Yazılmışdır: 1918 İlk nəşri: 1924 İlk səhnə quruluşu: 1920 ƏŞxas



Yüklə 72,2 Kb.
səhifə3/4
tarix06.09.2017
ölçüsü72,2 Kb.
#29043
növüYazı
1   2   3   4
Bir ləhzədə aldılar əlimdən. 

İblis 


Lakin nə tuhaf, o nazlı afət 
Etmiş sana iltica bu saət. 

Arif 


Ey mürşidi-pir, inayət eylə, 
Əylənmə bənimlə sən də böylə. 
Bən çəkdiyim iztirabü möhnət 
Yetməzmi, bu sözlərə nə hacət! 
Heyhat, o mələk, o şeri-pərran 
Mümkünmü ənisim olsun əlan?! 

İblis 


Bir yanda durub da bəklə, dərhal 
Parlar sana da pəriyyi-amal. 

(qülbəyə daxil olur, həsiri bir tərəfə atar) 

Arif 

(bir guşədə bəklər) 



Görsəm onu bir də, bir də görsəm... 

İblis 


Dur, söyləmə!.. 

(qapağı açar, başını qaldıran Rənayə) 

Ah, nuri-didəm! 
Halın nə qədər də qəmli, küskün, 
Bir şey yemək istəməzmi könlün? 

Rəna 


Lütfən azacıq su ver... 

İblis 


(boş dəstiyi alır) 

Pək əla, 


Yoq, dəstidə hiç su, yoqmuş əsla. 
Saqlan, yenə haydı, görməsinlər, 
Saqlan, baqalım, nə oldu Xavər. 

Qapağı endirir və üzərini həsirlə örtər, qülbədən çıqarlar. 

Arif 

(İblisin ayaqlarına qapanır, son dərəcə həyəcanlı) 



Bir Xızrmı, ya mələkmisin sən? 
Yalnız bunu bilmək istərim bən. 

İblis 


Hiç sorma, o sirri şimdi sorma! 
Gəl, gəl bəri, pək yaqında durma. 

Arif mütərəddid adımlarla bir qədər çəkilir. İblisin uzaqlaşdığını görüncə, təkrar içəri girər, həsiri qaldırır, bu sırada Xavər gəlir. 


Arif 


(səndələyərək) 

Gəldinmi? 


Xavər 


Əvət... 

Arif 


(sərxoşca və istehzalı qəhqəhə ilə) 

Nə xoş təsadüf! 

Xavər 

Arif! Nə ararsın orda, Arif?! 



Arif 

Saqlanmada burda bir mücevhər, 


Könlüm onu şimdi bulmaq istər. 

Xavər 


Hər söylədiyin birər müəmma... 
Yoq orda bir öylə şey, yoq əsla. 

Arif 


Var, var o məzar içində bir hur. 
Zülmətdə yaşar o nəcmi-pürnur, 
Qumral saçı sanki şeri-mənsur. 
İnsan oluyor görüncə məshur. 

Xavər 


Arif! Nə çabuq dəyişdi halın? 
Bilməm ki, nədir sənin xəyalın? 

(bodrum qapısının üzərinə çıqaraq, mane olmaq istər) 

Arif 

(sərxoşca bir qabalıqla onu itər) 



Çıq get, yetişir!.. 

Xavər 


(sinirli) 

Xayır, bu evdən 


Sən getməlisin fəqət, deyil bən. 

(təbdili-tevr ilə) 

Yoq, getmə, əvət qal, ah, lakin, 
Lakin onu həp unut!.. 

Arif 


(sərxoşca qəhqəhə ilə) 

Namümkün! 

Xavər 

Yoq, yoq, onu hiç bıraqmam əsla. 



Arif 

Sən əski inadın üzrə hala! 

Xavər 

Bir kərrə düşün də, ah, qəddar! 



Arif 

(şiddətlə bağırır) 

Dəf ol, daha etmə fəzlə israr. 

Xavər 


Sərxoşmu, nəsin? Gəl, iştə əvvəl 
Məhv et bəni, olmayım da əngəl. 

