Xutbətul hacə Həmd ancaq



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix28.07.2020
ölçüsü0,89 Mb.
#32327
1   2   3   4   5   6   7
Без названия

birlikdə Rəsulullah – səllallahu aleyhi və səlləm – in hüzuruna girərək dedi: «Hənzələ münafiqlik 

etdi, ya Rəsulullah!» Rəsulullah – sallallahu aleyhi və səlləm - : «Nə oldu belə?» Hənzələ: «Ey 

Allah


ın Rəsulu! Sənin yanında olduğumuz zaman bizlərə (Cəhənnəm) atəşini və Cənnəti 

xatırladırsan. Elə bil ki, bunları gözlərimizlə görmüş oluruq. Ancaq sənin yanından ayrıldığımız 

zaman ailə, uşaqlar və dünya keçimi ilə o, qədər məşğul oluruq ki, (bizə xatırlatdığın bu şeyləri) 

unuduruq». Rəsulullah – səllallahu aleyhi və səlləm - : «Nəfsim əlində olan 

Allah

a and olsun ki, 



əgər sizlər mənim yanımdaykən və zikirdəykən olduğunuz hal üzrə olmağa (hər yerdə) davam 

etsəniz şübhəsiz mələklər sizinlə döşəklərinizdə və yollarınızda toqquşardılar». Başqa rəvayətdə: 

«Yollarda sizə salam verərdilər». Bir başqa rəvayətdə isə: «Sizləri evlərinizdə ziyarət edərdilər». Əbu 

Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – 

buyurdu: «Sizdən kimsə bir münkər gördükdə onu əli ilə düzəltsin. Əgər gücü çatmazsa dili ilə, 

bunu da bacarmadıqda qəlbi ilə (düzəltsin). Bu isə imanın ən zəif mərtəbəsidir». Abdullah b. Məsud 

– radıyallahu anhu – nun rəvayətində isə: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: 


 

6

«Bundan aşağı (imandan) bir xardal dənəsi də belə yoxdur. Rəsulullah – sallallahu aleyhi və səlləm 



– buyurdu: «Kim 

Allah


 üçün sevər, 

Allah


 üçün nifrət edər, 

Allah


 üçün verir və 

Allah


 üçün qadağan 

edərsə imanı tamamlanmış olar». Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Möminlər 

arasında imanı ən kamli olanı əxlaqı ən gözəl olanıdır». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət 

edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə məni 

uşaqlarından, valideynlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz». Rəsulullah 

– sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız». 

Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «Çox gülmək qəlbin imanını məhv edir». İbn 

Ömər – radıyallahu anhu – dan soruşulduqda ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in 

səhabələri gülərdilər: «Bəli! Əgər iman qəlblərində dağdan da böyük olsaydı». Həmçinin Ənəs – 

radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət 

günü 

Allah


 buyuracaq: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə sənə verilir! 

Şəfaət et! Şəfaətin qəbul edilir!». Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurur: «Ya Rəbbim! 

Ümmətim, ümmətim!» 

Allah


 buyuracaq: «Get! Qəlbində buğda və ya arpa dənəsi qədər iman olan 

kimsə varsa Cəhənnəmdən çıxart!…» Onları çıxartdıqdan sonra 

Allah

 buyuracaq: «Get! Qəlbində 



xardal dənəsi qədər iman kimsələri oradan çıxart!…»Onları da çıxartdıqdan sonra 

Allah


 buyuracaq: 

«Get! Qəlbində xardal dənəsindən daha az, daha az, daha az iman olan kimsələri oradan çıxart!…». 

Başqa rəvayətdə isə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «Qəlbində dinar, yarım dinar 

ağırlığında iman olan kimsələri oradan çıxart, əlavələri də vardır». Onları iman dərəcələrinə görə 

atəş onlardan kimisinin ayaqlarının yarısına qədər, kimisinin diz qapaqlarına qədər yandırar. Əbu 

Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: 

«Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa 

içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz». Belə bir şəxsin imanı əskik bir 

mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona və mütləq 

olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir 

kimsənin iman adı qaldırılmaz. Mötərizə və Xavariclərin dedikləri kimi onun əbədi olaraq 

Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq ilə qəbul 

etmişlər. Əksinə belə bir kimsə 

Allah


ın mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab 

edər.  


      Möhtərəm müsəlman bacı və qardaşlarım! Ayə və hədislərdən bizə aydın olur ki, iman həm 

artır, həm də azalır. Bununla biz müxalif olanlara (imanın nə artıb, nə də əskildiyini deyənlərə) 

cavab vermiş oluruq. İndi isə bəzi səhabə, tabin və s. Əhli Sünnə vəl Cəmaat alimlərinin iman 

haqqında olan fikirlərinə nəzər salaq.  

      Əli – radıyallahu anhu – deyir ki: «İman qəlbdə ağ bir nöqtə kimi başlayır, iman artdıqda o, ağ 

nöqtə də artır». Digər bir rəvayətdə isə Əli – radıyallahu anhu – deyir: «Səbri imana görə durumu, 

başın bədənə görə durumudur. Səbri olmayanın imanı da olmaz». İbn Məsud – radıyallahu anhu – 

dua edərək deyir ki: «

Allah

ım! İmanımızı, yəqinliyimizi və fikhimizi artır!». / ALLAHUMMƏ ZİDNİ 



İLMƏN, YƏQİNƏN VƏ FİKHƏN / . Ömər – radıyallahu anhu – səhabələrə: «Gəlin imanımızı artıraq!» - 

deyərək , 

Allah

ı zikir edərdilər». Buna görədir ki, Bəkr b. Abdullah əl-Muzni – rahmətullahi aleyhi – 



deyir: «Əbu Bəkr – radıyallahu anhu – namaz və orucları ilə sizi qabaqlamayıb. O sizi onun qəlbində 

olan imanla qabaqlayıb».  

      İbn Abbas, Əbu Hureyrə, Əbu Dərda – radıyallahu anhum – deyirlər ki, iman həm artır, həm də 

azalır. İmam Vəkl b. əl-Cərrah – rahmətullahi aleyhi – deyir ki, Əhli Sünnə deyir ki, iman söz və 

əməldir. İmam Əhməd – rahmətullahi aleyhi – deyi ki, iman artar və azalar. Artması əməli ilə, 

azalması isə əməli tərk etməklədir. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki, iman arzularla, 

xəyallarla olmur. İman qəlbdə olub əməllərlə həyata keçən şeydir. Kim xeyir deyib və xeyir edərsə 

ondan bu qəbul olacaqdır. Yox əgər kim xeyir deyib və şərr edərsə ondan bu qəbul olunmaz». 

İmam Şafii – rahmətullahi aleyhi – deyir ki, iman söz və əməldir. Artar və əskilər. İtaətlə artar, 

günahlarla azalar və bu ayəni oxudu. «İman edənlərin imanı artsın deyə». Əbu Hənifə – 



 

7

rahmətullahi aleyhi – yə görə: «İman dil ilə iqrar, qəlb ilə təsdiqdir». İqrar tək başına iman olmaz. 



Çünki iqrar sadəcə iman olsaydı, bütün münafiqlər mömin olardılar». İbn Battal – rahmətullahi 

aleyhi – deyir ki: «İman söz etibarı ilə təsdiqdən ibarətdir – deyiləcək olursa, buna cavabımız 

budur: Təsdiq bütün itaətləri yerinə yetirməklə kamil olur. Mömin xeyirli əməllərini çoxaltdıqca 

imanı daha da kamilləşir. Bunlarla birlikdə iman da artır. Xeyirli əməllər əskildi mi imanın kamilliyi 

də əskilir. İman haqqında ən mötədil rəy də budur». İbn Abdurrazzaq deyir ki: «Mən keçmiş nəsil 

və elm sahiblərindən Sufyən əs-Səvri, Məlik b. Ənəs, Ubeydullah b. Ömər, əl-Əvzai, Mamər b. 

Rəşid, İbn Cureyc, Sufyən b. Uyeynənin belə dediklərini dinlədim: «İman , söz və əməldir, artar və 

əskilər. Eyni zamanda İbn Məsud, Xuzeyfə, ən-Nəhai, Həsənul Bəsri, Tavus, Mücahid və Abdullah b. 

Mubərəkin də yekdil rəyləridir».  

 

ALLAHA İMAN 



      

Allah


 – subhanəhu və təalə – yə iman onun varlığına iman etmək deməkdir. Bu da Fitrət, Ağıl, 

Şəriət və Duyğularla olur.  

      1. Fitrət.  

      Fitrətin 

Allah

ın varlığına dəlalət etməsi: Şübhəsiz hər bir yaradılış yaradıcısına iman etmək 



fitrətinə sahib olaraq yaradılmışdır. «(Ya Məhəmməd!) batildən haqqa tapınaraq üzünü 

Allah


ın fitri 

olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut». (ər-Rum 30). Peyğəmbər – sallallahu aleyhi və 

səlləm – in Rəbbindən buyurduğu rəvayətdə: «Mən qullarımı həniflər olaraq yaratdım. Lakin sonra 

şeytanlar onları sağa-sola sürüklədilər….». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Hər 

bir doğulan uşaq fitrət üzərində doğular. Lakin sonra valideynləri onu Yəhudi, Xristian və ya Məcusi 

edər».  


      2. Ağıl.  

      Ağlın 

Allah

 – subhanəhu və təalə – nin varlığına dəlalət etməsi: Əvvəlinci ilə sonuncuya qədər 



bütün yaradılmışların var edici bir yaradıcısı olması qaçınılmaz bir şeydir. Çünki bu yaradılmışların 

özü-özlərini var etmələri imkansız olduğu kimi, təsadüfən var olmalarına da imkan yoxdur. Özü-

özlərini var etmələri imkansızdır. Çünki heç bir şey özü-özünü yaratmaz. Çünki o, şey var olmadan 

əvvəl yox idi. Yox olmaq heç bir şey olmaq deməkdir. Heç bir şey isə bir şeyi var edə bilməz. Necə 

özü-özünün yaradıcısı, var edəni ola bilər? Bu yaradılmışlar təsadüfən də var ola bilməz. Çünki 

sonradan meydana gələn hər bir şeyin mütləq bir meydana gətirəni vardır.  

      O, özündən əvvəl heç bir şeyin olmadığı ƏVVƏL, ondan sonra heç bir şeyin qalmayacağı, AXIR, 

ondan üstə heç bir şeyin olmadığı ZAHİR, ondan o, tərəfə heç bir şeyin olmadığı BATİNDİR. Əbu 

Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – yatağına 

girdikdə buyurardı: «Yeddi səmanın Rəbbi, yerin Rəbbi, hər şeyin Rəbbi, toxumu və çərdəyi yaran, 

Tövratı, İncili və Quranı endirən 

Allah


ım! Mən sənin alnından yaxaladığın hər şeyin şərrindən sənə 

sığınıram. Sən ƏVVƏLSƏN, səndən əvvəl heç bir şey yoxdur. Sən AXIRSAN, səndən sonra heç bir şey 

yoxdur. Sən ZAHİRSƏN, sənin üstündə heç bir şey yoxdur. Sən BATİNSƏN, səndən o, tərəfə heç bir 

şey yoxdur. Mənim borcumu ödə və faqirlikdən məni qurtar». O, hər şeyə həyat verən özü də 

mütləq şəkildə həyat sahibi olan HƏYY, bütün varlıqların işini-düzüb qoşan, öz yoluna qoyan 

QAYYUM, bir və tək olan ƏHƏD, heç kimə möhtac olmayan SAMƏD, aləmlərin Rəbbi olan 

Allah

 – 


subhanəhu və təalə – dır. «Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən odur». (əl-

Ənam 2). «Sizi yaratdıq, sonra sizə surət verdik….». (əl-Əraf 11). «Biz insanı quru və qoxumuş qara 

palçıqdan yaratdıq». (əl-Hicr 26). «Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer 

üzünə yayılmağınız onun qüdrət əlamətlərindəndir». (ər-Rum 20). «O, yaratdığı hər şeyi gözlə 

yaratdı. İnsanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini bir qətrə zəif dəyərsiz sudan əmələ 

gətirdi». (əs-Səcdə 7-8). «Biz həqiqətən insanı tər-təmiz palçıqdan yaratdıq. Sonra onu nütfə 

halında möhkəm bir yerdə yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış 


 

8

qanı bir parça ət etdik, sonra o, bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və 



daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan 

Allah


 nə qədər ulu və 

ucadır». (əl-Muminun 12-14). «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2). «O, axıb tökülən 

bir sudan yaranmışdır. O, su (qadınların) bel sümüyündən, (kişilərin) köks sümüyündən çıxar». (ət-

Tariq 6-7). «Halbuki, sizi də sizin düzəltdiklərinizi də 

Allah

 yaratmışdır». (əs-Saffət 96).  



      

Allah


 – subhanəhu və təalə – Qurani-Kərimdə ət-Tur surəsində buyurur: «Yoxsa onlar heç bir 

şeydən (xaliqsiz) yaradılıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?». (ət-Tur 35). Bu ayə nazil 

olduğu zaman Cubeyr b. Mutim Rəsulullah – sallallahu aleyhi və səlləm – in bu ayəni oxuduğunu 

dinləmiş və demişdir: «Mən müşrik idim. Bu ayəni eşitdikdə qəlbim az qala yerindən çıxacaqdı. Bu 

an imanın qəlbimə girdiyi ilk an idi». Bütün bu ayə və hədislər heç bir şeyin təsadüfən var olmasına 

ehtimal buraxmır.  

      3. Şəriət.  

      Şəriətin 

Allah

 – subhanəhu və təalə – nin varlığına dəlalət etməsi: Bütün bu səmavi kitablar 



Allah

ı tanımaq, onun göndərmiş olduğu şəriəti qəbul etmək və əmrlərini gərəkli şəkildə itaət 

etmək, boyun əymək və bu kitablarda olan xəbərlərin hər şeyi var etməyə qadir olan 

Allah


 

tərəfindən endirilmiş olduğuna dəlildir. Qul 

Allah

ın kitabında olan ayələr haqqında düşündükcə 



Rəbbini bilib tanıyır. Qul bu ayələr haqqında nə qədər düşünsə onun biliyi, elmi o qədər də artar. 

«Yerdə tam yəqinliklə insanlar üçün əlamətlər vardır. Sizin özünüzdə də əlamətlər vardır». (əz-

Zariyat 20-21). «Göylərdə və yerdə neçə-neçə əlamətlər nişanələr vardır ki, insanlar onların 

yanından üzlərini çevirib keçirlər». (Yusif 105).  

      4. Duyğular.  

      Duyğuların 

Allah

 – subhanəhu və təalə – nin varlığına dəlalət etməsinə gəlincə bu iki yolladır.  



      1) Bizlər dua edənlərin, dualarının qəbul edilməsi, sıxıntı anlarında əllərini göyə qaldıraraq dua 

etmələri qəlbdən olan o, hisslər, duyğular 

Allah

ın varlığına dəlalət edir. «O, zaman siz (dua edərək) 



rəbbinizdən kömək diləyirdiniz». (əl-Ənfal 9). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, bir 

gün bir Bədəvi ərəb cümə günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – xütbə verərkən məscidə 

girib deyir: «Ey 

Allah


ın Rəsulu! Mallarımız tələf oldu, uşaqlarımız ac qaldı. Bizim üçün 

Allah


a dua 

et». Peyğəmbər – sallallahu aleyhi və səlləm – əllərini qaldıraraq dua etdi. Buludlar dağlar kimi 

ortaya yığıldılar. Minbərdən enməmiş yağış dənələri saqqalından süzülməyə başladı. İkinci cümə 

yenə o, bədəvi ərəb qalxıb dedi: «Ey 

Allah

ın Rəsulu! Evlərimiz dağıldı, mallarımızı sular yuyub 



apardı. Bizim üçün 

Allah


a dua et» Peyğəmbər – sallallahu aleyhi və səlləm – əllərini qaldırıb dua 

etdi: «


Allah

ım üstümüzə, ətrafımıza yox!» Əli ilə işarə etdiyi tərəfə yağış yağmağa başladı». 

Allah



səmimi olaraq sığınan və duasının qəbul edilmə şərtlərini yerinə yetirən hər bir kəsin dualarının 



qəbul edilməsinin günümüzdə də şahidi oluruq.  

      2) Möcüzə – insanların gördükləri və ya Peyğəmbər olaraq göndərənin varlığına  

      kəsin bir dəlildir. Onları göndərən isə 

Allah


dır. Çünki bunlar bəşəriyyətin güc və taqətindən 

kənar olan xüsuslardır. 

Allah

 möcüzələri Peyğəmbərlərini dəstəkləmək və onlara kömək etmək 



üçün meydana gətirir. Məs: Musa – əleyhissəlam – ın əsası. 

Allah


 ona: «Əsanı dənizə vur!» deyərək 

əmr etdikdə o da əsanı dənizə vurdu. Dəniz on iki ayrı yola ayrıldı. Bu yollar arasında sular dağları 

xatırladırdı. Onda Musaya belə vəhy etdik: «Əsanla dənizə vur. Dərhal yarıldı və hər hissə böyük bir 

dağ kimi oldu». (əş-Şuəra 63). İsa – əleyhissəlam – hansı ki, 

Allah

ın izni ilə ölüləri dirildirdi. «Sizin 



üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da 

Allah


ın izni ilə quş olar. Anadan 

gəlmə korları, cüzəm xəstəliyinə tutulanları sağaldar və 

Allah

ın izni ilə ölüləri dirildi- qəm». (Ali-



İmran 49). Məhəmməd – sallallahu aleyhi və səlləm – hansı ki, Qureyş ondan bir möcüzə 

göstərməsini istəmiş o da aya işarə edərək ayı iki yerə ayırmışdı. «Qiyamət yaxınlaşdı, ay 

(Peyğəmbərin möcüzəsi ilə) parçalandı». (əl-Qəmər 1).  

      


Allah

 – subhanəhu və təalə - yaratdıqlarını yox edər, ancaq özü əbədi qalar. Ancaq onun 

istədiyi olur. O, istədiyini edəndir. «

Allah


 öz istədiyini edər!» (əl-Bəqərə 253). 

Allah


 bir işi zaman 

bütün yaratdıqları onu istəməsələr də onu yaradır. Əgər 

Allah

 istəməzsə yaratdıqlarından hamısı 



 

9

bir olsalar da onu istəyə bilməzlər. Bu şeydə olan xeyir və şər onun istəməsi ilə olur. O, nəyi 



istəmişsə o da olur, nəyi istəməmişsə o da olmaz. 

Allah


ın yaratdıqlarından heç birisi öz elmi ilə 

onu qavraya bilməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşə bilməz. «Onların elmi isə onu 

əhatə edib qavraya bilməz». (Ta ha 110). Yaratdıqlarından heç kimsə onun zatının sirlərini bilməz. 

O da yaratdıqlarından heç birinə nə zatında, nə isimlərində, nə də sifətlərində, nə də əməllərində 

bənzəməz. Onun misli yoxdur. «Əgər Rəbbinin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı 

və bir o qədər ona əlavə olunsaydı yenə də Rəbbinin sözləri tükənməzdən əvvəl onlar tükənərdi». 

(ən-Kəhf 109). «Əgər yerdə hər bir ağac qələm olsaydı və dəryalar mürəkkəb olsaydı və yeddi 

dərya belə ona qoşulsaydı yenə də Rəbbinin sözləri tükənməzdi. Həqiqətən 

Allah

 yenilməz qüvvət 



və hikmət sahibidir». (Loğman 27). O, ölməzdir, daima diridir (HƏYYDİR). Ölüm ona gəlməz. 

«Ölməz, həmişə diri olan 

Allah

a bel bağla». (əl-Furqan 58). O, nə mürgülər, nə də onu yuxu tutar 



(QAYYUMDUR). Yoxsa kainatda hər şey məhv olardı. 

Allah


 insanlara, cinlərə, quşlara, vəhşi 

heyvanlara, möminlərə, kafirlərə və istəyənə istədiyini verdiyi zaman mülkündən heç bir şey 

əskilməz. Əbu Zərr əl-Ğifari – radıyallahu anhu – dan, o da Peyğəmbər – sallallahu aleyhi və səlləm 

– dən, (Peyğəmbərdə) Uca və böyük olan Rəbbindən buyurmuşdu: «Ey mənim qullarım, sizlərdən 

birincilər və axırıncılar, insanlar və cinlər bir yerdə toplansalar və hamısı birlikdə məndən istəsələr, 

mən onların hər birinin istədiyini verərəm. Bu mənim yanımdakı şeylərdən iynənin dənizə salındığı 

(və çıxarıldığı) zaman əskiltdiyi qədər əskildər». O, yaratdıqlarını qorxuya düşmədən öldürür, 

çətinlik görmədən yenidən yaradır.  

 

ALLAHA İMANIN FAYDALARI 



Allah

 – subhanəhu və təalə – iman etmək möminlərə olduqca xeyirli və dəyərli faydalar verər.  

      1. 

Allah


ı başqalarından bir şey ümid etməyəcək, başqalarından qorxmayacaq və başqasına 

ibadət etməyəcək şəkildə, həqiqi mənada Tövhid etmək.  

      2. 

Allah


ı kamil dərəcədə sevməyə çalışmaq, onun İsim və Sifətlərinə lazımi şəkildə təzim 

etmək. 


MƏLƏKLƏRƏ İMAN 

      Mələklərə iman hər hansı bir şübhə və tərəddüddən uzaq olaraq var olduqlarına inanmaq 

deməkdir. «Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman 

gətirmişlər. (onların) Hamısı 

Allah

a, onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman 



gətirmişlər…». (əl-Bəqərə 285). Mələklər aləmi bir qeyb aləmidir. 

Allah


 tərəfindən yaradılmış və 

Allah


a ibadət edən varlıqlardır. 

Allah


 onları nurdan yaratmış, əmrlərinə tam uymağı və əmrlərini 

yerinə yetirmək gücünü vermişdir. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu 

aleyhi və səlləm – buyurdu: «

Allah


 mələkləri nurdan, cinləri tüstüsüz oddan, Adəmi isə sizə 

deyildiyi şeydən (yaratdı)». «Möhtərəm qullardır. Onlar 

Allah

dan qabaq söz danışmışlar və yalnız 



onun əmri ilə iş görərlər». (əl-Ənbiya 26-27). «Onlar 

Allah


a ibadət etməkdə təkəbbürlük 

göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib 

şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20).  

      Mələk – ƏLƏKƏ sözündən götürülüb, göndərilən deməkdir. Mələklərin varlıqlarını inkar edənə 

hər hansı bir şəxs kafir olur. «

Allah


a, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət 

gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdı». (ən-Nisa 136). Bu baxımdan da 

Əhli Sünnə vəl Cəmaat icma ilə mələklərə inanırlar.  

      Mələklərin nə vaxt yaradıldıqları barədə məlumat yoxdur. Lakin onların insandan qabaq 

yaradılmış olduqları bilinməkdədir. Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə 

yaradacağam» dedikdə, mələklər: «Biz sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və səni 



 

10

müqəddəs tutduğumuz halda sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq 



istəyirsən?» söylədilər. 

Allah


 (onlara) : «Mən bildiyim şeyi siz bilmirsiniz!». (əl-Bəqərə 30).  

      Mələklərin sayı çoxdur. Sayını 

Allah

dan başqa heç kimsə bilməz. Peyğəmbər – sallallahu aleyhi 



və səlləm – Meraca gedərkən ona səmadakı Beytul-Məmur göstərilmiş və orada hər gün yetmiş min 

mələyin ibadət edib, oradan çıxdıqdan sonra bir daha ora qayıtmamaqları bildirlimişdi. Peyğəmbər 

– sallallahu aleyhi və səlləm – səhabələrə buyurur: « Səmada olan səsləri eşidirsinizmi?» Səhabələr: 

«Yox, ya Rəsulullah». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən eşidirəm. Göydə bir 

qarış yer yoxdur ki, orada Qiyamda, rukuda və səcdədə olan mələk olmasın».  

      Mələklərə iman özündə bir neşə xüsusiyyətləri birləşdirir ki, bunları da hər bir müsəlmanın 

bilib iman gətirməsi vacibdir.  

      1. Onların varlıqlarına iman gətirmək.  

      2. Cəbrail, Mikail, İsrafil – əleyhissəlam – kimi adlarını bildiyimiz mələklərə iman, adları-  

      nı bilmədiyimiz mələklərə isə icma ilə iman gətirmək.  

      3. Cəbrail – əleyhissəlam – kimi sifətlərini bildiyimiz mələklərin o, sifətlərinə iman gətirmək. 

Məs: 


Allah

 bizim onları görməməyimizi əngəlləşdirmişdi. Buna görə də biz onları yaradılmış 

şəkildə görə bilmərik. Lakin bəzi qullara onları görmək icazəsi verilmişdi. «Biz öz ruhumuzu 

Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü». (Məryəm 17).  

      Həmçinin İbrahim və Lut – əleyhissəlam – ın yanına insan qiyafəsində gəlmişlər. «Həqiqətən 

elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər». (Hud 68). «Elçilərimiz 

(mələklər) Lutun yanına gəldikləri zaman…». (Hud 77).  

      Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – ı öz qiyafəsində 

görmüşdü. «O, qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfüqdə idi». «And olsun ki, başqa bir 

dəfə də görmüşdü. (yeddinci səmadakı) Sidrətul – muntəhanın yanında». (ən-Nəcm 6-14). Cəbrail 

– əleyhissəlam – ın insan qiyafəsində saçları olduqca qara, düm ağ paltarda Peyğəmbər – sallallahu 

aleyhi və səlləm – in yanına, onların dinlərini onlara öyrətməyə gəlmişdi. Cəbrail – əleyhissəlam – 

əksər vaxtlarda gözəl səhabə olan Dihyə b. Xəlifətli əl-Kəlbi – radıyallahu anhu – nun qiyafəsində 

gələrdi.  

      Mələklərin çox qanadlı olmaları. «Göyləri və yerləri yoxdan yaradan, iki qanadlı, üç qanadlı, 

dörd qanadlı mələkləri elçi edən 

Allah

a həmd olsun. (Fatir 1).  



      Mələklər 

Allah


ın ordularıdır. «Rəbbinin ordularını özündən başqası bilməz. Bu insanlar üçün 

ancaq bir öyüd-nəsihətdir». (əl-Muddəssir 31).  

      

Allah


ın izni ilə insanları qoruyurlar. «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin