Yaşıl nədir ?


Nəqliyyat sektorunda enerji səmərəliliyini artırmaq üçün aşağıdakı təklifləri dəyərləndirmək olar: 1. İctimai nəqliyyat sistemini daha da mükəmməlləşdirmək



Yüklə 51,33 Kb.
səhifə17/19
tarix18.05.2022
ölçüsü51,33 Kb.
#58481
1   ...   11   12   13   14   15   16   17   18   19
UNEC 1652696961

Nəqliyyat sektorunda enerji səmərəliliyini artırmaq üçün aşağıdakı təklifləri dəyərləndirmək olar:
1. İctimai nəqliyyat sistemini daha da mükəmməlləşdirmək
– son dövrlərdə ictimai nəqliyyat sistemində (intellektual idarəetmə də nəzərə alınmaqla) bir sıra yeniliklər həyata keçirilir və işlər görülür. Bunlara misal olaraq şəhərdaxili və şəhərlərarası avtobusların yenilənməsi, yeni dayanacaqların inşa olunması, bu dayanacaqlarda avtobusların iş qrafiklərinin göstərilməsi, eləcə də yeni metro stansiyalarının istifadəyə verilməsini və s. misal göstərmək olar. Lakin ictimai nəqliyyat sistemində hələ də bir sıra problemlər mövcuddur. Bu problemlərin müəyyən edilməsi və ictimai nəqliyyatda xidmətin Avropa ölkələri səviyyəsinə çatdırılması əhalinin bu nəqliyyatlardan daha çox istifadəsinə gətirib çıxara bilər.
2. Ölkəyə idxal olunan və hazırda istifadə olunan nəqliyyat vasitələrinə enerji səmərəliliyi və istixanana qazları emissiyası standartlarının sərtləşdirilməsi – artıq qeyd olunduğu kimi ölkəyə idxal olunan nəqliyyat vasitələrinin böyük bir hissəsi yaşı çox olan və enerjini qeyrisəmərəli istehlak edən nəqliyyat vasitələridir. Bu sahədə standartların tətbiqi və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin idxalına və istifadəsinə qadağa və ya yüksək məbləğdə rüsumların təyin olunması bu problemin həllini sürətləndirə bilər. Bundan əlavə ölkəyə enerji səmərəli nəqliyyat vasitələrinin idxalını stimullaşdırmaq da problemin həllinə müsbət təsir göstərə bilər.
3. Əhalinin maarifləndirilməsi – digər sahələrində olduğu kimi nəqliyyat sektorunda da əhalinin maarifləndirilməsi enerji səmərəliliyinin artırılması istiqamətində atılması vacib olan addımlardan biridir. Əhalini daha səmərəli nəqliyyat vasitələrindən istifadə və ictimai nəqliyyatdan istifadəyə təşviq edilməsi enerji səmərəliliyini arzuolunan səviyyəyə çatdırmaq üçün çox əhəmiyyətlidir.
Rusiyada Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının hesablamalarına görə nəqliyyat sektorunda 41% enerjiyə qənaət etmək mümkündür ki, bunun da 95%-i iqtisadi, 84%-i isə maliyyə cəhətdən səmərəlidir.
İnvestisiyanın özünü ödəmə müddəti isə 6-7 ilə bərabərdir. Azərbaycanda istehlak olunan avtomobillərin böyük əksəriyyətinin Rusiya istehsalı olduğunu və nəqliyyat sistemlərimizdəki oxşarlığı nəzərə alsaq Azərbaycanda da bu sektorda 40-45% enerjiyə qənaət potensialı olduğunu təxmin edə bilərik.

Yüklə 51,33 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin