«Fidan» EİB-in direktoru: Ə.Əliyev
Baş mühasib: M.Məmmədov
VƏKALƏTNAMƏ
Biz, Sizin rəhbərlik etdiyiniz «Canon» mağazasından universitetimiz üçün sifariş edilən 2 ədəd kompyuteri əməkdaşımız Telman İman oğlu Məhərrəmliyə etibar edirik.
Bizim hesabımız 0250001, Bakı şəhəri, 10 saylı Yasamal rayon əmanət bankıdır.
T.İ.Məhərrəmlinin şəxsiyyətini təsdiq edən vəsiqə: II-JO №344205. 28 oktyabr 2006-cı ildə Bakı ş., Səbail RİK-in Polis İdarəsi tərəfindən verilmişdir.
T.İ.Məhərrəmlinin imzasının nümunəsi
Təsdiq edirik: (möhür)
Rektor: prof.Ə.Həsənli
Baş mühasib: dos.S.Səfərov
21.04.18
ETİBARNAMƏ
Etibarnamə ərəb sözü olan “etibar” və fars kəlməsi olan “namə” sözlərindən olub, bir şəxsin və ya idarənin adından iş götürmək üçün verilən rəsmi sənəddir. “Etibar” ərəbcə çoxmənalı sözdür: a) nəzərə alma, əhəmiyyət vermə; b) hörmət və nüfuz; c) etimad; “namə” isə farsca məktub, əsər mənasındadır. Bütövlükdə etibarnamə zaminlik kağızı, etibaretmə sənədi mənası verir.
Dostları ilə paylaş: |