Arif 


(son dərəcə hiddət və nifrətlə itər) 

Dəf ol, dedim... 

Xavər 

Ah, ədəbsiz, alçaq! 



Arif 

(Vəhşi bir hücumla boğazından yaqalayıb boğar, İblisdə alçaq və məmnun bir qəhqəhə...) 

Al!.. İştə... budur cavabın ancaq... 

Xavər iztirab və dəhşətlər içində əbədi bir sükutə varır. Arif üzərini həsirlə örtər, ufaq bir düşüncə və tərəddüddən sonra bodrumun qapağını açar. 

Rəna 

(heyrətlə başını qaldırır) 



Sənmisin, Arif?! 

Arif 


(onun əlindən dutub çıqarır) 

Çapuq ol, durma gəl. 

Rəna 

(arqası cənazəyə olaraq) 



Nerdə idin? 

Arif 


(səbirsiz) 

Gəl, gedəlim, sorma, gəl! 


Gəl, çabuq ol, gərçi sən atdın bəni, 
Arif unutmaz səni, atmaz səni. 
Gəl gedəlim, gəlmədən İbn Yəmin... 

Rəna 


(bodruma işarətlə) 

Gəlsə də, zənnimcə bu yer pək əmin... 


Arif 


Burda durulmaz, çəkilib qaçmalı, 
Qaçmalı, vəhşətdən uzaqlaşmalı... 

Hər ikisi təlaş və iztirab ilə uzaqlaşıb görünməz olur. 

İblis 

(sürəkli və şiddətli qəhqəhələrlə) 



Qaçmalı, əlbəttə, uzaqlaşmalı, 
Başqa cinayətlərə yaqlaşmalı. 

(qəhqəhə) 

Siz nə qədər bəndən uzaqlaşsanız, 
Yer deyil, əflakə uçub qaçsanız, 
Qarşılaşıb birləşiriz daima, 
Ayrı deyil, çünki biriz daima. 

(İçəri girər, qapağı endirib üzərini həsirlə örtər.) 

İbn Yəmin 

(Qara çavuşla bərabər gəlir, alnının tərini silər. 


Kəndinə işarət edərək qəhqəhə ilə) 

Bir qocaman orduyu iğfal edən, 


Aciz imiş sanki küçük hiylədən. 

(istehzalı qəhqəhə) 

Həbs edəcəkmiş bəni üç sərsəri!.. 

(qızğın) 

Dur bulayım bir şu ədəbsizləri, 
Anlatırım onlara cürət nədir, 
(cibindən beş-on altın çıqarıb oynataraq) 

Saçdığım altındakı qüvvət nədir. 

(dışarı çıqmaqda olan İblisə) 

Ey! Bana baq, nerdə bizim İxtiyar? 

İblis 

Şimdi gəlir, yoqsa bir əmrinmi var? 


İbn Yəmin 

Durma, həmən bul, ona var çoq sözüm. 

(qülbəyə girər, Xavərin cənazəsini görüncə) 

Ah, o nə? Yanlış görüyormu gözüm? 

(İblisi yaqalayıb, əlindəki silah ilə təhdid edər.) 

Var şu cinayətdə yəqin bir səbəb, 
Söylə, onun məhvinə kimdir səbəb? 

İblis 


(kəkələr) 

Bilməm, əfəndim, xayır, əfsus, əvət... 

(təbdili-tevr ilə) 

Həp şu dəni vəhşətə bais fəqət... 

(Sükut və tərəddüd.) 

İbn Yəmin 

Kim əcaba, kimdir o xain, rəzil? 

İblis 


İşvəli Rənayə uyan bir səfil. 

İbn Yəmin 

Nerdədir onlar? 

İblis 


Savuşub getdilər, 
Şimdi, əvət şimdi fərar etdilər. 

İbn Yəmin 

İştə bu dəhşətli xəbər pək fəna... 

(düşünür) 

İxtiyar 

(gəlir, Xavərin cənazəsini görüncə) 

Ah, o nə, eyvah, nə olmuş ona? 

(məyus və şaşqın baqışlarla cənazəyə yaqlaşır, qollarını köksündə çapraz edər, titrək və acı bir fəryad ilə) 

Söylə, aman söylə, mələk Xavərim! 
Kim?.. Sana kim qıydı, aman, söylə, kim? 

(qucaqlayıb öpər) 

Döndü qaranlıq gecəyə gündüzüm, 
Uf, daha fərq etmiyor əsla gözüm. 

(təbdili-tevr ilə) 

Tərk edərək biz bütün insanları, 
Məskən edindik fəqət ormanları; 
Görmiyəlim ta mədəni vəhşəti, 
Zülmü, cinayətləri, süfliyyəti, 
Qaçdığımız qəhrü fəlakət izi 
Buldu, əvət, buldu nihayət bizi. 

(sinirli və çılğın) 

Ah, köpürdükcə şu xain bəşər, 
Yer yüzü daim qusacaq zülmü şər. 
Məzbəhə dönmüş də bütün kainat, 
Qeyri çəkilməz şu müləvvəs həyat. 

(ətrafındakılara, qızğın) 

Ya siz!? Ey insanlığı təhqir edən 
Duyğusu, vicdanı sönüklər!.. Həmən 
Dəf olun, artıq bana rahət verin! 

(göyə doğru) 

Nerdə?.. Fəqət tanrıyı bir göstərin! 
Ah, ona var söylənəcək sözlərim... 

(cənazəyə acı fəryad ilə) 

Yavrum! Aman, nazlı, mələk Xavərim... 

Qülbədəkilər pərişan və mütəəssir adımlarla çıqarlar. İxtiyar şiddətlə ağlar və Xavərin dağınıq saçlarını qoqlayıb da titrək əllərilə oqşar, sönmuş gözlərini öpər, hərəkətsiz başını qolları arasına alır. Çılğınca baqışlarla göyə doğru baqmaqda dəvam edər. Eyni zamanda pərdə ağır-ağır enməyə başlar. 

PƏRDƏ 

DÖRDÜNCÜ PƏRDƏ 



Ormanda bir çığır... Ətrafda iki-üç kötük, qürubə yarım saət var. Pək uzaqda həzin bir ahənglə bir qədər ney, yaxud çoban düdüyü çalınır. Sonra ağacların arasından silah və qurşunlar quşanmış köylü türk qiyafətində iki haydut çıqar. 

Birinci haydut 

Tale bizə hər nədənsə küsgün, 
Bir av ələ keçmiyor bütün gün. 

İkinci haydut 

Qismət nə isə gəlir, əmin ol, 
Ətmək, yeyəcək, qəm etmə, pək bol... 

Birinci haydut 

Bilməm, bu da bir həyatmı, yahu? 
Bir gün bizə varmı rahət uyqu? 

İkinci haydut 

(itsehzalı qəhqəhə ilə) 

Haydut və qaçaq olunca insan, 


Xoş görməli böylə halı hər an. 

(Uzaqdan ıslıq səsi eşidilir.) 


Birinci haydut 

Islıq çalıyor, baq, arqadaşlar. 

İkinci haydut 

(yola baqar) 

Gəl, durma!.. Çəkil, çəkil, gələn var. 


Həmən ağaclığa çəkilirlər. Ariflə Rəna gəlir. 

Arif 

Rəna! Daha dur, yoruldun artıq; 


Acsın, bilirim, otur da azcıq, 
Rahət edəlim, düşünmə, gəl, gəl! 

(Bir kötük üzərinə oturur. Əlindəki ətməklə dolu 


məndili açar.) 

Rəna 


Pək qorquyorum ki, arta əngəl. 

Arif 


Bilməm ki, niçin təlaş edərsin? 

Rəna 


Arif! Gedəlim, düşün nə dersin? 

Kənarda ıslıq çalınır, bir qurşun atılır. 


(Rəna diksinir, təlaş ilə) 

Qurşun səsi!.. 

Arif 

Şübhəsiz çobanlar... 



Rəna 

Yoq, onlar inan ki, yol vuranlar... 

Arif 

(laübali qəhqəhə ilə cibindən bir revolver çıqarır) 



Hiç qorqma, yanımda həm silah var, 
Həm altın... Əvət, nasıl da parlar!.. 

Bir avuc altın çıqarır, əlində oynadıb cibinə qoyar. Haydutlar arqa tərəfdə, ağaclar arasında görünür. Heyrətlə onları dinlərlər. 

Rəna 

Nerdən sana anlamam şu sərvət? 



Arif 

(məğrur qəhqəhə ilə) 

Bir arqadaşımdan oldu qismət. 
Yoldaşdı bənimlə bir yəhudi, 
Pəncəmdə həlak olub boğuldu, 
Sərraf idi, həm də xeyli zəngin... 

Kənardan İblisin mənalı və istehzalı qəhqəhələri eşidilir. 

Rəna 

Sus, bir ləkədir bu söz səninçin; 


Beş altına qarşı bunca vəhşət!? 

Arif 


(sözünü kəsərək) 

Vəhşət deyil, iştə bir cəsarət, 


Lakin o da səndən, ah, səndən... 

(Rənayə sarılmaq istər) 

Rəna 

(geri çəkilir, sərt bir baqışla) 



Dur, böylə nəvaziş istəməm bən. 

Haydutlar ortaya fırlar. 

Birinci haydut 

Bir tilkiyə baq, bə!.. Hiç səninçin 


Layiqmidir öylə bir gövərçin? 

Rəna 


Ah, iştə fəlakət! 

Arif 


Etmə qəsvət! 

Silahını çıqarır, Rəna qolundan tutub buraqmaz. 

Birinci haydut 

(tüfənglə nişan alır) 

Altınları ver!.. 

İkinci haydut 

(istehzalı qəhqəhə ilə Arifə) 

Aman, nə cürət? 

Arif 

Siz kimsiniz? 



Birinci haydut 

İştə boş suallar... 


Biz çöllərə hökm edən krallar... 
Baş mərkəzimiz şu vəhşi orman, 
Bac verməli kim keçərsə burdan. 

Arif 


İnsanlığı atdınızmı? 

Birinci haydut 

... Kafi!.. 
Altınları ver, bıraq da lafi. 

Arif 


(beş-on altın çıqarır) 

Al! Qaldı bir az bizimçin ancaq. 

İkinci haydut 

(xəncərini Arifin köksünə dayar) 

Ver həpsini! 

Rəna 


Ah! 

- deyə mane olmaq istər. Birinci qolundan tutub şiddətlə bir tərəfə itər. Bu sırada omuzunda əski siyah atqı-plaş, vüqarlı, müsəlləh, zabit qılıqlı, qalın bıyıqlı, gur, qara saqallı, zində və mühib simalı Elxan ağaclar arasından çıqar. 

Elxan 

(haydutlara) 



Ədəbsiz, alçaq! 

(Hər ikisi geri çəkilib dona qalır. Elxan qızğın) 

Sizdən daha mərhəmətli qaplan, 
Yahu, utanın da bir şu qızdan. 

(Ariflə Rənayə) 

Əfv edin, onlar iştə pək canavar. 

(Ətrafda ıslıq səsi eşidilir, iki qurşun atılır, Elxan 


haydutlara) 

Durmayın, haydı, bir baqın da nə var. 


Bəkçilər zərrə qəflət eyləməsin, 
Ələ bir av keçərsə, siz gətirin 
Bana baq, kim dökərsə haqsız qan 

(kəndinə işarətlə) 

Ən ağır bir cəza verir Elxan. 

Rəna 


Ah, əfəndim, nə mərhəmətlisiniz, 
Sizə qəlbən təşəkkür etməliyiz. 

Arif 


Parlıyor çöhrənizdə fəzlü zəka
Sizə haydut denirmi? Yoq, əsla! 

Elxan 


(səmimi qəhqəhə ilə) 

Doğru, pək doğru... hiç yanılmadınız. 


Deyilim haydut, iştə bən yalnız 
Etdim isyan, bir əskəri-qaçağım. 
Yurdum orman, mağaralar yatağım. 

Arif 


Bir səbəb var ya? 

Elxan 


Var əvət, miskin 
Bir ərəb zabit, iştə bir xain... 
Bən açarkən onun xəyanətini, 
Baqdım, asdırmaq istiyor o bəni. 
Bıraqıb ordugahı... ah, nə deyim 
Böylə haydutca gün keçirmədəyim. 

Bu sırada gedən haydutlar iki-üç çingənə ilə İbn Yəmini silahsız olaraq gətirirlər. Elxan onu görüncə tanır. 

Gəl, yaqın gəl! Adın nədir? Söylə! 

Rəna 


Ah, əfəndim! 

Elxan 


(Rənayə) 

Dur, etməyin əcələ. 

(İbn Yəminə) 

Söylə kimsin? Adın nə? 


İbn Yəmin 

... İbn Yəmin. 

Elxan 

(Ariflə Rənayə yarım qəhqəhə ilə) 



Bəni asdırmaq istəyən şu ləin! 
İştə bir av ki, izlər avçısını. 

(İbn Yəminə) 

Oldu məmnun könül, görüncə səni. 

İbn Yəmin 

(diz çökər) 

Aman, əfv et! Qüsurluyum, Elxan! 

Elxan 

Hiç təlaş etmə, sayğısız qaplan! 


Çünki yoq üzrə ehtiyac artıq. 

(çingənələrə) 

Siz niçin gəldiniz? 

Birinci haydut 

Bəyim, azacıq 
Rəqs edərlər də könlünüz açılır. 

Elxan 


Bən deyil, rəqs için o pək bayılır. 

(istehzalı qəhqəhə ilə İbn Yəminin qolundan tutub 


göstərir) 

Düşünür iştə, baq nasıl qəmgin, 


Oynayın, nəşələnsin, əylənsin. 
Bir qız aşağıdakı sözləri oqur, oynar. 

Kanto 


Bən bir qızım, həp ruhumu yaldızlar 
Gündüz çiçəklər, gecələr yıldızlar. 

Qarlı dağlar bənim, 


Yeşil bağlar bənim, 
Bənsiz quşlar uçmaz, 
Bənsiz güllər açmaz. 

Dün bir çoban sevdim pınar başında, 


Bir əksiyi yoq gözündə, qaşında. 
Fələk ayrı saldı, 
Bən köçdüm, o qaldı, 
Şimdi bənsiz yaşar, 
Irmaq kibi coşar. 

Of, bir qayğı bilməz çingənəyim bən, 


Güldən-gülə uçan pərvanəyim bən, 
Unut, yavrum, unut, 
Baq, iştə hər bulut
Söylər unut onu, 
Çünki hiçdir sonu... 

Rəqs bitmək üzrə ikən şiddətlə göy gurlar. İblis ağaclar arasından çıqar. 

İblis 

(Məmnun qəhqəhələrlə) 



Bir levhə ki, iştə pək bəyəndim. 

Elxan 


Yahu, səni kim bıraqdı?.. 

İblis 


(məğrur bir tevr ilə əlini köksünə qoyaraq) 

Kəndim! 


Arif 

(Elxana) 

Bir mürşid o, sahibi-kəramət. 

(İblisin əlini öpər) 

Xoş gəldin, aman, nə mutlu saət!.. 

Rəna 


(dəxi öpər) 

Yormuş sizi, şübhəsiz, bu yollar. 


İblis 


(yarımqəhqəhə ilə) 

Yoq, zənn edərim ki, səhviniz var. 


Dağ, daş, uçurum, dəniz və orman 
Əngəl olamaz önümdə bir an, 
Bir şəhpər açıb da nagəhani, 
Bən teyy edərim bütün cihani. 

Elxan 


Kimsin, əcaba, səndə ki var böylə məharət? 

İblis 


Bən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət. 
Bir qüdrəti-külliyyə ki, aləm bana bədxah, 
Dünyadə əgər varsa rəqibim o da: allah!.. 

(qəhqəhə) 

Həp din ilə, məzhəblə, siyasətlə cihanda 
Hər fırtına qopmuşsa, əvət, bən varam orda. 
Hər yerdə ki, vardır əzəmət, qəhr ilə dəhşət, 
Hakimdir o yerlərdə şu qarşındakı xilqət. 

Elxan 


Çöhrəndə, əvət, nuri-dəha olmada məşhud, 
Derdim, bən əsatirə inansam, sana məbud. 

İbls 


(laübali qəhqəhə ilə) 

Məbud deyil, aləmi sarsa ulu mevcud; 


Mevcud deyil, bəlkə vücudi-ədəmalud. 

Elxan 


Olduqca müşəvvəşsə də əfkarü məqalın, 
Bir abidi pək andırıyor zahiri-halın. 

İblis 

Röya kibi hər an olaraq zahirü qaib. 
Bən Şərqdə abid olurum, Qərbdə rahib. 
Bir qazi olub, gah edərim fitnələr icad, 
Bir mürşid olub, gah edərim aləmi bərbad. 
Bəzən olurum bir papa! Cənnət satarım bən, 
İsa dirilib gəlsə də, qorqar qəzəbimdən. 
Xilqətdəki hər məsələ, hər nöqteyi-mevhum, 
Hər fəlsəfə, hər məzhəbü məslək bana məlum, 
Bəzən olurum bir çoban, azadə bir insan, 
Bəzən olurum zülmü fəsad aşiqi sultan. 
Bir piri-zəbun olduğum əsnadə, dilərsən, 
Təbdili-qiyafətlə həmən gənc olurum bən. 

Səhnənin işığı çəkilir, göy gurlar. İblis omuzundakı əbayı, başındakı sərpuşu və uzun, ağ saqalını qoparıb atar. Səhnə yarım aydınlaşır. İlk pərdədəki əzəmət və dəhşətilə, qorqunc və sürəkli qəhqəhələrilə hər kəsi heyrətdə bıraqmış olur. 


Ətrafdakılar 

(qorqu və heyrətlə geri çəkilərək) 

Ah, iştə fəlakət!.. O nə surət?.. Nə qiyafət?.. 

Elxan 

(onlara) 



Yoq, zənn edərim, bunca təlaş etməyə hacət. 

Arif 


Eyvah! Ona yaqlaşmayın əsla, odur İblis; 
İblis o, əvət, cümlə fəlakətlərə bais... 

(getdikcə acı və əsəbi hallar keçirir) 

İblis 

(heyrətli qəhqəhələrlə ətrafa) 



Şərqin əsəbi çöhrəsi bilməz ki, nə yapsın, 
Bilməz ki, sağır göylərə, yaxud bana tapsın. 

(Arifə) 


Sən həm əl öpər, həm də qaçarsın, bu nə halət? 
İlk öncə məhəbbət, fəqət ən sonra ədavət... 

(Xaricdən acı qəhqəhələr eşidilir) 

Elxan 

Bu nasıl qəhqəhə? Kimdir o, baqın! 



Birinci haydut 

(yola baqar) 

Bir səfil iştə, o çılğın, şaşqın... 

Bu halda İxtiyar - Xavərin babası - başıaçıq olaraq pərişanhal və 


məcnunanə bir qiyafətdə ağacların arasından çıqar. 

İxtiyar 


(həyəcanlı və çılğınca bir fəryad ilə) 

Ah, bilməm ki, bu aləm nerəsi? 


Bana bir söylə, cəhənnəm nerəsi? 
Şu sönük qəlbimə atəş dilərim, 
Ağlamaq istər ikən həp gülərim. 

(çılğınca bir qəhqəhədən sonra) 

Ah, Xavər! Sana kim qıydı, gülüm! 
Bən dururkən sana layiqmi ölüm? 
Onlar, eyvah, o səfil insanlar, 
Qəlbi, vicdanı sönük qaplanlar!.. 

Elxan 
(sözünü kəsərək) 


Söylə, aç söylə, bilinsin dərdin, 
O sönük qəlbi ısındırmaq için, 
Nə dilərsin yaparım, etmə kədər... 

İxtiyar 


İntiqam istərim, ancaq bu qədər!.. 

Elxan 


Söylə kimdən? Əcaba, kimlərdən? 

İxtiyar 


Tanrıdan, yırtıcı sərsəmlərdən, 
Şu batan qanlı günəşdən, göydən. 
Hiçliyin qəhqəhəsindən... 

(göyə doğru) 

Ey sən! 
Sən ki fəxr etmədəsin ədlinlə, 
Bu nə xilqət, bu nə hikmət? Söylə! 

İblis 


(mənalı qəhqəhə ilə) 

Fəzlə, həp fəzlə bütün qəhrü niyaz, 


Üzülüb durma, o hiç aldırmaz. 
Bir çocuqdur ki, o pək bipərva, 
Bir oyuncaqdır onunçin dünya; 
Həm yapar, həm də qırar əylənərək, 

(qəhqəhə) 

Bu da bir başqa məraq olsa gərək... 

Elxan 


Bir xəyal iştə — məhal olsa da — bən 
Tanrı olsaydım əgər, gerçəkdən, 
Ya bu insanları xəlq etməz idim, 
Əgər etsəm, yaşatırdım daim 
Şadü məsud... o da olsaydı məhal 
Yaqaraq həp kül edərdim dərhal. 

(qəhqəhə) 

Sanki sərsəm yaşayışdan nə çıqar? 
Bəncə, bilmərrə bütün insanlar. 
Həp gözəl olmalı, yaxud çirkin, 
Həp fəqir olmalı, yaxud zəngin, 
Həp həkim olmalı, yaxud nadan
Həp mələk olmalı, yaxud şeytan. 

İblis 


(yarımqəhqəhə ilə) 

Səni pək aldatıyor hissiyyat, 


Öylə yekrəng olaraq keçsə həyat, 
Bıqar insan,yaşamaqdan yorulur, 
Yaşayış bəlkə də mənasız olur. 

İxtiyar 


(müztərib) 

Bana imdad edin, eyvah, imdad! 


Əmr edin, şimdi bulunsun cəllad! 

İblis 


Bulunub gəlsə o xain, əcaba, 
Nə yaparsın? 

İxtiyar 


Veririm dürlü cəza, 
Didərim, parçalarım, məhv edərim. 

İblis 


(itsehzalı qəhqəhə ilə) 

Bən sən olsam, onu həp əfv edərim, 


İbn Yusif diri olsaydı, əvət 
O də əfv etməni istərdi fəqət. 

İxtiyar 


Atdım insanlığı, oldum canavar, 
İntiqam istərim, ancaq bu qadar!.. 

Xavərin xəyalı 

(görünür və çəkilib gedər) 

İntiqam!.. 

İxtiyar 

İştə o, dilbər mələyim! 


Getmə dur, bən də bərabər gələyim. 

Çılğınca qəhqəhələrlə onu izlər. Islıq səsi eşidilir. 

Elxan 

Gör o kimdir? 



Birinci haydut 

(yola baqar) 

O da bir başqa yigit. 

(İbn Yəmini göstərir) 

Buna düşman kəsilən bir zabit... 

Vasif və İbn Yəminin çavuşu iki nəfər başqa haydutla gəlir. 

Elxan 

(Vasifə) 



Gəl, yaqın gəl!.. Əcaba, söylə niçin 
Buna kin bəsləyərək izlərsin? 
Hiç məraq etmə, əzizim, burası 
İştə haydut və qaçaqlar yuvası!.. 

Rəna 


Söylə, həp söylə! 

Vasif 


(Rənayə) 

Şu zalım xunxar, 


Babanın qatili olmuş... 

Rəna 


(İbn Yəminə) 

Canavar! 

Vasif 

(yanındakı əskərə işarətlə) 



Bana anlatdı şu sadiq əskər, 

(cibindən iki məktub çıqarır) 

Bu kağızlar dəxi isbat eylər. 

Rəna 


Ah, aman!.. 

Elxan 


İstəməz artıq həyəcan, 
Yerdə qoymaz qanı adil yaradan. 

İblis 


(istehzalı qəhqəhə ilə) 

Əvət, əzsən də, əzilsən də, əvət, 


Yenə adildir o müdhiş qüvvət! 

Rəna 


(qoynundan küçük bir xəncər çıqarır. İbn Yəmini 
yaralamaq istər) 

Qara əfi!.. 

Elxan 

(onun əlini yaqalar) 



Ona əl vurma, saqın! 
Daha xoşdur yara bağlarsa qadın. 
Onu öldürsə şu məsum əllər, 
Can çəkişdikcə, inan ruhu gülər. 
Azacıq bəklə, bulur şimdi cəza. 

İbn Yəmin 

Ah, bəyim!.. 

Elxan 


(növbətçiyə) 

Al bunu, söylətmə daha! 

İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilib durur. Bu sırada ıslıq səsi eşidilir. Müxtəlif qiyafətli dörd-beş qaçaq önlərində bir papas, bir xaxam, bir iranlı şeyx və iranlı qiyafətində ixtiyarca, qara çarşaflı xəstə bir qadın, on yaşında qanbur, qaşları tökülmüş, gözləri məyub, səqət bir çocuğun əlindən tutmuş olduğu halda gəlirlər. 

Elxan 


(onları gətirən növbətçilərdən birinə) 

Şu həriflər, əcaba, kim? Söylə! 

Növbətçi 

(birər-birər göstərir) 

Şu papas ermənidir, vaqtilə 
Ermənistanə daşırmış qurşun, 
Həm də incil deyə!.. 

Elxan 
(itsehzalı qəhqəhə ilə əlini onun omuzuna qoyaraq) 

Ya!.. Eşq olsun! 
Nerədən aldın o hissiyyatı, 
Verdi İncilmi bu təlimatı? 

Papas 


(xaç çəkərək) 

Ah, suçum varsa da, əfv eylə bəni. 

Elxan 
Bəklə, dur, şimdi bulur haq yerini. 

Növbətçi onu da İbn Yəminin yanına götürür. 

Şu hərif kim, əcaba? Həm nə əbus... 

Növbətçi 

Bu, fransız tərəfindən casus... 
Ərəbistanı köpürdən şu adam 
Bir yəhudi... sanırım həm də xaxam... 

Elxan 


(əlilə onun sırtını oqşar, acı qəhqəhə ilə) 

Bu da tevratə uyan bir dəccal! 

Xaxam 

(ayaqlarına qapanır) 



Ah, əfəndim!.. 

Elxan 


Yetişir, qalq, abdal! 

(O da qalqıb papasın yanına keçər. Elxan növbətçiyə) 

Bildik artıq, bu siyasət güdüyor. 

(şeyxə işarəylə) 

Ya bu əmmaməli şeytan nə diyor? 

Növbətçi 

İngilis dəllalıdır, İranda 
Nəşri-əfkar ediyormuş... 

Elxan 
Əcaba!? 


Şu dəni məsləki bir söylə, xocam 
Hanki Quran sana etmiş ilham? 

Şeyx 


(yalvarır) 

Bəni aldatdı, bəyim, nəfsi-həris, 


Çaldı vicdanımı xain İblis. 

İblis 


(qızğın qəhqəhə ilə) 

İftira!.. Həm də nə abdalca yalan! 

Şeyx 

(diz çökər) 



Ah, aman! 

Elxan 


(çizməsilə rədd edər) 

Sus, yetər, ağ başlı yılan! 

(O da xaxamın yanına keçər) 

Növbətçi 

(tüfəngi ilə şeyxin omuzundakı heybəyi göstərir) 


Yüklə 72,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin