İstiqamət: həndəsə və məkanı dərk etmə
Riy.I.6. Şagird müstəvi həndəsi fiquru tanıya və təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Məişət məzmunlu əşyalar və ya onların illüstrasiyasında sadalanmış müstəvi fiqurlara işarə edirsə;
-
Qatışıq toplamadan göstərilən fiqurun modelini seçə bilirsə;
-
Göstərilən həndəsi fiquru təsvir edə bilirsə (məsələn, verilmiş çoxbucaqlının təpə nöqtələrinin sayını sadalaya bilirsə).
Riy.I.7. Şagird müstəvi həndəsi fiqurları əks etdirə və obyektlərin qarşılıqlı yerləşməsini tanıya bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Hər hansı bir üsulla (məsələn, applikasiya və ya şəkil vasitəsi ilə) sadalanmış formanın müstəvi fiqurunun modelini və ya təsvirini yaradırsa;
-
Müxtəlif müstəvi fiqurlarının modellərini nümunədə verilmiş təsviri (şəkili) almaq üçün bir-birində yerləşdirə bilirsə;
-
Obyektlərin qarşılıqlı yerləşdirilməsi (sağda/solda, yuxarıda/aşağıda, irəlidə/geridə) barədə suallara düzgün cavab verə bilirsə;
-
Göstərilən qayda üzrə bir neçə nöqtəni müstəvidə birləşdirə və göstərilən obyektədək sadə sxem üzrə yol işarə edə bilirsə.
Dostları ilə paylaş: |