- 84 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
tehlak qiymətlərinin aşağı salınması ilə istehlakın subsidiyalaşması enerji
istifadəsini artırır və enerji səmərəliliyini azaldır.
Enerji subsidiyaları həmişə büdcədə əks olunmur, amma bu müxtəlif
vasitələrlə mütləq ödənməkdədir. Deyək ki, vergi öncəsi istehlak subsidi-
yası dovlət müəssisələri tərəfindən idarə olunur və qiymətlər təklif olunan
qiymətlərdən daha az səviyyədə verilir. Əgər dövlət bu itkini transfertlər
vasitəsiylə maliyyələşdirirsə, istehlak subsidiyaları büdcə xərclərində əks olu-
nacaq və yüksək dərəcəli vergilərlə maliyyələşdiriləcək, borclar artacaq, borc-
lar monetarizasiya olunduğu halda inflyasiya yüksələcək. Amma subsidiya-
lar dövlət təşkilatları tərəfindən maliyyələşdirildikdə və itki və ya mənfəətin
azalması kimi əks olunduqda dövlətə daha az vergi ödəmələri həyata keçəcək
və gecikmiş ödəmələr problemi yaranacaq. Azərbaycan müstəqilliyinin ilk
illərində belə bir problemlə üzləşmişdir. Alternativ olaraq istehlak subsidiyala-
rının dəyəri subsidiyalaşmış enerji gəlirləri vasitəsiylə qarşılanacaq. Bunun da
yükü sonda yenə dövlətin üzərinə düşür. İndoneziya, İordaniya və Malayziya
yanacaq subsidiyalarını büdcədə əks etdirdikləri halda, Sudan və Yəməndə bu
qismən, Anqolada isə tamamən büdcədə əks olunmayıb.
İstehlak subsidiyalarını dövlət büdcəsində əks olunub olunmama-
sından asılı olmayaraq bazar quruluşundan və dövlətin maliyyələşdirmə
siyasətinə görə müəyyənləşdirmək mümkündür. Qrafik 2”yə əsasən ümumi
dəyərlədirmə edilə bilər.
Dostları ilə paylaş: