Yanğın təhlükəsizliyi haqqında


Maddə 14. Yanğın təhlükəsizliyinin elmi-texniki təminatı



Yüklə 177,5 Kb.
səhifə4/7
tarix06.06.2020
ölçüsü177,5 Kb.
#31590
1   2   3   4   5   6   7
YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA

Maddə 14. Yanğın təhlükəsizliyinin elmi-texniki təminatı


Yanğın təhlükəsizliyinin elmi-texniki təminatını elmi-tədqiqat, təcrübə-konstruktor, layihə və digər elmi-tədqiqat idarələri və təşkilatları, habelə müvafiq tədris müəssisələri həyata keçirirlər.

Yanğın təhlükəsizliyi sahəsində elmi-texniki araşdırmalar dövlət büdcəsinin, müəssisələrin və yanğın təhlükəsizliyi fondlarının vəsaiti, habelə qanuna zidd olmayan digər maliyyə mənbələri hesabına maliyyələşdirilir. ii[4]

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanınin(FHN) müvafiq qurumları tərəfindən elmi-texniki araşdırmalar dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqatların əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına(FHN) həvalə edilir.

Maddə 15. Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı


Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı yanğın təhlükəsizliyinin təmin edilməsi sistemində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan xüsusi informasiya sistemlərinin və məlumat banklarının (bundan sonra — informasiya sistemləri) yaradılması və istifadə edilməsi vasitəsilə həyata keçirilir.

Yanğın təhlükəsizliyi haqqında məlumatların informasiya sistemlərinə daxil edilməsi əsasları və qaydası, habelə vəzifəli şəxslərin və vətəndaşların bu məlumatlarla tanış edilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Mərkəzi və yerlı ıcra hakimiyyəti orqanları), müəssisələr və təşkilatlar, meteorologiya xidmətləri və digər səlahiyyətli dövlət orqanları yanğın təhlükəsizliyi üçün əlverişsiz hadisələr və proqnozlar barəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (FHN) və müvafiq qurumlarına ləngimədən əvəzsiz qaydada məlumat verməyə borcludurlar.

Maddə 16. Yanğına qarşı təbliğat və yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi


Yanğına qarşı təbliğat — kütləvi informasiya vasitələri ilə, xüsusi ədəbiyyat və reklam məhsulu nəşr etməklə, tematik sərgilər, baxışlar, konfranslar keçirməklə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmamış digər məlumatlandırma formalarından istifadə etməklə cəmiyyətə yanğın təhlükəsizliyinin təmin olunması problemləri və yolları haqqında məqsədyönlü biliklər verilməsidir. Yanğına qarşı təbliğatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Mərkəzi və yerlı ıcra hakimiyyəti orqanları), müəssisələr və yanğından mühafizə bölmələri aparırlar.

Müəssisələrin işçilərinə yanğın təhlükəsizliyi tələblərini Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq həmin müəssisələrin müdiriyyəti (mülkiyyətçiləri) öyrədir.

Məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara və ümumtəhsil məktəblərində şagirdlərə məcburi qaydada yanğın təhlükəsizliyi tədbirlərini müvafiq müəssisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə (FHN) razılaşdırılmış xüsusi proqramlar üzrə öyrədirlər.

Maddə 17. Yanğınsöndürmə texnikası məhsulunun istehsalı


Yanğınsöndürmə texnikası məhsulu dövlət sifarişi və dövlət müdafiə sifarişi əsasında, habelə sahibkarlıq fəaliyyəti qaydasında istehsal edilir.

Yanğınsöndürmə texnikası məhsulun istehsalı dövlət tərəfindən tənzimlənir.

Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət sifarişi yanğın təhlükəsizliyi sahəsində respublika məqsədli proqramlar əsasında həyata keçirilir. Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət müdafiə sifarişini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

Dövlət sifarişinin və dövlət müdafiə sifarişinin yerinə yetirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.


Maddə 18. Yanğınların söndürülməsi


Yanğınların söndürülməsinə qüvvə və vasitələrin cəlb olunması, yanğından mühafizə qarnizonlarında yanğınların söndürülməsinin təşkili qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN)müəyyənləşdirir.

Əgər müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə qüvvələri və vasitələri, habelə həyat təminatı xidmətləri yanğının ləğvinə kifayət etmirsə, fövqəladə hala çevrilmiş yanğını söndürmək və onun nəticələrini aradan qaldırmaq üçün “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada zəruri olan əlavə yanğından mühafizə qüvvələri və vasitələri cəlb edilir.

Yanğından mühafizə bölmələri yanğınları söndürmək və onların ləğvində iştirak etmək üçün şərtsiz qaydada yola düşürlər.

Yanğından mühafizə bölmələrinin çağırılması üçün yaşayış məntəqələrinin telefon şəbəkələrində müvafiq icra hakimiyyəti orqanı (FHN) tərəfindən nömrə müəyyən edilir.

Yanğınlar söndürülərkən insanların təhlükəsizliyinin təmin olunması, əmlakın xilası üçün zəruri hərəkətlər edilir, o cümlədən:

1) yanğınların və onların təhlükəli təzahürlərinin yayıldığı (yayılması ehtimalının olduğu) yerlərə girilir;

2) yanğınların yayılmasına mane olan və ləğvini təmin edən şərait yaradılır;

3) rabitə, nəqliyyat vasitələrindən, avadanlıqdan əvəzsiz olaraq istifadə olunur;

4) yanğın yerlərinə giriş məhdudlaşdırılır və ya qadağan edilir, habelə oraya bitişik ərazilərdə nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırılır və ya qadağan edilir;

5) yanğın yerlərindən adamlar və əmlak köçürülür.

Yanğının söndürülməsinə bilavasitə rəhbərliyi yanğınsöndürmə rəhbəri — yanğından mühafizənin yanğın yerinə gəlmiş böyük operativ vəzifəli şəxsi (əgər ayrı qayda nəzərdə tutulmayıbsa) həyata keçirir. O, yanğının söndürülməsi üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizənin şəxsi heyətini, habelə yanğının söndürülməsinə cəlb olunmuş qüvvələri təkbaşçılıq prinsipləri əsasında idarə edir.

Yanğınsöndürmə rəhbəri yanğınsöndürmə tapşırığının yerinə yetirilməsinə, yanğının söndürülməsinin həyata keçirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinin və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrin təhlükəsizliyinə cavabdehdir.

Yanğınsöndürmə rəhbəri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazinin sərhədlərini, göstərilən hərəkətlərin qaydasını və xüsusiyyətlərini müəyyənləşdirir, habelə yanğın zamanı adamların, əmlakın xilas olunması barədə qərarlar qəbul edir.

Zərurət olduqda yanğınsöndürmə rəhbəri digər qərarlar, o cümlədən göstərilən ərazidə vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir.

Yanğınsöndürmə rəhbərinin göstərişləri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazidə bütün vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır.

Heç kəs yanğın zamanı yanğınsöndürmə rəhbərinin hərəkətlərinə qarışa bilməz və ya onun verdiyi sərəncamları ləğv edə bilməz.

Yanğın söndürülərkən dəyən maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Son zərurət şəraitində fəaliyyət göstərmiş yanğından mühafizənin şəxsi heyəti və yanğının söndürülməsinin digər iştirakçıları dəyən ziyanın ödənilməsindən azad edilirlər.


Yüklə 177,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin