Yekun hesabat


•   Asud ə vaxtın təşkili -



Yüklə 239,5 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix14.01.2017
ölçüsü239,5 Kb.
#5616
1   2   3

•   Asud

ə vaxtın təşkili - Komitə üzvləri Kitabxana, idman qurğuları, stolüstü oyunlar 

üçün  şəraitin  olub  olmaması,  televeziya  və  radiodan istifadə, dövrü mətbuatla  tanışlıq  üçün 

şəraitin  olub  olmamasına  diqqət  yetirmişlər. Bütün müəssisələrdə  televizorlar  vardır.  Bəzi 

m

əhkumlar  televizorların  sayının  az  olması  və  bununla  bağlı  müxtəlif kanallara baxmaq 



imkanının  olmaması  barədə  Komitə  üzvlərinə  məlumat  vermişlər. Bütün müəssisələrdə  dini 

ayinl


ərin icra  edilməsi  üçün  müvafiq  şərait  yaradılmışdır.  Bəzi müəssisələrdə  məscidlər 

f

əaliyyət göstərir. Məscidlərin  olmadığı  müəssisələrdə  dini ayinləri icra etmək üçün ibadət 



otaqları  yaradılmışdır.  Digər dinlərə  sitayiş  edənlər üçün də  müvafiq  şərait  yaradılmışdır. 

əssisələr dini ədəbiyyatla təmin edilmişdir.   



Son ill

ərdə CÇM-lərdə məhkumların asudə vaxtının səmərəli təşkli istiqamətində müsbət 

nümun

ələr kimi istər CÇM-lər daxilində, istərsə də CÇM-lər arasında idman yarışlarının (futbol, 



voeybol yarışları) təşkilini, idman zallarının yaradılmasının sürətlənməsini  göstərmək olar.  Bu 

praktikanın daha da genişləndirilməsi məqsədilə idmanın digər növləri ilə (dama, şahmat, güləş, 

qol gül

əşi)  bağlı  yarışların keçirilməsinində  də müsbət rolu olardı. Bu  tədbirlərin görülməsi, 



m

əhkumların  idmana  marağının  artırılması  islah  və  tərbiyə  prosesində, məhkumların  zərərli 

v

ərdişlərdən əl çəkməsində, onların sağlamlıqlarının qorunmasında böyük əhəmiyyət daşıyır. 



İK   Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsi ilə məhkumların asudə vaxtlarının 

keçirilməsinin səmərəliliyinin artırılması, onların cəmiyyətlə sosial əlaqələrinin gücləndirilməsi 

istiqamətində sıx və məhsuldar əməkdaşlıq etmişdir. İK  ilə  Penitensiar xidmətin Tərbiyə işinin 

t

əşkili idarəsi arasında əməkdaşlığın genişləndirilməsi öz müsbət nəticələrini verib. Bu 



əəməkdaşlığın daha da dərinləşməsi,inteqrasiya olunması  və davamlı xarakter alması zəruridir. 

Bu CÇM-l


ərdə  mütəmadi olaraq  idman yarışlarının (futbol, voeybol yarışları) təşkilini, idman 

zallarının yaradılmasını, müxtəlif tədbirlərin təşkilinin parktikasının genişlənməsini 

şərtləndirəcək.  


 •  Xarici al

əmlə  əlaqə  -  Azərbaycan  Respublikasının  Cəzaların  İcrası  Məcəlləsinə  və 

Az

ərbaycan  Respublikasının  Cinayət-Prosessual Məcəlləsinə  əlavələr və  dəyişikliklər edilməsi 



haqqında” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 657-IIIQD nömrəli Qanununun 

t

ətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı qüvvəyə mindikdən sonra  



telefon danışıqlarının sayının və vaxtının artırılması ilə bağlı texniki şəraitin olub olmamasını da 

müşahidə  etmiş  və  müəyyən təklif və  tövsiyyələr  vermişlər. 2008-ci ildə  bəzi müəssisələrdə 

telefon danışıqları üçün telefonların çatışmaması hiss olunsa da 2009-cu il ərzində bu problem 

dem


ək olar ki, həll  olunmuşdur.İctimai  Komitə  üzvləri  baş  çəkmələr  zamanı  məhkumların, 

xüsus


ən də Penitensiar Xidmətin həbsxanasında saxlanılan və ömürlük  azadlıqdan məhrum etmə 

c

əzasına  məhkum  edilmiş  şəxslərin xarici aləmlə  əlaqələrinin qanunvericilikdə  müəyyən 



olunmuş  qaydada  təmin olunub-olunmaması  vəziyyətini də  diqqətdə  saxlamışdır.  Komitə 

t

ərəfindən  telefon  danışıqlarının  daha  səmərəli təşkili  üçün  texniki  təchizatla  bağlı    bəzi 



probleml

əri həllinin sürətləndirməsini də tövsiyyə edir.  

 •  Görü

şlər üçün şərait  - Baş çəkmələr  zamanı  məhkumların ailə üzvləri və yaxınları 

il

ə  uzun müddətli və  qısa  müddətli  görüşlərinin təşkili  və  bu  görüşlərin keçirilməsi  üçün   



n

əzərdə tutulan şəraitin standartlara uyğun olub-olmaması da diqqət mərkəzində saxlanılmışdır. 

Komit

ə üzvlərinə uzunmuddətli və qısa müddətli görüşlərə hər hansı qanunsuz məhdudiyyətlərin 



qoyulmasına dair məlumat daxil olmamışdır.  

Bununla bel

ə, bir çox CÇM-lərdə qısa və uzunmüddəli görüşlər üçün nəzərdə tutulmuş 

otaqların  cari və əsaslı təmirə ehtiyacı var.  Bu otaqların kondisoner  və soyuducularla təchizatı 

problemi d

ə tədricən həllini tapmalıdır.  

•  C

əza  kameralarında  vəziyyət  -  Cəzaçəkmə  müəssisələrində  rejim  qaydalarını 

pozmuş  və  buna görə  də  qanunvericilikdə  nəzərdə  tutulan müddətlər çərçivəsində  cəza 

kameralarında  saxlanılanlarla  görüşlər və  bu  kameralarda  yaşayış  şəraiti  baş  çəkmələr  zamanı 

h

əyata keçirilmişdir.  Cəza kameralarında  saxlanılanlarla  konfedensial  söhbət  zamanı  onlara 



qarşı  hər  hansı  qanunsuz  hərəkətin və  hərəkətsizliyin  olması  barədə  məlumatlar qeydə 

alınmamışdır.  Bəzi müəssisələrdə  cəza  kameralarında  saxlanılanlara  vaxtında  tibbi  yardımın 

(m

əsələn,  17  saylı  CÇM) göstərilməməsi barədə  Komitə  üzvlərinə  məlumatlar  verilmişdir. 



Bununla bağlı Komitə üzvləri Ədliyyə Nazirliynə müvafiq təkliflər təqdim etmişdir.  

Bir sıra CÇM-lərdə cəza kameraları standartlara uyğun deyil, bu daha çox konstruksiya 

il

ə bağlı problemidir. Bu problemin həli üçün yeni binalrın tikilməsi məqsədəmüvafiqdir.  



 •  M

əhkumların  təqaüdlə  bağlı  olan  problemləri  -  İctimai  Komitənin fəaliyyət 

göst


ərdiyi bütün dövr  ərzində məhkumların  təqaüd almalarında ortaya çıxan problemlər aktual 

olaraq qalmaqdadır.  Ölkə Konstitusiyasının 38-ci maddəsinə görə “Hər kəs qanunla müəyyən 

edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə,  əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini 

itirdiyin

ə,  işsizliyə  görə  və  qanunla nəzərdə  tutulmuş  digər hallarda sosial təminat hüququna 

malikdir”. Bununla bel

ə  cəza çəkmə  müəssisələrində  saxlanılan  və  təqaüd almaq hüququ 

olanların heç də hamısı bu hüquqdan istifadə edə bilmirlər. Eyni zamanda  əliliyinin müəyyən 

edilm

əsi, əllil statusunun verilməsi ilə bağlı problemlər var.  Bu problemlər məhkumların sosial 



müdafi

əsinin tam həcmdə  həyta keçirilməsinə  mane olur. Belə  pozuntuların  olması  ilə  bağlı 

problem  Penitensiar Xidm

ətin fəaliyyəti çərçivəsindən kənara çıxır və digər dövlət orqanlarının, 

o cüml

ədən Daxili  İşlər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun, Əmək və Əhalnin Sosial 



Müdafi

əsi Nazirliyinin fəaliyyəti nəticəsində  ortaya  çıxır.  Komitə  üzvləri məhkumların  bu 

mühüm Konstitusion hüququnun t

əmin olunma vəziyyətini diqqət mərkəzində saxlamış. Mövcud 

problemin aradan qaldırılması üçün imkanları çərçivəsində işlər həyata keçirmişdir.   

 •  Konfedensial görü



şlər-    “Məhkumların  islah  ediləsində  ictimaiyyətin  iştirakı  və 

c

əzanı  icra edən müəssisələrin fəaliyyətinə  ictimai nəzarətin həyata keçirilməsi  Qaydaları”na 



uyğun olaraq Komitə üzvləri məhkumlarla təkbətək söhbət etmək hüququna malikdirlər. Bünü 

baş  çəkmələr  zamanı  arzu  edən bütün məhkumlarla belə  görüşlər  keçirilmiş  və  söhbətlər 

aparılmışdır. Bu görüşlər və söhbətlər Komitə üzvlərinə müəssisədə mövcud olan vəziyyətə dair 

m

əlumatların əldə edilməsində müsbət rol oynayır və vəziyyətin müsbət istiqamətdə dəyişməsinə 



şərait  yaradır.  İctimai  Komitənin hər  hansı  bir  üzvünə  hər  hansı  bir məhkumla təkbətək 

görüşmək və konfedensial söhbət etmək üçün maneə olmamışdır.  

•  Tibbi Hiss

ədə  vəziyyət və  tibbi  yardıma  çıxışın  vəziyyəti -  Məhkumların  səhiyyə 

xidm


ətlərinə çıxışı və onların keyfiyyətli tibbi xidmətlə təmin olunması İctimai Komitənin diqqət 

m

ərkəzində olmuşdur. İctimai Komitənin fəaliyyət göstərdiyi bütün dövr ərzində məhkumların 



tibbi  yardımlara  çıxışınının  yaxşılaşdırılması  istiqamətində  ciddi  işlər həyata  keçirilmişdir. 

əssisələrin əksəriyyətində tibbi avadanlıqla təhcizat yaxşılaşdırılmış, dərman preparatları ilə 



t

əminat normallaşmışdır. Bununla belə bir sıra müəssisələrdə həkim və orta tibb heyəti çatışmır. 

5  saylı  cəza çəkmə  müəssisəsinin  binası  texniki  baxımdan  bərbad vəziyyətdədir və  təmirə 

yaramır. 17 saylı Cəza çəkmə müəssisəsində tibbi hissədə anitisanitar vəziyyət hökm sürür. Baş 

s

əhiyyə idarəsinin yerləşdiyi bina qəza vəziyyətindədir.  Bu problemin aradan qaldırılması üçün 



yeni binaların tikilməsinə ehtiyac var. 2 saylı CÇM-in təcili olaraq təbii qazla təmin olunmasına 

ehtiyac  var  İctimai  Komitə  üzvləri  əksər  hesabatlarında  tibbi  hissələrdə  vəziyyətin 

yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürmüşlər.  

•  


Personalın  davranışı  və  ya pis rəftarın  olub-  olmaması  -  Cəza çəkmə 

əssisələrində  başçəkmələr  zamanı  pis  rəftarın  və  işgəncə  hallarının  olub  olmaması  diqqət 



m

ərkəzində  olmuşdur.  Bütün  başçəkmələr  zamanı  cəza  kameralarına  baş  çəkmələr həyata 

keçirilmiş,   məhkumlarla konfedensial söhbətlər zamanı onlara işgəncə və pis rəftar hallarının 

olub olmaması barədə sual verilmişdir. Baş çəkmələr  zamanı İctimai Komitə  üzvləri tərəfindən 

pis r

əftar və işgəncə halları qeydə alınmamışdır. Məhkumlar  tərəfindən pis rəftar halalrı ilə bəzi 



m

əlumatlar daxil olmuşdur. Komitə tərəfindən bu məlumatlar qeydə alınmış və araşdırmaların 

aparılması tövsiyyə edilmişdir.  

İctimai Komitə, personalın davranışla bağlı maarifləndirilməsi istiqamətində fəaliyyətin 

davam etdirm

əsini və bu istiqamətdə tədbirlərin sayınının artırılmasını vacib hesab edir.  



•   Qüvv

ə tətbiqi hallarının olub olmaması - Cəzaların İcrası məcəlləsinə uyğun olaraq 

c

əza çəkmə  müəssisələrində  rejim  qaydalarını  pozaraq  qalmaqal  salan,  və  Məcəllənin 78.2. 



madd

əsində  nəzərdə  tutulan  əməlləri törədən məhkumlara  qarşı  qüvvə  tətbiqi  hallarının  olub-

olması halları nəzarətdə saxlanılmış və bununla bağlı sənədlər nəzərdən keçirilmişdir.   

•  


İşçi heyət üçün yaradılmış əmək şəraiti və işçilərin əmək və sosial hüquqlarının 

t

əmin olunma vəziyyəti  -  Cəza çəkmə  müəssisələrinin  personalının  əmək  şəraiti və  sosial 

t

əminatı bütün baş çəkmələr zamanı diqqət  mərkəzində saxlanılmışdır. Son illərdə personalın 



əmək  haqlarının  artırıması  və  əmək  şəraitinin  yaxşılaşdırılması  istiqamətində  bir  sıra  müsbət 

d

əyişikliklər baş vermişdir. Personalın vaxtlı vaxtında keyfiyyətli xüsusi geyimlə təmin edilməsi, 



işə  gedib-gəlmək üçün avtobuslarla təmin  olunması  həyata keçirilən  müsbət tədbirlərdəndir. 

Bununla bel

ə  İK üzvləri tərəfindən bir sıra problemlər müşahidə edilmişdir. Belə ki,   bir çox 

CÇM-d

ə personalın iş otaqlarının cari və əsaslı təmirə ehtiyacı var, (Qobustan həbsxanasında, 



14,  11 v

ə  16  saylı  CÇM-lərdə),    personalın  iş  otaqlarının  kondisoner  və  soyuducularla 

t

əchizatında    xroniki  çatışmamazlıqlar  var.  Habelə,    personalın  psixoloji gərginliyinin  aradan 



qaldırılması  üçün    reablitasiya  tədbirlərinin həyata keçirilməsinə,  iş  saatlarının  yeni 

normativl

ərin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin başlanılmasına və bu istiqamətə 

beyn


əlxalq təcrübənin öyrənilməsi və tətbiqi zərurəti var  

Eyni zamanda qeyd edilm

əlidir ki,  Penitensiar Xidmət  işçilərinin və  ailə  üzvlərinin  

sanatoriya kurort müalic

əsinin və istirahətinin təmin edilməsi istiqamətində hər hansı tədbirlər 

h

əyata keçirilməmişdir.  Tövsiyyə  olunur ki, Penitensiar Xidmət  işçilərinin və  ailə  üzvlərinin  



sanatoriya kurort müalic

əsinin və istirahətinin təmin edilməsi məqsədilə ixtisaslaşmış sanatoriya-

kurort mü

əssiəsi və uşaq istirahət-düşərgələri yaradılsın  

 

Kütl

əvi tədbirlərdə iştirak, işçi heyəti və məhkumlarla görüşlər keçirilməsi  

 

Hesabat vaxtı ömürlük azadlıqdan məhrum edilmə sahəsində beynəlxalq standartlara dair 



Penitensiar Xidm

ət əməkdaşları üçün 3 treyninq-seminarın hazırlanmış və keçirilmişdir. 

İctimai  Komitə  üzvləri “Beynəlxalq Həbsxana  İslahatı”  təşkilatının  Tblisidə  keçirdiyi 

C

ənubi Qafqaza dair regional görüşdə (iyul 2011-ci ildə) iştirak ediblər.     



Beyn

əlxalq Konfrans: 29 mart 2011-ci il tarixində  Komitə  üzvləri  Ədliyyə  Nazirliyi və 

Beyn


əlxalq Qırmızı xaç Cəmiyyəti arasında əməkdaşlığın 15 illik yubileyinə həsr olunmuş “Əldə 

Edilmiş Nailiyyətlər və Perspektivlər” adlı Beynəlxalq Konfransda iştirak etmişdirlər. 



Əfv Fərmanın  icrasında  iştirak:  Komitə  üzvləri  Azərbaycan  Respublikası  Prezidentinin  26 

may 2011-ci il, v

ə 26 dekabr 2011-ci  tarixli ilə Əfv fərmanlarının icrasında iştirak ediblər.  

Stolüstü oyunlarının finalında iştirak: 27 may 2011-ci il tarixində 6 saylı CÇM-də məhkumlar 

arasında  keçirilən stolüstü oyunlar üzrə  yarışının  final  oyunlarının  keçirilməsi və  qaliblərin 

mükafatlandırılması mərasimi keçirilmişdir. Komitə üzvləri bu tədbirdə iştirak etmişdirlər. 

4 saylı Qadın CÇM-də tamaşada iştirak: 14.06.2011-ci il tarixində Qurtuluş günü ilə əlaqədar 

4  saylı  CÇM-də  məhkum  qadınlar  tərəfindən  ədəbi  kompasiziya  hazırlanmış,  tamaşa 

keçirilmişdir. Komitə üzvləri tam tərkib ilə tədbirdə iştirak etmişdirlər. 

T

əlimlər:  

a. 

İctimai  Komitənin üzvü Nazir Quliyevin rəhbərlik etdiyi təşkilat  tərəfindən  Azərbaycan 

Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi  Şurasının 

maliyy


ə  dəstəyi ilə

 

  “Penitensiar mü



əssisələrdə  məhbusların  insan  alveri  problemi ilə  bağlı 

m

əlumatlandırılması” layihəsi həyata keçirilib.  



b. 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsi və Penitensiar Xidmətə 

N

əzarət üzrə Ictimai Komitə  “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında dövlət 



başçısının  26.05.2011-ci il tarixli Sərəncamının  icrası  barədə”    Ədliyyə  Nazirliyinin 

Kollegiyasının  31.05.2011-ci il tarixli qərarının  2-ci bəndinin  icrası  ilə  bağlı  cəzaçəkmə 

əsissələrində təlimlər keçirib.  



Məhkumların  maarifləndirilməsi  və  məlumatlandrılması  məqsədilə  Komitə  koordinatoru 

Əliməmməd  Nuriyev  və  üzvləri    Çingiz  Qənizadə,  Sahib  Məmmədov,  Nazir  Quliyev,    Şahin 

Camalov  əfv  institutunun  qanunvericiliklə  tənzimlənməsi,  tətbiqi,  icrası  və  hüquqi  nəticələri, 

əfvetmə  haqqında  qanunverciliyin  əsas  müddəaları,  əfvetmənin  əcnəbi  məhkumlara  şamil 

edilməsi,  əfv  institutu  ilə  bağlı  humanist  addımının  mahiyyəti  və  əhəmiyyəti  ilə  bağlı 

mövzularda treninqlər keçiriblər.  

A

zərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar  tədbirlər: Ədliyyə 

Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitə Azərbaycan Respublikasının 

dövlət  müstəqilliyinin  20  illiyi  ilə  əlaqədar  Penitensiar  Xidmətin  cəzaçəkmə  müəssisələrində 

silsilə tədbirlər keçirib. 

İctimai Komitənin üzvü Sahib Məmmədov 7 oktyabr tarixində 7 və 11 saylı CÇM-lərdə “Dövlət 

müstəqilliyinin  20  ili  və  cəza  sistemində  islahatlar”  mövzusunda  məhkumlar  üçün  təqdimat 

keçirib. 

Komitənin koordinatoru Əliməmməd Nuriyev 11 oktyabr tarixində 4 saylı CÇM və uşaq tərbiyə 

müəssisəsində  Penitensiar  Xidmətin  əməkdaşları  ilə  birgə  məhkumlarla  görüş  keçirib.  Görüş 

zamanı  Ə.  Nuriyev  “Müstəqilliyimizin  20  ili:  nailiyyətlər  və  uğurlarımız”  və  “Dövlət 

müstəqilliyinin  20  ili  və  penitensiar  sistemdə  islahatlar”  mövzusunda  çıxış  edib.  Tədbirdə 

möv


zular ətrafında müzakirələr aparılıb, məhkumları maraqlandıran suallar cavablandırılıb. 

İctimai Komitənin üzvü Şahin Camalov 1 saylı CÇM-də “Dövlət müstəqilliyinin 20 ili və cəza 

sistemində islahatlar” mövzusunda tədbirdə iştirak edib. 

 

M

əhkumların qəbulunun aparılması  

CÇM-l


ərdə  keçirilən  başçəkmə-monitorinqlər  zamanı  müraciət edən məhkumlar Komitə 

üzvl


əri tərəfindən fərdi qaydada – təkbətək qəbul edilmşir.  Bu zaman prosesin konfidensiallığı 

t

əmin  edilmişdir.  Qəbul prosesində  cəzaçəkmə  müəssisəsinin personalı  və  ya hər  hansı  digər 



şəxslər tərəfindən maneəçilik və ya müdaxilə halları baş verməmişdir. 

Bu zaman m

əhbuslara İK-in səlahiyyətləri, onun həll edə biləcəyi məsələlərin dairəsi izah 

edilirdi.  M

əhkəmə  işlərinə  aid  olduğu  halda  müvafiq  məhkəməyə  müraciət etmək məsləhət 

görülürdü. Saxlanma şəraiti ilə bağlı əsaslı iddialar cəmləşdirilərək hesabata daxil edilirdi.   

M

əhbusların  İK-nın  mandatı  barədə  yetərincə  məlumatlandırılmaması  qeyd  olunurdu  ki, 



n

əticədə  İK  üzvlərinə  əfv, məhkəmə  qərarlarına  yenidən  baxılma  və  s. məsələlərdə  əsassız  

ümidl

ər  bağlanırdı.  Buna  görə  də, penitensiar müəssisələrdə  yaymaq və  qəbul  zamanı 



m

əhbuslara paylamaq üçün İK barədə məlumat vərəqinin yenidən nəşri (əlavələrlə) tələbi ortaya 

çıxır.  

Normativ-hüquqi aktlarla v

ə məhkəmə qərarları ilə tanış olma  

Əksər hallarda, məhbuslar  onların  hökmünün  icrasına  aid  normativ-hüquqi  aktların  bir 

nüsx

əsini əldə etmək istəyirdilər.  2011-ci ildə Cinayət və Cinayət-Prosesual məcəllənin, eləcə 



d

ə  Cəzaların  İcrası  Məcəlləsinin yeni nəşrlərinin  olmamasına  dair  şikayətlər    artıq  qeydə 

alınmayıb.  Daxili Nizam Qaydaları (DNQ) naməlum səbəblərdən hələ də əlçatmaz olaraq qalır. 

M

əlum hallardan birində,  ömürlük  azadlıqdan  məhrum  edilmiş  məhbus bildirib  ki,  qohumları 



Ombudsmana  şikayət etməyincə  Qobustan Həbsxanası  müdiriyyəti ona Daxili Nizam 

Qaydalarının nüsxəsini verməkdən imtina edirmiş.   

Prezidentin presedent hüququna dair 2006-

cı il sərəncamının bir hissəsi olaraq, məhbuslar 

arasında həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları da paylanırdı.  Əsasən, 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2011-ci ildə ömürlük həbs cəzasına məhkum edilmiş 

m

əhbusların  şikayətlərinə  dair bizim təşkilatla  məsləhətləşdirilmiş  2  qərar qəbul edib. Fərdi 



şikayət etmək  imkanının  mövcudluğu  daha  radikal  etiraz  aksiyasına  meylli  məhbuslara daha 

yararlı təsir göstərir.    



Hüquq v

ə azadlıqların təmin olunması ilə bağlı rəhbərliyə müraciət  

Əksər hallarda, İK-in digər üzvləri məhbusların hüquq və azadlıqlarının pozulmasına dair 

güman edil

ən şikayətləri elə yerindəcə, müdiriyyət əməkdaşları ilə həll etməyə çalışıb. Əgər bu, 

mümkün olmurdusa v

ə  ya bir nəticə  vermirdisə, o zaman məhbuslara Penitensiar Xidmətə, 

Ədliyyə Nazirliyinə, prokurorluq və məhkəməyə şikayətlərlə rəsmi müraciət etməyin yolları izah 

olunurdu.   

Qeyd etm

ək  lazımdır  ki,  əksər hallarda məhbuslar  şikayət edirdi ki, həbsxana  senzurası 

senzuraya 

qadağa  qoyulmuş  yazışmalarada  tətbiq edilir və  bu, müdiriyyətə  şikayətlərin 

m

əzmununu öyrənmək və  onları  “böhtan”  adı  ilə  bağlamaq  imkanı  verir.  Məhbuslarda 



gönd

ərdikləri məktubların qəbzlərinin olmaması onları məktublarının həqiqətən də qeydə alınıb 

ünva

na çatdırılmasına dair formal zəmanətdən məhrum edir.   



Qanunvericiliy

ə dəyişiklik edilməsi üzrə təklifin verilməsi  

Müxt


əlif hökumət  strukturlarının  səlahiyyətlərinin  qovşağında  yaranan  problemlərlə 

əlaqədar 2011-ci ildə məhbusların hüquq və azadlıqlarının təminatı məsələsi  İK tərəfindən bir 

qaldırılıb.  Xüsusən,  prokurorluğun  qanunsuz  işə  qarışmasını  istisna  edən erkən  şərti  azadlığa 

buraxılma  və  məhbusların  üzərindən tibbi xarakterli icbari tədbirlərin götürülməsinə  dair 

ərizələrə  rayon məhkəmələrinin baxması  prosedurunda  dəyişikliklər    edilməsi təklif  edilib.  

H

əmçinin,  rejim növü nəzərə alınmaqla CÇM-lərdə “Açıq qapı” günlərinin keçirilməsi, internet 



vasit

əsilə  məhkumların  yaxın  qohumları  ilə  əlaqə  saxlamasına  imkan  yaradılmsı  ilə  bağlı 

qanunverciciliy

ə dəyşikliklər edilməsi təklif edilib.  



Hüquq v

ə azadlıqların təmin olunması üzrə Komitənin hesabatının tərtib olunması  

H

ər monitorinqdən sonra tərtib olunmuş rəy forması əsasında hesabat hazırlanaraq Ədliyyə 



Nazirliyin

ə  təqdim  olunuşdur.  Eyni  zamanda  fəaliyyət müddəti  başa  çatdıqda  İK  üzvləri 

f

əaliyyətlərinə  dair  ferdi  hesabatları  Edliyyə  Nazirliyinə  təqdim edir. Həmçinin 2011-ci il 



ərzində İK-nın 6 aylıq fəaliyyətinə dair hesabat hazırlanmışdır. 

2011-ci ild

əki bütün səfərlərin  nəticəsinə  uyğun  olaraq  İK  Penitensiar  Xidmət 

əssisələrində  hüquq və  azadlıqların  təminatına  dair  illik  hesabatını  təqdim edir. Hesabat 



hazırlanarkən  İK-nın 5-ci tərkibində həyata keçirdiriyi başçəkmələr zamanı hazırlanmış rəylər, 

m

əhkum və  onlafrın  qohumları  tərəfindən  edilmiş  müraciətlər, Komitə  üzvlərinin fərdi 



hesabatlarından istifadə olunur.  

 

 



3.

 

İK-NİN DİGƏR FƏALİYYƏTLƏRİ 

 

İK-nın fəalliyyətinin KİV-də  işıqlandırılması  

C

əzaçəkmə  müəssisələrinə  səfərlərdən, tədbir və  görüşlərdə  iştirakdan  sonra  press-



relizl

ər  hazırlanaraq  kütləvi informasiya vasitələrinə  göndərilib. Həmçinin Komitə  üzvləri 

müt

əmadi olaraq müsahibələri və  yazılarında  Komitənin fəaliyyəti barədə  ictimaiyyətə 



m

əlumatlar verib. Eyni zamanda görülən işlərlə  bağlı  İK-nın veb səhifəsində, üzv təşkilatların 

internet sehif

ələrində məlumatlar yayımlanıb. Komitənin bütün tədbirləri ilə bağlı, o cümlədən 

yığıncaqlar,  cəza çəkmə  Müəssisələrinə  baş  çəkmələrlə  bağlı  Kütləvi  İnformasiya  Vasitələrinə 

m

əlumatlar verilmişdir. Məlumatlar şifahi şəkildə, həm də Press-relizlər vasitəsi ilə verilmişdir. 



Ölk

ənin  bütün  aparıcı  mətbuat  orqanları,  radio  və  telekanalları  Komitənin fəaliyyətini 

işıqlandırmışdır. 

İK-nın  fəaliyyəti ilə  bağlı    ölkənin  bütün  aparıcı  mətbuat  orqanları,  xəbər  saytlarında 

açıqlamalar,     müsahibələrlə  verilib.  İK  koordinatoru  kimi  qurumun  fəaliyyəti, CÇM-lərdə 

keçiril


ən  başçəkmə-monitorinqlər, penitensiar sistemdə  aparılan  islahatlarla  bağlı  məlumatlar 

üst


ə 40 KİV-də 150 dəfədən çox  yayılmışdır.   

Yüklə 239,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin