əllərindəki məşəlləri bir neçə dəfə başları üzərində sağa-sola yel-

ləyərək,Mir Seyid Əlinin adamlarına razılıq barədə işarə verirlər.Səfərəli bəy də

çadırın arxasından çıxıb topların arasında durur.Elə bu an əlində məşəl olan əsgər-lərin qarşısında yerə bir ox sancılır.Oxa məktub keçirilmlşdir.

Əsgərlər cəld əl hərəkətlərinə son verib,Səfərəli bəyə tərəf dönürlər.Səfə-rəli bəy irəli gəlib,oxu yerdən çıxarır və sol tərəfə dönüb sürətlə hadisə yerindən uzaqlaşır.Əsgərlər də onu təqib edirlər.

***

Ağa Məhəmməd şah Qacarın cadırı.Şah mütəkkələrə dirsəklənərək, qarşı-sında ayaq üstə durub saz çalan Xanbabanı dinləyir.Səfərəli bəyin içəri girməsi ilə



Xanbaba çalmağa ara verir.

Qacar əli ilə bəyə oturmağa yer göstərərək,üzünü qardaşı oğluna tutur:

-Durma,davam et!

Səfərəli bəy şahın işarə etdiyi yerdə əyləşir, Xanbaba isə yenidən çalmağa və bu dəfə həm də oxumağa başlayır:


-Carçılar çığrışır,gəranay bozlar,

Ərəb atlar macal tapmaz qaşına,

Bunda baş götürmək hesaba keçməz,

Qoç igidlə yara gərək nişana.


İgid gərək tüpə varə arxanı,

Ağası onunla sala qovğanı.

Sıyıra qılıncı,çəkə qalxanı,

Səksən oxu salığından boşala.

Dörd yandan meydanı tüstü bürüyə,

Ərəb atlar adam leşi sürüyə.

Kəllələr kəsilə,qanlar yeriyə,

Göy üzündə məlayiklər uçana


***

Mahmudun evinin həyəti.Mahmudla Səraslan göyərçin əlindən tərpənmə-

yə yer olmayan həyətdə quşları yemləməklə məşğuldurlar.Mahmud yorğun görü-nən Səraslana üzünü tutaraq:

-Sabahdan işimiz yüngülləşməyə başlayacaq.Mirzə Əliməmməd ağa de-yir ki,hər gün 15-20 göyərçin götürüb, müxtəlif karvanlarla ayrı-ayrı şəhərlərə gön-

dərəcək.Beləcə bizim işimiz də yüngülləşəcək.

Səraslan:

-Deyəsən, xəfiyyəbaşı işini asanlaşdırmaq istəyir.Başqa xanlıqlardan xə-bər əldə etmək məsələsini genişləndirmək istəyir.Amma Qarabağ xanlığında baş verənlərdən heç bir xəbəri yoxdur.

Mahmud:


-Sən nəyi nəzərdə tutursan,üzvü olduğumuz gizli təşkilatımı?

Səraslan:

-Başqa nəyi nəzərdə tuta bilərəm ki?Günü-gündən sayımız artır,sıraları-mız genişlənir.Deyilənə görə, təkcə Şuşada sayımız 200-ü ötüb.Yəni doğrudanmı, Mirzə Əliməmmədin bütün bunlardan xəbəri yoxdur?Vallah,buna heç cür inana bilmirəm.Bəlkə,elə bütün bunları o təşkil edib,bizim xəbərimiz yoxdur!

Mahmud:


-Mən buna inana bilmərəm.Deyilənə görə, təşkilatın başında Məmməd bəylə vəzirin oğlu dururlar.Amma bu barədə,bilirsən də, danışmaq yasaqdır.

Kadr arxasından Süsənin səsi gəlir:

-Qəhvə hazırdır,gələ bilərsiniz.

Mahmud üzünü kadr arxasına tutaraq:

-Gəldik!

Yaşlı və gənc iki dost ayağa qalxırlar.

***

Ağa Məhəmməd şah Qacarın çadırı.Xanbaba çalıb-oxumağı bitirib.Səfə-rəli bəylə birlikdə Şahın qarşısında oturub.Şah oxla göndərilmiş məktubu oxuyur:



-“Ordunun yüzbaşılarından çoxu bizim tərəfə keçib.Gecə yarını üç saat keçmiş Rey qapısında əsgərlər dəyişdiriləcək.Növbəyə yeni başlayacaq yüzbaşı bi-

zim adamdır və o,bir saat sonra qapıları açacaqdır.Hazır olun!Hörmətlə ali hüzuru-nuza ərz edir:Mir Seyid Əli.”

Hə,Səfərəli bəy,nə etmək lazım olduğunu bilirsən.Abbas bəylə birlikdə

bütün zəruri tədbirləri görün!Bu gecə Qum şəhərinin üzərində yenidən türk bayra-

ğı dalğalanacaqdır.Zəndilərin daha bir qalası çökəcəkdir,inşallah!

Səfərəli bəy “Baş üstə!”-deyib,çadırdan çıxır.

Ağa Məhəmməd şah üzünü Xanbabaya tutur:

-Xanbaba,oğlum,sazı götür!

Xanbaba sazı götürüb calmağa başlayır.

***


Mahmudun evi.Mahmudla Səraslan oturub qəhvə içirlər.Süsən bir qədər kənarda nənnidəki körpəsini yelləyərək lay-lay oxuyur:

-Laylay dedim,yatasan,

Qızıl gülə batasan.

Qızılgülün içində,

Şirin yuxu tapasan.

Balam laylay,a laylay,

Gülüm laylay,a laylay.

Səraslan üzünü Süsənə tutaraq:

-Qızım, neçə vaxtdır, səni müşahidə edirəm,bircə dəfə də olsun erməni dilində laylay dediyini görmədim.

Süsən:


-Erməni dilində laylay,oxşama,arzulama,sınama kimi şeylər yoxdur.Əs-lində laylay oxumaq adəti də əvvəllər olmayıb,sonradan türklərdən öyrəniblər.Ona görə də türkcə oxuyurlar.

Laylay beşiyim,laylay,

Evim-eşiyim,laylay.

Sən get şirin yuxuya,

Çəkim keşiyin laylay...

***


Mahmudun evinin göyərçinlərlə dolu həyəti.Kadr arxasından laylay oxu-yan Süsənin zəif səsi gəlir:

-...Balam laylay,a laylay,

Gülüm laylay a laylay...

Həyət qapısı açılır,Mirzə Əliməmməd içəri daxil olur.O,laylayı eşidib bir

anlığa ayaq saxlayır və Ohan keşişin bir ildən çoxdur ki,itkin düşmüş qızının səsini

tanıyır:


-...Laylay dedim adına...

Xəfiyyəbaşı cəld evə tərəf addımlamağa başlayır.

Kadr arxasında Süsən oxumaqda davam edir:

-...Haqq yetişsin dadına...

***

Evin içi.Mahmud özünün və Səraslanın boşalmış bardaqlarına qəhvə süzür. Süsən oxumaqda davam edir:



-...Hər vaxt laylay deyəndə,

Balam düşür yadıma...

Bu an otağa Mirzə Əliməmməd ağa girir.Hər kəs yerində donub qalır.

***


Səhər saat dörddür.Ay işığı Qum şəhərinin Rey qapılarını zorla işığlandı-rır.Aləmə süküt hakimdir.Sükutu açılan qapı kilidinin səsi pozur.Ardınca qapılar

tükürpədən bir cırıltı ilə açılır.Qapıların açılması ilə Ağa Məhəmməd şah Qacrın

atlıları sel kimi şəhərə çapmağa başlayır.

***


Nəcəf xan Zəndin iqamətgahı.Xan,Siyamək bəy və ordu əmiri otağın tam

mərkəzində təlaş içində durmuşlar.Siyamək bəy həyacanlı və titrək bir səslə:

-Şahım!Qacarın qızılbaş odusu bura gəlir.Əsgərlər döyüşmədən türklərə təslim olurlar.Vaxt itirmədən gizli yolla qaçmaq lazımdır.

Nəcəf xan:

-Yüzillərdir fars övladı türk övladının qarşısından tülkü kimi qaçmağa məhkumdur,bu gün də mən qaçmağa məcburam.Gedək.

Hər üçü birlikdə məkanı tərk edirlər.

***

Qum şəhərinin küçələrindən biri. Səhərdir.Ətraf işıqlıdır.Ara-bir xoruz



banları eşidilir.Küçə boyu qoşun hərəkət edir.Süvarilərdən ibarət qoşunun başında Abbas bəy gedir.Qum ordusunun əsgərləri bütün yol boyu silahlarını yerə atıb, təs-limiyyət əlaməti olaraq, diz çökür və əllərini boyunlarının ardına qoyurlar.

***


Nəcəf xanın iqamətgahı. Səfərəli bəy 10-15 əsgərlə birlikdə otağa daxil olub ətrafa göz gəzdirilər.Qarşı tərəfdəki qapıya tərəf yönəlirlər.

***


Nəcəf xanın hərəmxanası.Qadınlar qorxu içində hərəmağasının arxasına

sığınmışlar.Hərəmxananın qapıları taybatay açılır.Səfərəli bəy içəri girərək qa-dınları yuxarıdan aşağı süzür:

-Görəsən,bu Zəndilər tayfasının içərisində bircə nəfər də olsun kişi var,ya yox?!Kişi də qadınlarını düşmənə qoyub qaçarmı?Narahat olmayın,biz türkük,te-linizə də ziyan dəyməz. Siz Ağa Məhəmməd şahın himayəsindəsiz və hər bir arzu-nuza sözsüz əməl ediləcək.

Səfərəli bəy sözünü tamamlayıb hərəmxananı tərk edir.

***

Şuşa şəhərinin zindanı.Zindanın dindirmə otağı.Mirzə Əliməmməd və Ohan keşiş üzbəüz əyləşmişlər.Mirzə Əliməmməd:



-Oğlunla görüşməyə sadəcə 5 dəqiqə vaxtın var.Sonra isə sənə iki çox şad xəbər deyəcəyəm.

Keşiş ümid dolu nəzərlərini xəfiyyəbaşına dikir:

-Yoxsa,qızımdan bir xəbər var?!

Mirzə Əliməmməd bir söz demədən otaqdan çıxır və artıq kadr arxasında

deyir:

-Erməni dustağını gətirin!



Akopu əl-qolu bağlı halda gətirirlər.

Ohan keşiş ağlaya-ağlaya:

-Oğlum,gəl daşı ətəyindən tök!Bizim qurmağı düşündüyümüz erməni

dövləti boş xülyadan başqa bir şey deyil.Bu gün-sabah Ağa Məhəmməd şah Qa-

car buralara gələcək və bununla da hər şey bitəcək.O,xanlıqları birləşdirsə,uruslar

Azərbaycana bata bilməz.Həyatını boş yerə puç etmə!Biz ümid etmirdik ki,türklər

Nadir şahdan sonra yeni bir cahangirə sahib ola bilər.Amma budur,onun yerini yavaş-yavaş Qacar tutur.Bunlar igid millətdir və ölümdən qorxmurlar.

Akop:


-Sən unudursan ki,mənim anam qıpçaq qızıdır.Mənim damarlarımda onun

qanı axır.Mənim də ölümün gözünə necə dik baxdığımın özün şahidi olacaqsan. Rəbbimiz İsa yolunda necə şəhid olacağımı görəcəksən.Damarlarımda sənin mur-dar hay qanın da axdığı üçün özümü nə qədər aşağı hiss etdiyimi,kaş,biləydin.Am-ma nə edim,atamsan.

***

Nəcəf xanın Qum şəhərindəki keçmiş iqamətgahı. Ağa Məhəmməd şah Qa-car taxtda əyləşib.Sağında Xanbaba,solunda isə Səfərəli bəy və Abbas bəy otur-muşlar.Nəcəf xanın 4 sabiq yüzbaşısı şahın hüzurunda durmuşlar.Otaqda 7-8 əli si-



lahlı mühafizəçi də var.Birinci yüzbaşı özü haqqında məlumat verir:

-Mən tüfəngçi alayının yüzbaşısı idim.Siz şəhərə girdiyiniz gün mənə Rey qapılarının mühafizəsini tapşırılmışdı...

Şah onun sözünü kəsərək:

-Demək ki,qapıları qızılbaş ordusunun üzünə sən açdın?

Birinci yüzbaşı:

-Bəli.Mən bunu rəhmətlik Mir Seyid Əlinin göstərişi ilə etdim.

Şah:

-Allah ona rəhmət etsin.Sən niyə onun dediyi ilə razılaşdın?



Yüzbaşı:

-Mən türkəm.Zəndilərin türklərə etdikləri zülmlərin intiqamını almaq üçün fürsət gözləyirdim.Arzum imkan tapıb Nəcəf xanı cəhənnəmə vasil etmək idi. Mir Seyid Əlinin tövsiyyəsi üzrə hərəkət edib intiqamımı bu yolla aldım.Məni xidmətə götürsəniz ömrümün sonuna qədər Sizə sədaqətlə xidmət edərəm.Mən də yüzmin-lərlə soydaşımız kimi sizi türklərin pənah yeri hesab edirəm.

Şah:

Hansı eldən,hansı soydansan?



Yüzbaşı:

-Biz kəngərli elinin qarapapaq boyundanıq.Əslimiz-kökümüz Azərbaycan-dandır.Bizim el Tiflis və İrəvandan Naxçıvan,Maku və Urmiyaya qədər yayılıb.

Şah:

-Sabahdan etibarən şəhərin qalabəyisi olacaq və minbaşı rütbəsi daşıya-



caqsan.Gedə bilərsən.(üzünü ikinci minbaşəya tutaraq)Buyur, növbə sənindir.

Birinci yüzbaşı baş əyib gedir.İkinci yüzbaşı sözə başlayır:

-Şah sağ olsun,mənim mənsub olduğum tayfa da Zəndilər tayfası kimi bir

lor tayfasıdır.Zəndilərin xidmətinə girməkdə məqsədim İran dövlətinin bərpası mə-sələsinə yardımçı olmaq idi.Kərim xan sağ ikən, hər kəs bu amaca xidmət edirdi.O,

öldükdən sonra hər şey dəyişdi.İndi hər kəs şah olamaq istəyir,özünü şah elan edir.

Heç kəs xalqı düşünmür.Zülm ərşə dirənib.Ədalətdən əsər -əlamət belə qalmayıb.


Hamı türklərin hakimiyyəti dövründə mövcud olmuş ədalət və hüzuru həsrətlə xa-

tırlayır.Elə bu səbəbdən də seyidin üsyan etmək və qapıları sizin üzünüzə açmaq təklifini hər kəs kimi mən də ürəkdən dəstəklədim.Müsaid olarsa, sizin xidmətinizə

girməyi özüm üçün şərəf hesab edərəm.

***


İbrahimxəlili xanın sarayının bağçası.Xanla Kiçikbəyim hovuzun qırağın-da oturub şahmat oynayırlar.Bir qədər aralıda əyləşmiş Məmməd bəy kamançada yanıqlı bir hava çalır.Xan növbəti gedişini edib üzünü Məmməd bəyə tutur:

-Məmməd,oğlum,nə dəvəsi ölmüş ərəb kimi sızlayırsan,bir şux hava çalsa-na!

Məmməd bəy havanı dəyişir.Çətin vəziyyətə düşmüş Kiçikbəyim isə gözü-nü lövhədən çəkmədən düşünür.Xan gülə-gülə deyir:

-İstəyirsən,düz bir saat fikirləş,xeyri yoxdur.Mən sənin yerinə olsaydım, çoxdan uduzduğumu etiraf edər və rəqibimi qələbə münasibətilə təbrik edərdim.

Kiçikbəyim:

-Mən son damla qanıma qədər döyüşməyin tərəfdarıyam.Biz azərbaycanlı-lar məğlub olmağı sevmirik.

Xan:

-Dünənə qədər sən qarabağlı olduğunla öyünərdin,indi isə azərbaycanlı ol-duğunu fəxrlə söyləyirsən.Molla Vəli Vidadi Şuşaya gəlib-getdikdən sonra hamı özünün azərbaycanlı olduğunu deyir.Qoca şair insanların düşüncələrində böyük in-qilab etdi.Bilmirəm,buna görə onu tərifləyim,yoxsa araqatan adlandırım.



Kiçikbəyim:

-İnsanlara Vətəni sevməyi öyrətmək araqatmaqdırmı?

Xan:

-Sən çox ağıllı qızsan,amma siyasətin incəliklərini dərk etmək üçün hələ çox kiçiksən.



Kiçikbəyim şahla topun yerini dəyişərək qala qurur və bununla da vəziyyə-tin öz xeyrinə dəyişdiyini görüb qələbə əhval-ruhiyyəsi ilə deyir:
-Hər halda,dövlətlə səltənətin fərqini bilirəm...

Xan öncə təəccüblə qızının üzünə, daha sonra isə lövhəyə baxır və dərin fik-rə gedir.Kiçikbəyimsə sözünə davam edir:

-...Siyasət də şətrənc kimi bir şeydir.Taxtanın bir tərəfində(əli ilə atasına işarə edərək)dövlətpərəstlər,digər tərəfində isə(özünə işarə edərək)səltənətpərəstlər

əyləşib.


İbrahimxəlil başını qaldırıb diqqətlə qızına baxır, sonra isə gülərək deyir:

-Səndəmi səltənətpərəst oldun? Onda mən təslim.

Bu sözləri eşidən Məmməd bəy daha şux bir hava çalmağa başlayır.Bu,xa-

nın diqqətindən yayınmır.O,üzünü qardaşı oğluna tutub deyir:

-Yoxsa,sən də səltənətpərəst olmusan?

Hər üçü gülməyə başlayır.Məmməd bəy xana yaxınlaşaraq:

-Əmi,icazə verərsənmi sabah Qasımla çövqan oynamağa gedim?

Xan:


-Çarəmiz nədir?Səltənətpərəstlərin hakimiyyəti başlayır da,tabe olmağa məcburuq.

Bu sözlər hər üçünün daha ucadan gülmələrinə səbəb olur.İbrahimxəlil xan

uşaqların hər ikisini qucaqlayaraq öpür.

***


Ağa Məhəmməd şah Qacarın ordusu gözəl mənzərəli iki dağ arasında uza-nan çay vadisi ilə irəliləyir.Ordunun başında şah özü gedir.Yanında Xanbaba və Abbas bəy var.Xanbaba:

-Əmi, Qumun üzərinə gedərkən,ən son ana qədər hara getdiyimizi gizli tut-muşdun. Amma İsfahanın üzərinə gedəcəyimizi səfərə çıxmamışdan bir həftə öncə

hər kəsə car çəkdin.Bunun hikməti nədir?

Şah:


-Bunun hikməti hikmətinin sirrinin bilinməməsindədir,

. Ağa Məhəmməd şah Qacar bu sözləri deyib əlini yuxarı qaldırır və atını əyləyir.Hər kəs yerində durur.Şah əli ilə soldakı dağlara işarə edərək Abbas bəyə

deyir:

-Sən əsgərlərinlə orada mövqe tutacaqsan.Topları və tüfəngçiləri elə yer-ləşdir ki,indi durduğumuz bu yeri gülləbaran edə biləsən.Mən qarşı tərəfdə mövqe tutacağam.(Üzünü Xanbabaya tutur.)Sənsə qoşunun əsasa hissəsi ilə irəliləyəcək-sən.Təqribən bir saat sonra Əhməd xan Əfqanın və Tağı xan Zəndin başçılq etdik-ləri böyük bir ordu ilə qarşılaşacaqsan.Onlarla qarşılaşar-qarşılaşmaz atlarınızın başını döndərib qaçmağa başlayarsız....onları burada tuzağa salıb məhv edəcəyik.



***

Əhməd xan Əfqan və Tağı xan Zəndin ordugahının qurulduğu ucsuz-bu-caqsız,geniş düzənlik.Hər tərəfdə çadırlar qurulmuşdur. Hər çadırın yanında bir

gözətçi var.Çadırlarda istirahət edən əsgərlərin atları elə çadırların önündə bağlanmışdır.Əhməd xanla Tağı xan söhbət edə-edə çadırların arası ilə gedirlər.

Arabir gözə top və belində zəmburək olan dəvələr dəyir.

Tağı xan:

-Bu gün axşam hərəkətə başlasaq,biri gün günorta Quma yetişərik.Nə deyir-sən?

Əhməd xan:

-Vallah,Tağı xan,mənə elə gəlir ki,bu dəfə də xacəni əldən buraxsaq,hamı-mızın sonuna çıxacaq.Çalışıb onun başını elə Qumda əzməliyik.Tehrana qayıtsa,o,

bizim başımızı əzəcək.

Tağı xan:

-Şəhəri toplarla darmadağın edəsi olsaq da, gərək qızılbaşları yox edək.

Bu an çapan at ayaqlarının səsləri eşidilir.Müsahiblər dərhal səs gələn tərəfə

yönəlirlər.

Əhməd xan:

-Deyəsən,kəşfiyyat məlumatı gətiriblər.

***


Çaparaq gələn atlı xanların qarşısında əylənib,atdan enir,təzim edir və üzü-nü Əhməd xana tutaraq deyir:

-Əhməd xan,başına dönüm,qarşıdan təqribən 500-600 nəfərlik atlı dəstə gəlir. Bayraqlarından göründüyü kimi,Qacarın qızılbaşlarıdır.Buradan bir saatlıq məsafədədirlər.

Əhməd xan atlıya:

-Carcıya de,car cəksin,yola çıxırıq!

***

Mahmudun evi.Mahmud evdə körpəsinin əllərindən tutub onu gəzdirməyə çalışır və deyir:



-Balama qurban ilməklər,

Balam haçan iməklər?

Balama qurban kalçalar,

Balam haçan dil açar?

Balama qurban xalçalar,

Balam nə vaxt əl calar?...

Döyülən həyət qapısı Mahmudu arzulamalara son verməyə məcbur edir və o, Süsəni səsləyir:

-Süsən,gəl uşağı götür,gələn var!

Süən o biri otaqdan çıxıb uşağı atasından alır və nənniyə uzadır.Mahmud isə qapıya tərəf yollanır.

***


Evin həyət qapısı.Mahmud qapıya yaxımlaşıb soruşur:

-Kimsən?


Qapının arxasından Ohan keşişin səsi gəlir:

-Qaynatandır,başına dönüm,Ohan keşişdir!

Mahmud bir anlığa çaşaraq donub yerində qalır.Sonra özünü ələ alaraq qa-

pını açaraq deyir:

-Gəl,xoş gəlmisən!

Keşiş içəri girib Mahmudu qucaqlayır və hönkür-hönkür ağlamağa başlayır:

-Neçə vaxt idi,qızımdan xəbərim yox idi.Balamı və nəvəmi görmək istədim.

Mahmud onun qolundan tutaraq:

-Yaxşı eləmisən,gəl-gəl!

***


Evin içi.Süsən nənnini yelləyir.Qapı açılır,Mahmud və keşiş içəri girirlər. Bir-birini görən ata və qız donub qalırlar.Ekranda Ohanın dolmuş gözləri ilə Süsə-nin qəzəbli baxışları növbə ilə bir-neçə dəfə bir-birini əvəz edir.

***


Iki dağ arasındakı çay vadisi.Ağa Məhəmməd şah Qacar üç yerə böldüyü ordusunun bir hissəsiylə dağlardan birində, vadini top və tüfənglərdən atəşə tuta biləcəyi bir şəkildə mövqe tutmuşdur.Topların ağzı vadiyə tərəf tuşlanmışdır.Hər

daşın,hər qayanın arxasında bir tüfəngçi var.

Bənzər hal qarşı dağda da mövcuddur.Orada Abbas bəyə tabe qüvvələr yerləşmişlər.

Uzaqdan sürətlə yaxınlaşmaqda olan yüzlərlə at ayağının səsi gəlir.

***

Xanbabanın başında durduğu yüzlərlə atlı toz-duman qopararaq vadiyə yaxınlaşır. Onları sayca bir neçə dəfə çox olan başqa bir atlı dəstəsi təqib edir.Ara-



dakı məsafə sadəcə bir-neçə yüz metrdir.Birincilər sürətlə vadidən şütüyüb keçir- lər.İkincilər də eyni yerə yaxınlaşır.Və tam vadinin ortasında hər iki tərəfdən eyni anda başlarına top mərmiləri və güllə yağmağa başlayır.Ətraf tüstü-dumana bürü-nür.Atların kişnərtisi atəş səslərinə qarışır.Vadi bir anda at və insan cəsədləri ilə dolur.Bu azmış kimi Xanbabanın atlılar geri dönərək rəqib tərəfi qılıncla biçməyə

başlayır.Dağlardan enən silahlılar da eyni işi görür.Qan su yerinə axır.Kəsilmiş baş və qollar dəhşətli mənzərə yaradır.

***

Ağa Məhəmməd şahın türk ordusunun əsgərləri İran ordusunun hələ də sağ qalan və canını qurtarmaq üçün var gücü ilə müqavimət göstərən əsgərlərinin



müqavimətini qıra-qıra dairəni daraldır.Tam ortada Əhnəd xanla Tağı xan qılınc

yelləyirlər.Gözlənilmədən düşmən əsgərlərinin içinə girən Xanbaba bir qılınc zərbəsi ilə Əhməd xanın başını bədənindən ayırır.Tağı xanın isə düz ürəyinə ox sancılır.O,dərhal canını tapşıraraq atdan yerə düşür.

***

Arxa planda kiçik təpələrin və ağaclığın göründüyü geniş düzənlik. Düzən-liyə müxtəlif istiqamətlərdən atlı dəstələri daxil olaraq ağaclıq istiqamətinə yönəlir-lər, orada atdan enib atları ağaclara bağlayırlar.Ayrı-ayrı dəstələr bir-birinə yaxın-laşdıqca müxtəlif salamlamalar eşidilir:



-Şuşa uşaqlarına salamlar!Malıbəyli igidlərinə eşq olsun!Xocalıcavanları xoş gəlib!Kərkicahanlılara salamlar! Və s.

Atlılar atlarından endikdən sonra bir-birinə yaxımlaşıb görüşürlər.

***

Düzənliyin iki başında,təqribən bir-birindən aralıda iki qrup gənc qapı ro-lunu oynamalı olan qoşa dirəklər basdırmaqdadirlar.



***

Məmməd bəy,Qasım,Qədimi, Səraslan,Saroş,Mahmud,Camal və Cavid bir qırağa çəkilmişlər.Qədimi Saroşdan soruşur:

-Səfərgil bir qərara gəldimi?

Saroş:


-Qərara gəlməyinə gəldilər,amma fikirləri belə oldu ki,xanı dəstəkləsinlər.

Onların fikrincə,padşah İbrahimxəlil xan olmalıdır.Bizə səltənət lazım deyil.Onlar

Azərbaycan xanlıqları əsasında milli dövlətin təşkilinə tərəfdardırlar.Mənsə sizin-ləyəm.Yoldaşlarımızdan beşi də biz tərəfə keçdilər.Sədaqət andı içərək,Qurana əl basdılar.

Məmməd bəy Qasıma:

-Qardaş, Xocalı,Malıbəyli və o biri yerlərin təmsilçilərinə de,tez gəlsinlər, ayaqüstü söhbətimizi edək,diqqəti çox çəkməyək,

Qasım gedir.Qədimi Məmməd bəyə deyir:

-Narahat olma,bircə nəfər də kənar şəxs yoxdur.Hamısı Qurana əl basıb,sə-

daqət andı içmiş adamlardır.

Səraslan:

-Maşallah,səltənətpərəstlərin sayı günbəgün artır.Gör, nə qədərik,əməlli başlı orduya çevrilirik.

Məmməd bəy zarafatla:

-Ağa Məhəmməd şah eşitsə ki,Qarabağda bu qədər tərəfdarı var,Tehrandan

əl çəkib bura gələr.

Hamı gülür.

***

Döyüş bitib.Vadi at və insan cəsədləri ilə doludur.Kəsilmiş baş,əl və başsız bədənlər ətrafa səpələnib.yer-yer qan gölləri gözə dəyir.Ağa Məhəmməd şah Qacar Xanbaba vəAbbas bəylə birlikdə at üstündə meyidlərin arası ilə irəliləyərək, Tağı xanın cəsədinin yanına gəlir.Şah atdan enib, onun saçlarından tutur, başını qaldıra-raq diqqətlə üzünə baxır və deyir:



-Hə,Tağı xan,Şirazda zindanda ikən,çarəsizliyimdən istifadə edərək,məni necə təhqir etdiyin,mənə necə həqarət etdiyin yadındadırmı?!

Şahın gözləri önündə keçmişin acı anları canlanır.

***

Şiraz şəhərinin zindanı. Yeniyetmə Ağa Məhəmməd xan qəfəslərin birin-də fikirli-fikirli oturub.Ayaq səsləri eşidilir.Məhbus başını qaldırıb, barmaqlıqların o biri tərəfində ayaq üstə durub,ona istehza ilə baxan gənc Tağı xanı görür. Tağı xan yanındakı keşikçilərə müraciətlə deyir:



-Türklərin qəhrəmanı bu burnu fırtdıqlı uşaqdırmı?!Vallah,lap qəfəsdəki meymunlara oxşayır.

Bu sözlərdən sonra o,qəh-qəhə çəkərək gülür.Keşikçilər də ona qoşulurlar.

***

Ağa Məhəmməd şah Qacar Tağı xanın başını ehtiyatla yerə qoyub, saçları-nı sığallayır,üzünü Abbas bəyə tutaraq deyir:



-Onu da,Əhməd xan Əfqanı da hörmət və izzətlə dəfn edin.Hər ikisi ki-şi kimi vuruşdu,kişi kimi də öldü.Sən demə,Zəndilərin içində də kişi varmış.

***


Çövqan oyunu üçün seçilmiş düzənlik.Qapı rolunu oynayan dirəklər artıq basdırılmışdır.Meydanda hər biri yeddi nəfərdən ibarət olan iki komanda çöv-qanla top qovur.Təpələrdə topa-topa oturan gənclər onlara azarkeşlik edir.Çığır-ba-ğırdan ağız deyəni qulaq eşitmir.

Məmməd bəy,Qasım,Qədimi,Səraslan,Mahmud,Səroş,Camal,Cavid və ayrı-ayrı kəndləri təmsil edən 15 gənc bir ağacın kölgəsində oturmuşlar.Məmməd bəy danışır,hamı onu dinləyir:

-Özünüz də görürsüz ki,sayımız və tərəfdarlarımızın sayı durmadan ar-tır.Bir araya gəlib tanış olmağımız,çox olduğumuzu hər kəsin öz gözü ilə görməsi

çox yaxşı oldu.Bundan sonra daha həvəslə çalışacağıq.Biz Şuşadan 16 nəfər gəlmi-şik,amma şəhərdə iki yüz on altı nəfər səltənətpərəst var.

Saroş:

-Artıq iki yüz iyirmi bir nəfər.Bəs,mənim 5 nəfərimi hesaba almırsan?



Məmməd bəy:

-Hə,hə,221 nəfər.Yəni bizsiz 205 nəfər.Buradakı 262 nəfəri də hesaba alsaq,467 nəfərik.Halbuki,təzə-təzə işə başlayanda,sadəcə, mən və Qasım var idik.

İndi əsas məqdədiniz sayımızı ən azı 10 dəfə artırmaqdır. Bunun da,heç olmasa,

2-3 min nəfəri Şuşada olmalıdır.Ondan sonra artıq fəaliyyətə keçə bilərik.

***

Ağa Məhəmməd şah Qacarın İsfahan yaxınlığında qurulmuş ordugahı. Uzaqda İsfahan şəhərinin qala divarları görünür.Ağa Məhəmməd Şah Qacar,Xan-



baba,Səfərəli bəy və Abbas bəy təpəsində qollu-budaqlı ağacın bitdiyi uca bir təpə-nin başında durub şəhər istiqamətinə baxırlar.Dördü də piyadadır,atları ağaca bağ-lanmışdır.

Şah:


-Deyilənə görə,İsfahan səltənətin ən gözəl şəhəridir.Şah Abbas Səfəvinin dövründə bu şəhər Azərbaycan qızılbaşlar səltənətinin paytaxtı olub və bir vaxt azərbaycanlı memar və ustalar burada misilsiz memarlıq abidələri tikiblər. Qırx sütun sara-yını yaman tərifləyirlər.Şəhər əhalisinin də yarısı türkmüş.

Xanbaba:


-Əmi,nədən şəhərin mühasirə edilməsi barədə əmr vermirsən?

Şah:


-Ehtiyac yoxdur.Şəhəri müdafiə etmək üçün gücə sahib deyillər.Odur ki,

təslim olacaqlar.

Xanbaba:

-Heç olmazsa,Cəfər xan Zəndi diri olaraq ələ keçirərdik...

Şah:

-Cəfər xanı yaxşı tanıyıram.Tülkü kimi qorxaqdır.Əminəm ki,Əhməd xan və Tağı xanı orduları ilə birlikdə məhv etdiyimiz barədə xəbəri alan kimi dabanına



tüpürmüşdür.

***


Ibrahumxəlil xanın sarayının hərəm hissəsi.Şahnisə xanım qonaqlıq verir.

Qonaqlıqda xanın digər zövcələri-Ümmə xanın bacısı Bikə xanım və Hacı Kəri-min qızı Zübeydə xanım, Vaqifin xanımı Qızxanım,Mirzə Əliməmmədin zövcəsi Durna və Kələntər Ağası bəyin xanımı Sara Xatun iştirak edirlər. Onlar üstündə min bir nemət olan süfrənin arxasında əyləşmişlər. Maral və Gülpəri onlara qulluq edir.

Qızxanım:

-Yaxşı,indi bu qonaqlığı xanın arvadlarından hansının ayağına yazmalı-yıq?

Durna:

-Necə yəni kimin?Səni qonaqlığa kim dəvət edib?Məni şəxsən Şahnisə xa-



nım dəvət edib.

Qızxanım:

-Bax,məsələ elə bundadır da...Səni Şahnisə xanım xanım dəvət edib,məni

Bikə xanım,Sara Xatunu isə Zübeydə xanım.

Şahnisə sağında və solunda oturmuş Bikəni və Zübeydəni qucaqlayaraq:

-Hesab edin ki,qonaqlığı hər üçümüz veririk.Ay Qızxanım,sən niyə aramı-za ayrıseçkilik salmağa çalışırsan,hə,yoxsa vəzirdən boşanıb sən də xana ərə gəl-mək istəyirsən?

Hamı gülüşür.Söhbətə müdaxilə edən Sara Xatun Qızxanıma zarfatla:

-Əgər elə bir fikrin varsa,söylə,əl-ələ verib təşkil edək.

Qızxanım:

-Vallah,vəzirin bircə arvadı var,o da mənəm,bəzən həftələrlə üzünə həsrət

qalıram.Gecələr yolunu gözləməkdən gözümün kökü saralır.İndi gör daha üç rəqi-bim olsa,nə olar,ər üzünə tamam həsrət qalaram.

Gülüş davam edir.

Şahnisə:

-Vəzir gecələr haralarda gəzir,nə ilə məşğul olur,bu sizin öz işinizdir,xan isə həmişə yanımızdadır.Bizim şikayətimiz yoxdur.

Yenə hər kəs gülür.

Qızxanım:

-Gülün,gülün...Sabah- biri gün dördüncü arvad gətirəndə görəcəyəm halı-nızı.

Qadınlar gülməkdə davam edirlər.

Şahnisə:

-Bizim heç bir etirazımız yoxdur.Eşitməmisən,indi də Şahnəzər Məliyin ortancıl qızı Hürzadı almaq istəyir.Bizdən soruşdu,biz də halallıq verdik.

Gülüşlər tədricən səngiyir və qadınlar ciddi görkəm alırlar.

Durna:


-Ciddi söyləyirsən,yoxsa zarafat edirsən?

Şahnisə:


-Tam ciddi sözümdür.

Qızxanım:

-Neyləyir,görəsən o erməni axçisini?Başına müsəlman qızı qəhətdir?

Qadınlar yenə də gülüşürlər.

***

Isfahan şəhərinin taybatay açılmış qapıları.Ağa Məhəmməd şah Qacrın sü-variləri təntənə ilə şəhərə daxil olurlar.Ən başda Səfərəli bəy gedir, onun əlində Qacar dövlətinin bayrağı var.Atlılardan öncə şəhərə daxil olmuş əli nizə və qalxan-lı piyada əsgərlər şahın keçəcəyi yol boyu iki cərgə şəklində düzülmüşlər.Qapıla-rın yanında düzülmüş zurnaçı və təbilçilərdən ibarət dəstə aramsız olaraq təntənəli marş ifa edir. Nəhayət,şəhərə mühafizəçilər dəstəsinin əhatəsində Ağa Məhəmməd şah Qacar daxil olur.O, daxil olar-olmaz, əhali onu gül-cicək yağışına tutur.Və bu hal bütün yol boyu davam edir.



Ekranda hadisəni kənardan böyük kədər və qəzəblə müşhidə edən iki fars

canlanır.Onlardan biri digərinə deyir:

-Türklər öz şahlarını,gör, necə də sevinclə qarşılayırlar.İsfahanı yenidən ələ keçirdiklərini bayram edirlər.

***


İbrahimxəlil xanın sarayının hərəm hissəsində Şahnisə xanımın verdiyi zi-yafət davam edir.Qadınlar zarafatdan ciddi söhbətlərə keçmişlər.

Sara Xatun:

-Deyilənlərə görə, Molla Vəli Vidadinin Qrabağa gəlib-getməsindən son-ra xanlığımızda “dövlətpərəstlər” deyilən insanlar peyda olub. Bunlar bütün Azər-baycan xanlarının bir araya gələrək qurultay keçirməsini və İbrahimxəlil xanı pad-şah seçmələrini istəyirlər.Bu barədə bir şey eşitmisinizmi?

Qizxanım:

-Mən eşitmişəm.Dyilənə görə,başlarında da qaçaq Səfər durur.

Şahnisə:


-Səfər qaçaqlıqdan artıq əl çəkib,xan da onu bağışlayaraq qulluğa alıb.Be-

lə söz-söhbət gəzir ki,dövlətçilərdən başqa “səltənətçilər”deyilən bir dəstə də yara-

nıb və bu adamlar xacə şahı dəstəkliyirlər.Qara dənizdən Hind ümmanına qədər uzanan Azərbaycan qızılbaş səltənətinin bərpasını istəyirlər.

Durna:


-Vallah,dövlətçilər barədə mən də eşitmişəm,amma səltənətçilərin olduğu

barədə birinci dəfədir ki,eşidirəm.Hər halda, belə bir şey varsa,Mirzə Əliməmməd

ağa bilməmiş olmaz.Axşam ondan soruşaram.

Şahnisə:


-Mənə bu barədə Molla Vəli Vidadi deyib...

***


Isfahan şəhəri.Qırx sütun sarayının həyəti.Həyətin perimetri üzrə Ağa Mə-

həmməd şah Qacarın əli nizə-qalxanlı piyada əsgərləri düzülmüşlər.Şah və Xanba-ba at üstündə sarayın xarici görkəmi ilə tanış olur.Ekranda birbirinin ardınca sara-yın sütunları,divarları bəzəyən daş-oyma naxışlar,rəngbərəng kaşılar,böyük hovuz, hovuzda üzən qu quşları,ördəklər,flaminqo,qaz və qutan quşları,eləcə də digər su quşları canlanır.

Ağa Məhəmməd şah Qacar:

-Bu saray türk memarlarının dünyanın dörd-bir yanında yaratdıqları ən gö-

zəl və möhtəşəm əsərlərdən biridir.Ata-babalarımızdan minlərlə belə memarlıq abi-dəsi yadigar qalmışdır.Ən gözəl və möhtəşəm türk abidəsi isə,şübhəsiz ki,Hindista-

nın Aqra şəhərindəki Tac-Mahal sarayıdır. Dünyanın heç bir yerində ona bırabər ti- kili yoxdur.

Xanbaba:

-Deyilənlərə görə,bu şəhərdə təbrizli ustaların tikdikləri möcüzəli bir ha-mam da var ki, bir şam ilə qızır.

Şah:

-Bu axşam mütləq ora baş çəkərik...



***

Isfahandakı möcüzəli hamamın içi.Ağa Məhəmməd şah Qacarla Xanbaba

fitəyə bürünmüş halda sinə daşına uzanmışlar.Buxardan göz-gözü görmür. Kisəçi-lər hər ikisini kisələyirlər.

Şah:


-Təqribən iki yüz il öncəyə qədər biz türklər və ümumiyyətlə,müsəlmanlar hər sahədə olduğu kimi, elmlərdə də hər kəsdən üstün idik.Bu bir şamla qızdırılan

hamam da məhz həmin üstünlüyümüzün sübutudur.Fəqət sonrakı illərdə mövhu-mat və xürəfat elmləri kölgədə qoymağa başladı və ən sonda bugünkü acınacaqlı

vəziyyətə düşdük.Bu gün mədrəsələrdə uşaqlara hikmət,cəbr,həndəsə,nücum əvə-

zinə Həzrət Abbasın hər zərbədə yüz adam boyu uzanan qılıncı barədə xürafat öy-

rədilir.

Biz türklər dünya elm xəzinəsinə İbn Sina,Əl Fərabi,Əl Xorəzmi,Nəsirəd-din Tusi,Uluq bəy,Əli Quşçu,Hezarfənn Əhməd Çələbi,Kaşğarlı Mahmud,Təbriz-

li Xətib,Urmiyalı Səfiəddin,Marağalı Əbdülqdir,Sadiqi bəy Əfşar,Memar Sinan ki-

mi elm və sənət dahiləri bəxş etmişik.Amma bu gün onların yerini cahil və nadan

mollalar,axundlar,seyyidlər tutub.Millət göz görə-görə zülmətə,məzhəbçilik,təri-qətçilik bataqlığına sürüklənir.Biz isə bu cür məsələləri yoluna qoymaq əvəzinə qı-lınc çalmaq məcburiyyətindəyik.Çünki ilk növbədə səltənəti parçalayan dərəbəyli-yə son qoymalıyıq...

Kisəçilər kisələməyə ara verərək şahla qardaşı oğlunun üstünə bir vedrə su

tökürlər.Qacar və Xanbaba uzanmış vəziyyətdən oturmuş vəziyyətə keçirlər.Bu də-fə onların başına böyük iki topu xatırladan sabun köpüyü qoyulur və bədənləri sa-bunlanılır.Ardınca isə hər ikisinin başına bir vedrə su tökürlər.

***


Erməni üslubunda bərpa edilmiş alban kilsəsi.Ohan keşiş kilsədə təkdir.Bir

əlində şərab qabı,digərində isə bardaq var.Üz-gözündən və hərəkətlərindən sərxoş

olduğu anlaşılır.O,Həzrət İsanın ikonasına yaxınlaşaraq onun qarşısında durur və

deyir:


-Mən sənin nə qüdrətinə, nə də özünə heç vaxt inanmamışam və bu gün də inanmıram.Amma hər kəsin,o cümlədən hər iki balamın məndən üz döndərdiyi bir

vaxtda səndən başqa üz tutacağım bir kimsə yoxdur.Ona görə də ürəyimi istər-istə-məz,sənə açmağa məcburam.Tək qalmağım bəs deyil,oğlum məni öldürməyə qalx-

dı,amma özünün başı kəsildi,nizəyə taxıldı və küçə-küçə gəzdirildi.Qızımsa düş-mənə ərə gedərək,onun dinini qəbul etdi.Gözümün içinə baxa-baxa məndən imtina etdi,sanki atası mən deyilmişəm,bir məlun türkmüş.Ömrümü onlara həsr edib,iki küp qızıl yığdım,bunun üçün neçə-neçə evlər yıxdım,indisə məlum olur ki,hamısı əbəsmiş.Nə isə dünya köpəkoğlu dünyadır.Odur ki,mənə içib dərdimi unutmağa çalışmaqdan başqa bir yol qalmayıb.Birlikdə içməyə isə səndən başqa adam yox-

dur...


Bu dəm içəri Mirzə Əliməmməd girir.Onun gəlişindən xəbəri olmayan ke-

şiş əlindəki qabdan bardağa bir qədər şərab süzüb, onu Həzrət İsanın təsvirinin alın hissəsinə toxunduraraq,sözünə davam edir:

-...Sənin sağlığına!

Keşiş bu sözlərdən sonra bardağı başına çəkir.Xəfiyyəbaşı özünü saxlaya bilməyib ucadan gülür və üzünü ona tərəf çevirən Ohana deyir:

-Mən həyatım boyu çox lotuya rast gəlmişəm,amma sənin kimi öz Tanrısı ilə şərab içən lotunu birinci dəfədir ki,görürəm. Qulaq as,xan səni artıq bağışlayıb,

sabah günorta çox mühüm bir iş üçün səni nahara dəvət edir.

Keşişi,sanki,ildırım vurur,gözlərinə işıq gəlir,sərxoşluğundan da əsər-əla-mət qalmır:

-Xeyirdir,ay Mirzə?

Mirzə Əliməmməd “Gələrsən,görərsən!”-deyib cıxıb gedir.Ohan bardağa

bir qədər də şərab süzüb başına çəkir.

***

İsfahan şəhəri.Qırx sütun sarayı.Ağa Məhəmməd şah Qacar Taxtda əylə-şib,tar və kamançanın müşayiəti ilə muğamat oxuyan və əlində dəf olan xanəndəni dinləyir.Tarzən tarı dizləri üstündə çalır.Şahın yanında Xanbaba oturub.O da xa-nəndənyə qulaq asır.



Xanəndə:

“Hasilim yox şeri-quyunda bəladan qeyri,

Qərəzim yox rəhi-eşqində fənadan qeyri.

Neyi-bəzmi-qəməm ey-ah nə bulsan,yelə ver,

Oda yanmış quru cismində havadan qeyri.

Pərdə çək çöhrəmə hicrangünü,ey qanlu sirişk,

Ki gözüm görməyə məxliqdən qeyri.

Yetdi bikəsliyim ol qayətə kimçevrəmdə

Kimsə yox cizginə girdabi-bəladan qeyri.”
Xanəndə çıxışını bitirər-bitirməz,içəri Abbas bəy daxil olaraq deyir:

-Şahım,Tehrandan,Allahverdioğlundan məktub gəlib.

Abbas bəy məktubu şaha uzadır.Şah isə gözünün işarəsi ilə onu Xanbaba-ya verməsini əmr edir.Xanbaba məktubu alıb xanəndə və musiqiçilərə:

-Siz azadsız,gedə bilərsiniz.

Xanəndə və musiqiçilər məkanı tərk edirlər.Xanbaba oxumağa başlayır:

-Bismillahirrəhmanirrəhim!

Şahlar şahı Ağa Məhəmməd şah Qacarın hüzurlarına Tehran valisi Allah-

verdi oğlu Məcnun Pazuki tərəfindən ərz edilir.

Əssəlamu əleyküm!Ali hüzurlarınıza ərz edirəm ki,Nadir şahın uzaq qo-

humlarından Xəmsə əmiri Əli xan Əfşar özünü şah elan edərək,qoşun toplamaqda,

Qəzvin və Tehranı işğal etmək üçün hazırlıq görməkdədir.Özünüzü təcili yetirmə-səniz,adı cəkilən şəhərlər əldən cıxa bilər.

Əssəlamu əleyküm və rəhmətullahi və bərəkətu!

Ağa Məhəmməd şah Qacar qəzəbindən titrəməyə başlayır:

-Buyur,Farsa yürüşə cıxıb,Zəndilərin kökünü tam kəsmək ərəfəsində ol-duğumuz bir vaxtda sapı özümüzdən olan baltalar yenə də başımıza oyun açırlar.O

biri yandan da Nadirin nəvəsi Şahrux xan Xorasanın şərqini əlində saxlamaqda və özünü şah kimi qələmə verməkdədir.Tutaq ki,bu adamları müəyyən qədər anlamaq

olar,Əfşar elinin Azərbaycan səltənətinə böyük xidmətləri olmuşdur və tərəfdarları

da az deyil.Amma kürd tayfa rəislərindən birinin özünü Kürdüstanın şahı, əlindəki

torpaqları isə müstəqil dövlət elan etməsi heç bir məntiqə və dərrakəyə sığmır. Onun nəyə və kimə arxalandığını heç cür anlaya bilmirəm.Ən dəhşətlisi budur ki, bütün tarixləri boyu onun-bunun qulu,nökəri olmuş ermənilər də uruslara arxalana-raq ayrıca bir erməni xanlığı qurmaq xülyasına düşmüşlər.İrakli xanın da Tiflisi və ətraf bölgələri gürcü dövləti elan etmək istədiyi haqqında məlumatlar var.

Belə bir şəraitdə Azərbaycandakı xanların cılız hisslərə qapılaraq Vətənin, səltənətin taleyini düşünməməsi,uruslara qrşı birləşmək əvəzinə,hakimiyyət davası aparması adamın ürəyini parçalayır.( Üzünü Abbas bəyə tutur).Hazırlaşın, sabah Tehrana doğru hərəkət edəcəyik.(Üzünü Xanbabaya tutur.)Sənin də artıq rəsmən

vəliəhd elan edilmək vaxtın çatdı.Tehrana dönər-dönməz,səni naübüssəltənəlikdən

vəliəhdliyə yüksəldəcəyəm.

***


Ibrahimxəlil xanın sarayının baxçası.Xanla Ohan keşiş bağçada gəzişirlər.

Keşiş:


-Qarşınızda o qədər günahkar və xəcalətliyəm ki,deməyə bir söz belə tapa bilmirəm.

Xan:


-Heç bir əlavə sözə ehtiyac yoxdur.Hər şey sözsüz də məlumdur.İnsan bə-zən fikirlərini hiss və duyğuları ilə daha yaxşı ifadə edir və bu halda sözə heç bir ehtiyac qalmır.Bir də,axı,mən səni çoxdan bağışlamışam.Bağışlamasa idim, indi dostunun,-Xanməmmədi deyirəm,- yanında olardın.Yusif Əmin və Məlik-Yeqano-vu məhv etməyə yardımçı olmaqla günahlarını çoxdan və artıqlaması ilə yumusan.

Odur ki,narahat olmaya bilərsən.

Keşişin gözləri dolur və o,titrək bir səslə deyir:

-Çox sağ olun,xan!Allah Sizdən razı olsun,kölgənizi başımızdan əskik etməsin!Bilsəydiniz,bir vaxt sərsəm erməni dövləti xülyasına qapandığım üçün necə peşimanam,utandığımdan girməyə siçan deşiyi axtarıram.Ermənilər üçün Si-

zin kimi bir xanın təəbəsi olmaq böyük xoşbəxtlik və sonsuz şərəfdir.

Müsahiblər gəzə-gəzə və söhbət edə-edə bağçadakı çardaqda qurulmuş iki nəfərlik süfrəyə yaxınlaşırlar.Süfrə başında yer tutan İbrahimxəlil xan əli ilə keşişə yer göstərir və keşiş onun göstərdiyi yerdə,yəni xanla üzbəüz əyləşir.Süfrə-də hər cür yemək,naz- nemət və meyvə vardır.Xan erməniyə “ Buyur!”-deyib, bir salxım üzüm götürür,salxımdan bir-iki gilə qoparıb ağzına qoyur.Keşiş də eyni şe-yi təkrar edir.Xan onun düz gözlərinin içinə baxaraq deyir:

-Ohan,səni nahara dəvət etməkdə məqsədim sənə çox vacib bir iş tapşır-maqdır.Uzun sözün qısası,istəyirəm səni vəzir və Ağası bəylə birlikdə Şahnəzər Məlikgilə elçi göndərim.Şahnəzər Məliyin ortancıl qızı Hürzada gözüm düşüb,is-təyirəm onu özümə arvad edim.

Keşiş:


-Bəh-bəh-bəh!Allah mübarək etsin!Mənim bu qara gözlərim üstə!

***


Çiləbörd kəndinin kənarları.Yaşıl meşəli bulaq başı.Yerdən qaynayan bulaq dərədən axan çaya tərəf yol alır.Çayın kənarında Çiləbördün qıraq evlərinin damları görünür.Çiləbörd məliyi Hətəmlə ona qonaq gəlmiş Gülüstan məliyi Usub

bulaq başımda süfrə arxasında əyləşmişlər.Süfrədə bütöv şəkildə qızardılmış do-nuz, tərəvəz,pendir və şərab var.Hətəm Məlik əlindəki badəni yuxarı qaldıraraq

sağlıq deyir:

-Bir vaxt var idi,Dərbənddən Araz çayına qədər olan torpaqlarda,o cümlə-dən gözəl Qarabağ torpaqlarında bizim öz Alban Xaqanlığımız var idi,xalqımız kil-sələrə gedər,Rəbbimiz İsa Məsihə ibadət edər,uşaqlarımız qıpçaq-qarqar dilində İn-

cil oxuyardı.İndi hanı o gözəl günlər,hanı Aruz xanın dövrü ki,rumlar üç dəfə yeni-

lib bu torpaqlardan qovulmuşdu.Hanı Avçı xanın dövrü ki,hər tərəfdə kilsələr və məktəblər tikilmişdi,alimlər qıpçaq-qarqar dilində cild-cild kitablar yazırdı.Hanı Cavanşirin dövrü ki, torpaqlarımızı və dinimizi kafir ərəb,fars və xəzərlərdən qoru-

ya bilmişdik.İndi bunların heç biri yoxdur.Kafir müsəlmanlar hər şeyi məhv etdi- lər.Tanrı onlara lənət etsin!Nə isə,Usub Məlik,sən bizim Çiləbördə xoş gəlmisən.

Bu badəni sənin və ailənin sağlığına qaldırıram.

Usub Məlik:

-Sağ ol,ay Hətəm Məlik,sənin və ailənin sağlığına!

Məliklər badələri başlarına çəkib,üstündən bir tikə çörək,pendir və gö-yərti yeyirlər.Hətəm Məlik donuzu parçalayaraq bir böyük tikə qonağının bir bö-

yük tikə də öz qabağına qoyur və deyir:

-Əgər oğuzlar ərəblərin murdar dinin qəbul edib Alban Xaqanlığına xəya-

nət etməsə idilər,bəlkə də vəziyyət başqa cür olardı.Onlar da bizim kimi türkdürlər,

amma minillərdir, bu torpaqlarda birgə yaşamağımıza baxmayaraq,bizə həmişə yu-

xarıdan aşağıya baxıblar,bizimlə düşmənçilik ediblər.Onların “Dədə Qorqud”kitab-larında bizdən düşmən kimi söz açılır.

Usub Məlik badələrə şərab süzə-süzə:

-Elə oğuzlar arasında islamı yayan,onları kafir edən də həmin bu Dədə Qorqud olub da.Şəxsən mən müsəlman oğuzlara qarşı vuruşmuş Qıpçaq Məliyin soyundan olduğum üçün fəxr edirəm.

Hətəm Məlik badəsini qaldıraraq:

-Gəl bu badəni də sənin ulu baban Qıpçaq Məliyin sağlığına vuraq.

Usub Məlik də badəsini qaldırıb həmsöhbətinin badəsi ilə toqquşdurur:

-Bütün qıpçaq-qarqar elinin,bütün İsa ümmətinin sağlığına

***

Ağa Məhəmməd şah Qacarın Tehrandakı sarayı.Şah,Xanbaba və Allah-verdioğlu pilləkənlərlə sarayın ikinci mərtəbəsinə qalxırlar.İki pilləkanın birləşdiyi



keçid sahəyə çatdıqda şah ayaq saxlayaraq, üzünü Xanbabaya tutub, sağ ayağını iki dəfə yerə vurur və deyir:

-Bax,qardaş oğlu,düşmənim Kərim xan Zəndin başsız bədənini buraya gömmüşəm.Hər dəfə onun iyrənc cəsədinin üstündən o yan-bu yana gedəndə ürə-yimdən,sanki, tikan çıxır.O murdar insan bizim soyumuzu tükətməyi özünə məq-səd seçmişdi.Bu üzdən də babanı və atanı öldürtdürdü,məni isə xacə etdi.Elə bu sə-bəbdən də sənə vəsiyyət etmişəm və yenə də dönə-dönə vəsiyyət edirəm ki,sənin ən azı yüz övladın omalıdır.Bunu etməsən,nə baban,nə də atan məzarda rahat yata bilməyəcəkdir.Sən soyumuzu artırmalı,Qacar elinin şöhrətini dünyaya yaymalısan.

Və heç vaxt unutma ki,Qacarlar uca türk millətinin ən şərəfli soylarındandır.

Ağa Məhəmməd şah sözünü bitirib pillələrlə yuxarı qalxmağa başlayır.O

birilər də onu təqib edirlər.

***


Sarayın kitabxanası.Hər tərəf kitab dolu rəflərdir.Şah,Xanbaba və Allah-verdioğlu kitabxanaya daxil olurlar.Burada onları kitabxananın rəisi Mirzə Səttar qarşılayır.O,alçaq boylu,qozbel,ağ saçlı və uzun saqqllı adamdır.Mirzə Səttar şaha təzim edir.Ağa Məhəmməd şah əlini onun çiyninə qoyur:

-Hə,Mirzə Səttar,mən Tehranda olmadığım bu neçə ayda nə kimi yenilik-lərə nail ola bilmisən?

Mirzə Səttar gülümsəyərək:

-Qibleyi-aləm,sağ olsun Tehran valisi,yeni kitablar almaq üçün nə qədər

pul-para istədimsə,artıqlaması ilə verdi və mən də siz olmayan müddətdə daha min üç yüz əlli kitab aldım.Bunlardan dörd yüz əlli altısının qiyməti yoxdur.Çingiz xa-nın sinədən demiş olduğu bir neçə şerin qeyd olunduğu cox qiymətli bir kitab da əldə etmişəm.Kitab özü ərəb dilindədir,şerlər isə Çingiz xanın ana dilində,yəni cı-ğatay türkcəsindədir.Bu türkcəni Kaşğarlı Mahmud xaqaniyyə türkcəsi adlandırırdı

və bu dil min illər ərzində Türk xaqanlarının saraylarında,o cümlədən Hülakülərin

dövründə Təbrizdə rəsmi saray və dövlət dili olmuşdur.Bizim türkcədən fərqlənir.

Şah:


-Bunları bilirəm.Sənə bir də Alp Ər Tonqa,yəni Turan xaqnı Əfrasiyab barədə bütün mövcud məlumatları bir araya gətirməyi tapşırmışdım...

Mirzə Səttar:

-Bu əmrinizi də bacardığım qədər yerinə yetirmişəm.Əla qədim kitablar

tapmışam...

Şah:

-Afərin sənə! Çingiz xanın şerlərini gətirərsən divana,orada birlikdə gözdən keçirərik.



Bu sözlərdən sonra şah kitabxananı tərk edir.Xanbaba və Allahverdioğ-lu da onun ardınca çıxırlar.

***


Hətəm Məliklə Usub Məlik bulaq başında yeyib içirlər.Hətəm Məlik badələrə şərab süzə-süzə deyir:

-Yavaş-yavaş dilimiz unudulur.Artıq cavanlarımız qıpçaq-qarqar dilini bilmir.Hamı erməni dilində danışır.Bir azdan kitablarımızı oxumağı bacaran adam tapa bilməyəcəyik.Ona görə də,dostum,qərara gəlmişəm onları erməni dilinə tərcü-mə etdirim ki,gələcək nəsillərimiz öz tarixlərini unutmasınlar.İki çox savadlı gənc tapmışam,Tuğdan bir nəfər də erməni dəvət etmişəm,Kağankatlı Musanın “Alban tarixi”kitabını onlara tərcümə etdirirəm.

Usub Məlik:

-Bəh-bəh-bəh!Bu çox qədim kitabdır və deyilənə görə, cəmi iki nüsxəsi

qalıb.Sən onu haradan tapdın?

Hətəm Məlik:

-Axtaran tapar.Buradan evə gedəndə səni o gənclərlə və erməni ilə tanış

edərəm.Kitabı da öz gözlərinlə görmüş olarsan.

***

Ağa Məhəmməd şah Qacarın Tehrandakı sarayı. Şah taxtda əyləşib. Ya-nında Xanbaba, qarşısında isə Allahverdioğlu, Abbas bəy, Səfərəli bəy və Mirzə Səttar oturmuşlar.Şah əlini Xanbabanın çiyninə qoyur və deyir:



-Bu gün gündəlikdə duran birinci məsələ naibüssəltənə Xanbaba Hü-seynqulu oğlu Qacarın səltənətin vəliəhdi elan edilməsi ilə bağlıdır.Bu barədə çox düşündüm və qərarımı verdim.(Üzünü Mirzə Səttara tutur) Sən,Mirzə, müşavirə-dən sonra fərman yazarsan,gətirərsən imzalayaram.Sonra da verərik carçıya,o da hər tərəfə və hər kəsə car çəkər.Məncə,məsələ ilə bağlı Tehranda təmtəraqlı bir

mərasim keçirməyə ehtiyac yoxdur.Vaxtımızı və pulumuzu mənasız və heç kəsə lazım olmayan mərasimlərə xərcləmyək.

Keçək ikinci məsələyə... Məlumunuz olduğu kimi, Xəmsə əmiri Əli xan

Əfşar şahlıq iddiasına düşüb,qoşun toplayıb üstümüzə gəlir.Artıq Zəncan istiqamə-tində hərəkətə keçdiyi məlumdur.Amma qüvvəsi çox azdır.Fikri bu qüvvə ilə Zən-canı ələ keçirmək,oradan da əsgər və pul toplayıb Qəzvinə hücum etməkdir.Onun

qarşısını necə itkisiz almağın yolunu bilirəm və bu məsələni sonra təklikdə Abbas və Səfərəli bəylərlə müzakirə edəcəyəm...

Üçüncü məsələ Tehrana yeni su arxının çəkilməsi ilə bağlıdır.İsfahana yola çıxarkən Allahverdioğluna Qumdan xəbər yollamışdım ki,mən gələnə qədər

layihə hazırlatsın,mühəndis və ustalar dəvət etsin.Gələsi olmasam mənsiz işə baş-

lasın.Artıq Təbrizdən gəlmiş ustalar layihə hazırlayıblar və bu barədə danışmaq üçün sözü Tehran valisinə verirəm.(Üzünü Allahverdioğluna tutur.)Buyur,lələ,söz

sənindir.

Allahverdioğlu ayağa qalxır:

-Şahım,haqqında bəhs edilən layihə ətrafdakı qarlı zirvələrin və bulaqla-rın suyunun kiçik arxlar və qənovlar vasitəsilə ümumi bir anbara yığılmasını və oradan gil borularla şəhərə istiqamətləndirilməsini nəzərdə tutur.Günü sabahdan işə başlasaq, işi üç-dörd aya tamamlamaq olar.Bunun üçün Təbrizdən və Şirvandan

mühəndis və ustalar dəvət etmişik.Min işçi ilə müqavilə bağlamışıq.Hesabdarlar

təqribi məsrəfləri hesablayıblar və xəzinədən lazım olan qədər vəsait ayrılıb.

Ağa Məhəmməd şah Qacar:

-Otur!Günü sabahdan işə başlayaq.Bütün əyan-əşrəfə və dövlət məmurla-rına da xəbər verin,hər kəs sabah əyninə köhnə pal-paltar geyib,əlinə bel-külüng götürüb inşaat meydanına çıxsın.Bəsdir,harınladılar.Mən özüm də səltənətin vəli-əhdi ilə birlikdə sabah tikinti meydanında olacağam.Təəbələrimlə birlikdə külüng

çalacaq,yer qazıyacağam.(Üzünü Mirzə Səttara tutaraq) Mirzə,dediyin kitabı gətir-dinmi,adı nə idi onun?

Mirzə Səttar ayağa qalxaraq əlindəki kitabı şaha uzadır və deyir:

-Şəcərət əl-Ətrak.

Ağa Məhəmməd şah Qacar kitabı alaraq:

-Şəcərət əl-Ətrak,yəni Türklərin şəcərəsi...

Şah kitabı vərəqləyir və soruşur:

-Bəs,bunun müəllifi kimdir?

Mirzə Səttar:

-Vallah,kitab çox qədimi olduğundan birinci və son səhifələri yoxdur,bu üzdən də müəllifinin adını öyrənə bilmədim.

Şah:

-Yaxşı sən gedə bilərsən.Get və dediyim fərmanı yaz və gətir.



Mirzə Səttar şaha təzim edib gedir,şahsa kitabı vərəqləməkdə davam edir və bir yerdə duraraq,ürəyində oxuyur,sonra isə deyir:

-Çingiz xan sərkərdə və hökmdar olduğu kimi,sən demə,həm də böyük şair imiş.

Tenqiz baştın bulqansa tondurur oğlum Cuçidur,

Terek tubtin çıqılsa turquzur oğlum Cuçidur.

Ağa Məhəmməd şah Qacar üzünü içəridəkilərə tutaraq soruşur:

-Hansınız bir şey anladınız?

Abbas bəy:

-“Bulqansa”,yəni bulansa, “tenqiz”,yəni dəniz, “turquzur”,yəni durquzur, qaldırır...Cuçi də Çingiz xanın ən sevimli oğlunun adıdır.Mən ancaq bu qədərini başa düşdüm.

Səfərəli bəy:

-Mən də elə bir o qədər başa düşdüm.

Şah üzünü Xanbabaya tutur,o isə deyir:

-Mənsə hamısını başa düşdüm.Özbəklərin içində bir müddət yaşadığım-dan bir çətinlik çəkmədim.Deyir ki,əgər dəniz bulansa,onu oğlum Cuçi duruldar,

qollu-budaqlı ağac kökündən çıxsa,onu oğlum Cuçi yerinə əkər.

Şah:


-Afərin!(Kitabı bir kənara qoyur.)İndisə keçək əsas məsaləyə,yəni Əli xan Əfşarın məsələsinə.Bu məsələni sadəcə Abbas və Səfərəli bəylərlə müzakirə etmək

istəyirəm.

Allahverdioğlu və Xanbaba ayağa qalxaraq şaha təzim edirlər və gedirlər.

***


Hər tərəfi qədim kitablarla dolu olan bir otaq.Otağın ortasına sərilmiş xal-

çanım üstündə iki gənc alban-Sonqur və Ərtoğrul,eləcədə Samvel adlı yaşlı erməni

əyləşmişlər.Sonqur dizləri üstə Musa Kağankatlının “Alban tarixi” kitabını açıq vəziyyətdə tutmuşdur.Kitab o qədər köhnədir ki,az qalır vərəqləri tökülsün.Ərtoğ-rul onun yanında əyləşib. Onlarla üzbəüz oturmuş Samvelin əlində kağız və qələm,

sol tərəfində bir topa yazılı,bir topa da ağ kağız,sağında isə mürəkkəbqabı var.

Ərtoğrul:

-Bəzi ifadələri bir daha dəqiqləşdirməyə ehtiyac var.elə etməliyik ki,səhfə

yol verməyək.Bax, birincisi Mesrop Maştosa kömək üçün Zəngəzurdan kömək

üçün gəlmiş türkmən Bünyamindən danışılan hissədə aydın olmayan iki məsələ

var. “Zəngəzur”adını olduğu kimi saxlamalıyıq,yoxsa “Sünik” yazmalıyıq.“Türk-

mən ifadəsini də olduğu kimi saxlayaq,yoxsa nə edək?

Samvel:

-Madam ki,kitabı erməni dilinə çeviririk,bütün adları da ermənicə yazma-

lıyıq.Məncə,Zəngəzur yox,Sünik yazmalıyıq.Erməni dilində oğuzlara və türkmən-lərə “tarkman”deyilir və hər kəs də söhbətin kimlərdən getdiyini bilir də...Onun üçün tarkman yazmaq lazımdır.

Ərtoğrul Sonqurdan soruşur:

-Sonqur, sən necə düşünürsən?

Sonqur:


-Əşşi,nə fərqi var e...İstəyirsiz Zəngəzur yazın,ya da Sünik yazın.Tarkman da elə türkməndir də.Ay Ərtoğrul,sən də lap qəribə adamsan e...

Ərtoğrul:

-Yaxşı da,siz deyən olsun.Necə məsləhətdirsə,elə də yazın.Yaz,Samvel da-

yı,yaz!


Samvel yazmağa başlayır.

Ərtoğrul:

-Amma “ Qarqarların boğaz səsləri ilə zəngin ağ xəzər dili”ifadəsini müt-

ləq Hətəm Məliklə məsləhətləşməliyik.

Sonqur:

-Qardaş,gəl sən işi uzatma,bizə lazımdır ki,işi tez qurtarıb,pulumuzu alaq və rədd olaq xarabamıza da!

Samvel:

-Vallah,doğru söyləyir.Kimə lazımdır bu kitab?!

Ərtoğrul:

-Mənim xalqıma lazımdır.Bu,bizim tariximizdir.

Bu dəm içəri Hətəm Məliklə Usub Məlik daxil olurlar.Hər kəs ayağa qalxır.

***


Hündür bir dağ yamacı.Bütün yamac boyu yuxarıdan aşağı düzülmüş yüz-lərlə insan əllərində külüng və bel kanal qazıyırlar.Kanalın qazıldığı yerdən bir qə-dər aralı,bütün kanal boyu,ona paralel şəkildə gil borular düzülmüşdür.Fəhlələr bo-ru düzülməmiş yerlərə yeni borular daşıyaraq,düzməklə məşğuldurlar.Əlində tikin-tinin ayrı-ayrı sahələrinin planlarını tutmuş mühəndislər fəhlələrə yaxınlaşaraq,on-lara göstərişlər verirlər.Fəhlələrə ruh vermək və bayram əhval ruhiyyəsi yaratmaq üçün bir qədər kənarda saz,zurna,balaban və nağarada çalan musiqiçilər qrupu oy-naq bir hava çalır.Musiqinin səsindən mühəndis və fəhlələrin səsləri ekrandan eşi-dilmir.

***


Ağa Məhəmməd şah Qacar və Xanbaba nimdaş paltarda eyni geyimli əyan

-əşrəflə birlikdə belə qədər qazılmış arxın içində külüng vururlar.Musiqi səsi bir qədər uzaqdan və bir qədər zəif eşidilir.Bu səbəbdən də şahla vəliəhdin danışığı eşidilir.Şah deyir:

-İnşallah,şəhərin su məsələsini bitirdikdən sonra bir vaxtlar Qazan xan Hü-lakü Təbrizdə darülfünün və darüşşəfa tikdirdiyi kimi, mən də eyni şeyi Tehranda edəcəyəm.Arzum səltənətin bütün şəhərlərində darülfünun, darüşşəfa, rəsədxana, çoxlu mədrəsə,körpü,hamam və karvansaray tikdirməkdir.Böyük-böyük kitabxana-lar qurduracağam.

Xanbaba:


-İnşallah.Amma öncə gərək dərəbəyliyə son qoyaq.Böyük-böyük karxana-lar,tərsanələr,limanlar da tikmək lazımdır.

***


“Alban tarixi”kitabının tərcümə edildiyi kitablarla dolu otaq.Otaqda Hə-təm Məlik,Usub Məlik,Sonqur,Ərtoğrul və Samvel dairə şəklində əyləşib qəhvə içirlər.Hətəm Məlik Ərtoğrula deyir:

-Olduğu kimi tərcümə etmək lazımdır.“ağ xəzər dili”yazılıbsa,siz də elə-

cə yazın.

Samvel:


-Amma erməni tarix kitablarında ağ xəzərlər “akxazur”adlandırılır.

Hətəm Məlik:

-Deməli,siz də “akxazur”yazın.Bizim dilimiz Dərbənddən şimalda yaşa-yan qıpçaq - xəzərlərlə eyni olduğundan keçmişdə bizi fərqləndirmək üçün bizə

“ağ xəzər”,onlara isə “qara xəzər”deyirdilər.

Usub Məlik üzünü Hətəm Məlikə tutaraq:

-Bütün bunları haradan bilirsən?

Hətəm Məlik:

-Bütün ömrümü kitab oxumaqla keçirmişəm.(Kitablara işarə edir.)Bun-

ların hamısı alban kitablarıdır,hamısı qıpçaq-qarqar dilindədir və hamısını da bir-

cə-bircə oxumuşam.

Samvel:

-Afərin sizə.İndi bunların hamısını tərcümə etdirmək istəyirsiniz?

Hətəm Məlik:

-Ömür vəfa etsə,hə!Mən milli tariximizə və mədəniyyətimizə çox bağlı adamam.(Üzünü Ərtoğrula tutur.)Sənin qopuzun hanı?

Ərtoğrul “buradadır”-deyib ayağa qalxır və otaqdan çıxır.

Hətəm Məlik sözünə davam edir:

-Bu Ərtoğrul çox qabiliyyətli gəncdir.Bizim qarqar havalarımızı gözəl ifa

edir.


Ərtoğrul əlində qopuz içəri daxil olur.Hətəm Məlik gözləri ilə ona çalma-

sını işarə edir.Ərtoğrul da qıpçaq(qazax-qırğız)havası ifa etməyə başlayır.Çaldıqca

Hətəm və Usub məliklər gözlərini yumub ləzzət alırlar.Eyni halı Ərtoğrul da keçi-

rir.Samvel onları istehza ilə süzür.Sonqur isə başını aşağa salır.

Musiqinin yarı hissəsində içəri nökər girir və musiqinin bitməsini gözləyir.

İfa bitdikdən sonra gözlərini açan Hətəm Məlik nökəri görür və soruşur:

-Hə,Vazgen,de görüm,nə olub?

Nökər:


-Şuşadan İbrahimxəlil xanın vəziri,tanımadığım bir ağa və Ohan keşiş gə-

liblər,sizi görmək istəyirlər.

Hətəm Məliklə Usub Məlik təəccüblə bir-birinə baxırlar və cəld ayağa qal-

xırlar.


***

Ətrafı uca təpəliklər olan dar və uzun bir düzənlik. Təpələrdə Abbas bəyin başçılıq etdiyi tüfəngli əsgərlər və topçular mövqe tutmuşlar.Məqsəd Əli xan Əfşa-rı ordusuilə birlikdə tuzağa salmaqdır.Uzaqda toz duman qopararaq sürətlə çapan və tuzaq yerinə doğru yaxınlaşan yüzə qədər atlı görünür

***

Atlıların ön cərgələri.Süvarilərin hamısının çiynindən tüfəng,bellərindən isə qılınc asılmışdır.Ən öndə Səfərəli bəy çapır.



***

Atlıların quş uçuşu məsafəsindən görüntüsü.Onların arxasınca toz dumanı uzanır.Təqribən yüz nəfərlik olan bu dəstəni sayca ondan təqribən üç dəfə böyük

olan ikinci bir dəstə təqib edir.Bu dəstənin də ardınca toz dumanı uzanmaqdadır.

***


İkinci süvari dəstəsinin ön cərgələri.Ən öndə Əli xan Əfşar və oğlu Toğrul bəy çapırlar.Onlar əllərindəki qılınclarını başları üstündə yelləyirlər.Üzlərindən və

hərəkətlərindən qələbəyə əminlik oxunur.

***

İkinci dəstə birincini təqib edərək,hündür təpələrlə əhatələnmiş uzun və dar düzənlik sahəyə daxil olur.Bu an birinci dəstə atları geri döndərərək,çiyinlərindən çıxardıqları tüfəngləri öz təqibçilərinə tərəf tuşlayır.Bu hal ikincilərin atlarını əylə-mələrinə səbəb olur.



***

Çaşqın vəziyyətə düşən Əli xan Əfşar geriyə boylanıb gəldikləri yolda üçüncü bir atlı dəstəsinin onların geri dönmə yolunu kəsməkdə olduğunu görür.Bu dəfə o,təpələrə tərəf boylanır, onlara tərəf tuşlanmış tüfəng və topları görüb,oğlu Toğrul bəyə tərəf dönür:

-Tuzağa düşdük.Müqavimət göstərməyin heç bir mənası yoxdur.Yeganə çı-

xış yolu əsgərləri qırğına vermədən təslim olmaqdır.(Üzünü əsgərlərinə tutur.) Heç kəs yerindən tərpənməsin! Toğrul,oğlum,ardımca gəl.

Əli xan Əfşar və Toğrul bəy atlarını Səfərəli bəyin süvarilərinə tərəf sürmə-

yə başlayırlar.

***

Hətəm Məliyin evinin qonaq otağı.Otaq boşdur.Kadr arxasından Hətəm Məliyin səsi eşidilir:



-Xoş gəlmisiniz,buyurun içəri.

Otağa bir-birinin ardınca Vaqif,Kələntər Ağası bəy,Ohan keşiş,Usub Məlik

və Hətəm Məlik daxil olurlar.

Hətəm Məlik xalçanın üstünə döşənmiş döşəkçələrə işarə edərək deyir:

-Buyurun,əyləşin!Xoş gəlmisiniz,səfa gətirmisiniz! Həmişə siz gələsiniz.

Hər kəs oturur.Nökərlər dərhal qonaqların qabağına tüstülənən sulu qəl-yanlar qoyurlar.

Vaqif:

-Hətəm Məlik,elə yaxşı oldu ki,Usub Məlik də buradadır.Səninlə etməli olduğumuz söhbəti onunla da edərik.Vaxtımız az olduğundan birbaşa əsas məsələ-yə keçmək istəyirəm və ümid edirəm ki,bunu bizə böyük qüsur görməzsiniz.



Hətəm Məlik:

-Allah eləməsin!O nə sözdür,buyurun.

Vaqif:

-Xan bizi Şahnəzər Məlikgilə gedib onun ortancıl qızını istəməyə məmur



edib və bura gəlməkdə məqsədimiz sənin də və əgər vaxtı olarsa,Usub Məliyin də

bizimlə getməyinizi rica etməkdir.

Hətəm Məlik:

-Allah mübarək etsin!Əlbəttə ki,gedərik.(Usub Məliyə baxır.)

Usub Məlik:

-Əlbəttə,əlbəttə!Çox mübarəkdir.Nə zaman yola çıxmağı düçünürsünüz?

Vaqif:

-Əgər müsaiddirsə,elə bu dəqiqə.



Hətəm Məlik:

-Yol gəlmisiniz,çörək yeməyəcəksinizmi?

Kələntər Ağası bəy:

-Vaxtımız yoxdur.İnşallah geri dömərkən sənin də çörəyindən bir tikə kə-sərik.İndi isə yolçu yolda gərək.

Vaqif:

-Yallah!


Hamı ayağa qalxır.

***


Tehran şəhərinin məhəllələrindən biri. Kub şəkilli böyük bir daşın orta-sından böyük təzyiqlə bol su çıxaraq, küçə boyu qazılmış və içinin divarları çay daşları ilə hörülmüş kəhrizlərlə şırhaşır axır.Bu halı seyr etmək və bu münasibətlə

təşkil edilən şənliklərdə iştirak etmək üçün xalq kütlələr halında bu küçəyə axışır.

Hər kəsin üzündən sevinc hissi yağır.Su mənbəyinin yaxınlığında durmuş zurnaçı,

balabançı və təbilçi oynaq bir hava ifa edirlər.Sakinlərin bir qismi musiqi sədaları

altında yallı gedirlər.Kiçik oğlan uşaqları növbə ilə axan suyun altına girib-çıxırlar.

Bir qədər kənarda kəndirbaz kəndirdə gəzir.başqa bir tərəfdə isə bir nəfər dörd-beş yanar məşəli atıb-tutur.

Ekranda kənardan durub bütün bunları seyr edən iki fars canlanır.Onlar-dan biri digərinə deyir:

-Türklər yenə bayram edirlər.

O biri fars ona cavab verir:

-Düz də edirlər.Şəhərin su məsələsi həll edidi.Onların şahının millət üçün

etdiyini bizimkilər etdilərmi?!Yox,etmədilər! Kərim xan Zənd və adamlarının işi-gücü ancaq onun-bunun qız-gəlininin namusuna sataşmaq,şərab məclisləri düzəlt-mək idi.Lütfəli xan Zənd hər gün beş-on adamın başını kəsdirir,gözünü çıxartdırır-dı.Zindanlarda yer yox idi. Nəcəf xan Qumda vergilərin sayını iki-üç dəfə artıraraq

camaatı zinhara gətirmişdi.Cəfər xan isə xacənin qabağından siçan pişikdən qaçan

kimi qaçdı.

Birinci fars:

-Vallah, sən lap türklər kimi danışırsan.Kərim xanın da,Lütfəli xanın da, Cəfər xanında məqsədi bu məlunlar tərəfindən işğal edilmiş qədim fars dövlətini yenidən müstəqil etmək və böyük İran səltənəti qurmaq idi.Xacə onların hamısının

axırına çıxdı.Allah ona və bütün türklərə lənət eləsin.

İkinci fars:

-Bəsdir,insaf da yaxşı şeydir.Allahdan qorx!Şəhərə su çəkilib,suya görə heç kəsdən pul alınmır.Bu türkə də xeyirdir,farsa da!

***

Şahnəzər Məliyin evi.Şahnəzər Məlik,Vaqif,Kələntər Ağası bəy,Ohan keşiş, Hətəm Məlik və Usub Məlik süfrə arxasında əyləşib qəhvə içə-içə söhbət edirlər.Başına şahlıq quşu qonmuş və bu üzdən də kefi kök olan Şahnəzər Məlik deyir:



-Xanla qohum olmaq mənim üçün böyük şərəfdir.Siz də bu boyda yolu gəlməkdə nahaq zəhmət çəkmisiniz.Xan mənə xəbər göndərəydi,qızımı da qoluma

vurub özüm Şuşaya gələrdim.

Vaqif:

-Elimizin adəti var,ənənəsi var.



Şahnəzər Məlik:

-Əşşi,zarafat edirəm də.Bizi müsəlmanların “erməni”adlandırmasına fi-kir verməyin,bizim əslimiz-kökümüz türkməndir.Yəni biz də sizin kimi oğuzuq,sa-

dəcə,dinimiz fərqlidir.Dilimizsə birdir.Düzdür,gənclərimiz indi daha çox erməni

dilində danışırlar,çünki,bu dildə dərs oxuyur,ibadətlərini bu dildə edirlər.Amma türk dilini hər kəs bilir.Qızımsa türk dilində ermənicədən daha yaxşı danışır.

Hətəm Məlik:

-Hə, siz ana dilinizi yaxşı saxlamısınız,çünki,müsəlmanlarla diliniz bir-dir.Biz qıpçaq-qarqarların dili isə yavaş-yavaş unudulur.Ona görə də qərara gəlmi-şəm bizim dildə olan bütün kitabları erməni dilinə tərcümə etdirim.İndi “Alban ta-

rixi”nin tərcüməsi gedir.Usub Məliyə həmin kitabı göstərmişəm.Yeri gəlmişkən,

həmin kitabda,ay Şahnəzər,sizin türkmənlərdən də söz açılır və iki xanınızın adı çəkilir.İki qardaş olublar-Qor xan və Qazan xan.Öncə ikisi də isəvi olmuşlar.Sonra

Qazan xan islamı qəbul edib,Qor isə əski dinində qalıb.Müsəlman olan Qazan xan

barədə “Kitabi Dədə Qorqud”da da söz açılır və o, “albanlar başı Qazan xan”ad-landırılır.

Vaqif:

-Doğru söyləyir.Əgər Usub Məlik özünün iddia etdiyi kimi,doğrudan da



Qıpçaq Məliyin nəslindəndirsə,deməli onun ulu babası ilə həmin bu Qazan xan qan düşməni olublar...Nə isə...Ay Sahnəzər, yolumuz uzaqdır,icazə ver,biz tərpənək.

-Bəs,çörək-filan yeməyəcəksiniz?

Kələntər Ağası bəy:

-Yemək məsələsini Hətəm Məliyə söz vermişik.Odur ki,bizi bağışla.

Şahnəzər Məlik:

-Allah bağışlasın.Madam ki,tələsirsiniz,mən nə daha nə deyə bilərəm ki? AlLah mübarək eləsin!

Hər kəs “Allah mübarək eləsin!”-deyib,ayağa qalxır.Vaqif deyir:

-İnşallah,üç gün sonra gəlib,qıza nişan taxarıq,bir həftə sonra toyunu edib,apararıq.

Hər kəs “İnşallah”-deyir.

***


Məmməd bəy,Kiçikbəyim və Qədimi at belində meşə içi ilə gedirlər.On-ları öndən və arxadan hər biri 5 atlıdan ibarət olan mühafizəçi dəstələri müşayiət edir.

Məmməd bəy:

-Vallah əmimin bizə meşəyə gedib,böyürtkan toplamağa icazə verəcəyini,

doğrusu,heç sanmırdım.

Kiçikbəyim:

-Atam təzə arvad alır deyə,kefi o qədər yüksəkdir ki,nə xahiş edirsən,dər-

hal “hə”deyir,sanki, “yox”sözünü unudub.Hacı Kərimin qızı Zübeydə ilə evlənmə-

mişdən qabaq da belə idi.Doğru deyiblər ki,qadın böyük qüvvədir.

Hər üçü gülür.Qədimi deyir:

-Yadımdadır,sənin ananla evlənəndə də elə beləcə idi.Ümmə xanın bacısı

Bikə xanımı alanda da həmçinin.

Məmməd bəy səsinin tonunu aşağı salaraq,Qədimiyə deyir:

-Bu əsgərlərə de,bizdən bir az da aralansınlar rahat söhbətimizi edə bilək.

Qədimi öncə öndəki dəstəyə tərəf səslənir:

-Ay Əliheydər,bir az qabağa gedin.

Sonra o,üzünü arxadakı dəstəyə tərəf tutur:

-Ay uşaqlar siz də bir az geri qalın.

Bu sözlərdən sonra öndəki atlılar sürətlərini bir qədər artırırlar.Arxadakı-lar isə atlarını əyləyirlər.

***

Maral və Gülpəri sarayın hərəm hissəsinin döşəmələrini yumaqla məşğul-durlar.Maral Gülpəridən soruşur:



-Bilmirsən,xanımlarımız hara gediblər?

Gülpəri:


-Vəzirin xanımı Qızxanım bu gün ziyafət verir,ora gediblər.Guya özün bil-mirsən,xanımların işi-gücü ya ziyafət verməkdir,ya da ziyafətlərdə iştirak etmək-dir.Bizim kimi gecə-gündüz işləməyəcəklər ki...

Maral:


-Deyirəm,ay Gülpəri,bizim də bəxtimizə bir bəydən,xandan çıxmadı ki,biz

də xanımdan-zaddan olaq.İndi biz də ziyafətlərdə iştirak edərdik,bizə də qulluq edərdilər.

Gülpəri:

-Eh, Allah hərəyə bir alın yazısı yazıb.Yazıya da ki pozu yoxdur.

Maral:

-Bəs,Kiçikbəyim haradadır gözə dəymir?



Gülpəri:

-Məmməd bəylə böyürtkan yığmağa gediblər.Qədimi də onlarladır.

Maral:

-Son vaxtlar üçlükdə xəlvətə çəkilib yaman tez-tez nə isə barədə pıçılda-



şırlar.Mənə elə gəlir böyürtkan bəhanədir.Məqsədləri pıçıldaşmaqdır.

Gülpəri:


-Ay Maral nə isə sözlü adama oxşayırsan.Ürəyini boşalt,gəlsin.

Maral:


-Yadındadır,o gün Şahnisə xanım ziyafət verəndə xanımlar deyirdi ki,nə bilim, dövlətpərəstlər belə gəldi,səltənətpərəstlər belə getdi,nə bilim dövlətpərəst-

lər İbrahimxəlil xanın padşah olmasını istəyir,səltənətpərəstlərsə Ağa Məhəmməd

şah Qacarı istəyir?

Gülpəri:


-Hə,nə olsun ki?

Maral:


-O olsun ki,Qədimigil bir gün xəlvətə çəkilib pıçıldaşanda mən yaxında

idim,onlarsa məni görmürdülər,qulağım bəzi sözlərini çaldı.Onlar da səltənətdən,

Qacardan danışırdılar.Deyirəm,bəlkə səltənətpərəstlər elə Qədimigildir,Xanın xə-

bəri yoxdur?

Gülpəri:

-Ay qız,boş-boş danışma,işini gör.Səltənətdən,dövlətdən sənə nə?

Maral:

-Heç,bir sözdür də deyirəm.



***

Vaqif,Kələntər Ağası bəy,Ohan keşiş,Hətəm Məlik və Usub Məlik atla yamaca dırmanırlar.

Hətəm Məlik:

-Bu,sonuncu yamacdır.Onu aşdıqdan sonra Çiləbörd görünəcək.Atlılar bir

qədər də irəlilədikdən sonra üfüqdə Çiləbörd gözə dəyməyə başlayır.Fəqət kənd-dən qalın və qara tüstü çıxdığı da diqqəti cəlb edir.Ohan keşiş deyir:

-Deyəsən,kənddə yanğın var.

Bu söz ,sanki, hər kəsi yuxudan oyadır və atlılar dərhal atlarını qırmaclayıb

sürətlə kəndə doğru çapmağa başlayırlar.

***

Kəndin mərkəzində,Hətəm Məliyin İki mərtəbəli mülkünün yaxınlığındakı



qədim kitabların saxlanıldığı ev tamamilə yanıb kül olub.Alov ,sadəcə,bəzi yerlər-də gözə dəyir.Kəndlilər evi əhatəyə alıblar.Adamlar,o cümlədən Sonqur alovun son

qalıqlarını söndürməklə məşğuldurlar.Kəndlilər bir cərgə halında düzülüb, içi su ilə

dolu vedrələri bir-birilərinə ötürürülər.Balaca oğlan uşaqları boşalan vedrələrlə əks

istiqamətdə qaçırlar.Tüstü aləmi başına götürüb.Nəhayət,atlılar hadisə yerinə çatır-lar.Özünü cəld atdan yerə atan Hətəm Məlik yanaraq kül olmuş evə tərəf yürüyür və fəğan qoparır:

-Ah,mənim kitablarım!!!Xalqımızın yazılı salnaməsi,mədəni irsi məhv ol-du.!!!Allah səbəbkara lənət etsin!(Gözü Sonqura sataşır və dərhal üzünü ona tərəf

tutur.)Bu necə oldu?!Kitablardan xilas etmək mümükün oldumu?!

Sonqur məliyə yaxınlaşaraq:

-Kitabxanaya Samvel od vurub,özü də qaçıb.Bahadurgil onu axtarmağa ge-diblər.Sizin “səkkiz ən qiymətli kitab”dediyiniz kitabları Ərtoğrul xilas edə bildi. İkinci dəfə özünü oda vuranda evin tavanı üstünə çökdü və o...(ağlayaraq)...həlak

oldu.

Hətəm Məlik növbəti dəfə fəğan qoparır:



-Vay,can bala,vay!Bu nə fəlakətdir başımıza gəldi?!

Vaqif Hətəm Məliyə yaxınlaşaraq əlini onun çiyninə qoyur:

-Yazıya pozu yoxdur,hərənin əcəli bir yerə qədərdir.Allah rəhmət etsin!

***


Meşənin ortasında bir tala.Talanın kənarında böyük-böyük böyürtkan kol-ları görünür.Məmməd bəy və Kiçikbəyim xanım əllərində səbət böyürtkan yığırlar.

Qədimi kənarda oturub çubuq çəkir.Məmməd bəy deyir:

-Dəqiq məlumat var ki,Ağa Məhəmməd şah Qacar İsfahanı alıb və Farsa yürüşə hazırlaşırmış.Bəlkə,bu günlərdə xəbər gəldi ki,artıq Şiraz da alınıb.Şirazın alınması isə bütün Farsın alınması və Zənd xanlarının hakimiyyətinə son qoyulma-sı deməkdir.İnşallah ondan sonra sıra Azərbaycan xanlıqlarına və xanlarına gələ-cək və nəhayət,Azərbaycan səltənəti Səfəvilər dövründəki qüdrətinə yetişmiş olar. Molla Vəli Vidadi demişkən,Qara dənizdən Hind ümmanına qədər uzanan Böyük Azərbaycan səltənəti!

Kiçikbəyim:

-İnşallah!

Qədimi:


-İnşallah!Amma o zaman İbrahimxəlil xanı hansı taleyin gözləyəcəyini bilirsiniz də...

Kiçikbəyim:

-Mən Vətənimizin səadəti naminə bütün varlığımı,hətta ata-anamı da qur-

ban verməyə hazıram,təki Vətən sağ olsun,Vətən yaşasın,indi düşdüyü zəlil vəziy-

yətdən qurtulsun!

Məmməd bəy:

-Mən də!

Qədimi:


-Mən də bu yolda övladlarımdan belə keçməyə hazıram.

***


Gecədir.Vaqif,Ağası bəy və Ohan keşiş at belində Şuşanın Gəncə qapıları-na yaxınlaşırlar.Ağası bəy deyir:

-Çiləbörddə baş verənlər çox pis əlamətdir,bu evlilikdən xeyir gəlməyə-cək!

Vaqif:

-Yaxşı olar,inşallah!Bu barədə xana bir söz deyib,qanını qaraltmasaq məs-ləhətdir.



Gələnlərin kim olduqlarını tanıyan keşikçilər qapıları açırlar.Vəzir və yol-daşları şəhərə daxil olurlar.

***


Seyrək meşəlik bir yer.Yüzə yaxın təbilçi bir xətt üzrə təbillərini döyə-

döyə irəliləyirlər.Onlar arasında məsafə təqribən iki metrdir.Səs-küydən qulaq tu-tulur.

***

Döyülən təbil səsləri bir qədər uzaqdan eşidilir.Səs-küydən hürkən cey-



ran sürüsü ora-bura vurnuxur.Ara-bir hürkmüş dovşan,tülkü və quşlar da gözə də-yir.Ekranda atlarının üstündə tüfənglə ov edən Ağa Məhəmməd şah Qacar və Xan-

baba ov edirlər.Onların hər ikisinin atının yəhərindən bir vurulmuş ceyran asılıb. Öncə şah atəş açır. Bir ceyran qıvrılaraq yerə sərilir.Sonra Xanbaba atır və başqa bir ceyran eyni aqibətə nəruz qalır.Ov itləri yaralı heyvanlara tərəf qaçır.

***

Təbilçilər təbillərini döyə-döyə irəliləyirlər.Bir nəfər atlı arxadan onlara yaxınlaşıb ehtiyatla iki təbilçinin arasından keçir və onlara xətər toxundurmayaca-ğına əmin olduqdan sonra çapmağa başlayır.



***

Ov davam edir.Artıq şahın və vəliəhdin atlarının hər birinin yəhərindən iki

ceyran asılıb.Uzaqdan təbil səsləri eşidilir.Şah yenə nişan alıb atır və bir tülkü yerə

sərilir.Ovçular tülküyə tərəf hərəkət edirlər.Şah atdan enmədən,əyilərək tülkünü yerdən qaldırır və onu əlində ora-bura çevirərək deyir:

-Gəncliyimdə tələlər qurub tülkü ovlamağı sevərdim.Həmişə də tutduğum

tülkünü buraxardım.Bir dəfə ehtiyatsızlıq etdim və tülkülərdən biri əlimi dişlədi. Onu cəzalandırmaq üçün boynuna bir zınqırov asıb azad etdim.Bu zınqrov üzün-dən onun ovlamaq istədiyi bütün heyvanlar vaxtında duyuq düşüb qaçmağa macal

tapırdılar.O da ac qalmalı olurdu.(Vurduğu tülkünü atının yəhərindən asır.)Bir gün

onu acından heydən düşərək ölmüş vəziyyətdə tapdım.

Bu anda çapar çaparaq onlara yaxınlaşır, atını əyləyərək yerə enir, sağ əliylə atının yüyənini saxlayaraq təzim edir və deyir:

-Şahım,müjdə!Ordumuz Zəncandan qələbə xəbəri ilə gəlib,Əli xan Əfşar və oğlu əsir alınıb.Bizim əsgərlər içərisində isə bir nəfər də itki yoxdur.

Şah:

-Səni xoşxəbər olasan.Müjdən məndə.



Xanbaba:

-Məndən də sovqat alacaqsan.

Atlılar capmağa başlayırlar.

***


Molla Pənah Vaqifin evi.Vaqif oturub yazı yazır.Otağa girən Qızxanım deyir:

-Gün bu gün görəsən haradan çıxıb ki,sən evdəsən?

Vaqif başını qaldırıb arvadını yuxarıdan aşağı süzür və gülərək cavab ve-

rir:


-Günün haradan çıxdığını bilmirəm,amma onu dəqiq bilirəm ki,bu barədə

çox danışsan,gözə gətirəcəksən və yenə də bir iş çıxacaq,harasa getməli olacağam.

Qoy oturduğum yerdə oturm.

Qızxanım:

-Vallah,xanın başı indi toy-nişana qarışdığından səni heç yada da salmır. Barı,Şahnəzər Məliyin qızını gördünmü,doğrudanmı tərif edidiyi qədər gözəldir?

Vaqif:


-Gözəllikdə sənə tay ola bilməsə də gözəldir.

Bu dəm Qasım içəri daxil olur:

-Ata, sənlə çox vacib bir məsələ barədə danışmalıyam.

Vaqif:


-Buyur,danış,qulaqlarım bütünlüklə səndədir.

Qasım:


-Bilirsən,Axund Mirhəsən ağa bir-bir sənin oxumaq üçün İstanbula gön-

dərmək istədiyin tələbələrinin evlərinə gedib,onların valideynlərini inandırmağa çalışıb ki,övladlarını İstanbula buraxmasınlar.Deyib ki,İstanbulda oxuyub gələn-

lərin hamısı məzhəb dəyişib kafir olurlar.Bəs,sizin də uşaqlar gedib sünni olub, qayıdacaqlar üstünüzə.Artıq Camalın atası tərəddüd etməyə başlayıb.

Bunu eşidən şair “Allah lənət etsin!”-deyərək,ayağa qalxır və qapıya tərəf yönəlir.Qızxanım onun ardınca səslənir:

-Nə oldu,göz dəydi?!

Vaqif otaqdan çıxır və Qızxanıma artıq kadr arxasından cavab verir:

-Sənə dedim,axı...

***


Şuşanın mərkəzi məscidi.Hava qaranlıqdır.Vaqif atını çapa-çapa məscidə yaxınlaşır.Atdan düşüb onu ağaca bağlayır və sürətli addımlarla məscidin qapısına tərəf yönəlir.

***


Axund Mirhəsən ağa öz hücrəsində oturub nə isə yazır.Vaqif içəri daxil olub soyuq və bir qədər qəzəbli halda salam verir:

-Əssələmu əleyküm!

Axund gələnin vəzir olduğunu görüb,cəld ayağa qalxaır və bir qədər əyilə-rək cavab verir:

-Və əleykəssəlam,xoş gəlmisiniz!Buyurun əyləşin.

Vaqif:

-Yox,oturmayacağam.Ə axund,qoduq oğlu qoduq,sünnilər nə vaxtdan ka-fir olublar? Və sən nə haqla mənim tələbələrimin evlərinə gedib, onların elm ardın-



ca İstanbula getmələrinin əleyhinə təbliğat aparırsan?!

Axund dili dolaşa-dolaşa:

-Vvvvvallah, vvvvəzir ağa mən demişəm ki,uşaqlarınız oxumaq üçün Qqqquma və Mmmməşhədə göndərsəniz daha yaxşı olar.İmamlarımızı daha yaxşı

tanıyarlar.Bbbbir də demişəm ki,sünnilər imaməti inkar edirlər.

-Sən özün Qumda da oxumusan,Məşhəddə də,amma necə cahil və nadan

idin,eləcə də qalmısan.Niyə qoymursunuz bu millətin övladları elm-mərifət sahibi olsunlar.Bəs deyil milləti baş yarıb,zəncir vurmağa,göz yaşı axıdıb sızlamağa məc-

bur edib,dunyanı üstümüzə güldürdünüz?!Bəs deyil sədəqə-nəzir adı altında millə-ti soya bilmək üçün onu avamlığa sürüklədiniz?!Ə mürtəd oğlu mürtəd,bəs deyil

sünni-şiə adı altında türkü türkə,müsəlmanı müsəlmana düşmən etdiniz?!

Bu sözlərdən sonra Vaqif axundun yaxasından yapışıb,onu bərk-bərk silkə-

ləyir və deyir:

-Bir də ayağıma dolaşsan, anandan əmdiyin südü burnundan gətirərəm.Ba-şa düşdün məni?!

Axund:


-Hə!

Vaqlf hücrəni tərk edir.

***

Vaqifin yataq otağı.Qızxanım yataqda tək uzanıb.O, bərk kədərlidir.Üz –gözündən qəhər və kədər hissi açıq-aydın hiss olunur.Onun gözləri önündə özünün



və Vaqifin toy səhnəsi canlanır.

***


Küçə boyu düzülmüş insanların əlində benqal odları yanır.Öndə gələn atlı-lar bir-birinin ardınca havaya tüfəng və tapançalardan atəş açırlar.Onların ardınca piyada zurna-balaban çalanlar,daha sonra əllərində güzgü,yanan şam və xonça tut-muş qadımlar, onların da ardınca ağ ata minmiş gənc Vaqif bəy paltarında gəlir.İki gənc atın yüyənindən tutmuşlar.Bəydən sonra üstündə gəlin kəcavəsi olan,başdan-başa gül-cicəklə bəzədilmiş dəvə gəlir.Ekrahda ən sonda gəlinin cer-cehizini daşı-yan bəzəkli at arabaları canlanır.

***


Hər tərəfi dül-çiçəklə bəzədilmiş və çox sayda şamın yandığı gəlin otağı.

Vaqif yaxınlaşaraq,gənc Qızxanımın duvağını açıb, onu yanaqlarından,boynundan və dodaqlarından öpür,sonra isə bir-bir şamlara yaxınlaşıb, onları üfürərək söndü-rür.Ətraf zülmət qaranlığa bürünür.Kadr arxasından at ayaqlarının səsi gəlir.

***

Qızxanım yataqda hələ də təkdir.At ayaqlarının səsi aramsız davam edir.



O,sanki,bu səsdən diksinir,dik atılaraq uzanmış vəziyyətdən oturmuş vəziyyətə

keçir.Ayaq səsləri səngiyir və pillələrlə qalxan adam ayaqlarının səsi ilə əvəz olunur.Qızxanım əllərini göyə qaldırıb,deyir:

-İlahi,şükr sənə!

***


Ağa Məhəmməd şah Qacarın Tehrandakı sarayı.Şah taxtda oturub.Xanba-

ba da yanında əyləşib.Abbas bəylə Səfərəli bəy qarşısında ayaq üstə durublar.Səfə-rəli bəy deyir:

-Qibleyi-aləm,eynən siz deyən kimi etdik.Mən ordunun əsas hissəsi ilə pusquda durdum,Abbas bəysə öz atlı dəstəsi ilə düşməni tüzağa saldı.Sadəcə,göyə

Bir güllə atdıq.Əli xan vəziyyəti başa düşdü,adamlarını qırğına verməmək üçün

oğlu ilə birlikdə gəlib,təslim oldu.Dedi ki,böyük bir səhv etmişəm.Şahdan bağış-lanmağımı xahiş etməyə mənə imkan verin.Və biz də onu və oğlunu əsir aldıq.Əs-

gərlərinin silahlarını alıb,özlərini atları ilə birlikdə azad buraxdıq.

Şah:

-Düz etmisiniz.Amma o da əsgərlərini qırğına verməməklə kişi kimi hərə-



kət edib və bu hərəkətinə görə bağışlanmağa layiqdir.Onları gətirin.

Abbas bəy ucadan qapıya tərəf səslənir:

-Əsirləri gətirin.

İki nizəli əsgər Əli xan Əfşarı və oğlu Toğrul bəyi əl-qolu bağlı halda içə-ri gətirirlər.Xan və oğlu içəri girər-girməz diz çöküb gözlərini aşağı dikirlər.Ağa Məhəmməd şah Qacar onlara yaxınlaşır və bığ yerləri təzəcə tərləmiş Sonquru baş-

dan ayağa süzür,gözləri önündə bir vaxt əl-qolu bağlı vəziyyətdə Kərim xan Zən-din hüzuruna gətirildiyi dövrü xatırlayır.Gözləri önündə həmin epizod canlanır.

***


EPİZODUN TƏKRARI

Kərim xan Zəndin Şirazdakı sarayı. Səbzəli, ardınca da iki keşikçinin itə-ləyə-itələyə içəri saldıqları zəncirlənmiş Ağa Məhəmməd xan daxil olurlar So- nuncunun əynində cırılıb parça-parça olmuş qanlı köynək var.Həddən artıq yorğun və halsızdır.Buna baxmayaraq,məğrur-məğrur durub gözlərini Kərim xanın gözlə-

rinin içinə dikir.Səbzəli bəysə içəri girər-girməz,şaha baş əyir və deyir:

-Ey böyük şəhriyar,qanlı düşməninizi və Mazndaran valisi Məhəmməd xan Savadkuhinin Sizə ünvanladığı məktubu hüzurlarınıza gətirmişəm.

Kərim xan onun söylədiklərinə heç bir əhəmiyyət verməyrək Ağa Mə-həmməd xana yaxınlaşır və onu yuxarıdan aşağıya süzür. Gözlər bir- birinə dikilir və ortaya uzun sürən bir sükut çökür.

***


Ekranda(iri planda) növbə ilə Kərim xanın və Ağa Məhəmməd xanın sima-ları canlanır...

Ağa Məhəmməd xanın gözlərindən yorğunluq qarışmış bir məğrurluq və cəsarət,Kərim xanınkindən isə çaşqınlıq və təəccüb oxunur.Çaşqınlıq və təəccüb

ətrafdakıların da simalarına hakim kəsilmişdir.

Şah qarşısındakı yeniyetmınin baxışlarına tab gətirə bilməyərək öncə göz-lərini döyməyə başlayır, sonra isə gözlərini Ağa Məhəmmədin gözlərindən çəkir, fəqət baxışların döyüşündən məğlub ayrıldığını kimsənin anlaya bilmə-məsi üçün onun ətrafında bir neçə dəfə dövrə vurub üzünü Səbzəli bəyə tutur:

-Bunun ki bığ yeri təzəcə tərləyib. Bu ki hələ uşaqdır! Cəmi üç min nəfər türk ilə mənim fars, kürd, lor və bəxtiyarilərin say-seçmə oğullarından ibarət qırx minlik ordumu bu yeniyetməmi darmadağın etmişdir?!Bu qurd oğlu qurdmu bütün Xorasanın bir illik xəracını ələ keçirməyə cürət etmişdir?!

Səbzəli bəy:

-Qibleyi-aləm sağ olsun , Şah İsmayıl Səfəvi Azərbaycan səltənətinin taxt-

tacına sahib olanda...

Kərim xan onun sözünü kəsərək kinayə ilə:

-Səfvilər!...Azərbaycan səltənəti!... Bu gün nə Səfəvilər var, nə də Azər-baycan səltənəti!!! Bu gün yalnız mən varam-Kərim xan Zənd!!!Nadir şahın ölümü ilə Azərbaycan səltənəti də, turanlıların fars elləri və İran üzərində yüzilliklər bo-yu sürən hakimiyyətləri də artıq tarixə qarışmışdır.İndi mənim fars ellərini , kürd, lor, bəxtiyari tayfalarını birləşdirərək bərpa etdiyim böyük İran səltənəti var. Artıq ulu Zərdüştün, Sasani şahlarının, böyük Firdovsinin ruhları şad ola bilər.

Budur, bir vaxtlar turanlı Ərdəban böyük İran şahı Ərdəşirin qarşısında əli-qolu bağlı halda durduğu kimi,Məhəmməd Həsən xanın böyük oğlu da qarşım-dadır,istəsəm başını kəsər,istəsəm gözlərini çıxarar ya da dərisini soyduraram.

Bu sözlərdən sonra Kərim xan qəh-qəhə çəkib gülür,sonra isə üzünü Səbzəli bəyə tutaraq:

-Deyirsən,Məhəmməd xan Savadkuhidən məktub da gətirmisən.Ver baxim.

Səbzəli bəy yaxasındkı məktubu çıxarib İran şahına verir. Kərim xan Zənd məktubu oxuyur və deyir:

-Deməli, düşmənimin bu gün əsir qismində qarşımda durmuş olması sənin xidmətindir.Söylə,bunun əvəzində məndən nə istəyəcəksən?

Səbzəli bəy:

-Şah sağ olsun,məlumunuz olduğu kimi, mən Nadir şahın dövründə As-tarabadın hakimi idim , əgər müsaidəniz olarsa,həmin məqama yenidən bərpa ol-maq istərdim.

Kərim xan:

-Bu barədə düşünmək lazımdır.Qərarımı sənə üç günə bildirərəm.

Sonra o,üzünü Ağa Məhəmməd xana tutur:

-Bəs,səninlə nə edək?

Ağa Məhəmməd xan susur.

Iran şahı eşikağasına müraciətlə:

-Aparın hamama çimsin.Həkim yaralarına məlhəm qoysun.Ən ləziz ye- məklərdən verin,yesin.Sonra isə salın zindana, amma incitməyin. Düşünüb qərar

verəcəyəm.

Eşikağası “Baş üstə” deyib gözətçilərə işarə edir və onlar əsiri aparırlar.

***

Ağa Məhəmməd şah Qacar xəyallardan ayrılaraq deyir:



-Açın onların əl- qolunu!

Əsgərlər əsirlərin əl-qolunu açırlar.

Şah ata və oğula müraciətlə:

-Qalxın ayağa!(Üzünü Toğrula tutur.)Adın nədir?

Əli xan və oğlu ayağa qalxırlar.

Toğrul:


-Toğrul.

Şah:


-Mənim yanımda qalıb,mənə oğulluq etmək istəyirsənmi?

Toğrul susaraq atasına baxır. Onun yerinə Əli xan Əfşar cavab verir:

-Allah səndən razı olsun,şah!bir səhv idi,etdik.Qul xətərsiz olmaz,Ağa kərəmsiz.Bağışla bizi!

Şah:


-Mən, özünün və övladının canını xilas etmək üçün əsgərlərinin canına qıymadığını eşidən an səni bağışladım.Sən də bir-iki gün qonağım olacaqsan.Son-

ra qayıdarsan Xəmsəyə və mənim valim olarsan.

Əli xan:

-Allah səndən razı olsun!

Şah:

-Biz hər ikimiz türkük,demək qardaşıq.(Üzünü Abbas bəyə tutur.)Aparın



onları hamama,ən gözəl libaslar geydirin,ən gözəl yüməklər verin və ən gözəl otaq-

lara yerləşdirin.Onlar mənim əziz qonaqlarımdırlar.(Üzünü Toğrua tutur.)Sənsə bu

gündən əziz balam və vəliəhdin kiçik qardaşısan.

Toğrul:


-Allah sizdən razı olsun,kölgənizi üstümüzdən əskik etməsin.

Ata və oğul şaha təzim edirlər.

***

Şuşanın Qərb darvazasının önündəki kiçik meydan.Xan,vəzir,Kələntər Ağası bəy,şəhərin qazisi,Qasım, əyan-əşrəf,eləcə də,şəhər sakinləri Vaqifin oxu-maq üçün İstanbula yola düşən 6 tələbəsini,o cümlədən Camal və Cavidi,eləcə də İstanbulda təhsil alan oğlunu görmək üçün bu şəhərə yollanan Mirzə Əliməmmədi



yola salmaq üçün bura yığışmışlar.Kənarda mıxa 7 at bağlanmışdır.Onları şəhərdən

kənarda müşayiət edəcək əsgərlər də hazır dayanmışlar.Musiqiçilər dəstəsi də öz növbəsini gözləyir.Xan gənclərə müraciətlə deyir:

-Xanlığımızın və bütün Azərbaycanın sizlərə böyük ehtiyacı var.İnşallah,

sağ-salamat gedin,sağ-salamat dərsinizi başa vurun və Vətənə yetkin bir mühəndis,

həkim,müəllim kimi qayıdın.Sizə yaxşı yol!(Üzünü Mirzə Əliməmmədə tutur.) Yolda uşaqlardan muğayat ol,özün də oğlunla görüşəndən sonra çox yubanma,tez

geri dön,sənsiz işlərimiz axsaya bilər.Haydı,yolçu yolda gərək,sənə də yaxşı yol!

Xan sözünü qurtarar-qurtarmaz,musiqiçilər çalmağa başlayırlar.Xan başda

olmaqla,hər kəs gənclərlə və Mirzə Əliməmmədlə görüşüb-öpüşür.Gənclər və xə-fiyyə başı atlarına minib,əsgərlərin müşayəti ilə şəhər darvazasından çıxırlar.Qasım da onlarla çıxır.

***

Səfər at üstündə çay qırağı ilə gedr.Qarşı tərəfdə qız-gəlin paltar yuyur.Sə-fərin diqqətini islanmaması üçün donunun ətəklərini dizdən yuxarı qaldırmış,ağ,



dolu baldırları və dizləri çöldə qalan göyçək bir qız cəlb edir.Gənc gözünü ondan

ayıra bilmir.Qız Səfərin onu müştəri nəzərləri ilə süzdüyünü görür və dərhal palta-

rının ətəklərini aşağı endirir.Səfər də atını çaparaq ortadan itir.Yaxınlıqda yuduğu

paltarları sıxaraq ləyənə yığan qadın gülərək,qıza deyir:

-Deyəsən,yüzbaşı Səfərin sənə gözü düşdü,axı,ay Gülnar.

Bu sözlər ətrafdakı qadınların da gülüşünə səbəb olur.Utandığından qıpqır-

mızı kəsilən Gülnar yuyb qurtardığı paltarları sıxmadan, yaş-yaş,suyu axa-axa,lə-yənə yığıb caydan sürətlə aralanır.Yaxındakı evlərə çatmamış Səfər onun qarşısını kəsir və atdan enmədən deyir:

-Demək, adın Gülnardır.Kimin qızısan?

Gülnar gözlərini yerə dikərək,utana-utana cavab verir:

-Şərbaf Kazımın.

İstədiyini öyrənən Səfər atını sürüb gedir.Qız da yoluna davam edir.

***


Səfər atını şəhərin küçələrindən biri ilə sürə-sürə gedir.Qarşı tərəfdən bay-ram libasına bürünmüş əli xonçalı ona yaxın qadın gəlib keçir.Gənc bir qədər də

getdikdən sonra təsadüfən qarşı tərəfdən at üstündə gələn Saroşla qarşılaşır.Dost-

lar atdan enmədən əl verib görüşürlər.

Saroş:


-Xeyir ola,ay Səfər,hardan gəlib,hara gedirsən?

Səfər:


-Çay qırağından gəlirəm,sizə gedirdim,sənlə işim var.

Bu dəm daha bir neçə bayram libaslı,əli xonçalı qadın gəlib keçir,Səfər on-

lara işarə edərək soruşur:

-Kimin toyudur belə?

Saroş:

-Eşitməmisən,xan təzə arvad alır.Yaxşı, madam ki,mənimlə işin var,gəl ge-dək qəhvəxanaya,həm qəhvə içək,həm də sözünü deyərsən.



Dostlar birlikdə hərkət edərək yaxındakı döngədən dönüb gözdən itirlər.

***


Səmədağa əminin qəhvəxanası.Səfər və Saroş taxtlardan birinin üstündə

oturub,qəhvə içə-içə söhbət edirlər.Qəhvəxanada onlardan başqa heç kəs görün-mür. Səfər deyir:

-Qardaş,xan bu yaxınlarda Hacı Kərimin qızını almadımı?Görəsən nə xə-

bərdi,qaçaqaç-zaddır,məgər?!

Saroş gülümsəyərək:

-Birinə üç arvad bəs etmir,dördüncüsünü də alır,o birisi isə bir arvad üzü-

nə həsrətdir.Qardaş,varlığa nə darlıq.Mənim də pulum olsaydı,dörd arvad alardım.

Yaxşı,de görək,nəolub-nə olmayıb.

Səfər:

-Saroş,sən şərbaf Kazım adlı adam tanıyırsan,ya yox?



Saroş:

-Tanıyıram,özü də çox yaxşı.Niyə soruşursan ki?

Səfər:

-Onun Gülnar adlı bir qızı var,gözüm onu yaman tutub.



Saroş:

-Rəhmətliyin oğlu,de ki,sənlə bacanaq oluruq da!

Səfər təəccüblə dostunu süzür:

-Necə yəni bacanaq oluruq?

Saroş:

-Gülnar şərbaf Kazımın kiçik qızıdır.Böyük qızı Gülnaz isə mənim deyik-limdir.



Səfər:

-Balə de,deməli,qaçaqlıq dövrümüzdə “sevgilim”-deyib,ah-zar etdiyin qız

həmin bu Kazımın qızıymış.Bir az anlad,görüm, kimdir bu şərbaf Kazım.

Saroş qəhvənin bitdiyini görüb qəhvəçini səsləyir:

-Ay Səmədağa əmi,bura bir zəhmət çək!

Kadr arxasından qəhvəçinin səsi eşidilir:

-Bir-iki dəqiqə səbr et,indi gəlirəm.

Saroş sözünə davam edir:

-Özü Qazağın Saatlı elindəndir.Xanımızın vəziri ilə bir məktəbdə oxuyub.

Vəzirlə möhkəm dostdurlar.Deyilənə görə,gəncliyində Nadir şahın əsgərlərindən

olub və böyük qəhrəmanlıqlar edib.Gözəl şərbafdır və bu sənəti kamil bildiyi üçün

vəzirin məsləhət və maddi dəstəyi ilə bir şərbaf karxanası qurmuşdur.Bundan öncə

acından ölənin biriymiş,indi isə xanlığın ən pullu adamlarından biridir.

Səfər:


-Necə pulludur ki,xadimə əvəzinə çay qırağına pal-paltar yumağa qızı ge-

dir?


Saroş:

-Məsələ də elə bundadır da!Çox pulludur,yüzdən artıq işçisi var,amma heç

deməzsən. Çox sadə və zarafatcıldır.Nə düşünürsə,dilində də odur.Ömrü boyu əs-

gərlik etdiyindən bir az kobuddur.Amma ürəyi xalis qızıldır.

Bu dəm qəhvəçi əlində iki bardaq qəhvə ilə daxil olub,bardaqları gənclə-

rin qarşısına qoyur, içilmiş bardaqları götürüb gedir.

***

Tehranın küçələrindən biri Ağa Məhəmməd şah Qacar və Allahverdioğlu



əsgərlərin müşayiəti ilə küçə boyu irəliləyirlər.Şah deyir:

-Artıq Dərbənddən Xəlicə,Osmanlı sınırından özbək xanının məmləkətinə

qədər bizimlə kəllə-kəlləyə gəlmək qüdrətində olan kimsə yoxdur.İnşallah Şirazı aldıqdan,Farsı,Xuzistan və Loristanı ram etdikdən sonra Azərbaycan xanları ilə məşğul olacağam.

Allahverdioğlu:

-İçlərində yalnız biri,yəqin ki,başımızı ağrada bilər.Qarabağ xanı İbrahim-

xəlili deyirəm.O da,açıq söyləməsə də,padşahlıq arzusundadır və hökmü Təbrizdən

Dərbəndə kimi,Osmanlı sınırından Xəzərə kimi keçir.

Şah:


-Deyirlər,onun çox gözəl bir qızı var.Bəlkə,onu oğluna istəyəsən.Burada işlərimizi qaydaya qoyunca,ortada bir güvən şəraiti hökm sürsün.

Allahverdioğlu:

-Yaxşı məsləhətdi.Onun böyük qızı da Zənd xanlarını hakimiyyəti dövrün-də Tehran bəylərbəyisinin arvadı olmuşdu.

Şah:


-Mən də elə bu səbəbdən bu işi məhz sənin oğlun üçün rəva görürəm.

Birdən Ağa Məhəmməd Şahın nəzərini küncdə oturub dilənən bir kor di-lənçi cəlb edir və diqqətlə onu süzməyə başlayır.Şah atını əyləyir və hər kəs belə

edir.Şah dilənçini süzməkdə davam edir,cırcındır və kir-pas içində olan kor dilən-çinin Səbzəli bəy olduğunu tanıyır.Atdan enib kora yaxınlaşır və ona öz adıyla səs-

lənir:


-Səbzəli bəy!

Səbzəli kiminsə onu tanımasından və ona “bəy”deyə müraciət etməsindən

həyacanlanır və həyacanla soruşur:

-Qadan alım,kimsən?!Səsin mənə çox tanış gəldi.

Şah dərin fikrə gedir və yenidən gözləri önündə keçmişin acı xatirıləri can-lanır...

***


EPİZODUN TƏKRARI

Kərim xan Zəndin sarayı.Kərim xan Səbzəli bəydən soruşur:

-Gerçəkdənmi şahına bu qədər sədaqətlisən? Bəlkə,sözlərinin doğruluğu-nu yoxlayaq?

Bunu eşidən Səbzəli bəyin dili-ağzı quruyur,rəngi- ruhu qaçır.Onun bu halına tamaşa edən Kərim xan Zənd şaqqanaq çəkərək gülür və deyir:

-Yaltaqlıqda və gopda tayın-bərabərin yoxdur.Sənin kimi türkə ömrüm- də rast gəlmədim.Mən türkləri sevmərəm,amma hər kəs kimi mən də etiraf edirəm ki,düzlükdə,kişilikdə,comərdlikdə,şücaətdə və sədaqətdə bu xalqa tay yoxdur.

Bu sözlərdən Səbzəli bərk pərt olur,canına vəlvələ düşür.Nə söyləyəcə-

yini bilmir.Onu bu vəziyyətdən eşikağasının ardınca əl- qolu bağlı Ağa Məhəm-

məd xanın və onu müşaiyət edən keşikçilərin içəri girməsi xilas edir.

Keşikçilər əsirin saçlarından dartaraq onu zorla təzim etdirməyə çalışır-

lar.


Kərim xan Zənd:

-Onu rahat buraxın!Əl-qolunu da açın.

Eşikağası etiraz etmək istəyir:

-Şahım...

Şah onun sözünü kəsir:

-Sən sus!

Keşikçilər Ağa Məhəmməd xanın əl-qolunu açırlar.

Kərim xan Zənd qarşısındakı Ağa Məhəmməd xana müraciətlə:

-Bir qiyamçı tutulanda onun ya başını kəsirlər,ya da gözlərini çıxardıb

dünya işığına həsrət qoyurlar.Amma mən belə etməyəcəyəm.

Anan Ceyran xatun mənə bir namə yollayıb,rica edir ki,sənə xətər yetir-məyim.Əvəzində qarət etdiyiniz pulları qaytaracağına,Qacar elinin Aşağıbaş tay-fasının bir də heç vaxt qiyam etməyəcəyinə,İran şahına tabe olacaqlarina söz verir. Mən də səni əfv etməyə qərar verdim.Üstəlik də qardaşın Hüseynqulu xanı Dam-ğan şəhərinin hakimi təyin edirəm.

Ağa Məhəmməd xan :

-Sizə bu lütfkarlığınıza görə son dərəcə minnətdaram.Siz gerçəkdən də

böyük hökmdarsınız.

O,bu sözlərdən sonra ilk dəfə şaha təzim edir.

-Demək sən də mənim şahlığımın məşruluğunu tanıdın.Ananın,qarda-

şının və tayfanızın sözlərındən dönməməsi üçün sən sarayda girov kimi yaşaya- caqsan.Gündə üç dəfə yeməklə,ayda bir dəfə yeni libaslarla və digər zəruri şeylər- lə təmin ediləcəksən.Saraydan və saray bağçasından kənara çıxa bilməyəcəksən.

Əgər özünü yaxşı aparsan,sənə bir miqdar maaş təyin edəcək,keşikçilərin nəzarə-tində dükan-bazara getmənə icazə verəcəyəm.

Ağa Məhəmməd xan:

-İtaət borcumdur.

Sonra Kərim xan Zənd üzünü Səbzəli bəyə tutub deyir :

-Sənin istəyinə gəlincə,bu,mümkün deyil.Əvvəla Astarabad hakimi Də-

vəlu Qacar uzun müddətdir ki,mənə sədaqətlə xidmət edir,vəzifəsini güsursuz ye-

rinə yetirir.İkincisi isə,sən öz tayfana xəyanət etmisən və sabah mənə də xəyanət

etməyəcəyinə heç bir zəmanət yoxdur.

Səbzəli bəy:

-Atam türk olsa da,anam fars qızı idi.Mən onun südü və laylası ilə bö-yümüş,onun tərbiyəsini almışam...

Kərim xan:

-Sözlərindən elə çıxır ki,xəyanətkarlıq qanına fars qızının südü, layla-

sı və tərbiyəsi ilə süzülmüşdür.Eləmi?!

-Məni düz anlamadınız.Dediyim budur ki,mən türklərə xəyanət yox,

farsların hökmdarına,xidmət etməyə çalışmışam.

Kərim xan:

-Mən səni düz anladım,sən məni düz başa düşmədin. ”Şahnamə”ni oxu-musanmı?

Səbzəli bəy:

-Uşaqlığımda anam tez-tez oxuyar,mən də dinləyərdim.

Kərim xan:

-Demək,Rüstəm və Söhrabın əhvalatından da xəbərin olmamış deyil.

İranın ən böyük qəhrəmanı Rüstəm tanımadığı oğlunu-Turan qəhrəmanı Söhrabı

hiylə və xəyanətkarlıqla öldürür...Səndə günah yoxdur.Məsələ əmdiyimiz süddə-dir. Nə isə...Keçək əsas məsələyə.Başqa istəyin varsa,söylə.

Səbzəli bəy:

-Şah sağ olsun,mənim Astarabadda gizli bir xəzinəm var.Ona yetişə

bilsəm,özümə də,nəvə-nəticəmə də artıqlaması ilə bəsdir.O şəhərin hakimi olma-

ğı da bu səbəbdən istəyirdim.Rica edirəm,imkan yaradın,xətərsiz-ətərsiz xəzinəmi

Şiraza gətirə bilim.

Kərim xan Zənd:

-Bu arzun yerinə yetiriləcək.

Səbzəli bəy:

-Sizə təklikdə daha bir sözüm var.

Kərim xan Zənd:

-Hər kəs buranı tərk etsin!

İçəridəkilər gedirlər,şah və Səbzəli tək qalırlar.

Səbzəli bəy:

-Ağa Məhəmməd xanı nədən öldürtmədiyinizi başa düşdüm,amma onun gələcəkdə İran taxt-tacı üçün təhlükəyə çevrilə biləcəyindən qorxuram.Siz onun nə qədər şücaətli,tədbirli və ağıllı olduğunu bilmirsiniz.

Kərim xan Zənd:

-Onu sənin qədər yaxından tanımasam da,təhlükəni mən də hiss edirəm. Odur ki,onu bir bəhanə ilə xədim etməyi düşünürəm.Xacədən nəinki şah,heç bəy də olmaz.


***

Ağa Məhəmməd şah Qacar xəyallardan ayrılaraq,üzünü əsgərlərin başında duran onbaşıya tutur:

-Bunu göndər saraya,qoy,hamama aparsınlar,yeni libas geyindirib,qarnını doydursunlar.

Onbaşı:


-Baş üstə!

Səbzəli:


-Şah!!!Səni tanıdım,Sən Ağa Məhəmməd Şah Qacarsan...

***


Şuşa.Çay qırağında daşlı-qayalı bir yer.Böük daşların və qaya parçaları-nın üstünə qurumaq üçün müxtəlif rənlərdə parçalar sərilib.Qayaların yanında ocaq

üstündə ona qədər boyük qazan qaynayır. Qazanların hər birinin suyu müxtəlif rəngdədir.Boyaqçılar Ağ parçaları qazanların içinə salıb müxtəlif rənglərə boyayır-lar.Bir qədər aralıda uzun,bir mərtəbəli bir bina var.Uzaqda iki atlı görünür.Atlılar yaxınlaşdıqca,üzləri daha aydın görünür və bunların Səfərlə Saroş olduğu məlum

olur.Səfər və Saroş boyaqçılardan birinə yaxınlaşaraq salamlaşır və soruşur:

-Sabahşnız xeyir! Kazım ağa haradadır?

Boyaqçı:

-Aqibətiniz xeyir!(Əli ilə binanı göstərir.)İçəri keçdi.

Atlılar enərək, atlarını qapının yanındakı atın yanına bağlayırlar və içəri

keçirlər.Burada bir-birinə raralel olaraq, iki çox uzun masaların başında iyirmidən artıq adam bəzək qəliblərini rəngə salıb, qarşılarındakı parçaların üzərinə basaraq bəzək vurmaqla məşğuldurlar. Fəqət Kazım ağa gözə dəymir.Gənclər masaların arası ilə irəliləyirlər. Saroş bəzəkçilərin birindən soruşur:

-Ağan haradadır.

Bəzəkçi o biri qapını göstərərək cavab verir:

-O qapıdan çıxdı.

Saroş və Səfər o biri qapıya tərəf yönəlirlər.

***

Binanın o biri tərəfi.Burada yerə çox sayda taxta dirəklər basdırılmış, dirək-lər arasında iplər çəkilmiş və həmin iplərdən artıq bəzəkləri vurulmuş parçalar asıl-mışdır.İşçilərdən bəzisi yeni parçalar asmaqla,digərləri artıq qurumuş hazır məhsu-lu səliqə ilə bükərək kisələrə yığmaqla,başqa biriləri isə dolu kisələri at arabasına



yükləməklə məşğuldurlar. Kazım ağa tam ortada durub ucadan deyir:

-Cəld olun!Tələsin!

Kazım ağanın gözü karxana binasının içindən çıxan Səfərlə Saroşa sataşır.

O onların yaxınlaşmasını gözləmədən,uzaqdan-uzağa Saroşa səslənir:

-Ə kürəkən,nə var,nə yox?

Saroş da elə uzaqdan-uzağa onun kimi ucadan cavab verir:

-Allah var,şəriki yox!

Kazım ağa:

-Afərin sənə!Bax,elə bu mərifətin sahibi olduğun üçün,lüt olmağına baxma-yaraq,qızımı sənə verməyə razı olmuşam.

Gənclər Kazıma yaxınlaşırlar.Saroş onun əlindən,o isə gəncin alnından öpür.

Səfərsə ədəblə salam verir:

Əssəlamu əleyküm!

Kazım:

-Və əleykəssəlam.Xoş gəlmisən!



Səfər:

-Xoş gününüz olsun!

Saroş dostuna işarə edərək:

-Kazım dayı,bu mənim ən yaxım dostumdur.Yaxından keçirdik,dedim,bir si-

zi görüm,əlinizi öpüm.

Kazım:


-Əl öpənin çox olsun!Deyirsən,dostundur.Bəs,dostunun adı –filanı yoxdur?

Səfər:


-Adım Səfərdir.Bəziləri yüzbaşı Səfər,başqaları isə Qaçaq Səfər deyirlər mə-

nə.


Kazım ağa “Qaçaq Səfər”adını eşidər-eşitməz,onu yuxarıdan aşağı süzür və

deyir:


-Düz deyiblər ki,igidin adını eşit,özünü görmə.Tanımayan sənin adı Qarabağ-

dan İrəvan və Bakıya qədər dillər əzbəri olan Səfər olduğuna heç vaxt inanmaz..

(Üzünü Saroşa tərəf çevirir.)Amma yalandan demə ki,Səfər ya məni, ya da ki kar-

xanamı görməyə gəlib.Bilirsən ki,mənim uzunçuluqla aram yoxdur.Odur ki,düzü-

nü söylə,məsələ nədir?

Saroş:


-Dostum istəyir sizə elçi göndərsin...

Kazım onun sözünü yarıda kəsir:

-Sən onun vəkilisən,məgər?

Səfər:


-Arzum sizin kimi gözəl bir insanın kürəkəni olmaq şərəfinə nail olmaqdır.

Əgər etiraz etməsəniz,sabah axşam elçilərimi göndərərdim.

Kazım qəh-qəhə çəkir və sonra da deyir:

-Atalar necə deyib,qız ağacı,qoz ağacı,hər yetən bir daş atar.Sən elçilərini

göndərməkdə ol,dalısına baxarıq.O ki qaldı,şərəf məsələsinə,mən Nadir şahın əs-

gərlərindən olmuşam və igid adamları sevirəm.Mənim üçün də sizin kimi igidlərin

qaynatası olmaq böyük şərəfdir.Sən adamlarını göndər,dalısı ilə işin yoxdur.Bəl-

kə toylarınızı da bir gündə etdik.

Gənclərin hər ikisi Kazımın əlini,o isə onların alınlarını öpürlər.

***


Ağa Məhəmməd şah Qacar sarayın eyvanında ayaq üstə duraraq dağları seyr

edir.Eşikağası eyvana daxil olaraq deyir:

-Şirazdan bir nəfər gəlib,deyir ki,onu Şiraz sarayının eşikağası Abbasəli bəy göndərib, şaha çox məxfi və təcili bir xəbərim var.

Şahı,sanki,ildırım vurur.Dərin fikrə gedir və yenə də gözləri önündə keçmi-şin xatirələri canlanır.

***

EPİZODUN TƏKRARI



Şiraz şəhərinin qala divarlarının və darvazasının xaricdən görünüşü. Eşikağası və Ağa Məhəmməd xan şəhərdən uzaqlaşırlar.Eşikağası söhbətini davam etdirərk deyir:

-...Bir gün Artuq şahlıq sövdasına düşür və Məlik şaha qarşı üsyan qaldırır və üsyan sırasında şahın bacısını da qaçırır.Üsyan tezliklə yatızdırılır, Artuq əl-qo-lu bağlı halda şahın hüzuruna gətirilir.Məlik şah üsyanı ona bağışlasa da,bacısına olan münasibəti bağışlamır və cəza olaraq onu xacə etdirir...

Bu sözləri eşidın Ağa Məhəmməd xan atını əyləyərək müsahibinə hirs-li-hirsli deyir:

-Bunları mənə söyləyərək yaramı təzələməkdə məqsədin nədir?

Eşikağası dönüb geriyə boylanır və:

-Heç bir xüsusi məqsədim yoxdur.Mən sadəcə,İran şahının buyuru-ğunu yerinə yetirdim.O,əmr etmişdi ki,bu əhvalatı danışim və səni Məkkəyə ge-dərək həmişəlik orada qalmağa təşviq edim.Bura qədər səninlə gəlməyimin isə

xüsusi məqsədi var.İndi məni diqqətlə dinlə.Söyləyəcəklərimi şəhərdə deyə bil-

məzdim,çünki orda daşın da qulaqları var.Yəni şəhər Kərim xanın xəfiyyələri ilə qaynayıb daşır.

Bax,mən də sənin kimi türkəm,qaşqay türklərindənəm,fəqət sarayda bunu heç kəs bilmir və hər kəs məni bəxtiyari hesab edir.Şəhərin qaşqaylar məhəl-ləsindən keçərkən sənə göstərilən xoş münasibətin özün şahidi oldun.Bunun səbə-bi qaşqayların Qacar elinə bəslədikləri böyük ümidlərlə bağlıdır.Belə hesab edilir ki,məhz Qacarlar, Nadir şahın ölümündən sonra bir-birinə düşmən kəsilmiş türk soy və boylarını, xüsusən də Azərbycan türklərini bir bayraq altında birləşdirmək iqtidarındadır.Qardaşın Hüseynqulu xana şox böyük ümidlər bəslənilir.Bil ki, Qaş-qay elləri Kərim xanın farspərəst və iranpərəst siyasətindən, xüsusən də türklərə və İslama olan münasibətindən bərk narahatdırlar.

Ağa Məhəmməd xan:

-İslama olan münasibəti necədir ki?

Eşikağası:

-Şah üzdə özünü müsəlman kimi göstərsə də, qəlbinin dərinliklərində zərdüştidir.Ülamə arasında söz-söhbət gəzir ki,İslamı aradan aparıb yerinə atəşpə-rəstliyi rəsmiləşdirmək üçün fürsət gözləyir.

Nə isə...Hüseynqulu xana mənim salamlarımı çatdır və de ki,Şiraz sara-yının eşikağası Abbasəli bəy onun sadiq quludur və saraydakı gözü və qulağı ola-caq.İndisə şübhə oyatmamq üçün şəhərə dönməyim lazımdır.Sənə yaxşı yol!

-Sənin simanda sədaqətli dost tapdığıma görə çox şadam.Salamat qal!

Bu sözlərdən sonra atlılar ayrılaraq əks istiqamətlərdə çapdılar.

***

Ağa Məhəmməd şah Qacar xəyallardan ayrılaraq,eyvanı tərk edir.



***

Ağa Məhəmməd şah Qacar taxtda əyləşib.Xanbaba da yanındadır.Qarşı-sında qasid dayanıb.Qasid deyir:

-Abbasəli bəy mənə buyurdu,sizə çatdırım ki,Şirazda tam bir hərc-mərc-lik hakimdir və hər kəs sizin gələcəyiniz günü gözləyir.Düşmənləriniz dəhşətli bir

qorxu ,dostlarımız isə səbirsizlik içindədir.Lütfəli xan xəzinəni Tehrandan çıxara bilmədiyi üçün ordu saxlamağa pulu yoxdur.Vergiləri iki qatına çıxartdığından ca-maatın nifrətini qazanıb.Hər an üsyan ola bilər.Abbasəli bəyə məlum olub ki,sən demə,Kərim xanın gizli xəzinəsi də Tehrandaymış və o,Cümə məscidinin döşəmə-sinin altındaki gizli zirzəmidədir.Abbasəli bəy həmin zirzəminin olduğu yerin nəq-şəsini mənim kürəyimə döyüb.

Bu sözlərdən sonra qasid əbasını və köynəyini çıxarıb arxasını şaha tərəf

çevirir.Ekranda qasidin kürəyinə döyülmüş plan canlanır.

Şah üzünü Xanbabaya tutur:

-Sarayın nəqqaşbaşısına de onun kürəyindəki nəqşəni kağıza köçürsün. Sonra isə məsələni araşdır,gör doğrudur,ya yox.Doğrudursa,Kərim xanın xəzinəsi-ni oradan çixart və qat öz xəzinəmizə.

Xanbaba ayağa qalxıb qasidə deyir:

-Əynini gey və ardımca gəl.

Qasid paltarlarını geyinib,şaha təzim edərək vəliəhdin ardınca qapıya doğru yollanır.

Şah Xanbabaya səslənir:

-Söylə Səbzəlini yanıma gətirsinlər.

Xanbabayla qasid qapıdan çıxar-çıxmaz, Allahverdioğlu sevincək halda içəri girərək deyir:

-Şahım,müjdə! Qum valisi Cəfər xanı tutub əli-qolu bağlı halda bura gön-dərib.İndi o, zindandadır.

Şah :


-Allah səni xoşxəbər etsin.Müjdənə gəlincə oğluna Qarabağ xanının qı-zını aldıqdan sonra onu İsfahana vali göndərəcəyəm.Gəl,otur yanıma,indi Səbzəli-

ni gətirəcəklər.

Allahverdi taxta yaxınlaşıb şahın yanında oturur.Elə həmin an da eşikağa-sı və əlindən tutduğu kor Səbzəli içəri girirlər.Eşikağası təzim edir və astaca Səbzə-liyə pıçıldayır:

-Şahın hüzurundasan,baş əy!

Səbzəli baş əyir və elə bu vəziyyətdə də qalır.

Şah soruşur:

-Səbzəli,səni kim və nə üçün bu hala saldı?

Səbzəli:


-Sənə haqsızlıq etdiyim,xəyanət etdiyim üçün Allah məni bu günə saldı.

Şah:


- Kimin əli ilə bunu etdi?

Səbzəli:


-Cəfər xan Zəndin əli ilə.

Şah:


-Cəfər xan Zənd heç vaxt Allah adamı olmayıb.O nədən belə etdi?

Səbzəli:


-Həqiqəti dediyim üçün.Bir dəfə söhbət Firdövsinin “Şahnamə”sindən düşdü,dözə bilməyib dedim ki, “İran”adını Firdövsi uydurub,tarixdə heç vaxt nə İrəc adında şah,nə də İran adında dövlət olmayıb.Farslar da,çinlilər də ox atmağı,at çapmağı,şalvar geyməyi türklərdən öyrəniblər.Farslar üçün də,çinlilər üçün də ilk dövləti türklər qurublar.Cəfər xan Zənd bu sözümdən qəzəblənib,əmr etdi,gözlə-

rimi çıxartdılar.Xəzinəmi də əlimdən alıb,özümü saraydan qovdular.

Bağışla məni,şah.Bilirəm ki,bağışlanmağa layiq deyiləm,amma bir kordan

intiqam almaq sənə başucalığı gətirməz.

Şah:

-Kim dedi ki,səndən intiqam almaq istəyirəm? Sən anan fars olduğu üçün



məni farslara satdın,onlar da səni kor,məni xacə etdilər.Mənsə səni atan türk oldu-ğu üçün bağışlayıram.Üstəlik sənə təqaüd də kəsəcəyəm ki,ömrünün sonuna qədər

maddi sıxıntı çəkməyəsən.

Səbzəli:

-Allah səndən razı olsun.Kaş indiki ağlım onda olaydı.

Şah:

-Cəfər xandan intiqamını almaq istəyərdinmi?



Səbzəli:

-Vallah,əlimə düşsəydi hər tikəsini qulağı boyda edərdim.

Şah üzünü Allahverdiyə tutaraq:

-Apar bunu zindana,Cəfər xanın əl-qolunu bağlayın,buna da bir xəncər ve-

rin,intiqamını alsın.

Səbzəli:


-O it südü əmmiş,demək ki,burdaymış.Çox sağ ol,şah,ömrüm boyu sənə duaçı olacağam.

***


Mahmudun evinin həyəti.Mahmud və Səraslan hər birinin içində 10-15 gö-

yərçin olan 10-a yaxın qəfəsi at arabasına yükləyirlər.Süsən də yanlarındadır.Mah-

mud işini görə-görə arvadına deyir:

-Ən geci bir həftəyə qayıdacağam.Uşaqdan muğayat ol.Bir çətinliyin olsa, Səraslan dayıgilin evini tanıyırsan.Hər bir dərdini ona anlada bilərsən.(Səraslana

müraciətlə)Sənsə bir həftə istirahət et.Bir həftə sonra işimiz yenə çox olacaq.

Qəfəslər arabaya yükləndikdən sonra Mahmud arabaya minir, “Salamat qalın!”-deyib,üzünü arabaçıya tutur:

-Haydı,yolçu yolda gərək.

Araba tərpənir.Süsən arabanın dalınca su atır və Mahmuda səslənir:

-Yaxşı yol!Yolunuz açıq olsun!

***


Tehran şəhərinin zirzəmi formalı zindanı.Zindanın qalın taxta qapıları eşik-

dən döyülür.Keşikçilərdən biri əlində açar bağlaması ilə birlikdə pilləkənlərlə yu-xarı qapıya tərəf qalxmağa başlayır.O biri keşikçilər cəld qılınclarını götürüb hərə

öz qəfəsinin qapısı qarşısında yerlərini alırlar,sanki,həmişə orda durmuş və oranı

tərk etməmişlər.Pilləkanlarla qalxan keşikçi açarlardan birini qapının açar yerinə

salıb burur və qapı açılır.İçəri Allahverdioğlu və əlindən tutduğu Səbzəli daxil olurlar.Allahverdioğlu Səbzəliyə “Ehtiyatlı ol,indi pilləkanlarla aşağı enəcəyik.”

-deyərək,onunla birgə asta-asta pilləkənlərlə enməyə başlayır.Keşikçi cəld qapını bağlayıb,arxadan onlara çatır və Səbzəlinin o biri qoluna girib ona yardımçı olur.

Allahverdioğlu və Səbzəli pilləkanları düşdükdən sonra zindanlardan birinin ya-

nından keçirlər.Bu zindanda iki zənci uzanıb öz dillərində nə isə danışırlar.Allah-verdioğlu keşikçidən soruşur:

-Nə oldu,bunların dilini bilən tapılmadı?!

Keşikçi:


-Tapıldı,ağa,artıq dünəndən istintaq başlayıb.Deyəsən,günahsızdırlar.Hər halda,sabahda-biri gündə hər şey məlum olar.

İkinci qəfəsə yaxınlaşırlar.Burada ağ və uzun saqqalı olan bir qoca otu-

rub kitab oxuyur.Allahverdioğlu ondan soruşur:

-Nə oxuyursan?

Qoca cavab verir:

-Şirvanlı Məhəmməd Yusifin öz dilimizdə yazdığı “Tibnamə”dir.

Allahverdioğlu və Səbzəli üçüncü qəfəsin yanından keçirlər.Burada oturmuş

gəncin dişi ağrıdığından əlini yanağına qoyub yüngülcə zarıyır.Allahverdioğlu on-dan soruşur:

-Dişin ağrayır?

Gənc başının hərəkəti ilə suala müsbət cavab verir.Vali keşikçinin üstünə çığırır:

-Korsunuz,görmürsünüz ki,dişi ağrayır?Tez olun loğman çağırın!

Keşikçi:


-Adam göndərmişik,ağa,indilərdə gələr.

Vali,keşikçi və Səbzəli üçüncü qəfəsin yanından ötüb,uzun,yarıqaranlıq dəhlizə dönürlər,dəhlizlə irəliləyib,onun o biri başındakı qapıya yetişirlər.Bu qapı- nın ağzında iki nəfər əli qılınclı keşikçi durub.Gələn keşikçi qapını açır.

Allahverdioğlu qapıda duran keşikçilərə deyir:

-Gedin əl-qolunu möhkəm-möhkəm bağlayın!

Keşikçilərin üçü də içəri girirlər.Bura dəmir barmaqlıqlı pəncərəsi olan da-

irəvi daş bir hücrədir.İçəri də Cəfər xan Zənd təkdir.Keşikçilər içəri girib onun əl-

qolunu bağlayırlar.O.heç bir müqavimət göstərmir.Keşikçilər çölə çıxdıqdan sonra

Allahverdioğlu ilə Səbzəli içəri girirlər.Allahverdioğlu Cəfər xəndan soruşur:

-Bunu tanıyırsanmı?

Cəfər xan Səbzəlini diqqətlə süzür və deyir:

-Hə,bu,Səbzəli bəydir.

Allahverdioğlu:

-Onun gözlərini sənmi kor etdirmisən?

Cəfər xan:

-Hə.

Allahverdioğlu xəncərini çıxarıb Səbzəliyə verir və deyir:



-Düşmənin buradadır.Əlləri bağlıdır,amma ayaqları sərbəstdir.İndi qapını örtəcəyəm.Hünərin varsa,al intiqamını.

Bu sözlərdən sonra qapı bağlanır və içəridə iki düşmən təkbətək qalır.

***

Qapını bağlandıqdan sonra Allahverdioğlu və birinci keşikçi gəldikləri yol-



la geri qayıdırlar.Dəhlizi keçib üçüncü qəfəsin yanına yetişirlər.Qəfəsin ağzı açıq-dır.Dişi ağrayan gənci müalicə etmək üçün gəlmiş loğman xəstənin dişinə ip bağlayaraq deyir:

-Qorxma,dişin laxlayır,zərrə qədər də ağrısı olmayacaq.Əvəzində isə çürü-müş dişindən birdəfəlik canın qurtaracaq.Bu gecə rahat yatacaqsan.

Loğman bu sözləri deyib qəfəsin qapısını örtür,İpin ucunu qapıya bağlayır və birdən ildırım sürəti ilə qapını açır.Gənc çığırır:

-Aman,aman,aman!!!

***

Ekranda ucu qapıya bağlanmış ip canlanır.Onun obiri ucundan diş salla-nır.



***

Loğman gəncə bir bardaq uzadır və deyir:

-Bu məhlulla tez ağzını qarqara elə!

Allahverdi ikinci qəfəsə yaxınlaşır.Oradakı uzun saqqallı qoca kitabını oxuyur.Birinci qəfəsdəki iki zənci artıq yatmışlar.

***

Cəfər xanın hücrəsi.O yerini bəlli etməmək üçün sakit dayanaraq Səbzəli- yə ayağı ilə möhkəm bir zərbə vurmaq üçün fürsət gözləyir.Səbzəli isə sol əlini yumruq halında irəli uzatmış,xəncər olan sağ əlin zərbə endirmək üçün bir qədər



arxada tutmuşdur.O,ətrafa diqqətlə qulaq asaraq düşməninin yerini müəyyənləşdir-məyə çalışır.Bu dəm Cəfər tullanaraq Səbzəlinin sinəsinə bir təpik vurur və kor ye-

rə sərilir.Xan onu var qüvvəsi ilə təpikləməyə başlayır,fəqət zərbələrin biri zamanı

Səbzəli onun ayağından tutub müvazinətini itirərək yerə yıxılmasına nail olur,özü

isə meymun cəldliyi ilə omum üstünə çökür və bütün ağırlığı ilə onun hərəkətlərini mümükün qədər məhdudlaşdırır.Cəfər xanın ayaqlarını havada ora-bura yelləməsi

bir fayda vermir.Səbzəli sol əli ilə xanın saçlarından tutaraq xəncər olan əli ilə onun gözlərinin yerini tapır və xəncəri onun öncə sağ gözünə soxur.Qan fəvvarə vuraraq onların hər ikisini və ətrafı qırmızı rəngə boyayır.Cəfər xanın çığırtısı alə-mi başına götürür.İkinci bənzər hərəkətlə Cəfər xan ikinci gözü ilə vidalaşmalı olur.Xan çığırmaqda və zarımaqda davam edir.Səbzəli bəy daha sonra düşməninin

boğazını kəsir.Bu dəfəki qan fəvvarəsi əvvəlki ikisindən öz şiddəti ilə fərqlənir.Çı-

ğırtını xırıltı və xışıltı əvəz edir.Başdan ayağa qan içində olan kor ayağa qalxır.Cə-

fər xan titrəyir.

Səbzəli əllərini göyə uzadaraq: “İlahi şükr sənə!İntiqamımı aldım.”-deyir və xəncəri öz ürəyinə sancır,sancmağı ilə də xanın üstünə yıxılması bir olur.

***


Tehranın cümə məscidi.Xanbaba 6-7 əsgərin müşayiəti ilə məscidə yaxın-laşıb,atdan enir.Əsgərlərdən biri onun atının yüyənini tutur.Vəliəhd cəld məscidə girir.Məscidin axundu və onun arxasında səf bağlamış 20-yə yaxın adam namaz qılırlar.Xanbaba ibadət zalından çıxıb dəstəmazxanaya girir və dəstəmaz almağa başlayır.

***


Məscidin qapısı.Bayaq namaz qılanlar qapıdan çölə çıxırlar.

***


Məscidin ibadət zalı.Xanbaba namaz qılır.Axund kənarda oturub onun na-maz qılmasına tamaşa edir.Vəliəhd ibadətini bitirib ayağa qalxmaqda olan axunda

yaxınlaşır.Axund deyir:

-Allah qəbul etsin,inşallah!

Xanbaba:


-Amin!Qulaq as,axund,istəyirik burada bir balaca təmirat aparaq.Sabah cümə namazında camaata bəyan edərsən ki,məscid bir həftəliyə təmirə bağlanır.

Axund:


-Baş üstə!

Xanbaba sağ əlini sinəsinə qoyub, “Əssəlamu əleyküm!”-deyib məscidin

qapısına tərəf istiqamət alır.Axund da onun ardınca deyir:

-Və əleykəssəlam!(Sonra isə yavaşca özü-özünə ) Yoxsa,Kərim xan Zən-din xəzinəsi barədə məlumata sahib olublar.Amma yox!Bu bardə Kərim xandan və

məndən başqa heç kim heç nə bilmir.Kərim xan isə artıq həyatda yoxdur.

***


Mahmudun evinin həyəti.Süsən “Küçələrə su səpmişəm”xalq mahnısını zümzümə edə-edə susəpənlə yerə su səpir.Sonra isə həyəti süpürməyə başlayır. Zi-bili xəkandaza yığıb zibil yeşiyinə atır.Su səpəni su ilə doldurub,həyəti bir də sula-yır və zümzümə etməkdə davam edir.İşini bitirib zümzümə edə-edə susəpən,xəkan-daz və süpürgəni səliqə ilə bir tərəfə qoyur.Əlüzyuyana yaxınlaşıb əllərini yuyur və

evin qapısına sarı yollanır.

Evin içi.Süsən içəri girir.Ayağını içəri atar-atmaz qapının arxasında giz-lənmiş,Müqəddəs Yəhya təriqətinə mənsub keşişlərin qara geyimində olan,üzü qara niqabla örtülmüş bir şəxs əli ilə onun ağzını möhkəm tutur və pıçıltı ilə deyir:

-Sakit ol,səsini çıxartsan körpən öləcək!

Süsən gözlərini balasının olduğu nənni istiqamətinə yönəldir.Nənninin ya-nında eyni geyimli başqa bir keşişin durduğunu və əlindəki qılıncın ucunu şirin-şirin yatan körpənin qarnına dirədiyini görür.Ananın ürəyi gedir.

***


Molla Vəli Vidadi,Turqut bəy və onları müşayiət edən ona qədər qarabağlı əsgər meşəlik bir yerdə şairi qarşılamaq üçün Gəncədən gələn Uğurlu bəy və gən-cəli əsgərlərlə üz-üzə gəlirlər.Hər iki tərəfdən gələnlər bir-birilərinə çatan kimi at-larını əyləyib atlarından yerə enirlər.Uğurlu bəy hər kəsə ümumilikdə “Xoş gəlmi-siniz!”-deyib,hər kəsdən “Xoş gününüz olsun!” cavabını aldıqdan sonra şairə yaxınlaşır, “Həmişə siz gələsiniz!”-deyərək əyilib onun əlini öpür.Vidadi də ona alnını öpməklə cavab verir.Sonra Uğurlu bəy Turqut bəyə əl uzadaraq ona da ey-

ni sözləri deyir və üzünü qoca şairə tutur:

-Xocam,mən Gəncə xanı Cavad xanın oğlu Uğurlu bəyəm.Atam məni sizi

qarşılamaq və xidmətinizdə durmaq üçün göndərib.Əgər etiraz etmirsinizsə gedək.

Vidadi “Gedək,yolçu yolda gərək!”- deyib,atına minir.Hər kəs atlanır.Şair üzünü bura qədər onu müşayiət etmiş qarabağlı əsgərlərə tutaraq düyir:

-Çox sağ olun,balalarım,çox zəhmət çəkdiniz.

Qarabağlı əsgərlər yer-yer “Siz sağ olun ki,bizə şərəf qismət etdiniz!”, “Si-

zə yaxşı yol!”, “Yolunuz açıq olsun!” kimi xoş sözlərlə cavab verirlər.

Vidadi:

-Salamat qalın, mənim sonsuz təşəkkürlərimi İbrahimxəlil xana çatdırın!

***

Mahmudun evi.Süsən yerdə oturaraq əlində qələm və ağ kağız tutub.Ya-nında,yerdə mürəkkəbqabı var.Birinci qara keşiş onun başının üstündə duraraq dik-tə edir:



-Salam,ata...

Süsən qələmi mürəkkəbə batırıb yazmağa başlayır.

***

İkinci qara keşiş nənninin yanında oturub,qılıncı dizlərinin üstündədir. Körpə hələ də yatır.Kadr arxasından birinci keşişin səsi eşidilir:



-...Xahiş edirəm, bizə gəl...

***


Ekranda yenidən Süsən və birinci keşiş canlanır.Sonuncu diqtə etməkdə davam edir:

-...Səninlə çox təcili və vacib işim var...

Süsən növbəti dəfə qələmi mürəkkəbə batırır və yazır.O son sözü yazıb bitirdikdən sonra başını yuxarı qaldırmaqla,sanki, daha nə yazmalı olduğunu soru-

şur.


Birinci qara keşiş:

-Altda adını yaz!

Qız deyilənə əməl edib kağızı yanındakı keşişə uzadır.O isə öz növbəsində

kağızı alıb,gözdən keçirir:

-Xəttin çox gözəldir.İndisə qalx ayağa,bir uşaq tap,məktubu atana göndər.

Süsən ayağa qalxıb,kağızı geri alır və qapıya tərəf yollanır.

***

Nənninin yanında oturmuş ikinci keşiş ayağa qalxaraq qıza səslənir:



-Bax ha,axmaqlıq etmə,körpəni düşün.

Süsən bir söz demədən qapıdan çıxır.

***

Ohan keşişin evinin həyəti.Ohan keşiş həyətdəki ağacların gövdəlarinə əhəng çəkməklə məşğuldur.Bu dəm həyət qapısı döyülür.Keşiş əlindəki fırçanı



əhəngqabının içinə atıb,qapıya yaxınlaşa-yaxınlaşa soruşur:

-Kimsən?


Qapı arxasından uşaq səsi gəlir:

-Keşiş əmi sənə qızından məktub gətirmişəm.

Ohan cəld qapını açıb məktubu uşaqdan alır və deyir:

-Çox sağ ol,ay bala,bilsən bu qoca keşişi nə qədər sevindirdin.

Uşaq “Sən də sağ ol!”-deyib gedir.

Keşiş qapını bağlayır,məktubu açıb oxumağa başlayır və oxuyub qurtar-dıqdan sonra onu bərk-bərk ürəyinə sıxaraq,ağlamağa başlayır.

***

İbrahimxəlil xanın sarayının bağçası.Xanla Vaqif bağçada gəzişirlər.Xan qəzəbli-qəzəbli deyir:



-Adamın Ümmə xan kimi dostu varsa,ona düşmən lazım deyil,o mənə qa-

yın yox,başıma dərd oldu.Kimin ağlına gələrdi ki,heç bir səbəb və zərurət olmadan

Tiflisə hücuma keçib,şəhəri və əhalisini qarət edəcək,üstəlik də İrakli xanın iki ba-cısının ikisini də qaçırdacaq,birini özünə kəniz edib öz yatağına salacaq,o birisini də mənə kəniz kimi hədiyyə göndərəcək.Bu qədər də dərrakəsizlik,bu qədər də ax-

maqlıq olar?!İndi mən İrakli xanın üzünə necə baxacağam?!Bütün bunlardan xəbə-rim olmadığına onu necə inandıracağam?!İndi İrakli xan müsəlmanlara necə nifrət

etməsin?!Hə,vəzir,indi sən söylə, mən nə edim,yaranmış vəziyyətdən necə çıxım?

Of,of,Ümmə xan!Yandırdın,yaxdın məni.

Vaqif:

-Xan,ziyanın yarısından dönmək də qazancdır.İrakli xanın bacısını hörmət --izzətlə,bahalı hədiyyələrlə Tiflisə yola salmaq,Qarabağın ağsaqqallarını İrakli xa-nın yanına üzrxahlığa yollamaq lazımdır.Ümmə xanı da məcbur etmək lazımdır ki,qarət etdiyi hər şeyi geri qaytarsın.İrakli xanın bacısını da özünə qanuni zövcə



etsin.

Xan:


-Dediklərini təşkil et,Kələntər Ağası bəy,qoy, Car-Balakən xanlığına,Ümmə

xanın yanına yola düşsün,orada işləri qaydasına qoysun,Tiflisə yola düşəcək heyətə də özün başçılıq et.Elə bu gecə yola düşün.

Vaqif “ Baş üstə!”- deyib gedir.xansa hovuza yaxınlaşıb, onun kənarında oturur və qəmli-qəmli başını əllərinin içinə alır.Bu dəm kadra Bikə xanım daxil olaraq,ərinin yanında oturur və yazıq-yazıq ona baxır.Xan başını qaldırır:

-Sən fikir etmə,sənin olanlarda heç bir günahın yoxdur.Bacı qardaşın güna-

hına görə cavabdeh ola bilməz.

Bikə xanım:

-Deyirəm,bəlkə məni boşayıb,İrakli xanın bacısını alasan?

Xan ayağa qalxaraq diqqətlə arvadının gözlərinin içinə baxır.Kadra xanın

digər üç arvadı-Şahnisə xanım,Hacı Kərim qızı Zübeydə və Şahnəzər Məliyin qızı

Nazlı daxil olurlar.Şahnisə xana müraciətlə deyir:

-İstərsən,məni boşa...

Bikə onun sözünü kəsir:

-Qələti sənin yox,mənim qardaşım edib,yükünü çəkmək mənim borcumdur.

İbrahimxəlil Bikənin və Şahnisənin alınlarından öpür:

-Çox sağ olun.Gedin evə,tək qalmaq istəyirəm.Xanımlar gedirlər.Xan onlar-ın ardınca:

-Söyləyin, tarımı gətirsinlər!

Xan hovuza boylanaraq,öz əksinə baxır və ona bir yumruq ilişdirir.Ətrafa sıçrayan su xanı isladır.

***


Ohan keşiş Mahmudun evinin həyət qapısını döyür.Qapı arxasından Süsənin

səsi eşidilir:

-Kimsən?

Keşiş cavab verir:

-Mənəm,qızım,atandır.

Qapı açılır.Ohan içəri girir.Ata-bala bir-birinə sarılırlar.Hər ikisinin gözləri dolur.

Süsən könülsüz halda deyir:

-Gəl,gedək evə.Ohan keşiş qızın əlindən tutub,diqqətlə qızının gözlərinin içi-nə baxır.Süsən onun baxışlarına tab gətirə bilməyib, gözlərini gizlədir.Ohan qızın

əlini buraxmayaraq soruşur:

-Mahmud haradadır?

Süsən:

-Naxçıvana iş dalınca gedib.



Ohan keşiş səsini pıçıltı səviyyəsinə endirərək:

-Evə keçməmişdən öncə sənə bir söz demək istəyirəm.Evimizin həyətində,

əncil ağacına yaxın küncdə iki küp qızıl basdırmışam.(Səsini ucaldır.)Məni evə də-

vət etməyəcəksənmi?

Süsən:

-Gəl.


Ata-bala evə keçirlər.

***


Evin içi.Nənni həmişəki yerində yoxdur.Ohan soruşur:

-Bəs,nəvəm hanı?

Süsən:

-O biri otaqda yatıb.Otur,sənə soyuq ayran gətirim.



Ohan keşiş oturur.Süsən o biri otağa keçir.Keşiş fikrə gedir.Fikirləşdikləri öz

səsi ilə diktor mətni kimi səslənir:

-Hə,Ohan,bu da axırı.Oğlunun başa çatdıra bilmədiyini qızına etdirirlər.Heç olmasa,bu dəfə özünü kişi kimi apar.

Süsən içəri girərək əlindəki ayranı əli titrəyə-titrəyə atasına uzadır və yazıq-

yazıq deyir:

-İç,sərinlən.

Keşiş bardağı əlinə götürüb bir anlığa fikrə gedir...

***


EPİZODUN TƏKRARI

Keşişin evi.Ohan və Akop ayaq üstə ,üz-üzə durmuşlar.Akop atasının gözlərinin içinə baxaraq:

-Ata,milli mübarizəmizə nədən xəyanət etdin?Yusif Əmini və Məlik-Yeqanovu nə üçün satdın?!Aşotu niyə güdaza verdin?!

Keşiş gözlərini yerə dikib susur.

Akop sözünə davam edir:

-Cəzasızmı qalacağını sandın?

Bu sözlər Ohanı başını yuxarı qaldırıb oğlunun gözlərinin içinə yazıq-yazıq baxmağa məcbur edir:

-Məni öldürməyə sənimi göndərdilər?

Akop:

-Hə.


Keşişin səsi titrəyir:

-Oğul,axı,mən sənin atanam.

Akop belindəki xəncəri çıxarıb “Atam olduğuna görə utanıram.Səndən iyrənirəm!”-deyir və xəncəri keşişə saplamaq üçün yuxarı qaldırır.Bu an güllə və sınan pəncərə şüşələrinin səsi gəlir.Xəncər Akopun əlindən düşür.O,əlini tutaraq zarımağa başlayır.

***


EPİZODUN TƏKRARI

Erməni üslubunda bərpa edilmiş alban kilsəsi.Ohan keşiş kilsədə təkdir.Bir

əlində şərab qabı,digərində isə bardaq var.Üz-gözündən və hərəkətlərindən sərxoş

olduğu anlaşılır.O,Həzrət İsanın ikonasına yaxınlaşaraq onun qarşısında durur və

deyir:

-Mən sənin nə qüdrətinə, nə də özünə heç vaxt inanmamışam və bu gün də inanmıram.Amma hər kəsin,o cümlədən hər iki balamın məndən üz döndərdiyi bir



vaxtda səndən başqa üz tutacağım bir kimsə yoxdur.Ona görə də ürəyimi istər-istə-məz,sənə açmağa məcburam.Tək qalmağım bəs deyil,oğlum məni öldürməyə qalx-

dı,amma özünün başı kəsildi,nizəyə taxıldı və küçə-küçə gəzdirildi.Qızımsa düş-mənə ərə gedərək,onun dinini qəbul etdi.Gözümün içinə baxa-baxa məndən imtina etdi,sanki atası mən deyilmişəm,bir məlun türkmüş.Ömrümü onlara həsr edib,iki küp qızıl yığdım,bunun üçün neçə-neçə evlər yıxdım,indisə məlum olur ki,hamısı əbəsmiş.Nə isə dünya köpəkoğlu dünyadır.Odur ki,mənə içib dərdimi unutmağa çalışmaqdan başqa bir yol qalmayıb.Birlikdə içməyə isə səndən başqa adam yox-dur...

Bu dəm içəri Mirzə Əliməmməd girir.Onun gəlişindən xəbəri olmayan ke-

şiş əlindəki qabdan bardağa bir qədər şərab süzüb, onu Həzrət İsanın təsvirinin alın hissəsinə toxunduraraq,sözünə davam edir:

-...Sənin sağlığına!

Keşiş bu sözlərdən sonra bardağı başına çəkir.

***

Ohan xəyallardan ayrılır,öncə əlindəki ayrana,daha sonra isə qızına baxır, Süsənə göz vurub,ayranı başına çəkir.Qız ağlamağa başlayır.



***

Ekranda yalnız Süsənin ağlayan üzü görünür.Ekran yavaş-yavaş qaralır və

tam qaranlıq çökür.Bu hal bir neçə saniyə davam edir.Ekran işıqlanır və orada Sü-sənin sifətinin yerinə yuxarıdan aşağıya doğru baxan üzü niqablı 12 qara keşişim başı və boyunlarından asılı olan xaçları canlanır.Keşişlərin başı üzərində erməni katalikosunun gizli məşvərət məkanının gümbəzvari tavanı görünür.

***


Gəncə yaxınlağındakı Göy-göl.Gəncə xanı Cavad xan və Molla Vəli Vida-

di gölün ortasında üzən qayıqda yanaşı əyləşmişlər.Uğur bəy və Turqut bəy avar çəkirlər.Cavad xan Vidadiyə deyir:

-Vallah, sizin öz üzərinizə götürdüyünüz bu xeyixah və ağır vəzifənin əhə-miyyətini sözlə ifadə etmək belə çətindir.Bilsəniz bu məsələ üzərində nə qədər baş

sındırmışam.Bəzən gözlərimə yuxu belə getməyib.Axı,necə ola bilər ki,urusların qapımıza dirəndiyi bir vaxtda öz aramızda dil tapa bilməyək.Madam ki,indiyə qə-

dər görüşdüyünüz bütün xanlar qurultay keçirmək və öz içlərindən şah seçmək qə-rarını dəstəkləyiblərsə,mən razı.Yəni heç bir etirazım yoxdur.Əminəm ki, Bakı xa-nı, dostum Hüseynqulu xanı da yola gətirə bilərik.Amma mən də,Hüseynqulu xan

da eynən sizin kimi Azərbaycanı səltənət kimi görmək istəyirik və doğrusu Ağa Məhəmməd şaha böyük ümidlə baxırıq.Çünki hamımız birləşə və qüvvələrimizi birləşdirə bilsək belə,Qacarların qüvvəsi olmadan uruslarla bacara bilmərik.Bütün

qüvvələri birləşdirsək isə urusları sərhədlərimizdən çox-çox uzaqlara ata bilərik.Və

bunu bu gün etməsək,sabah artıq gec ola bilər.

Vidadi:

-Kaş,Azərbaycanın bütün xanları sizin kimi düşünəydilər.Məlumat üçün bildirim ki,olduğum hər yerdə çox sayda səltənətpərəstlərin olduğunun şahidi ol-

dum.Bu fikri ən cox karxana sahibləri və böyük tacirlər dəstəkləyirlər.Təsəvvür

edin ki,karxana sahibi və ya tacir öz mallarını,tutaq ki,Bakıdan Osmanlı sınırına

aparmaq istəyir.Gör, neçə yerdə gömrük rüsumu və torpaqbasdı vergisi verməli

olacaq.Belə bir şəraitdə nə ticarət,nə də iqtisadiyyat inkişaf edə bilməz.

Cavad xan:

-Urusların Azərbaycan torpaqlarına göz dikməsinin əsas səbəbi də elə karvan yollarını ələ keçirməkdir də.Biz isə əl-ələ verib bu nemətdən faydalanmaq

əvəzinə özümüz-özümüzə əlavə maneələr yaradırıq.

Hətta tam əminəm ki,keçmişdə olmuş məzhəb savaşlarını və düşmənçiliklə-ri unudub Osmanlılarla ittifaq bağlamalı və uruslara qarşı eyni cəbhədən çıxış et-

məliyik.

Vidadi:


-Dilinizə qurbam olum,ay xan,tam ürəyindən xəbər verdiniz.

***


Erməni katalikosunun gizli məşvərət məkanı.Yerdə böyük taxta xaç var. Ohan keşiş əllərindən, ayaqlarından və belindən iplə taxta xaça sarılmışdır.Üzləri

niqablı,qara geyimli 12 keşiş və katalikos dairə üzrə düzülmüşlər.

Katalikos danışır:

-Ohan keşiş erməni xalqının müqəddəs məqsəd və arzularına xəyanət edərək

köpəyin belindən gəlmiş türklərə satılmışdır.Onun xəyanəti nəticəsində xalqımızın

Yusif Əmin və Məlik Yeqanov kimi iki mərd oğlu türklər tərəfindən qətlə yetiril-mişdir.Bu məqsədlə də onun haqqında ölüm hökmü çıxarılmışdır.Fəqət o,əzabla

ölməlidir.Çünki ani ölüm onun üçün cəza yox,mükafat olar.Mən sözümü bitirdim,

mərasimə başlaya bilərik.

Qara keşişlərdən ikisi mıx və çəkic götürürlər.Onlardan biri Ohanın əlləri-ni, digəri isə ayaqlarını xaça mıxlamağa başlayır.Ohanın tükürpədici qışqırığı alə-

mi başına götürür.Mıx vurulan yerlərdən axan qanlar yerdə kiçik qan yığnaqları yaradır.Sonra qara keşişlər dəhşətli cığırtılar altında üzərinə həmkarlarını mıxladıq-

ları xaçı dikəldərək divara söykəyirlər.İpləri açıb məkanı tərk edirlər.

***


Şuşa şəhərinin Gəncə qapılarının çöldən görünüşü. Qapılar açılır və şəhər-dən ona qədər silahlı əsgər çıxır.Onların ardınca bir-birinə iplərlə bağlı olan ard-

arda üç dəvə çıxır.Dəvələrdən birincisinin ipi əsgərlərdən birinin atının yəhərinə

bağlanmışdır.Onun üzərində bər-bəzəkli bir kacəvə var.Digər dəvələr isə İbrahim-

xəlil xanın İrakli xana göndərdiyi hədiyyələrlə yüklənmişdir.Dəvələrin ardınca Va-

qif və şəhərin qazısı öz atlarında çıxırlar.Şəhəri son tərk edənsə daha on silahlı əs-gər olur.Bundan sonra qapılar bağlanır.Vaqif və qazı atlarının sürətlərini bir qədər

artıraraq kəcavəyə yaxınlaşırlar və Vaqif üzünü kəcavəyə tərəf cevirərək soruşur:

-Necəsiniz,xanım,yeriniz narahat deyil ki?

Kəcavədən İrakli xanın bacısı boylanaraq gülümsəyir və deyir:

-Cox təçəkkür edirəm,hər şey yaxşıdır.Zərrə qədər də narahatçılığım yox-

dur.İnşallah,Tiflisə neçə günə çatarıq?

-İnşallah, iki günə sizi qardaşınız İrakli xanın sarayına çatdırarıq.Heç nara-

hat olmayın.

İrakli xanın bacısı:

-Əsla narahat deyiləm.Madam ki,Qarabağ xanının vəziri və Şuşanın qazısı

özləri şəxsən məni müşayiət edirlər,narahatçılığa heç bir əsas ola biməz.İbrahimxə-

lil xandan gördüyüm hörmətin heç yüzdə birini də Ümmə xandan görmədim.Özü

də,adamları da çox kobud və sərtdirlər.

Vaqif:


-Biz öndə olacağıq.Əgər bir arzunuz,bir istəyiniz olarsa,əsgərlərə söyləyin,

bizə bildirsinlər.

İrakli xanın bacısı:

-Allah sizdən razı olsun,çox nəzakətlisiniz.

Vaqif:

-Borcumuzdur.İcazənizlə...



Xanım:

-Buyurun.

Vaqif və qazi yüngülcə təzim edib sürəti artırırlar və ən önə keçirlər.

***


Gəncə xanı Cavad xan və Molla Vəli Vidadi atbelində söhbət edə-edə meşə

yolu ilə Göy-göldən Gəncəyə qayıdırlar.Turqut bəy və Uğurlu bəy onların adınca gəlirlər.Onların ardınca isə iyirmiyə yaxın silahlı mühafizəçi gəlir.Vidadi deyir:

-Uşaqlıqdan Göy-gölü görmək arzusu ilə yaşayırdım.Axır ki,bu ahıl yaşım-

da sayənizdə bu mənə qismət oldu.

Cavad xan:

-Öncələr buranın yolu çox bərbad idi.Yağış yağanda palçıq-zığ əlindən tər-pənmək olmurdu.Xanlıq taxtına oturar-oturmaz, bu yolu və xanlığın digər yollarını

təmir etdirdim.İndiyə qadər 33 körpü,46 karvansaray,23 hamam,68mədrəsə və 3 məscid tikdirmişəm.

Vidadi:


-Maşallah!Müəllim məsələsi nə yerdədir?

Cavad xan:

-Gəncədə savadlı adam çoxdur.Bir miqdar Təbrizdən,Bakıdan,Naxçıvandan və İstanbuldan da müəllim dəvət etdik,xəzinədən onlara yaxşı maaş verdik,hamısı bu günə qədər burdadırlar.Bütün elmləri tədris edirik.İki ildir ki,hər il 30 nəfər İs-

tanbula,30 nəfər də Təbrizə xəzinə hesabına tələbə gömdəririk.İnşallah onlar geri dönəndən sonra böyük bir Darülfünun və bütün ətrafdakı xəstələrin müalicə oluna

biləcəyi Darüşşəfa tikdirmək fikrim var.

Vidadi:


-Bəh-bəh-bəh!İstanbula tələbə gondərəndə dindarlardan buna etiraz edən ol-

madı ki?


Cavad xan:

-Necə olmadı?Mollalar,axundlar,seyidlər iki ayaqlarını bir başmağa dirədi-

lər ki,uşaqları sünni məktəblərinə buraxmaq olmaz,məzhəbimiz əldən gedər.Şəhər-

də üsyan da çıxarmağa cəhd etdilər,bir –iki seyid var idi,farsların şahına şikayət də

yazmışdılar,guya Zəndilərdən qorxan,onları adam yerinə qoyan varmış.Hamısını

bazar meydanında çubuqladdırdım,pısları yatdı.

Vidadi:

-Ölkəmizi ruhanilərin cəhalət,nadanlıq,xürafat,mövhumat və məzhəbçilik bəlasından mütləq qurtarmalıyıq...Xan,deyəsən gəldiyimiz yolla getmirik,axı.

Xan:

-Hə,qarşıda çox gözəl bir aşxana var,ləzzətli plov,piti,dolma,bozbaş və baş-



qa yeməklər bişirirlər.İstədim ki,naharı təbiətin qoynunda edək.Nə deyirsiniz?

Vidadi:


-İtaət borcumdur,ağa deyir,sür dərəyə,deməli,dərəyə sürməkdən başqa bir çarə yoxdur.

Hər ikisi gülüşürlər.

***

Erməni katalikosunun gizli məşvərət yeri.Xaça mıxlanmış Ohan keşiş zarı-yır.Gözləri önündə Mesropu oldürdüyü səhnə canlanır...



***

EPİZODUN TƏKRARI

Mesrop beli götürüb qazımağa başlayır.Bu dəm çapan at ayaqlarının sə-

si gəlir.Mesrop cəld çaladan çıxır.Külüngü əlinə götürüb həyacanla səs gələn tərəfə

baxır.Səs isə get-gedə yaxınlaşır və səngiyir.Kolların arasından Ohan keşiş çıxır.

Mesrop təəccüb və qorxu hissi ilə:

-Ohan ağa,bu,sənsən?Bəs,səni asmadılar?!Yoxsa,sən ruhsan?!

O,bu sözləri deyib sərbəst əli ilə xaç çəkir.Sonra isə özünü qorumaq üçün

külüngü başı üzərinə qaldırır.Keşiş qorxub hürkmədən bir-iki addım irəli atır:

-Bilirdim ki,səni burada tapa bilərəm,satqın köpək!(Belindən tapança çı-

xarıb Mesropa sarı tuşlayır.)Söylə,məni Mirzə Əliməmmədə neçəyə satdın?

Mesrop diz üstə düşüb ağlamağa və yalvarmağa baılayır:

-Bağışla məni,ağa, bir qələtdir,eləmişəm

***


Mahmud və Süsən bütün bunları kolun dalından həyacanla izləyirlər.Kadr arxasından keşişin səsi eşidilir:

-Sən nə axmaq adamsan,Mesrop,yəni məni bu qədərmi axmaq hesab et-din? Qızıl küplərini çoxdan buradan çəxardıb evimin həyətində basdırmışam.Bü-

tün ömrü boyu həyatımı təhlükəyə soxaraq bir küp qızıl oğlum,bir küp də qızım

üçün toplamışam.Sən isə istəyirdin,onlara sahib olub balalarımı heç nəsiz qoyasan?

Mesrop kadr arxasından ağlayaraq yalvarmaqda davam edir:

-Qurbanın olum,Ohan ağa,məni balaların Akop və Süsənin başına çevir!

Atəş səsi Mesropun sözünü yarımçıq kəsir.Gördüklərindən və eşitdiklər-indən dəhşətə gələn Süsən qışqırmaq istəyir.Mahmud cəld əli ilə onun ağzını sıxıb buna imkan vermir.Onlar aşağı sürüşüb kadrdan itirlər.
***

Keşiş tüstülənməkdə olan tapançasının lüləsinə üfürür.Mesrop qazıdığı çalanın yanında uzanıb.Güllə onun düz ürəyindən dəyib.Meyidə yaxınlaşan Ohan

keşiş tapançasını belinə keçirir,sonra isə Mesropun ayaqlarından dartaraq çalaya

itələyir.Keşiş beli götürüb çalanı doldurmağa başlayır.

***

Kadrda yenidən xaça mıxlanmış və zarıyan Ohan keşiş canlanır.Qapı



açılır və katalikos içəri girir.O gəlib Ohanla üz-üzə dayanaraq deyir:

-Hələ gəbərməmisən?!(Əlindəki əsanın üstündəki xaçı onun dodaqlarına

yaxımlaşdırır.)Öp,bəlkə,o biri dünyada cəzan bir qədər yüngülləşər.

Ohan ağır-ağır gözlərini açaraq öncə katalikosa,sonra isə xaça baxır və gözlənilmədən xaçın üzərinə tüpürərək zəif bir səslə deyir:

-La ilahə illəllah ,Mühəmmədən Rəsulullah!

Ohan bu sözləri deyib gözlərini yumur.Katalikos ilan vurmuş kimi dala sıçrayır.Gözləri bağlı olan Ohan bu dəfə artıq pıçıltı ilə təkrar edir:

-La ilahə illəllah,Mühəmmədən Rəsulullah...

Katalikos əsasının xaç və əjdahalar olan hissəsini var qüvvəsi ilə keşişin

başına çırpır.Əsa sınır və xaç yerə düşür.Ohanın başından axmağa başlayan qan

sınmış xaçın üstünə tökülür.

***

İstsnbulun Sultan Əhməd camesi.Camedən ətrafa azan səsləri yayılır.Ca-maat namaza axışır.Mirzə Əliməmməd,Camal,Cavid və Vaqifin digər dörd tələbə-



si camaatın içindədirlər.Onlar dəstəmaz alınan yerə yaxımlaşırlar.Mirzə Əliməm-məd gənclərə deyir:

Parça-parca bölünmüş islam ümmətinin və türk millətinin birliyi naminə

dəstamazı yerlilər kimi alın,namazı da onlar kimi qılacağıq.Qarabağlılar yaxınlaşıb

hər kəslə eyni qaydada dəstəmaz alırlar.

***

Sultan Əhməd camesinin içi.Möminlərin əlindən iynə atmağa yer yoxdur.



Mirzə Əliməmmədgil də namaz qılmaq üçün səfdə yerlərini almışlar.İmam gəlib öz yerini tutur və namaz başlayır.

***


Mahmudun evi.Süsən yerə sərilmiş yorğan döşəkdə yatmışdər.Körpəsi də

yanındakı nənnidədir.Kamera yavaş-yavaş Süsənin üzünə yaxınlaşır.O yuxuda gü-

lümsəyir.Şirin bir yuxu gördüyü üz cizgilərindən açıq-aydın sezilir.

***


SÜSƏNİN YUXUSU

Süsən güllü-çiçəkli bir bağçadadır.Körpəsi qucağında,Mahmud da yanında-dır.Ətrafda ala-bəzək tutu və tovuz quşları,maral və ceyranlar dolaşır.Çiçəklərin arasindan çıxan Ohan gülümsəyərək qızına yaxınlaşır və deyir:

-Evimin həyətindəki qızılları yoxsul,şikəst və yetimlərə payla ki,Allah gü-nahlarımızı bağışlasın!

Ohan qızının saçlarını oxşamağa başlayır.

***

Süsən yuxudan ayılır və başının üstündə gülümsəyərək onun saçlarını oxşa-yan Mahmudu görür.Cəld yerindən qalxaraq ərinə sarılır və ağlamağa başlayır.Əri



gülümsəyərək deyir:

-Niyə ağlayırsan,ay dəli,görürsən ki,işlərimi tamamlayıb sənin və balamızın

yanına qayıtmışam.

Süsən hıçqırmağa başlayır:

-Bundan sonra bizi bir də heç vaxt tək qoyma!Eşidirsən,heç vaxt!

Mahmud:


-Nə olub,axı?Düz-əməlli anlatsana.Gəl,keçək o biri otağa,yoxsa uşağı oya-

darsan.


Ər-arvad o biri otağa keçirlər.

***


İbrahimxəlil xanın sarayının bağçası.Xan və Şahnisə xanım hovuzun qırqğında oturublar.

Xan:


-Tehran bəylərbəyisi Allahverdi oğlu Məcnun Pazukidən məktub almışam.

Kiçikbəyimi oğluna istəyir.Elçilər göndərəcəyi barədə xəbər verir.Böyük qızımızı Tehrana ərə verdik.İndi Kiçikbəyimi dəmi Tehrana verək.?Ağabəyimi verdik,xoş-bəxt olmadı.Əri ilə birgə sərgərdan həyat keçirməyə məcburdur,Qacarların təqibin-dən yaxa qurtarmaq üçün o şəhərdən bu şəhərə,bu şəhərdən o şəhərə qaçırlar.Allah kəssin belə həyatı!

Lap başımı itirmişəm.Verməsək,Qacarlar bunu düşmənçilik kimi yozacaq-

lar,deyəcəklər necə oldu ki,düşmənlərimiz Zəndilərə qız verirsiz,bizə vermirsiz?

Camaat da deyəcək,fars şahının adamına qız verdi,türk şahınınkına “yox”dedi.Ve-rərəm,amma qorxuram Ağabəyim kimi Kiçikbəyimi də öz əlimlə bədbəxt edəm. Yuxarı tüpürürsən bığdır,aşağı saqqal.

Şahnisə:


-Sənə neçə dəfə dedim,gəl qızı Məmmədə adaxlayaq,sözümə baxmadın.On-

suz da Qacarlar səni sevmirlər,səni özlərinə rəqib görürlər.Odur ki, “yox”demək

olmaz.O biri yandan da onlarla qohumluq əmniyyət baxımından bizə sərf edər.Am-

ma ikinci balamın da bədbəxt olduğunu görsəm,ürəyim buna dözməz.

Xan:

-Mən səndən məsləhət almaq istəyirəm,sənsə məni daha da dolaşdırırsan. İşin tərsliyindən Vaqifi Tiflisə,Ağası bəyi isə Car-Balakənə göndərmişəm.Mirzə Əliməmməd də İstanbula oğlunu görməyə gedib.Dərdimi söyləməyə,məsləhət etməyə adam da tapmıram.Bu azmış kimi qazını da Vaqifə qoşdum.



Şahnisə:

-Deyirəm,gəl tələsməyək.Vaqifin gəlməyini gözləyək.Qasidə deyək,getsin

ağasına desin ki,elçiləri göndər.Qasid Tehrana gedib,çatana qədər,oradan elçilər gələnə qədər Vaqif də qayıdar,Ağası bəy də,üstəlik Mirzə Əliməmməd ağa da.

Xan:


-Vallah, doğru söyləyirsən.

Şahnisə:


-Qoy bir qızın özü ilə də danışım.Bəlkə elə özü deyəcək ki,razıyam.

Xan:


-Bu da doğru.Qasid qaçmır ki!Nə qədər desək,o qədər gözləyəcəkdir.Sən Kiçikbəyimlə bir danış.Allah kərimdir.

Şahnisə:


Amin!

***


Istanbul,Boğaziçi.Boğaziçində onlarla qayıq gözə dəyir.İnsanlar qayıqlarda üzərək İstanbulun gözəlliklərini seyr edirlər.Mirzə Əliməmməd və oğlu Əlirıza da

qayıqların birində əyləşmişlər.Qayıqçı avarı ahəstə-ahəstə suya salıb çıxarır.

Mirzə Əliməmməd:

-Anan da,qardaş-bacıların da sənin geri dönəcəyin günü səbirsizliklə gözlə-yirlər.Çoxdan gəlmək istəyirdim,amma İbrahimxəlili xan qoymurdu.İş çox idi.

Əlirza:

-Çoxu gedib,azı qalıb. Papağını bir çevirəcəksən,bir də görəcəksən,altı ay da gəlib keçdi.Bilsən beynimdə nə qədər layihələr var.Dəri karxanası...Ayaqqabı kar-xanası...Kağız karxanası...və daha nələr,nələr...

Mirzə Əliməmməd:

-Afərin,oğlum,görürəm ki,günlərini burada boşa verməmisən.

Əlirza:

-Çox bilikli müəllimlərimiz var.Bildikləri hər şeyi bizə öyrətməyə çalışırlar.

Ümumiyyətlə, Osmanlılar gözəl və mütərəqqi insanlardır.Onlardan çox şey öy-

rənməliyik.Bilsən nə qədər mehriban,nə qədər nəzakətli,nə qədər kübar insanlar-

dırlar.Burada başa düşdüm ki,bizim mollaların,axundların,seyidlərin Osmanlı döv-

ləti və xalqı haqqında söylədiklərinin hamısı yalan,şər və böhtandan başqa bir şey

deyilmiş.Onu da başa düşdüm ki,bədbəxtliyimizin,geriliyimizin əsas səbəblərindən

biri məzhəbçilikdə və məzhəb təəssübkeşliyində,dinimizin əslindən uzaqlaşmağı-mızda,Quranı və Peyğəmbəri unutmağımızdadır.Yadındadırmı,axund İstanbula getməyimin əleyhinə təbliğat aparırdı.Sən demə,qorxurmuş ki,gəlib burada savadlı, elmli din adamlarını görüb,onun savadsız və nadan olduğunu,söylədiklərinin də Allahın Kəlamına zidd olduğunu başa düşərik.

Mirzə Əliməmməd:

-Əlirıza,oğlum,sən bu məsələlərlə maraqlan,amma cox da aludə olma.Əsas diqqətini elmə yönəlt.Nə qədər ki,elmimiz olmayacaq,axund kimilər hələ çox mey-

dan sulayacaqlar.Peyğəmbərimiz nə deyib?Deyib ki,elm Çində də olsa,onun ardın-ca get.Və deyib ki,ana bətnindən qəbr evinə qədər oxu,oxu və yenə də oxu!Və çox

sevdiyim bir hədisi-qüdsüdə sevimli Peyğəmbərimiz belə buyurub:Heç elmsiz də

Quran olar?

***


Mahmudun evi.Mahmudla Süsən üz-üzə oturublar.Süsən ağlaya-ağlaya de-yir:

-Mən balamızı qoruya bildim,amma ata qatili oldum,başa düşürsən məni?

Mahmud:

-Sakit ol!Əvvəla, sən məcburiyyət qarşısında bu addımı atmısan,ikincisi heç kəsi qətlə yetirməmisən,üçüncüsü isə atanın ölüb-ölmədiyi hələ məlum deyil.

Süsən:

-Axı,niyə başa düşmək istəmirsən?Mən onu yuxumda gördüm,o ölüb.



Mahmud:

-Yaxşı,sən deyən olsun,amma yuxunda o səni ittiham etmədi.Demək,sənin

heç bir günahın yoxdur.Əgər sən gördüyün yuxunun həqiqət olduğuna inanırsansa,

ağlamaq əvəzinə onun məsləhətinə əməl et.İstəyirsən,elə günü sabah gedim o qızıl-ları qazıyıb gətirim.Sən də onun dediyi kimi payla yoxsullara.

Süsən:

-Hə,istəyirəm.



Mahmud:

-Get,dincəl.Əsəblərin cox gərilib,sənə istirahət etmək lazımdır.Sonra söhbət

edərik.

Süsən ayağa qalxır.Mahmud onun əlindən tutub yatağına ötürür.

***

Gecənin zülməti.Qara keşişlərdən ikisi ölü olduğunu sandıqları Ohan keşi-



şin kisəyə qoyulmuş bədənini kisə ilə birlikdə çaya atırlar.Kisə bir qədər üzdükdən

sonra sahildəki kollardan birinin budağına ilişir.Bunun sayəsində Ohanın başı su-dan kənarda qalır.

***

Eyni görüntülər.Hava artıq işıqlanıb.Kadr arxasından qoyun mələmələri səsi gəlir.Böyük bir çoban iti kola ilişmiş,içindən keşişin başı görünən kisəyə yaxımla-şır və onu iyləyir,sonra isə hürməyə başlayır.Kadr arxasından qoyun mələmələri fonunda cobanın səsi gəlir:



-Yenə nə tapmısan?

Kadra daxil olan çoban Ohanın kisədən çıxan başını görüb,yoldaşına səslə-nir:

-Təkin!Ay Təkin,tez ol bura gəl!Cinlər yenə də adam öldürüblər.

Kadrın arxasımdan Təkinin səsi gəlir:

-Sənə demədim,gəl o biri yolla gedək.Sənsə...(ağzını əyərək)kəsmə yolla ge-dək...kəsmə yolla gedək...Bu da sənə kəsmə yol!(Kadra daxil olur.)Bu artıq neçən-ci meyiddir bu çaydan tapılır?Allah buranı lənətləyib,ona görə də adına “Cinlər də-rəsi” deyirlər.

Elə bu an birinci coban heyrət və təəccüblə ucadan deyir:

-Aman,Allah!O sağdır,gözlərini açdı.

Ekrana iri planda Ohanın kisədən çıxan başı gəlir.Onun gözləri açıqdır və

zəif bir səslə deyir:

-Kömək edin!

***

Ekranda yazılır: “ ÜÇ AY SONRA”



***

Yaşıl dağ yamacı.Yüzlərlə qoyun ot otlayır.Bir qədər arlıda dörd çadır qu-

rulub.Cadırlardan birinin yaxınlığındakı qayanın üstündə Təkin və Ohan keşiş otu-

rublar.Ohan da çobanlar kimi geyinib.Alnında böyük çapıq var.Sağ əlində çomaq

tutub.Təkin tütək çalır.O çalmağa ara verib üzünü Ohana tutur:

-Allah qoysa,sabah arana enirik.Oradan da yola salarıq,gedərsən Şuşaya. İn-şallah üç gün sonra qızını da,nəvəni də görəcəksən.

Ohan dərindən bir ah çəkir:

-Bu üç gün mənə üç il kimi gəlir.

Təkin:

-Darıxma,Allah böyükdür.Hər şey yaxşı olar.Qayıdarkən səni tapdığımız “Cinlər dərəsi” deyilən yeri də göstərərəm.



Ohan ayağa qalxır:

-Mən gedim bir az yatım,yoruldum.

Təkin:

-Əlbəttə,get.Bədənin hələ tam möhkəmlənməyib.



Ohan axsaya-axsaya yaxındakı çadıra tərəf gedir.Gedərkən, sol əlinin şikəst

oduğu və bir qədər sallandığı hiss olunur.O,çadıra girir.Kadr arxasından Təkinin tütəyinin səsi eşidilməyə başlayır.

***

Şuşanın mərkəzi küçəsi.Kiçikbəyim xanım kəcavədə Tehrana gəlin köçür. Musiqiçilər,göyə atəş açan atlılar,güzgü,çıraq,xonça daşıyan qadınlar cehiz yüklü



araba və dəvələr bir-birini əvəz edir.Məmməd bəylə Qasım da yola salanlar içəri-sindədirlər.Gənclər at belində yanaşı gedirlər.Qasım:

-Hər kəs Kiçik bəyimi Tehrana gəlin kimi uğurlayır,bizsə, sanki,bir dövlətin

elçisini başqa bir dövlətə göndəririk .Əminəm ki,o,təşkilatımızı ən gözəl şəkildə

təmsil edəcək.

Məmməd bəy:

-Mən buna zərrə qədər də şübhə etmirəm.

***

Tehranın küçələrindən biri.Cümə məscidinin havalanmış keçmiş axundu cın-



dır paltarda qarğıya minib at kimi çapır.Əlindəki çubuğu başının üstündə qılınc ki-mi yelləyərək ardınca qaçan və onu ələ salan uşaqlara çığırır:

-Rüstəmi Zalın Rəxşinə yol verin.Haydı,qəhrəman İran cəngavərləri, ardım-ca!Turan şahı Əfrasiyabı məhv edəcəyik,irəli!

***

Yoldan keçən iki atlıdan biri digərinə deyir:



-Tehranın Cümə məscidinin keçmiş axundudur. Ağa Məhəmməd şah Qacar

məscidin zirzəmisindən Kərim xan Zəndin xəzinəsini tapandan sonra başına hava

gəlib.O gələn qadınsa onun övrətidir.

***


Keçmiş axundun çadraya bürünmüş arvadı onun qarşısını kəsib deyir:

-Bəsdir bizi el içində biabır etdin!Gəl evə!

Axund:

-Çəkil qarşımdan ,ey Əhrimən!İranlılar türklərə mütləq qalib gələcəklər.



Turanı viran qoyqcağıq.Əfrasiyabın başını kəsib köpəklərə atacağıq.

***


Ağa Məhəmməd şah Qacarın sarayı.Şahla Xanbaba eyvanda oturub qəh-

və içirlər.Xanbaba soruşur:

-Əmi,Şirazı nə zaman almağı düşünürsən?

Şah:


-Çox yaxın bir zamanda.Səbr et,vaxtı yetişəndə deyəcəyəm.Qoy narazılıq bir qədər də artsın.Dostumuz Abbasəli bəy də müxalifəti təşkilatlandırmağı tamamla-

sın.Ağıllı sərkərdələr hücumdan öncə daxili müxalifəti yetişdirməli,onu gücləndir-məli və yalnız bundan sonra hərəkətə keçməlidir.Artıq Azərbaycan xanlıqlarında

da “səltənətpərəstlər”adlanan müxalifət yetişib.Amma “dövlətpərəstlər”deyilən və

bizə əks olan qüvvələr də az deyil.Onlar İbrahimxəlil xanın padşah olmasını istə-yirlər.Fəqət İbrahimxəlilin xəbəri yoxdur ki,səltənətpərəstlərin rəhbərlərindən biri

öz doğma qızıdır və onu öz əli ilə Tehrana gəlin göndərir.

Sən anlayırsanmı bu nə deməkdir?Bu o deməkdir ki,Azərbaycandakı səltə-nətpərəst müxalifət artıq kor-koranə hərəkət etməyəcəkdir.Onu biz istiqamətləndi-rəcək, maliyyələşdirəcək və təlimatlandıracağıq.Azərbaycan səltənətini bərpa edə-cəyimiz gün uzaq deyil,oğlum.

Xanbaba:

-İnşallah yenədəmi Təbriz paytaxt olacaq?

Ağa Məhəmməd şah Qacar:

-Baxmayaraq ki,şah Abbas Səfəvinin dövründə səltənətin paytaxtı İsfahana

köçmüşdü,Nadir şah isə onu Məşhəddən idarə edirdi,səltənət hər kəs tərəfindən elə

Azərbaycan-qızılbaş səltənəti kimi qəbul edilirdi.Fəqət Zəndilər qısamüddətli haki-miyyətləri dövrlərində Azərbaycan və Xorasan sınırları xaricində qalan bütün di-gər ərazilərinlərin İran olması şüurunu formalaşdırdılar.Və indi paytaxt Təbriz və ya başqa bir Azərbaycan şəhəri olmasa,səltənətin başında türklərin olmasına bax-mayaraq,onu hamı İran dövləti hesab edəcək.Ona görə mən Təbrizi alandan sonra onu öncə vəliəhdin şəhərinə çevirəcəyəm və sən orada oturacaqsan və sənə böyük imtiyazlar verəcəyəm.Özüm isə hələlik Tehranda oturacağam.Bunun iki sabəbi var. Birincisi odur ki, Azərbaycan türkləri azərbaycanlı olmayanlara yuxarıdan baxma-ğı sevirlər. Əfşarlara və bizlərə də həmişə belə baxıblar.Halbuki,Qacarların da,Əf-şarların da kökü Azərbaycandandır. Fəqət onların nəzərində azərbaycanlı olmaq üçün Azərbaycanın özündə doğulmaq lazımdır. Odur ki, hakimiyyətimizi möh-kəmləndirə və tam ixtiyar sahibi ola bilməmiz üçün ilk növbədə öz elimizə-Qacar elinə arxalanmamız lazımdır.Qacarlar isə ən çox Tehranda güclüdürlər.Hətta Asta-rabadda bu qədər güclü deyilik.

İkincisi budur ki,birdən-birə Təbrizi paytaxt etsək,farslar,lorlar,təbərilər,

bəxtiyarilər və digərləri,yəni özlərini iranlı hesab edənlər üsyan edə bilərlər ki,bu da bizə lazım deyil.Allah qoysa,sən şah olanda səninlə birlikdə Təbriz də paytaxt

olar.

***


Sahillərində kollar bitən cay.Çayın sahili boyu yüzlərlə qoyun,6-7 atlı çoban gedir,iki ata da cadırlar və məişət əşyalar yüklənib.Çobanlar arana köçür.

Atlılardan biri Təkindir.Ohan keşiş də onun atına minib və yıxılmamaq üçün atın

yəhərindən bərk-bərk yapışıb.

Təkin kollardan birini Ohana göstərərək deyir:

-Bax səni buradan tapdıq.Deməli dediyin yer buradan çox da uzaq deyil. Amma ətrafda nə bir qala var,nə də bir tikili.

Ohan soruşür:

-Bəs,Cinlər dərəsi haradır.?

Təkin əli ilə yaxınlıqdakı alçaq dagı göstərir:

-Bax ,o dağdan bu çaya qədər olan ərazi cinlər dərəsi adlanır.İndiyə qədər

çayın bu hissəsindən səkkiz meyid tapılıb ki Onlardan altısı körpə meyidi olub.Bi-ri qarnı yırtılmış hamilə qadın olub.Biri də sən idin.Dirilən tək sən olmusan.

***

Mahmudun evinin həyət qapısı.Ohan keşiş çoban paltarında qapını döyür.



Qapının arxasımdan Səraslanın səsi gəlir:

-Kimsən?


Ohan:

-Mahmud lazım idi.

Qapı açılır.Ohanı tanımayan Səraslan deyir:

-Mahmud artıq burada yaşamır.Ailəsini də götürüb, köçüb Təbrizə.Sən onun nəyisən?

Ohan:

-Səraslan,məni tanımadın?



Səraslan diqqətlə onun üzünə baxır və heyrətlə deyir:

-Ohan keşiş bu sənsən,sən sağsan?

Ohan:

-Ohan olmağına Ohanam,amma daha keşiş deyiləm.Gördüyün kimi,sağ və salamatam.



Səraslan:

-Gəl içəri,eşikdə durma.Ohan içəri keçir.Səraslan üzünü evin qapısına tərəf tutaraq ucadan deyir:

-Ağa,ay ağa,Ohan keşiş qayıdıb!

Evin qapısı açılır və qapıda Mirzə Əliməmməd görünür.O,Ohanı çoban qi-

yafəsində görüb,qəh-qəhə çəkir,sonra isə düyr:

-Ay lotu,bu nə qiyafədir?

Ohan da öncə ona qoşulab gülür,sonra isə üzündəki gülüşü göz yaşları əvəz edir.Mirzə Əliməmməd ağa ona yaxınlaşır və onlar yüz ilin dostları kimi qu-caqlaşırlar.

***


Mahmudun keçmiş evinin içi.Mirzə Əliməmməd və Ohan süfrə arxasında

oturub,qəhvə içirlər.

Ohan danışır,xəfiyyəbaşı dinləyir:

-Özümə ölüm diləyirdim.Ölümsə gəlmirdi ki,gəlmirdi.Birdən gözlərimə ağ paltarlı,ağ əmmaməli,gözqamaşdırıcıı nurdan üzünün cizgiləri görünməyən bir nə-fər göründü və o mənə “Dinə,imana gəl,xilasın ancaq bundadır!”-dedi və qeyb ol-du.Özümə gəldim və qarşımda katalikosu gördüm.O,əlindəki əsasının başındakı xaçı dodaqlarıma dirədi...

***

EPİZODUN TƏKRARI



Kadrda yenidən xaça mıxlanmış və zarıyan Ohan keşiş canlanır.Qapı

açılır və katalikos içəri girir.O gəlib Ohanla üz-üzə dayanaraq deyir:

-Hələ gəbərməmisən?!(Əlindəki əsanın üstündəki xaçı onun dodaqlarına

yaxımlaşdırır.)Öp,bəlkə,o biri dünyada cəzan bir qədər yüngülləşər.

Ohan ağır-ağır gözlərini açaraq öncə katalikosa,sonra isə xaça baxır və gözlənilmədən xaçın üzərinə tüpürərək zəif bir səslə deyir:

-La ilahə illəllah ,Mühəmmədən Rəsulullah!

Ohan bu sözləri deyib gözlərini yumur.Katalikos ilan vurmuş kimi dala sıçrayır.Gözləri bağlı olan Ohan bu dəfə artıq pıçıltı ilə təkrar edir:

-La ilahə illəllah,Mühəmmədən Rəsulullah...

Katalikos əsasının xaç və əjdahalar olan hissəsini var qüvvəsi ilə keşişin

başına çırpır.Əsa sınır və xaç yerə düşür.Ohanın başından axnağa başlayan qan

sınmış xaçın üstünə tökülür.

***


Ohan sözünə davam edir:

-Həmin an sanki,mələklər göydən enib məni kəlmeyi-şəhadət gətirməyə sövq etdilər.Qanımın sınmış xaçın üstünə axmasını görəndə bir yüngüllük hiss et-dim və mənə elə gəldi ki,günahlarım bağışlandı.Sonra huşumu itirdim,daha sonra suyun içində olduğumu hiss etdim.

***

EPİZODUN TƏKRARI



Kadra daxil olan çoban Ohanın kisədən çıxan başını görüb,yoldaşına səslə-nir:

-Təkin!Ay Təkin,tez ol bura gəl!Cinlər yenə də adam öldürüblər.

Kadrın arxasımdan Təkinin səsi gəlir:

-Sənə demədim,gəl o biri yolla gedək.Sənsə...(ağzını əyərək)kəsmə yolla ge-dək...kəsmə yolla gedək...Bu da sənə kəsmə yol!(Kadra daxil olur.)Bu artıq neçən-ci meyiddir bu çaydan tapılır?Allah buranı lənətləyib,ona görə də adına “Cinlər də-rəsi” deyirlər.

Elə bu an birinci coban heyrət və təəccüblə ucadan deyir:

-Aman,Allah!O sağdır,gözlərini açdı.

Ekrana iri planda Ohanın kisədən çıxan başı gəlir.Onun gözləri açıqdır və

zəif bir səslə deyir:

-Kömək edin!

***


Qasımla Məmməd bəy göldə atlarını çimizdirirlər.İkisinin də yuxarıdan qur-şağa qədər,aşağıdan isə dizə qədər bədənləri çılpaqdır.

Qasım:


-Necə bilirsən,Kiçikbəyim xanım Ağa Məhəmməd şah Qcara məktubumuzu çatdıra biləcəkmi?

Məmməd bəy:

-Deyilənə görə,şah Şiraza yürüşə hazırlaşır.Əgər o, şah Tehranı tərk etmə-miş ora yetişərsə,mütləq məktubumuz ünvanına çatacaq.Yetişməzsə ki,heç.

Qasım:


-Görəsən, Vidadidən nə xəbər var?Gəncə xanı ilə söhbətləri necə oldu, Ba-kıya getdimi,getmədimi? Getdisə,orada nəticə əldə edə bildimi,yoxsa yox?

Məmməd bəy:

-Məlumatsızlıq adamı lap sıxır.Görəsən bir vaxt gələcəkmi ki,Bakıda olan-lar barədə Gəncədə,Gəncədə olanlar barədə isə Qarabağda dərhal məlumat olacaq.

Qasım gülür:

-Əgər kimsə nağıllardakı uçan xalça və ya sehirli güzgünü icad edərsə,olar.

Məmməd bəy:

-Mən inanıram ki,bir gün belə bir gün gələ bilər.

Qasım daha bərkdən gülür:

-Sən ki lap xəyalpərəstsən.

Məmməd bəy:

-Vallah xəyallarım olmasa,dərddən,bu cansıxıcı həyatdan ölərəm.Eşitmisən,

Mirzə Əliməmməd ağa İstanbul barədə nələr danışır?

Qasım ciddiləşir:

-Nələr danışır ki?

Məmməd bəy:

-Nələr danışmır ki?Biz burada fil qulağında yatmışıq,fil nəfəs aldıqca özü-müzü cənnətdə hiss edirik.(Onun diqqətini sürətlə onlara tərəf çapmaqda olan Qə-dimi cəlb edir.)Qədimi bura gəlir .Deyəsən, nə isə olub?

Qasım onun işarə etdiyi tərəfə baxır:

-Axır vaxtlar olacaq şeylər tez -tez ürəyimə damır və düz də çıxır.Bax,indi nədənsə ürəyimə damdı ki,Molla Vəli Vidadidən nə isə bir xəbər var.

Bu dəm Qədimi onlara çatır və atdan enmədən deyir:

-Xan hər ikinizi hüzuruna çağırır,Vidadi qayıdır,onun pişvazına çıxmalısınız.

Məmməd bəy təəccüblə Qasıma baxır.

***


Mirzə Əliməmmədlə Ohan at belində Ohanın evinin qapısına yaxınlaşırlar.

Ohan yeni və yaraşıqlı çuxa və əbadadır.Başında buxara papağı var.Belindən xən-

cər asılıb.Ohan atdan enib qapını açır.Atını içəri salır.Mirzə Əliməmməd də atdan

enmədən içəri daxil olur.Ohan tez həyətin əncil ağacı olan küncünə göz atır,oranın

qazılıb,sonra üstünün torpaqlandığını görüb,gülümsəyir.

Əliməmməd atdan düşməyərək əlini Ohana uzadır:


-Yaxşı,sağlıqla qal,sabah dediyim vaxtda,dediyim yerdə səni gözləyirəm.

Ohan xəfiyyəbaşının əlini sıxır:

-Allah etdiyin bütün yaxşılıqlara görə səndən razı olsun.Sən əsil kişisən. Yax-şı yol!

***


Tehranın qala qapıları.Qapıdn Qacarlar imperatoluğunun üzərində aslan və günəş təsvirləri olan üç rəngli bayraqlarını daşıyan iyirmiyə qədər atlı çıxır.Onların

ardınca Ağa Məhəmməd şah Qacar,Xanbaba,Abbas bəy,Səfərəli bəy öz atlarında

görünürlər.Daha sonra yüzlərlə süvari əsgər,ondan da sonra yüzlərlə tüfəngli piya-da şəhəri tərk edirlər.Onları bellərində zəmburəklər olan dəvələr,arxalarına toplar

qoşulmuş,içi yüklə dolu at arabaları əvəz edir.Qala divarlarının başında sıra ilə du-

ran və uzun döyüş zurnaları calan zurnaçılar diqqəti çəkir.

***


Ekranda yazılır: “BİR GÜN SONRA”

***


Eyni qala qapıları.Qapılar taybatay açıqdır.Çöl tərəfdən qapının ağzına əllə-rində xonçalar, güzgü və yanar şamlar tutmuş onlarla alabəzək geyimli qadınlar

yığışıb.Qala divarları boyu düzülmüş qara zurna,balaban,təbil çalan çox sayda

musiqiçi şux toy havası çalır.Qadınların bir çoxu rəqs edir.Şəhərə yaxınlaşan və

göyə atəş açan atlı gınclərin əhatəsində ağ ata minmiş bəy,ardınca gəlinin kəca-vəsini daşıyan ağ dəvə,onun da ardınca yüklü dəvələr və onları müşayiət edən si-lahlı əsgərlər gözə dəyir.Gəlini gətirən dəvənin qarşısında qoyunlar kəsilir.

***

Kəcavənin içi.Kəcavədə oturmuş Kiçikbəyim pərdələrin arasından çölə baxır.



Gəlini görmək üçün içəri boylanan və xoş sözlər söyləyən müxtəlif qadın sifətləri bir-birini əvəz edir:

-Qarabağ gözəli Tehrana xoş gəlib!

-Qədəmlərin uğurlu olsun,ay Kiçikbəyim xanım!

-Toyun mübarək olsun!

-Oğullu-uşaqlı olasınız!

***


Mirzə Əliməmməd,Ohan keşiş və 20-yə yaxım əsgər atlarını çay sahili ilə

ilə sürürlər.Kolluqlar olan yerə çatdıqda, Ohan çobanların onu tapdıqları yeri gös-

tərərək deyir:

-Buradır.

Mirzə Əliməmməd:

-Dayanmayın və ora-bura da boylanmayın.Cinlər dərəsi də, yəqin ki,bu çaydan soldakı dağa qədər olan yerdir,eləmi?

Ohan:

-Hə,elədir.Mənə elə gəlir,buranı axtarmaq lazımdır.Biz,axı,niyə durmuruq?



Mirzə Əliməmməd:

-Ona görə ki,bizi kənardan izləyən ola bilər.Durasaq,onları şübhələndirə bi-lərik.Necə deyirəm,elə də edin.

Atlılar bir qədər irəlilədikdən sonra Mirzə Əliməmməd deyir:

-Durun.


Hər kəs atını əyləyir.

Xəfiyyəbaşından növbəti komanda eşidilir:

-Atlardan enin və iplərini kollara bağlayın.

Hamı onun dediyi kimi edir.Mirzə Əliməmməd Ohana və iki əsgərə deyir:

-Siz atların yanında qalın,gözünüz dörd olsun.Təhlükə şübhəsi yaranan kimi ağına-bozuna baxmadan atın.(Üzünü o biri əsgərlərə tutur.)Ardımca gəlin!

***


Dağ ətəyindəki qayalıqlar.Mirzə Əliməmməd öndə, əsgərlər isə arxada piya-da şəkildə qayaların arasında dolaşırlar.Həmısı əllərindəki tapancaları hazır vəziy-yətdə tutmuşlar.Arxadan gələn əsgər əlini xəfiyyəbaşının çiyninə toxundurur.Mirzə Əliməmməd geri dönəmdə barmağı ilə ona nə isə göstərir.Xəfiyyibaşı işarə edilən tərəfə baxır.Daşların arasımdan sönmüş ocağın tüstüsünü xatırladan çox zəuf tüstü-yə bənzər şeyin çıxdığını görür.Dərhal əlini yuxarı qaldırmaqla əsgərlərə durmaq işarəsi edir.Hər kəs yerində durur.O,ehmalca tüstü çıxan tərəfə gedir və onun mən-bəyinə çatır.Daş üzərində oyulmuş girdə deşik görür.Tüstü oradan çıxır.Deşiyə baxır.

***


Deşikdən sönmüş,fəqət azacıq tüstülənməkdə olan ocaq üzərində böyük bir şişə keçirilmiş və tam qızarmış,bəzi yerləri kömürləşmiş körpə uşaq görünür. Körpəyə qara geyimli adama məxsus iki əl uzanır.Sağ əldə xəncər var.Sol əl körpənin əllərindən birindən yapışır,sağ əl isə xəncərlə onu kəsir...

Gördüklərindən sarsılan,fəqət tez bir zamanda özünü ələ alan Mirzə Əli-məmməd şəhadət barbağını aşağı tutaraq, əlini bir-iki dəfə qaldırıb salmaqla yol-daşlarına axtardıqları şeyin tapıldığını və qayaların altında olduğunu bildirir. Dur-duğu yerdən ətrafa göz gəzdirən xəfiyyəbaşının diqqətini təqribən 25-30 metr aralıdakı qayaların arasındakı sıx kolluq cəlb edir və o kolluqlara tərəf hə-

rəkət edir.

***


Mirzə Əliməmməd qayalar arasında bitmiş sıx kolluğun yanındadır.O, diq-qətlə kolluğu gözdən keçiri və gözü arxadakı taxta qapıya sataşır.Xəfiyyəbaşı hər iki əli ilə əsgərləri yanına çağırır.Əsgrlər ona tərəf gəlməyə başlayırlar...

***


Mirzə Əliməmməd öndə,əsgərlərsə arxasınca tapancalarını hazır tutmuş və-ziyyətdə yavaş- yavaş qayada yonulmuş uzun dəhlizlə səssiz hərəkət edirlər.Çöl qapısı açıq olduğundan düşən işıq onların yolunu aydınladır.Dəhlizin o biri başın-da daha bir taxta qapı görünür.Qapının arxasından katalikosun səsi gəlir:

-Bu it balasının kababı donuz kababından daha ləzzətlidir.

Xəfiyyəbaşı əli ilə əsgərlərə hazırlıq işarəsi verir .

***


Erməni katalikosunun gizli məşvərət yeri.Katalikos və on iki keşiş artıq par-çalayaraq bölüşdürdükləri körpəmim ətini yeyirlər.Onların hamısını üzləri açıqdır. Birdən qapı təpiklə açılır.İçəri sıçrayan Mirzə Əliməmməd yuxarı atəş edərək çığı-rır :

-Hər kəs yerə uzansın!Yoxsa başınızı partladaram.

İçəri doluşan əsgərləri və üstlərinə tuşlanan tapancaları görən ermənilər dər-hal yerə uzanırlar.Əsgərlər onların üzərinə çökərək əl-qollarımı bağlamağa başla-yırlar.

***


Şuşanın açıq qapılarından Mirzə Əliməmməd və Ohan şəhərə daxil olurlar. Onların ardınca əsgərlər və “ Müqəddəs Yəhya”təriqətinin bir-birinə iplə bağlan-mış on üç üzvü girirlər.Mirzə Əliməmməd əsgərlərə səslənir:

-Aparın onları zindana təhvil verin,ondan sonra azadsınız.Sabah günortadan

üç keçənə qədər istirahət edə bilərsiniz.(Üzünü Ohana tutur.)Deməli,bu on üç nə-fərdən yalnız birini tanıya bildin.Adı Samveldir,onu Şahnəzər Məlikgilə elçi gedən

gün Hətəm Məlikgildə görmüsən və deyirsən ki,bu adam Hətəm Məliyin kitabxa-nasını yandırıb qaçan adamdır.Mən heç nəyi səhv salmadım ki?

Ohan:

-Yox,hamısı doğrudur.



Xəfiyyəbaşı:

-Madam ki,hamısı doğrudur,təklif edirəm,gedək bizə,islamı qəbul etməyin münasibəti ilə bir qəhvə qonaqlığı verim sənə.Nə deyirsən?

Ohan:

-And olsun tək olan Allaha,səninlə dünyanın o başına da getməyə hazıram. Gedək.



***

Ekranda iri planda dörd at ayağı canlanır.Ayaqların arasından arxaları ka-meraya tərəf bir top və iki topçu görünür.Ən arxa planda isə Şiraz şəhərinin darva-zası görünür.At ayaqlarının tam yanında yerə üzərinə məktub bərkidilmiş ox sancı-

lır.Süvarinin aşağı enən və oxu yerdən çıxarıb, yuxarı qalxan əli görünür.

***


Ağa Məhəmməd şah Qacarın çadırı. Şahla Xanbaba üzbəüz əyləşib, Şiraz şəhərinin planını gözdən keçirirlər.Şah barmağını planın üstünə qoyaraq deyir:

-Bax,biz indi buradayıq.Bu,Şiraz şəhərinin İsfahan qapılarıdır.Bu Zənd xan-

larının sarayıdır.İsfahan qapılarını seçməkdə məqsədim saraya ən yaxın yolun bu-

radan olmasıdır.Şirazın eşikağasından xəbər gələn kimi toplarla bu qapıları vurub

uçuracağam.Şəhərə məhz buradan girəcəyik.Bu isə qaşqaylar məhəlləsidir, bizimlə eyni anda silahlı qaşqaylar da oradan hücuma keçib yolumuzu təmizləyəcəklər.

Xanbaba:


-Qaşqay türklərindən tam əminsənmi?

Şah dərin fikrə gedir.Xəyalları onu yenə keçmişə aparır.

***

EPİZODUN TƏKRARI


Şirazın dar küçələri ilə iki atlı irəliləyir.Bunlar Kərim xan Zəndin eşika-ğası və gənc Ağa Məhəmməd xandır.Atlılar bir-biri ilə danışmırlar.Onlar evlərin qarşısından keçdikcə,qapılardan çıxan, pəncərələrdən boylanan qadınlar atlıların dalınca su atırlar.Eşikağası sükutu pozaraq:

-Bunca ildən sonra,axır ki,əsir və girov olmaqdan qurtulub azad olur-

san. Bura Şirazın qaşqay türkləri yaşayan məhəlləsidir.Onlar səni,arxanca su ata-raq, uğurlayırlar.Şəhərdə hər kəs başına gətirilən faciədən xəbərdardır və hər kəs də sənin dərdini öz dərdi kimi qəbul edir.

***


Ağa Məhəmməd şah xəyallardan ayrılaraq Xanbabaya cavab verir:

-Tam əminəm. Əmin olmasa idim,söyləməzdim.

Xanbaba:

-Madam ki,buradan hücuma keçəcəyik,nə üçün topların böyük hissəsini

şəhərin əks istiqaməti tərəfdə cəmləmisən?

Şah:


-Kim dedi ki,topları əks tərəfdə cəmləmişəm?

Xanbaba:


-Özüm öz gözlərimlə görmüşəm.

Şah:


-Sənin gördüklərin ağacdan qayırtdığım yalançı toplardır.Doğruçu top-ların çoxu buradadır.Sadəcə,onları çadırlarda gizlətmişəm ki,düşmən də sən dü-şündüyünü düşünsün və qüvvələrinin əsas hissəsini o tərəfə yığsın.Bəs,fikirləşmə-din ki,nə üçün Tehrandan özümlə bu qədər xarrat və dülgər gətirmişəm?Hesabla-mışam ki,şəhərin darvazasını uçurmaq üçün dörd topdan eyni anda vurmaq lazım-dır.Mənsə hər ehtimala qarşı altı topdan atacağam.
Bu dəm içəri Səfərəli bəy girir,şaha təzim edir və ona bir məktub uzada-raq deyir:

-Şəhərdən məktub gəlib.

Ağa Məhəmməd şah Qacar məktubu Xanbabaya verib deyir:

-Oxu!


Xanbaba oxuyur:

-Bismillahirrəhmanirrəhim!

Şahlar şahı Ağa Məhəmməd Qacarın hüzurlarına Şirazın eşikağası Ab-basəli bəy tərəfindən ərz edilir.

Əssəlamu əleyküm!

Xidmətinizə ərz edim ki,Lütfəli xan qurduğumuz hiyləyə uyaraq əsas qüvvələrini cənub tərəfdə cəmləmişdir.Düz gecə yarı Qaşqay məhəlləsi istiqamə-

tindən saray və İsfahan qapıları istiqmətində hücuma başlayacağıq.Siz yalnız bizim

tüfənglərin səsini eşidəndən sonra hücuma başlayın.Amma ləngiməyin.Biz əsgərlə-rin önünü yalnız 20-25 dəqiqə saxlamaq iqtidarındayıq.Onu da ərz edim ki,Lütfəli xan da,ordu rəisləri də böyük təlaş içindədirlər.Əsgərlərə qorxu və inamsızlıq ha-kimdir.

Əssəlamu əleyküm və rəhmətullahi və bərəkətu!

Ağa Məhəmməd şah Qacarla Xanbaba bir-birilərinə baxırlar.Ortaya dərin bir sükut çökür.Sükutu Səfərəli bəy pozur:

-Şahım,əgər məktubda deyilənlər doğrudursa,bəlkə Lütfəli xana təslim ol-

mağı təklif edək və təslimiyyətin əvəzində ona can və mal güvənliyi vəd edək?

Şah:


-Belə etsək,sevinə-sevinə razı olar.Fəqət o da,bu şəhər də mənə od çəkib. Ürəyim intiqam hissi ilə alışıb-yanır.Odur ki,heç kəsə heç nə vəd verməyəcəyəm.

Bu şəhərdə yalnız qaşqayların can və mülkünə toxunulmayacaqdır.Onların dışında isə bir nəfər başı papaqlı qalmayacaq.Şəhər üç gün ərzində əsgərlərim tərəfindən qarət ediləcək.Qadınlar kəniz kimi böyük şəhərlərin bazarlarında satılacaqdır.Bu

mənim əmrimdir və onu hər kəsə çatdır.

***


Şuşa.Səmədağa əminin qahvəxanası.Qəhfəxanada adam çoxdur.Qəhvəçi

və şagirdi müştərilərə qəhfə və qəlyan paylamaq,boş bardaqları daşımaqla məş-

ğuldurlar.Müştərilər arasında şəhərdə gəzən şayiələrlə bağlı fikir mübadiləsi ge-

dir.Müştərilərdən biri deyir:

-Vallah,hərə bir söz deyir.Biri deyir ki,Mirzə Əliməmməd ağa Cinlər dərə-

sində cinlərlə savaşıb,onlardan on üçünü əsir alıb,gətirib şəhərə.Bəziləri deyir,

əsir cinlərin sayı qırxdan çox olub.Başqa biriləri isə deyir ki,əsir alınanlar adam

yeyənmiş,guya başları çaqqal başıdır,bədənləri insan bədənləri.

İkinci müştəri:

-Mən də eşitmişəm ki,adamyeyənlər yarıadam,yarıheyvandırlar.Saylarını

on üç deyirlər.

Üçüncü müştəri:

-Nə boş-boş danışırsınız?Yarıadam,yarıheyvan deyə bir şey yoxdur.Ol-

sa idi,bu barədə Quranda yazılardı.Amma cin var.Quranda cinlərdən danışılır.

Hətta ayrıca “Cin” surəsi də var.

Dördüncü müştəri:

-Amma cini necə tutmaq olar?!

Birinci müştəri:

-Sən,mən tuta bilmərik,amma Mİrzə Əliməmməd ağa tuta bilər.Kişi seyiddir,

Peyğəmbər övladıdır.Damarlarında imam Əli əleyhissalamın qanı axır.Kişi babası

kimi pəhlivandır.

Üçüncü müştəri:

-Cinləri tutmaq olar.Mənim rəhmətlik babam atının üstünə qır sürtüb,hər gecə

onun atını oğurlayıb çapan cini tutmuşdu.

İkinci müştəri:

-Yalan danışma,o cini mənim babam tutmuşdu.

Dördüncü müştəri:

-İkiniz də yalan söyləyirsiniz,cini mənim babam tutmuşdu və bunu Malıbəyli- də bilməyən yoxdur.

İkinci müştəri:

-Bu hadisə Malıbəylidə yox,Kərkidə olub.

Üçüncü:

-Yox,Xankəndində baş verib.

Elə bu an qəhvəxanaya axund girir:

-Əssəlamu əleyküm!

Hər kəs ona cavab verir:

-Və əleykəssəlam!

Birinci müştəri:

-Ay axund,təzə xəbəri eşitmisən də,səhərdən onun müzakirəsi gedir,siz bu

barədə nə fikirləşirsiniz?

Axund:


-Mən Mirzə Əliməmməd ağanın Cinlər dərəsindən tutub gətirdiyi məxluqlar

öz gözümlə görmüşəm.Sayları dəqiq 13 nəfər idi.Hamısı qara geyimdə idi və er-məni keşişlərinə oxşayirdılar.Yəni insan cildində idilər.Amma məlumdur ki,in-

san adam əti yeməz.Ona görə fikirləşirəm ki,yəqin onlar adamları tutub yeyəndə

heyvana çevrilirmişlər,sonra təzədən öz əski hallarına dönürmüşlər.

Dördüncü müştəri:

-Heç adam da dönüb heyvan ola bilər?

Axund:

-Olar!İmamlarımızdan gələn səhih hədislər göstərir ki,insanların heyvana



çevrilməsi mümkündür.Məsələn, mötəbər hədislərdə buyrulur ki,Bəni Üməyyadan

hər bir nəfər ölsə,kiçik kərtənkələyə çevrilir.Yenə əhli-şiənin mötəbər hədislərinin

birində buyrulur ki,birrəngli:ağ,qara,bir də qırmızı itlər cinlərdən çevrilmişdir.Ala-

bula itlər isə cin və insandan cevrilmişlər.Mənə elə gəlir ki,baş verənləri ən doğru

bu hədis izah edir.

Beşinci müştəri:

-Vallah,kişi alimdir də.Biz də burada səhərdən baş sındırırıq.Görürsünüz,bir

mötəbər hədislə məsələni həll elədi.

Səmədağa əmi:

-Dünən Mirzə Əliməmməd ağa Ohan keşişlə burada idilər,amma ağa bu ba-rədə bircə kəlmə də danışmadı.Bəlkə bütün bunlar şayiədir.

***

İbrahimxəlil xanın sarayının önü.Sarayın qarşısında adam əlindən tərpənmə-



yə yer yoxdur.Hər kəs həyacanlıdır.İnsan qalabalığı ilə sarayın arasında əlləri nizə-

qalxanlı əsgərlər bir xətt üzrə düzülərək, təhlükəsizliyi təmin edirlər. Yer-yer səslər

eşidilir:

-Biz xanı eşitmək istəyirik,o,niyə qarşımıza çıxmaq istəmir?!

-Adamyeyənləri bizə verin,biz özümüz onları cəzalandırmaq istəyirik!

-Otuz il öncə ermənilər bu torpaqlara gələndə onlara əlimizdən gələn qədər

yaxşılıq etdik,bu da yaxşılığımızın cavabı.Onları Qarabağdan qovmaq lazımdır. Qoy,rədd olub getsinlər!

***


Şuşanın ətrafı.Uzaqda şəhərin Gəncə qapıları görünür.Ekranda şəhərə ya-xınlaşan dörd atlı canlanır.Bunlar Molla Vəli Vidadi,Məmməd bəy,Qasım vəTur-

qut bəydirlər.Məmməd bəy təəccüblə deyir:

-Çox qəribədir.Xan və vəzir qrşılamağa gəlmədilər.Bu azmış kimi,qapılar da bağlıdır.

Qasım:


-Şəhərdə nə isə baş verir.

Vidadi:


-Narahat olmayın.Bir azdan hər şey məlum olar.İnşallah pis bir şey olmaz.

Məmməd bəy:

-İnşallah!

Qasım:


-İnşallah,olmaz.

Turqut bəy:

-Amin!

Atlılar darvazaya yaxınlaşar-yaxımlaşmaz,qapılar açılır və onlar şəhərə daxil olurlar.Məmməd bəy qarşısına çıxan ilk keşikçidən soruşur:



-Şəhərdə nə baş verir?

Keşikçi:


-Mirzə Əliməmməd ağa cinlər dərəsindən müsəlman uşağı bişirib yeyən on üç nəfər adamyeyən erməni tutub gətirib.Camaat da sarayı və zindanı mühasirəyə

alaraq,həmin erməniləri tələb edirlər.Aləm qarışıb bir-birinə.

Məmməd bəy üzünü Qasıma tutur:

-Sən qonaqlarımızı evinizə apar,mən də saraya gedib,dəqiq bir xəbər öyrə-nim.

***

Şiraz şəhərinin İsfahan darvazası.Darvazanın önündə duran toplardan eyni vaxtda atəş açılır.Səsdən qulaq batır.Aləmi tüstü bürüyür.Darvazanın qapıları ye-rindən qopur.Ardınca atılan tüfənglərin güllələri qapı arxasından görünən iki düş-mən əsgərin yerə sərilməsinə səbəb olur. Eyni aqibət qala divarlarının üstündə da-yanan əsgərlərin bəzilərinin də başına gəlir.Onlardan biri divarın başından yerə dü-



şür.Ardınca yüzlərlə süvari darvazadan içəri şığıyır.

***


Şirazın küçələri.Qan su yerinə axır.Əsgərlər qadın,uşaq və qocalardan başqa hər kəsi qılıncdan keçirir.

İki gənc küçə boyu qaçır.onları təqib edən atlı arxadan yetişib hər ikisinin başına qılınc çalır.Gənclər qan içində yerə sərilir.

***

Üç şirazlı əsgər qılınclarını yerə atıb diz çökür və əllərini boyunlarının ar-



dına qoyur.Fəqət bu,onları xilas etmir.Atlı əsgərlər onları qılıncla vurub öldürür.

***


Dörd kişi düşməndən qaçır.Birinin arxasına sancılan ox onun yıxılmasına,

başqa birinin də ayaqlarının ona dolaşaraq yerə dəyməsinə səbəb olur.Yıxılana yaxınlaşan əsgər nizəni onun sinəsinə soxur.

***

Ağa Məhəmməd şah Qacar əsgərlərinin əhatəsində Şirazın meyid və qan



gölləri ilə dolu kücələrindən biri ilə irəliləyir və birdən atını saxlayaraq ucadan

çığırır:


-Hə,Şiraz necəsən?!Gördünmü səndən və şirazlılardan intiqamımı necə al-

dım!İndi mənə Lütfəli xanın ya ölüsü,ya da dirisi lazımdır!

***

İbrahim xanın sarayının məşvərət otağı.İbrahim xan taxtda oturub.Yanında



Vaqif əyləşib.Kələntər Ağası bəy və Mirzə Əliməmməd ayaq üstə durublar.Vaqif

deyir:


-Hadisələr böyümədən camaatı sakitləşdirmək üçün erməniləri təcili hər kə-

sin qarşısında edam etmək lazımdır.

Mirzə Əliməmməd:

-Qardaş, başa düş, Müqəddəs Yəhya təriqəti çox böyük təriqətdir və müsəl-

man ölkələrində yaşayan bütün xaçpərəstlər arasında çoxlu özəkləri var.İndi adam-

larım onları dindirirlər və sadəcə bircə saat vaxt lazımdır ki,onlar işlərini bitirsin-lər.Biz bilməliyik ki,təriqətin Qarabağda başqa özəyi də var,ya yox.Haradan idarə olunurlar,əlaqələndiriciləri kimdir?

Kələntər Ağası bəy:

-Vəzir də doğru söyləyir,Mirzə Əliməmməd ağa da.Məncə xan camaatın qar-

şısına çıxıb ermənilərin iki saatdan sonra bazar meydanımda edam ediləcəklərini

bəyan etməli,xalqı sakitləşdirməlidir.İki saat Mirzə Əliməmmədin adamlarına, məncə, bəs edər.

Vaqif:

-Yaxşı təklifdir.



Mizə Əliməmməd:

-Mən də razı.

Xan ayağa qalxaraq:

-Onda mən də gedim,etməli olduğumu edim.

Vaqif də ayağa qalxır.

***


Şuşanın bazar meydanı.Meydanda qurulmuş,iki tərəfdən pilləkanları olan taxta meydança.Meydançanın üzərində nizələrə keçirilmiş on üç baş var.Şəhər

əhalisi növbə ilə bir-bir başların yanından keçərək onların üzünə tüpürürləü.Tü-

pürənlər içərisində Ohan da var.Ohan vaxtı ilə onu çarmıxa çəkmiş adamların kə-

silmiş başlarına tərəf tüpürdükdən sonra pilləkənlərdən enir və on-on beş metr irə-

liləyir.O,yüngülcə axsayır.

***


Şuşa məscidlərindən birinin içi.Camaat namaz qılır.Namaz qılanların içində

Ohan diqqəti çəkir.

***

Şiraz. Kərim xanın vəLütfəli xanın keçmiş sarayı.Ağa Məhəmməd şah Qcar



taxtda oturub.Xanbaba yanında əyləşib.Kamaləli bəy,Abbas bəy,Abbasəli bəy,əl-

qolu bağlı Lütfəli xan Zənd qarşısında durmuşlar.

Lütfəli xan:

-Şahım,qrşında günahım çox böyükdür,məni bağışla.

Ağa Məhəmməd şah Qacar:

-Bir vaxtlar sizlərin,yəni Zənd tayfasının əlində olmuş hansı şahəri aldımsa,

hər yerdə xanların,valilərin öz hərəmlərini atıb qaçdığının şahidi oldum.Sizdə heç-

mi“qeyrət”,“namus”adlanan şey yoxdur?Qarşımda durub bağışlanmanı rica edir-sən.Ölümü kişi kimi qəbul etmək və şərəflə ölmək özünü şah elan edən adama da-ha layiq deyilmi? Zəndilər içində Tağı xandan başqa ləyaqətli adam görmədim.O

da, qaynı Əhməd xan Əfqan da axıra qədər kişi kimi savaşıb,ölümü əsil kişi kimi

şərəflə qəbul etdilər.Mən də onları kişinin layiq olduğu bir şəkildə hörmətlə dəfn

etdirdim.Sən də özünü onlar kimi ləyaqətlə aparsaydın səni bağışlardım.Görürəm
ki,əvvəlki Lütfəli xansan ki, qarşımda durmusan.Aparın və onu paza oturdun!Bu

bişərəf ancaq belə rəzalətə layiqdir.

Lütfəli xan:

-Qurbanın olum,ayağının altında ölüm,canıma qıyma!

Əsgərlər Lütfəli xanı sürüyə-sürüyə aparırlar.

***


Şirazın qala bürclərindən biri.İki əsgər bürcə Qacarlar dövlətinin bayrağını taxırlar.Və bu kadr donub qalır.Onun fonunda ekranda aşağıdakı yazılar peyda olur:

“Ağa Məhəmməd şah Qacar qısa bir müddətdə Səfəvilərin qurmuş olduqları

səltənətin Arazdan cənubda yerləşən hissəsini,o cümlədən Güney Azərbaycan xan-lıqlarını öz hökmü altında birləşdirməyə nail oldu.Gələcəkdə Fətəli şah Qacar adı

altında taxta çıxacaq qardaşı oğlu,vəliəhd Xanbabanı Təbrizə göndərərək bu şəhəri

vəliəhd şəhəri və səltənətin ikinci paytaxtı elan etdi. O, Quzey Azərbaycan xanları-na,o cümlədən Tiflis xanı İrakliyə məktublar göndərib onlardan tabe olmağı və bu-nun sübutu kimi girovlar göndərməyi tələb etdi.Fəqət Gəncə və Bakı xanlarından başqa xanların heç biri bu tələbə müsbət cavab vermədi,əvəzində Rusiya ilə sepa-rat danışıqlar başlandı.Bu da Ağa Məhəmməd şah Qacarın böyük bir ordu ilə Qu-zey Azərbaycan xanlıqlarının üzərinə hücuma keçməsinə səbəb oldu.O,qoşunlara üç istiqamətdə -İrəvan,Lənkəran vəQarabağ xanlıqları istiqamətlərində yürüş etmə-yi əmr etdi.Üçüncü istiqamətdə hərəkət edən qoşunun başında özü durdu.

Qısa bir zaman içində Naxçıvan,İrəvan və Lənkəran xanlıqları Səltənətə bir-ləşdirildi.Lənkəran xanı Mir Mustafa xan Xəzəri dolaşan rus gəmilərinin köməyinə sığınmaq üçün Sarı adasına qaçdı.Rus hərbi gəmiləri Qacarın gəmilərinə adaya

qoşun çıxarmağa imkan vermədilər.

1795-ci ildə Ağa Məhəmməd şah Qacar 85 minlik ordu ilə Qarabağa daxil olaraq, Şuşa yaxınlığında qərarlaşdı.İbrahimxəlil Şuşanın müdafiəsini təşkil etməyi

Səfərə tapşıırdı.Səfərin təklifi ilə şəhərdəki səltənətçilərin başçıları Məmməd bəy

və Qasım göz altına alındılar.Qədimi isə edam edildi. Azərbaycan səltənətinin bər-

pasının qızğın tərəfdarı və rusların qatı əleyhdarı Gəncə xanı Cavad xan da öz qo-şunları ilə birlikdə Ağa Məhəmməd şaha qatıldı.

***


3-CÜ SERIYA
BÖYÜK XƏYANƏTİN
BAŞLANĞICI

İbrahimxəlil xanın sarayının məşvərət otağı.Məşvərət gedir.İbrahimxəlil xan taxtda oturub.Ondan sağda yeni qaynatası Şahnəzər Məlik,Şahnəzərdən sağda Kələntər Ağası bəy, solda Molla Pənah Vaqif və Mirzə Əliməmməd əyləşmişlər. Məşvərətdə iştirak edənlərin ümumi sayı 25-30 nəfərdir.Onların içində axund,qazi, Usub Məlik, Allahqulu Məlik,Yeganə Məlik və Səfər də var. Onlar xanla üzbəüz oturublar.Yalnız Səfər ayaq üstədir və o, mövcud durum barədə danışır:

-Artıq dördüncü gündür ki, Ağa Məhəmməd xanın qızılbaş ordusu Çilə-börd yaxınlığındakı mövqelərində durmuşdur və nə bir addım irəli gəlir,nə də bir addım geri gedir.Şuşanı mühasirəyə almaq və ya da ki,şəhərə hücuma keçmək niy-yətində olduqlarını sübut edə biləcək heç bir dəlil yoxdur.Kəşfiyyat dəstələrimiz indiyə qədər ondan artıq qızılbaş əsgərini oğurlamağa nail olmuşdur,fəqət belə

görünür ki,onların da Qacarın gerçək niyyətindən xəbərləri yoxdur. Hər halda, xə-fiyyəbaşı Mirzə Əliməmməd bu barədə daha geniş məlumata sahibdir.Qarşı tərəfin

ordusunun sayı təqribən 85 min nəfərdir.Buna təqribən 4 min nəfər də Cavad xanla

birlikdə gəlmiş gəncəli əsgərləri əlavə etmək lazımdır.Üstə gəl xəyanət yolunu tut-muş yüzbaşı Saroş Səraslan oğlunun başına toplaşmış minə qədər səltənətpərəst qarabağlını və ətraf xanlıqlardan könüllü surətdə Çiləbördə axışmaqda olan səltə-nətpərəstləri.Rəhmətlik Hətəm Məliyin oğlu Məcnun Məlik də öz adamları ilə bir-likdə qızılbaşlara qoşulub.Mənim deyəcəklərim bu qədər.

İbrahimxəlil xan:

-Otur!(Üzünü Mirzə Əliməmmədə tutur.)Hə,Əliməmməd ağa,sən danış, görək,yeni nə deyəcəksən?

Səfər oturur,əvəzində isə Mirzə Əliməmməd ağa ayağa qalxır:

-Xan,ələ keçirilmiş qızılbaş əsgərlərin dindirilməsi göstərdi ki,Ağa Mə-həmməd xanın hədəfinin nə olduğu barədə,deyəsən,onun özündən və Gəncə xanın-

dan başqa heç kəs heç nə bilmir. Hər halda, hədəfin Şuşa olmadığı açıq-aşkardır.

Çünki Şuşanı almaq üçün 85 minlik orduya ehtiyac yoxdur. Qızılbaş əsgərlərinin dediyinə görə,xacə hətta Tehran, İsfahan və Şirazın üzərinə yürüş edəndə özü ilə bu qədər çox ordu, top-tüfəng, zəmburək götürməyib və hər yerdə ilk növbədə da-

xildəki tərəfdarlarına,yəni səltənətpərəstlərə arxalanıb.

Xan:


-Demək ki, biz vaxtında duyuq düşüb, Qarabağdakı səltənətpərəstləri tə-

sirsiz hala gətirməsəydik,indi kim bilir,nələr baş verərdi.Yaxşı ki,Səfər bəy vaxtın-da bizi duyuq saldı. Sən də, maşallah, o qədər adam tutmusan ki, zindanlarda yer yoxdur. Yəni doğrudanmı Qarabağda bu qədər çox səltənətpərəst varmış? Tutub zindana saldıqlarının içərisində səltənətpərəst olduğunu etiraf edənlər varmı?

Mirzə Əliməmməd:

-Qardaşınız oğlu Məmməd bəydən və vəzirin oğlu Qasımdan başqa bircə nəfər də olsun,etiraf edən yoxdur.

Xan:

-Bəs,sən kimin səltənətpərəst,kimin bizim tərəfdarımız olduğunu necə müəyyən edirsən?



Mirzə Əliməmməd:

-Bu,çox sadə məsələdir.Sizin tərəfdarlarınızın hamısı Ağa Məhəmməddən

söhbət düşəndə, onun adının yanında mütləq “xan” kəlməsini işlədirlər, yəni onu

şah kimi qəbul etmirlər. Səltənətpərəstlər isə heç vaxt “ Ağa Məhəmməd xan Qa-car”demirlər,onlar üçün bu şəxs Ağa Məhəmməd şah Qacardır. Üstəlik də bu gün

özünü “dövlətpərəst” adlandıranlar uruslara pis gözlə baxmırlar. Səltənətpərəstlə-

rin gözündə isə uruslar bir nömrəli düşməndirlər.Yeri gəlmişkən,85 minlik ordu da məhz uruslarla döyüş üçün nəzərdə tutulmuşdu.Uruslar isə artıq çıxıb gedibrlər.Ye-

nə də eyni fikirdəyəm ki,Gəncə xanının burada olması əsl hədəfin Tiflis olduğunu

göstərir.Xacə gec-tez Tiflisin üzərinə yürüyəcək.

Xan:

-Deməli,qızılbaş ordusu urusları Azərbaycandan qovmaq üçün buraday-mış.Uruslar isə özləri çıxıb getdilər və bizi çox pis vəziyyətdə qoydular.(Üzünü sağ



tərəfində oturan Şahnəzər Məliyə tutur)Hə, Şahnəzər Məlik, nə oldu, sən də, o biri məliklər də israr edirdiniz ki,ümidlər Urusiyətədir və yalnız uruslara arxalanmaqla

xacədən yaxa qurtarmaq mümkündür.Mən də sizə qulaq asdım,urus padşahına mü-

raciət etdim,bu da nəticəsi.(Mirzə Əliməmmədə müraciət edir)Sənin söylədiklərini

nəzərə alıb,İrakli xana məktub göndərərək onu xəbərdar etmişəm,amma,deyəsən,

xacənin özü də nə etmək istədiyini bilmir. (Usub Məliyə tərəf baxır.) Usub Məlik, mənim başa düşməkdə çətinlik çəkdiyim bir şey var.Siz ermənilər,və yaxud özünü-zün dediyiniz kimi,qıpçaq-qarqarlar həmişə uruslara tərəfdar olmusunuz. Mərhum Hətəm Məlik də elə idi.Onun oğlu Məcnun Məliyi Qacara və Cavad xana sığınma-ğa nə məcbur etdi?Məgər ona bir pisliyimizmi keçmişdi?

Usub Mılik ayağa qalxaraq deyir:

-Vallah,mən də bir şey anlamadım.Əslində bu gün ətrafımızda başa dü-şünülməsi çətin olan işlər çoxdur.Məsələn,kimin ağlına gələrdi ki,Məmməd bəy və

Qasım səltənətpərəstlərin başında durur və xanlıqda hər üç-dörd nəfərdən biri xa-cənin tərəfdarıdır?Mən yatıb yuxumda da görə bilməzdim ki,Ohan keşiş bir gün is-

lamı qəbul edib müsəlman olacaq və namaz qılmağa başlayacaq.Tehran,Qum,İsfa-han və Şirazın belə asanlıqla xacəyə təslim olacağını söyləyən olsaydı,ona gülər-dim,amma zaman haqlı olmadığımızı üzə çıxardı.Yaşadığımız dövr çox ziddiyyət-

li bir dövrdür.Nəyin necə və nə vaxt olacağını və nə üçün belə olacağını heç kim söyləyə bilməz və mən də sualınıza cavab verməkdə acizəm.

***

İbrahimxəlil xanın sarayının qarşısı.Məşvərəti tərk edən əyan-əşrəf iki-iki,üç-üç atlarına minib,saraydan ayrılırlar.Vaqiflə Mirzə Əliməmməd saraydan birlikdə ayrılırlar.Məliklər də atlarına mindikdən sonra eyni istiqamətə üz tuturlar.



Saraydan ən sonda Səfər və Kələntər Ağası bəy çıxırlar.Atına minməkdə olan Sə-fər eyni işi görən Kələntər Ağası bəyə deyir:

-Uruslarla müttəfiqlik məsələsinə siz necə baxırsınız?Onlara inanmaq olarmı?

Kələntər Ağası bəy sualın cavabını artıq hərəkət halında verir:

-Mən də hər kəs kimi xanımıza sədaqət andı içmişəm və onun qəbul edəcəyi hər bir qərar mənim üçün qanundur.Ona görə də nə düşündüyüm önəmli deyil.

Səfər:

-Əgər əl-qolunuz sədaqət andı ilə bağlı olmasaydı,onda necə?



-O zaman Ağa Məhəmməd şaha qoşulub,uruslara qarşı son damla qa-

nına qədər döyüşənlərin birincisi mən olardım.

Bu sözlərdən sonra hər ikisi susmağa və yollarını beləcə davam etmə-yə üstünlük verirlər.

***


Məliklər meşə yolu ilə yanaşı gedirlər.Şahnəzər Məlik deyir:

-Xacənin Tiflisə yürüş edəcəyi şübhəsizdir.İrakli xan uruslarla xoş münasibət quranda ağlına belə gəlməzdi ki,günlərin birində onlar gözlənilmədən geri çəkiləcək və Ağa Məhəmməd xan da xəyanətinə görə onu cəzalandırmaq fik-rinə düşəcək.Cavad xan da İraklinin Gəncəyə hücumunu unutmayıb və indi ondan heyfini çıxmaq üçün əlinə girəvə düşüb.

Usub Məlik:

-Məncə, bütün bunlar bəhanədən başqa bir şey deyil.Əgər xəyanətə görə cəzalandırmaq lazım olsaydı,birinci növbədə gərək İbrahimxəlil xan cəzalan-dırılaydı.O da uruslara müraciət edənlərdən biri idi.Bu azmış kimi Lənkəran,İrə-van,Naxçıvan,Şəki və Şamaxı xanlarını da buna o təhrik etmişdi.İrakli xan Gəncə-

yə hücuma keçəndə İbrahimxəlil xan da ona qoşulmuşdu.Məsələ İrakli xanın xaç-pərəst və gürcü olmasındadır.Əgər o da İbrahimxəlil xan kimi türk və müsəlman olsaydı,hadisələr tamam başqa cür cərəyan edərdi

Allahqulu Məlik:

-Məsələ bunda deyil.İndiyə qədər İrakliyə milli və dini mənsubiyyə-tinə görə “gözünün üstündə qaşın var”deyən olmayıb.Məgər Nadir şahın dövründə

onun qılıncının sağı da,solu da kəsmirdimi?Nadir şahın ən çox güvəndiyi adamlar-dan biri o deyildimi?Nadir şah Borçalı və Qazaxı Gəncə xanından alıb İrakliyə ver-

məmişdimi?Məgər İraklinin ata-babası 600 ilə yaxın bir vaxtdan bəri Tiflisdə ha-kim olmamışlarmı?Hansı müsəlman padşahdan bir pislik görmüşdülər?Yalnız Sə-fəvilər dövründə bir dəfə Azərbaycan səltənətinə xəyanət yolunu tutdular və şah Abbasın qəzəbinə gəldilər.Abbas Tiflisi yerlə bir etdi və gürcüləri də qılıncdan ke-

çirdi.Bu dəfə də hər şey xəyanətlə bağlıdır.Üstəlik də İrakli uruslara arxalanaraq xanlığın əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlara deyib ki,ya Rəbbimiz İsanın haqq yoluna gəlin,ya da rədd olun gedin.Onlar da Qacara şikayət ediblər.

Şahnəzər Məlik:

-Mən bu barədə heç nə eşitməmişəm.Əgər söylədiklərin doğrudursa,

onda vay Tiflisin halına!Qacar çox kinli adamdır və şah Abbasın etdikləri onun edəcəklərinin yanında toya getməli olacaq.Onun Şiraz və Kirman əhalisinin kəsik başlarından təpə düzəltdirdiyini,yəqin ki,eşitmisiniz?Lütfəli xan Zəndi də qadın əvəzinə onun öz əsgərlərinə zorlatdıraraq paza oturtdurduğunu söyləyirlər.Eyni işi

İrakli xanın da başına gətirməyəcəyinə kim zəmanət verə bilər?

Yeganə Məlik:

-Bunların hamısı xacədən yanıqlı olan farsların uydurmasından başqa

bir şey deyil. Bunu hər birimiz çox gözəl bilirik.Fəqət bu şaiyələr bizim də işimizə

yarayır və biz onları hər bir vasitə ilə yaymalıyıq.Yadınızda deyilmi,bir vaxt Ma-zandaranda belə bir şayiə yaymışdılar ki,guya Ağa Məhəmməd xan xacə olduğu

üçün üzünə tük çıxmır və guya bu üzdən də saqqal vergisi barədə fərman vermiş-dir ki,o verginin ağırlığından hamı saqqalını qırxdırsın?Nəticədə həm Mazandaran-da, həm də Gilanda üsyan qalxdı.Eyni şayiələri biz də burada yayırdıq.Sonra isə məlum oldu ki,Qacarın saqqalı varmış və saqqal vergisi barədə söylənilənlər də farsların uydurmasıdır.Amma artıq iş işdən keçmişdi.Üsyanları yatırmaq üçün Ağa Məhəmməd xan çox tər tökməli və vaxt itirməli oldu.

***


Şuşa zindanının dindirmə otağı.Vaqiflə Mirzə Əliməmməd bir tərəfdə,

Məmməd bəylə Qasım o biri tərəfdə qarşı-qarşıya oturmuşlar.

Vaqif üzünü Məmməd bəylə oğluna tutaraq deyir:

-Baxın,hər ikiniz gəncsiniz,həyat təcrübəniz azdır.İbrahimxəlil xan da

sizi bağışlamağa hazırdır.Axı,nə üçün sizə elə gəlir ki,Vətəni yalnız siz sevirsiniz?

Biz də Vətəni çox sevirik.Biz də bu torpağın övladıyıq.

Qasım:

-Vətəni sevən adam heç vaxt uruslara məktub yazıb,onları Azərbaycana



dəvət etməzdi.Sənsə, ata, bunu etdin.Eyni işi səndən öncə ermənilər də görmüşdü-lər.Belə olan halda, səninlə onlar arasında nə kimi fərq var?Onları yenə də başa düşmək olar,onlarla uruslar eyni dindəndirlər və müsəlmanları da eyni dərəcədə sevmirlər.

Vaqif:


-Oğlum,görürsən,birini bilirsən,birini yox...Ermənilərin məktubundan

sonra uruslarda belə bir fikir hasil olmuşdu ki,Osmanlı dövlətinin şərq əyalətləri və

Azərbaycanın İrəvan və Qarabağ xanlıqları hesabına erməni dövləti yaratsınlar. Mənim məktubumdan sonra isə bu fikirdən vaz keçdilər.Qərara gəldilər ki,Azər-baycanın bütün xanlıqlarını İbrahimxəlil xanın hökmü altında birləşdirsinlər.Bu xə-

bər yayılar-yayılmaz,bütün Azərbaycan xanları,o cümlədən urusların qanlı düşmə-ni Cavad xan İbrahim xana məktub göndərib,itaət bildirdilər və öz övladlarını gi-rov qismində Qarabağa göndərdilər.

Məmməd bəy:

-Yəni İbrahimxəlil xan urus padşahının canişini olmalı,Azərbaycan da Urusiyətin kiçik bir əyalətinə çevrilməli idi,eləmi?Əvəzində də uruslar bizim xanı

Ağa Məhəmməd şah Qacardan qorumalı idi?Siz bu addımı Azərbaycan naminə de-yil,İbrahimxəlil xanın taxt-tacını qorumaq,onun hökmünü bütün Azərbaycana yay-maq üçün atdınız.O zaman siz də kiçik bir xanlığın yox,bütün Azərbaycanın vəziri

olacaqdınız,deyilmi?

Mirzə Əliməmməd:

-Görürəm ki ,heç biriniz heç nə başa düşmədiniz.Biz bura sizi dar ağa-cından qurtarmaq üçün gəlmişik.Mənə elə gəlir ki,sizin hazırki vəziyyətiniz kimi isə nədə isə ittiham etməyi yox,üzr istəyib,bağışlanmanızı rica etmənizi zəruri edir.

Əgər düşünürsüz ki,xacə Şuşaya hücum çəkib,sizi dar ağacından xilas edəcək,yanı-lırsınız.Bunu mən sizə tam yəqinliklə deyirəm.Yaxşı-yaxşı fikirləşməniz üçün bir həftə vaxtınız var.Başa düşün,səltənəti bərpa etmək barədə fikirlər boş xəyallardan

başqa bir şey deyil,bu gün Azərbaycanın özünün bir müstəqil dövlət kimi mövcud olub-olmayacağı böyük sual altındadır.Sizsə keçmiş müstəmləkələr,Qara dəniz və

Hind ümmanına çıxış barədə düşünürsünüz.

***


Vaqiflə Mirzə Əliməmməd at belində zindandan geri dönürlər.Onlar Şu-şanın küçələrindən biri ilə hərəkət edə-edə söhbət edirlər.Mirzə Əliməmməd deyir:

-Allah özü onları İbrahimxəlil xanın kinindən qorusun.Yəqin ki,oğlunun

taleyi səni çox narahat edir.Necə də etməsin?Axı,o sənin tək bir övladındır.

Vaqif:


-Yazıya pozu yoxdur.Allah alınlarına nə yazıbsa,o da olacaq.Vallah Məmmədə ürəyim Qasımdan az yanmır.Onu Qasımdan az istəmirəm.Amma nə et-

mək olar?Özləri bu yolu seçiblər.İkisi də keçi kimi tərsdir.

Uzaqdan Ohanın evi görünür.Mirzə Əliməmməd deyir:

-Bəlkə,bir Ohana baş çəkək,kefimiz yerinə gəlsin.

Vaqif:

-Nə deyirəm ki...Gedək deyirsən,gedək.



***

Ağa Məhəmməd şahın Çiləbörd yaxınlığındakı ordugahı.Hər tərəf cadırlardır.Abbas bəylə Səfərəli bəy çadırların araları ilə piyada gedə-gedə söhbət edirlər.Onlar hərəkət etdikcə,kadrda öncə quyudan su çəkərək dəvə və atları suva-ran qızılbaş əsgərləri,ardınca ocaq ətrafında oturub tüfənglərini təmizləyən əsgər-lər, sıra ilə düzülmüş toplar,dəlləyə başını qırxdıran bir zabit və ən nəhayət gülə-şən iki yoldaşlarının ətrafında dövrə vurub,onlara tamaşa və azarkeşlik edən əsgər-

lər canlanır.

Abbas bəy:

-Bu gün düz dördüncü gündür ki,papağı günə yandırırıq.Şahın nə dü-

şündüyü,nə etmək istədiyi məlum deyil.Hələ indiyə qədər belə şeyin şahidi olma-mışam.Adam nə qədər aşıqların dilindən dastan dinləyər?

Səfərəli bəy:

-Ərzaq məsələsi nə yerdədir?

Abbas bəy:

-Nə qədər qəribə olsa da ərzaq və pul sarıdan heç bir çətinliyimiz,Alla-

ha şükürlər olsun ki, yoxdur.Amma sabah nə olacağı məlum deyil.Görünür,şah Tif-

lisi tutmağı və qarət etməyi düşünür.Bu boyda xərci başqa cür təlafe etmək müm-kün deyil.

Səfərəli bəy:

-Mən də belə düşünürəm.

***

Ağa Məhəmməd şah Qacarın çadırı.Şah və Cavad xan,hər ikisi mütək-kəyə söykənərək dastan söyləyən aşığı dinləyirlər.



Aşıq:

-...Oğlanın başının yarasını nənəsi görəndə ovcuna bir az un alıb,üstə

bir az su töküb,xamır qayırdı.O xamırın adına keçmişdə “ tüpürüh məlhəmi” deyər-dilər.O da köhnə qarılar dərmanıydı.Bu xamırı qarı Məhəmmədin başına qoyub,dəsmalla sarımağa başladı.Məhəmməd dedi:“Nənə,sənə üç kəlmə sözüm var.”

Nənəsi dedi:“Oğul,deyə bilərsən.”

Aldı Məhəmməd ,saznan-söznən görək nənəsinə nə dedi,nənəsi də Məhəmmədə nə cavab verdi.

Aldı Məhəmməd:

“Canım nənə,gözüm nənə,

Rusğat ver, mən gedər oldum.

Od canımda yana-yana,

Rusğat ver, mən gedər oldum.”

Aldı qarı:

“Canım oğul,gözüm oğul,

Qoymaram sən gedəsən.

Sənə qurban özüm,oğul,

Qoymaram sən gedəsən.”

Aldı Məhəmməd:

“Düşmüşəm yarın qəhrinə,

Bax,nənə, işin təhrinə.

Gəl,deyib Kişmir şəhrinə,

Rusğat ver,mən gedər oldum...”

***

Ağa Məhəmməd şahın çadırının çöl tərəfdən görünüşü.Çadırın dörd bir tərəfində əli nizə və qalxanlı keşikçilər durmuşlar.Abbas bəylə Səfərəli bəy cadıra yaxınlaşırlar.Çadırdan aşığın səsi gəlir:



- ... Aldı qarı:

“Qoymam səni mən ölməmiş,

Ömrümü başa vurmamış.

Şah sənə rusğat verməmiş,

Qoymaram,oğul,gedəsən...”

Abbas bəylə Səfərəli bəy bir-birinə baxırlar.Hər ikisinin üzündən na-

razılıq hiss olunur.Səfərəli bəy deyir:

-Yenə də eyni şey.25 gündür şahın çadırından aşığın avazı gəlir.Bu köpək oğlu aşıq bu qədər sözü necə yadda saxlaya bilir,heç cür başa düşə bilmi-

rəm.

Aşığın səsi gəlməkdə davam edir:



-...Aldı Məmməd:

“Məhəmməd o yolu görüb,

Bağçadan gülünü dərib.

Şah mənə urusğat verib,

Rusğat ver,mən gedər oldum...”

***


Ohanın evi.Ohan,Vaqif və Mirzə Əliməmməd qəhvə süfrəsi arxasında oturub söhbət edirlər.Mirzə Əliməmməd gülə-gülə Ohandan soruşur:

-Sən Allah,Ohan doğrusunu söylə,bu namaz məsələsi növbəti fırılda-ğındır,yoxsa doğrudan da müsəlman olmusan?

Ohan eynini pozmzdan:

-Bu,Allahla qulu arasında olan məsələdir,araya kimsə girə bilməz.

Vaqif:

-Deməli,sən vəsi məsələsini qəbul etmirsən.



Ohan:

-Allah-Təala Qurani-Kərimdə buyurur ki,mən sizə şah damarınızdan da yaxınam.Madam ki,belədir,hansı vəsidən söhbət gedə bilər?Məgər, arada bir boş-luq və ya bir məsafə varmı ki,ortaya bir vasitəçi girə bilsin?

Vaqiflə Mirzə Əliməmməd təccüblə bir-birilərinə baxırlar.Mirzə Əli-məmməd zarafatına davam edir:

-Ay lotu,sən deyildin badəni Rəbbin İsanın çarmıxa çəkilmiş təsvirinə

vuraraq başına çəkən?

-Onda cahil idim,etdiyimin fərqində deyildim.Allah mənim özümə çar-

mıxın acısını daddırdı,gözümü açaraq,hidayət etdi.Məgər tövbə qapısının Allaha şərik qoşanlardan başqa hər kəsin üzünə hər zaman açıq olduğunu bilmirsənmi?

Vaqif:


-Nə isə, bu mövzuda zarafat caiz deyil.Gəlin,mövzunu dəyişək...Yaxşı,

ay Ohan,bu Ağa Məhəmməd xan Qacardan ağlın nə kəsir?

Ohan:

-Məncə,o,sizin son ümidinizdir.Onu rədd etməklə siz özünüzü urusların köləliyinə sürükləyirsiniz.Əgər ermənilərin içindən Ağa Məhəmməd şah Qacar ki-mi bir şəxsiyyət çıxsaydı,vallah-billah,ondan on əllə yapışar,onu başımızın tacı ya-pardıq.Amma siz Nadir şahın qədrini bilmədiyiniz kimi,Qacarın da qədrini anla-mırsınız və ya da anlamaq istəmirsiniz.Uca Tanrı sizlərə insana xas olan bütün gö-zəl sifətləri-kişilik,mərdlik,comərdlik,şərəf və ləyaqət kimi sifətlərin hamısını bəxş edib,amma etiraf etməliyəm ki,biz ermənilər dünyanın ən şərəfsiz və ləyaqətsiz millətiyik.Buna baxmayaraq,siz müsəlman,ermənilər isə xaçpərəst olduğu üçün uruslar üstünlüyü həmişə bizə verəcəklər.Ağa Məhəmməd şahı rədd etməklə siz ona nail olacaqsınız ki,bir gün uruslar erməniləri başınızın ağası edəcəklər.Onda iş işdən keçmiş olacaq.



Vaqif:

-Vallah,sən şişirdirsən,yəni arzularını həqiqət kimi qələmə verməyə çalı-

sırsan.Bu qədər də olmaz,axı.

Ohan:


-Qardaş,mən sözümü dedim.İstəyirsiniz inanın,istəyirsiniz yox.Bu sizin şəxsi işinizdir.O ki qaldı mənim arzularıma,gizlətmirəm,bəli,bir vaxt belə arzula-rım olub,amma öz ermənilərimiz tərəfindən çarmıxa çəkiləndən sonra dünyaya ba-xışım kökündən dəyişib.

Vaqif:


-Deməli,deyirsən ki,İbrahimxəlil xan dura-dura,dövləti ermənilər idarə edəcəklər,hə.

Ohan:


-Şair,bax,Qarabağ əhli İbrahimxəlil xanın Çingiz xanın nəslindən olma-sından qürur duyur.Halbuki,bunun belə olmadığını siz də mən də yaxşı bilirik.Onu

da bilirik ki, urusların Çingiz xana da,onun soyundan olanlara da münasibəti sizin-kindən çox-çox fərqlidir.Uruslar 300 ildən artıq tatarların əsarəti altında yaşayıblar. və bunu tarixlərinin qara səhifələri hesab edirlər.Bu gün sahib olduqları torpaqlar da türk-tatar torpaqlarıdır.Həmin torpaqları özününküləşdirmək və tatarlardan inti-qamlarını almaq üçün Çingiz xanın nəslindən olan hər kəsi məhv ediblər və indi sən doğrudanmı inanırsan ki,bizim xanı əzizləyib gözlərinin üstünə qoya-caqlar?

Vaqiflə Mirzə Əliməmməd yenə də bir-birilərinə baxırlar.Ortaya dərin bir sükut çökür.

***


Ekranda yazılır: “2 GÜN SONRA”

***


İbrahimxəlil xanın sarayının bağçası.İbrahimxəlil xan bağbanı ilə bir-likdə bağçanı gəzir.Bağban alma ağacının budaqlarından birini göstərərək deyir:

-Bu budaq Abbasbəyi armudundan keçən il kəsib bu almaya calaq et-

diyimiz budaqdır.Yaxşı tutub.Məncə,gələn il ilk barını verməlidir.

Xan soruşur:

-Ağ tuta caladığımız qara və xar tut budaqları necə,tutdumu?

Bağban:


-Bəli,ağa,hər ikisi tutub.İstəsəniz,baxa bilərsiz.

Xan:


-Təbii ki,baxacağam.

Bu an kadra daxil olan nökər deyir:

-Xan,başına dönüm,Mirzə Əliməmməd ağa gəlib,deyir ki,təcili xanla görüşməliyəm,ona çox vacib bir sözüm var.

Xan:


-Təkdirmi?

Nökər:


-Bəli,ağa.

Xan:


-De,bura gəlsin.

Nökər “Baş üstə!”-deyib kadrdan çıxır.Xan bağbandan soruşur:

-O biri calaqlar necə oldu?

Bağban:


-Hamısı tutub.

Xan:


-Heyva ilə gavalı damı?

Bağban:


-Bəli,ağa.

Xan:


-Qəribədir.

Kadra daxil olan Mirzə Əliməmməd salam verir:

-Əssəlamu əleyküm!

Xan səsə dönərək:

-Və əleykəssəlam!(Üzünü bağbana tutur.)Sən get.

Bağban kadrdan çıxır.Mirzə Əliməmməd deyir:

-Xan,bu gün dəqiq məlumat əldə etmişəm ki,xacə sübh tezdən və ya günorta Əsgəran istiqamətindən hücuma keçəcək.

Xan diqqətlə Mirzə Əliməmmədə baxır:

-Bilmirəm,sən olmasaydın,nə edərdim.

***


Şuşa şəhərinin zindanı.Məmməd bəylə Qasımı eyni qəfəsdə qarşı-qar-şıya oturub,ayaqlarını irəli uzatmışlar.Hər ikisi divara söykənmişlər.Qasım deyir:

-Bu Ağa Məhəmməd şahı heç cür başa düşə bilmirəm.Nədən hücuma keçib,İbrahimxəlil xanın işini bitirmir?Axı,biz daha nə qədər burada oturmalıyıq?

Məmməd bəy:

-Vallah,sən elə danışırsan ki,guya bizim burada olmağımızın günahı Ağa Məhəmməd şah Qacardadır.Guya bu taleyi biz özümüz könüllü surətdə seç-məmişik.Nə tez ruhdan düşdün?Özünü ələ al,Qasım.Bizə ruhdan düşmək,əyilmək

olmaz.Arxamızca gedən,ölümü,zindanı,məhrumiyyətləri gözə alan,boyunlarına kə-fən dolayan minlərlə vətənsevər insanın gözü bizdədir.Geri addım atsaq, bu qədər vaxtdan bəri çətinliklə qurduğumuz təşkilatı bir saatın içində məhv edərik.İnsanla-rın bizə olan sevgi və rəğbəti bir anda məyusluq və nifrətlə əvəzlənər.Hər ikimiz el

içində rəzil olarıq.

Bu dəm qəfəsə yaxınlaşan keşikçi deyir:

-Xəbəriniz var xəbərdən?

Məmməd bəy:

-Yox,nə olub ki?

Keşikçi:

-Ağa Məhəmməd şah Qarabağı tərk edərək Tiflis istiqamətində hərəkət

etməyə hazırlaşır.

Qasımın başına,sanki,qaynar su tökürlər:

-Ürəyimə dammışdı ki,elə belə də olacaq.Sənə güvəndiyim dağlar,sənə də qar yağarmış!Xacədən bundan artıq nə gözləmək olardı?!

Qasımın bu sözləri Məmməd bəyin əsəbiləşməsinə səbəb olur:

-Özünü ələ al,Qasım, nə dediyini heç başa düşürsənmi?

Qasım ayağa qalxaraq:

-Nə dediyimi çox yaxşı bilirəm.Sən burada xacənin naminə çürümək is-təyirsənsə,bu sənin öz işindir.Mənimsə gəncliyimi puç etmək fikrim yoxdur.Ziya-nın yarısından da qayıtmaq xeyirdir.(Keşikçiyə müraciətlə)Atama xəbər çatdırın, onunla təcili görüşmək istəyirəm.Deyin ki,bərk peşimanam,ondan da,xandan da üzr istəmək istəyirəm.

Keşikçi:


-Baş üstə,ağa.(Gedir.)

Məmməd bəy qalxır, Qasımın yaxasından tutub,onu silkələyir.

-Sənin bu qədər zəif iradəli,qorxaq və xain adam olduğunu bilmirdim.

Bu sözlər Qasımı özündən çıxarır və o Məmməd bəyi özündən kənara itələyərək deyir:

-Bilirəm,cəhənnəmə gedən özünə yoldaş axtarar.Get özünə başqa yoldaş tap.Məndən sənə yoldaş olmaz.Məgər bizim istədiyimiz bu idi?Axı,nə üçün zin-danda çürüməliyik?

Məmməd bəy:

-Bu gündən etibarən mənim sən adlı dostum yoxdur.And olsun Allaha, ətimi tikə-tikə etsələr də,qanımı qaşıqla içsələr də tutduğum yoldan dönməyəcə-yəm.

***


Tiflis valisi İrakli xanın sarayı.İrakli xan patriarx Aleksandr ilə gəzişə-gəzişə söhbət edirlər.Xan deyir:

-Övladlarım arasında hakimiyyət uğrunda dava-dalaş başlamasın deyə,

xanlığımı beş hissəyə bölüb,dördünü onlara verdim.İndi hərəsi bir bölgədə xanlıq edir.Özümə isə Tiflisi saxladım.İndi Tiflisin üstünü qara buludların aldığı,qızılbaş ordusunun hər an üstümüzə yeriyə biləcəyi bir dövrdə oğullarımın yardımına bö-yük ehtiyacım var.Onlara məktub yazıb vəziyyəti anlatdım,fəqət Solomon xandan

başqa heç birindən bir səs də çıxmadı.Yalnız Solomon səsimə səs verdi və kömək üçün 4000 əsgər göndərdi.4000 nəfər əsgər də özümün var.Amma Ağa Məhəmməd şah Qacarın odusunun sayı,İbrahimxəlil xanın dediyinə görə, 85000 nəfərdən artıq-dır.Belə olan halda döyüşə girmək göz görə-görə oda atılmaqdan başqa bir şey de-yil.Sən nə deyirsən,Aleksandr ata?

Patriarx:

-Mən həmişə elə bunu demişəm.Bax,müsəlmanların, əsrlərdir ki,başları müharibələrdən ayrılmır,elə qırıla-qırıla gedirlər,amma bununla yanaşı sayları nə-

inki azalmır,əksinə artır.Çünki onların dini dörd arvad almağa icazə verir,bu üzdən də qadınlar uzun müddət dul qalmır.Hər il bir övlad dünyaya gətirir.Bizdə isə əri ölən arvadların böyük əksəriyyəti ölənə qədər dul qalır və təbii ki,dünyaya uşaq gə-

tirmir.Ona görə də sayımız cox az artır və ya heç artmır.Az olduğumuz üçün də da-im onun-bunun hökmü ilə hesablaşmalı oluruq.Mən indiki halda Ağa Məhəmməd şah Qacara qarşı çıxmağın böyük səhv olacağını,bunun yeni qırğınlara yol açacağı-nı düşünürəm.Məncə,xalqımızı fəlakətin içinə atmaq olmaz və sən fəlakətin qarşı-sını almaq üçün şahın qarşısına duz-çörəklə çıxmalı,milləti qırğına verməməlisən, yəni itaət etməlisən.Əks təqdirdə şah Abbasın Tiflisdə törətmiş olduğu qırğınlar bu

dəfəkinin yanında yalan olacaq...

İrakli gedib taxtına oturur və dərin fikirlərə dalır.Aleksandr ata isə sözünə davam edərək deyir:

-...Mən sənin qoşun toplamaq cəhdlərini təqdir etmirəm.Axı,özün də yax-şı bilirsən ki,oğlanların arasında birlik yoxdur.Birlik olmayan yerdə isə qələbə qa-zanmaq mümkün deyil...

***


Patriarx danışdıqca,ekranda sarayın sütunları bir-birini əvəz edir və ka-mera sonuncu sütunun arxasında gizlənərək əri ilə patriarxın söhbətini dinləyən Dariyanın üzərində durur.Kamera arxasından Aleksandr atanın səsi gəlir:

-...İndi əsas məsələ xalqımızın sayının artmasını təmin etməkdir,bunsuz

gürcü dövləti yaratmaq barədəki arzularımız xəyal olaraq qalacaq.Xanlığın harası-na,hansı bölgəsinə baxırsan-bax,hər yerdə,hətta Tiflisin özündə müsəlmanların sayı

gürcülərin sayından artıqdır...

***

İrakli xan yenidən taxtdan qalxaraq,sarayda var-gəl etməyə başlayır.Alek-



sandr ata sözünə davam edir:

-...Və nə qədər ki bu fərq lehimizə dəyişməyib,arzumuz ürəyimizdə qala-caq.

İrakli xan deyir:

-Mən bir dəfə sənə qulaq asdım,gedib ruslarla müqavilə imzaladım,rusla-ra arxalanıb,Gəncəyə hücuma keçdim.Fəqət Gəncəni ala bilmədim,əvəzində Cavad

xanı özümə düşmən etdim.İndi o,Qacar şahın yanındadır və intiqam üçün fürsət ax-tarır.Ruslar isə çıxıb getdilər və bizi tək qoydular.Bu dəfə də sənə qulaq asıb, Ağa Məhəmməd şahın ayağına gedə bilərəm,amma Cavad xanı necə yola gətirim?Şah onu qoyub mənəmi tərəf olacaq?Nə qədər ki,Cavad xan şahın yanındadır və qulaq-larını doldurmaqla məşğuldur,xəta-bəladan qaçmaq mümkün deyil.Amma 8000-lik

ordu ilə 85000-lik orduya qarşı çıxmağın axmaqlıq olduğunu da bilirəm.Qazaxdan

da üç-dörd min əsgər toplamaq olar.Qazaxlılar döyüşdə aslan kimidirlər.

Patriarx:

-Fikrin Nadir şahın dövrünə getməsin.O dövrdə sən Nadir şahın əmrində

idin və Osmanlıya qarşı savaşırdın.Qazaxlılar da sənin naminə deyil,Nadirin nami-

nə misilsiz qəhrəmanlıqlar göstərdilər.Əgər elə düşünürsənsə ki,onlar qanı qanla-rından,dili dillərindən,dini dinlərindən olan Qacara qarşı səni müdafiə edəcəklər, səhv edirsən.Əgər sən mənə vaxtında qulaq assaydın və Dariyaya qulaq asmayıb müsəlman təbəələrindən din dəyişməyi tələb etməsə idin,bəlkə də içlərində sənə tə-rəf olanlar tapılardı.İndi isə bu,imkansızdır.

Kadr arxasından Dariyanın qəzəb ifadə edən səsi eşidilir:

-Bəsdir,yetər!

***


Sütunların arxasından çıxan Dariya patriarxa yaxınlaşa-yaxınlaşa deyir:

-Nə vaxta qədər Davidin və Tamaranın övladları gah Osmanlıların,gah da

Qızılbaşların köləsi kimi yaşamaq rəzalətinə razı olacaqlar.Nə üçün millətin qəhrə-manlıq ruhunu öldürməyə çalışırsan?Mənim xalqım qəhrəman xalqdır və kölə kimi yaşamaqdansa,ölməyə üstünlük verər.Bizi qul kimi yaşamağa vərdiş etmiş,kişiliyin nə olduğunu bilməyən ermənilərdən fərqləndirən də budur.Odur ki,xacə şahla son damla qanımıza qədər döyüşməli,ya azad olmalı,ya da ölməliyik.Sən təmiz gürcü deyilsən,damarlarında təmiz gürcü qanı axsaydı,belə danışmazdın.Səni belə danış-

dıran erməni nənənin murdar qanıdır.

***

Vaqifin evi.Vaqif,Qızxanım və Qasım birlikdə oturub,yemək yeyirlər.Va-qif yarpaq dolmasını çörəklə birlikdə ağzına qoyub,çeynəyərək udduqdan sonra de-yir:



-Vallah-billah,bütün Qarabağda nə yarpaq dolmasını,nə də plovu səndən daha ləzzətli bişirən yoxdur.

Qızxanım:

-Sağ ol da, heç olmasa,biş-düş məsələsində səndən tərif eşidə bilirik.Yax-şı,bəs,Qasımı xanın yanına üzrxahlığa nə zaman aparacaqsan?

Vaqif:


-Xan Şuşaya qayıdan kimi.

Qızxanım:

-Məgər xan Şuşada deyil?

Vaqif:


-Yox.Əsgəran qalasındadır.İrakli xana döyüşə hazırlığa vaxt qazandırmaq

üçün Əsgəran qalasında Ağa Məhəmmədin qarşısını alıb,ona yol vermir keçsin. Ancaq bunun Irakliyə kömək edə biləcəyini heç zənn etmirəm.

Qızxanım:

-Bəs,sən nə əcəb xanın yanında deyilsən?

Vaqif:

-Məni öz yerinə qoyub.



Qızxanım:

-Demək,üzünə həsrət qalmayacağıq.Yaxşı,bəs,bu Məmməd bəyin axırı necə olacaq,o,nə deyir?Heyifdir,gəncdir.Yadıma düşəndə ürəyim ağramağa baş-layır.

Qasım ağzındakı tikəni çeynəyə-çeynəyə deyir:

-Deyir ki,ətimi tikə-tikə etsələr də,qanımı qaşıqla içsələr də tutduğum yoldan dönməyəcəyəm.

Qızxanım:

-Çöldə-bacada,çarşı-bazarda,hər yerdə hamı onun sözünü danışır,demiş olduğu sözlər dillər əzbəri olub.

Vaqif:

-O nə sözlərdir elə?



Qızxanım:

-Məsələn,deyib ki,Xudafərin körpüləri Azərbaycanın şimalı ilə cənubunu birləşdirirdi,Ağa Məhəmməd şahın bu tərəflərə gəldiyini eşidən İbrahimxəlil xan, Qacarın yolunu kəsmək məqsədi ilə həmin körpüləri topa tutub, dağıtmaqla əslində Vətənin gələcəyini və birliyini topa tutmuşdur.İndi bu sözlər ağızdan ağıza keçir.

Vaqif:

-Başqa?


Qızxanım:

-Deyib ki,tayfa şüuru milli şüurun inkişafına mane olur.Milləti birləşmə-

yə xanların hakimiyyət hərisliyi və öz tayfalarını başqalarından üstün tutması qoy-mur.Bütün xanlar kimi İbrahimxəlil xan da Vətən xainidir.Xanların kökü kəsilmə-dikcə millət xoş gün görməyəcək.

Vaqif:


-Görürəm,sən də onun sözlərini yaxşı-yaxşı əzbərləmisən.

Bu an uzaqdan top səsləri eşidilməyə başlayır.Hər kəs yerində donub qalır.Ortaya sükut çökür.Sükutu Vaqif pozur.O,cəld ayağa qalxaraq“Başladı!”-de-yib,qapıya tərəf yollanır.

Qızxanım onun ardınca səslənərək soruşur:

-Nə başladı?

Vaqif qapıdan çıxhacıxda deyir:

-Qacar Əsgəran qalasını vurmağa başladı.

***

Şuşa şəhərinin bazar meydanı.Meydan insan kütləsi ilə dolub-daşır.Top



atəşi səsləri buradan daha yaxşı eşidilir.İnsanlar qruplar halında baş verənləri mü-zakirə edirlər.Hər kəs həyacanlıdır.

***


Bazar meydanındakı qruplardan biri.Burada beş nəfər öz arasında söhbət edirlər.Sakinlərdən biri deyir:

-Ağa Məhəmməd şah burada bu qədər vaxt qaldı,bir nəfərin burnu qana-madı,nə şəhərə,nə də xalqa bir ziyanı toxunmadı.Çıxıb getdiyi bir zamanda onun yolunu kəsməyə nə ehtiyac vardı,axı?

İkinci sakin:

-İbrahimxəlil xan bu yolla dostu İrakli xana vaxt qazandırır ki,ordu toplaya bilsin.

Birinci sakin:

-Axı,İraklidən bizə nə?Məgər İrakli deyildimi ki,müsəlmanlara demişdi, ya

xaça sitayiş edin,ya da yurdlarınızdan rədd olub gedin?Ağa Məhəmməd şah buna görə onu cəzalandırmağa gedərkən,onun yolu nə üçün kəsilməlidir?

Üşüncü sakin:

-Doğru söyləyirsən,qadan alım,İndi Qacar dönüb Şuşaya hücuma keçsə nə

olacaq?


***

Üç nəfərlik başqa bir qrup.Qoca bir kişi danışır digərləri,dinləyir:

-Nə vaxt,görəsən,bu müsibətlərdən canımız qurtaracaq?Bu qədər də zülm olar?Vallah bu xan heç xalqı düşünmür.

Uzun boylu gənc ona cavab olaraq deyir:

-Xanların hansı xalqı düşünür ki,bu da düşünsün?Məmməd bəy doğru de-yib ki,xanların kökü kəsilmədikcə millət xoş gün görməyəcək.

Qoca:


-Bir az yavaş,oğlum,eşidərlər.Hər tərəf Mirzə Əliməmməd ağanın xəfiy-yələri ilə qaynayıb-daşır.Heyifsən,özünü yazıq edərsən.Mənə baxma,mənim bir ayağım burda, bir ayağım gordadır.

Gənc:


-Cəhənnəmə eşidərlər,qara gora eşidərlər.Bıçaq artıq boğaza dirənib,Məm-məd bəydən artıq deyiləm ki.Nə qədər dözmək olar,axı?Gah gedib Qacara qarşı ka-

fir uruslarla razılaşır,gah da kafir İrakliyə görə milləti təhlükə altına atır.Allah özü

şaha kömək olsun.

***


Uzaq planda Əsgəran qalası,yaxın planda isə qala divarlarını toplardan atə-şə tutan topçular görünür.Ətrafı toz-duman,qara tüstü bürümüşdür.Ara-bir qaladan da top atılır.

***


Şuşa zindanı.Keşikçi qəfəs barmaqlıqlarının qarşısında duraraq barmaqlıq-ların arxasında onunla üzbəüz dayanmış Məmməd bəylə söhbət edir.Burada top səsləri çox zəif eşidilir.Keşikçi deyir:

-İbrahimxəlil xanın bu hərəkəti şəhərdə böyük narazılıq doğurub.Camaat artıq xəfiyyələrin onları eşidə biləcəyindən ehtiyat etmirlər,kim nə istəyir,onu da danışır.Hamı bərk narazıdır.Hər kəs sənin söhbətini edir.Vallah,sən indi Ağa Mə-

həmməd şahdan daha məşhur olmusan.Sözlərin dillər əzbəri olub.

Məmməd bəy:

-Hansı sözlərim?

Keşikçi:


-Məsələn,xanların kökü kəsilməyincə camaat xoş gün görməyəcək.

Məmməd bəy:

-Camaat yox,millət!

Keşikçi:


-Hə,hə,millət.Vallah,mən kəmsavad adamam,adımı güclə yazıram,camaat-la millətin də fərqini bilmirəm.Mənim üçün camaat da,xalq da,millət də eyni şey-dir...Hə,Məmməd bəy,sənə vəzirin oğlundan xəbər verim.Deyilənə görə,camaatın ona o qədər tənəsi olub ki,evdən bayıra çıxmağa utanır.Özü də əməlindən bərk pe-şimandır.

Məmməd bəy:

-Quran ona qənim olsun,Qurana əl basıb,and içmişdi.Yaxşı,Saroşdan nə xəbər?

Keşikçi:


-Saroş səltənətpərəstlərlə birlikdə Qacarın yanındadır.Az qalmışdı yadım-dan çıxsın,axı,sən mənə həbsdə qalan səltənətpərəstlərin sayını öyrənməyi tapşır-mışdın.Səninlə birlikdə cəmi üş nəfər qalmısınız.Qalanlarını buraxıblar.Heç nə sü-but edə bilmədilər.Kimdən soruşublarsa,səltənətpərəst olmadığını,Qacarı sevmə-diyini söyləyib.Yalnız sən və Qasım etiraf etmişdiniz,Qasım da ki, belə...O biri iki nəfəri də bu gün-sabah buraxarlar.Allah sənin də qapını açsın.

Məmməd bəy:

-Mənim məsələm çox müşküldür.Amma təvəkkül Allaha!

Keşikçi:


-Amin,ya Allah!

***


Ekranda yazılır: “DÖRD HƏFTƏ SONRA”

***


Tiflis şəhərinin xan sarayı.İrakli xan taxtda oturub diqtə edir,yerdə oturan mirzəsi dizləri üstündə yazır:

-Ağa Məhəmməd şah Qcarın ordusu Tiflisə sarı irəliləyir. Qarabağ xanı İbrahimxəlil xan bir müddət Əsgəranda ordunu yubadıb.Biz Tiflis şəhərinin əhali-sinə ziyan gəlməsin deyə...(Mirzəyə müraciətlə)Çatdıra bilirsən?

Mirzə:

-Bəli, ağa!



İrakli xan:

Yaz!...Ziyan gəlməsin deyə,düşməni Qazax mahalında qarşılamağı məq-sədəuyğun sayırıq.Ey mənim aslan ürəkli əsgərlərim Qızılbaş ordusunun sayı ol-duqca coxdur...

Xan mirzənin çatdıra bilməsi üçün bir qədər fasilə verir və sonra davam edir:

-...Lakin bizim onlardan bir üstünlüyümüz var ki...

***

Tiflis şəhərinin mərkəzi meydanı.At üstündə oturmuş,əynində zirehli paltar və başında dəbilqə olan bir nəfər onu əhatəyə almış əli qalxan və nizəli,fəqət əyin-lərində çır-çındır olan yüzlərlə piyada əsgərin ortasında uca səslə İrakli xanın mək-tubunu oxuyur:



-...Bir üstünlüyümüz var ki,biz Vətənimizi,arvad,ana,bacı və qızlarımızın

namusunu qoruyuruq.

***

Tiflisin qala divarlarının çöl tərəfi.Burada da çır-cındır içində olan yüzə yaxın tüfəngli,piyada gürcü əsgərlərinin arasında, at üstündə oturmuş şıx geyimli



gürcü zabiti eyni məktubu oxuyur:

-...Bacı vı qızlarımızın namusunu qoruyuruq.Əminəm ki,Rəbbimiz İsa bizə kömək edəcək və biz düşməni məğlub edəcəyik.!

***

Ağa Məhəmməd şah Qacarın qızılbaş ordusu Kür çayının sahili boyunca Tiflis istiqamətində hərəkət edir.Çox sayda süvari dəstələri,içi yük dolu arabalar, arabalara qoşulmuş toplar,Beli zəmburəkli dəvələr,tüfəngli piyadalar və s.gözə də-yir.



***

Şah,Cavad xan,Abbas bəy və Səfərəli bəy at belində yanaşı gedirlər. Qa-car deyir:

-Bu neçə gündən bəri verməkdə olduğunuz sualların cavabını bilməyin vaxtı çatdı.Bilin,mənim Şuşaya hücuma kecib, qardaş qırğını törətmək fikrim ol-mayıb.Olsaydı,şəhəri tam mühasirəyə alar,xalqı acından təslim olmağa məcbur edərdim.Məqsədim Tiflis xanı İraklini qaladan çölə çıxarmaq və gücü barədə mə-

lumat əldə etməkdi,bunu da etdim.Məndə olan məlumata görə,İbrahimxəlil xan iti

gedən çapar vasitəsilə İrakliyə xəbər göndərib ki,Ağa Məhəmməd şah Şuşanı al-maqda aciz qalıb,indi Tiflisin üzərinə yürüyür.Lazımi tədarük gör və onu dəf et.

İrakli də bu xəbəri eşidər-eşitməz,Başıaçıq valisi olan nəvəsi Solomon xana və digər övlad və nəvələrinə xəbər göndərərək,kömək istəyib.Övladları arasında düş-mənçilik olduğundan istədiyi köməyi ala bilməyib.Yalnız Solomon xan 4000 adam

göndərib.İndi İrakli bu adamlarla və öz adamları ilə birlikdə Qazax mahalına gəlib,

döyüşü orada qəbul etmək istəyir.Hazırda İncə çayı sahilində bizi gözləyir.Əsgər-lərini ruhlandırmaq üçün arvadını da özü ilə götürüb.

Abbas bəy:

-Tiflis barədə fikriniz nədir?

Şah:

-Daş üstündə daş qalmayacaq,başıpapaqlıların başı kəsiləcək,Qadınları kə-niz kimi bazarlarda satılacaq,şəhər yeddi gün əsgərlərim tərəfindən qarət ediləcək.



İrakliyə müsəlmanları xaçpərəstliyi qəbul etməyə zorlamağın nə olduğunu göstərə-cəyəm.Uruslara satılması,müsəlmanları xanlıqdan qovmaq istəməsi ona çox baha başa gələcək.

Səfərəli bəy:

-Qərargahımızı harada qurmağı düşünürsünüz?

-Cavad xan buraları yaxşı tanıyır və Soğanlını məsləhət görür.Mən də onun məsləhətinə əməl edəcəyəm.

***

Irakli xanın İncə çayı sahilindəki ordugahı.Ekranda çox sayda çadır,ora-bura var-gəl edən tüfəngli gürcü əsgərləri,bir miqdar top,çay qırağında atlarını su-layan və ya çimizdirən əsgərlər bir-birini əvəz edir.



İrakli xanın çadırı.İrakli xan,Dariya və Aleksandr ata çadırın ortasına sə-rilmiş döşəkçələrin üstündə üzbəüz oturmuşlar.

Dariya:


-Görəsən,bu Şalva harada qaldı?Gözümüzün gözləməkdən kökü saraldı ki.

İrakli xan:

-Harada olsa,indilərdə gəlib çıxar,səbr et,nə özünü nə də bizi darıxdırma.

(Üzünü patriarxa tutur.)Hə,Aleksandr,söylə, görək,əsgərlərin əhval-ruhiyyəsi necə-dir,moizələrinin bir təsiri olur,ya yox?

Aleksandr ata:

-Əsgərlərin əhval –ruhiyyəsi olduqca yaxşıdır.Dariya xanımın burada ol-ması hər kəsi daha da ruhlandırır.Gündə üç dəfə moizə oxuyuram.Əsgərlərə Tama-radan,Qurucu Davuddan,Georgi Saakadzenin qəhrəmanlıqlarından danışıram,Le-onti Mrovellinin “Kartli çarlarının tarixi”kitabından,Şota Rustavalinin “Pələng də-risi geymiş qəhrəman”ından misallar çəkirəm.Birlikdə dua edir,İncil oxuyuruq.Əs-

gərlər döyüşə atılacaqları anı səbirsizliklə gözləyirlər,Vətən,İrakli Batona və(Əli ilə Dariyaya işarə edərək)Deda Valo yolunda son damla qanlarına qədər savaşa-caqlarını söyləyirlər.Bir sözlə ordunun əhval-ruhiyyəsi arzu edəcəyimizdən də yax-

şıdır.


İrakli xan:

-Bu ruhu sona qədər saxlamaq lazımdır.Odur ki,boş oturma,haydı iş başı-na!

Patriarx “Baş üstə!”-deyib,ayağa qalxır və çadırı tərk edir.

Dariya:


-Bu nənəsi erməniyə yaman çox etibar edirsən,ondan gözüm heç su içmir ki,içmir.

İrakli xan:

-Yaxşı,görək!İndi onun günahı nədir ki,anasının anası erməni olub,atası-nın ki qanı təmiz gürcü qanı idi.Bir də axı,erməni olanda nə olar? Onlar da bizim kimi isəvidirlər.

Dariya:


-Allah kəssin belə isəviləri!Özləri kimi satqın,xain və qorxaq ikinci millət yoxdur.Nəfəsləri də yalanla gedib,yalanla gəlir.Qanları da özləri kimi murdardır. Hara qarışsa,o dəqiqə oranı murdarlayır.

İçəri keşikçibaşı girib,təzim edir:

-Şalva gəlib.

İrakli xan:

-De,gəlsin!

Keşikçibaşı “Baş üstə!”-deyib,çadırdan çıxır.İçəri Şalva girir və xanla

arvadına baş əyir:

-İrakli Batona,xəbərlər heç yaxşı deyil.

Ortaya sükut çökür.Sükutu Dariya pozur:

-Söylə,ürəyimizi çəkmə.

Şalva xana baxır,onun gözləri ilə işarəsindən sonra deyir:

-Mirhəsən xandan başqa Qazax Mahalının bütün bəyləri tələblərimizi rədd edərək,adamları ilə birlikdə Ağa Məhəmməd şahın qızılbaşlarına qoşulmuşlar.Mir-həsən xan isə özü ilə cəmi yüz atlı gətirib.Əldə etdiyim məlumata görə, qızılbzşlar Soğanlıda qərarlaşıblar.Bu isə işlərimizi çətinləşdirir.Yəni təcili geri çəkilməsək mühasirəyə düşə bilərik.Deda Valonun da təhlükəsiz bir yerə göndərilməsi lazım-dır.

Dariya:

-Mən heç yerə getməyəcəyəm,sona qədər ərimin və əsgərlərimizin yanın-da olacağam.

İrakli xan:

-Yox,əzizim,get hazırlaş,Tuşetiyə gedirsən.

Dariya:

-Mən...


Xan onun sözünü kəsərək,sərt bir şəkildə və ucadan deyir:

-Dedim,Tuşetiyə gedirsən,vəssəlam!

Dariya əsəbi bir şəkildə ayağa qalxır,nifrətlə Şalvanı süzüb çadırdan çıxır.

İrakli xan:

-Get,de çadırları yığsınlar,geri çəkilirik.

Şalva “Baş üstə!”-deyib,gedir.Xan isə kədərli bir halda başını əllərinin arasına alaraq fikrə gedir.Qulaqlarında Aleksandr atanın sözləri səslənir.Kadr arxa-

sından patriarxın səsi eşidilir:

-Fikrin Nadir şahın dövrünə getməsin.O dövrdə sən Nadir şahın əmrində

idin və Osmanlıya qarşı savaşırdın.Qazaxlılar da sənin naminə deyil,Nadirin nami-nə misilsiz qəhrəmanlıqlar göstərdilər.Əgər elə düşünürsənsə ki,onlar qanı qanla-rından,dili dillərindən,dini dinlərindən olan Qacara qarşı səni müdafiə edəcəklər, səhv edirsən.Əgər sən mənə vaxtında qulaq assaydın və Dariyaya qulaq asmayıb müsəlman təbəələrindən din dəyişməyi tələb etməsə idin,bəlkə də içlərində sənə tə-rəf olanlar tapılardı.İndi isə bu,imkansızdır.

***


Ibrahimxlil xanın sarayının bağçası.Xan,Vaqif,Məlik Şahnəzər və Mirzə Əliməmməd ağa bağçadakı taxtın üstündə əyləşərək qəhvə içə-içə söhbət edirlər. Xan Mirzə Əliməməddən soruşur:

-Şəhərdə nə var,nə yox?Camaat nə danışır,yenə dəmi hər kəs Məmmədin

sözünü edir?

Mirzə Əliməmməd:

-İndi hər kəsi Tiflisdə baş verənlər maraqlandırır.Məmməd bəyi,sanki,ha- mı unudub.

Şahnəzər:

-Madam ki,belədir,bu məsələyə təcili əncam çəkmək lazımdır.

Mirzə Əliməmməd şübhəli nəzərlərlə Şahnəzər Məliyi süzərək soruşur:

-Nə kimi əncam çəkmək lazımdır?

Şahnəzər Məlik:

-Ona artıq xan qərar verməlidir.

Xan:


-Vallah nə qərar verəcəyimi də bilmirəm,yuxarı tüpürürsən bığdır,aşağı tüpürürsən saqqal.Amma mütləq nə isə etmək lazımdır.Amma nə?

Vaqif:


-Məncə,elə etmək lazımdır ki,o da,tərəfdarları da mənən sarsılsınlar və ruhdan düşsünlər.

Xan:


-Yəni necə?

Vaqif:


-Çox sadə.Onu zindandan azad edib, sarayda ev dustağı etmək və belə bir şayiə yaymaq lazımdır ki, guya o da bizim Qasım kimi tab gətirməyib,xandan ba-ğışlanmasını xahiş edib.Bu,bütün səltənətpərəstlərə dəhşətli bir mənəvi zərbə olar.

Xan:


-Vallah,bu baş ki,səndə var,baş deyil,qızıldır,qızıl!Yaxşı,Qasımdan nə xə-bər?

Vaqif:


-Qasım dost-tanışın tənəsindən utandığı üçün çölə çıxa bilmir.O da tam bir

mənəvi sarsıntı içindədir.

Bu an kadra daxil olan nökər deyir:

-Xan sağ olsun,Səfər ağa gəlib,nə isə təcili söz demək istəyir.

Xan:

-De,gəlsin!



Nökər gedir.Mirzə Əliməməd deyir:

-Səfərin təcili xəbəri ancaq o ola bilər ki,xacə Tiflisi tutub.

Kadra Səfər daxil olur və xana təzim edərək:

-Xan,Ağa Məhəmməd şah Qacar Tiflisi tutub.Şəhər odlar içində yanır. Qan su yerinə axır.Qızılbaşlar şəhəri qarət etməklə məşğuldur.İrakli xan canını zorla qurtarıb,on-on beş əsgəri ilə qaçıb dağlarda gizlənib.

***

Dağlıq bir ərazi.Patriarx Aleksandr qayaların arası ilə yıxılmamaq üçün



ehtiyatla,daşlardan tuta-tuta,yavaş-yavaş üzü yuxarı qalxır.Bu an yuxarıdan atılan kəndir açılaraq onun qarşısında sallanmağa başlayır.Kadr arxasından əsgərlərdən birinin səsi gəlir:

-Kəndiri belinizə bağlayın, müqəddəs ata!

Aleksandr ata başını yuxarı qaldırır.

***


Sıldırım qayadan aşağı baxan və əlində kəndir tutan əsgərin başı və başı-nın üstündə göy görünür.Göydə qartallar dövrə vurur.Əsgər qışqırır:

-Qorxmayın və aşağı baxmayın!

***

Patriarx kəndirin ucundaki ilməyi belinə keçirir və ondan bərk-bərk yapı-şaraq,ucadan səslənir:



-Çəkin!

***


Sıldırım qayanın üstü.Üç əsgər ard-arda düzülərək köməkləşib,kəndiri çə-kirlər.Qayanın qırağında növbə ilə Aleksandr atanın əlləri,sonra başı,daha sonra isə bədəni peyda olur.Qayanın üstünə çıxan patriarx paltarlarını qaydaya salır və üstü-nün tozunu çırpır.Əsgərlərdən biri bir ulağı çəkə-çəkə,onun yanına gətirir və deyir:

-Oturun,yolumuz uzaqdır,yorularsınız.

Aleksandr ata ulağa minir:

-Ölmədik bu günü də gırdük.

Əsgər:

-Bir gün əvvəl bu ulaq eyni yolla İrakli Batonanı da belində beləcə daşıyıb.



Aleksandr ata:

-Rəbbimiz İsa da Yerusəlimə ulağın belində daxil olmuşdu.

***

Dağların başında bir mağaranın önü.Əsgərlər ocaqda böyük bir şişə taxıl-mış quşları qızardırlar. Onlar iki nəfərdirlər.Mağaradan çıxan İrakli xan əsnəyə-əs-



nəyə onlara yaxınlaşır.Üz-gözündən indicə yuxudan oyandığı hiss olunur.Əsgərlər-dən biri:

-İrakli Batona, bunlar dağ kəklikləridir.Hamısını özüm vurmuşam.

Xan:

-Afərin sənə!Yaxşı,müqəddəs ata gəlmədi?



İkinci əsgər:

-Onlar axşama tərəf ancaq gələrlər.Yol uzun və çətindir.

***

Şuşa şəhərinin zindanı.Keşikçi ilə Məmməd bəy barmaqlıqların arasından



söhbət edirlər. Keşikçi deyir:

-Vallah,deyilənə görə,Tiflisdə bir nəfər də olsun, başıpapaqlı gürcü qalma-yıb,qızılbaşlar hamısını qılıncdan keçirib.Müsəlmanlar yaşayan məhəllələrdən baş-

qa şəhərin hər tərəfi od içindədir.Daş üstündə daş qalmayıb.Qız,gəlin və uşaqlar da əsir götürülüb.Şah orduya şəhəri yeddi gün qarət etməyə icazə verib.

Məmməd bəy:

-İrakliyə bu da azdır.Müsəlmanları zorla xaçpərəst etmək istəyəndə bilmirdi ki,bunun axırı belə olacaq?

Keşikçi:


-Bu dediyin doğrudur.Amma sadə gürcülərin ki bunda günahı yox idi.Onla-ra bu qədər zülm etmək nəyə lazım idi?Vallah,xaçpərəst olanda nə olar,onlar da Allahın bəndələridirlər və Allah bu zülmü götürməz.

Məmməd bəy:

-Haqlısan.Görünür,Qasım da haqlıymış.Ağa Məhəmməd şaha nahaq bu qə-dər çox ümid etmişik.Vallah,artıq mən də yavaş-yavaş səhv etdiyimiz fikrinə gəli-rəm.

Keşikçi:


-Madam ki,belədir,bəlkə,sən də xandan üzr istəyib,bağışlanmanı xahiş edəsən?

Məmməd bəy:

-Artıq gecdir.Eşşəyə minmək bir ayıb,düşmək iki ayıb.

Keşikçi:


-Düzdür,amma ziyanın yarısından geri dönmək də qazancdır.

Məmməd bəy:

-Artıq çox gecdir.

Bu an çəkilən zəncirlərin və açılan dəmir qapının tükürpədici səsi eşidilir. İçəri keşikçibaşı və Mirzə Əliməmməd ağa daxil olurlar.Keşikçibaşı keşikçiyə de-yir:

-Aç qapını.

Keşikçi Məmməd bəyin olduğu qəfəsin ağzını açır.Mirzə Əliməmməd ağa Məmməd bəyə səslənir:

-Çıx,oğlum,xan səni bağışlayıb.

Keşikçi:


-Gözün aydın,ay Məmməd bəy!

Məmməd bəy keşikçiyə “Çox sağ ol!”-deyib,qəfəsdən çıxır.Mirzə Əliməm-məd ağa və Məmməd bəy qucaqlaşıb görüşürlər.

***

Dağ başındakı mağara.İrakli xanla Aleksandr ata ocaq başında üzbəüz otur-muşlar.Hava qaranlıqdır.İraklinin üzündən sonsuz bir kədər oxunur.O titrək və qə-hər dolu bir səslə deyir:



-Bilsən,səni vaxtında dinləmədiyim üçün necə peşimanam.İndi mən xalqı-mın üzünə necə baxacağam?Axı,fəlakətin qarşısını vaxtında almaq olardı,amma biz bunu etmədik.(Ağlamağa başlayır.)

Patriarx:

-Göz yaşı axıtmaqla tarixin təkərini geri döndərmək mümkün deyildir.İndi

gələcəyə baxmaq və qırğınların qarşısını almağın yolunu tapmaq lazımdır.

İrakli xan:

-Doğru söyləyirsən.De,nə etmək lazımdırsa,edək.

Patriarx:

-Yol birdir.Şaha məktub yazıb,övladlarından birini girov göndər və deyə-cəyi şərtləri də qəbul et.

İrakli xan:

-Kaş,bunu daha öncə etmiş olaydım.Axı, mən niyə sənə yox,Dariyaya qu-laq asdım.Axı,bunu daha öncə edib,şəhəri də,xalqı da xilas etmək olardı.

Patriarx:

-Nə isə,vaxt itirməsək yaxşıdır.On nəfərin də canını qurtarsaq,böyük şeydir.

Bizə sığınacaq olmuş bu Qaraxalqan dağından ayrılıb təcili Tuşetiyə hərəkət etmə-yimiz lazımdır.

***


İbrahimxəlil xanın sarayı.Xan,Mirzə Əliməmməd və Vaqif ayaq üstə durub

söhbətlişirlər.Xan həmsöhbətlərindən soruşur:

-Nə məsləhət görürsünüz,onunla sərt,yoxsa yumşaq davranım?

Mirzə Əliməmməd ağa deyir:

-Məncə,şəfqət göstərsəniz, bu onun utanıb, xəcalət çəkməsinə səbəb olar. Hər halda,zindandan çıxarkən,peşiman olduğu,fəqət bunu gizlətməyə çalışdığı üz-gözündən açıqca oxunurdu.

Vaqif:


-Mən də bu fikirdəyəm.

Xan üzünü Mirzə Əliməmmədə tutur:

-Onu bura gətir.

Mirzə Əliməmməd çıxır və bir-iki saniyə sonra Məmməd bəylə birlikdə içəri daxil olur.Məmməd bəy cəld addımlarla xana yaxınlaşıb,onun əlini öpür.İb-

rahimxəlil xan da onun alnından öpüb deyir:

-Molla Pənah əminlə də görüş və otağına gedib dincəl,sənin bir müddət dincəlməyə ehtiyacın var.

Məmməd bəy vəzirin də əlindən öpmək istəyir,Vaqif buna imkan verməyə-rək,onunla qucaqlaşaraq görüşür və qulağına pıçıldayır:

-Sənin üçün çox darıxmışdıq.Hamımız səni çox sevirik.

Məmməd bəy də pıçıltı ilə “Çox təşəkkür edirəm,Allah razı olsun!”-deyib,

otaqdan çıxır.

Xan Vaqifə müraciətlə:

-Ürəyimdən keçənləri,amma deyə bilmədiklərimi söylədin ona?

Vaqif:

-Hə...


***

İbrahimxəlil xanın sarayının bağçası.Şahnisə xanımla Qızxanım hovuzun kənarında oturub söhbət edirlər.Qızxanım soruşur:

-Ay Şahnisə xanım,deyirsən ki,xanın o biri arvadları hamısı Xankəndində-

dirlər,bəs,sən nə əcəb getmədin?

Şahnisə:

-Vallah kimsəyə söyləmək istəmirdim.İstəyirdim ki,hələlik sirr olaraq qal-sın,amma sən elə soruşursan ki,ürəyim tab gətirmir.Sənə sirrimi açacağam.Amma bir şərtlə ki,heç kəsə bir söz söyləməyəsən.Xanın şəhərin yuxarı başında tikdirdiyi,

amma içi boş olan mülkdən xəbərin var da?

Qızxanım:

-Əlbəttə ki var.Xan o mülkü bir vaxt Kərim xan Zəndin yanına girov kimi

göndərdiyi böyük oğlu,yəni həm də sənin oğlun Əbülfət bəyin adına tikdirmişdi.

Şahnisə:

-Yəqin ondan da xəbərin var ki,Ağa Məhəmməd şah Qacar Tehranı alan-da oğlum Tehranda idi və bu hadisədən sonra ondan bir soraq çıxmamışdı və bugü-nə qədər də sağ olub-olmadığı,sağsa harada olduğu barədə heç bir məlumat yox idi?

Qızxanım:

-Hə,hə,bəsdir ürəyimi çəkdin!Yoxsa Əbülfət bəydən bir xəbər var?

Şahnisə ağlamağa başlayır:

-Hə,Qızxanım,oğlum,sən demə,bütün bu müddət ərzində bacısı Ağabə-yim ağa ilə birlikdə olub.Dünən ondan məktub almışıq.Bir həftəyə geri dönür.Xan-la belə qərara gəldik ki,hələlik bu barədə kimsəyə bir söz deməyək.

Qızxanım “Gözün aydın!”-deyib,Şahnisəni qucaqlayır və öpür:

-Yaxşı,bəs,nə üçün ağlayırsan?Əksinə sevinməyin lazımdır.

Şahnisə:

-Doğru söyləyirsən.(Gözünün yaşını silir)Başqa yaxşı xəbərimiz də var. Bizim Məmməd bəy dünən zindandan çıxıb.Bunu yəqin ki,eşitmisən.

Qızxanım:

-Yox,vallah indi eşidirəm.

Şahnisə:

-Nə əcəb vəzir sənə bir söz deməyib?

Qızxanım:

-Eh,dərdimi təzələmə,vəzir heç evdə tapılır ki,bir xəbər də versin!Val-lah ürəyim Məmməd bəyi elə çox görmək istəyir ki.

Şahnisə:

-Xan onunla görüşləri qadağan edib,saraydan çölə çıxmasına icazə vermir,hətta bağçaya çıxması da yasaqdır,amma səni onunla görüşdürərəm.Cəmi on dəqiqə vaxtın olacaq.Çünki xan bilsə,acığı tutar.

***

Kiçik boş otaq.Qızxanım otağın ortasında tək durmuşdur.Qapı açılır



və Məmməd bəy içəri girərək deyir:

-Salam,xanım,xoş gəlmisiniz.

Qızxanım Məmməd bəyə sarı bir addım atır:

-Xoş günün olsun,həmişə azadlıqda.

Məmməd bəy dərindən bir ah çəkir:

-Vallah,əgər siz bunu azadlıq hesab edirsinizsə,səhv edirsiniz.Qa-

sımdan nə xəbər?

Qızxanım daha bir addım atıb durur:

-Qasımın sənin zindandan çıxmağından xəbəri yoxdur.Mən ozüm bu ba-

rədə elə indicə xəbər tutdum,Şahnisə xanımdan rica etdim,o da on dəqiqə görüş-məyə izn verdi.Allah ondan razı olsun.

Məmməd bəy:

-Xanım mənə qarşı çox lütfkardır.Sizə də çox təşəkkür edirəm.Hər kə-sin məndən üz döndərdiyi və qaçdığı dövrdə özünüzü təhlükəyə atıb,ziyarətimə gəldiniz,mənəvi dəstəyinizi əsirgəmədiniz.

Qzxanım daha bir addım ataraq Məmməd bəyin tam bir addımlığında

durur:


-Vallah mən səni həmişə çox istəmişəm,görüşünə gəlməsə idim,özümə nifrət edərdim.

Məmməd bəy:

-Sizə nə qədər minnətdar olduğumu sözlə ifadə etməkdə çətinlik çəki-rəm.Bu yaxşılığınızın əvəzini necə çıxacağımı bilmirəm.Kaş ki,bütün insanlar sizin

kimi ürəyiaçıq olaydılar!

Qızxanım gözlənilmədən daha bir addım atıb, Məmməd bəyi qucaqla-yaraq döşlərini onun sinəsinə dayayır,gəncin üzündən öpür:

-Mən tez-tez sənin ziyarətinə gələcəyəm.

Qızxanımın bu hərəkətindən özünü itirən,qıpqırmızı kəsilən və dərhal da üz-gözündə tər əmələ gələn Məmməd bəy sadəcə “ Xanım...”deyə bilir və qadı-nın daha bir ehtiraslı öpüşü qarşısında tab gətirə bilməyib təslim olur.Qızxanımsa

son öpüşdən sonra ondan aralanaraq deyir:

-Şahnisə xanım gəlməmiş get.Mən yenə gələcəyəm.

Məmməd bəy tərini silib dərhal geri dönür və qapıdan çıxır.

***

Dağlar qoynunda kiçik bir gürcü kəndi.Palçıq və samandan yapılmış



və damları qamışla örtülmüş kiçik,yöndəmsiz evlərin kiçik həyətləri bir-birinin üs-

tünə qoyulmuş yonulmamış daşlarla hasarlanmışdır.Olduqca dar olan və çirkab su-ları axan zibilli küçələrlə bir qrup ayağıyalın,yamaqlı çir-cındır paltar geymiş,üz-gözlərindən çirk yağan oğlan uşağı qaçır.Cır-cındır və cirk içində olan bir qoca eş-

şəyin üstündə gedir.

***


Divarları gillə suvaqlanmış yarıqaranlıq bomboş bir otağın içinə salın-mış cırıq bir həsirin üstündə İrakli xan,Dariya,Aleksandr ata və İraklinin ümumi sayları yeddi nəfər olan oğul və nəvələri dairə quraraq oturmuşlar.Hər kəsin əynin-də gözəl və təmiz geyimlər var.

İrakli xan:

-Övladlarım, başımıza gəlmiş fəlakət bu gün hamımızı Tüşetinin bu dağ kəndinə sığınmağa məcbur etmişdir.Halbuki,cəmi 7-8 gün əvvəl hər birimiz gözəl imarətlərdə otururduq.Bu zəlil və rəzil günə aramızda birlik olmadığı üçün

düşdük.Əslində bura da bizim üçün təhlükəsiz sayılmaz.İndi yalnız bir çıxış yolu-muz qalmışdır.Ağa Məhəmməd şaha sədaqətli köpək kimi yaltaqlanmaq və xidmət etmək.Mənim 77 yaşım var və heç vaxt buna razı olmazdım.Lakin bir ata və baba kimi hər birinizin gələcəyini düşünməyə borcluyam.Ona görə də şaha məktub ya-

zıb, üzr istəməyə,onun qarşısında yaşımın bu ahıl vaxtında alçalıb, əskilməyə və sizlərdən birinizi onun yanına girov göndərməyə məcburam...

Bu an əyanlardan biri həyacanlı halda özünü içəri atıb,xanın sözünü kəsir:

-Müjdə!İrakli Batona,müjdə!

-Qızımı sənə verb,özümə kürəkən və vəzir edərəm,tez ol,de görək,nə baş

verib?

Əyan sevinə-sevinə:

-Artıq Qacara nə məktub yazmağa,nə də girov göndərməyə ehtiyac var. Qızılbaşlar Tiflisi tərk edib, Gəncə istiqamətində hərəkət edirlər.

***


Kür cayını kənarı ilə minlərlə əsir gürcü qadın bir-birinə kəndirlə bağlan-mış halda hərəkət edir.Əksəriyyəti ayağıyalın və cırıq paltarlardadır.Onları atlı qı-zılbaş əsgərləri müşayiət edir.Qadınlarla paralel bir-birinin ardınca düzülmüş,qarət

malları ilə dolu atlı arabalar hərəkət edir.Arabaların əksəriyyətinin üstü kətan par-

çalarla örtülmüş,kəndir və ya qaytanlarla möhkəm bağlanmışdır.Arabalardan birin-in örtüyü çırıqdır və yırtıqdan qızıl qab və məişət əşyaları görünür.Daha sonra ek-randa qızılbaşların qova- qova sürməkdə olduqları saysız-hesabsız iri və kiçik buy-nuzlu mal-qara və at ilxıları canlanır.

***


Bu kadrların fonunda ekranda yazı peyda olur: “ Ağa Məhəmməd şah Qacar Tiflisdən Muğana gəldi,qışı orada keçirib,Arazı keçdi və Tehrana qayıtdı.

Burada o özünü rəsmən İran və Azərbaycanın Birləşmiş Xanlıqlarının hökmdarı elan etdi.

Şahın geri dönməsi xəbəri İrakliyə çatar-çatmaz, o,baş verənlər barədə bir məktub yazıb, Rusiya imperatriçası Yekaterinaya göndərdi.Yekaterinanın əmri ilə general-anşef,Azərbaycanda “Qızılayaq”ləqəbi ilə məşhur olan qraf Zubov böyük bir qoşunla Azərbaycana yola çıxdı,gəlib Dərbəndə yetişdi.

***


İbrahimxəlil xanın sarayının məşvərət otağı.Xan taxtda oturub.Sağında Mirzə Əliməməd ağa ilə Kələntər Ağası bəy,Solunda Vaqif,qazi və Şahnəzər Mə-

lik oturublar.Məşvərətdə iştirak edən 25-30 adam onlarla üzbəüz əyləşiblər.Onların içərisində axund,dörd məlik,Ohan və Səfər diqqəti çəkir.Xan danışır,hamı diqqətlə qulaq asır:

-Qızılayaq Dərbənddə qəraralaşıb və urusların Azərbaycanın içlərinə doğru hərəkət etməsi gözlənilir.Budəfəki gəlişin bizə nə vəd etdiyini hələ ki bilmirik.La-kin qulağıma bəzi xəbərlər çatıb.Ermənilər yenə də dinc durmurlar və yenə də Qarabağdan urus sərdarına və ülya-həzrətlərinə içi xəyanət dolu məktublar göndə-

rirlər.Məliklər yenə xəyanət yolunu tutub...

Bu sözlər məliklərin qorxu və təlaş içində bir-birilərinə,hər kəsin də nif-

rət dolu nəzərlərlə onlara baxmasına səbəb olur.

Xan üzünü məliklərə tutub sözünə davam edir:

-...Hə,hansınızın məktub yazdığını və nə yazdığını mən söyləyim,yoxsa

özünüz etiraf edəcəksiniz?!(Məliklərdən səs çıxmır.)Allahqulu Məlik,bəlkə,səndən

başlayaq,nə deyirsən?

Allahqulu Məlik ayağa qalxır və titrəyə-titrəyə nə isə demək istəyir,fəqət

səsi çıxmır.

Xan qəzəblə onun üstünə bağırır:

-Nə oldu,dilini pişik yeyib?!

Allahqulu Məlik yenə nə isə deməyə cəhd edir,amma qorxudan səsi çıxmır. Bir təhər barmağı ilə Usub Məliyə tərəf işarə edir.

Xan bu dəfə Usub Məliyə müraciət edir:

-Usub Məlik,bəlkə sənin deməyə bir sözün var?!

Usub Məlik ayağa qalxır, gözlərini yerə dikərək bir kəlmə belə söyləmir.

Xan üzünü Yeganə Məliyə tərəf çevirir:

Yeganə Məlik ayağa qalxır:

-Üç gün öncə Allahqulu Məliklə Usub Məlik yanıma gəldilər və Qızılaya-ğın Dərbənddə olduğunu,ermənilərin baş keşişi Mirzə Yusiflə görüşdüyünü,İrə-van, Naxçıvan və Qarabağ xanlıqlarının əraziləri hesabına Ermənistan dövlətinin yaradılması barədə razılığa gəldiklərini söylədilər.Bildirdilər ki,Mirzə Yusif bütün erməni məliklərinə xəbər yollayıb ki,ülya-həzrətin adına məktublar yazın və ondan erməni dövləti yaratmasını xahiş edin,bəs,mən artıq Qızılayağı yola gətirmişəm. Özləri ilə bir məktub da gətirmişdilər.Təklif etdilər ki,ona imza atım.Mən də onları şübhələndirməmək üçün məktuba imza atdım,amma elə həmin gün də Şahnəzər Məliyə və Mirzə Əliməmməd ağaya xəbər göndərdim ki, sizə çatdırsınlar.

Xan Yeganə Məliyə deyir:

-Sən otura bilərsən.

Yeganə Məlik oturur,xansa üzünü Usub Məliyə tutur:

-Ə,Usub,it oğlu it,bəs sən deyildin,deyirdin ki,biz erməni deyilik,qıpçaq-qarqarıq,albanıq,bəs,nə oldu?(Qapıda duran keşikçilərə səslənir.)Aparın hər ikisini

atın zindana,cəllada da deyin,səhər tezdən hər ikisinin kəsilmiş başını nizəyə taxıl-mış vəziyyətdə görmək istəyirəm.

Keşikçilər gəlib,Usub Məliklə Allahqulu Məliyi sürüyə-sürüyə aparırlar.

Xan sözünə davam edərək deyir:

-Bu andan etibarən Şahnəzər Məliyin oğlu,yəni qaynım artıqVənəndin mə-liyidir və digər iki erməni kəndinin idarəçiliyi də ona verilir.Mirzə Əliməmməd və Vaqifdən başqa hamı azaddır azaddır.

Hər kəs ayağa qalxır.

***

İbrahimxəlil xanın sarayının önü.Məşvərəti tərk edənlər atlarına



minib,hərəsi bir tərəfə hərəkət edir.Qapıdan çıxan Şahnəzər Məlik və Yeganə Mə-lik də atlarına minib hadisə yerindən uzaqlaşırlar.Kamera onları döngə arxasında gözdən itənə qadər müşayiət edir.

***


ŞahnəzərMəliklə Yeganə Məlik meşənin içi ilə at belində çapa-çapa gedir-lər.Birdən qarşılarını kəsən 8-9 əli qılınclı erməni süvarisi peyda olur.Hər iki məlik

atını əyləməyə məcbur olur.Silahlılar həmin an onları əhatəyə alırlar.Şahnəzər üzü-nü Yeganəyə tutur:

-Hə,satqın köpək oğlu,xəyanətinin cəzasız qalacağınımı düşündün?!

Yeganə Məlik dəhşət içərisində qışqırır:

-Yooox!!!

Həmin an atlılar hər tərəfdən onu qılınclamağa başlayırlar.Yeganə Məlik qan içində atdan yerə yıxılır.

***

İbrahimxəlil xanın sarayının bağçası.Xan,Mirzə Əliməmməd və Vaqif bağçada gəzişərək söhbət edirlər.Xan deyir:



-Tarix yenə də təkrar olunur.Yenə də uruslar Azərbaycanın sərhədinə ya-xınlaşıb,Dərbənd yaxınlığında qərar tutmuşlar və yenə də erməni köpək uşaqları öz iyrənc əməllərindən əl çəkmirlər.Uruslar ölkənin içlərinə doğru irəliləməyə başla-mamış Gəncə xanını mütləq özümüzə tabe etməli,uruslara qüdrətimizi göstərməli və bizimlə hesablaşmağa məcbur etməliyik.Əks təqdirdə başımızın üstündən ermə-nilərlə iş görməkdə davam edəcəklər.(Vaqifə müraciətlə)Şair,sən təcili hazırlaş və vaxt itirmədən Tiflisə yola düş.İrakli xanla görüşüb öyrən,gör,keçən dəfə olduğu kimi, yenədəmi urusları o dəvət edib,yoxsa bu,onların öz təşəbbüsüdür.Hərçənd ki,bunda İraklinin əlinin olduğuna zərrə qədər də şübhə etmirəm.Əlindən gələn hər şeyi et və İraklini,nəyin bahasına olursa-olsun, Gəncəyə hücuma keçməyə sövq et.De ki, mən də ona kömək edəcəyəm və biz birlikdə Cavad xanı Tiflisə dəymiş ziyanı ödəməyə məcbur etməliyik.Mən Ümmə xana da məktub göndərib,onu da köməyə çağıracağam.Şair,get,vaxt itirmədən hazırlaş və yola çıx.

Vaqif “Baş üstə!”-deyib,təzim edir və gedir.

Xan üzünü Mirzə Əliməmmədə tutur:

-Uruslar Dərbəndə təbii ki,papaqlarını günə yandırmağa gəlməyiblər və biz mütləq,- bu Mirzə Yusifdir,haranın tulasıdır,bilmirəm,-onunla Qızılayaq arasın-da nə kimi razılaşmanın olduğunu,bu razılaşmanın nə qədər ciddi olduğunu,nə ki-mi tədbir görməli olduğumuzu dəqiqləşdirməliyik.Bu barədə fikrin nədir?

Mirzə Əliməməd:

-Bu barədə fikrimi bir –neçə gün sonra söyləyəcəyəm.Adamlarım artıq

Dərbənddədirlər və artıq araşdırmalarına başlamışlar.Məncə,iki-üç gün sonra baş verənlər barədə tam dəqiq məlumatımız olacaq.Uruslara gəlincə,onların erməniləri və gürcüləri bizə qarşı özlərinin təbii müttəfiqləri hesab etdikləri məlumdur və bu halda din məsələsinə üstünlük verilir.Fəqət ermənilərdən fərqli olaraq,gürcülər qü-rurlu millət olduqlarından onlara çox da etibar etmirlər.Ermənilər isə,-özünüz mən-

dən də yaxşı bilirsiniz,-hər kəsin altına yıxılmağa hazır olan fahişə kimi bir şeydir-lər,nə qürurları var,nə də şərəf və ləyaqətləri.Uruslara da məhz belələri lazımdır.

Xan:

-Məncə bir müddət sonra özünün bir səfər edib,tədqiqat aparman pis ol-mazdı,nə deyirsən?



Mirzə Əliməmməd:

-Haqlısınız.Əslində mən də bu fikirdə idim.

Xan:

-Arazın o tayından nə xəbər var?



Mirzə Əliməmməd:

-Xacənin tez-tələsik geri dönməsinin səbəbi Fars,Loristan və Kürdüstan-da üsysnların baş qaldırması idi.Üsyanlar artıq yatırılıb və bütün baiskarlar kəllələ-ri ilə vidalaşmalı olublar.Amma farsların,lorların və kürdlərin tayfa başçıları sərt

bir dillə bildiriblər ki,səltənətin başının Azərbaycan olması ilə,yəni səltənətin Təb-rizdən idarə olunması ilə heç vaxt razılaşmayacaqlar.Səltənət mütləq Tehrandan idarə olunmalı və o, “Azərbaycan səltənəti”,yox “İran Səltənəti”adlanmalıdır.Fəqət

Təbrizin vəliəhd şəhəri və ikinci paytaxt olmasına,səltənətin adında “İran”kəlməsi

ilə yanaşı “Azərbaycan”kəlməsinin olmasına etiraz etmirlər.Xacə də daxili sabitlik və hüzuru saxlamaq üçün özünü İran və Azərbaycanın Birləşmiş Xanlıqlarının hökmdarı elan edb.Fəqət vəliəhdə çox böyük səlahiyyətlər verib və onun da hökmü şahın hökmü qədərdir.Üstəlik də Azərbaycanın Qacarların əlində olan hissəsini tam müstəqil idarə edir.Azərbaycanın şimalınını da hökmü altına almağı düşünür.

Xan:


-Bu hala bizim yerli səltənətpərəstlərin münasibəti necədir?

Mirzə Əliməmməd:

-Xacənin özünü İran və Azərbaycanın Birləşmiş Xanlıqlarının hökmdarı elan etməsi onlarda xəyal qırıqlığı yaratmışdır.Artıq xacəyə əvvəlki kimi inanmır, ona ümid bəsləmirlər.İndi öz arlarında “Fəthəli şah” adlandırdıqları Xanbabaya ümid bəsləyirlər.Xacəyə İran şahı,Xanbabaya Azərbaycan şahı deyirlər.

Xan:


-Yaxşı bu Xanbaba necə adamdır?

Mirzə Əliməmməd:

-Əmisindən fərqli olaraq,o,qəddar deyil,çox yumşaq,xoşrəftar və mömin bir adamdır.Xacənin nəsihət və tövsiyyəsi ilə böyük bir hərəmxanaya sahibdir.Kə-nizlərinin sayı-hesabı yoxdur.Altmışdan artıq övladı var və saylarını yüzə çatdır-mağı düşünür.Övladlarına bir vaxtlar hökmranlıq etmiş və etməkdə olan böyük türk sülalərinə mənsub şah və sultanların adını verir.Məsələn, bir arvadından olan

oğullarına Səlcuqlu sultanlarından Səlcuqun,Toğrulun,Səncərin,Məlik şahın,Alp Arslanın və sairənin adlarını qoymuşdur.Başqa bir arvadından olan oğullarının ad-

ları isə Çingiz xan,Cuçi xan,Batı xan,Hülakü xan,Qazan xan,Toxtamış və sairədir.

Övladlarından Səfəvi şahlarının və Osmanlı sultanlarının adlarını daşıyanlar da var.

Xan:

-Çox qəribədir.



Mirzə Əliməmməd:

-Məncə,Məmməd bəyi artıq sarayda məhbus kimi saxlamağa ehtiyac yox-dur.O,artıq səltənətpərəstlər tərəfindən başçı kimi qəbul edilmir.

Xan:

-Mən də elə düşünürəm.



***

Vaqifin evi.Vaqif və Qızxanım evin ortasında ayaq üstə durmuş-lar.Vaqif deyir:

-Qasıma de,hazırlaşsın,səhər tezdən Tiflisə yola çıxırıq.

Qızxanım:

-Yenə nə baş verib?

Vaqif:


-Uruslar təzədən buralara ayaq açıblar.

Qızxanım:

-Vay,başıma xeyir!İndi nə istəyirlər.

Vaqif:


-İstəyirlər torpaqlarımızı alıb,ermənilərə dövlət düzəltsinlər.

Qızxanım:

-Allah bütün kafirlərə lənət eləsin,uruslara da,ermənilərə də! İnşaallah nə vaxt geri dönərsiz?

Vaqif:


-Vallah, səfərimiz ən azı bir həftə çəkər.Xeyir olsun,ay Qızxanım,başqa

vaxt olsaydı,şivən qoparardın ki,yenə gedirsən,məni tək qoyursan.İndi isə heç na-rahat olana oxşamırsan.

Qızxanım:

-Eh,artıq yorulub,usanmışam.Bir də axı,şivən qoparsam da,qoparmasam da birdir,onsuz da öz bildiyini edəcəksən.Xanın ki əmrindən çıxmayacaqsan.

Vaqif gülümsəyərək:

-Səndə bir yeni hallar görürəm,amma heç başa düşə bilmirəm ki,bu neçə

gündə nə baş verib.Sən heç əvvəlki Qızxanıma bənzəmirsən.

Qızxanım:

-Süfrə açım,yemək yeyəcəksənmi ?

Vaqif:


-Nə bişirmisən?

Qızxanım:

-Dana buğlaması.

Vaqif:


-Bəh-bəh-bəh!Yeyəcəksən də sözdür?Elə acımışam ki,bütöv bir dananı da yeyərəm.

***


Vaqiflə Qasım at belində 10-15 atlı,tüfəngli əsgərin müşayiəti ilə Kürün

sahili boyunca Tiflis istiqamətində hərəkət edirlər.Qarşı tərəfdə ona qədər adam yanaşı duraraq qarmaqla balıq tuturlar.Onların hər birinin yanında bir səbət və hər səbətdə də bir neçə balıq var.Atlılar onlara çathaçatda Vaqif əlini yuxarı qaldır-maqla “dur” işarəsi verir və hər kəs atını əyləyir.O,balıqçılara səslənir:

-Əssəlamu əleyküm!

Balıqçılar yer-yerdən cavab verirlər:

-Və əleykəs salam.

Vaqif:


-Yorulmayasız!

Balıqçılar yer-yerdən “Sağ ol!”, “Allah razı olsun!”-deyə cavab verirlər.

Vaqif:

-Maşallah,balıq,deyəsən,boldur.



Qoca balıqçı cavab verir:

-Allaha şükürlər olsun!Qardaş haradan gəlib,hara gedirsiniz?

Vaqif:

-Biz Qarabağ xanı İbrahimxəlil xanın adamlarıyıq.Tiflisə,İrakli xana mü-safir olmağa gedirik.



Qoca balıqçı:

-İrakli xan daha Tiflisdə oturmur ki.Eşitməmisiniz,Ağa Məhəmməd şah Tiflisdə Tiflislik hal qoymayıb.Gördüyünüz o gözəl şəhərin yarısı var,yarısı yox-dur.Müsəlman məhəllələri dimdik yerindədir,zərrə qədər də xətər görməyiblər.Ka-

firlər yaşayan məhəllələrdə daş üstündə daş qalmayıb,hər yer külə dönüb.

Vaqif:


-Bəs,İrakli xan indi haradadır?

Qoca balıqçı:

-Qaxetdədir.İndi oranı özünə paytaxt edib.Qacarın qorxusundan Qaxet qalasınıda oturur.Qopxusundan urusların arvad padşahlarına məktub göndərib,on-

dan kömək istəyib.Urus padşahı da Qızılayağı göndərib Dərbəndə.

Vaqif:

-İraklinin urus padşahına məktub yazdığını nədən bilirsən?



Qoca balıqçı:

-Vallah,bunu bizim tərəflərdə bilməyən yoxdur.

Vaqif:

-Yaxşı,indi biz buradan Qaxet yoluna neçə çıxaq?



Qoca balıqçı:

-Qabaqda, qarşınıza bərə çıxacaq.Bərə ilə çayı keçin,orada kimdən so-ruşsaz,sizə bərənin yerini söyləyər.

Vaqif:

-Çox sağ ol!Allah sizdən razı olsun.



Qoca balıqçı:

31

-Yolunuz açıq olsun!



***

Ibrahimxəlil xanın sarayının bağçası.Məmməd bəy hovuzun kənarında

oturub,tarını kökləyir.Maralla Gülpəri ona yaxınlaşırlar.Maral deyir:

-Gözünüz aydın,ay bəy,həmişə evinizdə-eşiyinizdə!

Məmməd bəy:

-Aydınlıq içində olasız.

Gülpəri:

-Bir istəyiniz olarsa,xidmətinizdə hazırıq.

Məmməd bəy:

-Allah hər ikinizdən razı olsun.

Qızlar gedirlər.Məmməd bəy tarını dizinə qoyub qəmli bir musiqi çal-mağa başlayır.Bir müddət sonra nökər yaxınlaşaraq,onun çalmağa son verəcəyi anı gözləyir.Məmməd bəy nökərin nə isə demək istədiyini hiss edib çalmağa ara verir

və deyir:

-Hə,lələ,deyəsən,nə isə söz demək istəyirsən?

Nökər:


-Ağa, başına dönüm,bir uşaq gəlib,bir məktub verdi,dedi ki,Qasımdan-dır,Məmməd bəyə çatacaq.

Məmməd bəy:

-Məgər Qasım vəzir ilə birlikdə Tiflisə getməyibmi?

Nökər:


-Vallah,mən də elə buna təəccüb etdim,amma nə olar-olmaz,yenə də məktubu alıb gətirdim.

Qasım:


-Yaxşı eləmisən.Sağ ol.

Nökər “Sən də sağ ol!”-deyib gedir.

Məmməd bəy məktubu oxumağa başlayır.Kadr arxasından məktubun

müəllifi Qızxanımın səsi eşidilir:

-Əzizim Məmməd bəy,neçə gündür görüşə bilmədiyimizdən ürəyim qu-

bar bağlayıb.Səni görmək,bağrıma basmaq həsrəti ilə alışıb yanıram.Xanın sənə sa-rayı istədiyin vaxt soruşmadan tərk etməyə icazə verməsi məni çox sevindirdi.Se-vincimdən quş kimi uçuram.Vəzirlə oğlu Tiflisə gediblər,mən evdə təkəm.Bu gecə

yarı bizə gəl.Arxa tərəfdən çəpərin üstündən aş.Evin qapısı açıq olacaq.nökərə kən-də getməyə icazə vermişəm.Tamam təkəm.

Məmməd bəy məktubu büküb sinəsinə qoyur və sevincindən şux və oynaq bir hava çalmağa başlayır.

***

Vaqif,Qasım və onları müşaiyət edən əsgərlər bərə ilə Kürün bir sahi-lindən digər tərəfinə keçirlər.Bərə çayın tam ortasındadır.Əsgərlər kəndiri dartırlar.



Vaqif at belində Kürü seyr edir.

***
Çayın hər iki sahilində yaşıl ağaclar bitir.Sahildə üç qoyunu otaran bir

qız gözə dəyir.

***


Vaqif təbiət mənzərəsindən təsirlənərək şer oxumağa başlayır:
-Kür qırağının əcəb seyrangahı var,

Yaşılbaş sonası, hayıf ki,yoxdur!

Ucu tər cığalı siyah tellərin

Hərdən tamaşası,hayıf ki,yosdur!


Qış günü qışlağı Qıraqbasanın,

Gözüdür Aranın,cümlə cahanın,

Belə gözəl yerin,gözəl məkanın

Bir gözəl obası,hayıf ki,yoxdur!

Çoxdur ağ bədənli,billur buxaqlı,

Lalə zənəxdanlı,qönçə dodaqlı

Amma şirin dilli,açıq qabaqlı,

Könül aşinası,hayıf ki,yoxdur!

Elə gözəl var bunların içində

Ələ düşməz Çinü-Maçində.

Söyləgən,oynağan,dürüst biçimdə,

Bəzəyi,libası,hayıf ki,yoxdur!...

***

İbrahimxəlil xanın sarayının bağçası.Bağçadakı çardaqda böyük bir süfrə açılmışdır.Xan ziyafət verir.Ziyafətdə 35-40 adam iştirak edir.Nökərlər qo-



naqlara qulluq edirlər.Süfrənin başında xan,girovluqdan qayıdan oğlu Əbülfət bəy,

Məmməd bəy,Mirzə Əliməmməd ağa,Kələntər Ağası bəy,Şahnəzər Məlik,qazi və axund oturmuşlar.Xan deyir:

-Bu gün həyatımın ən xoşbəxt günlərindən biridir.Uzun illərdən bəri

Zəndilərin yanında girov həyatı yaşamış böyük oğlum,varisim Əbülfət bəy ata oca-ğına qayıdıb.Sevincimin həddi-hüdudu yoxdur və sizi bu məclisə dəvət etməyimin səbəbi də bu sevinci sizinlə paylaşmaqdır.Xoş gəlmisiniz!

Xan sözünü bitirər-bitirməz tarzən,kamançaçalan və xanəndədən iba-rət üçlük muğam ifa etməyə başlayır.Xanəndə oxumağa başlayır:
-Hər kimin cananı kim,bir əhli-irfan olmaya,

Şahi-aləm olsa,onda rəhməti-can olmaya.

Rəsmi-ülfət bilməyən büt,aşiqin kafər edər,

Ey müsəlmanlar,xoş ol kim,yarı nadan olmaya.


Bir ləbi-ləlü lətif əndəmü gül-rüxsar üçün,

Qətreyi-əşkin nə lütfü var əgər qan olmaya.

Afəti-badi-fənadən dağıla,bərbad ola,

Ol bina ki,onda bir zülfi-pərişan olmaya.


***

Ekranda növbə ilə yemək yeyən ziyafət iştirakçılarının sifətləri canla-nır.Kadr arxasından xanəndənin səsi gəlir:


-Nə səfa ol gül yanaqdan kim,gözə görünməyə,

Nə ləzzət ol qönçə ləbdən kim,xəndan olmaya?

Vaqifa,bir məhliqayi-mehribanə meyl qıl,

Ta kəmali-eşqə ondan zərrə nöqsan olmaya.


***

İbrahimxəlil xanın sarayının hərəm hissəsi.Burada da qadınlar süfrə

arxasında oturmuşlar.Sayları 14-15 nəfərdir.Başda Şahnisə xanım,Zübeydə xanım,

Hürzad,Qızxanım,Durna və Sara Xatun oturmuşlar.Qadınlar yeyir,içir və qadın aşı-ğı dinləyirlər.

Aşıq oxuyur:
-Sevgilim,ləblərin yaquta bənzər,

Sərasər dişlərin dürdanədəndir.

Sədəf dəhanından çıxan sözlərin

Hər biri bir qeyri- xəzanədəndir.

Nədəndir sözümə cavab verməmək,

Həm camal gizləyib,üz göstərməmək.

Gecələr gözlərim xabı görməmək,

Ol siyah nərgisi-məstanədəndir...

***

Əbülfət bəylə Məmməd bəy bağçada gəzişirlər.kadr arxasından musiqi



sədaları eşidilir.Əbülfət deyir:

-Ağabəyim baçımın qara taleyi ürəyimi parçalayır.Əri ilə birlikdə sər-gərdan bir həyat keçirirlər.Gah o şəhərdə,gah bu şəhərdə yaşamağa məcburdurlar.

Onlarla ən son Xürrəmabadda görüşdüm.Kiçikbəyimin isə güzəranı,Allaha şükür-lər olsun ki,yaxşıdır.İki oğlu var.Böyük oğluna sənin,kiçiyinə isə vəzirin oğlunun

adlarınızi verib.Hey sizdən danışırdı.Siz onun gözündə əsl qəhrəmanlarsız.Ən çox da səni yad edir.

Məmməd bəy:

-Ağabəyim əmqızı barədə söylədiklərin ürəyimi ağrıtdı.Əmim də onu çox sevir.Həsrətinə dözməyib qızlarından birinə onun adını verib.Hamı ona ikinci

Ağabəyim deyir.On iki yaşındadır.Sanki,ay parçasıdır,dilli-dilavərdir.Şer də ya-

zır.Vəzir şerlərini çox bəyənir.Xanın Xankəndindəki evində yaşayır...Çox şadam ki,Kiçikbəyimin həyatı xoş keçir.

***

İrakli xan,Aleksandr ata,Vaqif və Qasım uca,sıldırım bir qayanın başın-da durub ucsuz-bucaqsız. əkin sahələrini seyr edirlər.İrakli xan Vaqifə deyir:



-Bax,şair,mənim xalqım əkinçi xalqdır.At minmək,silah işlətməkdə siz

türklər qədər mahir deyildir.Xalqım sonsuz müharibələrdən yorulub.Elə buna görə də çox düşündükdən sonra yenidən uruslara müraciət etməyə qərar verdim və fik-rim bu idi ki,bundan sonra müharibələrə qoşulmayım.Amma madam ki,böyüyü-müz İbrahimxəlil xan Gəncəyə yürüş etməmizi məsləhət görür,demək,belə lazım-dır.Xana mənim salam və ehtiramımı çatdır və de ki,əmin olsun,bir ay içində hazır-lığımızı tamamlayıb,oğlum Aleksandrı,yəni sizin dillə desək,İskəndəri Gəncənin üzərinə göndərəcəyəm.

Vaqif:

-Belə olan halda,bizə icazə verin,təcili Qarabağa hərəkət edək və xanı-mızı xoş xəbərlə sevindirək.



İrakli xan:

-İxtiyar sahibisiniz.

Vaqif,ardınca da Qasım İrakli xanla və Aleksandr ata ilə qucaqlaşırlar. Kadra daxil olan iki qarabağlı əsgər Vaqifin və Qasımın atlarını gətirirlər.Ata-oğul ata minirlər.Vaqif əlini ürəyinin üstünə qoyub deyir:

-Əlvida!


İrakli xan da öz növbəsində:

-Yaxşı yol!

Vəzirlə oğlu hadisə yerindən uzaqlaşırlar.Kamera onları müşayiət edir

və onları kənarda gözləyən qarabağlı atlı əsgərlər obyektivə düşür.

***

Əbülfət bəylə Məmməd bəy sarayın bağçasındakı hovuzun kənarında əyləşmişlər.Kadr arxasından muğamat oxuyan xanəndənin səsi eşidilir:


-Dəhənin şövqünü cansuz güman etməz idim,

Yoxsa bir dəm ona mən munisi-can etməz idim.

Vəsfi-xali-həbini bilsə idim naməqdur,

Arizusunda qara bağrımı qan etməz idim...

Əbülfət bəy həmsöhbətindən soruşur:

-Doğrudanmı Qasımla siz böyük bir gizli təşkilat yaradıb Ağa Məhəm-məd şaha tərəfdarlıq edirdiniz?Mənə bu barədə Kiçikbəyim söhbət edib.

Məmməd bəy gülümsəyərək cavab verir:

-Əmim qızı deyirsə,demək,doğrudur.O,heç vaxt yalan deməz.

Əbülfət bəy:

-Vallah,siz qurd ürəyi yemisiniz.Amma deyim ki,Arazın o tayında Qa-carı çox sevirlər.Amma Xanbabanın tərəfdarları daha çoxdur.

Məmməd bəy:

-Məgər onlar arasında təfriqə var?

Əbülfət bəy:

-Yox,sadəcə,Tehranda,İsfahanda,Şirazda,Xorasanda,yəni Azərbaycan-dan kənarda yaşayan türklər Ağa Məhəmməd şahı,Təbrizdə və Azərbaycanın digər şəhərlərində yaşayan türklər Xanbabanı daha çox sevirlər.Onu “Azərbaycan hökm-darı Fəthəli şah Qacar”adlandırırlar.

Kadr arxasından xanəndənin səsi gəlməkdə davam edir:
-...Xubilər aşiqə meyl etmədigin bilsə idim,

Özümü eşq ilə rüsvayi-cəhan etməz idim.

Düşməsəydi gözümün yaşinə feyzi-nəzərin,

Onu hər sərvin ayağinə rəvan etməz idim...


Məmməd bəy soruşur:

-Bəs,sən bütün bunlar barədə nə düşünürsən?

Əbülfət bəy:

-Vallah,mənə elə gəlir ki,Azərbaycanın nicatı nə Ağa Məhəmməd şah Qacarda,nə də vəliəhd Xanbabadadır.Fikrimcə nicat Xanbabanın oğlu Abbas Mir-zədədir.Yaşca bizdən kiçik olsa da çox dərrakəli və cəsarətlidir.Vətəni sonsuz mə-həbbətlə sevir.Uruslara dəhşətli dərəcədə nifrət edir. Onunla şəxsi tanışlığım və dostluğum var.

Məmməd bəy:

-Bu mənim üçün çox gözlənilməz oldu.Düşünürdüm ki,nicatın əmimdə

olduğunu söyləyəcəksən.

Əbülfət bəy:

-Mən uzun müddət farsların içində yaşamağa məcbur olmuşam.Mən gördüklərimi sən də görsəydin,onda nə üçün belə düşündüyümü anlayardın.

Xanəndənin səsi yenə də eşidilir:


-...Salmasaydım dili-viranə imarət tərhin,

Onda gənci-gühəri-eşqi nihanetməz idim.

Sitəmi-təneyi-əğyarə degidim Vaqif,

Yoxsa yarın səri-kuyində məkan etməz idim.


***

Vaqiflə Qasım at belində,əsgərlərin müşayiəti ilə Kür qırağı ilə,getdik-

ləri yol ilə geri qayıdırlar.Qasım atasından soruşur:

-Ata,bütün yol boyu qarşımıza hey türk kəndləri çıxdı.Yalnız Qaxetdə gürcü kəndləri ilə rastlaşdıq.Buradan Tiflisə qədər başdan-başa türklər yaşayır. Gürcülərə tək-tük rast gəlinir.Tiflisdə də türklərin sayı gürcülərinkindən qat-qat

çoxdur.Madam ki,belədir,nədən bu torpaqların xanı bir türk yox,xaçpərəst gürcü-

dür?


-Təqribən altı yüz öncə Tiflis bir müsəlman şəhəri idi və Tiflis xanlığına

daxil olan torpaqların hakimləri müsəlmanlar idi.Fəqət altı yüz il öncə gürcülərin

başçısı Davud xan xaçpərəst qıpçaqların köməyi ilə Tiflisi ələ keçirib,şəhərin mü-səlman əhalisindən qırdığını qırdı,qalanlarını isə özünə tabe etdi və özünü padşah elan etdi.Lakin sonra gürcü padşahları Elxanlı padşahlarına,yəni Hülakülərə tabe oldular və Tiflis Azərbaycan səltənətinin tərkib hissəsi oldu.O vaxtdan gürcülərin

böyükləri xan sifəti ilə bu əraziləri idarə edirlər və həmişə bizim padşahlara səda-qətlə qulluq ediblər,ona görə də onlara heç vaxt toxunulmayıb.İndi isə səltənət çök-düyü üçün İrakli müstəqil olmaq və müstəqil gürcü dövləti qurmaq sövdasına dü-şüb.

Qasım:

-Bu qıpçaqlar,məgər bizim kimi türk deyillər ki, Tiflisi alıb gürcülərə təslim ediblər.İndi də özlərini “erməni”adlandırıb,ermənilərə xidmət edir,ermənilər üçün dövlət qurmağa çalışırlar.Deyilənə görə, urus dövlətini quran və urus padşahı



üçün yeni-yeni torpaqlar işğal edən qazaqlar da qıpçaqdırlar.

Vaqif:


-Doğru eşitmisən.Qazaqlar da qıpçaq türklərinin bir qoludur.Amma bütün

bu işləri görənlər xaçpərəst qıpçaqlardırlar və bunu öz dinləri naminə edirlər.Mü-səlman qıpçaqlar isə belə deyillər.

Qasım:

-Müsəlman qıpçaqlar da var?



Vaqif:

-Əlbəttə.Dağıstandakı qumuqlar,Onlardan şimalda yaşayan noqaylar,Xə-zərin o tayında yaşayan qaraqırğızlar ki,onlara “qazax” da deyirlər,-bunların hamı-sı qıpçaq türkləridirlər və müsəlmandırlar.Bundan başqa qaraçaylar və balkarlar da

müsəlman qıpçaqlardır.Gəncə və Qazax ətrafında yaşayan müsəlman türklərin də bir hissəsi islamı qəbul edib,oğuzlaşan qıpçaqların soyundandırlar.

Qasım:


-Ata,bir şey də soruşmaq istəyirəm.Gürcülər və avarlarla birləşib Gəncə-

yə hücum çəkmək istəməkdə İbrahimxəlil xanın məqsədi nədir?

Vaqif:

-Əvvəla istəyir ki,xacəyə yardım etdiyi üçün Cavad xanı cəzalandıraraq,



igər xanlara göz dağı versin ki,bir də onun hökmündən çıxmağa cəsarət etməsin-lər.İkincisi,uruslara Azərbaycanda əsas söz sahibi olduğunu və bütün məsələləri onunla müzakirə etmədən bir şeyə nail olunmayacağını göstərmək istəyir.Üçüncü-

sü isə,istəyir ki,Gəncəni xəraca bağlayıb,xəzinənin gəlirlərini bir az da artırsın.

Qasım:

-Axı,biz İrakliyə dedik ki,Gəncədən alınan xərac ona Tiflisin dağıdılma-sına görə təzminat kimi veriləcək.



Vaqif:

-Oğlum,siyasətdə çox nadir hallarda sözlə əməl üst-üstə düşür.

***

Gəncə şahərinin qala divarlarının iç tərəfdən görüntüsü.Gəncəli əsgərlər



divarın üstündə mövqe tutaraq,şəhərə hücuma keçən gürcü,avar və Qarabağ qoşun-larının əsgərlərinə tüfənglərdən güllə atırlar.Aləmi tüstü başına alıb.Top səsi eşidi-lir və ətrafı sıx qara tüstü bürüyür.Gəncəli əsgərlərdən ikisi aldıqları yaralardan ölərək yerə düşürlər.

***


Gəncə şəhərinin qala divarlarının çöldən görünüşü.Yan-yana düzülmüş

və lülələri qalaya tərəf tuşlanmış toplardan aramsız mərmilər atılır.Ətrafı toz və tüstü dumanı bürüyüb.Hər atəşdən sonra divarların kərpicləri qoparaq yerə tökülür.

***

İbrahimxəlil xanın çadırı.İbrahimxəlil xan və Ümmə xan çadırda oturub,



söhbət edirlər.Kadr arxasından top və güllə sələsri gəlir.Ümmə xan deyir:

-Özün gördün ki,biz gələndə burada heç yüzcə gürcü əsgəri də qalmamış-dı.Ona görə də İrakli xana qənimətdən heç bir pay çatmamalıdır.

İbrahim xan:

-Ümmə xan, sənə kim dedi ki,mən İrakliyə nə isə vermək istəyirəm.Bir də ki, mənim şəhəri qarət etmək fikrim yoxdur.Sadəcə Cavad xanı illik xəraca bağla-yacağam.Gəlirin dörddə biri,danışdığımız kimi, sənə,qalanı isə mənə çatacaq.

Söhbətin bu yerində içəri girən Səfər İbrahimxəlil xana deyir:

-Xan,gəncəlilər təslim olmaq istəyirlər,qaladan ağ bayraq asıblar.

İbrahimxəlil xanla Ümmə xan,ardlarıyca da Səfər cəld çadırdan çölə çıxır-lar.

***


İbrahimxəlil xanın sarayının önü.İbrahimxəlil xanla Ümmə xan,ardlarıyca da Səfər çadırdan çıxaraq,qabağa baxırlar.Xanlarının hər ikisinin üzündə qələbə sevincini əks etdirən təbəssüm yaranır.Top səsləri susmaq bilmir.

***


Gəncənin yarıuçuq qala divarları.Mərmi yağışına məruz qalan divarlardan ağ bayraq asılmışdır.Ətraf tüstü və toz dumanı içindədir.Toplar atmaqda davam edir.Kadr arxasından İbrahimxəlil xanın səsi gəlir:

-Səfər,oğlum, atəşi kəsin!

***

İbrahimxəlil xanın çadırının önü. Səfər “ Baş üstə!”- deyib,kadrdan çıxır.



Xanlar isə dönüb,yenidən çadıra girirlər.

***


Vaqifin evi. Əbülfət bəy, Vaqif və Qasım süfrə başında oturub qəhvə içə-

içə söhbət edirlər.Vaqif Əbülfət bəydən soruşur:

-Bu qədər təriflədiyin Abbas Mirzənin elmi nə yerdədir?

Əbülfət bəy:

-Gəlin,mən sizə bir hadisə danışım,siz də özünüz onun elmi biliklərə nə

qədər vaqif olduğu barədə qərar çıxarın.Bir dəfə əlində tutduğu şüşə qədəhi mənə

göstərib,soruşdu ki,indi bu qədəhi mən əlimdən buraxsam nə olar?Dedim ki,heç nə, qədəh yerə düşüb, sınar.Yenə soruşdu,nə üçün göyə qalxmaz,irəli,sola və ya sağa getməz,məhz,yerə düşər?Bu barədə heç vaxt düşünmədiyim üçün öncə tutul-

dum,sonra isə “ Allahın təqdiri beləymiş”-deyə cavab verdim.Dedi ki,doğru söylə-yirsən,amma bu cavab məsələnin mahiyyətini tam açmır,qədəh ona görə yerə düşür

ki,Allahın təqdiri ilə ya göy onu itələyir,ya da yenə təqdiri-İlahi ilə yer onu özünə çəkir.Bu ikisindən hansının doğru ola biləcəyini soruşdu.Dedim ki,mən bilmirəm, Allah bilir.Nə desə yaxşıdır?

Vaqif:


-Çox maraqlıdır,nə?

-Dedi ki,göy itələsə idi,ulduzlar,günəş,ay yerə tökülərdilər,çünki onlar göyə daha yaxındırlar.Deməli,yer özünə çəkir.Ulduzlar,ay və günəş yerdən uzaq olduqları üçün onları çəkməyə güçü yetmir.Qədəh yerə yaxın olduğu üçün onu çəkməyə isə yetir.Soruşdum,bu cəkici qüvvənin adı nədir,dedi ki,gəncəli şeyx Nizami bu qüvvəni eşqi-İlahi adlandırır.

Vaqif:

-Vallah,görmədən,sözünü eşitmədən valeh oldum ona.



Qasım:

-Amma,doğrusu, mən heç nə başa düşmədim.

Vaqiflə Əbülfət bəy bir-birinə baxıb gülürlər.Bu an içəri Qızxanım girir və

süfrənin üstümə içi meyvə ilə dolu böyük bir qab qoyur.

Vaqif:

-Bəs,lələ haradadır ki,süfrəyə sən qulluq edirsən?



Qızxanım:

-Buradadır.İstədim Əbülfət bəy balama öz əllərimlə qulluq edim.

Əbülfət bəy:

-Əlinizə-qolunuza sağlıq,əl-qolunuz ağrımasın.

Qızxanım boş bardaqları yığa-yığa:

-Sağ ol ay bala,bəs,Məmməd bəy haradadır,o niyə səninlə gəlmədi.

Əbülfət bəy:

-Xan onu özü ilə Gəncə səfərinə aparıb.

Qızxanım “Allah köməyi olsun!”-deyib,gedir.

***


İbrahimxəlil xanın çadırı.Xan,Ümmə xan və Səfər cadırın ortasında durub-lar. İbrahimxəlil xan Səfərdən soruşur:

-Məmmədin vəziyyəti necədir?

Səfər:

-Yaxşıdır.Yarası yüngüldür.Güllə alnının dərisini sıyırıb keçib.Loğman ba-



şını sarıyıb.

İbrahimxəlil xan:

-İtkilərimiz nə qədərdir?

Səfər:


-Üç nəfər bizim adamlardan,yeddi nəfər də Ümmə xanın adamlarından şəhid

düşüb.On iki yaralımız var.Bunlardan dördü avardır.

Xan:

-Yaxşı,Cavad xanın elçilərinə de gəlsinlər içəri.



Səfər çadırın girişinə tərəf yönəlir.

***


Ibrahimxəlil xanın çadırının girişinin çöldən görünüşü.Çadırın dörd bir tərə-fində əli nizə və qalxanlı keşikçilər durublar.Girişin qarşısında isə əlində Qurani -Kərim tutmuş Gəncənin baş axundu,əlində ağ bayraq olan bir qoca və daha iki ağ-saqqal dayanıb.Səfər başını çadırdan çölə çıxarıb,elçilərə “Buyurun,gəlin!”-deyə

müraciət edir və elçilər içəri daxil olurlar.

***

Çadırın içi.Elçilər xanlara təzim edirlər və “Əssəlamu əleyküm!”deyirlər.Hər



iki xan “Və əleykəssəlam!”-deyə cavab verdikdən sonra İbrahimxəlil xan:

-Cavad xan niyə özü gəlməyib,sizi göndərdi?Qarşımıza çıxmağa cəsarəti cat-madımı?

Gəncə axundu:

-Cavad xan hər ikinizə onun salam və ehtiramını çatdırmağı bizə əmr etdi. Özünün gəlməyişinin səbəbi isə özünü qarşınızda günahkar hiss etməsi və utanma-sıdır.

İbrahimxəlil xan:

-Gedin ona deyin,mən onu bağışladım,gəlsin,etməli olduğunu etsin.

Axund:

-Başımız,gözümüz üstdə!Allah Sizdən razı olsun!



Bu sözdən sonra elçilər təzim edib,arxalarına dönmədən dala-dala gedib,ça-dırdan çıxırlar.

***


Həkimlərin yaralılara yardım etdiyi uzun və geniş çadırın içi.Yerə sərilmiş xalçaların üzərinə döşənmiş döşəklərin üstündə on iki nəfər yaralı uzanıb.Onlar-dan yeddisinin başı,ikisinin sinəsi,ikisinin əli,birinin ayağı sarılmışdır.Başı sarılı olan yaralı əsgərərdən biri yüngülcə zarıyır.Başı sarıqlı,fəqət ayaq üstə olan Məm-

məd bəy həkimdən soruıur:

-Loğman-həkim,daha nə kimi kömək edə bilərəm.

Həkim:


-Allah sizdən razı olsun,ay Məmməd bəy,elə bir iş qalmadı.Gedin istirahət edin.

Məmməd bəy “Allah səndən də razı olsun!”-deyib,çadırın girişinə tərəf ad-dımlamağa başlayır.Çadırın giriş qapısına çatmamış içəri girən Səfərlə üz-üzə gə-lir.Səfər ondan soruşur:

-Bəy,özünüzü necə hiss edirsiniz?

Məmməd bəy:

-Yaram,əlhəmdüllah,yaxşıdır.Amma ürəyim qan ağlayır.

Səfər:


-Allaha şükürlər olsun ki,düşmən təslim oldu.Cavad xan bizim xanın çadı-

rında üzrxahlıq edir.

Məmməd bəy:

-“Düşmən” mi dedin?Nə vaxta qədər düşməni öz içimizdə axtaracaq,özü-müz öz başımıza qılınc endirəcəyik?

***

Ekranda yazılır: “Bu hadisədən sonra Cavad xan İbrahimxəlil xanın üstünlü-yünü tanımağa məcbur oldu,oğullarından birini girov kimi Qarabağa,qızlarından birini isə tabeçilik əlaməti olaraq İbrahimxəlil xanın hərəmxanasına göndərdi,illik



xərac verməyə boyun oldu.Bu arada qubalı Şeyx Əli xan qısa müqavimətdən sonra

bacısı Pəricə xanımın tıkidi iləDərbənd qalasının qapılarını general Zubovun üzünə açdı.Pəricə xanımı Dərbənd hakimi təyin edən Zubov oradan Bakı üzərinə yürüdü.

Fəqət Bakı xanı Hüseynqulu xanın və bakılıların şiddətli müqaviməti ilə üzləşdi-yindən rus generalı qoşununun bir hissəsini burada qoyub,Şamaxı istiqamətinə hə-

rəkət etdi. Ruslarla qəhrəmanca döyüşə-döyüşə Fitdağa çəkilən şamaxılı Mustafa

xanın satqın qohumu Qasım xanı Şamaxı xanı təyin etdi.Daha sonra Zubov Salya-na gedərək orada düşərgə saldı.”

***


Ibrahimxəlil sarayının bağçası.Əbülfət bəy və Məmməd bəy hovuzun kəna-

rında oturublar.Məmməd bəy tar çalır,Əbülfət bəy dinləyir.Musiqi bitdikdən sonra

Məmməd bəy soruşur:

-Özünü necə hiss ediirsən?

Əbülfət bəy:

-Başa düşmədim,necə yəni özümü necə hiss edirəm?Necə hiss etməliyəm ki?

Məmməd bəy:

-Burada başa düşməli nə var ki,qardaşların,bacıların səninlə tanış olmağa, böyük qardaş kimi əlini öpməyə gəliblər.Sən gedəndə onların bəzisi körpə idi,bəzi-

ləri isə heç dünyaya gəlməmişdi.

Əbülfət bəy:

-Vallah,bilmirəm inanarsan,ya yox,onlar barədə mənə bu necə həftə ərzində

o qədər söhbət açılıb ki,elə bilirəm,hər biri ilə çoxdan tanışam.Amma ən çox da Ağabəyim baçımı maraq edirəm.Gözəl şerlər yazdığını,çox elmli,bilikli və hazırca-

vab olduğunu hər kəs söyləyir.

Məmməd bəy:

-İnşallah,bu gün onu da görərsən.Şahnisə xanım deyir ki,xan onun bun-dan sonra sarayda yaşamasına qərar verib.

Əbülfət bəy ayağa qalxaraq:

-Sarayda yaşayacaqsa,deməli,günlərin birində siyasi məqsədlərlə hansı-

sa xanın və ya şahın hərəmi olmaq məcburiyyətində qalacaq.

Məmməd bəy:

-Xan övladı olmağın bədbəxtliyi də bundadır.Atan sənə gözəl bir mülk tikdirib,inşaalah səni evləndirmək və o mülkü sənə təslim etməyi düşünür.Sarayın

səni çox sıxdığını bilirəm.

Əbülfət bəy:

-Mənimsə ürəyim başqa şey hiss edir.Ürəyimə damıb ki,bu halım uzun sürməyəcək və yenə də hansısa siyasi sövdələşməyə uyğun olaraq,yenidən kiminsə sarayında girov kimi yaşamalı olacağam.

Məmməd bəy də ayağa qalxır:

-Bəsdir kədərli şeylərdən danışdıq.Gəl,mövzunu dəyişək.

Məmməd bəy əlindəki tarı yerə qoyur və iki əmioğlu bağçada gəzişməyə başlayır.O sözünə davam edir:

-Eşitmisən də,sabah İrakli xan Qaraba]a gəlir,xanımız Gəncədən geri aldığı min əsir gürcü qızını ona təslim edəcək.

Əbülfət bəy:

-Və bu qadınların hər biri özü ilə Tiflisə qarnında bir gəncəli əsgərin öv-ladını aparacaq,eləmi? Gör neçə illərdir, gürcülərin və ermənilərin sayı həm də bu yolla artır.

Kadr arxasından Ağabəyimin səsi eşidilir:

-Əmoğlu,məni dadaşımla tanış edərsənmi?

Gənclərin hər ikisi səsə geri dönürlər.

***

Ağabəyim gülümsəyə-gülümsəyə onlara tərəf gəlir.



***

Ağabəyim onlara yaxınlaşıb,qardaşının əlindən öpərək “Xoş gördük,da-

daş,həmişə evində-eşiyində!”-deyir.Əbülfət bəy də onun alnından öpür:

-Xoş günün olsun,gözəl bacım mənim.

Ağabəyim Məmməd bəyin də əlindən öpür.Məmməd bəy də öz növbə-sində onu alnından öpərək Əbülfət bəyə deyir:

-Bilirsən də Ağabəyim bacımızın atası da xandır,dayısı da xandır.Da-marlarında türk qanı ilə yanaşı avar qanı da axır.

Ağabəyim:

-Artıq hamı yığışıb,sizi gözləyirlər.

Məmməd bəy:

-Elə isə,nə gözləyirik,gedək.

Əbülfət bəy:

-Gedək.


***

İbrahimxəlil xanın sarayı.İbrahimxəlil xan,İrakli xan,Vaqif və Alek-sandr ata üzbəüz durub söhbət edirlər.İrakli xan yarı incik,yarı əsəbi halda deyir:

-Amma vəzirin yanıma gəlib,başqa söz söyləmişdi.Gəncədən alınacaq

xəracın bütünlüklə Tiflisin bərpasına sərf ediləcəyini demişdi.Amma indi eşidirəm ki,gəliri Ümmə xanla aranızda bölmək qərarına gəlmisiniz.

İbrahimxəlil xan:

-Bax,qardaşım,hərbin öz qaydaları,qənimətin bölüşdürülməsinin də öz

qaydaları var və sən onları məndən pis bilmirsən.Əvvəla biz Gəncəyə yetişdikdə

orada nə oğlun İskəndəri gördük,nə də onun qoşununu.Sadəcə,yüz gürcü əsgəri qalmışdı ki,onlar da ətraf kəndləri qarət etməklə məşğul idilər.Bizə qoşulanlar da

onlar oldu.Onlar isə paylarını artıqlaması ilə aldılar.Hərəsinə yüz qoyun və yüz əşrəfi verildi.Sənin oğlun isə aramızdakı razılaşmaya əməl etmədi.Ona görə də

məndən inciməyə heç bir haqqın yoxdur.

İrakli xan:

-Tutaq ki,bu məsələdə sən haqlısan.Amma yüz əsgərin və hər birinə ver-diyiniz yüz qoyunun aqibətindən xəbərin varmı?

İbrahimxəlil xan təəccüblə:

-Nə olub ki?

İrakli xan Aleksandr ataya müraciətlə:

-Sən söylə!

Aleksandr ata:

-Onlar Qazaxa çathaçatda Ümmə xanın adamları arxadan yetişib qoyun-larını da,pullarını da,üstəlik silahlarını da əllərindən alıb,özlərini də o ki var əzişdi-

rib,yola salıblar.

İbrahim xan qəhqəhə çəkir:

-Yəni siz gürcülər o qədərmi acizsiniz ki,yüz kişinin özünü və malını qo-rumağa gücü və qeyrəti çatmayıb.Onları soyan Ümmə xanın adamlarıdırsa,buna mən nə edim?Sən bu məsələni mənimlə yox,Ümmə xanla müzakirə etməlisən.

İbrahimxəlil xanın gülməsi və bu istehzalı sözləri İrakli xanı qəzəbləndi-rir və o, qəzəblə deyir:

-Axta xan Tiflisi viran qoymaqla yetinmədi,üstəlik Şəmsəddin və Qazax ellərini əlimdən alıb İrəvan xanına peşkəş etdi.İndi uruslar gəlir.Kim bilir,bəlkə on-lar da Qarabağı səndən alıb, mənə peşkəş edəcəklər.

Bu sözlərdən sonra İrakli və Aleksandr ata sağollaşmadan,hirsli-hirsli qa-pıya tərəf yönəlirlər.

***

Əbülfət bəy,Məmməd bəy və Ağabəyim ağa at belində meşə yolu ilə



irəliləyirlər.Məmməd bəyin yəhərinə üç səbət bağlanmışdir.O deyir:

-Urusların başımızın üstünü kəsdirdiyi bir vaxtda qənimət üstdə İrakli

xanla aramızın açılması heç yaxşı olmadı.

Əbülfət bəy:

-Gör nə qədər əsəbiləşib ki,xanı urusların Qarabağı ona verə biləcəkləri ilə hədələyib.Vallah,mən atamın yerinə olsaydım,onun da,yanındakı keşişin də ye-

kə başlarını bir zərbə ilə üzərdim.Ermənilər də uruslara arxalanıb baş qaldırmağa

başlayıblar,İrəvan,Naxçıvan və Qarabağa haqq iddia edirlər.Atam isə buna da dözür.Məndən olsa idi,onların da kökünü kəsərdim,toxumluq üçün bircəciyini də saxlamazdım.Məni ən çox yandıransa,onların çoxunun əsil erməni,yəni uzunburun, yastıbaş hay yox,bizim kimi türk soylu olmasıdır.Qıpçaq-qarqarları deyirəm.

Məmməd bəy:

-Vallah,onlarda milli hiss və şüur deyilən şey heç yoxdur.Aralarında bir Hətəm Məlik vardı ki,qıpçaqların dili və tarixi ilə maraqlanırdı,qıpçaq dilində zən-gin bir kitabxanası var idi.Onun da kitablarını bir erməni yandırdı.O da buna döz-

məyib yorğan-döşəyə düşdü və bir müddət sonra canını tapşırd. Oğlu Məcnun Mə-lik də gedib Cavad xana sığındı. Gəncə xanı təslim olduqdan sonra əmim onun ba-şını bədənindən ayırdı.Bu iki məliyin xaricində bütün qıpçaqlar üçün din əsasdır və

bu üzdəndə ermənilərlə birdirlər və hətta özlərini erməni hesab edirlər. “Dədə Qor-qud”kitabında yazılanlardan belə məlum olur ki,onlar bizimlə Peyğəmbər əleyhis-səlam dövründən düşmənçilik etmişlər.

Sözün bu yerində Ağabəyim söhbətə müdaxilə edir:

-Bəs deyilmi, siyasətdən danışdınız.Dünyanın işinə bax ki,hətta arvadlar da artıq siyasətdən danışmağa başlayıb.(Məmməd bəyə müraciətlə)Ay əmoğlu,düz

söyləyirlər ki,bacım Kiçikbəyim də səninlə və vəzirin oğlu ilə birlikdə səltənətpə-

rəstlərin başçılarından biri olub?

Məmməd bəy:

- Bunu sənə kim dedi?

Ağabəyim:

-Anam deyir.

Məmməd bəy:

-Madam ki, xanım söyləyir,demək ki,düzdür.Özün deyirsən ki, bəsdir si-yasətdən danışdınız,özün isə siyasi suallar verirsən?

Gənclər gülüşürlər.Ağabəyim gözlənilmədən atını əyləyir və həyacanla onlara səslənir:

-Durun! (Yoldan bir qədər kənara işarə edərək) Ora baxın!

Gənclər də atlarını əyləyib,başlarını geri döndərirlər.Əbülfət bəy soru-şur:

-Nə oldu,bacı,nədən belə həyacanlandın?

Ağabəyim yoldan kənara işarə edərək,orada kimsə var.Kiminsə ayağı görünür.Məmməd bəylə Əbülfət bəy qızın işarə etdiyi tərəfə baxırlar.

***

Yoldan bir qədər kənarda bitən kolların arxasından kiminsə uzunboğaz çəkməli ayağı görünür



***

Əbülfət bəy bacısına “Sən burada gözlə!”-deyib,atdan yerə enir,atın yü-yənini yaxındakı ağaca bağlayır və kollara tərəf gedir.Məmməd bəy də eyni şeyləri

edir.

***


Iki əmi oğlu kolluğa yaxımlaşıb budaqları aralayırlar və hər ikisinsin üzündə iyrəndiklərini ifadə edən cizgilər yaranır.

***


Kolların arasında qılınc zərbələrindən geyimi kəsik-kəsik olan,laxta qana

bulaşmış,çürümüş və qurd basmış meyid gözə dəyir.Kadr arxasından Əbülfət bəyin səsi gəlir:


-Görəsən, bu bədbəxt kimdir?Deyəsən,ermənidir,boynunda xaç var.

***


Məmməd bəy “Mən kim olduğunu tanıdım,bu bir müddət öncə yoxa çı-xan Yeganə Məlikdir.”-deyib aşağı əyilir,əlini uzadıb,meyidin boynundakı xaçın

asıldığı zənçiri dartıb qoparır,cibindən çıxartdığı cib yaylığına büküb cibinə qoyur.

***

İbrahimxəlil xan,Vaqif ,Mirzə Əliməmməd və Kələntər Ağası bəy saray



bağçasında durublar.Xan qardaşı oğlunun meşədəki meyidin boynundan qopartmış

olduğu xaçlı zənciri əlində tutaraq ona baxır və deyir:

-Məmməd iddia edir ki,meyid Yeganə Məliyə məxsusdur.Onu paltarın-dan və saçlarından tanıyıb.(Üzünü Kələntər bəyə tutur.)Sən get onun kəndinə,bu

xaçı ermənilərə göstər,bir-iki nəfərini də özünlə götür ki,həm o olduğunu təsdiq etsinlər,həm də basdırsınlar.

Mirzə Əliməmməd:

-Xan,məsləhət deyil.

Xan təəccüblə:

-Niyə?


Mirzə Əliməmməd:

-Mən Məmmədgilə də tapşırdım,hələlik bu barədə heç kəs heç nə bilmə-

məlidir.Onu o biri məlikləri satdığı ,yəni onların uruslara yazdıqları məktub barədə xəbər verdiyi üçün öldürüblər.Bu barədə car çəkməmişdən öncə qatilin və ya qatil-

lərin kim olduğunu müəyyənləşdirməliyik.

Xan:

-Kimdən şübhələnirsən?



Mirzə Əliməmməd başını aşağı salıb,susur.

Xan:


-Nə oldu,niyə susdun?

Mirzə Əliməməddən səs çıxmır.

Xan:

-Yoxsa...(Üzünü Vaqif və Kələntər Ağası bəyə tutur.)Bizi tək buraxın.



(Vaqif və Ağası bəy uzaqlaşırlar.)Yoxsa,Şahnəzər Məlikdən şübhələnir-sən?Çəkinmə,danış!

Mirzə Əliməmməd:

-Hə,məşvərətdən sonra onlar birlikdə getdilər.Yeganə Məliyin yoxa çıx-dığı barədə xəbər isə bir gün sonra yayıldı.

Xan:


-Sən də get,tək qalmaq istəyirəm.

Mirzə Əliməmməd gedir.Xan dərin fikrə gedir.Gözləri önündə son məş-vərətin bəzi səhnələri canlanır.

***

EPİZODUN TƏKRARI



İbrahimxəlil xanın sarayının məşvərət otağı.Xan taxtda oturub.Sağında Mirzə Əliməməd ağa ilə Kələntər Ağası bəy,Solunda Vaqif,qazi və Şahnəzər Mə-

lik oturublar.Məşvərətdə iştirak edən 25-30 adam onlarla üzbəüz əyləşiblər.Onların içərisində axund,dörd məlik,Ohan və Səfər diqqəti çəkir.Xan danışır,hamı diqqətlə qulaq asır:

-Qızılayaq Dərbənddə qəraralaşıb və urusların Azərbaycanın içlərinə doğru hərəkət etməsi gözlənilir.Budəfəki gəlişin bizə nə vəd etdiyini hələ ki bilmirik.La-kin qulağıma bəzi xəbərlər çatıb.Ermənilər yenə də dinc durmurlar və yenə də Qarabağdan urus sərdarına və ülya-həzrətlərinə içi xəyanət dolu məktublar yazılır.

Məliklər yenə xəyanət yolunu tutub...

Bu sözlər məliklərin qorxu və təlaş içində bir-birilərinə,hər kəsin də nif-

rət dolu nəzərlərlə onlara baxmasına səbəb olur.

Xan üzünü məliklərə tutub sözünə davam edir:

-...Hə,hansınızın məktub yazdığını və nə yazdığını mən söyləyim,yoxsa

özünüz etiraf edəcəksiniz?!(Məliklərdən səs çıxmır.)Allahqulu Məlik,bəlkə,səndən

başlayaq,nə deyirsən?

Allahqulu Məlik ayağa qalxır və titrəyə-titrəyə nə isə demək istəyir,fəqət

səsi çıxmır.

Xan qəzəblə onun üstünə bağırır:

-Nə oldu,dilini pişik yeyib?!

Allahqulu Məlik yenə nə isə deməyə cəhd edir,amma qorxudan səsi çıxmır. Bir təhər barmağı ilə Usub Məliyə tərəf işarə edir.

Xan bu dəfə Usub Məliyə müraciət edir:

-Usub Məlik,bəlkə sənin deməyə bir sözün var?!

Usub Məlik ayağa qalxır, gözlərini yerə dikərək bir kəlmə belə söyləmir.

Xan üzünü Yeganə Məliyə tərəf çevirir:

Yeganə Məlik ayağa qalxır:

-Üç gün öncə Allahqulu Məliklə Usub Məlik yanıma gəldilər və Qızılaya-ğın Dərbənddə olduğunu,ermənilərin baş keşişi Mirzə Yusiflə görüşdüyünü,İrə-

van, Naxçıvan və Qarabağ xanlıqlarının əraziləri hesabına Ermənistan dövlətinin yaradılması barədə razılığa gəldiklərini söylədilər.Bildirdilər ki,Mirzə Yusif bütün erməni məliklərinə xəbər yollayıb ki,ülya-həzrətin adına məktublar yazın və ondan erməni dövləti yaratmasını xahiş edin,bəs,mən artıq Qızılayağı yola gətirmişəm. Özləri ilə bir məktub da gətirmişdilər.Təklif etdilər ki,ona imza atım.Mən də onları şübhələndirməmək üçün məktuba imza atdım,amma elə həmin gün də Şahnəzər Məliyə və Mirzə Əliməmməd ağaya xəbər göndərdim ki, sizə çatdırsınlar.

Xan Yeganə Məliyə deyir:

-Sən otura bilərsən.

***

İbrahimxəlil xanın bu xatirədən halı pis olur.O,başını yuxarı qaldırıb göyə



baxır.

***


Ekranda göy canlanır.Göy öncə yavaş-yavaş,sonra isə sürətlə fırlanmağa başlayır.

***


İbrahimxəlil xan yerə yıxılır və ekran qranlıqlaşır.

***


Yavaş-yavaş işıqlanan ekranda yuxarıdan aşağı baxan Mirzə Əliməmməd, Vaqif və Kələntər Ağası bəyin başları canlanır.Onların başları üzərində göy görü-

nür.


***

Mirzə Əliməmmədlə Vaqif xanın qollarına girib,onu ayağa qaldırırlar.Kə-

Ləntər Ağası bəy onlara yardım edir.Xanı hovuzun yanına gətirib,onun kənarında

otuzdururlar. İbrahimxəlil xan əlini hovuza salıb bir ovuc su götürüb üzünə sürtür:

-Üzünü hara çevirirsən,elə xəyanətlə üzləşirsən,kimə etibar etmək lazım ol-

duğunu belə bilmirsən!

Vaqif:

-Sakit olun,sizə həyacanlanmaq olmaz.



Xan:

-Narahat olmayın,mənim sədaqətli dostlarım.Bu dünyada ümid etdiyim,bü-

tünlüklə inandığım adamlar yalnız sizsiniz.

***


Ekranda yazılır: “1796-cı il, oktyabr.Salyan şəhəri.”

***


Salyan şəhərinin küçələrindən biri.Küçə ilə 8-10 atlı rus əsgəri,onların əha-təsində qara rəngli keşiş geyimində Mirzə Yusif və bir nəfər mülki geyimli bir er-məni at belində hərkət edirlər.Onların ardınca yüzə qədər uşaq gedir.Uşaqların səs-

küyü aləmi götürüb.Uşaqların arasından “Bu urusların nə gülməli paltarları var,lap

xoruza oxşayırlar.”,“Hələ o qara paltarlıya baxın,əzrailə oxşayır.”,“Əzrailə yox e,

iblisə.” kimi sözlər eşidilir.Sonra isə uşaqlar xorla oxuyurlar:

-Urus,urus,ay xoruz,

Başına dəysin toppuz.

Atlılar sürətlərini artırıb,uzaqlaşırlar.Uşaqlar isə onları fitə basırlar.

***


Uca hasarlı,ikimərtəbəli daş ev.Atlılar evə yaxınlaşırlar.Darvazanın qapıla-rı taybatay açılır.

***


Yoldan keçən çadralı bir qadın ruslara tərəf nifrətlə baxaraq əllərini ikisini də onlara tərəf uzadaraq ucadan deyir:

-Kül qoyum elə sizin başınıza!Qadam sizin ağzınıza!

***

Atlılar bir-bir darvazadan içəri keçirlər.Kadr arxasından arvadın səsi eşidi-lir:



-Görüm sizi parça-tikə olasınız,kafir köpək uşaqları.Allah sizin kökünüzü kəssin.

***


Həyətin içi.İçəri daxil olan rus əsgərləri atlarından enib,iplərini mıxa bağ-layırlar.Əsgərlərdən ikisi ermənilərin də atını çəkir.Kadr arxasından qarğışlar yağ-dıran arvadın səsi gəlməkdə davam edir:

-Cəhənnəmin qara cuxurunda yanasınız, sizi elə!Başınıza daş düşsün!Gö-rüm sizi gorbagor olasınız!...

Ruslardan biri keşişdən rus dilində soruşur:

-O çyom eta staruşka vorçit?

Kadr arxasından diktorun səsi:

-Bu qarı nə barədə və niyə deyinir?

Mirzə Yusif:

-Karkayet na nas suçka.

Diktor:

-Qancıq bizə qarğış yağdırır.

***

Evin eyvanı.Eyvana qalxan pilləkanların yanında bellərindən qılınc asılan və çiyinlərində tüfəng olan iki rus əsgəri durub.Eyvanda general Zubov və onun yavəri peyda olurlar.General ələrini russayağı yuxarı qaldıraraq:



-O,doroqoy moy Mirza Yusup,skolko let,skolko zim!

Diktor:


-Əzizim Mirzə Yusif,gör nə vaxtdır,görüşmürük.

Keşiş pilləkanlərı qalxa-qalxa:

-Naverno uj,vek proşyol.

Diktor:


-Bir əsr olar,yəqin.

O biri erməni də Mirzə Yusifin ardınca yuxarı qalxır.Zubov keşişlə

qucaqlaşaraq:

-Dobro pojalovat v moyo skromnoye pristsnişe!

Diktor:

-Mənim kasıb komama xoş gəlmisiniz!

Mirzə Yusif:

-Spasibo,vaşe blaqorodiye!

Diktor:

-Çox sağ olun,əlahəzrət!

Keşiş generalın yavəri ilə də əl verib görüşür.İkinci erməni isə generalın uzanan əlini iki əli ilə sıxıb,ona təzim edir və azərbaycanca deyir:

-Əssəlamu əleyküm!

Zubov təəccüblə Mirzə Yusifdən soruşur:

-Ne ponyal,on çto,musulmanin?

Diktor:

-Anlamadım,məgər o müsəlmandır?

Mirzə Yusif:

-Da net je,çto vı takoye qovorite?Prosto on ne znayet vaşeqo yazıka i po etomu reşil poprivetstvovat vas po tatarski.

Diktor:

-Yox,yox,əsla!Sadəcə o,dilinizi bilmədiyi üçün sizi türkcə salamlamağı la-

zım bildi.

Zubov əli ilə evin açıq qapısını göstərərək:

-Proşu vas!

Diktor:


-Rica edirəm,buyurun.

***


Ohanın evi.Ohanla Mirzə Əliməmməd qarşı-qarşıya oturub söhbət edirlər.

Mirzə Əliməmməd:

-Mən səndən nə soruşuram,sən nə deyirsən?Məgər,yenidən bir neçə gün-lüyünə keşiş paltarını əyninə keçirsən,boynuna xaç taxsan, dönüb yenidən xaçpə-rəstmi olacaqsan?

Ohan:


-Mən bir daha o iblis geyimini geymək istəmirəm,hətta sənin xətrinə gey-miş olsam belə,camaatın arasına çıxa bilmərəm, görənlər nə deyər.

Mirzə Əliməmməd:

-Mən demirəm ki,onu burada geyin.Onu Şirvanda geyinəcəksən və bu qi-

yafədə uruslarla görüşüb,bir- iki sual verəcəksən.Allaha şükür dillərini də azmaz bilirsən. Şirvanda kimdir səni tanıyan?

-Yaxşı,sən deyən olsun,nə zaman yola çıxırıq?

Mirzə Əliməmməd:

-Sabah sübh tezdən.Amma sualıma cavab vermədin.Lazımi geyimləri tapa

bilərsənmi?

Ohan:

-Düzələr.Sənin üçün də dediyin xaçı taparam.



Mirzə Əliməmməd ayağa qalxır:

-Yaxşı, sən hazırlaş,sübh tezdən dalınca gələcəyəm.

Ohan da ayağa qalxır:

-Narahat olma.

Mirzə Əliməmməd əlini Ohana uzadır:

-Di,salamat qal.

Ohan onunu əlini sıxaraq:

-Gülə-gülə.

***

General Zubovun Salyandakı iqamətgahı.Zubov,Mirzə Yusuf,o biri ermə-



ni və yavər böyük masa arxasında oturmuşlar.Yavərin qarşısında bir qalaq ağ ka-ğız,içərisində lələk olan mürəkkəbqabı,mürəkkəbqurudan var.General soruşur:

-Ya ves vo vnimanii,sluşayu vas.S çem pojalovali?

Diktor:

-Buyurun,sizi diqqətlə dinləyirəm.

Mirzə Yusif:

-Moy qost iz Karabaxa.Nedelyu nazad on priyexal v Derbent s vajnım pis-mom ot beka karabaxskix armyan Melik-Şaxnazarova.No ne zastal tam vas.İ mı re-

şili vmeste priyexat syuda.

Diktor:


-Qonağım Qarabağdandır.Bir həftə öncə Qarabağ ermənilərinin bəyi Şah-nəzər Məlikdən çox vacib məktubla Dərbəndə gəlmişdi.Sizin orada olmadığınızı öyrənib,mənə müraciət etdi və biz birlikdə buraya gəlməyə qərar verdik.

Zubov:


-Vı prinyali pravilnoye reşeniye.A kak zovut qostya?

Diktor:


-Doğru qərar qəbul etmisiniz.Qonağımızın adı nədir?

Mirzə Yusif:

-Odjakkuli.

Diktor:


-Ocaqqulu.

Zubov:


-Da eto je tatarskoye imya,tak je kak tvoya.Udivitelnoye vı vsyo taki plemya-armyane.

Diktor:


-Axı,bu da eynən səninki kimi türk adıdır.Siz ermənilər çox qəribə tay-fasınız.

Yavər:


-Vaşe blaqorodiye,u nix ne tolko imena,no i muzıka,i kuxnya,i pesni,i tan-

tsı, i vsyo ostalnoye tatarskoye.

Diktor:

-Əlahəzrət,onların təkcə adları deyil,musiqiləri də,rəqsləri də,nəğmələri də,mətbəxləri də türk mənşəlidir.

Zubov:

-Ne budem vdovatsya v etnoqrafiçeskiye podrobnosti armyan,a perey-dyom k delu.Qde je pismo,o kotorom vı qovorili?



Diktor:

-Gəlin,ermənilərin etnoqrafik özəlliklərini bir kənara qoyub,əsas məsələ-yə keçək.Dediyiniz məktub hanı?

Mirzə Yusif çaşqın halda ora-bura baxır və üzünü Ocaqquluya tutub hə-yacanla,Azərbaycan türkcəsində soruşur:

-Bəs,məktub hanı?

Ocaqqulu əlləri ilə başına vurub,ayağa qalxır,“Yadımdan çıxıb,xurcunda qalıb.” -deyərək,üzr istəmədən və icazə almadan otaqdan çıxır.Erməninin bu mədə-

niyyətsizliyi generalla yavərini öncə sual dolu nəzərlərlə bir-birinə,sonra isə Mirzə Yusifə baxmağa məcbur edir..Keşiş qıpqırmızı kəsilib,gözlərini yerə dikir.General yavərinə deyir:

-Oni i razqovarivayut mejdu soboy po tatarski.A povedeniye ix,kak raz

taki ne tatarskoye,a çisto armyanskoye.

Diktor:

-Qəribədir,onlar bir-biri ilə türkcə danışdılar.Xasiyyətlərində isə türkə xas heç nə yoxdur və bu məsələdə türklərdən fərqlənirlər.

***

Şuşanın Gəncə qapılarının çöldən görünüşü.Hava qaranlıqdır.Qapılar cırıltı ilə açılır və iki atlı şəhəri tərk edir.



***

Artıq günəş yarıya qədər doğmuşdur və üfüqdə düz yarısı görünməkdədir.

Onun fonunda hərəkət edən iki atlının qara silueti gözə dəyir.

***


Hava işıqlanmışdır.Mirzə Əliməmmədlə Ohan geniş düzənlikdə sürətlə çapa-çapa gedirlər.

***


Atlılar çapmaqda davam edirlər. Arxada üstü sıx meşə ilə örtülü uca dağ görünür.Mirzə Əliməmmədlə Ohan bir çaya çatıb atlarını əyləyirlər və atdan enir-lər.Atların yəhərlərinə arxadan bərkidilmiş tüfənglər diqqət çəkir.Mirzə Əliməm-məd atının yüyənindən çəkərək çaya tərəf gedir və deyir:

-Atlarımızı sulayaq,özümüz də bir-iki tikə çörək yeyək.

Ohan soruşur:

-Bu hansı çaydır?

Mirzə Əliməmməd:

-Türyançaydır. Artıq Şirvan torpaqlarına çatmışıq.

Ohan:

- Fitdağa çoxmu qalıb?



Mirzə Əliməmməd:

-Vallah,dəqiq bilmirəm,amma çox qaldığını da zənn etmirəm.

***

Mirzə Əliməmmədlə Ohan bir ağacın altında süfrə sərib,qızardılmış toyuq



və çörək yeyirlər.Yanlarında iki xurcun,süfrənin üstündə isə bir qədər toyuq,çörək

və içi su ilə dolu tuluq var.

Ohan:

-Yaxşı,bu Mustafa xan Fitdağda çoxmu qalacaq?Qışda,bəs,nə edəcək?



Mirzə Əliməmməd gülərək:

-Elə soruşursan,sanki,mən falçıyam.İnşallah Mustafa xanla görüşəndə özündən soruşarsan.Axı,mən haradan bilə bilərəm ki,nə qədər qalacaq,qışda nə edəcək!

Ohan:

-Görüşdə mən də iştirak edəcəyəm?



Mirzə Əliməmməd Ohana baxıb,narazı halda başını yelləyir və heç nə de-mir.Ohan isə növbəti sualını verir:

-Deməli,mənə tam etibar edirsən?(Həmsöhbətinin susduğunu görüb,sözü-

nə davam edir.)Buna görə sənə təşəkkür edirəm.Amma qulağına sırğa elə, ağıllı

adam erməniyə etibar etməz.

Mirzə Əliməmməd özünü saxlaya bilməyib,qəhqəhə çəkir.Ohan da ona qo-

şulur.


***

Kür qırağı.Ətrafda oyan-bu yana vurnuxan rus əsgərləri görünür.Kadr ar-xasından hürən it səsləri,ardınça açılan güllə səsi eşidilir.

***

Ov itləri hürə-hürə qamışlığa tərəf qaçır.Qamışlıqdan iki ordək pərvazlanır.



***

General Zubov əlindəki tüfənglə ördəkləri nişan alır.Yanında durmuş Mirzə Yusif ördəklərin ardınca baxır.

***

Göydə iki ördək uçur.Atəş səsi eşidilir.Ördəklərdən biri yerə düşür.İkinci



atəş səsindən sonra ikinci ördək də eyni aqibətlə üzləşir.

***


Zubov əlindəki tüstülənən tüfəngi kənardan kadra girən əsgərə verir və Mirzə Yusifin əlindən çəkir.Onlar qamışlığın yanında gəzişməyə başlayırlar.Gene-ral deyir:

-I ot udinov seqodnya utrom prişlo pismo,qde oni izvolyayut jelaniye stat poddannami yeyo veliçestva imperatritsı Rossiyskoy i prosyat sozdaniya v etix krayax Albabskoqo qosudarstva.Ya napişu pismo yeyo veliçestvu i izloju sut vaşey

prosbı i prosbı Karabaxskix armyan.Uveren v tom çto imperatritsa s ponimaniyem vosprimet vaşu prosbu ob utverjdenii Armyanskoqo qosudarstva na territoriyax Erivanskoqo ,Karabaxskoqo i Naxiçevanskoqo xanstv.

Diktor:


-Bu gün səhər udunlərdən də məktub alnışam,onlar da ülya-həzrət rus im-peratriçasının təbəəsi olmağı arzu etdiklərini ərz edir və bölgədə rus himayəsində Alban dövlətinin qurulmasını rica edirlər.Sizin və Qarabağ ermənilərinin dedikləri-nizi ülya-həzrətə eynən yazacağam.Əminəm ki, İrəvan,Qarabağ və Naxçıvan xan-lıqları ərazisində erməni dövlətinin yaradılması barədəki xahişinizi anlayışla qar-şılayacaq.

Mirzə Yusif:

-Ne naxoju slov,çtobı vırazit vam svoyu iskrenniyu blaqodarnost.

Diktor:


-Səmimi təşəkkürlərimi ifadə etmək üçün söz tapa bilmirəm.

Zubov:


-Ne stoit blaqodarnosti,ved mı je s vami yestestvennıe soyuzniki.Vot çto

ya vam skaju.Otpravlyaytes vı seqodnya je v Derbent i jdite ot menya vestey.Tam

dlya vas budet bezopasno.A qost vaş pust vernetsya obratno v Karabax i peredast ot menya bolşoy privet qospodinu Melik-Şaxnazarovu.

Diktor:


-Dəyməz,axı,biz sizinlə təbii müttəfiqlərik.Sizə deyəcəyim isə budur,elə bu gün Dərbəndə gedin və məndən xəbər gözləyin.Orada sizin üçün daha təhlükə-sizdir.Qonağınız isə,qoy,Qarabağa qayıtsın və məndən Şahnəzər Məliyə salam çat-dırsın.

***


Mirzə Əliməmmədlə Ohan at belində dağ yamacı ilə üzü yuxarı qalxırlar.

onların yolu tədricən çətinləşir və sıldırım qayalar arasından keçən dar cığıra çevri-lir.Kadr arxasından səs eşidilər:

-Dur,kimsən!
Mizə Əliməmmədlə Ohan başlarını qaldırıb,səs gələn tərəfə baxırlar.Yu-xarıda dord nəfərin tüfənglərini onlara tərəf tuşladıqlarını görürlər.Mirzə Əliməm-məd deyir:

-Biz uzaqdan gəlmişik,xəstəmiz var.Loğman ona qartal yumurtası məslə-

hət görüb.Gəlmişik qartal yumurtası tapaq.

Yaraqlılardan biri soruşur:

-Ağ qartal,yoxsa qara qartal?

Mirzə Əliməmməd:

-Yaralı qartal.

Yaraqlı:


-Bu dağlarda yaralı qartalın olduğunu sizə kim dedi?

Mirzə Əliməmməd:

-Qara qartal.

Yaraqlı:


-Xoş gəlmisiniz!Yaralı qartal çoxdan sizi gözləyir.Dünən gələcəyinizi dü-

şünürdük.

Mirzə Əliməmmədlə Ohan yollarına davam edirlər.

***


Dağın hündür yerində düzənlik bir yer.Mirzə Əliməmmədlə Ohan atlarını yaraqlının ardınca sürürlər.Ohan yoldaşına deyir:

-Sən yumurtadan danışmağa başlayanda ürəyimdə fikirləşdim ki,ölümdən qorxmayacaq qədər cəsur və igid adam olan Mirzə Əliməmməd ağa o qədər qorx-du ki,sayıqlamağa başladı?Söhbət ağ,qara və yaralı qartala çatanda başa düşdüm ki, burada bir sirr,bir hikmət var.Qardaş deyəndə ki,xoş gəlmisiniz,yaralı qartal sizi gözləyir,anladım ki,rəmzlərin dili ilə danışırsınız.

***

Atlılar gəlib çox sayda çadırın və əsgərin olduğu bir yerə çatırlar,çadırla-rın arasından keçib,xan çadırının qarşısımda dururlar.Çadırın dörd bir yanını bürü-müş silahlı keşikçilərdən ikisi qonaqların atlarının yüyənlərini tuturlar.Yaraqlı,Mir-zə Əliməmməd və Ohan atlarından enirlər.Əsgərlər atları çəkib aparırlar.Yaraqlı



çadıra girib,bir-iki saniyə sonra çölə çıxır və Mirzə Əliməmmədə deyir:
-Ağa,siz işəri keçin!

Mirzə Əliməmməd çadıra daxil olur.

Yaraqlı Ohana müraciətlə:

-Sən isə ardımca gəl!

***

Mustafa xanın çadırının içi.Xan və vəziri çadırın ortasında durublar.İçəri



daxil olan Mirzə Əliməmməd xana təzim edir və deyir:

-Əssəlamu əleyküm!

Xan cavab verir:

-Və Əleykəsalam!Xoş gəlmisən,ay Mirzə!

Vəzir də öz növbəsində:

-Xoş gəlmisiniz!

Mirzə Əliməmməd:

-Xoş gününüz olsun!

Xan əyləşərək qonağa da əyləşməyi təklif edir:

-Buyur,əyləş!

Xan və Mirzə Əliməmməd üzbəüz otururlar.Vəzir də xanın sağ tərəfində

oturur.Mirzə Əliməmməd deyir:

-Yola çıxarkən İbrahimxəlil xan əmr etdi ki,onun salamlarını və sonsuz

ehtiramını sizə çatdırım və deyim ki,Şirvan xanı və şirvanlılar həmişə İbrahimxəlil xanın və qarabağlıların kömək və yardımına arxalana bilərlər.

Mustafa xan:

-Biz həmişə İbrahimxəlil xanı özümüzə böyük saymışıq və çətin anımızda bizdən kömək və yardımını əsirgəməyəcəyinə bircə gün olsun belə,şübhə etməmi-şik.Amma başımızın üstünü alan bu dəfəki fəlakət,deyəsən,əvvəlkilərin heç birinə

bənzəmir.Vəziyyət çox ağırdır.O qədər ağırdır ki,yaşımın bu vaxtında dağlara çə-kilməyə,qayaları özümə sipər etməyə məcbur olmuşam.Yəqin ki,eşitmisiniz,xain-lər xəyanət nəticəsində uruslar öncə Dərbənd qalasını,sonra isə Şamaxını aldılar.

Yalnız Hüseynqulu xan Bakının müdafiəsini vaxtında təşkil edə bildi və bakılılar

Qızılayağın kafir qoşunlarını şəhərə buraxmadılar və bu gün də aslan kimi döyü-şürlər.Qızılayağın özü indi Salyandadır.İstədiyi isə odur ki,öncə İrəvan,Naxçıvan

və Qarabağ xanlıqlarını ləğv edib,yerlərində erməni dövləti qursunlar,sonra isə

O biri Azərbaycan xanlıqlarını da aradan aparıb,ermənilərə təslim etsinlər.Mənim burada oturmama baxma,xəfiyyələrim Şirvanın hər yerində işləyirlə və hər gün

hər tərəfdə baş verənlər barədə xəbər tuturam. Üç gün öncə o Mirzə Yusif deyilən it küçüyü Qarabağdan gəlmiş başqa bir erməni ilə urus əsgərlərinin müşayiəti ilə

Şamaxıdan keçib Salyana gedib.Bu günlərdə geri,Dərbəndə dönməlidir.İstəyirəm

bir təhər Qarabağdan gələni geri dönərkən ələ keçirib,Qızılayaqla söhbətlərinin məzmununu və kim tərəfindən göndərildiyini öyrənim.

Mirzə Əliməmməd:

-Deyirsiniz ki,hər yerdə adamlarınız var,urusların içinə necə,nüfuz edə bil-misinizmi?

Xan:

-Bunu hələ ki bacara bilməmişik.Amma adamlarımız işləyir.



Mirzə Əliməmməd:

-Bura gəlməkdə əsas məqsədim bircə günlüyə də olsa,urusların içlərinə girib,onların ağzından məlumat toplamaqdır.Mənə içəri girməyə sadəcə iynə deşi-

yi boyda kiçik bir deşiyə ehtiyacım var.

Xan:


-Bilmirəm,nəyi necə etməyi düşünürsən,amma sənə kömək edə bilərəm.

Şamaxıda bir falçı qarı var.Ağzı bütöv adamdır.Uruslar onu tez-tez yanlarına fala

baxdırmağa aparırlar.Onunla təmas qurman lazımdır.Bunu elə günü sabah təşkil edərik.

Mirzə Əliməmməd:

-Sizə sonsuz minnətdar olaram.

***


Falçı qarının yarıqaranlıq koması.Keşiş qiyafəsində olan Ohan və Mirzə Əliməmməd falçı qarını önündə oturublar.Ortada şam yanır.Şamın işığı altında

Mirzə Əliməmmədin boynundan asdığı kiçik qızıl xaç bərq vurur.Qarı deyir:

-Uruslar indilərdə gəlməlidirlər.Bilmirəm,fala inanırsınız, ya yox,düşün-

düyünüzü edəcəksiniz.Sonda çox böyük çətinlik və təhlükə ilə üzləşməli olacaq-sınız və biriniz digərinin həyatını xilas edəcək.

Ohan üzünü Mirzə Əliməmmədə tərəf çevirir.

-Yenə də həyatımı xilas etməli olacaqsan,eşitdinmi?

Qarı:

-Nəyin necə olacağını yalnız Allah bilir,insanlar gələcəyi bilsəydilər,onu dəyişməyə qalxışardılar,onda da dünyanın nizamı alt-üst olardı. (Bu an qapı döyü-lür.)Buyurun.



Içəri iki rus hərbiçisi girir.Onlardan biri podporuçik,digəri leytenant rütbə-

sindədirlər.

Podporuçik:

-Salam.


Leytenant:

-Zdraviya jelayu.

Qarı “Əleykəssalam”-deyib əliylə onlara Mirzə Əliməmmədlə Ohanın ya-nında oturmağa yer göstərir.Ruslar onlara təklif olunan yerdə əyləşirlər.Podporuçik

qarıdan soruşur:

-Deyəsən,qonaqların var və deyəsən,ermənidirlər?

Qarı:


-Bəli qonaqlarımdırlar və ermənidirlər.İrəvan xanlığından gəliblər.

Podporuçik leytenanta arvadın dediklərini tərcümə edir:

-Oni armyane.Priyexali iz Erivanskoqo xanstva.

Leytenant:

-O!Skaji im,çto ya rad videt bratyev po vere i budu besperedelno rad prin-yat ix u sebya.

Podporuçik üzünü Ohan keşişə tutur:

-Cənab leytenant sizi salamlayır və onun qonağı olmağınızı rica edir.

Ohan:


-Bizim təşəkkürlərimizi o cənaba çatdırın və deyin ki,dəvətini böyük məmnuniyyətlə qəbul edirik.

Podporuçik yenə də tərcümə edir:

-Oni pobloqodarili i prinyali priqlaşeniye.

Falçı qarı:

-Söhbətinizi sonra edərsiniz,mənim sizdən başqa da müştərilərim var.

***


Mirzə Yusif və Ocaqqulu iyirmiyə yaxın rus əsgərinin müşayiəti ilə at be-lində təpəlik bir yerlə irəliləyirlər.Mirzə Yusif yoldaşına deyir:

-Artıq çatırıq.İki aşırım da aşdıqdan sonra Şamaxıdayıq.Bir gecə orada isti-rahət etdikdən sonra ayrılırıq.Son dərəcə ehtiyatlı olman lazımdır.Çox böyük bir iş başlamışıq və onu sona çatdırmalıyıq.Belə getsə,bir-iki ilə bizim də öz dövlətimiz olacaq.

Ocaqqulu:

-Şahnəzər Məliyin bu xəbərdən nə qədər çox sevinəcəyini təsəvvür etmək

belə çətindir.Bilsəniz indi necə Qarabağda olmaq istərdim.

Mirzə Yusif:

-Darıxma,inşallah üç-dörd gün sonra Qarabağa yetişərsən.

Ocaqqulu:

-Bəs,Ağa Məhəmməd şah Qacar barədə nə düşünürsünüz?

Mirzə Yusif:

-Urus qardaşlarımızla bu məsələni də uzun-uzadı müzakirə etdik.Onlara

bölgəyə daha çox əsgər gətirməyin vacibliyini anlatmağa çalışdım.Başa saldım ki,

indi erməniləri ən çox narahat edən və qorxudan məhz xacənin yenidən bu tərəflə-rə gələ bilmə ehtimalıdır.

Ocaqqulu:

-Siz məni düz anlamadınız.Bu sualı verməkdə məqsədim başqa idi.Xacə

rusları da çox narahat edir.Amma Şahnəzər Məliyi narahat edən məsələ başqadır.

O qorxur ki,uruslar xacəyə qarşı İbrahimxəlil xanı dəstəkləmək yolunu tuta bilər-lər.Və onda bizim arzularımız elə arzu olaraq qalar.Nə demək istədiyimi başa sala bildimmi?

Mirzə Yusif:

-Bax,bu barədə heç düşünməmişdim.Buna heç cür yol vermək olmaz.

Ocaqqulu:

-Əgər İbrahimxəlil xan uruslarla dil tapa bisə,daha doğrusu onlara əl uzat-sa,uruslar,təbii ki,müvəqqəti də olsa,bizə yox,ona üstünlük verəcək.

***


Şamaxı.Rus qarnizonunun qərarlaşdığı qala.Mirzə Əliməmmədlə Ohan

qalanın qapılarından çıxırlar.Ohan keşiş qiyafəsindədir.Mirzə Əliməmmədin isə

boynundan xaç asılıb.Podporuçik onları yola salır.O deyir:

-Sizə yaxşı yol,bizim salamlarımızı İrəvan ermənilərinə çatdırmağı unut-

mayın!

Mirzə Əliməmməd:



-Sağlıqla qalın!

Ohan:


-Xudahafiz!

Mirzə Əliməmməd bəylə Ohan qaladan ayrılar-ayrılmaz sol tərəfdə pey-

da olan atlılar diqqətlərini çəkir.

***


Mirzə Yusiflə Ocaqqulu rus əsgərlərinin müşayiəti ilə qalaya yaxınlaşır-lar.Birdən Ocaqqulu qaladan uzaqlaşmaqda olan Ohanla Mirzə Əliməmmədi görür və dərhal Mirzə Yusifə səslənir:

-Ora baxın!Bu iki nəfər İbtahimxəlil xanın adamlarıdır!Biri Qarabağ xa-nının xəfiyyəbaşısı,digəri isə erməniləri türklərə satan Ohandır!

***

Ohan da Ocaqqulunu görüb tanıyır və üzünü Mirzə Əliməmmədə tutaraq:



-Qardaş,bizi tanıdılar,dabana tüpürmək lazımdır.

Mirzə Əliməmmədlə Ohan atlarını qamçılayıb,hadisə yerindən sürətlə uzaqlaşırlar.

***

Düzənlik bir yer.Mirzə Əliməmməd ağa və Ohan atlarını var qüvvələri ilə



çapırlar.Bir müddət sonra eyni məkanda onları təqib edən rus atlıları görünürlər.

***


Mirzə Əliməmmədlə Ohan bir çaya yetişib,onu keçirlər.Bir müddət sonra təqibçilər də eyni çayı keçirlər.

***


Təqibdən qaçanlardaşlı-qayalı bir dağ yamacına yetişib atdan enirlər.Mir-zə Əliməmməd atların yəhərlərinə bərkidilmiş iki tüfəngi və xurcunlardakı dörd tapança ilə barıt və patronu daşların arxasına qoyub Ohana əmr edir:

-Atları qayanın arxasında rahatla və tez bura gəl!

Ohan atların yüyənlərindən çəkə-çəkə aparır.

***


Bu an ruslar peyda olurlar.Peyda olmaqları ilə də qayalıqlara tüfənglərdən

atəş açmaları bir olur.Mirzə Əliməmməd tüfənglərdən birini götürüb atır.Ruslardan biri yerə sərilir.Onun ikinci tüfəngdən açdığı atəş də hədəfinə dəyir və başından ya-ralanan daha bir rus əsgəri bir daha qalxmayacaq bir halda yıxılır.

***

Qayanın arxasından sıyrılıb Mirzə Əliməmmədin yanına gəlməyə çalışan və silahsız olan Ohanın bu cəhdləri heç bir nəticə vermir.Rusların yağdırdığı güllə-lər ona bunu etməyə imkan vermir.



***

Mirzə Əliməmməd tapançaların öncə birindən,sonra ikincisindən atəş açır və daha iki əsgəri məhv edir.Üçüncü və dördüncü tapançalardan açılan atəşlər də hədəfinə dəyir.Mirzə Əliməmməd Tüfənglərdən birini doldurmağa çalışır.Onun silahlarının boş olduğunu başa düşən,özlərinin də silahları boş olan ruslar(14 nəfər)

qılınclarını sıyırıb,daşların arası ilə Mirzə Əliməmməd tərəfə hücuma keçirlər.Tü-fəngi doldurmağa macal tapmayacağını anlayan Mirzə Əliməmməd də qılıncın çəkib daşlardan birindən digərinə sıçraya- sıçraya müdafiə olunmağa başlayır.Elə ilk zərbələri ilə iki əsgəri zərərsizləşdirir.Fəqət sol əlindən yüngülcə yaralanır və

qolundan qan axmağa başlayır.

***

Ohan döyüşün cərəyan etdiyi sahənin yuxarı,əlçatmaz hissəsində mövqe tutaraq əlinə götürdüyü daş parçasını arxadan Mirzə Əliməmmədə zərbə vurmağa



çalışan rusun başına atır və onu zərərsizləşdirir.Dərhal ikinci daşı götürür.

***


Mirzə Əliməmməd səkkiz əsgərin əhatəsində qılınc yelləyir.Üç rus isə ha-

disə yerindən ayrılaraq Ohanın olduğu yerə aparan cığıra üz tuturlar.Mirzə Əli-məmməd daha iki əsgəri öldürür.Daha bir əsgər Ohanın başına saldığı daşla məhv edilir.Mirzə Əliməmməd bu dəfə sol çiynindən də yara alır və daha çox qan itirmə-yə başlayır.İndi onun qarşısında beş əsgər var.

***

Ohanın olduğu yerə dırmaşan əsgərlər onu orada tapa bilmirlər.



***

Ohan Mirzə Əliməmmədin tüfəng və tapançaları atdığı yerdədir və silah-ları doldurmaqla məşğuldur.

***

Mirzə Əliməmmədin qarşısında sadəcə üç rus qalıb.O artıq sol və sağ bö-yürlərindən də yara alıb.Başından da qan axır.Daha bir əsgəri zərərsizləşdirir.Yu-xarı qalxmış üç əsgərin enməsi ilə onların sayı beş olur və yeni gələnlərdən birinin zərbəsi Mirzə Əliməmmədin sinəsində daha bir kəsiyin yaranmasına səbəb olur.Bu



an atəş səsi eşidilir.Ruslardan daha biri həyatı ilə vidalaşır.

***


Ohan atəş açdığı tüfəngi atıb o birisin götürür və növbəti atəşlə daha bir rusu yerə.sərir.O birilər güllələrdən qorunmaq üçün daşların arxasına gizlənirlər.

***


Çoxlu qan itirən və müvazinətini itirməmək üçün ucunu yerə dirədiyi qılın-cından tutaraq ayaqda duran Mirzə Əliməmməd yerə çökür.Kadra hər iki əlində ta-

pança tutan,iki tapança da belində olan Ohan daxil olur.O rusların gizləndiyi qaya-ya yaxınlaşır.əsgərlər vəziyyətin çıxılmaz olduğunu görüb silahlarını yerə atıb diz çökürlər.Onlardan biri deyir:

-Poşşadi nas,otets!

Diktor:


-Bizə rəhm et,ata!

Ohan onu düz alnının ortasından vurur.Ardınca digər tapançalardan açdığı atəşlərlə o biri iki nəfəri də cəhənnəmə göndərir.Sonra isə cəld artıq huşunu itirmiş Mirzə Əliməmmədin yanına gəlir.Onun paltarlarını cırmağa başlayır.Eyni şeyi öz əbası ilə də edir və yoldaşının yaralarını sarımağa başlayır.Bütün bu proses zamanı bir neçə dəfə “Can,can!”-deyir.

Sinəsi sarınarkən duyduğu ağrıdan qısa müddətə özünə gələn və yüngülcə zarıyan Mirzə Əliməmməd Ohana müraciət edir:

-Ohan,məndən artıq adam olmaz.Boş ver məni.Təcili Qarabağa gedib,gö-rüb, eşitdiklərimizi xana xəbər vermək lazımdır.

Ohan:

-Danışma,sənə danışmaq olmaz.Xan qaçmır,amma yaralarını sarımasam sən qaça bilərsən.Yaralarının heç biri dərin deyil.



O,Mirzə Əliməmmədin yenidən huşunu itirdiyin görüb, tez ayağa qalxır və onu qolları üstünə alıb atlar olan tərəfə getməyə başlayır.

***


Fitdağ.Mustafa xınım düşərgəsi.Çox sayda çadır görünür.Şamaxı xanının vəziri çadırların arası ilə gedir.Arabir ora-bura vurnuxan əsgərlər gözə dəyir.Vəzir çadırlardan birinə girir.

***


Çadırın içi.Mirzə Əliməmməd başı,sinəsi və qolları sarıqlı vəziyyətdə yorğan-döşəkdə hərəkətsiz uzanıb.Ohan onun başının üstündə oturub.Vəzir içəri girir,Ohan dərhal ayağa qalxır.

Vəzir:


-Sabahın xeyir!

Ohan:


-Aqibətiniz xeyir!

Vəzir:


-Necədir,bir irəliləyiş varmı?

Ohan:


-Səhər loğman gəlib,bir də müayinə etdi,dedi ki,nəfəsi yaxşılaşıb,qızdır-ması keçib,bunlar isə yaxşı əlamətdir.Amma ikinci gündür ki,huşu başına qayıt-mır.Ürəyim narahatdır.

Vəzir:


-Təbiidir də.Çox qan itirib.Amma,maşallah,möhkəm adamdır.Başqası ol-saydı,çoxdan canını tapşırmışdı.Hə,az qalmışdı unudum,söylədiklərinin hamısını xan mirzəyə yazdırıb,qasidlə göndərdi İbrahimxəlil xana.

Ohan:


-Allah sizdən razı olsun!

Vəzir əli ilə dostcasına Ohanın çiynini döyəcləyib çölə çıxır.Ohansa gə-lib,yenidən Əliməmmədin başının üstündə oturur və deyir:

-Eh,Mirzə,indi sən məni eşitmirsən,mənim isə sənə o qədər deməli sö-züm var ki...Görürsən,falçının sözü necə düz çıxdı?!

Ohan fikrə gedir.Falçı ilə olan görüş yenidən gözləri önündə canlanır.

***

ERİZODUN TƏKRARI



Falçı qarının yarıqaranlıq koması.Keşiş qiyafəsində olan Ohan və Mirzə Əliməmməd falçı qarını önündə oturublar.Ortada şam yanır.Şamın işığı altında

Mirzə Əliməmmədin boynundan asdığı kiçik qızıl xaç bərq vurur.Qarı deyir:

-Uruslar indilərdə gəlməlidirlər.Bilmirəm,fala inanırsınız, ya yox,düşün-

düyünüzü edəcəksiniz.Sonda çox böyük çətinlik və təhlükə ilə üzləşməli olacaq-sınız və biriniz digərinin həyatını xilas edəcək.

Ohan üzünü Mirzə Əliməmmədə tərəf çevirir.

-Yenə də həyatımı xilas etməli olacaqsan,eşitdinmi?

***

Ohan Mirzə Əliməmmədin bənizi qaçmış,donuq üzünə baxır:



-Əksinə oldu,Mirzə!Sən demə,mən də nəyə isə yarıyırmışam.Vallah,öm-rümdə ilk dəfə özümdən xoşum gəldi.Sən isə yatırsan,imkan vermirsən ki,bir az qarşında lovğalanım.(Ağlamağa başlayır və əlləri ilə üzünü örtür.)

***


Ekranda ağlayan Ohanın üzü(İri plan)canlanır.O,əlləri ilə üzünü örtmüş-dür.Kadr arxasından Mirzə Əliməmmədin səsi eşidilir:

-Ə,lotu,bəs deyilmi yalandan gözlərinin qorasını sıxdın?

Qulaqlarına inanmayan Ohan yavaş-yavaş əllərini üzündən çəkir.Onun üzünün qəm ifadə edən cizgilərini tədricən sevinc ifadə edən cizgilər əvəz edir.

***


Mirzə Əliməmməd artıq gözlərini açmışdır və gülümsəyir:

-Demək,qarşımda lovğalanmaq keçirmiş könlündən.Bərəkallah!

***

Ohan sevinc içində yoldaşına yaxınlaşıb,onun alnından öpür və səsi həya-candan titrəy-titrəyə deyir:



-Səsinə qurban olum,ay Mirzə!Qadanı alım,ay Mirzə!Başına dönüm,ay Mirzə!Sənə canım qurban,ay Mirzə!...

Mirzə Əliməmməd onun sözünü kəsir:

-Susamışam,boş-boş danışmaqdansa su gətir içim,ürəyim yanır.Özü də

canavar kimi acam.

Ohan “Bu dəqiqə hamısını hazır edərəm!”-deyib,özünü çadırdan kənara

atır.


***

İbrahimxəlil xanın sarayı.İbrahimxəlil xan ayaq üstə durub, məktub oxuyur.Vaqiflə Kələntər Ağası bəy də yanlarındadır.Xan oxuduqca,qəzəbdən dodaqları və əlləri titrəyir.O oxumağı bitirir və qəzəblə deyir:

-Allah lənət eləsin!Şahnəzər Məliyi öz əllərimlə parçalayacağam.Qızını aldıq,özümüzə qaynata etdik,bütün ermənilərə bəy təyin etdik,oğlunu Vənəd məli-yi etdik ki,bizə arxa dursun,sən demə qoynumuzda ilan bəsləyirmişik.Xain köpək oğlu köpək! Can,can,can,aslanım mənim!Mirzə Əliməmməd təkbaşına 15-20 urusu

cəhənnəmə vasil edib,özü də ağır yaralanıb.Ohanla birlikdə urusların tam içinə gi-rib,qiymətli məlumatlar əldə edib.Aslanım mənim!Qoç igidim mənim!Mənim ürəyim sıxıldı,çıxım eşiyə,nəfəs alım,sizsə məktubla tanış olun,sonra vəziyyəti müzakirə edək.

Xan məktubu Vaqifə verib otaqdan çıxır.

***


Ohan sol əli ilə Mirzə Əliməmmədin başını qaldırıb,sağ əli ilə ona su

içirdir. Mustafa xanla vəziri də içəridədirlər.Keşikçibaşı içəri girib deyir:

-Aşbazlar yemək gətirib.

Xan:


-De gətirsinlər!

Keşikçibaşı çıxır və içəri iki aşbaz girir.Onların əllərində içi yeməklə dolu məcmeyilər var. Xam məcmeyilərdən birini aşbazdan alır.Ohan cəld xana ya-

xınlaşır, yeməyi ondan almaq istəyir,fəqət Mustafa xan deyir:

-Dur,bu qoç igidi öz əllərimlə yedirdəcəyəm.

Mirzə Əliməmməd:

-Qarşınızda ayağa qalxa bilmək iqtidarında olmadığım üçün məni üzür-lü hesab edin!

Xan:

-Əstəğfirullah!O nə deməkdir?Sənin kim aslana xidmət etmək mənim üçün böyük şərəfdir.Sən danışma,sənə danışıb,güc itirmək olmaz.Sus və mənə tabe ol!



Mustafa xan yaralıya yaxımlaşıb,onu öz əli ilə yedirtməyə başlayır. Mirzə Əliməmməd yeyə-yeyə Ohana baxır və Ohanın hələ Şuşada ikən ona və Vaqifə söylədikləri yadına düşür,həmin səhnə gözləri önündə canlanır.

***


EPİZODUN TƏKRARI

Vaqif:


-...Yaxşı,ay Ohan,bu Ağa Məhəmməd xan Qacardan ağlın nə kəsir?

Ohan:


-Məncə,o,sizin son ümidinizdir.Onu rədd etməklə siz özünüzü urusların köləliyinə sürükləyirsiniz.Əgər ermənilərin içindən Ağa Məhəmməd şah Qacar ki-mi bir şəxsiyyət çıxsaydı,vallah-billah,ondan on əllə yapışar,onu başımızın tacı ya-pardıq.Amma siz Nadir şahın qədrini bilmədiyiniz kimi,Qacarın da qədrini anla-mırsınız və ya da anlamaq istəmirsiniz.Uca Tanrı sizlərə insana xas olan bütün gö-zəl sifətləri-kişilik,mərdlik,comərdlik,şərəf və ləyaqət kimi sifətlərin hamısını bəxş edib,amma etiraf etməliyəm ki,biz ermənilər dünyanın ən şərəfsiz və ləyaqətsiz millətiyik.Buna baxmayaraq,siz müsəlman,ermənilər isə xaçpərəst olduğu üçün uruslar üstünlüyü həmişə bizə verəcəklər.Ağa Məhəmməd şahı rədd etməklə siz ona nail olacaqsınız ki,bir gün uruslar erməniləri başınızın ağası edəcəklər.Onda iş iş işdən keçmiş olacaq.

***


Mirzə Əliməmməd Mustafa xanın əlindən yemək yeməkdə davam edir,

onun şəfqət və mərhəmət ifadə edən sifətinə baxır və xanın bir neçə gün öncə söy-lədiyi sözlər yadına düçür.Həmin səhnə gözləri önündə canlanır.

***

EPİZODUN TƏKRARI



Xan və Mirzə Əliməmməd üzbəüz otururlar.Vəzir də xanın sağ tərəfində

oturur.Mirzə Əliməmməd deyir:

-Yola çıxarkən İbrahimxəlil xan əmr etdi ki,onun salamlarını və sonsuz

ehtiramını sizə çatdırım və deyim ki,Şirvan xanı və şirvanlılar həmişə İbrahimxəlil xanın və qarabağlıların kömək və yardımına arxalana bilərlər.

Mustafa xan:

-Biz həmişə İbrahimxəlil xanı özümüzə böyük saymışıq və çətin anımızda bizdən kömək və yardımını əsirgəməyəcəyinə bircə gün osun belə,şübhə etməmi-şik.Amma başımızın üstünü alan bu dəfəki fəlakət,deyəsən,əvvəlkilərin heç birinə

bənzəmir.Vəziyyət çox ağırdır.O qədər ağırdır ki,yaşımın bu vaxtında dağlara çə-kilməyə,qayaları özümə sipər etməyə məcbur olmuşam.Yəqin ki,eşitmisiniz,xain-lər xəyanət nəticəsində uruslar öncə Dərbənd qalasını,sonra isə Şamaxını aldılar.

Yalnız Hüseynqulu xan Bakının müdafiəsini vaxtında təşkil edə bildi və bakılılar

Qızılayağın kafir qoşunlarını şəhərə buraxmadılar və bu gün də aslan kimi döyü-şürlər.Qızılayağın özü indi Salyandadır.İstədiyi isə odur ki,öncə İrəvan,Naxçıvan

və Qarabağ xanlıqlarını ləğv edib,yerlərində erməni dövləti qursunlar,sonra isə

O biri Azərbaycan xanlıqlarını aradan aparıb ermənilərə təslim etsinlər.Mənim burada oturmağıma baxma,xəfiyyələrim Şirvanın hər yerində işləyirlə və hər gün

hər tərəfdə baş verənlər barədə xəbər tuturam. Üç gün öncə o Mirzə Yusif deyilən it küçüyü Qarabağdan gəlmiş başqa bir erməni ilə urus əsgərlərinin müşayiəti ilə

Şamaxıdan keçib Salyana gedib.Bu günlərdə geri,Dərbəndə dönməlidir.İstəyirəm

bir təhər Qarabağdan gələni geri dönərkən ələ keçirib,Qızılayaqla söhbətlərinin məzmununu və kim tərəfindən göndərildiyini öyrənim.

***

Mirzə Əliməmməd Mustafa xana deyir:



-Çox təşəkkür edirəm,doydum.Sizin bu yaxşılığınızın əvəzini necə cıxaca-

ğımı bilmirəm.

Xan gülümsəyərək əlindəki məcməyini yerə qoyur:

-Mən bundan böyük zövq aldım.(Üzünü vəzir və Ohana tutur.)Gəlin biz gedək,Mirzə istirahət etsin.Xan,vəzir və Ohan çadırdan çıxırlar.Mirzə Əliməmməd isə düşünməkdə və təhlillər aparmaqda davam edərək başqa bir səhnəni yada salır.

***

EPİZODUN TƏKRARI



İbrahimxəlil xanın sarayının məşvərət otağı.Xan taxtda oturub.Sağında Mirzə Əliməməd ağa ilə Kələntər Ağası bəy,Solunda Vaqif,qazi və Şahnəzər Mə-

lik oturublar.Məşvərətdə iştirak edən 25-30 adam onlarla üzbəüz əyləşiblər.Onların içərisində axund,dörd məlik,Ohan və Səfər diqqəti çəkir.Xan danışır,hamı diqqətlə qulaq asır:

-Qızılayaq Dərbənddə qəraralaşıb və urusların Azərbaycanın içlərinə doğru hərəkət etməsi gözlənilir.Budəfəki gəlişin bizə nə vəd etdiyini hələ ki bilmirik.La-kin qulağıma bəzi xəbərlər çatıb.Ermənilər yenə də dinc durmurlar və yenə də Qarabağdan urus sərdarına və ülya-həzrətlərinə içi xəyanət dolu məktublar yazılır.

Məliklər yenə xəyanət yolunu tutub...

Bu sözlər məliklərin qorxu və təlaş içində bir-birilərinə,hər kəsin də nif-

rət dolu nəzərlərlə onlara baxmasına səbəb olur.

Xan üzünü məliklərə tutub sözünə davam edir:

-...Hə,hansınızın məktub yazdığını və nə yazdığını mən söyləyim,yoxsa

özünüz etiraf edəcəksiniz?!(Məliklərdən səs çıxmır.)Allahqulu Məlik,bəlkə,səndən

başlayaq,nə deyirsən?

Allahqulu Məlik ayağa qalxır və titrəyə-titrəyə nə isə demək istəyir,fəqət

səsi çıxmır.

Xan qəzəblə onun üstünə bağırır:

-Nə oldu,dilini pişik yeyib?!

Allahqulu Məlik yenə nə isə deməyə cəhd edir,amma qorxudan səsi çıxmır. Bir təhər barmağı ilə Usub Məliyə tərəf işarə edir.

Xan bu dəfə Usub Məliyə müraciət edir:

-Usub Məlik,bəlkə sənin deməyə bir sözün var?!

Usub Məlik ayağa qalxır, gözlərini yerə dikərək bir kəlmə belə söyləmir.

Xan üzünü Yeganə Məliyə tərəf çevirir:

Yeganə Məlik ayağa qalxır:

-Üç gün öncə Allahqulu Məliklə Usub Məlik yanıma gəldilər və Qızılaya-ğın Dərbənddə olduğunu,ermənilərin baş keşişi Mirzə Yusiflə görüşdüyünü,İrə-van, Naxçıvan və Qarabağ xanlıqlarının əraziləri hesabına Ermənistan dövlətinin yaradılması barədə razılığa gəldiklərini söylədilər.Bildirdilər ki,Mirzə Yusif bütün erməni məliklərinə xəbər yollayıb ki,ülya-həzrətin adına məktublar yazın və ondan erməni dövləti yaratmasını xahiş edin,bəs,mən artıq Qızılayağı yola gətirmişəm. Özləri ilə bir məktub da gətirmişdilər.Təklif etdilər ki,ona imza atım.Mən də onları şübhələndirməmək üçün məktuba imza atdım,amma elə həmin gün də Şahnəzər Məliyə və Mirzə Əliməmməd ağaya xəbər göndərdim ki, sizə çatdırsınlar.

***


Mirzə Əliməmmədin gözləri önündə daha bir səhnə canlanır.

***


Şamaxıda rus qarnizonunun yerləşdiyi qalanın içi.Rus leytenantı,podporu-çik,keşiş qiyafəsində olan Onan və boynundan xaç asılmış Mirzə Əliməmməd ma-sa arxasında əyləşmişlər.Leytenant deyir:

-Mı russkiye vidim v vas svoix bratyev po vere i polnostyu doveryayem vam.Yeyo veliçestvo imperatritsa Yekaterina polna reşimosti v sozdanii armyan-skoqo qosudarstva na Kavkaze so stolitsey v Erivani.

Podporuçik:

-Biz ruslar sizi öz din qardaşlarımız hesab edir və sizə tam etibar edirik.Ül-

ya-həzrət imperatriça Yekaterina Qafqazda paytaxtı İrəvan olacaq erməni dövləti-nin yaradılmasında qərarlıdır.

Ohan soruşur:

-Sizcə, bu dövlət hansı əraziləri əhatə etməlidir?

Podporuçik Ohanın sualını leytenanat üçün tərcümə edir:

-Kakiye territorii po vaşemu mneniyu eto qosudarstvo doljno oxvatıvat?

Leytenant:

-Osnovoy doljno stat territoriya Erivanskoqo xanstva,a v dalneyşem duma-yem vklyuçit v yeqo sostav Karabax i Naxeçivan. Kak qovoritsya vsemu svoye vremya.

Podporuçik:

-Bu dövlətin əsas özəyini İrəvan xanlığı təşkil edəcək,daha sonra isə onun

tərkibinə Qarabağ və Naxçıvanı da daxil etməyi düşünürük.Necə deyərlər,hər şeyin öz vaxtı var.

Ohan:

-Bəs,Osmanlı dövlətinin tərkibində qalan əzəli erməni torpaqları necə ola-caq?



Podporuçik:

-A kak nasçyot iskonno armyanskix zemel ostavşixsya v sostave Ottoman-skoy imperii?

Leytenant:

-Nu,druq moy,ya viju appetit u vas ne ploxoy.No povtaryus,vsemu svoyo vremya.

Podporuçik:

-Əziz dost,görürəm ki,iştahanız heç də pis deyil.Amma yenə təkrar edirəm,

hər şeyin öz vaxtı var.

***


İçəri girən Ohanın səs-küyü Mirzə Əliməmmədi xəyallardan ayırır:

-Mirzə,Mustafa xanın adamları Mirzə Yusiflə birlikdə Salyana getmiş Qa-rabağ ermənisini ələ keçiriblər.İndi onu dindirirlər.Artıq o,Şahnəzər Məliyin adamı olduğunu,onun tərəfindən göndərildiyini və Qızılayağa və Mirzə Yusifə məxfi məktublar gətirdiyini etiraf edib.

Mirzə Əliməmməd:

-Əla.Ohan,sənin təcili Qarabağa qayıtmağın lazımdır.

Ohan:

-Sən nə danışırsan,mən səni bu vəziyyətdə qoyub necə gedim?! Heç vaxt!



Mizə Əliməmməd qalxmağa cəhd edir:

-Onda birlikdə gedək.

Ohan onun çiyinlərindən basaraq:

-Uzan,sən nə edirsən?Yaxşı get deyirsən? gedim,təki sən narahat olma.

***

İbrahimxəlil xanın sarayının bağçası.Əbülfət bəylə Məmməd bəy hovuzun qırağında nərd oynayırlar.Məmməd bəy zəri atır, “Üç qoşa”-deyib,damaları xanala-ra yerləşdirir:



-Bu biri,bu ikisi,bu üçü,bu da dördü.

Sonra Əbülfət bəy zər atır:

-Şeş-beş...Bu şeş,bu da beş.Məncə,artıq hər şey aydındır.

Məmməd bəy nərd taxtasını qatlayır:

-Doğrusu, nərddə əlim heç vaxt gətirməyib.Tehranda necə,nərd oynayırlar-mı?

Əbülfət bəy:

-Türklər oynayırlar.Farslarıın nərd oynadığını heç görmədim.Qulaq as, Məmməd,dünən Qasımgidə idim,görüşümə nədən gəlmədiyi ilə maraqlandım.Ara-

nızda olanları eşitdim,çox pərişan oldum.Onu bu gün saraya dəvət etmişəm.Sözü-

nü yerə salmadı,indilərdə gələcək.Ümid edirəm ki,mənim xətrim üçün əl verib,ba-

rışacaqsınız.

Məmməd bəy nə isə demək istəyir,fəqət Əbülfət bəy onun sözünü kəsir:

-Etiraz-filan eşitmək istəmirəm.

Məmməd bəy:

-Yalnız sənin xətrin üçün.

Kadra girən nökər:

-Əbülfət bəy,Qasım ağa gəlib.

Əbülfət bəy:

-Get,gəlirəm.(Məmməd bəyə müraciətlə)Gəl!

Öncə nökər,ardınca isə Əbülfət bəylə Məmməd bəy gedirlər.

***


İbrahimxəlil xanın sarayının məşvərət otağı.İbrahimxəlil xan taxtında otu-rub.Vaqif və Kələntər Ağası bəy onun qarşısında əyləşiblər.Vaqif danışır,digərləri

onu dinləyirlər.

-Bu məktubda yazılanlar bütün təxminlərimizi təsdiq edir.Urusların nə dü-şündükləri onsuz da məlumdur.Şahnəzər Məliyə gəlincə,Yeganə Məliyin meyidi tapıldıqdan sonra onun nə yuvanın quşu olduğu zatən məlum olmuşdu.Mənə elə gəlir ki,Mirzə Əliməmməd qayıtmayınca Şahnəzər məsələdən xəbərdar olduğumu-zu bilməməlidir.Onda zərrə qədər şübhənin doğmasına imkan verməməliyik,fəqət hər bir addımını diqqətdə saxlamalıyıq.Uruslara gəlincə,onlar da bizim kimi xacə

sarıdan narahatdırlar.Və xacəyə qarşı onların güclü müttəfiqə ehtiyacı var.Bizim

də müttəfiqə ehtiyacımız var.Urusları bizim simamızda gerçək bir müttəfiq tapdıq-larına inandıra bilsək,erməni məsələsinin, müvəqqəti də olsa,təxirə salınmasına və vaxt qazanmağa nail olarıq.Qacara qarşı arxamızı möhkəmləndirərik,digər xanları özümüzə tabe edərik.

İbrahimxəlil xan:

-Bəs,urusları gerçək müttəfiq olduğumuza necə inandıracağıq.

Vaqif:


-Əbülfət bəyi Qızılayağın yanına göndərmək lazım gələcək.

Xan:


-Dediklərinlə razıyam,amma yenə də Mirzə Əliməmmədlə məsləhətləşməyə

ehtiyac var.Allah ona şəfa versin!

Kələntər Ağası bəy:

-Sağalması uzun çəkərsə,necə?

Xan:

-İnşallah uzun çəkməz.Tezliklə sağalıb geri dönər.



***

Mustafa xanın Fitdağdakı düşərgəsi.Mirzə Əliməmməd əsgərin köməyi ilə

çadırların arası ilə gəzir.Örtüyə büründüyü üçün başının sarığından başqa digər sarıqları gözə dəymir.O deyir:

-İnşallah iki- üç günə Qarabağa yola çıxa bilərəm

Əsgər:

-İnşallah.



Mirzə Əliməmməd:

-Heç Qarabağda olmusanmı?

Əsgər:

-Yox.Bakıda,Gəncədə,Ərdəbildə,Təbrizdə,Naxçıvanda,İrəvanda,Tiflisdə olmuşam,amma Şuşanı görməmişəm.



Mirzə Əliməmməd:

-Saydıqların Azərbaycanın qədim və böyük şəhərləridir.Şuşa isə yenicə sa-

lınmış kiçik şəhərdir,amma gözəllikdə tayı-bərabəri yoxdur.

Əsgər:


-Eşitmişəm.Şəhərin əsaasını rəhmətlik Pənahəli xan qoyub.İbrahimxəlil xanın dövründə isə əməlli-başlı şəhərə çevrilib.

Mirzə Əliməmməd:

-Mənsə Azərbaycanı qarış-qarış gəzmişəm.Həmədandan,Qəzvindən Dər-bəndə və Tiflisə,Bakıdan Naxçıvan və İrəvana qadər hər yerində olmuşam.Sizin

Şamaxıda üç dəfə olmuşdum,bu dəfəki səfərim dördüncüsü oldu.

Mirzə Əliməmməd:

-Yaxşı,sən get,bir az da tək gəzim.

Əsgər “Necə istərsiniz!” deyib Mirzə Əliməmmədin əlini buraxıb gedir. Mirzə Əliməmməd isə tək yavaş-yavaş yoluna davam edir,onun üçün ayrılmış

çadıra yaxınlaşır və Şamaxı xanının vəzirinin onu gözlədiyini görür.

Vəzir onun əlindən tutaraq:

-Əsgəri nədən buraxdınız?

Mirzə Əliməmməd:

-İstədim bir az da tək dolaşım.

Vəzir:

-Amma hələ çox zəifsiniz.



Vəzirlə Mirzə Əliməmməd çadıra girirlər.

***


Çadırın içi.Həmsöhbətlər içəri daxil olduqdan sonra vəzir qonağa yata-ğında oturmasına yardım edir,özü də onun qarşısında oturur:

-Bakı xanı üç gün öncə gecə gözlənilmədən qaladan çıxaraq mindən ar-

tıq urus əsgərini cəhənnəmə vasil edib.İndi Şamaxıdakı urusların ən azı yarısını Bakının mühasirəsini gücləndirmək üçün göndərirlər.Dərbənddən də əlavə qüvvə-lər gətirilir.Başqa bir xəbər də Arazın o tayından gəlib.Ağa Məhəmməd şah Qacar

urusların üzərinə yürüməyi düşünür.Ordu hazırlıqları ilə məşğuldur.Bütün bunlar barədə Mustafa xan İbrahimxəlil xana məktub yazaraq yola salıb artıq.Gəldim bir sənin də fikrini öyrənim.

Mirzə Əliməmməd:

-Mən urusları Azərbaycan üçün daha böyük təhlükə hesab edirəm.

Vəzir:

-Mustafa xan da bu fikirdədir.Fəqət hər şey İbrahimxəlil xanın qəbul edəcəyi qərardan asılı olacaq.O nə qərar qəbul etsə digər xanlar da ona qoşulacaq-lar.Bilirsən də hər kəs artıq onu özünə böyük hesab edir.Yəni indi bütün xanlar



Onunla Ağa Məhəmməd şah arasında seçim etmək məcburiyyətindədir.Arazın o tayındakı xanlar da həmçimin.

Mirzə Əliməmməd:

-Onlar artıq seçimlərini etmişlər və Qacarın yanındadırlar.Bakılı Hü-seynqulu xan da Qacara tərəfdardır. O gələn kimi Cavad xanın da onun yanında yer alacağına heç bir şübhə yoxdur.İbrahimxəlil xanla Qacar bir-birilərini rəqib qismində görürlər. İttifaq bağlamaları mümkün deyil.Odur ki,İbrahimxəlil xan gec-

tez uruslarla dil tapmağa çalışacaq.

Vəzir:

-Bəs,sən özün nə düşünürsən?



Mirzə Əliməmməd:

-Mən öz xanıma sədaqət andı içmişəm.

Vəzir:

-Əgər and içməsəydin ?



Mirzə Əliməmməd:

-And içməsəydim,Qacara qoşulub,son damla qanıma qədər uruslarla vuruşmağı özümə şərəf bilərdim.

Vəzir:

-Biz də o fikirdəyik



Mirzə Əliməmməd:

-Əgər Mustafa xan indi Şamaxıda,öz sarayında olsa idi,seçmək imkanı olardı.Burada isə onun yalnız bir seçimi var.Qacarı gözləmək.

***

İbrahimxəlil xanın sarayı Xanla Vaqif sarayın içində ora-bura var-gəl



edirlər.Xan deyir:

-Artıq qəti addımlar atmaq lazımdır.Mustafa xanın yazdığına görə,Mir-

zənin halı yaxşıdır və iki gün sonra yola düşə bilər.Məktubu dünən aldığımızı nə-

zərə alsaq,deməli,o sabah,ya da uzağı biri gün Qarabağda olacaq.Iki gün də gözlə-mək lazımdır.

Vaqif:

-İki gün də gözləsək? artıq gec ola bilər.İndi hər dəqiqəmiz qızıldır.



Xan:

-Nə təklif edirsən?

Vaqif:

-Bir məktub yazıb,Əbülfət bəylə Qızılayağın yanına göndərmək lazım-dır. Fitilbörkə də bahalı hədiyyələrlə birlikdə bir heyət göndərmək,itaət bildirmək vacibdir.Yalnız bu yolla xanlığı qoruya bilərik.



Xan:

-Artıq bir dəfə sənə qulaq asıb uruslarla yaxınlaşmağa cəhd etdik.Fəqət

bizi xacəyə qarşı tək qoyub getdilər.Bu dəfə də belə olmayacağına kim zəmanət verə bilər.Mütləq Mirzə Əliməmmədi gözləməliyik.Bu son qərarımdır.

***


Mirzə Əliməmməd,Mustafa xan və xanın vəziri açıq havada ayaq üstə durublar. Bir qədər aralıda Mirzə Əliməmədin atını yüyənindən tutmuş bir əsgər əmrə hazır vəziyyətdə dayanıb.Uzaq planda xanın və vəzirin atlarını saxlayan iki

əsgər gözə dəyir.Mustafa xan Mirzə Əliməmmədlə qucaqlaşır:

-Sənə yaxşı yol.Sözlərimi İbrahimxəlil xana çatdırmağı unutma!

Mizə Əliməmməd “Unutmaram!”- deyib,vəzirlə də qucaqlaşır.

Vəzir:

-Yaxşı yol,yolun açıq olsun!



Mirzə Əliməmməd “Hər şeyə görə təşəkkür edirəm.”- deyib,atına minir:

-Allah sizi hifz etsin,salamat qalın!

Xan:

-Gülə-gülə!



Vəzir:

-Allah köməyin olsun!

Mirzə Əliməmməd hadisə yerindən uzaqlaşır.

***


Şahnəzər Məlik əlliyə yaxın atlı ilə bir düzənlikdə hərəkət edir.Atlıların hamısı silahlıdır.Qarşıda bir kənd görünür.

***


Kəndin içi.Şahnəzər Məlik və atlılar kəndin içi ilə gedirlər.Hər tərəfdən

gələn yeni atlılar onlara qoşulur.

***

Dəstənin içində yanaşı gedən üç atlı.Atlılardan biri o birilərinə deyir:



-Hə,qardaşlar,artıq müsəlmanlardan intiqamımızı almaq vaxtı yetişdi.

İkinci atlı:

-Müsəlmanlar bizə nə pislik edib ki? Bizim məqsədimiz erməni dövləti

qurmaqdır.

Üçüncü atlı:

-Müsəlmanları bu torpaqlardan qovub yerinə erməniləri məskunlaşdırma-saq,erməni dövlətini necə quracayıq?Ona görə istər-istəməz onları qırmaq lazım olacaq?

İkinci atlı:

-Qocaları,arvadları,uşaqları da?

Birinci atlı:

-Hamısını son nəfərinə kimi!

İkinci atlı:

-Bəs,Allahda qorxmursunuz?Axı,onlar bizə heç vaxt bir pislik etməyiblər.

Yaşamağa yer veriblər,çörəklərini,sularını bölüşüblər.

Üçüncü atlı:

-Nə,indi deyirsən,erməni dövləti olmasın?

İkinci:


-Niyə olmasın,olsun.Amma bunun üçün İbrahimxəlil xanı ailəsi ilə bir-likdə Qarabağdan qovsaq,bəsdir də.O birilərinin,axı,nə günahı var?!

Birinci atlı:

-Müsəlmanları qovub,yerlərinə erməniləri məskunlaşdırmasaq,erməni

dövlətini qurq bilmərik.Onlar heç vaxt erməni hökumətini tanımazlar və bu höku-mətə tabe olmazlar.

***

Yaşıl dağ yamacı.Uzaqda altı-yeddi tərəkəmə çadırı görnür.Yaxın planda isə ucu-bucağı görünməyən qoyun sürüsü ot otlayır.Qayanın üstündə 12-



13 yaşlarında iki oğlan uşağı oturub. Onlardan biri tütək çalır.Bu dəm sayları

100-ə qədər olan erməni atlılar peyda olurlar.

Atlılar uşaqlara çatar-çatmaz ermənilərdən biri qılıncı ilə uşaqların hər ikisinin başını bədənindən ayırır.Bu atlıların coşmasına və vəhşi səslər çıxardaraq çadırlar tərəf çapmalarına səbəb olur.

***


Çadırların sakinləri təəccüb və həyacanla çölə çıxırlar. Bunlar dörd kişi,

dörd qadın və altı uşaqdır. Qadınlardan birinin südəmər körpəsi var.Yaxında ocaq üstündə qaynayan iri bir qazan diqqəti çəkir.Ermənilər vəhşi sədalar altında adam-ların üstünə şığıyıb onları doğramağa başlayırlar.Şahnəzər Məlik qılıncına keçirdi-yi südəmər körpəni qaynar qazanın içinə atır.

***

Səsə gələn 10-12 yaşlarında atlı çoban bütün bunları kənardan müşahidə edir.Ermənilər onu görür.5-6 atlı dəstədən ayrılıb atı ona tərəf sürməyə başlarırlar.



Uşaq cəld atının başını döndərib çapmağa başlayır.Ermənilər onun dalınca götürü-lürlər.

***


Ermənilər sürünü qabaqlarına salıb qovalamağa başlayırlar.

***


Uşaq atını çapa –çapa,körpünü keçir.Ermənilər körpüyə çatmamış atlarının başlarını geri döndərirlər.

***


İbrahimxəlil xanın sarayının məşvərət otağı.İbrahimxəlil xan taxtda otururb.

Solunda Vaqif, Kələntər ağası bəy,sağında isə Qazi və Səfər əyləşmişlər.30-35 nə-fər məşvərət iştirakçısı,o cümlədən axund,Əbülfət bəy,Məmməd bəy və Qasım on-

larla üzbəüz yerlərini almışlar.Xanın üzündən əsəb və həyacan oxunur:

-Baş verənləri artıq hamınız eşitmisiniz.Şahnəzər Məlik başına topladığı yü-zə yaxın erməni qulduru ilə yaylaqdan hələ qışlağa enməyə macal tapmamış elatla-ra hücum edərək,qoca,qadın,uşaq demədən əlli səkkiz nəfər müsəlmanı vəhşicəsinə qətlə yetirmiş,iki min başdan artıq qoyun sürüsünü yağmalayaraq dağlara çəkilmiş-dir.Ətraf kəndlərin təhlükəsizliyini təmin etmək üçün hər kəndə iyirmi nəfər əsgər göndərmiş,camaatı silahla təmin etmişik.Sabah sübh tezdən Səfərin başçılığı ilə iki

yüz atlımız quldurları tapıb zərərsizləşdirmək məqsədi ilə dağlara hərəkət edəcək-dir.Müsəlman əhalimiz qəzəb içindədir və xalq intiqam məqsədi ilə artıq erməni

kəndlərinə hücumlar təşkil edir,evləri yandırır,ələ keçirdikləri başıpapaqlı erməni-ləri öldürülər.Biz bunun qarşısını vaxtında almasaq,hadisələr idarə olunmaz bir hal

alacaq.Hamınızdan xahişim budur ki,milləti sakitləşdirmək üçün əlinizdən gələni əsirgəməyəsiniz.Bu hadisələrin mahiyyətin isə indi vəzir sizə qısaca izah edəcək.

Buyur.


Vaqif:

-Şahnəzər etdiklərini öz başı ilə etməyib.Bizə onun ururslarla əlbir olduğu,

Qızılayağın və Mirzə Yusifin təlimatı ilə hərəkət etdiyi dəqiq məlumdur.Məqsəd

müsəlmanları qızışdırmaq,onları erməni kəndlərinə hücumlar təşkil etməyə təhrik

etmək,bir-iki erməninin burnunun qanamasına nail olmaqdır. Sonra Qızılayağa məktub yazıb ,haray qaldıracaqlar ki,vay,durma, gəl,müsəlmanlar bizi qırır.Qızıl-

ayaq da bunu bəhanə edib,Qarabağa qoşun çəkəcək.Sonra isə xanlığı ləğv edib ye-rində erməni hökuməti təşkil edəcək.Ondan sonra nələrin olacağını təsəvvür etmək çətin deyil.Sizin hamınızı evlərinizdən qovub,evlərinizə erməniləri yerləşdirəcək-lər.Urusların istədiyi budur.Ona görə...

İçəri girən keşikçibaşı vəzirin sözünü kəsərək,həyacanla və ucadan deyir:

-Xan camaat Ohanın evini mühasirəyə alıb,onu öldürmək istəyirlər!

***

Ohanın evi.Ohan qorxu içində evin bir küncünə sığınıb.Evin qapısı vurulan zərbələrdən cərçivəsi ilə birgə titrəyir.Şüşələri çilik-çilik olmuş pəncərələrdən daş yağır.Səs-küydən ağız deyəni qulaq eşitmir.Nəhayət qapı zərbələrə tab gətirməyib, çərçivəsi ilə birlikdə yerindən qopur.Evə girən qəzəbli insanlar qorxusundan tir-tir əsən və rəngi ağarmış Ohanı döyə-döyə çölə çıxarırlar.Kütlə onu əhatəyə alıb,tə-pikləməyə başlayır.



Bu dəm güllə səsi eşidilir.Ortaya sükut çökür və hər kəs səs gələn tərəfə baxır.

***


Mirzə Əliməmməd at belində oturub.Sağ əlində tutduğu və göyə tuşladığı

tüfəngi tüstülənir.O,atını irəli doğru sürməyə başlayır.

***

Xəfiyyəbaşı irəlilədikcə camaat aralanıb,ona yol verir.O,yerdə uzanan və ağzı-burnu qan içində olan Ohana yaxınlaşır:



-Qalx ayağa.

Ohan zarıya-zarıya,cox çətinliklə ayağa qalxır.Mirzə Əliməmməd ona kö-

mək edir və atının tərkinə mindirir və onlar yavaş-yavaş hadisə yerindən uzaqlaşır-lar.

***


Mahmudun keçmiş evi.Ohan evin həyətində əlüzyuyanın qarşısında du-rub,üz-gözünü yuyur.Səraslan əlində dəsmal onun yanında dayanıb.Bir qədər aralı-

da duran Mirzə Əliməmməd üzündə təbəssüm Ohanı seyr edir:

-Ə lotu,sən necə adamsan,gah oğlun səni öldürmək istəyir,gah səni çarmı-xa çəkirlər,gah da təpiklərinin altına salıb döyürlər.

Xəfiyyəbaşı sözünü bitirər-bitirməz qəh-qəhə çəkib gülməyə başlayır.Sə-

raslan da ona qoşulub gülməyə başlayır.Ohan zarıya-zarıya:

-Gül,gül.Uruslar səni kəsik-deşik edəndə mənim də gülməyim gəlirdi.

Mirzə Əliməmməd:

-Gülməyin gəlirdi,bəs,niyə gülmürdün,nə vaxt sənə baxırdım gözünün qorasını sıxdığını görürdüm.

Mirzə Əliməmmədlə Səraslan yenə bir-birinə qoşulub gülürlər.Ohan əl-

üzünü yuyub,qurtardıqdan sonra geri dönür və Səraslanın ona uzatdığı dəsmalı gö-türüb,silinməyə başlayır.

***

İbrahimxəlil xanın sarayı.Xan,Vaqif və Kələntər Ağası bəy məşvərət otağının tam ortasında durub söhbət edirlər. Xan Ağası bəyə deyir:



-Deməli,belə,sən hazırlaş və sabah sübh tezdən Fitilbörkə yola çıx.Əbül-fət də Qasımla Salyana yola düşsünlər.(Üzünü Vaqifə tərəf çevirir.)Sən də lazım olan hər şeyi hazır et.

Bu dəm Səfər içəri girərək deyir:

-Ohanı biz yetişmədən öncə Mirzə Əliməmməd ağa xilas edib...

Xan da,Vaqif də,Kələntər Ağası bəy də təəccüblə Səfərə baxırlar.

Səfər sözünə davam edir:

-...Ohanla birlikdə harasa gediblər.Hara getdiklərini kimsə bilmir.Nə qədər soraqlaşdıqsa,gördüm deyən olmadı.

Xan titrək bir səslə:

-Sən səhv etmirsən ki?

Səfər:

-Onu Ohanın evinin qarşısında azı yüz nəfər görüb.Qala keşikçiləri də onun şəhərə qayıtdığını təsdiqləyirlər.



Xan:

-Bəs,o indi harada ola bilər?Səfər,səni and verirəm Allaha,onu yerin altında olsa da tap,gətir.

Səfər “Baş üstə!”-deyib gedir.

***


Ekranda yazılır: “İbrahimxəlil xan oğlu Əbülfət bəyi Salyana general Zubovun,Kələntər Ağası bəyin başçılığı ilə bir heyəti isə məktub və hədiyyələrlə birlikdə Peterburqa,imperatriça Yekaterinanın hüzuruna göndərərək mütilik ifadə edir.Hər iki heyət ruslar tərəfindən çox yaxşı qarşılanır və xoş xəbərlərlə geri dö-

nür.General Zubov Vaqifə hədiyyə olaraq,üzəri almazlar və bahalı daş qaşlarla bəzədilmiş bir əsa göndərir.İbrahimxəlil xanın təklif və təkidi ilə Təbriz xanı da daxil olmaqla,Azərbaycanın əksər xanları ruslara itaət etməyə hazır olduqlarını bə-yan edirlər.Bu arada xanlara Ağa Məhəmməd şah Qacardan məktublar gəlir. Bu məktublarda şah onlardan kafir ruslara qarşı birləşməyi və ona tabe olmağı tələb edir.Tabe olmayanların cəzalandırılacağını bildirir.Nəhayət,1797-ci ilin yazında Azərbaycanı ruslardan təmizləmək məqsədi ilə qızılbaş ordusu Araz çayını keç-di.Yekaterinanın yerinə rus imperatorluq taxtına sahib olmuş Pavel Ağa Məhəm-məd şahla kəllələşməkdən qorxaraq Azərbaycandakı rus ordusuna geri çəkilmək əmri verdi.Beləcə,rus ordusu döyüşə girmədən türk-qızılbaş ordusunun qabağından qaçdı.Xəyanət yolunu tutmuş xanlar Ağa Məhəmməd şahla üz-üzə,tək və arxasız qaldılar.Xalq hər yerdə böyük türk hökmdarını və xilaskar qızılbaş ordusunu gül-çiçəklə və böyük sevinclə qarşıladı.İbrahimxəlil xan Qarabağı başsız qoyub Car-Balakən xanına pənah apardı.Qacar Şuşaya döyüşsüz daxil oldu.”

***

Şuşanın Gəncə qapıları.Qızılbaş ordusu təntənə ilə şəhərə daxil olur. Müzəffər ordunu qarşılamaq üçün bura toplaşmış xalq təbil zurna sədaları altında rəqs edir.Aşıqlar Ağa Məhəmməd şahın şərəfinə xorla oxuyurlar:



-Bəylərimizə dəmirdonlu deyərlər,

Daim içimizdə ərlik işlənir.

Qoç igidlər törər iligimizdən,

Qənim qabağında biri beşlənir.


Döyüş babamızdan miras qalıbdır,

Dağlar əlimizdən zara gəlibdir.

Məskənimiz səri-qayalar olubdur,

Qağanlar çığrışır,pələng daşlanır.


İki xanlar bir araya gələndə,

Qurd oyunun aralığa salanda,

Kəllələr kəsilib yumbalananda,

Halaylar pozulub tüp qılınclanır.

***

Ağa Məhəmməd şahla Cavad xan at belində içəri girər-girməz,başlarına



hər tərəfdən gül-çiçək yağışı yağmağa başlayır.

***


Vaqifin evi.Musiqi sədaları bura qədər gəlib çıxır.Vaqif,Kələntər Ağası bəy,Mirzə Əliməmməd və Qasım süfrə arxasında oturub qəhvə içirlər.Hamısının üz-gözünə kədər hakimdir.Kələntər Ağası bəy qəhərdən boğula-boğula deyir:

-Bütün ömrüm boyu İbrahimxəlil xana sədaqətlə xidmət etdik.Gecə ilə

ailəsini yığıb qaçdı.Bizə xəbər verməyi belə lazım bilmədi.Demək ki,bizə etibar et-

mədi.


Mirzə Əliməmməd:

-Hələ də gec deyil.İstəyən,çətinlik çəkmədən şəhəri tərk edib gedə bilər.

Amma hər birimizin özümüzə görə adımız-sanımız var.Arvad kimi qaçmaq bizə yaraşmaz.Alnımıza ölüm yazılıbsa,onu kişi kimi,türkə yaraşan bir şəkildə qəbul etməliyik.

Vaqif:


-Bu da axırı...

Bu sözlərdən sonra ortaya dərin bir sükut çökür.

***

Səraslanın evi.Səraslan evin həyətində odunları bir küncə yığmaqla məşğuldur.Bu dəm qapı döyülür.Səraslan əlindəki odunları yerə qoyur və qapıya



yaxınlaşa-yaxınlaşa soruşur:

-Kimsən?


Kadr arxasından Saroşun səsi gəlir:

-Allah qonağı.

Oğlunun səsini tanımayan ata qapını aça-aça deyir:

-Allaha da qurban,qonağına da!

Qapının açılması ilə Saroşun içəri girib atasına sarılması bir olur:

-Səsimdən,demək ki,tanımadın.

Səraslan oğlunu bağrına basaraq:

-Qədəmlərinə qurban olum,ay bala!Ayağının altında ölüm ay oğul!Elə bilirdim bir də səni görmək mənə qismət olmayacaq.Gəl içəri,yolunu gözləməkdən ananın gözünün kökü saralıb.

***

Səraslan,Saroş,Səraslanın uki yeniyetmə və bir azyzşlı oğlu süfrə arxasında oturublar.Saroşun anası və bacısı süfrəyə çörək düzürlər.Anası deyir:



-Axır ki,Allah dualarımı eşitsi.Qorxurdum ki,ölərəm səni bir də görmə-rəm.Boyuna qurban,ay bala,buxununa qurban ay bala!

Saroş:


-Maşallah,uşaqlar da böyüyüblər.Nə isə sizə şad bir xəbərim var.

Səraslan:

-O nə xəbərdir elə?

Saroş:


-Sabahdan hamımız saraya köçürük.

Səraslan:

-Xeyir ola?

Saroş:


-Görürəm ki,xəbəriniz yoxdur xəbərdən.Ağa Məhəmməd Şah Qacar bir saat bundan qabaq fərman verib,Məmməd bəyi Qarabağ xanı təyin edib,sarayı da verib onun ixtiyarına,özüsə Əbülfət bəyin mülkündə qalacaq.Məmməd bəy də xan

təyin edilən kimi məni Qarabağ xanlığının ordu əmiri təyin edib.

Ana:

-Maşallah,oğlum böyük adam olub.Biz də onun sayəsində bir gün görə-rik,inşallah!



Səraslan:

-Maşallah!Mən də oturub gözləyirdim ki,nə vaxt gəlib məni zindana və ya edam etməyə aparacaqlar.

Saroş:

-Sən nə etmisən ki?



Səraslan:

-Necə yəni nə etmişəm?Şuşada hamı məni Mirzə Əliməmmədin adamı kimi tanıyır.

Ana:

-Ay kişi,qoy oturmuşuq,sən Allah!Göyərçinlərə qulluq etmək nə vaxt-dan qəbahət hesab edilir?



***

Vaqifin evi.Vaqif,Mirzə Əliməmməd,Kələntər Ağası bəy və Qasım otu-rub,söhbət edirlər.Qasım deyir:

-Əgər Əbülfət bəylə Salyana,Qızılayağın yanına getməsəydim,bəlkə də

indi təlaş içində olmazdım.

Vaqif:

-Oğul,hələ də gec deyil,qaç,canını qurtar.



Qasım:

-Sizi qoyub hara gedim,ay ata? Camaat nə deyər?

Mirzə Əliməmməd :

-Heç deyəsən, bizi itirib-axtaran yoxdur,axı.Nə isə dostlar,Allaha təvək-kül!Ürəyinizi sıxmayın.

Kələntər Ağası bəy:

-Ölümdən heç vaxt qorxmamışam,amma oturub,onu gözləməyin bu qə-dər cansıxıcı olduğunu bilmirdim.

Bu dəm kadr arxasından açılan darvazanın cırıltısı və pilləkanlarla qalxan çoxsaylı ayaq səsləri eşidilməyə başlayır.Mirzə Əliməmməd deyir:

-Gəlirlər!Allah sizi hifz etsin,dostlar!

Qələmdar pərdələr aralanır və içəri əsgərlər girir.Onlardan biri arxadan gələn dostlarına səslənir:

-Dördü də buradadır!

İçəri onbaşı girir:

-Məmməd xanın fərmanına əsasən dördünüz də həbs olunursunuz!

Vaqif təəccüblə:

-Məmməd bəyin?!

Onbaşı:

-Bəli.Ağa Məhəmməd şah Qacar onu Qarabağ xanı təyin edib.

Vaqif və yoldaşları ayağa qalxırlar.Bu an Mirzə Əliməmməd belindəki xəncəri çəkir,“ La ilahə illəllah,Mühəmmədən rəsulillah!”-deyib,xəncəri ürəyinə

sancır.


***

Bazar meydanı.Meydanın perimetri boyunca qızılbaş ordusunun əsgər-ləri düzülmüşdür.Meydanın ortasında otuza qədər dar ağacı qurulmuşdur.Əsgərlər

İbrahimxəli xanın adamlarını iki-iki,üç-üç əl-qolları bağlı halda dar ağclarının ya-nına gətirirlər.Əsirlərin içində Vaqif,Kələntər Ağası bəy,Qasım,qazı,Ohan və digər əyan-əşrəf var.Ağa Məhəmməd şah Qacar,Məmməd xan Cavanşir(Məmməd bəy) və Oızılbaş ordusunun əmiri Məmmədhüseyn xan Qacar və Abbas bəy kənarda durmuşlar.

***


Kameranın obyekti Vaqif,Kələntər Ağası bəy və Qasıma tərəf yönəlir. Kadra daxil olan Səfərəlibəy atdan enmədən kinayəli baxışlarla Vaqifi süzür və so-

ruşur:


-Məşhur şair Molla Pənah Vaqif sənsənmi?

Vaqif də eyni tərzdə cavab verir:

-Molla Pənah Vaqif olmağına Molla Pənah Vaqifəm,şair olmağına da şairəm,amma məşhur olduğumu bilmirdim, səndən öyrəndim.

Səfərəli bəy:

-Deməli,üstü almazlarla bəzədilmiş bir əsaya Vətəni satan,onu uruslara peşkəş cəkən sənsən?

Vaqif:


-Bu,sənin başa düşəcəyin,ağlının kəsəcəyi məsələ deyil.

Səfərəli bəy təkrar Vaqifi başdan ayağa istehzalı nəzərlərlə süzərək atı-

ni sürür və kadrı tərk edir.

***


Ağa Məhəmməd şah Abbas bəyə deyir:

-Vaqifi və oğlunu zindana salın,qalanlarını asın!

Abbas bəy “ Baş üstə!”- deyib,gedir.Şah üzünü Məmməd bəyə(xana )tə- rəfə tutur:

-Qarabağın aslanı Mirzə Əliməmməd hansıdır?

Məmməd bəy(xan):

-O burada yoxdur,xəncərini ürəyinə sancaraq intihar edib.

Şah:

-Allah rəhmət eləsin!Əfv etmək istədiyim yeganə adam o idi.Onu əsl ki-



şiyə,türkə layiq bir şəkildə dəfn edin!

Məmməd bəy(xan):

-Gözlərim üstdə!

***


Əsgərlər İbrahimxəlil xanın adamlarını bir- bir dar ağaclarının altına gə-tirərək,kəndirləri onların boyunlarına taxırlar.

***


Ağa Məhəmməd şah qılıncını yuxarı qaldırıb,endirməklə əsirlərin öldü-rülməsinə işarə edir.

***


Əsgərlər əmri yerinə yetirirlər.

***


Kameranın obyektivi sıra ilə yanaşı asılmış Kələntər Ağası bəyin,qazı-nın,Ohanın və axundun bənizləri qaralmış üzlərində gəzir.

***


Şuşanın zindanı.Vaqif və Qasım qəfəslərin birində üzbəüz oturaraq də-rin fikrə getmişlər.Kamera tədricən ümumi plandan yaxın plana keçərək Vaqifin üzərində fokuslanır.Vəzirin simasına dərin kədər və qəm hakimdir.Onun gözləri

önündə keçmişin bəzi xatirələri canlanır.


***

EPİZODUN TƏKRARI

Şuşa zindanının dindirmə otağı.Vaqiflə Mirzə Əliməmməd bir tərəfdə,

Məmməd bəylə Qasım o biri tərəfdə qarşı-qarşıya oturmuşlar.

Vaqif üzünü Məmməd bəylə oğluna tutaraq deyir:

-Baxın,hər ikiniz gəncsiniz,həyat təcrübəniz azdır.İbrahimxəlil xan da

sizi bağışlamağa hazırdır.Axı,nə üçün sizə elə gəlir ki,Vətəni yalnız siz sevirsiniz?

Biz də Vətəni çox sevirik.Biz də bu torpağın övladıyıq.

Qasım:

-Vətəni sevən adam heç vaxt uruslara məktub yazıb,onları Azərbaycana



dəvət etməzdi.Sənsə, ata, bunu etdin.Eyni işi səndən öncə ermənilər də görmüşdü-lər.Belə olan halda, səninlə onlar arasında nə kimi fərq var?Onları yenə də başa düşmək olar,onlarla uruslar eyni dindəndirlər və müsəlmanları da eyni dərəcədə sevmirlər.

Vaqif:


-Oğlum,görürsən,birini bilirsən,birini yox...Ermənilərin məktubundan

sonra uruslarda belə bir fikir hasil olmuşdu ki,Osmanlı dövlətinin şərq əyalətləri və

Azərbaycanın İrəvan və Qarabağ xanlıqları hesabına erməni dövləti yaratsınlar. Mənim məktubumdan sonra isə bu fikirdən vaz keçdilər.Qərara gəldilər ki,Azər-baycanın bütün xanlıqlarını İbrahimxəlil xanın hökmü altında birləşdirsinlər.Bu xə-

bər yayılar-yayılmaz,bütün Azərbaycan xanları,o cümlədən urusların qanlı düşmə-ni Cavad xan İbrahim xana məktub göndərib,itaət bildirdilər və öz övladlarını gi-rov qismində Qarabağa göndərdilər.

Məmməd bəy:

-Yəni İbrahimxəlil xan urus padşahının canişini olmalı,Azərbaycan da Urusiyətin kiçik bir əyalətinə çevrilməli idi,eləmi?Əvəzində də uruslar bizim xanı

Ağa Məhəmməd şah Qacardan qorumalı idi?Siz bu addımı Azərbaycan naminə de-yil,İbrahimxəlil xanın taxt-tacını qorumaq,onun hökmünü bütün Azərbaycana yay-maq üçün atdınız.O zaman siz də kiçik bir xanlığın yox,bütün Azərbaycanın vəziri

olacaqdınız,deyilmi?

***

Vaqif dərindən bir “Ah!”çəkir,başını əllərinin içinə alır və yenidən xə-yallara qapılır.



***

EPİZODUN TƏKRARI

Vaqif:

-Nə isə, bu mövzuda zarafat caiz deyil.Gəlin,mövzunu dəyişək...Yaxşı,



ay Ohan,bu Ağa Məhəmməd xan Qacardan ağlın nə kəsir?

Ohan:


-Məncə,o,sizin son ümidinizdir.Onu rədd etməklə siz özünüzü urusların köləliyinə sürükləyirsiniz.Əgər ermənilərin içindən Ağa Məhəmməd şah Qacar ki-mi bir şəxsiyyət çıxsaydı,vallah-billah,ondan on əllə yapışar,onu başımızın tacı ya-pardıq.Amma siz Nadir şahın qədrini bilmədiyiniz kimi,Qacarın da qədrini anla-mırsınız və ya da anlamaq istəmirsiniz.Uca Tanrı sizlərə insana xas olan bütün gö-zəl sifətləri-kişilik,mərdlik,comərdlik,şərəf və ləyaqət kimi sifətlərin hamısını bəxş edib,amma etiraf etməliyəm ki,biz ermənilər dünyanın ən şərəfsiz və ləyaqətsiz millətiyik.Buna baxmayaraq,siz müsəlman,ermənilər isə xaçpərəst olduğu üçün uruslar üstünlüyü həmişə bizə verəcəklər.Ağa Məhəmməd şahı rədd etməklə siz ona nail olacaqsınız ki,bir gün uruslar erməniləri başınızın ağası edəcəklər.Onda iş işdən keçmiş olacaq.

***


Vaqif ayağa qalxıb qəfəsin içində ora-bura var-gəl etməyə başlayır.Qa-

sım atasına deyir:

-Ata,bilirəm ki,ən çox mənə görə narahatsan.Narahat olma,Allah nə ya-zıbsa,o da olacaq.Olacağa carə yoxdur.

Vaqif susmaqda və var-gəl etməkdə davam edir.

Kadr arxasından çəkilən zəncirlərin və yuxarı qalxan dəmir qapının tükürpədici səsi gəlir.

***


İçəri Ağa Məhəmməd şah Qacar,Məmməd bəy(xan) və keşikçibaşı daxil

olurlar.Keşikçilər bu gözlənilməz ziyarətdən öncə bir anlığa özlərini itirirlər və hə-

min an da özlərini ələ alıb,təzim edirlər.Ağa Məhəmməd şah uca səslə keşikçilərə

səslənir:

-Şairin qapısını açın!

Keşikçilər cəld əmri yerinə yetirirlər.Ağa Məhəmməd şah içəri girir.Qasım

cəld ayağa qalxaraq,şaha təzim edir.Ayaq üstə duran Vaqif isə yerində donub qalır.

şah soruşur:

-Urusların qarşısında əyilən Molla Pənah Vaqif özü kimi türk və müsəlman olan şaha baş əyməyi şəninə sığıışdırmadımı?

Vaqif susmağa üstünlük verir.

-Sənin şerlərin Təbrizdən Tehran,Şiraz və İsfahana qədər türklər arasında dillər əzbəridir.Zamanəmizin ən böyük şairlərindənsən.Ona görə də, zindanda da olsa,mən sənin ziyarətinə gəldim.Etiraf edim ki,mən də sənin pərəstişkarınam.Necə

demisən?...

Xubların yasəmən qoxulu zülfü,

Dəxi məndə dini-iman qoymadı.

Məstanə gözləri,xumar baxışı

Apardı əqlimi,aman qoymadı.


Valeh olmasaydım yanağa, xala,

Əlbəttə yetərdim əqlü kamala.

Mən ha döndərmədim qəddimi dala,

Neyləyim, bir qaşı kaman qoymadı...

İstə məndən nə istəyəcəksən!

Vaqif:


-Oğlumun canını bağışla, əfv et onu!

Şah:


-Əfv etdim.(Üzünü Məmməd bəyə tutur.)Onu azad edin,şəhər qapısına qə-

dər ötürün.Bir at verin,hara istəyir,çıxıb getsin.

Məmməd bəy(xan):

-Gözlərim üstə!

Şah Vaqifə müraciətlə:

-Özün üçün əfv diləməyəcəksənmi?

Vaqif:

-Mən İbrahimxəlil xana sədaqət andı içmişəm.



Şah:

-Sənin somrakı taleyin barədə qərarı xanın öhdəsinə buraxıram.

Ağa Məhəmməd şah Qacar qəfəsdən çıxıb qapıya tərəf yollanır.Məmməd bəy(xan) Qasıma deyir:

-Gəl!


Qasım atasına sarılır.

***


Ağa Məhəmməd şahın Şuşadakı qərərgahı.Şah tək taxtda əyləşib dastan

söyləyən aşığı dinləyir.Aşıq Ağa Məhəmməd şaha Vaqif və Vidadinin dəyişməsini

nəql edir:

-Əvvəlcə Vaqif sazı sinəsinə sıxdı vəVidadiyə müraciətlə bu beyti dedi:

“Ey Vidadi,sənin bu puç dünyada

Nə dərdin var ki,zar-zar ağlarsan?

Ağlamalı günün axirətlədir,

Hələ indi səndə nə var ağlarsan?”

Sonra sıra Vidadiyə gəlir və deyir:

“Vaqif,nə çox yan,baş-ayaq atarsan,

Mənə dersən,nə bu qədər ağlarsan?

Sənin də başında məhəbbət beyni

Əgər olsa,eylər əsər,ağlarsan!”

***


Ekranda aşığın şaha haqqında söhbət açdığı səhnə canlanır.Təbiətin gözəl bir guşəsi.gənc aşıqlar dövrə vurub oturmuşlar.Ortada Vidadi və Vaqif əllərində saz deyişirlər. Söz sırası Vaqifindir:

-Ta cəsədin cüda olmayıb candan,

Bil özünü artıq sultandan,xandan.

Qəriblik,ayrılıq nədir ki, ondan

Bu qədər çəkibən azar,ağlarsan!

Vidadi:


-Ağlamaq ki vardır,məhəbbətdəndir,

Şikəstəxatirlik mərhəmətdəndir,

Əsil bunlar cümlə nürüvvətdəndir,

Olsa ürəyində,betər ağlarsan!

***

Ekranda yenidən öncəki səhnə canlanır.Ağa Məhəmməd şah Qacar



taxtda oturub aşığı dinləyir.Aşıq deyir:

-Vidadi sözünü bitirər-bitirməz Vaqif sazını sinəsinə sıxır...

Şah onun sözünü kəsir:

-Dur!Təcili Səfərəli bəyə de,bura gəlsin!

Aşıq “Baş üstünə!”-deyib,şaha təzim edir və gedir.Ağa Məhəmməd şah

ayağa qalxıb, otaqda var-gəl etməyə başlayır və özü-özünə deyir:

-Şikəstəxatirlik mərhəmətdəndir...

İçəri Səfərəli bəy daxil olub təzim edir.Şah onadan soruşur:

-Yaxşı,bəs,Məmməd xan hansı cəhənnəmdədir?İki-üç gündür gözümə dəymir.

Səfərəli bəy:

-Harada olduğu məlum deyil.Deyilənə görə,başı vəzirin arvadı ilə eyş-işrətə qarışıb,dövlət işlərini də bir kənara buraxıb.

Şah qəzəblənərək:

-Yerin altında da olsa,onu tapıb,hüzuruma gətirin!

***


İbrahimxəlil xanın məşvərət otağı.Məmməd bəy(xan)taxtda əyləşib. Qarşısında Saroş oturub.Məmməd bəy deyir:

-Çox qəribədir,əvvəllər özüm-özümə İbrahimxəlil xanın yerinə xan ola-

cağım təqdirdə hansı işləri birinci,hansıları ikinci növbədə,hansıları da daha sonra görəcəyim barədə düşünərdim və ağlıma o qədər görüləsi iş gələrdi ki !Hətta ürə-yimdə əmimi az iş gördüyünə görə məzəmmət də edərdim.İndi isə nə zamansa ger-çəkləşəcəyinə inanmadığım xəyallar gözlənilmədən həqiqətə çevrilib və xanlıq tax-

tında oturmuşam.Və nə edəcəyimi,nədən başlayacağımı bilmirəm.Əslində isə bir-

dən-birə anladım ki,nə bu taxt, nə də hakimiyyət mənə zərrə qədər də olsa,lazım

deyil və mən öz yerimdə oturmamışam.Məndən xan olmaz.

Saroş:

-Mən səni tam başa düşürəm.Çünki mən də anladım ki,məndən əmir ol-maz.Mən əmrlər vermək üçün yox,onları icra etmək üçün yaranmışam.Mən Səfər ola bilmərəm.



Məmməd bəy:

-Dərd burasındadır ki,bütün iş bilənləri İbrahimxəlil xanın adamı olduğu-na görə asdırdıq.İndi nəinki iş görə bilən adamımız yoxdur,hətta məsləhət almağa da adam qalmayıb.Xanlığı kimlə və necə idarə edəcəyimi də bilmirəm.

***

Şuşa qəbristanlığı.Qəbristanlığın kənarında çox sayda adam külüng və



bellərlə bir-birinin yanında otuza qədər qəbir qazımaqla məşğuldur.

***


Minlərlə adam çiyinlərdə daşınan otuza qədər tabutu müşayiət edərək,qə-bristanlığa tərəf axışır.Qadınların ağlaşmasından ağız deyəni qulaq eşitmir.

***


Ekranda tabutların və insan kütləsinin qarşısında gedən mollalar canlanır. Onlardan biri ucadan “Yasin” surəsini oxuyur:

-...İnnama tunziru mənittəbə əz-zikrə və xəşiyər-rəhmanə bil-ğeybi fəbəş-şirhu bi-məğfirətinvə əcrin-kərim.

İnna nəhnu nuhyil məvta vəməktubuma qəddəmu və asarəhum və kullə şəy-innəhsəynahu fi imamin-mubin...

***


Kameranın obyektivi qəbir daşlarının üzərində gəzir.Baş daşlarını üstündə ərəb əlifbası ilə bu sözlər yazılmışdır:

“Mərhumə Məşhədi Minəxanım Məşhədi Əlirza qızı.Təvəllüdü:1155.Vəfa-tı: 1228.”

“Mərhum Hacı Fətullah Hacı Ömər Əfəndi oğlu.Təvəllüdü: 1143.Vəfatı : 1228.”

“Mərhum Toğtul Ərtoğrul oğlu.Təvəllüdü:1210.Vəfatı:1227.”


Kadr arxasından mollanın səsi eşidilir:

-...Vəzrib ləhum-məsələn əshabəl-qəryəti iz ca-əhəl-mursəlun...

***

Qəbristanlığın içi ilə hərəkət edən kütlə ilə birlikdə yanaşı gedən üç nəfər.Kadr arxasından ağlaşma səsi gəlir.Birinci adam o birilərinə deyir:



-Məmməd xanın xanlığının ilk günü qan tökülməklə başladı.Allah ona lənət etsin!

İkinci adam:

-Bu hakimiyyət uzun çəkməz.

Üçüncü adam:

-Allah İbrahimxəlil xanın atasına rəhmət etsin!

***


Ağa Məhəmməd şahın qərargahı.Şah taxtda oturub.Qarşısında iki əsgərin

əhatəsində əl-qolu bağlanmış vəziyyətdə Şahnəzər Məlik durub.Onların da yanla-rında Abbas bəylə Səfərəli bəy dayanmışlar.Ağa Məhəmməd şah ayağa qalxaraq Şahnəzər Məliyə yaxınlaşır və dərhal da burnunu tutur:

-Fu!Bundan nə pis iy gəlir.

Abbas bəy:

-Qorxusundan gedib donuz tövləsində gizlənmişdi.Ona görə də üst-ba-şından donuz iyi gəlir.

Şah:


-Demək,qorxusundan,hə?Bəs,qocaları qılıncdan keçirəndə,hamilə qadın-ların qarınlarını yırtanda,körpələri diri-diri qaynar suya atanda qorxmurdu bu it ba-

lası it?


Səfərəli bəy:

-“Arxalı köpək qurd basar”-deyiblər.Bu erməni köpəyi də uruslara arxa-lanırdı.Daha demirdi ki,bir gün müzəffər türk-qızılbaş ordusu gələcək və bunun ar-

xalandığı əsgərlər tülkü kimi qorxub qaçacaqdır.

Şah:


-Deməli,o, nüsəlman türk cocuqlarını diri-diri suda qaynatmaqdan zövq alırmış,eləmi?

Abbas bəy:

-Bəli,qibleyi-aləm!

Şah:


-Siz də bazar meydanında böyük bir qazan qaynadın və bu köpəyi atın onun içinə!

Abbas bəy:

-Baş üstə!

Şahnəzər Məlik yalvarmağa başlayır:

-Qurbanın olum,şah,başına dönüm,bir qələtdir etmişəm,bağışla məni!

Ayağının altında əbədi qulun olum,şah,öldürmə məni!

Şah:

-Sən zatən doğulanda qul kimi doğulmusan.Sən məgər azad idinmi ki, təzədən qul olasan?Elə bilirdin ki,uruslar Azərbaycanı ələ keçirəcək və erməniləri də yuxarı başda oturdacaq,siz də xalqın başına istədiyinizi gətirəcəksiniz?



(Üzünü Abbas bəyə tutur.)Aparın,dediklərimi eynən yerinə yetirin.Qoy,körpələrə çəkdirdiyi əzabı özü də dadsın!

Abbas bəy “Baş üstünə!”-deyib əsgərlərə başı ilə işarə verir və çıxır. Əsgərlər qorxudan ürəyi gedən Şahnəzəri sürüyə-sürüyə aparırlar.

***

Vaqifin evi.Məmməd bəylə(xanla)Qızxanım bir-birinə sarılaraq ota-ğın ortasında durmuşlar.Yeni xan qadının boynunu və sinəsini öpüşə qərq edir.O, başını qaldıraraq deyir:



-Artıq dünyada heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməz.

Qızxanım:

-Amma,mən ərli qadınam,ona görə də hələ bir qədər gözləmək lazım olacaq.

Məmməd bəy(xan):

-Mən bu qədər vaxt necə dözüm?

Qızxanım:

-Heç məni demirsən,İçim od tutub yanır.Bilsən,bir balışa baş qoyaca-ğımız günü necə həsrətlə gözləyirəm.

Məmməd bəy(Xan):

-Mənimsə gözləməyə heç halım yoxdur!

Qızxanım:

-Elə mənim də!

Bu sözlərdən sonra gənc xan anası yaşında olan qadının köynəyinin yaxasının düymələrini açmağa başlayır.

***

Vaqifin evinin yataq otağı.Yarıqaranlıq otaqdakı yorğanın altında iki nəfər eşq-məhəbbətlə məşğuldurlar.Hər ikisinin bədəni bütünlüklə yorğanla örtülü olduğundan kimlikləri görünmürşFəqət yaxında Qzxanımın və Məmməd xanın pal-



tarları gözə dəyir.Kadr arxasından Vaqifin səsi ilə onun şerindən bir beyt səslənir:

-Həmişə bu idi fikrü xəyalım,

İkimiz bir yerdə həmdəm olalım.

Neyləmişdi sənəVaqif,a zalım,

Onu qəm əlində payimal etdin?

***


Şuşa şəhərinin bazar meydanı.Bura minlərlə adam toplaşıb.Ortada əsgərlərin əhatəyə aldığı boş meydançanın tam mərkəzində böyüük bir tiyan qay-nayır.Tiyanın altından çıxan alov bəzən tiyanın ağzından daha yüksəyə qalxır.Ti-yanın yanında ağacdan öz ətrafında dönə bilən qaldırıcı qurğu quraşdırılmışdır. Qurğudan bir qədər kənarda iki əsgərin arasında əl-qolu bağlı,tir-tir əsən Şahnəzər Məlik,təbilçi,carçı və daha iki əsgər durublar.Təbilçi təbili üç dəfə vurur.Ardınca carçı ucadan car çəkir:

-Eşitdik-eşitmədik deməyin!Ağa Məhəmməd şah Qacarın əmridir!

Təbilçi yenə də təbilini üç dəfə döyür.Carçı yenə də car çəkir:

-Eşitdik-eşitmədik deməyin!Müsəlman türk əhalini vəhşicəsinə qət-

lə yetirən,körpələri qaynar suda bişirən,hamilə qadınların qarnını yırtan erməni quldur dəstəsinin başçısı Şahnəzər Məlik qaynar tiyana atılmaqla edam edilsin!

***


Əsgərlər Şahnəzər Məliyin ayaqlarını qaldırıcı qurğudan sallanan kəndirə bağlayırlar.Sonra ipi çəkməklə onu yuxarı qaldırırlar.Şahnəzər Məliyin çığırtısı aləmi başına alır.Qurğu döndərilir və şahnəzər Məlik tiyanın düz üstümə gətirilir.Sonra kəndir yavaş-yavaş endirilir və məlik qaynar suya salınır.

***


Ağa Məhəmməd şah Qacarın iqamətgahı.Abbas bəy və Səfərəli bəy gü-nahgarcasına başlarını əyərək durmuşlar.Kadr arxasından şahın qəzəbli səsi gəlir:

-Demək belə,hə!Etdiyiniz oğurluq deyil,bəs,nədir?Məgər mən sizə demə-mişdimmi ki,qoşun üçün hansı kənddən nə qədər ərzaq alınırsa-alınsın,kəndlilərin pulu artıqlaması ilə verilməli və heç kəs bizdən narazı qalmamalıdır?..

***

Ağa Məhəmməd şah taxtda oturub,əlində tutduğu tüfəngi Abbas bəylə Sə-



fərəli bəyə tuşlamışdır.O,sözünə davam edir:

-...İndi mənə Şamaxıdan,Mustafa xandan məktub gəlir və bir ay sonra xə-bər tuturam ki,üç kənddən üst-üstə 600 qoyun alınıb,indiyə qədər kəndlilərin pulu ödənməyib.Allahınıza şükr edin ki,bu gün cümə günüdür və cümə günü qan tök-mək istəmirəm.Sabah sübh tezdən hər ikinizi burada gözləyəcəyəm.İndi isə itilin gözümün önündən!Məmmədə də deyin gəlsin!

***

Bəylər təzim edib,otağı tərk edirlər.Onlar çıxdıqdan dərhal sonra Məm-məd xan içəri girir və şaha təzim edərək onun qarşısında günahkar bir görkəm alır.



Ağa Məhəmməd şah Qacar eyni qəzəbli tərzdə ona müraciət edir:

-Demək, başın eyş-işrətə elə qarışıb ki,dövlətin işləri tamam yaddan çıxıb, eləmi?Demək zinakarlıqla məşğulsan,hə?

Məmməd xan susur.

Qacar sözünə davam edir:

-Səni də cümə günü olduğu üçün hələlik cəzalandırmıram,get,amma sübh tezdən burada ol!

Məmməd xan cəld otaqdan çıxır.

***

Ibrahimxəlil xanın sarayının məşvərət otağı.Gecəyarı və qaranlıq oldu-ğundan otaq şamlarla işıqlandırılır.Otaqda Məmməd xan,Abbas bəy,Səfərəli bəy və



Saroş dairə vurub oturublar.Məmməd xan deyir:

-Bu gecə bir iş görə bildiksə-bidik,bilmədiksə,sübh tezdən həyatımızla vi-dalaşacağıq.Onsuz da heç nə itirmirik.Odur ki,təcili tədbir görməliyik.

Abbas bəy:

-Mənim və Səfərəli bəyin içəri girib,şahın işini bitirməmiz çətin olmaz, məsələ oranı xətərsiz tərk etməkdədir.

Məmməd xan:

-Bunda da bir çətinlik olmayacaq.Sizin oradan sərbəst çıxışınızı Saroş öz

adamları ilə təmin edəcəklər.

Saroş soruşur:

-Şahın evini neçə nəfər mühafizə edir?

Səfərəli bəy:

-20 nəfər.

Saroş:


-20 nəfəri sıradan çıxartmaq çətin deyil.Siz sadəcə mənim adamlarıma

keşikçilərə yaxınlaşmaqda kömək etməlisiniz.

Abbas bəy:

-Bu asan məsələdir.Biz sizdən bir-iki dəqiqə əvvəl hadisə yerinə gəlib, keşikçilərə deyəcəyik ki,bu gecə şaha sui-qəsd hazırlandığı barədə məlumat var, ona görə də indi Saroş öz adamları ilə sizə köməyə gələcək.Özümüz də guya bu xəbəri şaha çatdırmaq üçün içəri keçəcəyik və işi bitirəcəyik.Amma sən öz adam-larına nə deyəcəksən?

Saroş:

-Mən deyəcəyəm ki,keşikçilər bu gecə şahı öldürməyi düşünürlər.Biz şahı qorumaq üçün keşikçiləri qırmalıyıq.Siz işi bitirib çıxıb deyəcəksiniz ki,artıq gecikmişik.Oradan dərhal birlikdə xəzinəyə gedib hərəmiz öz payımızı götürəcək və aradan çıxacağıq.



Məmməd xan:

-Mən də sizə şəhəri xətərsiz tərk etməyə kömək edəcəyəm.

***

Şuşa zindanı.Vaqif qəfəsdə oturub,dərin fikirlərə qərq olmuşdur.Bu an



keşikçi həyacan içində qəfəsə yaxınlaşıb,ucadan,titrək bir səslə deyir:

-Şair,indicə xəbər gəldi ki,bu gecə, sübh çağı Ağa Məhəmməd şah Qa-car qətlə yetirilmişdir.

Vaqif cəld ayağa qalxıb,qəfəsin barmaqlıqlarına yaxınlaşır və eyni hə-yacanla soruşur:

-Xəbərin doğruluğuna əminsənmi?

Keşikçi:

-Atamın adının Kərbəlayi Əbülhəsən olduğuna əmin olduğum qədər əminəm.

Vaqif:

-Söndü səltənətin son ümid çırağı.Mənə tez kağız-qələm ver,məktub yazmalıyam.Cəld ol,çünki bir azdan mənim dalımca gələcəklər və bir də məni görməyəcəksən.



Keşikçi cəld Vaqifə kağız və qələm gətirir.Şair onları alıb oturur və de-

yir:


-Yazcağım bu məktubu ölümümdən sonra Molla Vəli Vidadiyə çatdı-

rarsınız.

Keçikçi:

-Əlbəttə ki,çatdırarıq,narahat olma,amma ölüm barədə də düşünmə,Allah

böyük və rəhmlidir.

Vaqif bir söz söyləmədən yazmağa başlayır.O yazdıqca,kadr arxasından

onun öz səsi bu şeri ifa edir:

-Ey Vidadi,gərdişi-dövrani-gəcrəftarə bax!

Ruzigarə qıl tamaşa,karə bax,girdara bax!

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,

Hökmü adil padişahi-qadirü qəhharə bax!
Sübh söndü şəb ki,xəlqə qiblə idi bir çırağ,

Gecəki iqbalı gör,gündüzdəki ilbara bax!

Taci-zərdən ta ki,ayrıldı dimaği-pürqürur,

Payimal oldu təpiklərlə səri-sərdarə bax!...

***

Ekranda Vaqifin məktubunu oxumaqda olan və gözlərindən yaş axan Vi-dadi canlanır.O,çılpaq bir qayanın üstündə oturmuşdur.şer Vaqifin ifasında,kadr



Arxasından səslənməkdə davam edir:

-...Mən fəqirə əmr qılmışdı siyasət etməyə

Saxlayın məzlumu zalimdən o dəm Qəffara bax!

Qurtaran əndişədən ahəngəri-biçarəni,

Şah üçün olmidbəri təbdil olan mismarə bax!...

***


Ekranda yazılır:

Ağa Məhəmməd şah Qacar başı kəsilərək,qətl edil-dikdən sonra Məmməd xan onun başını İbrahimxəlil xana,o da öz növbəsində İrak-li xana göndərdi.İrakli xanın əmri ilə şahın başı əhali tərəfindən təhqir edilmək üçün kilsənin qarşısında qoyuldu ,fəqət müsəlmanlar gecə başı oğurlayıb hörmətlə dəfn etdilər.



Ağa Məhəmməd şahın qardaşı oğlu,vəliəhd Xanbaba Tehrana gələ-rək,onun yerinə İran və Azərbaycanın Birləşmiş Xanlıqlarının hökmdarı oldu və səltənəti Fəthəli şah adı ilə idarə etməyə başladı.

Vaqifi edam etdirən Məmməd Qızxanımı və xəzinənin böyük bir hissəsini özü ilə götürüb naməlum istiqamətdə yoxa çıxdı və onu bir bir müddət heç kəs görmədi.Sonra isə şamaxılı Mustafa xan tərəfindən öldürüldüyü barədə xə-bər gəldi.Şahın qətlinin həyata keçirilməsində bilavasitə iştirak etmiş Abbas bəy, Səfərəli bəy və Saroş da xəzinədən paylarına düşəni alıb qaçdılar,lakin bir müddət sonra həbs edilərək yeni şah tərəfindən cəzalandırıldılar.

İbrahimxəlil xan yenidən Qarabağa dönərək xanlıq taxtına oturdu. Oğlu Əbülfət bəyi yenidən Tehrana girov kimi göndərdi.Kiçik qızı Ağabəyim də

Fəthəli şaha ərə verildi.Fəthəli şah Qarabağ xanlığını bütün vergilərdən azad etdi.

Əbülfət bəy qısa bir müddət sonra əmirülüməra vəzifəsinə yüksəldildi,Ağabəyim

isə şahın baş hərəmi oldu.

***




Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə