Microsoft Word yaddas kitab doc



Yüklə 174,24 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix26.12.2016
ölçüsü174,24 Kb.
#3539
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
 

4. D SSERTANTLIQ YOLU  LƏ YÜKSƏK XT SASLI ELM  VƏ ELM -PEDAQOJ  

KADRLARIN HAZIRLANMASI 

 

      4.1.Dissertantlıq  yolu  ilə  yüksək  ixtisaslı  elmi  və  elmi-pedaqoji  kadrların  hazırlanması  ali 

təhsil  müəssisələrində,  elmi  və  digər  təşkilatlarda  çalışan  mütəxəssislərin  istehsalatdan 

ayrılmamaqla  elmi  dərəcənin  alınması  üçün  təhkim  olunmaqla  dissertasiya  işinin  yerinə  yetiril-

məsini təmin edir. 

      4.2.Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali təhsil 

pilləsinin  magistratura  səviyyəsini  bitirən,  yaxud  təhsili  ona  bərabər  tutulan,  tibbi  təhsildə  isə 

həkim  və  həkim-mütəxəssis),  müvafiq  tədqiqat  sahəsində  müəyyən  müvəffəqiyyətləri  olan  ali 

təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər.  

    4.3.  «Elmlər doktoru» elmi dərəcəsinin dissertantlıq  yolu ilə alınması  üçün  «Fəlsəfə  doktoru» 

(elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir.  

    4.4. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant 

olmaq hüququna malik deyillər. 

    4.5.  Doktoranturada  tam  təhsil  müddətini  başa  vurmuş  şəxslər  eyni  ixtisas  üzrə  dissertantlıq 

yolu ilə təhsil almaq hüququna malik deyillər. 

    4.6. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş 

stajına malik olmalıdırlar. 

     4.7. Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir: 

•  ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adı-

na); 


•  kadrların şəxsi-qeydiyyat vərəqi; 

•  tərcümeyi-hal; 

•  2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 

•  iş yerindən xasiyyətnamə; 

•  əmək kitabçasından çıxarış; 

•  çap  olunmuş  elmi  işlərin  siyahısı  və  ya  seçilmiş  ixtisas  üzrə  referat  (fəlsəfə  doktoru 

hazırlığı üzrə); 




Yüklə 174,24 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin