b) Fənnin tədrisinin məqsəd və vəzifələri
-
Şagirdlərdə düşünmək qabiliyyətini inkişaf etdirmək;
-
Deduktiv və induktiv mülahizə, baxışların əsaslandırılması, hadisələrin və faktların təhlili qabiliyyətini inkişaf etdirmək;
-
Riyaziyyatı, kainatı təsvir etmək və elmin universal bir dili kimi mənimsəmək;
-
Riyaziyyatı, ümumbəşəri mədəniyyətin tərkib hissəsi kimi dərk etmək;
-
Tədrisin sonrakı mərhələsi üçün və ya peşəkar fəaliyyətə hazırlıq;
-
Həyati vəzifələrin həlli üçün zəruri biliyin verilməsi və bu bilikdən istifadə etmə qabiliyyətinin inkişaf etdirilməsi.
Riyaziyyatın məktəb kursunun işlənib-hazırlanmasına kömək göstərən əsas qabiliyyət-vərdişlər:
Riyaziyyatı bilmək riyazi anlayışlara və prosedurlara yiyələnmək, real problemlərin həlli zamanı onlardan istifadə etmək qabiliyyəti deməkdir; eləcə də kommunikasiyanın riyazi dildən və vasitələrdən istifadə etməklə informasiyanı almaq və vermək kimi zəruri olan imkanlarına yiyələnməkdir.
Formalaşmasına müasir riyazi təhsilin xidmət etdiyi əsas qabiliyyət-vərdişlər:
Dostları ilə paylaş: |