Yusifov E. F., Hacıyev V. C


Reklam  –  informasiya  təminatı



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə70/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   66   67   68   69   70   71   72   73   ...   86
Reklam  –  informasiya  təminatı.  Bu  komponentin  əsas 
məqsədi  biosfer  rezervat  ərazisindəki  öyrədici  turizm  imkanlarının 
reklam  kompaniyasına  hazırlığından  ibarətdir.  Bu  komponent 
aşağıdakı tədbirləri əhatə edir: 
1.  Biosfer  rezervata  gələnlər  üçün  müxtəlif  reklam  – 
informasiya məhsullarının nəşri

 
Regionun  təbiəti,  flora  və  faunası,  mümkün  marşrutlar  və 
öyrədici  turizm  proqramını  əks  etdirən  illüstrasiyalı  kitabçaların 
hazırlanması. 

 
Ayrıca götürülmüş mühüm təbiət əraziləri üzrə bukletlər, cığır 
və marşrutlar üzrə soraq kitabçalarının hazırlanması. 

 
Mehmanxanalarda,  turist  bazalarında,  istirahət  evlərində, 
aviaxətlərdə yayınlamaq məqsədi daşıyan reklam plakatları, prays-list 
və vərəqlərin hazırlanması. 

 
Reklam – informasiya xarakterli videofilmlərin hazırlanması. 
2.Regionda  ekoloji  turizmin  inkişafında  zəruri  olan 
müşayiətedici materialların nəşri

 
Biosfer rezervat ərazisinə (xüsusilə bufer zonasında) gələnlərin 
davranış qaydaları haqqında kitabçaların hazırlanması. 

 
Biosfer  rezervatın  zonalarının  və  ekoloji  marşrutların 
göstərildiyi xəritənin hazırlanması. 

 
Üzərində  ekoloji  marşrutların  qeyd  edildiyi  ayrı-ayrı  mühafizə 
olunan ərazilərin xəritəsinin hazırlanması. 

 
Ümumi region və ayrıca mühüm ərazilər üzrə sorğu kitabçaları. 

 
Regionun  və  onun  müxtəlif  dərəcəli  mühafizə  olunan 
ərazilərinin fotoalbomlar və bukletlərinin hazırlanması. 

 
Biosfer  rezervatın  simvolikası  ilə  hazırlanmış  suvenirlər: 
açıqçalar, kalendarlar, idman köynəkləri, döş nişanları və s. 


 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin